İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:13 PM
    Aşiqanə seçim
    Aşura gecəsi imam Hüseyn (ə) öz tərəfdarlarına "beyətinizi götürdüm və hara getməkdə azadsınız” desə də, onlar bu barədə düşünmək belə istəməyib, imamdan üzr dilədilər. Bildirdilər ki, heç vaxt ondan ayrılmayacaqlar.
    Əhdimiz səninlə, yox başqa bir yol,
    Gözümüzdə deyil nə sağ, nə də sol.
    Sevgi şərbətini içəndən sonra
    And içib qədəhi vurduq divara.
    Aşiqanə cavab
    Heç şübhəsiz, insan Əhli-beytə (ə) səfa-səmimiyyətlə üz tutub, onları çağırsa, qarşı tərəfdən aşiqanə cavab alasıdır. Onlar öz aşiqlərinə qucaq açası, xoşbəxtlik yolunda yardım göstərəsidirlər. Çünki onlar Allahın ad və sifətlərinin təcəllasıdır və insanları Allah kimi sevirlər. Onların bəşəriyyətə lütfü həmişəlik və daimidir.
    Həmin eşq və lütf əsasında imam Hüseyn (ə) aşura günü qana bələnmiş cismi ilə meydana çıxıb düşmənə mehribancasına müraciət etdi. Onun bu hərəkəti öz bəhrəsini verdi. Qatı düşmənlərdən olan iki qardaş, Əbül Hütuf və Səd ibn Hərəs, Nəhrəvan şeyxlərindən və Yezid döyüşçülərindən olan bu iki qardaş ilahi nəfəsin təsiri altında tövbə qılıb doğru yola gəldilər. Həzrətin ömrünün son anlarında onlar haqq cəbhəsinə qatıldılar, Əhli-beytin (ə) müdafiəsinə qalxdılar. Onlar Həzrət Haqqın əlindən şəhadət şərbətini içib ən üstün mənəvi dərəcəyə qalxdılar, behişt mənzillərinə yola düşdülər.
    "Sirati-mustəqim”
    Qurani-kərim düşüncə, hal, əxlaq, əməl və səy yönümündə zərrəcə ifrat və təfritə yol verməyənləri imam və rəhbər kimi tanıtdırır. Belələri öz həyatlarının bütün sahələrində Allahın əmrinə tabedirlər. Acı və şirin hadisələr, ictimai və siyasi təbəddülatlar, nəfs istəkləri, düşmən və şeytanın təlqinləri belələrinə təsir etmir. Qurani-məcid təbirincə, bu bəndələr Allahın xalis bəndələridir və hiyləgər şeytanın əli onlara çatmır.(Bax: "Hicr”, 39, 40 ) Onların həyatının hər anı ilahidir, istənilən əməlləri müsbətdir, gözəl əxlaqla cilvələnmişlər, xalqa əl tutur, din təbliğ edirlər...Quranda oxuyuruq: "Rəbbi buyurdu: "Mən səni bütün xalqa imam təyin edirəm.” İbrahim dedi: "Nəslimdəndəmi?” Allah-təala buyurdu: "Mənim əhdim (verdiyim imamət) sitəmkarlara çatmaz.”("Bəqərə”, 124 ) Digər bir ayədə oxuyuruq: "Onları imamlar qərar verdik, bizim əmrimizlə (xalqı) hidayət edərlər. Onlara yaxşı işlər görməyi, namaz qılmağı, zəkat ödəməyi vəhy etdik. Onlar yalnız bizə pərəstiş edənlərdir.”("Ənbiya”, 73 )
    "Sirati-mustəqimin” mənası
    Qurani-məcid ayələrinə əsasən Xaliqlə məxluq arasındakı, insanı Allaha yaxın məqama aparan, onu əbədi əzabdan qurtaran yol "sirati-mustəqim”dir.
    Əmirəl-möminin (ə) sirati-mustəqim haqqında buyurur: "Dünyada sirati-mustəqim ifrat və təfritdən uzaq bir yoldur. Bu yol möhkəm, düz bir yoldur. Axirətdə möminləri behiştə aparan bir yoldur.”("Təfsiri-Safi”, 1-54 ) Əmirəl-mömininin (ə) izahatı yalnız Əhli-beytlə (ə) üst-üstə düşür. Çünki bu böyük insanlar həyatın müxtəlif sahələrində orta həddi gözləmiş, ifrat və təfritdən uzaq olmuşlar. İnsanlar onların hidayəti ilə Qiyamətdə behiştə çatır.
    "Sirati-mustəqim”in həqiqi məfhumu
    Qurani-məciddə bəzən elə sözlər işlədilir ki, bu sözləri tam mənada dərk etmək mümkün olmur. Şübhəsiz ki, bu sözlərin həqiqi mənasını gerçək Quran müəllimləri olan Peyğəmbər (s) və Əhli-beytdən (ə) öyrənməliyik. Əhli-beytdən (ə) uyğun sözləri tam mənada açıqlayan rəvayətlər nəql olunmuşdur.
    Quranda tez-tez işlədilən əsrarəngiz sözlərdən biri "sirat” sözüdür. Biz sirat dedikdə yalnız yol mənasını başa düşürük. Bəs bu yol nə yoldur, haradan haraya aparır, onun hansı səciyyələri var? Bu yolda necə hərəkət etmək lazımdır? Sirat sözü təklikdə bu suallara cavab vermir. Bu sayaq mənaları aydınlaşdırmaq üçün Peyğəmbər (s) və Əhli-beyt (ə) Allah tərəfindən vəzifəlidir. Onların sonuz elmindən faydalanmadan Qurana müraciət etmək insanı çaşdırır. Ayədə buyurulur: "Savadsız insanlar arasında onlara ayələrini oxusun deyə özlərindən peyğəmbər seçən, onları paka çıxaran, onlara kitab və hikmət öyrədən kəs Odur (Allahdır). Heç şübhəsiz, onlar bundan öncə aşkar azğınlıq içində idilər...”("Cumuə”, 2 ) Başqa bir ayədə buyurulur: "Əgər bilmirsinizsə, elm və bilik əhlindən soruşun.”(Nəhl”, 43 )
    "Kafi”, "Təfsiri-Qummi”, "Təfsiri-Əyyaşi” kitablarında qeyd olunmuş bir sıra rəvayətlərdə bildirilir ki, «zikr əhli» dedikdə Peyğəmbər (s) və Əhli-beyt (ə) nəzərdə tutulur.("Kafi”, 1-211... )Bəli, Allah-təala Quranı peyğəmbər evinə nazil etdi. Quranın məna və məfhumları bu ev əhlinin qəlbində təcəlla etdi. Xalq bu insanlar vasitəsi ilə Quran təbirlərinin həqiqi mənasını anlamalıdır. İmam Sadiq (ə) "İhdinəs-siratəl-mustəqim” cümləsi haqqında buyurur: "Deyilir ki, bizi doğru yola yönəlt, yəni yolunda saxlamaqla tərbiyələndir. Elə bir yol ki, bizi eşqinə doğru çəkir, behiştinə çatdırır. Bu yol ölçüsüz istəklərimizə mane olur, nəticədə uçuruma yuvarlanmırıq...”("Üyuni əxbarur-riza” , 1-305 )
    Məgər arif və Allahşünas Əhli-beyt (ə) təlimləri olmadan hansısa mərifətə və bu mərifət nəticəsində ilahi eşqə nail olmaq mümkündürmü?! Onların göstərişləri olmadan, bu göstərişlərə əməl etmədən, onların şəfaətindən məhrum vəziyyətdə behiştə yol tapmaq mümkünmü?! Onların vilayət sipərinə daxil olmadan azğın nəfsin təhlükələrindən qurtarmaq olarmı?! Bu hidayət imamlarına iqtida etmədən qarşısı alınmaz zərbələrdən necə yayınmaq olar?! Əgər bir şəxs desə ki, Əhli-beytə (ə) üz tutmadan yalnız Quran sayəsində bütün bu təhlükələrdən amanda qalmaq mümkündür, həmin şəxs Quranın ziddinə danışmış olur. Təkcə Allahın kitabına sarılmaq Allah və peyğəmbərin razılığı olmayan bir işdir. Belə bir seçim insanı yalnız azğınlığa aparır. Beləcə, tam əminliklə deyə bilərik ki, sirati-mustəqim məna baxımından Quran, nümunə baxımından Əhli-beytdir (ə). Bu iki zərurət bir-birini tamamlayır və onlar arasında ayrılıq mümkünsüzdür. Əhli-beytdən (ə) üz çevirib bilavasitə Quran məfhumlarını anlamaq, onun lətif işarələrini dərk etmək əl çatmaz işdir. Əslində sirati-mustəqim Quran mənalarına yol tapmaq, kamil fiqhə yiyələnmək, təhlükələrdən qurtulmaq, dünya və axirət səadətinə qovuşmaq, əzabdan amanda qalıb behiştə daxil olmaq üçündür. Belə bir yol isə Əhli-beytdir (ə)!
    Allaha doğru düz yol
    İmam Baqir (ə) buyurur: "Allahın, Onun Özünə doğru aydın və düz yolu, yolçunu Allaha çatdıran yol biz peyğəmbər Əhli-beytiyik.”("Vəsailul-dəracat”, 62, bab 3, hədis 1; "Biharul-ənvar”, 26-248, bab 5, hədis 19 )
    Bəli, Əhli-beyt (ə) Allahın sirati-mustəqimidir. Çünki Allahı kamil və əhatəli tanıyan onlardır. Onlar Allahın istəklərindən daha yetərli xəbərdardırlar. İnsan Quranın əsrarəngiz ayələri ilə yanaşı Əhli-beyt (ə) tərəfindən tanıtdırılmış Allahı qəbul etməlidir.
    Onların varlığı ilə haqqın bütün istək və göstərişləri anlaşılır. Onların mənəvi qüdrəti və göstərişləri ilə insan Allaha, Allahın razılığına, Allahla yaxınlığa çatır. İstənilən başqa yolla hərəkət edən kəs məqsədə çatmayacaq, yolunu azacaq.
    Çox mühüm bir rəvayətdə deyilir: İmam Sadiqdən (ə) sirati-mustəqimin mənası haqqında soruşuldu. İmam (ə) buyurdu: "Sirati-mustəqim Allahı tanımağa aparan yol mənasını bildirir.” Axı bu geniş varlıq aləmində Allahı tanımaq üçün Əhli-beytdən (ə) başqa hansı yol var? Allaha arif Əhli-beyti (ə) boşlasaq, Allahı tanımaq üçün hansı yola üz tutasıyıq?! Öz ilahi maarifləri əsasında Allahı, Qiyaməti, fiqhi, əxlaqı, həqiqətləri insanlara çatdıran Əhli-beytdir (ə). Həqiqətlərə yol tapmaq üçün Əhli-beytə (ə) üz tutmaq insanların işidir. Həqiqi din onlardan öyrənilir. Bir sözlə, Əhli-beyt (ə) vasitəsi ilə əzəmətli mərifət səhnəsinə daxil olmaq mümkündür. Əhli-beytsiz (ə) həyat zülmət, cəhalətdə çabalamaqdır.
    İmam Sadiq (ə) sirati-mustəqimlə bağlı rəvayətçiyə izahatında buyurur: "Haqqında danışılan sirat ikidir: dünyadakı sirat və axirətdəki sirat. Dünyadakı sirat imamdır və ona itaət vacibdir. Dünya siratını tanıyıb ona iqtida edən axirətdəki siratdan da keçəcək. Dünyada bu siratı tanımayıb özbaşına qalan axirət siratında büdrəyib cəhənnəm oduna düşəcək.("Məaniyul-əxbar”, 32 )
    Bəli, insanın dünya və axirətini təmin edəcək gerçək mərifət və tanışlıq üçün ayə və rəvayətlərə əsasən məsum imamlara, yəni Əhli-beytə (ə) üz tutmaq lazımdır.
    Doğru yol yolçuları
    Əlini Əhli-beytin (ə) əlinə verən, onların maarifinə üz tutan, xoşbəxtliyə aparan məktəblərində şagird olan, göstərişlərinə tabe olan insan ilahi mərifət əldə edir. Belə bir insanın qəlbində həqiqətlər aydınlaşır, vücudu başdan-başa bu mərifətin təsiri altında olur. Belə bir insana vacib əmrlərin yerinə yetirilməsində, əxlaqi baxımdan zinətlənməkdə, xüsusi ilə haram işlərin tərkində və günahlardan çəkinməkdə yardım göstərilir.
    Məgər ömrünün bir hissəsini zərdüşt və məsihi məktəbində keçirmiş Salman Əhli-beytə (ə) iqtida etməklə ali məqama çatmadımı?! Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: " Salman biz Əhli-beytdəndir (ə).”("Biharul-ənvar”, 22, 348, hədis 64 )_
    Məgər səhrada dolanıb çobanlıq edən Əbuzər Əhli-beytə (ə) üz tutmaqla ucalmadı?! Peyğəmbər onun haqqında buyurur: "Səmanın altında və yerin üstündə Əbuzər kimi sadiqi olmadı.”("Şərhi-nəhcül-bəlağə”, 8-259 )Məgər həbəşi Bilal Əhli-beytə (ə) iqtida etməklə yüksək məqam etmədimi?! Quran buyurur: "Şübhəsiz, Allah yanında sizin ən əziziniz ən pəhrizkar olanınızdır. Həqiqətən, Allah bilən və agahdır.”("Hucurat”, 13 ) Bəli, bu ayə həmin həbəşi Bilal haqqında nazil olmuşdur.
    Bütün bu insanlar Əhli-beytdən (ə) qazandıqları düzgün mərifət yolu ilə Allaha həqiqi bəndə olmuşlar. Onlar çatmalı olduqları məqama çatmış, Qiyamət gününədək bəşəriyyətə Əhli-beytə (ə) ardıcıllıqda nümunə olmuşlar Allahı tanıyan insan Ondan qeyrisinə bəndə ola bilməz. Belə biri daim bəndəlik məqamındadır və nəfs təhlükələrindən amandadır. Allahı tanıyan insan zahiri və batini çirkinliklərdən pakdır. O yalnız Allah haqqında düşünür, işlərində yalnız Allahın razılığını nəzərə alır. Allahı tanıyan insan Allahdan qeyrisi üçün addım atmır, zalıma boyun əymir, şeytana tabe olmur. Allahı tanıyan insan özünü Allahın həqiqi mülkü bilir, yalnız Allahı sahib kimi tanıyır. O sözü və əməli ilə fəryad çəkir ki, bəndə və onun ixtiyarında olan mövlaya məxsusdur.
    Həzrət Yusif Allahın həqiqi bəndəsi idi. O bütün varlığı, düşüncəsi ilə Allahın sahibliyini, özünün Ona mülk olduğunu hiss edirdi. Gəncliyinin coşqun illərində gözəl kübar qadın qarşısında müqavimət göstərdi. İşvəkar Misir gözəli ona qoyun açdığı vaxt tam qətiyyətlə Allaha sığındı. Deyirdi ki, məni tərbiyə edən, sahibim olan, əmrlərinə tabe olduğum Allah sənin dəvətini qəbul etməyimi istəmir; istəmir ki, günaha batam, sənin ilmənlə fəlakət quyusuna düşəm; mən coşğun cavanlıq həddində olsam da, digər bir tərəfdən Allahın mülkündəyəm və mənim sahibim şəhvətə əsir olmağımı istəmir; əminəm ki, Ondan başqa nə varsa zəlalət və fənadır; mən heç vaxt ötüb keçəsi kölgəyə sığınmaram, ondan qeyrisinə pərəstişə yol vermərəm...
    Allahı tanıyan insan bütün vücudu ilə sirati-mustəqimdədir. O yalnız bu yolda hərəkət edir, kimsəyə aldanmır, əsir olmur. Belə bir insan dünyada xar, axirətdə zəlil deyil. Arifin iman və eşq səpkili mərifət və biliyi onun əməl və rəftarında zühur edir.
    Peyğəmbərlər və Əhli-beytin (ə) həyatı başdan-başa mərifət və agahlıqla müşayiət olunur. Eşq və məhəbbət bu mərifətin meyvəsidir. İlahi mərhəmətdən pay götürən insan həcdən keçən məqama sahib olur, mələkləri heyrətə gətirir.
    Allah tərəfindən təyin olunmuş məsum rəhbərlərə və imamlara bağlanmaqla pak İslam maarifinə könül verib özümüzü yüksək məqama çatdıraq. Belə bir məqamda "La ilahə illəllah” şüarı həyatın bütün yönümlərində zühur edir. Bu halda insanın vücudundan qalan yalnız tövhid olur. Bu həqiqəti dərk etməklə varlıq aləmində Ondan qeyrisni hökm sahibi kimi tanımayaq. Nə varsa Onun işarəsinin kölgəsidir və fəna olub gedəsidir.
    Həqiqi sirati-mustəqim, haqq yolun kamil cilvəsi olan Əhli-beyt (ə) öz varlıqlarında Allahdan başqa bir şey görməmişlər. Onlar yalnız Allaha tabe olmuş, Allaha bəndəlik etmiş, yalnız Ona sığınmışlar. Bu səbəbdən də Allahın izni ilə feyz mənbəyi olmuşlar. Səfa-səmimiyyətlə onlara üz tutan şəxs elm və əməldə onların feyzindən bəhrələndi.
    Əhli-beyt (ə) və ilahi xilafət məqamı
    Həzrət Haqqın adları sadəcə sözdə olan adlar yox, müşahidə olunan həqiqətlərdir. Allahın iradəsi ilə təcəlla etmiş qeyblə bağlı ilkin adlar bəzi rəvayətlərə görə dörd ad, bəzi rəvayətlərə görə yeddi addır. Onları bir adla da ifadə etmək olar. İlkin zühur etmiş adlar "Əl-həyy”, "Əl-əlim”, "Əl-qadir”, "Əl-mutəkəllim” adlarıdır.
    Bu adların hər birinin öz əhatəsi var və onlar təcəlla etməkdədir. "Əllah” adı bütün adları özündə daşıyır və hansısa ad təklikdə zühur edə bilmir.
    Yaranış nizamının xəlifəyə ehtiyacı
    Allahın gözəl adları ilə gerçəkləşmiş varlığın hər bir hissəsi bir adın hökmü altındadır. Şübhəsiz, haqqın ismi-əzəminin tam təcəllası olan bir kəs yaranmalıdır. Bu varlıq haqqın adları arasında rabitə yaratmalı, bir adın o biri ada maneçiliyinin qarşısını almalıdır.
    Başqa sözlə, varlıq aləmində bütün gözəl ad və sifətlərin zirvəsi olan kamil insana ehtiyac var. Həmin insan Allahın xəlifəsi olaraq bu məcmuəni idarə etməlidir. O öz nuraniyyəti ilə Allahın izni əsasında hər bir işi qaydasına salmalıdır. Hətta nur və əqldən ibarət mələklərin də müəyyən vəzifələri var. Quranda oxuyuruq: "Hər birimizin müəyyən məqamı var.”("Saffat”, 164 ) Mələklər də Allahın xəlifəsinə ehtiyaclıdır. Onların işinə nəzarət olunmalı, ehtiyac duyulan biliklər onlara öyrədilməli, onlar bir bayraq altında hərəkət etməlidir.
    Bir sözlə, ayə və rəvayətlər, hikmət və irfan əsasında varlıq nizamı Allahın xəlifəsinə ehtiyaclıdır. Hətta heç bir insan yaradılmasaydı da varlıq nizamı Allahın xəlifəsinə möhtac idi. Demək, insanın varlığından, kəmiyyətindən asılı olmayaraq, varlıq Allahın xəlifəsinə ehtiyaclıdır.
    Bəşər növünün ilk nümayəndəsi olan həzrət Adəm də Allah xəlifəsinin mənəviyyat və nuraniyyətinə möhtac idi. Yalnız bu yolla onun işləri ədalət əsasında idarə oluna bilərdi. Hətta özü xəlifə olanın da Allahla rabitəsi üçün, haqqın göstərişlərini əldə edib həyata keçirməsi üçün xəlifəyə ehtiyacı vardı.
    Varlıq aləminin xəlifəyə ehtiyacını nəzərə alaraq mehriban Allah özü üçün xəlifə təyin etdi. Ona varlıq və kainat üzərində ixtiyar verdi. Hər şey ona ram edildi, ona vilayət məqamı əta olundu. Quranda oxuyuruq: "Şübhəsiz, yer üzündə canişin qərar verərəm...”("Bəqərə”, 30 )
    Bu xəlifə yerin təkindən başlayaraq onun üzərində nə varsa idarə edir. Yer üzü zahiri baxımdan əskik görünsə də, qüvvə və istedad baxımından yüksək məqama malik məkandır. Çünki torpaq bütün ilahi adları özündə cəmləşdirə biləcək yeganə ünsürdür. Ayədə buyurulur: "Allah bütün adları Adəmə öyrətdi...”("Bəqərə”, 31 )
    Allah xəlifəsinin sifətləri
    Xəlifə bütün adlara sahib məqama malik olduğundan bütün varlığın ustad və müəllimidir. Allah insanın mələklərə ustadlığını bəyan etməklə onun bütün digər varlıqlara ustad olduğunu sübuta yetirir. Əgər ən yüksək məqama malik mələklər şagird olursa, başqaları haqqında danışmağa dəyməz. Quranda oxuyuruq: "Sonra mələklərə buyurdu: "Əgər doğruçusunuzsa, mənə onların adını deyin.” Mələklər dedilər: "Sən hər bir nöqsandan paksan. Bizə öyrətdiyindən başqa bir şey bilmirik. Şübhəsiz, elm və hikmət sahibi Sənsən.” Allah buyurdu: "Ey Adəm! Mələklərə onların adını xəbər ver.” Elə ki, onların adını mələklərə söylədi, Allah buyurdu: "Sizə demədimmi ki, mən göylərin və yerin batinini bilirəm, sizin aşkarda və gizlindəki işlərinizdən xəbərdaram?!”("Bəqərə”, 31-33 )
    Allahın xəlifəsi mərifət, ilahi adların dərki baxımından ən üstün imkan halına malikdir. O ədalət baxımından mərkəz mövqedə dayanmalıdır ki, mələklərə təlim verə bilsin, onların işini idarə etsin, müəyyənləşmiş işlərinə yönəltsin.
    Başqa sözlə, Allahın xəlifəsi mərifət və vücud, ismət və ədalət baxımından üstün məqama malik olmalıdır ki, ilahi adlar arasında varlığı nizam üzrə yönəltsin. Allahın xəlifəsi o kəsdir ki, bütün vücud mərhələlərini adlamış, mərifət baxımından bütün məqamlara sahib olmuşdur. Kitab elminə sahib olan kəs Allahın xəlifəsidir. O nəinki həmin kitaba yol tapmış, hətta ona qatılıb birləşmişdir. Onun həm idrak, həm də iş qüvvələri kamil tarazlıq halındadır. O nikbin, xeyirxah, alim və salehdir. O səxavət, qənaət, iffət, şücaət, əfv kimi fəzilətləri haqdan əldə etmiş, ilahi hikmət və əməli irfanda zirvəyə çatmış, bütün ilahi adların təcəllası olmuşdur.
    Allahın xəlifəsi hər dövrə uyğun ilahi adla zühur edir. O hər addan yerində faydalanır və hər adın haqqını ödəyir. Hansısa adın zühur etməməsinin qarşısını alan da Odur.
    Allahın xəlifəsi o zaman tam zühur edir ki, bütün ilahi adlar eyni həddə görünsün, xəlifə özü mərkəzdə qərar tutsun və xalqlar arasındakı ixtilafı aradan qaldırsın.
    O vücud və mərifət baxımından, gözəl məqamdan da üstün, yəqin məqamında olmalıdır. O elə bir mərifət və əməl sahibidir ki, haqdan qeyrisi ilə rabitəni üzmüşdür, varlığa diqqətli olduğu kimi etinasızdır. Son kamal həddində dostdan qeyri hər şeyi unudur, Allah tərəfindən yüksəldiləcək məqama çatır. Allahın fəna məqamına çatdığı xəlifə Allah yolunda cihad edib yolunu haqla haqqa çatdırır. Allah rəngi aldıqdan sonra elə bir məqama yüksəlir ki, Haqqın izni ilə "ol” deyib yaradır. Bəli, belə bir məqamda onun zatı Allahın razılığından, iznindən, işindən, qüvvəsindən ibarət olur. Bu səbəbdən də təbiətin işlərinə qatıla bilir, qəlbi Allahın ərşi olur, Allahı yaddan çıxarmır. Ayədə oxuyuruq: "Rəhman Allah varlıq aləmindəki işlərə qalibdir.”("Taha”, 5 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 747 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024