İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:09 PM
    Həzrət haqqın elm və əməli
    Həzrət Haqda elm eynən əməldir və onların hər ikisi eynən qüdrətdir...Quranda oxuyuruq: "Yerdə və göydə zərrə ağırlığında bir şey Rəbbinə məxfi deyil...”("Yunis”, 61) Beləcə, həzrət Haqq, cəhalət, nöqsan, səhv və unutqanlıqdan uzaqdır: "Rəbbin heç vaxt unutqan deyil.”(Məryəm”, 64 )
    Həzrət Haqq əməldə də istənilən pislik və nöqsandan uzaqdır. Çirkin əməllərdən biri zülm-sitəmdir. Allah bu sifəti belə rədd edir: "Rəbbin kimsəyə sitəm qılmaz.”("Kəhf”, 49 ) Allah istənilən həddə çirkinliyi pis sayır və özünü bu sifətdən uzaq tanıtdırır: "Bütün bu göstərişlər və əmrlərə qarşı çıxmağın günahı Rəbbinin yanında pisdir.”(İsra”, 38 )Həzrətin elm və əməldə istənilən bir pislikdən uzaq olmasının səbəbi onun elminin eynən əməl və qüdrət olması, əməl və qüdrətinin eynən elm olmasıdır. Hansı ki tələffüzdə bu həqiqətlər bir-birindən ayrı görünür.
    Əhli-beytin (ə) elmi və əməli isməti
    Deyilənlərdən belə qənaətə gəlirik ki, ismət xasiyyəti mütləq əməli və ya elmi deyil. Çünki şəxsiyyəti həqiqətin təcəllası olan peyğəmbərlər və imamlar həm elmdə, həm də əməldə məsumdurlar. Buna görə də onların elm və əməli Qiyamətədək istənilən bir rütbə və məqamda olanlar üçün dəlildir. Elm və əməlin dəlil olması üçün nəzərdə tutulan zümrə hər iki cəhətdən məsum olmalıdır. Bu halda olanlar həqiqət meyarı, Haqqın batildən seçilməsi üçün ölçü olurlar.
    Bəli, onlar elmi və əməli ismətləri ilə kamil dəlil ola bilərlər. Haqqı olduğu kimi bəyan etmək yalnız onların şənindədir. Onlar həmin həqiqətə əməl etməklə xalqı dəvət və cəzb edirlər.
    Məhəmməd ibn Əli ibn Babəveyh dəyərli "Zəxirətul-ibad” kitabında ibn Əmirdən belə rəvayət edir: Hişam ibn Həkəmdən dəyərli söz eşitdim. Ondan soruşdum ki, imamın ismət məqamı varmı? Dedi: "Bəli.” Soruşdum ki, dəlil nədir? Dedi: "Bütün günahlar dörd günahdan qaynaqlanır: tamah, həsəd, qəzəb, şəhvət.”
    Bütün dünya imamın əmrinə tabe olduğu halda onun müqəddəs nəfsi dünyaya həris ola bilərmi? Daşı gövhərə döndərə bilən bir şəxs dünya matahına necə tamah salar?!
    Bütün məxluqlar onun sayəsində dolandığı bir vaxt o kimə həsəd aparmalıdır?! Yalnız Allah yolunda qəzəblənən biri kimə qəzəblənəsidir?!
    Kəşf-kəramət yolu ilə ən üstün behişt nemətlərindən, ali və gözəl simalardan xəbərdar bir şəxs şəhvətə əsir ola bilərmi?
    İsmət təqvanın ən ali dərəcəsidir
    İsmət həqiqətən də nəzəri və əməli əqlin nuraniyyətidir. Məsum insanda boş təxəyyülə müqavimət gücü var. O şəhvət və qəzəbin nüfuzuna mane ola bilir, günahdan çəkinir və ixtiyari şəkildə fəzilətlərə doğru hərəkət edir.
    Əməli ismət təqvanın ən ali dərəcəsidir. Təqvanın müxtəlif mərtəbə və mərhələləri var. Onun son mərtəbəsi rəftarla bağlıdır. Bu rəftar özü əməli ismətdir. Bəzən elmi isməti də təqva adlandırmaq olursa, amma əməli təqva insanın könüllü hərəkəti və əməli əql məsələlərindəndir.
    Əhli-beytin (ə) bütün yönümlərdə isməti
    Bütün məsumlarımız elmi məsələlərdə, ilahi təlqində, batinin qorunmasında, təlim-tərbiyədə və təbliğdə xətadan uzaqdır. Onlar insanların hidayəti ilə bağlı bütün məsələləri Allahdan tam şəkildə qəbul edirlər. Əldə etdiklərini düzgün anlayır, onu yaxşıca qoruyur, lazımı həddə əməl edir və başqalarına çatdırıblar.
    Elm və mərifətlə bağlı bu sifət hökmən gerçəkləşməlidir. İnsan öz xəyalında toxuduqlarını əqli məlumatları ilə tutuşdurur. Onları bir-birinə qatıb cəhl və xəta qatqılı düşüncəyə gəlir. Beləcə yolunu azır və başqalarını da azdırır. Quranda oxuyuruq: "Allahın nemətini nankorluqla əvəz edən, öz qövmünü fəlakətə aparan kəsləri görmədinmi?”(İbrahim”, 28 )
    Məsumun gücü və şeytanın acizliyi
    Əgər insan həqiqi ağıl fəzasında hərəkət edib təxəyyüldən uzaq olarsa, xəta və unutqanlıqdan kənar bir məqama çatar. Bu halda günah və üsyan ona hücum çəkməz, daimi ismət fəzasında qalar. Çünki həqiqi ağıl fəzasına nə təxəyyül kimi daxili şeytan, nə də İblis kimi xarici şeytan yol tapa bilir. Çünki təxəyyül saf ağıldan aşağıdır və heç vaxt ağıl məqamına qalxa bilmir. Tam ağıl fəzasının yolları təxəyyül və İblisin üzünə bağlıdır. İblis sirati-mustəqim kənarında pusqudadır. Quranda oxuyuruq: "Şübhəsiz, sənin düzgün yolunun kənarında onların pusqusunda duracağam.”("Əraf”, 16 )
    Amma azdırıcı gücə malik olan İblis özü eynən sirati-mustəqim olmuş kəsə yaxınlaşa bilmir. Sirat özü nəhayətsiz qüdrət təcəssümü olaraq Allah kimi hücum və vəsvəslərdən amandadır.
    Hal əhli, doğru yol yolçuları yaxşı bilirlər ki, sirat yolçunun özüdür, yolçu eynən siratdır. Yol və yolçu birdir. Şeytan siratın ortasında və axırında yox, başlanğıcında pusqu qurur. Bu səbəbdən də şəri riyazət və ibadətlə bu yolun ilk mühüm hissəsini adlayıb ixlas məqamına çatanlar üçün təhlükə yoxdur. Quranda buyurulur: "Mən şübhəsiz yer üzündə onların pis işini bəzəyərəm və hamısını azdıraram; yalnız ixlasa çatan bəndələrdən savayı!”("Hicr”, 39-40 )
    Məsumların ismət yönümləri
    Elmi və əməli ixlas məqamına çatan şəxs yanlış qavrayışdan, şəkk-şübhədən uzaqdır, ixlasa çatıb və ona həqiqəti anladan mütləq elm sahibi Allahdır. Məsum həqiqəti heç vaxt yanlış anlamır. O həqiqətə münasibətdə şəkk-şübhəyə düşmür. Əmirəl-möminin (ə) öz elmi ismət yönümləri haqqında buyurur: "Həqiqət mənə çatdırılan vaxtdan ona şəkk-şübhəm qalmadı.”("Nəhcül-bəlağə”, 802, hikmət 184 )
    Həzrətin buyuruğundan aydın olur ki, o elmi baxımdan əməli yolla Allaha yaxınlığın son mərhələsinə çatmışdır. O məsumlardan qeyrisinə müyəssər olmayan həqiqətləri dərk etmişdir. Bu səbəbdən də həzrət "ona şəkk yoxdur” ayəsinin bəyanı nümunəsi sayılmışdır.
    Əməli ismətlə bağlı deyə bilərik ki, bu məqam yalnız ixlasa çatanlara aiddir. Belə birində şəhvət, qəzəb, həsəd, qürur, riyanın nüfuzuna yol yoxdur. Məsum şəxs bütün bu qüvvələri cilovlayıb özünə tabe etmişdir.
    Məsumların təvəlla və təbərra məqamı
    Təvəlla Allah dostuna dost, təbərra Allah düşmənini düşmən saymaq mənasını bildirir. Şəhvət və qəzəb məsumun riyadan uzaq nəfsində öncə istək və ikrah kimi cilvələnir və şəhvət, qəzəb halından xaric olur. Ondan qalan yalnız istək və ikrah olur. Sonradan riyazət, təlaş, ibadət və cihad yolu ilə həmin iki həqiqət təvəlla və təbərra şəklinə düşür. Təvəlla və təbərra şəhvət və qəzəbin, istək və ikrahın kamilləşmiş formasıdır.
    Məsum və kamil insan cəzb və dəf, şəhvət və qəzəb, məhəbbət və ədavət, istək və ikrah mərhələlərini keçib ən kamil və ən dəyərli mərhələ olan təvəlla və təbərra mərhələsinə çatır. Təvəlla və təbərra istək və ikrahın ən zəif, məhəbbət və ədavətin ən lətif, şəhvət və qəzəbin ən saf, cəzb və dəfin ən pak mərhələsidir.
    Təvəlla və təbərra məqamına çatmış insan bütün varlığı ilə şeytanı düşmən sayır. Bu səbəbdən də ona gücü çatan ağır zərbələri vurur, Allah onun himayəçisi olduğu kimi, o da təvəlla əhlinə qatılır: "Şübhəsiz, mənim hami və yardımçım Quranı nazil etmiş Allahdır. O daim layiqliləri himayəsinə alıb yardım göstərir.”(Əraf”, 196) Düşüncə və əməldə ismətə xatir yer üzünün varisi olacaq kəslər də həmin salehlərdir. Çünki onların zat gövhəri salehdir. Nə pis düşünər, nə də pis yolda addım atarlar: "Yer üzünü bizim saleh bəndələrimiz miras götürər.”("Ənbiya”, 105 )
    Demək, həzrət Haqq irs qoyur, salehlər irs götürür. Çünki salehlər elm və əməldə məsumdurlar.
    İsmət kiminsə inhisarında deyil
    Doğru yol yolçusu ixlas məqamına yol tapsa salehlərdən olar və məqsədə doğru əmin-amanlıqla gedər. O həmin bu məqamda Allahın vilayətindədir. Şeytan və başqa bir kimsənin bu yola nüfuzu yoxdur. İnsanın andlı və rəhmsiz düşməni olan İblis etiraf edir ki, müxlislərin məqamına yolu yoxdur, onların ziddinə bir iş görə bilmir.
    Bəli, Allah bir zümrəni şeytan üçün əl çatmaz tanıtdırır. Onlardan bir dəstəsi ixlaslılardır. Onlar peyğəmbər və imamların kamil nümunələridir. Beləcə, ismət məqamı kiminsə inhisarında deyil, ixlas məqamına çatmayanlar da bəndəlik məqamına sədaqət göstərərək elm və əməl mərhələsində ismət əldə edə bilərlər. Şeytan belələrini hədələyərək deyir: "Mən dəstəsi ixlaslılardan ibarət olan bəndələrindən savayı onların hamısını azdıraram.”("Hicr”, 39, 40 )Burada "bəndələrin” dedikdə hamı nəzərdə tutulur. İxlaslılar isə bariz nümunə olaraq zikr edilir. Demək hər bir insan təlaş, cihad, riyazət və bəndəliklə ismət məqamına yetişə bilər.
    Yer üzündə nə varsa Allahın ətasıdır: "Nemətlərdən əlinizə çatan hər şey Allah tərəfindəndir...”("Nəhl”, 53 ) Əlbəttə ki, bəxşiş və nemət dərəcələri arasında fərq var. Bu yönümdə bəzi səbəblər aşkardır, bəziləri məxfi.
    Allah həqiqi səbəbdir
    İnsan nə əldə edirsə, nəyə nail olursa, bu işdə Allahın rolu var. Hər bir mümkün vücud vacib vücuda istinadən ərsəyə gəlir. Vacib vücuda dayanmış hər bir vücud, şübhəsiz, kamillikləri də ondan əxz edir. Hətta adi biliklərin həqiqi təlimçisi də Allahdır: "İnsana bilmədiyini öyrətdi.”(Ələq”, 5 )
    Demək, gözümüz qarşısındakı dərs, təlim, kitab, müəllim əsl səbəb deyil. Onlar sadəcə bir müqəddimədir. Zati və həqiqi səbəbkar Allahdır. Müqəddimə səbəblər torpağı şumlamaq, toxum əkmək, suvarmaq kimidir. Amma toxumu cücərdib ərsəyə gətirən Allahdır: "Onları siz cücərdirsiniz, yoxsa biz?”("Vaqiə”, 64 )
    Nəfsin paklaşdırılması ismət üçün müqəddimədir
    İnsan şəri riyazət, nəfsin paklaşdırılması yolu ilə ismət məqamına çata bilər. Demək, ismət təkcə peyğəmbərlərə və imamlara aid deyil. İsmət sadəcə peyğəmbərlik və imamlıq şərtidir.
    Demək, başqaları da məsum ola bilər. Bəli, hər bir peyğəmbər və imam məsumdur, amma hər bir məsum peyğəmbər və imam deyil.
    İnsan nəfsini tərbiyə etməklə elm və əməldə nöqsanlardan çəkinib, ismət əldə edə bilər. Bu işə yetkinlik həddindən əvvəl də başlamaq olar. Belə etdikdə yetkinlik həddinə çatdıqda insan təlim-tərbiyənin, nəfsi paklaşdırmanın bərəkəti ilə məsum ola bilər. Bundan da artıq nöqsana yol verən insanlar eyni yolla gələcəkdə ismət əldə edə bilər.
    Elmi yanlışlıqdan paklıq, ismət
    İlahi övliyalardan düzgün təlim-tərbiyə almış bir şəxs elə bir ismət məqamına çata bilər ki, elmi məsələlərdə xətaya yol verməz: "Ey iman əhli! Əgər Allahdan qorxsanız, sizin üçün haqqı batildən seçəcək tövbə qərar verər...”("Ənfal”, 29 ) "Fürqan” dedikdə haqqı batildən seçəcək qüvvə nəzərdə tutulur. İnsan ilahi övliyaların tərbiyəsi sayəsində, təqva şərtinə riayət edərək "Faruq” – haqqı batildən seçən imtiyazı əldə edir. O düzgün anlayır, anladıqlarını qoruyur və onlara əməl edir. Əlbəttə ki, belə bir şəxsin bilmədiyi şeylər də ola bilər. Amma o bildiyini düz bilir, düz qoruyur və düz əməl edir.
    Faruq şəxsin bəzi şeyləri bilməməsi təbiidir. İsmətin də digər kamilliklər kimi müxtəlif dərəcələri var. İnsan elə bir ismət məqamına çata bilər ki, müəyyən şeyləri bilməz.
    Hər halda insan cihad, riyazət, nəfsin tərbiyəsi, əzalara nəzarət, nəfsi ilə şərtləşmə, ona nəzarət, onunla hesab, onu danlama yolu ilə elm və əməldə ismət keyfiyyəti qazana bilər. Peyğəmbərlik və imamlıq məqamı inhisardadır.
    Öncə deyilənlərdən aydın oldu ki, ismət səciyyəsi kiminsə inhisarında deyil və hər bir kəs çalışmaqla ismət məqamının hansısa dərəcəsinə nail ola bilər. Amma əzəmətli peyğəmbərlik və imamət məqamı adi insanlar üçün əlçatmazdır: "Allah daha yaxşı bilir ki, risalət məqamını kimə versin...”(Ənam”, 124 )
    Rəvayətlərə əsasən yüz iyirmi dörd min peyğəmbər və peyğəmbərdən sonra on iki imam var. Bu say dəyişməzdir. İsmət məqamına isə hamı çata bilər. Xanım Fatimə (s.ə.) nə peyğəmbər idi, nə də imam. Amma bu xanım məsum idi. Məryəm də, Zeynəb də, Qəməri Bəni-Haşim də, Əli Əkbər də peyğəmbər və imam olmamışdır. Amma bütün bu insanlar ismət məqamına ucalmışlar.
    İsmət adlandırılan məsumluq məqamı hamıya müyəssərdir. İsmət ilahi nemətlərdən olsa da, insan özü özündə bu sifətin təcəllası üçün zəmin yaradır. Belə ki, bağışlayan Allah insanın istedadı müqabilində ona ismət əta edir: "İstədiyiniz hər şeydən sizə əta etdi...”("İbrahim”, 34 )
    İnsan istedadına uyğun dua etməlidir. Allah heç vaxt istedadı cavabsız buraxmır. İnsan istəyi onun istedadına uyğun olsa hökmən bəhrələnəsidir.
    İsmət təhsili
    Unutmamalıyıq ki, ixtiyari şəkildə seçilən ismət səciyyəsinin elmi və əmli mərhələləri var. İsmət təbii deyil, qazanılma fəzilətdir. Bu fəzlət Allahın xüsusi tövfiqi sayəsində əldə olunur. Demək olmaz ki, məsum şəxs üçün günahdan uzaq qaldığına görə savab yoxdur. Qurani-məciddə buyurulduğu kimi, məsum şəxs daim Allahın dəlilləri ilə silahlanmışdır. Bu dəlillər onda xarakter şəklini almışdır. O bu yolla iç və çöl düşmənini yerində oturdur. Onun nəfs istəkləri əbədilik təqva zindanına məhkum edilmişdir. Nəfs günahdan ləzzət almaq istəsə də, ram olunmamış düşüncə günaha yol vermir. Çünki batini nuraniyyət işin sonunu ona göstərir.
    Məsum şəxsin günaha baxışı
    Məqsədə çatmış yolçu, arif məsum günahın batinini və nəticəsini olduğu kimi görür: "Şübhəsiz, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar...”("Nisa”, 10 )
    Bəli, bu qəbil haram qidaların batini oddur. Günahın sonunu od şəklində müşahidə edən insan hətta bu barədə düşüncədən çəkinir. Pis düşüncə də onun zehninə yol tapa bilmir. Belə bir şəxs nə səhvən, nə də bilərəkdən günaha yol verir. Çünki həqiqətləri necə varsa elə də görür.
    Əmirəl-möminin (ə) "Nəhcül-bəlağə”də daha çox haqq istəyən Ədilin əhvalatını danışarkən buyurur: "Ədilin də əhvalatından maraqlısı başqa birinin əhvalatıdır. Həmin şəxs gecə vaxtı xalqın gözünü oğurlayıb, çox ikrah duyduğum bir təamı mənə gətirdi. Sanki əfi ilanın ağız suyu və ya qaytarılmış bir maye ilə hazırlanmışdı. Ondan soruşdum ki, gətirdiyin hədiyyədir, zəkatdır, yoxsa bizə haram edilmiş sədəqə? Dedi: "Gətirdiyim hədiyyədir.” Dedim ki, anan əzanda əyləşsin, din yolu ilə daxil olursan ki, məni aldadasan?!”("Nəhcül-bəlağə”, 346, xütbə 224 )
    Məsum imam rüşvətə zəhərli ilanın yeyib sonra qaytardığı maye kimi baxır. Heç bir ağıllı insan belə bir qidaya əl uzatmaz. Bəli, ismət nuru ilə həqiqətləri müşahidə edən insan harama əl uzatmır, bilərəkdən və ya səhvən büdrəmir. Məsum şəxs görür ki, günahın batini cəhənnəm odudur. Bu səbəbdən də düşüncə mərhələsində də dayanır, əməl başlamır. Belə bir mərhələdə şeytanın da əlindən bir iş gəlmir.
    Şahid qəflətə düçar olmur
    Əmirəl-mömininin (ə) mələklərin isməti ilə bağlı açıqlamalarından aydın olur ki, şahid olan kəs qafil deyil, iblisin tələsinə düşmür: "Yuxu onların gözlərini qapamır, əqlən səhvə yol vermir, yorğunluğa əsir olmur, unutqanlıq onlardan uzaqdır.”("Nəhcül-bəlağə”, 39, xütbə 1 )
    Peyğəmbərlər və imamlar da belədir. Onlar düşüncə xətasından, qəflət yuxusundan, unutqanlıqdan, əməli və əxlaqi çirkinliklərdən uzaqdırlar.
    Məsumda günaha batmaq gücü
    Bəziləri elə düşünürlər ki, məsumlarda günah gücü yoxdur. Əlbəttə ki, belə bir baxış kökündən yanlışdır. İmamda günah gücü var, amma o günaha yol vermir. Yəni məsumun günaha batması zatən mümkünsüz iş deyil. Bununla belə məsum nə günah fikrinə düşür, nə də günaha yol verir.
    Ümumiyyətlə, ismət səciyyəsi insanın hansısa qüvvəsini məhv etmir. Çünki hər bir qüvvədən həm halal, həm haram yolda faydalanmaq mümkündür.
    İnsan gözəl səslərdən, gözəl mənzərələrdən, gözəl təamlardan, gözəl ətirlərdən ləzzət alır. Bu qüvvələri məhv etmək düzgün deyil. Sadəcə hər bir qüvvəni halal yola yönəltmək lazımdır.
    Məsum çalışır ki, özünə nəzarət etməklə yanaşı vücudundakı qüvvələrə istiqamət versin. Öncə qeyd etdik ki, şəhvət və qəzəb qüvvələri kamilləşərək təvəlla və təbərra səviyyəsinə çatır.
    Məsum səy göstərir ki, riyazət və nəfsin tərbiyəsi ilə elm və əməl baxımından günaha yol verməsin. Bəli, məsum zatən günahdan sğortalanmasa da, səy göstərməklə nəfsi üçün dəyişməz qadağalar qoyur.("Təfsiri mövzui”, 9-1 )
    Əhli-beyt (ə) ismət zirvəsində
    Həzrət Peyğəmbər (s) özü və Əhli-beytinin (ə) ismət məqamı haqqında buyurur: "Mən, Əli, Həsən və Hüseyn, Hüseynin doqquz övladı bütün çirkinliklərdən pak və məsumuq.”(v) Peyğəmbər özü, həzrət Fatimə (s.ə.) və on iki imam haqqında buyurur: "Allah biz Əhli-beytdən bütün aşkar və gizli çirkinlikləri yumuşdur.”("Əl firdəvs”, 1-54 ) İmam Sadiq (ə) peyğəmbərlərin və imamların isməti ilə bağlı buyurur: "Peyğəmbərlərin və onların canişinlərinin heç bir günahı yoxdur. Çünki onlar məsum və pakdırlar.”(Əl xisal”, 2-608, hədis 9 ) Həzrət Zəhra (s.ə.) Əmirəl-möminin (ə) və onların on bir övladı müxaliflərlə mübahisələrində öz paklıqlarını yetərincə sübuta çatdırmışlar. Onlar özlərini nəfs istəkləri və şeytan təlqinlərindən sığortalanmış xalis bəndələr tək təqdim etmişlər.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 728 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024