İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 1
İstifadəçilər 1
Ferec313
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:11 PM
    Xəlifəliyə layiq olanlar
    Qüdsi hədisdə oxuyuruq: "Mən yerə və göylərə sığmaram. Amma mömin bəndəmin qəlbində belə bir tutum var.”("Əvaliyul ləali”, 4-7 )
    Bütün ilahi adlara xəlifəliyi öhdəsinə götürə bilən yalnız möminin qəlbidir. Allah bu xəlifənin vasitəsi ilə ərşdən kainata hakimlik edir. Rəvayətdə oxuyuruq: "Sən olmasaydın fələkləri yaratmazdım.”("Mənaqib”, 1-216; "Biharul-ənvar”, 16-205, bab 12, hədis 1 )
    Bu ruh və qəlb o qədər tutumlu və qüvvəlidir ki, varlıq aləminə haqq hökumətin zühur yeri ola bilər və varlığın cilovunu əlinə alar.
    Əhli-beyt (ə) kamil xəlifələrdir
    Tam mənada xəlifə və Allahın həqiqi canişini həzrət Məhəmmədin (s) müqəddəs vücududur. Çünki ilahi adların ilk və kamil zühur yeri, həqiqətlərin məcmusu və ilahi nur odur. Həzrət buyurur: "Allahın yaratdığı ilkin şey mənim nurumdur.”("Əvaliyul-ləali”, 4-99, hədis 140; "Biharul-ənvar”, 1-97, bab 2, hədis 7 ) Qadir Allah öz nur və zatının tam zühur yeri olan peyğəmbərin vücud yeri haqqında buyurur: "Allah göylərin və yerin nurudur. Nurunun vəsfi qəndil kimidir...”("Nur”, 35 )
    Rəvayətdə nəql olunur ki, varlıq aləminin yaranışından min illər qabaq peyğəmbərin vücud nuru yaranmışdı. Nəql olunur ki, dünyanın yaranışından on beş min il əvvəl həmin nur yarandı. Həzrət zahiri vücudu ərsəyə gələnədək mərhələlər keçdi, peyğəmbərlik libası geydi. Digər məsumlar da həzrətin nurundan yarandığı üçün onun bütün hökmləri məsumlara da aiddir.
    Əmirəl-mömininin (ə) nurani vücudi ilə bağlı deyilir ki, o həzrət də qeyb aləmlərində peyğəmbərlə olmuşdur. Onlar vahid bir məcmu tək bütün mərhələləri adlamışlar. Şəhadət aləmi və zahiri dünyada o mütləq qeybin bir görüntüsü besətdə, digər görüntüsü vilayətdə. Peyğəmbər və Əli qeyb aləmində bir olduğu kimi, bu dünyada da qardaş və bir olmuşlar. Həmin iki nurdan biri risalət, digəri vilayət libası geymişdir.
    Bu iki böyük insan bütün mümkün kamilliklərin toplandığı kəslərdir. Rəvayətdə deyilir: "Məndən böyük xəbər, məndən böyük nişanə yoxdur”("Mənaqib”, 3-80 )Ziyarətdə oxuyruq: "Salam olsun sənə, ey Allahın böyük nişanəsi.”("İqbal”, 608 ) Başqa məqamda həzrət buyurur: "Mən ən böyük nişanəyəm.”("Biharul-ənvar”, 54-336, bab 2, hədis 26 )
    Varlığın əsli və kamalı ilahi rübubiyyətin zühuru olduğundan hər iki mövcudda da rübubiyyət zahir olur. Yəni varlıq aləminin bütün mövcudları Allahın rübubiyyətinin zühurudur. Bu ilahi lütf qeyb aləmindən şəhadət aləminədək bütün mərhələlərdə cərəyandadır. Onların hər birinin alnına zühur nişanı vurulmuşdur.
    İlahi qüdrətin zühuru hər kəsin tutumuna uyğun özünü göstərdiyindən varlıqdan daha çox bəhrələnənlər zühurdan da bir o qədər fayda götürürlər.
    Varlıqdan daha çox bəhrələnən, varlıq tutumu başqaları ilə müqayisə oluna bilməyən vücudda zühur daha tam, daha kamildir. Ayə və rəvayətlərə əsasən, Məhəmməd (s) vücudunun tutumu daha artıq olduğundan zühur da özünü bu vücudda daha çox göstərir. Rübubiyyət varlığın bütün yönümlərində tam zühur üçün ən kamil zühur yeri olan xəlifətullahda (Allahın xəlifəsində) üzə çıxır.
    Bu səbəbdən də Allah-təala nur şəklində yaradıb vücud genişliyi verdiyi və bu genişliyə xatir tam zühur məhəlli etdiyi ilk mövcudu özünə xəlifə məqamına qaldırdı. Bir rəhmət olaraq onun xilafət kölgəsini, xaliq və xalq arasında qərar verdi, qeybi və şühudi bütün varlıqları bu kölgədə yerləşdirdi. Beləcə, bütün mövcudlar tərbiyə dairəsində qərar verildi. Quranda oxuyuruq: "Rəbbinə baxmadınmı ki, kölgəni necə genişləndirdi? Əgər istəsəydi onu sabit edərdi...”("Fürqan”, 45)
    Həzrət Məhəmmədin (s) xilafət və vilayəti kamil bir vilayət, təsəvvür olunmayan bir məqamdır. Bu xilafət və vilayət nə insan səciyyəsidir, nə də qeyb və şəhadət aləminin səciyyəsi. O Allahın ümumi adları məqamında nəşət tapmışdır. Çünki o Allahın kamil bəndəsi və xəlifəsidir. Allaha doğru yol onun vilayət və xilafətindədir. Həzrət Haqq bütün varlığı onun idarəçiliyi altında qərar vermişdir. Hər bir insan həzrətin tərbiyəsi altında layiq məqama çatır. Quran həzrət Peyğəmbərə (s) buyurur: "De ki, şübhəsiz, mənim himayəçim və yardımçım Quranı nazil edən Allahdır. O daim layiq olanlara himayə və yardım göstərir.”("Əraf”, 196 )
    Bu ilahi vilayət məqamı Allah tərəfindən peyğəmbərə lütf olunmuşdur. Quran buyurur: "Peyğəmbər möminlərə münasibətdə onların özündən daha yaxındır...”("Əhzab”, 6 ) Ayə və rəvayətlərə əsasən ilahi vilayət məqamı eynən peyğəmbər Əhli-beytində (ə) zühur etmişdir.
    Vilayət risalətin batinidir
    Bilməliyik ki, vilayət risalətin batinidir. Bir insan vəli məqamına çatmasa, peyğəmbər ola bilməz. Demək, hər bir peyğəmbər ilk növbədə vəlidir. Amma hər vəli peyğəmbər deyil. Peyğəmbər bir hədisdə buyurur: "Mən və Əli bir nurdan yaradılmışıq.”(Səduq, "Əmali”, 236 ) Onlar varlıq aləminə gələnədək bütün mərtəbələrdə bir olmuşlar. Peyğəmbər həzrətləri Abdullahın, həzrət Əli Əbi Talibin sülbündə qərar tutmuşdur. Allahın vəlisi olan Əli (ə) Peyğəmbərin (s) batinidir. Risalətdən savay bütün hökmlərdə onunla şərik və yoldaşdır. Demək, Əli (ə) də ilk yaranmış, zühur yeri, nur, Allahın vəchi, Allahın yolu və xəlifəsidir. Hamı onun vilayəti altındadır. Hətta peyğəmbərlər də bu vilayətə daxildir.
    Peyğəmbər (s) buyurmuşdur: "Adəm və başqaları Qiyamət günü mənim bayrağım altında olar. Allah bəndələri arasında hökm etdiyi vaxt Əmirəl-möminin bayrağı götürər.”("Mənaqib”, 2-23; "Biharul-ənvar”, 39-213, bab 85, hədis 5 ) Əgər peyğəmbərlərin risaləti İslam peyğəmbərinin risalətinə daxildirsə, onların vilayəti də Əlinin (ə) vilayətinə daxildir. Əmirəl-möminin (ə) bütün peyğəmbərlərlə batində, İslam Peyğəmbəri (s) ilə zahirdə olmuşdur.
    Buna görə də peyğəmbərin ruhaniyyət və vilayət məqamı həzrət Əlinin (ə) vilayət məqamı ilə birdir. Həzrət Əli (ə) də bu günlə keçmiş arasında rabitə vasitəsidir. Bir fərqlə ki, Əli (ə) batin adından tam zühur nöqtəsidir. Əli (ə) vilayətinə sarılmadan Allahın doğru yolunu adlamaq mümkünsüzdür. Belə bir insan daxilən mövqe tuta bilmir. Bütün məsum imamlar vahid nur olduğundan onlardan birinin hökmü o birilərinə də aid olur.
    Xaliqlə xalq arasında rabitə peyğəmbər, Əli (ə) və digər məsum imamların ruhaniyyət və vilayət məqamıdır. Belə bir vasitə olmadan Allahdan heç bir iş baş vermir. Ruhani vasitələrsiz, qeybi rabitələrsiz varlıq aləmində kamil iş həyata keçmir.
    Əlbəttə, vəhdət məqamı ilə çoxluq məqamı arasında fərq qoyulmalıdır. Vəhdət məqamında mövcudlar heç bir vasitəsiz Allahla rabitəyə qatılır. Quranda oxuyuruq: "Allah daim hər şeyi əhatə edir.”("Nisa”, 126 )
    Çoxluq məqamında isə ilahi feyz müxtəlif məcralarda cərəyan edir. Bu feyz xəlifətullah, Məhəmməd, ələvi və Əhli-beyt (ə) həqiqəti vasitəsi ilə çatdırılır.
    Həqiqi xəlifələr və feyz vasitəsi
    Feyz və məqama çatan müqəddəs vücudlar vasitəsi ilə çatır. Qurani-məcid buyurur: "Ona yaxınlaşmaq üçün vasitə axtarın...”("Maidə”, 35) Qəti hökm verildi ki, Allahın möhkəm ipinə sarılın.(Bax: Meymani, "Əl ğeybət”, 21 )
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Biz Allahın möhkəm ipiyik.”("Təfsirul-fərat”, 258, hədis 353; "Biharul-ənvar”, 27-198, bab 7, hədis 62 )
    Əli (ə) və Məhəmməd (s) Əhli-beyti (ə) vilayətinə sarılmaq Allaha doğru hərəkət, ilahi feyzdən faydalanma şərtidir. Bu feyz elm və bəsirət kimi mənəvi, dünya nemətləri kimi maddi feyz ola bilər. Peyğəmbər (s) buyurur: "Mən elmin şəhəriyəm, Əli bu şəhərin qapısıdır. Bu şəhərə daxil olmaq istəyən onun qapısından daxil olmalıdır.”("Biharul-ənvar”, 40-206 )
    Əmirəl-möminin (ə) vücud mərifəti baxımından eniş qövsündən sonra yüksəliş yolunu getdi və dairəni qapadı. Həzrət Allaha doğru səfəri başa çatdırdı. Allaha doğru düz yolda qəlbə və cismə aid olan hər bir əməl onun vilayətinə tabedir. Tövhid və imanın düzlüyü də bu vilayətdən asılıdır. Çünki ibadət maddi aləmdə tövhidin enişidir. Tövhid şəhadət aləmində ibadət formasında zühur edir. Beləcə, vilayətə daxil olmayan qəlb və ya cism ibadəti tövhid ibadəti olmayacaq.
    İmam Məhəmməd Baqir (ə) qəti və hikmətli bir kəlamda buyurur: "Bil ey Məhəmməd! Şübhəsiz, zülm-sitəm başçıları və onların din yolunu tutmuş ardıcılları azmış və azdırandır. Onların əməlləri tufanlı bir gündə göyə sovrulası kül kimidir. Onlar gördükləri xeyir işlərdən faydalanmazlar. Budur uzaq azğınlıq!”("Kafi”, 1-183, babi mərifətul-imam, hədis 8 )
    Mötəbər rəvayətçilərdən olan Əban ibn Təğləb uzun bir hədisdə belə nəql edir: "İmam Sadiqdən (ə) soruşdum ki, Allah biz şiələri nə üçün cəhənnəm odundan azad edib? Həzrət buyurdu: "Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) vilayətinin qəbulu üçün.”("Səfinətul-bihar”, 1-553 ) "Silsilətuz-zəhəb” hədisində imam Rizadan (ə) belə nəql olunur: Allah-təala buyurmuşdur: "Tövhid mənim hasarımdır. Hər kəs bu hasara daxil olsa, əzabdan amandadır.” Həzrət başqa bir məqamda buyurur: "Həqiqi tövhidə daxil olmağın şərtləri var. Mən mütləq vilayət sahibi olaraq tövhid şərtlərindən biriyəm.”("Üyuni əxbarur-riza”, 2-135 )
    Tövhid, risalət və vilayətə şəhadət
    Məhəmməd (s) risaləti, Əli (ə) və məsum imamların vilayəti tövhidin bir-birindən ayrılmaz şərtlərindəndir. Ona görə də qeyd olunur ki, bunlardan birinə şəhadət o biri ikisinə şəhadətdir. Tövhidə şəhadət risalət və vilayətə şəhadətlə eyni çəkidədir. Həqiqi şəhadət bu üç həqiqətə sözdə və əməldə şəhadətdir. Onlardan birini o birilərindən ayırmaq küfr, zəlalət, şirk və fisqdir.
    Böyük Allah Quranda öz birliyinə, risalət və vilayətə şəhadət verir: "Allah şəhadət verir ki, ondan savay məbud yoxdur;” "Allah bilir ki, sən, şübhəsiz, onun rəsulusan;” "Sizin himayəçiniz və dostunuz Yalnız Allah, Onun rəsulu və daim namaz qılıb, rüku halında zəkat verən möminlərdir.”(Bax: "Ali-İmran”, 18; "Munafiqun”, 1; "Maidə”, 55 )
    Vilayət məqamı feyz səbəbidir
    Böyük vilayət sahibləri Quran ayələrinə əsasən Allah və onun xalqı arasında xəlifə və canişinlərdir. Onlar feyz səbəbi, xaliqlə xalq arasında rabitə yaradanlardır.
    Əgər xilafət, vilayət və ruhaniyyət məqamı olmasaydı kimsə qeyb məqamından istifadə ləyaqəti əldə etməzdi. Haqq feyz heç bir mövcuda yetişməz, hidayət nuru batin və zahir aləmlərində görünməzdi.
    Hər bir kəs feyz almaq üçün müqəddəs zatlara bağlanmağa ehtiyaclıdır. Vilayət məqamı ilə yaxınlıq sayəsində ruhani yüksəliş yolu keçilir. Çünki vilayət sahibləri uca mərtəbə, yəqin məqamındadırlar.(Bax: "Nəcm”, 9 ) Onlar öz ruhani meraclarında kamil kəşfə yetişmişlər. Həmin mərifət məqamına çatmaq istəyən hər bir şəxs haqqın sirati-mustəqimi, həqiqi xəlifəsi olan məsumların yolunu getməlidir. Rəvayətdə oxuyuruq: "Allah sizin vasitənizlə başladı, sizin vasitənizlə başa vurar. Xalqın dönüşü sizə doğrudur.”("Üyuni əxbarur-riza”, 2-272, hədis 1; "Vəsailuş-şiə”, 14-490, bab 62, hədis 19672; "Biharul-ənvar”, 99-131, bab 8, hədis 4 )
    O böyük insanların vücud və həqiqət nuru elə bir həddədir ki, özləri mücərrəd və nur varlıq olan əql aləmi mələkləri bu nurlu simaları müşahidə edə bilmir. Onlar Əhli-beytin (ə) nuru qarşısında səcdəyə düşür, ətrafa səpələnirlər.
    Rəvayətdə nəql olunur ki, Peyğəmbər (s) Allah tərfindən göndərilmiş nur miniklə Cəbraillə yanaşı yüksəldiyi vaxt üçüncü məqama çatdı və bu məqamda mələklər pərən-pərən düşdü. Sonra bir yerə toplanıb səcdəyə qapıldılar və təsbih söyləyərək dedilər: "Pak-pakizədir bizim Rəbbimiz, mələklərin və ruhun Rəbbi. Bu nur Rəbbimizin nuruna necə də oxşayır!("İləluş-şəraye”, 2-312, bab 1, hədis 1; "Biharul-ənvar”, 79-237, bab 2, hədis 1 )
    Rəvayətlər və ilahi xilafət məqamı
    İstənilən bir halda Əhli-beytin (ə) Allah tərəfindən xilafət və canişinlik məqamı onların özlərinin yada saldığı sifətlərdəndir. İmam Riza (ə) buyurur: "İmamlar izzət və əzəmət sahibi olan Allahın yer üzündəki canişinləridir.”("Kafi”, 1-193 )İmam Hadi (ə) "Came” ziyarətində deyir: "Sizə öz hidayəti ilə izzət verdi, sizi dəlil qərar verdi, nuru üçün seçdi, ruhu ilə gücləndirdi, yer üzündə canişini kimi bəyəndi, məxluqları üçün dəlil qərar verdi.”
    Əli ibn Həssan deyir: "İmam Rizadan (ə) həzrət Kazimin (ə) ziyarəti haqqında soruşdular. İmam buyurdu: "Onun ətrafındakı məscidlərdə namaz qılın. Həmin məkanlarda bir bunu desəniz bəs edər: "Salam olsun Allahın dostlarına və seçilmişlərinə, salam olsun Allahın əminlərinə və aşiqlərinə, salam olsun Allahın yardımçılarına və dostlarına!”
    Bir hadisədə Əmirəl-möminin (ə) haqqında deyilir: "Qiyamət günü ona aid nida çəkilər: "Allahın yer üzündə canişini haradadır?”(Tusi, "Əmali” )İmam Səccad (ə) Ərəfə gününün duasında Əhli-beyti (ə) Allahın yer üzündəki canişinləri kimi yada salır: "Sənin yerində sənin canişinin!”("Səhifeyi-Səccadiyyə”, dua 47 )
    Əhli-beyt (ə) peyğəmbər canişinləridir
    Şiə və sünni kitablarında bir çox rəvayətlərdə bildirilir ki, Əhli-beyt (ə) peyğəmbərin xəlifə və vəsiləridir. Bu rəvayətlər o qədər çoxsaylıdır ki, mütəxəssislər onları "mütəvatir” (yetərli sayda olan) rəvayətlərdən hesab edirlər. Yəni bu rəvayətlərin məsumlardan nəql olunmasına heç bir şəkk-şübhə yoxdur.
    Yalnız Əhli-beyt (ə) mənəvi, etiqadi, əxlaqi və elmi səciyyələrinə görə peyğəmbər canişini olmağa layiqdir. Peyğəmbərə canişinlik onların haqqıdır və ümmətin digər nümayəndələri üçün belə bir hal nəzərdə tutulmur. Allahın əhdi olan imamət "Bəqərə” surəsində göstərildiyi kimi, peyğəmbərdən sonra yalnız Əhli-beytə (ə) məxsus məqamdır: "Mənim əhdim sitəmkarlara çatmaz.”("Bəqərə”, 124 )
    Peyğəmbərə canişinlik peyğəmbərlik məqamından savayı bütün risalət sifətlərinə malik insanların haqqıdır. Əhli-beytdən (ə) savayı kimsə iddia etməmişdir ki, onda peyğəmbər səciyyələri cəmlənmişdir.
    Həzrət Peyğəmbər (s) Əmirəl-möminin (ə) və digər imamlar haqqında buyurur: "O, bütün vəsilərin ağasıdır. Xoşbəxtlik və səadət onunla bir aradadır. Ona itaət yolunda ölüm şəhadətdir. Tövratda onun adı mənim adımla yanaşı çəkilir. Onun zövcəsi Fatimə mənim qızımdır. Onun iki oğlu behişt cavanlarının ağası, mənim iki övladımdır. İki övladı ilə o və sonrakı imamlar peyğəmbərlərdən sonra Allahın xalq üçün höccətləridir. Onlar mənim ümmətim arasında bilik qapılarıdır. Onlara itaət edən oddan qurtular. Onlara iqtida edən doğru yola yönələr. Allah hansı bəndəyə onların eşq-məhəbbətini əta etmişsə, onlar behiştə daxil edilmişlər.”(Səduq, "Əmali”, 21)
    İmam Hüseyn (ə) buyurur: "Allah Məhəmmədi öz xalqı üçün seçdi, ona peyğəmbərlik verməklə əziz tutdu. Onu risaləti üçün seçdi, o ruhani varlıq Allahın bəndələri üçün xeyir istədiyi bir vaxt Allah onu yanına apardı. Onun göndərildiyi risaləti bəyan etdi.
    Biz Əhli-beyt onun yardımçıları, vəsiləri, varisləri, xalq arasında məqamına çatacaq ən layiqli kəslərik. Amma qövmümüz bu məqamı bizdən aldı, özünə götürdü. Biz də bu acı hadisəyə əsir olduq. Təfriqədən çəkinib hər tərəfli salamatlığı bəyəndik. Bu elə bir vaxtda baş verdi ki, biz haqqımızı bilirdik. Həmin məqamı əldə edənlərdən daha çox layiqik.”("Tarixi-təbəri”, 5-357 ) Bu rəvayətdə imam Hüseyn (ə) xilafət və canişinlik məqamını Əhli-beytin (ə) haqqı kimi tanıtdırır. Başqalarını bu məqama layiq bilmir. Çünki başqalarında onları bu məqama layiq edəsi sifətlər yoxdur.
    Peyğəmbərlərin canişinləri kimdir?
    Əhli-beytdən (ə) olan imamların həqiqi peyğəmbər canişini olmasını açıq-aydın təsdiqləyən rəvayətlər çoxdur. Bu rəvayətlərdə bildirilir ki, Əhli-beytdən (ə) savayı bu məqama iddialı olanlar sitəmkardır.
    Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qummi deyir: "İnkarolunmaz sənədlərə malik rəvayətlər və xəbərlərdə təsdiqlənir ki, həzrət Peyğəmbər (s) öz şəxsi qərarı ilə yox, Allahın əmri ilə Əlini (ə) canişin təyin etmişdir. Həzrət Əli (ə) imam Həsəni (ə), imam Həsən (ə) imam Hüseyni (ə), imam Hüseyn (ə) imam Səccadı (ə), imam Səccad (ə) imam Baqiri (ə), imam Baqir (ə) imam Sadiqi (ə), imam Sadiq (ə) imam Kazimi (ə), imam Kazim (ə) imam Rizanı (ə), imam Riza (ə) imam Məhəmməd Təqini (ə), imam Məhəmməd Təqi (ə) imam Əliyyən Nəqini (ə), imam Əliyyən Nəqi (Ə) imam Həsən Əsgərini (ə) və nəhayət, imam Həsən Əsgəri (ə) imam Mehdini (ə.c) Allahın əmri ilə canişinlik məqamına təyin etmişdir. Dünya ömründən bircə gün qalmış olsa belə, Allah həmin günü imam Mehdinin (ə.c.) zühurunadək uzadar. Dünya zülm-sitəmə qərq olduğu kimi zühurdan sonra bütün yer üzündə ədalət bərpa olar. Allahın salamı olsun ona və babalarına!("Mən la yəhzuruhul-fəqih”, 4-144 )
    Əmirəl-möminin (ə) Əhli-beytlə (ə) bağlı buyurur: "Onlar (imamlar) pak rəhbərlər, məsum soy, dəyərli nəsil, doğru yolda canişinlərdi.”("Biharul-ənvar”, 25-174, bab 4, hədis 39 )
    Peyğəmbər canişinləri pak sifətlərin güzgüsüdür
    Həqiqi peyğəmbər canişinlərinin peyğəmbərlik sifətlərindən olan xüsusiyyətlərini bəyan edən mötəbər mənbəli rəvayətlər şübhəyə yer qoymur və təsdiqləyir ki, bəşəriyyətin həyat nizamı Allahın istədiyi canişininin öz yerində oturmasını tələb edir, eləcə də məlum olur ki, nəzərdə tutulmuş sifətlərə malik olmayanın bu məqama qalxması qəsbkarlıqdır. Bu istiqamətdə qəsbkarlıq bəşər həyatındakı nizamı pozur, ümmət acı hadisələrlə üzləşir və sonradan aradan qaldırılması qeyri-mümkün olan tənəzzülə uğrayır. Bu halda İslamdan yalnız quru ad, Qurandan bir xətt qalır.
    Allahın həqiqi ayinləri, onun bəyəndiyi İslam yalnız Əhli-beytə (ə) ardıcıllıq edən insanların həyatında özünü göstərir. Yalnız ilahi sifətlərinə görə Əhli-beyti (ə) peyğəmbər canişini sayıb onlara həyatın müxtəlif sahələrində tabeçilik edənlər gerçək dindən faydalanır.
    Peyğəmbər canişinləri peyğəmbər sifətlərinin daşıyıcısıdır
    Əhli-beyt (ə) ilahi adların zühur etdiyi, peyğəmbər sifətlərinin cilvələnmiş, peyğəmbərə xas iman və əxlaq xəzinəsi olan seçilmiş insanlardır. İnsaflı sünni alimləri öz kitablarında bu həqiqəti təsdiq edən rəvayətlər nəql edir. Həzrət Peyğəmbər (s) buyurur: "Adəmin elminə, Nuhun düşüncəsinə, Yəhyanın zöhdünə, Musanın əməlinə baxmaq istəyən Əli ibn Əbi Talibə (ə) baxsın.”("Rövzətul-vaizin”, 1-128 ) Yuxarıdakı rəvayətə oxşar digər bir rəvayətdə həzrət buyurur: "Adəmin elminə, Nuhun təqvasına, İbrahimin dözümünə, Musanın heybətinə, İsanın bəndəliyinə baxmaq istəyən Əli ibn Əbi Talibə (ə) baxsın.”(Kəşful-yəqin”, 53 )
    Bəli, peyğəmbərdən sonra sayı müəyyən olan on iki xəlifə, canişin, imam vardır. Onlar heç şübhəsiz "Ülul-əmr” ("əmr sahibi”) ünvanı ilə Allah tərəfindən seçilmişlər. Allahın əmri ilə peyğəmbər onların adlarını və xüsusiyyətlərini bəyan etmişdir. Bildirmişdir ki, xilafət və imamət məqamı onlara aiddir.
    İmam Rizanın (ə) nəzərincə peyğəmbər canişinliyi
    "Kafi” və "Muhəccətul-bəyza” kimi mühüm kitablardakı rəvayətlərdə imam Riza həqiqi imamın məqam və sifətlərini sadalayır. Həqiqi imamı, peyğəmbər canişinini tanımaq, onun məqamını dəyərləndirmək üçün bu rəvayətləri yada salmaq yerinə düşər.
    Şübhəsiz, imamət peyğəmbərlik məqamı, vəsilər mirasıdır. Bu məqam Allahın xəlifəsi, peyğəmbərin xəlifəsi, Əmirəl-mömininin (ə) məqamı, Həsən və Hüseynin mirasıdır.
    Heç şübhəsiz, imamət dinin cilovu, müsəlmanların nizamı, dünyanın salamatçılığı, möminlərin izzətidir.
    Həqiqətən, imamət uca mərtəbəli İslamın sütunu, bu geniş həqiqətin cismidir. Yetərli namaz, zəkat, oruc, həcc, cihad, qənimət, sədəqə, hədd, ölkənin hifzi yalnız imamın varlığına bağlıdır.
    İmam Allahın halalını halal, haramını haram edir. Allahın buyurduğu hədlər qorunur, din müdafiə olunur, insanlar hikmət və moizə ilə Rəbbinin yoluna dəvət edilir, aşkar dəlillərlə haqq yol açıqlanır.
    İmam öz nuru ilə dünyanı işıqlandıran günəş kimidir. Bu günəş elə bir üfüqdədir ki, düşüncələr, bəsirətlər onu dərk etmir.
    İmam on dörd gecəlik ay, nurlu çıraq, aydınlıq, yol göstərən ulduz kimidir.
    İmam susuz üçün şirin su, yolunu azan insan üçün bələdçidir.
    İmam hərarət axtaran üçün şölənənən od, təhlükə zamanı sığınacaqdır. Ondan ayrılan həlak olur.
    İmam daimi və bərəkətli yağış kölgə salan bulud, məhsuldar torpaq, sulu çeşmə, bəhrəli bağ-baxçadır.
    İmam vəfalı dost, mehriban ata, candan üstün qardaş, qayğıkeş ana, etibarlı sığınacaqdır.
    İmam xalq üzərində Allahın nəzarətçisi, bəndələr üçün dəlil, yer üzündə canişin, Allaha doğru dəvət edib dini qoruyan kəsdir.
    İmam bütün günahlardan, nöqsanlardan pak və uzaqdır. O elm və biliklə, səbir və dözümlə bəzənmişdir. İmam dinin nizamı, müsəlmanların izzəti, münafiqlər üçün qəzəb səbəbi, kafirlər üçün ölümdür.
    İmam məqam və mərtəbəsinə kimsənin çatmayacağı bir kəsdir. Onunla eyni biliyə malik olan yoxdur. Ona oxşar tapılmaz, onun vücudu Allah tərəfindən əta olunmuş fəzl qoynundadır.
    Axı bu dünyada kim imamı hərtərəfli tanıya bilər və kim xalq üçün imam seçə bilər? Heç vaxt, belə bir iş mümkünsüz!
    Ağıllar bu vadidə çaşmış, düşüncələr heyrətdə qalmış, gözlər qaralmışdır. Bu səhnədə şəxsiyyətlər kiçik, hikmət sahibləri heyran , səbirlilər dözümsüz, natiqlər lal, düşüncə sahibləri nadan, şairlər çaşqın, ədiblər acizdir. Kimsə imamın şənindən, fəzilətindən nə isə demək gücündən məhrum!
    İmamın sifətlərinin bəyanında öz acizliyini hamı etiraf etmişdir. Axı imamın bütün fəzilətlərini, məqamlarını, üstünlüklərini necə əhatə etmək olar?! İmamın batinini açmaq mümkünmü?! Axı imamın batinindən hansı həqiqəti anlamaq olar?! Onun yerində oturdulası birini tapmaq mümkünmü? Axı kimin varlığı insanları imamın varlığından ehtiyacsız edə bilər?! Bəli, imam əlçatmaz və vəsfəgəlməz bir ulduzdur.
    Haradan və hansı dəlillə kiməsə imamı seçmək tapşırılıb? Ağıllar hara, o məqam və onun sahibi hara! Bu şəxsin oxşarı haradan tapılar?!
    Yoxsa bu həqiqətlərdən xəbərsiz qalanlar, qəlbikor nadanlar, Səqifə mədrəsəsində tərbiyə almış alimnümalar, Bəni-üməyyə məktəbinin yetişdirmələri düşünürlər ki, bu sifətlər Əhli-beytdən (ə) qeyrisində tapıla bilər?
    Əgər belə düşünsələr, vallah, özlərini aldadırlar, şərə təslim olmuşlar. Onlar çox çətin bir yolla hündürlüyə dırmanmaq istəmiş və oradan ən dərin uçruma yuvarlanmışlar. Öz yetərsiz düşüncələri ilə imam uydurmaq istəmiş və həzrət Peyğəmbərdən (s) uzaq düşmüşlər. Onlar dünya və axirətlərinə uduzmuş sitəmkarlardır.
    Belələri imam və imamət məsələsində azdırıcı təzahürlərə əsir olmuş və bu təsəvvürlərlə yalnız həqiqətdən uzaqlaşmışlar.
    Allah onları öldürsün, ölüm quyusuna yuvarlatsın! Gör yollarını necə azırlar!
    Çox çirkin bir fikrə düşüblər və bu istiqamətdə böhtana əl atıblar. Onlar seçimi Allahın ixtiyarında olan xüsusi sifətlərə malik imamı əldən vermişlər və şeytan onların əməllərini gözlərində bəzəmişdir. Beləcə görən gözləri olduğu halda şeytan tərəfindən azdırılmışlar. Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) seçiminə göz yumub öz seçimlərinə üstünlük vermişlər. Hansı ki, Quran onları uca səslə çağırırdı: "Rəbbin istədiyini yaradar və istədiyini seçər. Onların bu işdə ixtiyarı yoxdur. Allah Ona şərik qoşulanlardan üstün və pak-pakizədir.”(Qəsəs”, 68 ) Allah-təala buyurur: "Allah və Onun rəsulu bir işə hökm verdiyi vaxt heç bir mömin kişi və qadının ixtiyarı yoxdur. Allah və onun rəsuluna qarşı itaətsizlik edənlər heç şübhəsiz, aşkar şəkildə azmışlar...”("Əhzab”, 36 ) Başqa bir ayədə oxuyuruq: "Sizə nə olub ki, belə mühakimə yürüdürsünüz.”("Qələm”, 36 )
    İmam Riza (ə) Əhli-beyt (ə) haqqının sübutu, müxaliflərin baxışlarının inkarı, Allahın seçiminə qarşı seçim aparıb təfriqə salanlara cavab üçün Quran ayəsinə istinadən buyurur: "Bu Allahın fəzlidir, onu istədiyinə əta edər. Allah böyük fəzl sahibidir.”(Bax: "Hədid”, 21 )
    Deyilənlərə əsasən, etiraf etməliyik ki, Əhli-beyt (ə) imam Rizadan (ə) nəql olunmuş rəvayətdə "Camieyi-kəbirə” ziyarətində sadalanmış ilahi sifətlərinə rəğmən dünyanın sonunadək öncüldürlər. Dünya və axirət işlərində onlara itaət hamıya vacibdir. Onlar istənilən bir yönümdə bütün mövcudlardan üstündürlər və onların oxşarı yoxdur. Müttəqilər mövlası Əmirəl-möminin (ə) bu barədə buyurur: "Onun nəsli ən üstün nəsil, ailəsi ən üstün ailə, övladları ən üstün övladlardır.”("Nəhcül-bəlağə”, 209, xütbə 93; "Biharul-ənvar”, 16-379, bab 11, hədis 91 )
    Əziz İslam peyğəmbəri (s) Əbdürrəhman ibn Ovfə buyurur: "Ey Əbdürrəhman! Siz mənim səhabələrimsiniz. Əli ibn Əbi Talib məndəndir, mən də Əlidənəm. O elmin qapısı, mənim canişinimdir. Şərafət və kəramət baxımından Əli, Fatimə, Həsən və Hüseyn insanların ən üstünüdür.”("Yənabiul-məvəddət”, 2-333, bab 53, hədis 973  )
    Əhli-beyt (ə) və riza məqamı
    Əhli-beyt (ə) bütün vücud və mərifət şənləri baxımından Allahın gözəl adlarının cilvəgahıdır. Çünki onların həyatı kamil iman tərkibli, həqiqi tövhidlə sıx bağlıdır.
    Onların həyatının bütün yönümlərində tövhid özünü göstərir, bir an olsun belə zati, sifəti, əfali tövhid dairəsindən kənara çıxmırlar.
    Onların razılıq və qəzəbi Allahın razılıq və qəzəbinin təcəllasıdır. Necə ki, şəhidlər ağası imam Hüseyn (ə) buyurur: "Mənim razılığım elə Allahın razılığıdır.”("Kəşful-rəmə”, 2-29 )
    Əhli-beyti yalnız Allahı razı salan işlər sevindirir.
    Kimisi dərd kimi dərman bəyəndi,
    Kimi vüsal, kimi hicran bəyəndi.
    Mən dərman, dərd, vüsal, hicran arası
    Onu bəyəndim ki, canan bəyəndi.
    Əhli-beytin (ə) Allahın razılğına uyğun razılığını kimsə əldə etməyə qadir deyil. Bir qədər açıqlama verək: Kamillik yolunu gedənlər orta mərhələlərdə elə bir vəziyyətə düşürlər ki, həm razılıqları olur, həm qəzəbləri. Onlar Allahın camal və cəlalına güzgü olurlar. Onlar Allahın razılığına sevinir, qəzəbindən kədərlənirlər. Yəni kamillik yolunda orta mərhələ bundan ibarətdir ki, yolçuda həm mehribanlıq, həm də qəzəb olsun. Amma bu razılıq və qəzəb Allahın razılıq və qəzəbinə əsaslanmalıdır.
    Daha yüksək mərhələlər var. Bu yüksək mərhələlərdə Allahın razılığına uyğun razılıq, Allahın qəzəbinə uyğun qəzəb kamal sayılmır. Çünki Allahın razılığına razılıq məqamında yolçu həm özünü görür, həm də Allahı. Bu məqamda iki bəyənmə var: Allahın razılığı və insanın razılığı. Orta məqamlarda yolçu Allahın bəyəndiyini bəyənir, bəyənmədiyini bəyənmir.
    Amma vəhdət və tövhid məqamına çatanlar yalnız bir razılıq və bir qəzəb tanıyırlar. Onlar üçün Allahın razılıq və qəzəbi mühümdür. Yolçu bu halda fəna məqamına çatır və özü üçün heç bir vəsf görmür. Onun üçün bir vəsf var və o da Allahın vəsfidir. Bəli, ali kamal mərtəbəsinə çatmış Əhli-beyt (ə) bu riza məqamında özlərini görmədən deyirlər: "Allahın razılığı bizim razılığımızdır.” İmam Hüseyn öz bəyanatlarında bildirir: "Mən cəddim peyğəmbərin və atam Əlinin (ə) yolunu gedirəm.”("Biharul-ənvar”, 44-328, bab 37 )
    Əhli-beytin (ə) ilahi razılıqda fəna olmuş razılığı
    Əhli-beyt (ə) yalnız Allahın razılığını və qəzəbini əsas götürmüşdür. Belə bir məqam fəna məqamıdır və ikili məqamdan fərqlidir. Onlar bildirirlər ki, bizim razılığımız Allahın razılığından fənadır. Bəli, onların nəzərincə bir razılıq var və bu razılıq Allahın razılığıdır. İnsan Allahın razılığı ilə yanaşı öz razılığını nəzərdə tutduqda bu fəna məqamı olmur. Əhli-beyt (ə) haqdan savayı bir şey görmədiyindən və haqdan savayı bir şey istəmədiyindən belə bir məqama yüksəlmişdir. Beləcə, həyatımızda yalnız bir razılıq təsirlidir və bu Allahın razılığıdır. Amma kamilliyin orta mərhələsində olanlar üçün Allahın razılığı ilə yanaşı öz razılıqları da var. Belələri nə qədər yüksəlmişlərsə də həqiqi tövhiddən uzaqdırlar. Hələ ki onlarda şirk özünü göstərir və bu şirki yalnız ali tövhid mərhələsinə yüksələnlər görür. Aşağı mərtəbədə olanlar üçün isə orta mərtəbədə olanlar nümunə, ali tövhid təzahürüdür.
    Diqqət mərkəzində özünü, yoxsa Allahı görürsən?
    Bir çoxları bizim nəzərimizcə təkallahçı olsalar da, Quran onları təkallahçı saymır. Bir çoxları Allahdan dəm vurur, amma öz nəfs istəkləri ardınca qaçır. Belələri yalnız maddi mənafelərə xatir özünü təkallahçı kimi tanıtdırır, mənafelər üst-üstə düşmədikdə nəfs ardınca gedir.
    Belələri üçün diqqət mərkəzində Allah yox, onlar özləri dayanır. Onları Allahın yox, öz razılıqları düşündürür. Əgər ilahi hökmlər onların istəyinə uyğundursa, bu hökmləri qəbul edirlər. Əks təqdirdə Allahın göstərişlərinə məhəl qoymurlar. Quranda oxuyuruq: "Onlar aralarında mühakimə üçün Allah və Onun rəsuluna doğru çağırıldığı vaxt qəfil aralarından bir dəstəsi üz döndərir.”("Nur”, 46 )
    Əslində onlar özlərini Allah üçün yox, Allahı özləri üçün istəyirlər. Başqa sözlə, onlar üçün bir mehvər var, o da daha çox ləzzət almaqdır. Nədən ləzzət alırlarsa ona da üz tuturlar: "İnsana bir zərər toxunduqda uzandığı, oturduğu və ayaq üstə durduğu vaxt bizi çağırar. Elə ki, onları çətinlikdən çıxardıq, nankorluq və günaha üz tuturlar ki, sanki heç vaxt toxunacaq zərəri uzaqlaşdırmaq üçün bizi çağırmayıblar...”("Yunis”, 12 )
    Bu zümrədən olan insanlar özlərini mehvər sayır, özləri üçün çalışırlar. Onların ibadətləri də şəxsi və dünyəvi problemləri aradan qaldırmaq, daha çox ləzzət almaq üçündür. Onlar üçün Allah yalnız məqsədə çatma vasitəsidir. Belələrini bəndə yox, mənfəət ardınca qaçan tacir adlandırmaq olar! Amma allahpərəstləri ibadətə sövq edən nə qorxudur, nə də tamah. Onları yalnız Allahın razılığı düşündürür, işlərində Allahdan qeyrisini nəzərdə tutmurlar. Bu səbəbdən də bütün vəziyyətlərdə Allahı zikr edir, ayaq üstə namaz qıla bilmədikdə oturaq və ya uzanmış vəziyyətdə zəruri ibadətləri yerinə yetirirlər. Bəli, namaz ən üstün bəndəlik göstəricisidir. Quranda oxuyuruq: "Onlar daim, ayaq üstə dayanmış, oturaq və uzanmış vəziyyətdə Allahı zikr edir, daim göylərin və yerin yaranışı haqqında düşünürlər...”("Ali-İmran”, 191 ) Əhli-beyt bütün məqamlarda, xüsusi ilə riza və qəzəb mərhələsində tövhid həqiqətinə bağlıdırlar. Bu səbəbdən də onlar bütün insanlar üçün nümunədirlər və onların nuraniyyəti bəşəriyyətə yol göstərir.
    Bu misilsiz simalar bir bəşər olaraq məhəbbət və nifrət, şəhvət və qəzəb, istək və kəramət, razılıq və inkar kimi sifətlərə malik olsalar da, onların bütün hissələri tövhid prinsiplərinə uyğun nizamlıdır, onlar "La ilahə illəllah” şüarının tam təcəssümüdür. Həyatın bütün yönümlərində peyğəmbər və onun Əhli-beytinin (ə) nümunə olmasının sirri onların büdrəmədən tövhid yolunda addımlamasıdır.
    Qurani-məcid Allah dostu ilə dostluq, Allah düşməni ilə düşmənçiliyin meyarını müəyyənləşdirir. Əhli-beyt (ə) həmin bu meyar əsasında kimisə sevir, kiməsə düşmən olur. Bu səbəbdən də haqq yolu yolçuları sirati-mustəqimdədir. Onların bütün danışıq və hərəkətləri Allahın razılığına əsaslanır və bu dairədən kənara bir addım da atmırlar. Onların həyatına kimsə müdaxilə edə bilmir, hətta şeytan üçün yol bağlıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim şeytanım kafir idi. Allah mənə yardım göstərdi və həmin şeytan mənim əlimlə təslim oldu...”("Tarixi-Bağdad”, 3-331 )
    Əhli-beyt (ə) və təslim məqamı
    Allahın iradəsi qarşısında təslimçilik, həm də məcburi yox, könüllü olaraq boyun əymək Əhli-beytin həyatında müşahidə olunan gerçəkliklərdəndir.
    Təslim haqq yolu yolçusunun son məqamıdır.
    Qeyd olunur ki, Allahın tövfiqi ilə keçdiyi min mənzillik yolun sonuncu mənzili təslimdir. Bu mərtəbəyə çatmış insan meyit qüsl verənin qarşısında təslim olduğu tək Allahın iradəsinə təslimdir.
    Bildirilir ki, bütün varlıqları ilə çalışsalar belə, çox az yolçular bu mənzilə çatır. Bu mənzil peyğəmbərlərə, imamlara və Allahın xüsusi övliyalarına məxsusdur.
    İmam Hüseyn (ə) buyurur: "Biz Allahdan istəyən və Allahın əta etdiyi bir ailəyik. Əgər xoşlamadığımız bir şeyi bizim üçün istəsə biz onun iradəsindən razı qalacağıq.”("Məqtəlul-Hüseyn”, Xarəzmi, 1-147 )
    Əla ibn Kamil deyir: "İmam Sadiqin (ə) hüzurunda idim. Otaqdan bir qadının şivən səsi qalxdı. İmam öncə ayağa qalxdı, sonra əyləşdi və "İnna lillahi və inna iləyhi raciun” təbirlərini zümzümə etdi. O sözünə davam edib başa çatdırdı, yalnız bundan sonra buyurdu: "Biz canımızın, malımızın və övladlarımızın hərtərəfli salamatlığını arzulayırıq. Amma Allahın təqdiri gəldikdə onun istəyindən savayı bir şey istəməyəcəyik.”("Kafi”, 3-226 )
    İmam Baqir (ə) buyurur: "Biz öz istəklərimizlə Allahı çağırırıq. Əgər sevmədiyimiz bir şey təqdir olsa, Allahın istəyinə qarşı çıxmarıq.”("Kəşful-ğəmmə”, 2-150; "Hilyətul-əvliya”, 3-187 )
    Qətibeyi Əşa deyir: İmam Sadiqin (ə) övladının vəziyyətini bilmək üçün onun evinə getdim. İmam qəmgin halda evin qapısında dayanmışdı. Ərz etdim ki, sənə fəda olum, övladının halı necədir? İmam buyurdu: "Yaxşı deyil.” Sonra imam evə daxil oldu, bir qədər yubandıqdan sonra bir qədər rahat vəziyyətdə bayıra çıxdı. Düşündüm ki, övladının halı yaxşılaşıb. Ərz etdim ki, uşağın halı necədir? Buyurdu: "Dünyasını dəyişdi.” Ərz etdim ki, sənə fəda olum, sağ olduğu vaxt qəmli idiniz, dünyaya vida edəndən sonra halınız dəyişdi.” İmam buyurdu: "Biz Əhli-beyt (ə) müsibət yetişməmiş nalə çəkirik, Allahın əmri həyata keçəndən sonra onun təqdiri ilə razılaşır, fərmanına təslim oluruq.”("Kafi”, 3-225 ) İbrahim ibn Səid deyir: "İmam Səccadın yanında xeyli adam olan bir vaxt otaqdan əzadarlıq səsi eşidildi. İmam qalxıb otağa getdi, sonra məclisə qayıtdı. Məclisdəkilər soruşdular ki, dünyasını dəyişənmi var? İmam buyurdu: "Bəli.” Məclisdəkilər ona başsağlığı verdilər, səbr və dözümünə heyran qaldılar. İmam buyurdu: "Biz Əhli-beyt (ə) sevdiklərimizə görə Allaha boyun əyir, sevmədiklərimizə görə şükr edirik.”(Mənaqib”, 4-165 )
    Əhli-beyt (ə) və ismət məqamı
    İsmət nədir?
    İsmət insanı günahdan qoruyan bir xüsusiyyət, səciyyədir. İsmət vəsvəsələrin yolunu həmişəlik bağlayır. Bu səbəbdən isməti mərifət və vücuda aid bir səciyyə saymaq olar. İnsan təkamül yolunda Allahın lütfü ilə bu kamillik səciyyəsini əldə edir.
    İsmət mərifət, vücud, əməl və elmə aid kamilliklərdəndir. Bu səciyyə məsumun həyatının bütün yönümlərinə təsir göstərir.
    Elmi və əməli ismət
    Kamilliklərin bir qismi elmi, digər bir qismi əməli xarakterə malikdir. Məsələn, ədalət insanın əməli yönümünə xas səciyyədir. Bu səciyyənin insanın elmi yönümünə aidiyyatı yoxdur.
    Uyğun dəyərli səciyyə insanı bilərəkdən və ya bilməyərəkdən günahdan hifz edir. İsmət səciyyəsi isə cəhalət, xəta, unutqanlıq, digər başqa günahlardan qoruyur. Demək, məsum insan həm elm, həm də əməl baxımından hifz olunur. Onlar yersiz iş görmür, təbliğdə nöqsana yol vermir.
    Bilgi nəzəri əqlə, günahdan çəkinmək əməli əqlə aiddir. Əslində əməli əql ismətinin mənşəsi elə mərifət və nəzəri əqldir. Əməli ismət elmi ismətlə məhdudlaşmır. Ola bilməz ki, bir insan əməl məqamında məsum ola, amma elm məqamında məsum olmaya. Halal-haramı, gözəl-çirkini tanımayan kəs əməl məqamında məsum ola bilməz.
    Əhli-beytin (ə) isməti
    Ayə və rəvayətlərə əsasən Əhli-beyt (ə) nəzəri və əməli əql mərhələsində məsumdur. Yəni onların biliyi də, əməli də düzgündür. Onlar həm elm və biliyi xalqa düzgün çatdırır, həm də əməldə nöqsana yol vermir. Quran Əhli-beytin (ə) isməti haqqında buyurur: "Allah hər növ pisliyi siz Əhli-beytdən (ə) (şiə və sünni rəvayətlərinə əsasən həzrət Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə.) Həsən (ə) və Hüseyndən (ə)) uzaqlaşdırmaq, sizi layiqincə paklamaq istəyir.”(Əhzab”, 33 )
    Allahın bu iradəsi Əhli-beytin həm elm və mərifətini, həm də əməlini əhatə edir. Allah bu zümrəni elm və əməl baxımından məsum qərar vermişdir.
    Məsuma ehtiyac
    Təkidli şəkildə göstəriş verilir ki, Quran və İslam maarifinə Əhli-beytsiz (ə) yaxınlaşmayın. Çünki peyğəmbərlər və məsumlardan savayı kimsə düşüncə xətasından sığortalanmamışdır. Məsum olmayan şəxs nə vaxtsa yanlış düşüncəyə düçar olasıdır. Yanlış düşüncə isə insanı günah və xətaya aparır.
    Bir çoxları məhz yetərsiz baxış və düşüncə zəifliyi səbəbindən büdrəmələrə yol vermişlər. Həqiqətlərin düzgün qavranılmaması səbəbindən bəziləri Allaha yaxınlaşmaq məqsədi ilə övliyaların üzərinə qılınc çəkmişlər!
    Xəvaric zümrəsinin əksəriyyəti bu qəbildəndir. Əmirəl-möminin onları ürək ağrısı ilə xatırlayır. İbadət sahəsində təlaş göstərən, günahdan çəkinmək üçün çalışan xəvaric yanlış düşüncə sayəsində həddi aşmış, nəticədə Əmirəl-mömininin hədəfinə çevrilmişlər!
    İnsanın elm və əməli
    Adi insanlarda elm və əməl arasında fərq böyük olur. Uca insanlıq məqamından tənəzzül etdikcə, ilahi şəxsiyyət alçaldıqca elm və əməl arasındakı məsafə də artır. Adətən, onların biri o birindən güclü olur.
    İnsan inkişaf edib kamillik mərtəbələrini adladıqca bu iki yönüm bir-birinə yaxınlaşır. Nəhayətdə elm və əməl vəhdətə çatır. Mələklərdə və digər ali mücərrəd varlıqlarda elm və əməl bir-birindən ayrı deyil. İlkin olaraq zühur edən Məhəmməd həqiqətində bu vəhdət zirvə həddindədir.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 906 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024