İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:14 PM
    İmam Musa ibn Cəfər (ə)
    İmam Musa ibn Cəfər (ə) haqqında nəql olunur ki, o öz dövrünün ən abid, ən alim, ən səxavətli və ən hörmətli şəxsi olmuşdur. Günün müstəhəb namazlarını qılmış, bu namazları sübh namazınadək davam etdirmiş, günəş doğanadək raz-niyaza məşğul olmuşdur. Həzrət sonda səcdə edərək günortayadək bu vəziyyətdə qalmış və belə dua etmişdir: "Pərvərdigara! Səndən ölüm vaxtı rahatlıq, hesab vaxtı əfv diləyirəm.” Həzrət adətən belə dua edərmiş: "Bəndənin günahı böyük oldu, Sənin tərəfindən bağışlanmaq nə yaxşı!”
    İmam Allah-təala qorxusundan elə ağlayırmış ki, mübarək saqqalında göz yaşları görünürmüş. Ailə və qohumlarına hamıdan çox diqqət yetirir, gecələr Mədinə möhtaclarına dolu-dolu zənbillər daşıyırmış. Fəqirlər heç vaxt onlara kimin əta etdiyini bilməmişlər!(Müfid, "İrşad”, 2-231 )
    İmam uzun illər zalım Abbasi hakimlərinin zindanında qalmış, nəhayət, şəhadətə yetmişdir. Bir çox məhbuslar imamın ibadətlərindən heyrətə gəlmiş, azğın yoldan tövbə qılmışlar. İmam həbsdə olduğu müddətdə günün başlanğıcından gün batanadək səcdədə qalırmış.
    Harun zindanın damına qalxdığı vaxt zindanın bir küncünə atılmış libas görür. Bir gün o zindan rəisi Rəbidən soruşur: "Ey Rəbi! Daim bir küncdə qalan o libas nədir?” Rəbi deyir: "O libas deyil, Musa ibn Cəfərdir. Hər gün gün doğandan gün batanadək səcdədədir!”("Üyuni əxbarur-Riza”, 1-95, bab 7, hədis 14; "Biharul-ənvar”, 48-220, bab 9, hədis 24 )
    İmam Həsən Əsgəri (ə)
    İmam Həsən Əsgəri (ə) haqqında belə nəql olunur: İmamın saxlandığı zindanın rəisi Saleh ibn Vəsif belə deyir: "Nə edim, ən çirkin iki nəfəri ona işgəncə üçün ayırmışam. Həmin iki nəfər həzrətin halını görüb özləri ibadət və namaza başlayıb. Onun rəftarı heyrətamizdir! O iki nəfəri yanıma çağırıb soruşdum ki, nə üçün belə edirsiniz? Nə üçün ona işgəncə vermirsiniz? Axı onda nə görmüsünüz? Cavabımda dedilər: "Gündüzləri oruc tutub, gecələri ibadətə məşğul olan, ibadətdən başqa bir işi olmayan şəxs haqqında nə deyək! Bizə baxanda bədənimiz silkələnir. Vücudumuzu elə bir qorxu bürüyür ki, özümüzü saxlaya bilmirik!”(Müfid, "İrşad”, 2-334; "Kəşful-ğəmmə”, 2-414; "Biharul-ənvar”, 50-308, bab 4, hədis 6 )
    Əhli-beyt (ə) həqiqətlərin kamil cilvəsidir
    Əhli-beyt (ə) bəndəlik, ixlas, cihad, təlaş baxımından ən üstün məqama malik olduğundan onların vücudu saf güzgü tək həqiqətləri tam cilvələndirir.
    İnsanın bəndəlik məqamı hansı həddədirsə, onun vücudu da həmin həqiqətləri bir o qədər əks etdirir.
    Bəndəlik məqamı həqiqi ad və sifətlərin, əxlaqi gözəlliklərin cilvəsi, imanın güclənmə səbəbi, haqqa doğru uçuş zolağı, Allahla görüş üçün zəmindir.
    Həqiqətlər Əhli-beyt (ə) üfüqündən doğur
    Əhli-beyt (ə) iman baxımından ən üstün mərhələdə, əxlaq baxımından ən yüksək dərəcədə, təlaş baxımından ən uca məqamda qərar tutur.
    Bu həqiqətlər Əhli-beyti (ə) elə bir dərəcəyə çatdırmışdır ki, onlar ilahi ad və sifətlərin, izzət sahibinə məxsus əxlaqın doğuş nöqtəsi olmuşlar.
    İmam Hadi (ə) Əhli-beytin (ə) varlıq həqiqətlərindən bəzilərini belə yada salır: "Salam olsun sizə, ey Peyğəmbər əhli-beyti (ə), risalət məkanı, mələklərin gəl-get nöqtəsi, mərhəmət mədəni, elm xəzinəsi, səbrin zirvəsi, böyüklüyün kökü, ümmətlərin həqiqi rəhbərləri, nemət sahibləri, salehlərin yardımı, siyasi xadim, şəhərlərin möhkəm sütunları, iman qapıları, mehriban Allahın əmanətçiləri, pak şəcərə, peyğəmbərlərin elçiləri, aləmlərin Rəbbinin seçdiyi ailə! Salam olsun sizə, hidayət imamları, qaranlıq gecənin çıraqları, təqva nişanələri, düşüncə sahibləri, kamil əql daşıyıcıları, insanların sığınacağı, peyğəmbər varisləri, ən üstün nümunələr, yaxşılığa dəvət edənlər, dünya və axirət əhlinə Allahın dəlilləri! Salam olsun sizə Allahla tanışlıq məhəlli, haqqın bərəkət məskənləri, peyğəmbər canişinləri, Allah rəsulunun övladları, Allahın hikmət xəzinələri, ilahi sirri hifz edənlər, Quran daşıyıcıları, Allaha doğru dəvət edənlər!”(Məfatihul-cinan”, Camei-kəbirə ziyarəti)
    Peyğəmbərlər İslam peyğəmbəri (s) həqiqətinin tülusu üçün zəmin yaradır
    İslam Peyğəmbərindən (s) öncəki peyğəmbərlərin risalət və kitabları son peyğəmbərin zühuru və hüzuru üçün müqəddimədir. Belə ki, bəşəriyyət məhz peyğəmbərlər vasitəsi ilə yüksəliş xəttində hərəkətə başlayır, layiq kamala çatır. Bəli, onlar əhd etmişlər ki, Əhli-beytin (ə) kökü yəni Məhəmmədin (s) zühuru üçün zəmin yaradıb, ona sabit münasibətdə qalacaqlar. Həzrət Əli (ə) buyurur: "Heç vaxt öz xalqını peyğəmbər və kitabsız, yetərli dəlilsiz qoymamışdır... Bütün peyğəmbərlərdən İslam peyğəmbəri (s) üçün əhd alınmışdır.”("Nəhcül-bəlağə”, 43, xütbə 1; "Biharul-ənvar”, 11-60, bab 1, hədis 70 ) İslam peyğəmbəri (s) buyurur: "Biz dünyaya bütün peyğəmbərlərdən və ümmətlərdən sonra gəldik. Axirətdə isə ön cərgədə hamıdan qabaqdayıq.”("Mənaqib”, 3-269 ) Şiə və sünni kitablarında həzrətin dilindən belə nəql olunur: "Adəm və ondan sonrakı bütün insanlar Qiyamət günü mənim bayrağım altındadır.”("Mənaqib”, 1-214 ) Bəli, Əhli-beytin (ə) vücud və mərifət tutumu hamıdan üstün olduğu üçün bütün həqiqətlər onlarda özünü göstərir. Sünni mənbələrində oxuyuruq: "Allahın bütün peyğəmbərlərdən sonrakı seçilmişləri şəxsiyyət və mənəviyyat baxımından hamıdan önə keçmişlər və onlar kimisi yoxdur.”("Səhihi-Buxari”, 2-2 )
    Meyvə işdə cücərsə də budaqdan
    Son məqsəd budaq yox, meyvədir inan.
    Bu öncüllüyün, mərifətin səbəbi budur ki, onlar Allahın iradəsi ilə başlanğıc və sondurlar. Varlığın başlanğıcı, vaciblə mümkün arası bərzəx, dünya və axirətdə son həmin zümrədir. İmam Hadi "Camieyi-kəbirə” duasında bu həqiqətə belə işarə edir: "Allah varlıq və həqiqətlərə sizin vasitənizlə həyat verdi. Sizin vasitənizlə də başa çatdırar... Xalqın qayıdışı sizə doğrudur və hesabları sizin öhdənizədir.”("Məfatihul-cinan” )
    Demək, söhbətimizin əvvəlində qeyd olunduğu kimi, bütün peyğəmbərlər Əhli-beytin (ə) dünyada təcəlla və insanlar arasında hüzuru üçün zəmin yaratmışlar. Bu böyük şəxsiyyətlər fərqli zaman, məkan və məqamlarda ilahi mərhəmət qülləsindən təbiət vadisinə nazil olmuşlar ki, Allahla məxluq arasında kamil rabitə yaransın, bütün insanlara xəbərdarlıq başa çatdırılsın.
    Məhəmməd nurunun doğuşu ilə Qiyamət sübhü
    Əslində onların bu torpaq səyyarəyə gəlişi zaman baxımından varlıq günəşinin qürub vaxtına təsadüf edir. Həmin vaxtdan varlıq əsri başlayır. Kainat eniş yolunu gedir. Həzrət Peyğəmbərin (s) və Əhli-beytin (ə) zühur dövrü, xüsusi ilə imam Mehdinin (ə) həyatı başa çatdıqdan sonra varlıq günəşi qüruba yönəlir. Bütün varlıq mütləq məhvə üz tutur. Birinci zülmətdən milyon illər keçmiş ikinci zülmət başlayır. Bu barədə Allah-təala buyurur: "Bu gün hökm sahibi kimdir?”("Ğafir”, 16 )
    Qurani-məcidin təbirincə, həmin an Qiyamət başlayır. Qiyamət günü gecəsi olmayan nəhayətsiz bir gündür.
    Heç bir ayə və rəvayətdə "Qiyamət gecəsi” təbiri yoxdur. İstənilən mənbədə "başqa dünya” deyərkən Qiyamət günü nəzərdə tutulur. Gün üçün günəş lazım olduğu kimi, Qiyamət günü üçün də Məhəmməd (s) günəşinə ehtiyac var. Həmin bu Əhməd nuru Qurani-məciddə "siracun-munir” təbiri ilə yada salınır.("Siracun munir”-”Aydınladan çırağ” ) Məhz bu vücud Qiyamətdə Allah hüzuruna ilkin daxil olar, onun gəlişi ilə məhşər səhnəsi işıqlanar, əbədi bir gün başlayar. Quranda oxuyuruq: "Yer öz Rəbbinin nuru ilə işıqlanar...”("Zumər”, 69 ) Hazırkı ayə Qiyamət günü haqqındadır. Bir çox rəvayət və təfsirlərdə Peyğəmbər (s) və məsum imamların ilahi nur nümunəsi olduğu bildirilir. Bəli, Məhəmməd nuru olan ilahi nurun doğuşu ilə Qiyamət sübhü açılır, daimi bir gün başlayır. Bu nurun bərəkətindən bütün həqiqətlər cilvələnir.(Bax: "Tariq”, 9 )Beləcə, hesab-kitab başlayır. İmam Baqir (ə) həzrət Peyğəmbərin (s) dilindən buyurur: "Mən, Allahın kitabı və Əhli-beytim (ə) birinci, ümmətim isə sonradan Əzizul-Cəbbarın hüzuruna daxil olarıq. Həmin vaxt ümmətimdən soruşaram ki, Allahın kitabı və əhli-beytimlə (ə) necə rəftar etdiniz?”("Kafi”, 2-600 )
    Əhli-beyt (ə) nicat gəmisidir
    Əhli-beytin (ə) pak ruhları Allahın iradəsi ilə nurlanan vücudlarına rəğmən bütün mövcudlardan öncə mərhəmət üfüqündə doğmuşlar. İlahi ərş ətrafında dövrə vurmuş bu vücudlar Allah-təalanın həmd-səna dəryasında qol açmışlar. Allah insanların hidayəti üçün onlara minnət qoydu və onların hər birinə münasib dövrdə pak ruh əta etdi. Onlar xalq arasında aşkarlandı.
    "Camieyi-kəbirə” ziyarətində oxuyuruq: "Allah sizi nur şəklində yaratdı, ərş ətrafında düzdü ki, biz insanlara minnət qoysun. Sizi adının zikr olunası evlərdə qərar verdi...” Siz Rəhmanın ərşində dövrə vurub düzüldüyünüz vaxt Nuhun gəmisi kimi tufana düşmüşlər üçün qurtuluş oldunuz. Sizi burulğana düşənlərə qurtuluş vasitəsi kimi tanıtdırdı. Ziyarətdə oxuyuruq: "Allah sizi əzizlərinin ən şərafətli yerinə, özünə yaxınların ən üstün mənzillərinə, elçilərinin ən üstün dərəcələrinə çatdırdı...”
    Adəm və nicat gəmisini çağırış
    Mötəbər hədislər və təfsirlərdə imam Əsgəridən (ə) nəql olunur ki, Adəm öz məqamından endiyi, mələklərlə yoldaşlıqdan məhrum olduğu, behiştdəki mənzilini itirdiyi, kəramət libasının alındığı vaxt Allah-təalaya üz tutub dedi: "Pərvərdigara! Səni and verirəm Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn, onların Əhli-beytindən (ə) olan pakların hörmətinə, tövbəmi qəbul et, səhvimi bağışla, məqamıma qayıdışı mənə ehsan et.” Allah ona belə cavab verdi: "Tövbəni qəbul etdim, razılıqla sənə üz tutdum, maddi və mənəvi nemətləri sənə qaytardım, öz kəramətimlə səni məqamına döndərdim. Öz rəhmətimlə payını tamamladım.” Allahın buyuruqlarından anlaşılır ki, Adəm tövbə və Əhli-beytə (ə) təvəssül kimi kəlmələr öyrəndi və tövbəsi qəbul olundu. Çünki Allah tövbələri qəbul edən və mehribandır.("Təfsirul-imamul-Əsgəri (ə)”, 225 )
    Əhli-beyt (ə) qurtuluş vasitəsidir
    Əbuzər Kəbə qapısından tutub dedi: "Eşitdim ki, Peyğəmbər (s) belə buyurdu: "Agah olun, mənim Əhli-beytim sizin üçün Nuhun gəmisi kimidir. Hər kəs ona pənah gətirsə qurtuldu, hər kəs ondan qalsa məhv oldu.”("Yənabeul-məvəddət”, 1-94, bab 4, hədis 1 )
    Əmirəl-möminin (ə) buyurur: "Əgər sizlərin qurtuluşu nəzərdə tutulmasaydı, Allah bizi bu dünyaya göndərməzdi. Biz Allahın ərşi ətrafında həmd-sənaya məşğul idik və dünya əhli deyildik. Sizin ardınızca göndərildik ki, sizi küfr, şirk və azğın nəfs istəkləri girdabından çıxaraq, insanlıq zirvəsinə çatdıraq. Biz dünyanın zülmət quyusu başında dayanıb sizi onun dərinliyindən çıxaran, bu torpaq aləmdən pak aləmə hidayət edən karvanıq. Beləsə, əlimizi əlinizə verin, sədaqətlə bizə beyət edin ki, sizi bu girdabdan, tufanlı dəryadan xilas edib qurtuluş sahilinə çıxaraq.”
    Həzrət Peyğəmbər (s) buyurur: "Biz nicat gəmisiyik. Ona pənah gətirən nicat tapdı, ondan qalan həlak oldu. Allahdan bir şey istəyən biz Əhli-beyt (ə) vasitəsi ilə istəməlidir.”("Fəraidul-səmteyn”, 1-37 ) Əmirəl-möminin (ə) Kumeylə buyurdu: "Ey Kumeyl! İslam peyğəmbəri (s) ramazanın on beşinci günü əsr namazından sonra mühacirlər və ənsar bir yerə toplaşdığı vaxt minbərə qalxıb buyurudu: "Əli və onun iki pak övladı məndəndir, mən də onlardanam. Onlar nicat gəmisi kimidir. Ona pənah gətirən nicat tapar, ondan qalan məhv olar. Qurtulan Firdövs cənnətdədir, yerdə qalan cəhənnəm odunda!”(Bəşarətul-Mustəfa”, 30; "Biharul-ənvar”, 74-276, bab 11, hədis 1 ) Həzrət başqa bir məqamda buyurur: "Bizim vilayətimizə (hakimiyyətimizə) tabe olan qabağa düşdü, bizim gəmidən qalan qərq oldu.”("Ğurərul-hikəm”, 116, hədis 2028, 2029 ) Gecələr yol gedənlər üçün ulduzlar nişangahdır. Bir çox müsafirlər gecənin qaranlığında ulduzların köməyi ilə hərəkət edir. Həzrət Peyğəmbər (s) bir rəvayətdə Əhli-beyti (ə) ulduzlar tək əmin-amanlıq vasitəsi hallandırır: "Ulduzlar yer əhlini qərq olmaqdan qoruyan əmin-amanlıq vasitəsidir. Mənim Əhli-beytim ixtilafdan qurtuluş səbəbidir. Onlarla olmayan, onlara qarşı qalxan zümrə bir-biri ilə də ixtilafda olar və şeytan firqəsindən sayılar.”("Mustədrək”, 3-162 )
    Rəvayətlərdə Əhli-beytin (ə) məsəli
    Rəvayətlərdə Əhli-beyt (ə) təkcə ulduzlara və nicat gəmisinə oxşadılmır.
    Hittə qapısı: Həzrət Peyğəmbər (s) buyurur: "Mənim Əhli-beytim (ə) sizin üçün Hittə qapısı Bəni-İsrail üçün olduğu kimidir. Bu qapıdan girən bağışlanacaq.”("Əl məcəmus-səğir”, 2-22 ) Həzrət Əli (ə) buyurur: "Biz Əhli-beyt (ə) Hittə qapısıyıq. Bu qapı salamatlıq qapısıdır. Ondan daxil olan nicat tapdı, ondan üz çevirən həlak oldu.”("Əl-xisal”, 2-626 ) Həzrət başqa bir məqamda buyurur: "Agah olun! Adəmin gətirdiyi elm, peyğəmbərləri üstün edən hər bilik son peyğəmbərin Əhli-beytində (ə) var. Bəs haraya üz tutmusunuz, hara gedirsiniz? Əhli-beyt (ə) sizin aranızda Əshabi-kəhf, Hittə qapısı kimidir. Onlar salamatlıq qapısı kimidirlər. Allah onları öz kitabında belə yada salır: "Ey iman əhli! Hamınız təslim halına gəlin, şeytanın addımlarını izləməyin, o sizin açıq düşməninizdir...”(Bəqərə”, 208; "Təfsirul-əyyaşi”, 1-102, hədis 300 )
    Beytullah: Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: "Ey Əli! Siz Əhli-beyt (ə) beytullah (Kəbə) kimisiniz. Ona daxil olan salamat qaldı. Sizi dost bilib yardım edən cəhənnəm odundan amanda qalacaq. Sizə kin bəsləyib düşmənçilik edən oda atılacaq. Ey Əli! Allahın kitabına əsasən gücü çatana həcc vacibdir. Səbəbi olan üzürlüdür. Yoxsulun üzrü onun yoxsulluğu, xəstənin üzrü onun xəstəliyidir. Amma Allah sizə münasibətdə səhlənkarlığı nə varlıdan, nə yoxsuldan, nə xəstədən, nə sağlamdan, nə kordan, nə də görəndən heç bir üzrlə qəbul etmir!”("Xəsaisul-əimmə”, 77 )
    Cisim üçün baş: Həzrət İslam peyğəmbəri (s) buyurur: "Mənim Əhli-beytimi (ə) cisminiz üçün baş, başınız üçün iki göz bilin. Cisim başsız yol getməz, baş gözsüz yol tapmaz.”(Tusi, "Əmali”, 482)Aydın olur ki, Əhli-beyt (ə) aşiqləri nə üçün bu insanları özlərinə baş və göz hesab etmişlər. Onlar bir an olsun belə bu eşqsiz yaşamamış, Əhli-beyt (ə) maarifindən əl çəkməmişlər. Əhli-beytsiz (ə) həyat onların aşiqləri üçün korluq, azğınlıq, heyrət, fəlakətdən başqa bir şey deyil.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 3256 | Downloads: 0 | Rating: 3.8/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024