İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:08 PM
    Əhli-beyt (ə) haqqın məhbubudur
    Sevimlilik səbəbi zati paklıqdır
    Əhli-beytin (ə) vücud baxımından bütün nöqsanlardan paklığı, müsbət sifətlərlə zinətlənməsi onları Allah üçün sevimli etmişdir.
    Allah-təala Qurani-kərimdə onları hər tərəfli paklıq sifəti ilə yada salır, bildirir ki, onları ali məqama çatdıran paklıqlarıdır; "Yalnız pak olanlar ona (həqiqətlərə) yetişər.”("Vaqeə”, 79 )
    Onlar kitab elminin həqiqətlərinə yiyələndiklərindən bütün gerçəkliklərdən xəbərdardırlar, Allahın göstərişlərini yerinə yetirərlər və onların varlığı mütləq xeyirdir. Bu sifətlərdən aydın olur ki, bu insanlar bilavasitə Allahdan tərbiyə almış müxlislərdir. Onlar Allahın zati rübubiyyətində tərbiyə almış, Allahın xüsusi seçilmişləri olmuşlar.
    Zati paklıq, kitab elmindən xəbərdarlıq onları Allahın sevimlisi etmişdir: "Allah özünü paklayanları sevir.”("Bəqərə”, 222 )
    Onların bütün müsbət sifətləri zati paklıqlarının təcəllasıdır. Onlardakı ədalət, təvəkkül, səbir, iman, yəqin, tövbə, dua, cihad, təlaş, isar, əfv məqamlarını Allahın sevimlisi olmaq dərəcəsinə çatdırmışdır. Bir sözlə, Əhli-beyt (ə) Allaha ən sevimli kəslərdir: "Şübhəsiz, Allah çox tövbə edənləri sevir;”("Bəqərə”, 222 ) "Şübhəsiz, Allah ədalətə riayət edənləri sevir;”("Maidə”, 42 )"Şübhəsiz, Allah təvəkkül edənləri sevir.”("Ali-İmran”, 159 )
    Demək, sevimlilik meyarı zati paklıq, ağıl, qəlb, ruh, əxlaq və əməl baxımından təmizlikdir. Əhli-beyt hərtərəfli paklığı Allahın xüsusi diqqəti sayəsində əldə etmişdir.(Bax: "Əhzab”, 33 )
    Peyğəmbərə (s) ən sevimli kəslər
    Əhli-beyt (ə) Allahın ən sevimlisi olduğu kimi, peyğəmbərin də ən sevimlisdir. Çünki peyğəmbər yalnız Allahın sevdiklərini sevir. Peyğəmbərin təvəlla və təbərrası Allahın təvəlla və təbərrasıdır. Peyğəmbər Allaha görə dost bilir, Allaha görə düşmənçilik edir. Əhli-beytin (ə) Peyğəmbər (s) sevimlisi olması onların Allaha sevimli olmasının daha bir dəlilidir.
    Ümmü-Sələmədən nəql olunur ki, bir gün Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s.ə.) yemək gətirdi. Peyğəmbər (s) buyurdu: "Əli və onun iki oğlu haradadır?” Fatimə (s.ə.) dedi: "Evdə.” Peyğəmbər (s) buyurdu: "Onları mənim yanıma dəvət et.” Əli (ə), xanım Fatimə (s.ə.) Həsən və Hüseyn (ə) Peyğəmbərin (s) yanına gəldilər. Onları görən Peyğəmbər (s) yataqdakı əbasını götürüb onu Əli, Həsən, Hüseyn, Fatimə ilə birlikdə üstünə çəkdi. Həzrət dedi: "Pərvərdigara! Bunlar mənim əhli-beytim (ə), mənə ən sevimli olanlardır. Hər cür çirkinliyi onlardan uzaq et. Onları tam paka çıxar.” Bu vaxt ayə nazil oldu: "Həqiqətən, Allah siz Əhli-beytdən (ə) hər cür çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə paklaşdırmaq istəyir.”("Əhzab”, 33 )
    Əmirəl-möminin (ə) buyurur: "Bir dəstə adam Peyğəmbərin (s) yanına gəlib dedi: "Ey Allahın rəsulu! Sənə ən sevimli olan kimdir?” Peyğəmbər (s) buyurdu: "Bu iki övlad və onların anası. Onlar məndəndir, mən də onlardan. (Peyğəmbər iki barmağını bir-birinə yaxınlaşdırıb əlavə etdi:) Bunlar behiştdə mənimlə bu vəziyyətdədirlər.”(Tusi, "Əmali”, 452 )
    Əhli-beytə (ə) itaət insanı sevimli edir
    Şübhəsiz, hər kəs Allahın sevimlisi olmaq məqamına çatmaq istəsə, çalışmalı, Allahın rübubiyyəti, Peyğəmbər (s) və Əhli-beyt (ə) sayəsində daxilən təmizlənməli, əxlaq və əməlini gözəlləşdirməlidir. Qurani-məciddə peyğəmbərə əmr olunur ki, ümmətə desin: "Allahı sevirsinizsə, bizə itaət edin ki, Allah da sizi sevsin. Beləcə, günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır...”("Ali-İmran”, 31 )
    Allahın buyuruğuna əsasən, ilahi əmrlərə təslimçiliyi sayəsində Allahın sevimlisi olmuş İslam peyğəmbəri (s) ardıcıl olaraq Əhli-beyti (ə) sevməyi tapşırır. Həzrət tövsiyə edir ki, Allahın sevimlisi olmaq üçün Əhli-beytə (ə) itaət edilsin, onlar dost tutulsun. Həzrət buyurur: "Allahı sizə əta etdiyi nemətlərə görə dost tutun, məni Allaha xatir sevin, Əhli-beytimi mənə görə əzizləyin.”(Səduq, "Əmali”, 364) Çox mühüm bir rəvayətdə oxuyuruq: "Kim mənim kimi yaşamağı və ölməyi arzulasa, Rəbbimin hazırladığı daimi behiştdə məskunlaşmaq istəsə, məndən sonra hökmən Əlini (ə) və Əlinin (ə) dostunu dost bilməlidir. Məndən sonrakı imamlara iqtida etməlidir. Çünki onlar mənim Əhli-beytimdir, məndən əmələ gəlmişlər. Onlara elm və düşüncə verilmişdir. Onların üstünlüyünü inkar edənlərin, onlarla yaxınlığımın hörmətini saxlamayanın vay halına, Allah mənim şəfaətimi onlara nəsib etməsin!”("Kənzul-ummal”, 12-103, hədis 34198 )
    Allaha sevimlilik meyarı
    Allahın sevimlisi olmaq istəyən insan başda peyğəmbər olmaqla Əhli-beytə (ə) tabe olmalıdır. Bu ardıcıllıq tədricən insanı daha tutumlu və pak mənəviyyata aparır. Nəticədə insan Allahın sevimlisi olur. İnsan elə bir məqama yüksəlir ki, onun bütün hərəkətləri, əxlaq və əməli haqqın cazibə dairəsində qərar tutur. Belə bir məqama yalnız Əhli-beyt vasitəsi ilə çatmaq olar. Çünki doğru yolu və yoldakı eniş-yoxuşları tanıyan onlardır. Əslində onların varlığı doğru yoldur. Bu səbəbdən də haqq yolun ən üstün bələdçisidirlər.
    Allahın dostları, övliyaları onun sevimlisi olmaq üçün meyardır. Göstəriş verilmişdir ki, özümüzü onlarla tutuşdurub kimliyimizi müəyyənləşdirək. Biz Allahla bilavasitə rabitə saxlaya bilmirik. Peyğəmbər (s) və Əhli-beyt (ə) isə əlindən yapışa biləcəyimiz vasitələrdir. Düşüncəmizi, niyyətimizi, əxlaq və əməllərimizi onların səciyyələri ilə müqayisə etməliyik. Yalnız bundan sonra məlum olar ki, batini və zahiri baxımdan onlara oxşayanlar Allahın sevimliləridir.
    Hər halda Əhli-beyt (ə) Allaha sevimli olan zatlardan ibarətdir. Allahın sevimlisi olmaq istəyən kəs onlara iqtida etməli, xalqla öz arasında onları vasitə seçməlidir. Allaha sevimli olmaq istəyənlər bilməlidirlər ki, Əhli-beyt (ə) maarifinə inanmalı və ona əməl etməlidirlər. Rəvayətdə oxuyuruq: "Ey Əhli-beyt! Həqiqətən, bizim Allaha doğru vasitəmizsiniz. Sizə məhəbbət və yaxınlıqla Allah tərəfindən qurtuluşa ümidliyik.”(Biharul-ənvar”, 99-249, bab 10, hədis 9 )
    Belə bir hala o vaxt yiyələnmək olar ki, zatımızı Əhli-beyt (ə) məhəbbəti kök atacaq vəziyyətə gətirəcək. Onlara iqtida etməklə tutduqları yolla addımlayaq. Bu sayaq hərəkətimiz risalət muzdu, haqqa qovuşmaq yolu, ilahi sevgi mehvərində qərar tutmaqdır. Quranda oxuyuruq: "De ki, mən sizdən muzd istəmirəm. Yalnız istəyənlər (mənim hidayətimlə) Rəbbinə doğru yol tutar.”("Fürqan”, 57 )
    İmam Sadiq (ə) buyurur: "İnsanı yalnız tövhiddə ixlas və "La ilahə illəllah” demək behiştə aparar. Tövhiddə ixlas odur ki, bütün ilahi hökmlərə əməl olunsun, tövhid inancı günahın qarşısını alsın, Əhli-beytə (ə) məhəbbət və iqtida səhlənkarlıq olmasın.” Peyğəmbərdən (s) soruşdular ki, "La ilahə illəllah” kəlməsində ixlas nədir? Həzrət buyurdu: "Mənimlə göndərilənə əməl etmək, əhli-beytimə məhəbbət.” Soruşdular ki, Əhli-beytə (ə) məhəbbət, vilayətin qəbulu tövhid kəlməsindəndirmi? Həzrət buyurdu: "Bəli!”("Biharul-ənvar”, 3-13, bab 1, hədis 30, "Mustədrəkul-vəsail”, 5-358, bab 36, hədis 6081 )
    "Silsilətuz-zəhəb” hədisində İmam Riza (ə) Allahın bəyanatını nəql edir: "Tövhid mənim qalamdır. Mənim qalama daxil olan əzabımdan amandadır. Amma mənim vilayətim və məhəbbətim bu işdə şərtdir.”("Üyuni əxbarur-Riza”, 2-135, bab 37, hədis 4; "Biharul-ənvar”, 3-7, bab 1, hədis 16 )
    Demək, Əhli-beyt (ə) vilayəti və məhəbbətinə yiyələnməmiş kəs əslində tövhidlə yanaşı ixlasa çatmamışdır, onun sahib olduğu tövhid tədricən batinindən üzüləsidir. Belə bir kəs, heç şübhəsiz, axirətdə tövhidsiz məhşur olasıdır.
    Allahın razılığı Əhli-beytin (ə) razılığındadır
    Əgər bir şəxs tövhid və ixlas mərhələsində ilahi vilayət məqamına çatsa, Allahın vəlisi olsa, əslində "huvəl-vəliyy” güzgüsü olmuşdur, bütün yönümlərdən kamil tövhidə yiyələnmişdir. Ona hörmət və əmrinə itaət Allah-təalaya hörmət və itaətdir: "Şübhəsiz, sənə beyət edənlər yalnız Allaha beyət etmişlər...”("Fəth”, 10 ) Hamı vəzifəlidir ki, belə bir şəxsə müti olsun. Belə bir şəxs vasitəçilik və şəfaət məqamından bəhrələnmişdir. Çünki o özünü elə bir həddə çatdırmışdır ki, razılığı Allahın razılığıdır, Alahın razılığı onun razılığıdır. Allah-təala Peyğəmbərin (s) və peyğəmbər Əhli-beytinin (ə) razılığına çox diqqət yetirir. Belə ki, Quran buyurur: "Şübhəsiz, səni bəyəndiyin qibləyə döndərərik...”(Bəqərə”, 144 )
    Çünki Peyğəmbər (s) və Əhli-beytin (ə) razılığı Allahın razılığıdır. "Allahın razılığı Əhli-beytin (ə) razılığıdır” cümləsinin məzmun və məfhumu Əhli-beytin (ə) məramından danışır. Çünki onlar razılıq məqamında da tövhid əhlidirlər, yəni yalnız Allahın bəyəndiyini bəyənirlər. Onlar öz nəfslərinin və başqalarının razılığını güdmür, yalnız Allahın razılığını soraqlayırlar. Bu səbəbdən də mütləq təslimdirlər. Başqalarına vacibdir ki, onlara iqtida və məhəbbətlə ilahi razılıq olan razılıqlarını əldə etsinlər.
    Həqiqətən, ilahi yol yolçusu həyatın bütün yönümlərində Əhli-beytə (ə) itaət etməlidir. Hər bir şəxs öz tutumu, gücü, istedadı həddində Əhli-beytin vilayətindən faydalanmalı, ali insani məqama yüksəlməlidir.
    Həzrət Haqq Qurani-məciddə Əhli-beytin kamilliyini və tutduğu yolu bizə açıqlayır. Bir çox ayələrdə aydın və ya işarə ilə onların əxlaqı və əməli keyfiyyətləri bəyan olunur ki, bizlər bəhrələnə bilək, əlimizdə yetərli göstərişlər olsun. Onların hərəkətləri, düşüncələri, niyyətləri elə bir şəkildə açıqlanılır ki, ixtiyarımızda əməli bir nümunə olsun. Ayədə oxuyuruq: "Şübhəsiz, iman gətirən, hicrət edən, Allah yolunda cihada qalxan kəslər...”;("Bəqərə”, 218;) "(Deyirlər) Biz sizi yalnız Allahın razılığı üçün yedirdirik və sizdən heç bir mükafat və təşəkkür gözləmirik”;("İnsan”, 9 ) "Şübhəsiz, namaz və ibadətim, həyat və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”(Ənam”, 162)
    Əhli-beyt (ə) mərhəmət ocağı
    Rəhmət dedikdə mərhəmət, güzəşt, mehribanlıq, bağışlama, nəzərdə tutulur.
    Qurani-məciddə rəhmət sözü müxtəlif mənalarda, məfhumlarda, ünvanlarda bəyan olunmuşdur. Ona diqqət, ona doğru can atmaq, onun üçün zəmin yaratmaq şəri təkliflərdəndir.
    Rəhmət ilahi həqiqət, rəbbani gerçəklik, haqqın sonsuz sifətlərindən biri, Allahın zati səciyyəsidir. İlahi rəhmət müxtəlif cilvələrlə varlıq səhnəsində, mövcudların, xüsusi ilə insanların həyatında özünü göstərir. Bütün aləm və aləmdəkilər, bütün ünsürlər və mövcudlar, aşkar və gizli bütün məxluqlar, varlıq aləmindəki bütün zərrələr Allahın rəhmət cilvəsi, mehribanlıq və əta şaxəsidir.
    Qurani-kərimdə rəhmət
    Qurani-məcid bir çox ayələrində rəhmət və onun əsərlərindən danışır. Nümunə üçün bəzi ayələrə nəzər salaq:
    1. Qurani-kərim insanların inkişaf mayası, dünya və axirət çətinliklərindən qurtuluş səbəbi olan peyğəmbərliyi Allahın mərhəməti sayır. Allah istədiyini bu məqama seçir. Bu əzəmətli məqamı varlıq üfüqündən ləyaqət əsasında parladır, peyğəmbəri bu məqam sayəsində vəhyin elanına, xalqın hidayətinə vəzifəli edir: "Allah istədiyini öz rəhmətinə çatdırır. Allah böyük fəzl sahibidir.”("Bəqərə”, 105 )
    2. Quran xüsusi ilə qisas və diyə bəhsində bir rəhmət olaraq vəzifələri yüngülləşdirir: "Bu (hökm) Rəbbiniz tərəfindən asanlaşdırma və bir rəhmətdir...”("Bəqərə”, 178 )
    3. Qurani-şərif gözəl əxlaq, xoş rəftar, dostluq, müdaranı öz mərhəməti sayır: "(Ey peyğəmbər) Allah tərəfindən rəhmət olaraq onlarla xoş davran...”("Ali-İmran”, 159 )
    4. Qurani-məcid Qiyamətdə əzabdan uzaqlığı və ondan qurtuluşu ləyaqəti olanlar üçün rəhmət sayır: "Həmin gün əzab kimdən uzaqlaşdırılsa, hökmən, Allah ona rəhm etmişdir və budur aşkar ləzzət.”("Ənam”, 16 )
    5. Qurani-məcid haqqın rəhmətinə etiqad və diqqəti günhakarlar üçün ümid yeri, tövbəyə təşviq qərar vermişdir. Peyğəmbərə elan olunur ki, xalqı Allahın rəhmətinə inandırsın, nadanlıq səbəbindən günaha yol verən insan peşman olduqdan sonra tövbə edib özünü düzəldə bilsin, Allahın rəhmətindən faydalansın. Çünki, Allah çox bağışlayan və mehribandır: "Əgər ayələrimizə iman gətirənlər sənin yanına gəlsələr, de ki, salam olsun sizə, Rəbbiniz mərhəməti özünə vacib etmişdir. Sizlərdən hansınız nadanlıqdan pis iş görsə, sonra tövbə qılıb islah olsa (bağışlanar). Çünki o çox bağışlayan və mehribandır.”(Ənam”, 54 )
    6. Quran ilahi ayələrin bir çoxunda bəndələrinə rəhməti ilə tanıtdırılır: "İndi sizin üçün Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və bir rəhmət gəldi...”("Ənam”, 157)
    7. Quran bir çox ayələrdə insanlara bəyan edir ki, əgər Allahın mərhəmətini istəməsəniz, ya özünüzü mərhəmətdə qərar verməsəniz, ya da Allahın mərhəməti sizi bürüməsə, varlıq sərmayəniz puça çıxar, bütün olanlarınız və əməlləriniz məhv olar. Beləcə, əbədi ziyana düşər, bədbəxt olarsınız: "Əgər Allahın fəzl və rəhməti olmasaydı, şübhəsiz, ziyankarlardan idiniz.”("Bəqərə”, 64 )
    8. Hər bir insanı ilahi həqiqətlərə və mənəvi dəyərlərə yönəldən Quran mərhəmətin səbəbsiz olmadığını bildirir. İnsanın qurtuluş səbəbi, xoşbəxtlik sərmayəsi, behiştə daxil olma səbəbi olan mərhəmət xeyir əməl sahiblərinin şənindədir: "Şübhəsiz, Allahın rəhməti xeyir əməl sahiblərinə yaxındır.”("Əraf”, 56 )
    9. Qurani-məcid ilahi mərhəməti dünyada çətinliklərdən, sitəmkarların zülmündən qurtuluş səbəbi kimi kimi təqdim edir: "(Əzab gələndə) onu və yoldaşlarını öz tərəfimizdən mərhəmətlə xilas etdik. Onlardan ayələrimizi təkzib edib iman gətirməyənləri qırdıq...”("Əraf”, 72  )
    10. Qurani-həkim vücud tutumunu, qəlbigenişliyi, ruhun böyüklüyünü ilahi feyzlərin təcəllası üçün səbəb sayır: "Bəndələrimizdən elə birini tapdılar ki, ona öz tərəfimizdən rəhmət verib xüsusi elm öyrətmişdik.”("Kəhf”, 65 )
    11. Qurani-məcid İslam peyğəmbərinin (s) müqəddəs vücudunu aləmlər üçün rəhmət sayır: "Səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”("Ənbiya”, 107 )
    12. Qurani-kərim bahar nəsimi vasitəsi ilə ölmüş torpağın dirildilməsini, bu yolla bitki aləmininin cücərməsini Allahın mərhəmət əsərlərindən sayır: "Alahın rəhmət əsərlərinə düşüncə gözü ilə bax, gör ölmüş torpağı necə dirildir. Şübhəsiz, o ölüləri dirildəndir və hər işə qadirdir.”("Rum”, 50 )
    13. Quran hər bir mövcudda bir şəkildə cilvələnən ilahi rəhməti hamıya aid bilir. Hətta ən güclü mikroskoplarla görünməyən zərrələr də mərhəmət dairəsindən kənarda qalmır: "Rəhmətim hər şeyi əhatə etmişdir...”("Əraf”, 156 )
    14. Qurani-kərim Allahın mərhəmətindən ümidsizliyi kafir səciyyələrindən sayır:
    "Həqiqətən də, yalnız kafir insanlar Allahın mərhəmətindən ümidsizdir.”("Yusuf”, 87 )
    15. Qurani-məcid Allahın rəhmətini bütün insanlar üçün var-dövlətdən, məqamdan, dünya matahından üstün bilir. Ömrü var-dövlət toplamağa sərf etmək əvəzinə ilahi mərhəmət əldə etmək üçün çalışmaq insanlar üçün üstündür: "Rəbbinin mərhəməti onların topladıqlarından üstündür.”("Zuxruf”, 32 )
    Rəhmət xəzinəsi
    Bu qəbil ayələrə və oxşar nümunələrə diqqət yetirməklə etiraf etməliyik ki, varlıq aləmində, mülk xəzinəsində ilahi mərhəmətdən üstün və dəyərli bir şey yoxdur. Səmavi maarifə əsasən, Əhli-beyt (ə) dünya və axirətdə rəhmət xəzinəsidir. Əhli-beytdən (ə) olan, ismət məqamına malik həzrət Hadi (ə) "Came” ziyarətində Əhli-beyti (ə) "rəhmət mədəni” adlandırır.
    Demək, zərər-ziyandan, sərmayəsinin puça çıxmasından, ilahi əzabdan ehtiyatlanan, asan hesab, gözəl əxlaq, tövbə, Qurandan bəhrə, salehlik, qurtuluş, qəlbi genişlik diləyən şəxs Əhli-beyt (ə) mərifətinə yiyələnməli, Əhli-beyt (ə) maarifi əsasında əməl etməlidir. Beləcə, ayələrdə bəyan edilənlər əldə olunur, insan haqqın xüsusi rəhmətində qərq olur, dünya və axirət səadətini ələ keçirir, əbədi qurtuluşa çatır.
    Həzrət Peyğəmbər (s) iyirmi üç illik risaləti qoyub Əhli-beytlə (ə) bağlı tövsiyələr vermişdir ki, insanlar Peyğəmbərdən (s) sonra Quran ayələrini Əhli-beytsiz (ə) dərk etməyəcəklərini anlasınlar. Əhli-beyti (ə) vasitə seçmədən kimsə doğru yola müvəffəq ola bilməz. Allah mərhəmətinə, bu mərhəmətin dünya və axirət əsərlərinə yalnız Əhli-beyti (ə) tanımaq, onların göstərişlərinə itaət etməklə yetişmək olar.
    Sünnə əhlinin mötəbər rəvayətçilərdən saydığı Zeyd ibn Ərqənd belə nəql edir: "Allahın rəsulu bir gün «Xumm» adlanan və Məkkə ilə Mədinə arasında yerləşən su hövzəsi kənarında xütbə oxudu. Həzrət Allaha həmd-səna deyib moizə etdi, öyüd verib buyurdu: "Ey insanlar! Mən də tezliklə Rəbbimin elçisini qəbul edəcək bəşərəm. Mən də ona cavab verəsiyəm. Sizin üçün iki ağır və dəyərli əmanət qoyuram: onlardan biri hidayət və nur mənbəsi olan Allah kitabı, o biri Əhli-beytimdir (ə). Əməl üçün Allahın kitabını öyrənin, ona sarılın. (Peyğəmbər öz sözləri ilə insanları Allah kitabına həvəsləndirdi.) Əhli beytimin haqqına münasibətdə Allahı yadınıza salıram. (Həzrət bu sözləri üç dəfə təkrarladı.)”("Məfatihul-cinan” )
    Əhli-beyt (ə) mərhəmətinin cilvələri
    Əhli-beyt (ə) rəhmət mədənidir. Bu mədənə mərifət və agahlıqla üz tutan, onları sevməklə göstərişlərinə itaət edən, heç şübhəsiz, həyatında, ölən zaman, bərzəxdə və Qiyamətdə Allahın rəhmət və diqqətindən bəhrələnəcək.
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Yalnız siz şiələrin canı boğazına çatanda ölüm mələyi ona yetişər və deyər: "Ümid etdiyin sənə əta olundu, qorxduğun şeydən amanda qaldın.” Sonra behişt qapısını onun üzünə açılar və ona deyilər: "Behiştdəki məskəninə bax, bu Alahın rəsulu, Əli, Həsən və Hüseyn-sənin dostlarındır.” Allahın sözü budur: "İman gətirib Allahdan qorxanlara dünya və axirət həyatında müjdə var. (Dünyada vəh,y axirətdə Allahın xitabı və mələklərin müraciəti vasitəsi ilə)”("Səhihe-Müslim”, 4-1492, bab 4, hədis 2408 )
    Haris Həmdani deyir: Əmirəl-mömininin (ə) yanına getdim. Həzrət buyurdu: "Gəlişinin səbəbi nədir?” Dedim: "Gəlişimin səbəbi sənə məhəbbətimdir, ey Əmirəl-möminin (ə)!” Həzrət buyurdu: "Ey Haris! Mənəmi aşiqsən?” Dedim bəli, and olsun Allaha ki, belədir!” Buyurdu: "Agah ol, nəfəsin boğazına çatanda məni sevdiyin halda görərsən. Görərsən ki, bəzilərini kövsər hovuzundan biganə dəvə tək qovuram. Həqiqətən, məni sevdiyin kimi görərsən. Görərsən ki, həmd zümzüməsi ilə peyğəmbərin qarşısında siratdan keçirəm. Şübhəsiz, məni sevdiyin kimi görərsən.”("Təfsiri-Əyyaşi”, 2-124, hədis 32 )
    İmam Baqir (ə) buyurur: "Təqva yolunu tutun. Haqq ayin olan şiəliyinizi qorumaqla Allah yolunda təqva və təlaşdan faydalanın. Sizə rifah və xoşluq gətirən ən üstün şey haqq ayindir. Axirət sərhəddində dayananda, dünya arxada qalanda anlayar ki, Allah tərəfindən nemət və kəramət, behiştlə müjdə qarşısındadır. Qorxduğundan amanda qalar, inanar ki, tabe olduğu ayin haqdır. Dini Əhli-beyt (ə) ayinlərinə müxalif olan kəs batildir və həlak olasıdır.”(Tusi, "Əmali”, 48 )
    Allahın rəsulu buyurmuşdur: "And olsun canım əlində olan kəsə! İnsan behişt meyvəsindən və ya zəqqum ağacından yeməmiş onun ruhu bədənindən ayrılmaz. Ölüm mələyi ilə rastlaşanda məni, Əlini, Fatiməni, Həsən və Hüseyni görər. Bizə məhəbbəti olsa ölüm mələyinə deyərəm: "Onunla müdara et, çünki o məni və Əhli-beytimi (ə) sevib. Bizə düşmən olsa ölüm mələyinə deyərəm: "Onunla sərt davran, çünki mənə və Əhli-beytimə (ə) düşmən olub.”("Əl-məhasin”, 1-178, bab 39, hədis 164 )
    Sudeyr Sirfi mühüm bir hədisdə nəql edir ki, imam Sadiqdən soruşdum: "Sənə fəda olum, möminin ruhu çıxanda narahat olurmu?” İmam buyurdu: "And olsun Allah ki, yox! Ölüm mələyi onun ruhunu çıxarmağa gələndə o narahat olar. Ölüm mələyi deyər: "Ey Allah dostu narahat olma! And olsun Məhəmmədi risalətlə göndərənə, mən sənə yatağın kənarında dayanmış mehriban atadan xeyirxaham. İki gözünü aç və bax!” Həzrət sözünə belə davam edir: Allahın rəsulu (s), Əmirəl-möminin (ə), Fatimə (s.ə.), Həsən və Hüseyn, onların nəslindən olan imamlar görünər və ona deyərlər: "Bunlar Allahın rəsulu, Əmirəl-möminin (ə), Fatimə (s.ə.) Həsən və Hüseyn, sənin dostlarındır. İki gözünü açar və baxar. Ruha Allah tərəfindən nida edilər: "Ey Məhəmməd və onun Əhli-beyti (ə) ilə aramlıq tapan! Onların vilayətinə xoşhal olmuş, mükafatları ilə sevinmiş halda Rəbbinə doğru dön. Bəndələrimə, Məhəmməd (s) və onun Əhli-beytinə (ə) və behiştimə daxil ol.” Belə ki, onun üçün ruhunun aramlıqla çıxıb, haqq dərgaha qatılmasından xoş bir iş olmaz.”("Bəşarətul-Müstəfa”, 6 )
    Heyrətamiz vaqiə
    Mənəvi işlərə, kəramətlərə yetərincə diqqətli alim və filosof Hüseynəli Raşid atası mərhum axund Molla Abbas Türbətinin can vermə halı haqqında bəzi həqiqətləri qələmə almışdır. O yazır: "Ailə üzvlərinin onların müşahidə etdiyi bir çox təəccüblü işlər olmuşdur. Atam hicri-qəməri 1362-ci ildə şəvval ayının 17-də sübh namazını yatdığı yerdə qılıb can verən halda ayaqlarını qibləyə tərəf uzatdı. Son anadək ağlı başında idi. Sanki can verdiyini hiss edir, ahəstə "La ilahə illəllah” pıçıldayırdı. Düz bir həftə qabaq sübh namazından sonra üzü qibləyə uzanıb əbasını üzünə çəkmişdi. Qəfildən üzərində günəş işığı kimi nur parladı. Xəstəlikdən saralmış çöhrəsi aydınlaşdı, belə ki, əbanın altından gözə görünürdü. Yerindən tərpənib dedi: "Salamun ələykum ya Rəsuləllah! Siz bu dəyərsiz bəndəni görməyəmi gəldiniz?” Sonra görüşünə gəliblərmiş kimi həzrət Əlidən (ə) başlayaraq on ikinci imamadək (ə.c.) birbəbir onlarla salamlaşdı və təşəkkür etdi. Sonra xanım Fatimə (s.ə.) ilə salamlaşdı. Daha sonra xanım Zeynəbə salam verib xeyli ağladı dedi: "Bibi! Mən sizə görə çox ağlamışam.” Xanım Zeynəbdən sonra öz anasına salam verib dedi: "Ana sənə təşəkkür edirəm, mənə pak süd verdin.” Bu hal iki saatadək davam etdi. Yalnız bundan sonra üzərində dayanmış nur çəkildi və adi hala qayıtdı. Yenidən çöhrəsi saraldı. Düz bir həftə sonra həmin iki saat ərzində can verən halda qalıb dünyasını dəyişdi.
    Həftə arası günlərdən birində ona dedim ki, biz peyğəmbərlərdən və övliyalardan bir çox rəvayətlər eşitmişik. Arzulamışıq ki, kaş özümüz həmin halı yaşayıb, dərk edəydik. İndi siz, mənə ən yaxın olan bir adam bu halı yaşayıb. İstəyirəm bu halı mənə anladasınız. Susdu və bir söz demədi. Mən ardbaard ondan xahiş edirdim. Nəhayət dilləndi: "Mənə əziyyət vermə Hüsyenəli!” Dedim ki, mən bir şey anlamaq istəyirəm. Dedi ki, mən anlada bilmərəm, özün anla.
    Bu hal hər bir ailə üzvünə qaranlıq qaldı. Hələ də həmin dəqiqələri xatırlayırıq.”("Kafi”, 3-127 )
    Nə üçün şiə oldum?
    Böyük Əllamə və mücahid Şeyx Məhəmməd Məri Əmin Əntaki çox dəyərli "Nə üçün şiə oldum?” kitabında yazır: "Mən vilayət, təthir, mübahilə, məvəddət, səlat, təbliğ ayələrinə, Qədir-Xumda həzrət Əliyə ünvanlanmış təbriklərə, Dar, Səqəleyn, Mənzilət, Səfinə, Mədinətul-elm hədislərinə, on iki canişinlə bağlı Peyğəmbər (s) rəvayətlərinə görə (bütün bu rəvayətlər mötəbər sünnə əhli kitablarında var) şiə məzhəbini qəbul etdim.”
    Bu böyük alim kitabının sonunda öz kitabı ilə bağlı şerlərini vermişdir. Şerlərin məzmunu belədir: Nə üçün Ali-Taha məzhəbini qəbul etdim, onların vilayətinə xatir öz qövmümlə savaşa qalxdım, rifah dolu həyatımdan, vətənimdən uzaq düşdüm? Çünki bu məzhəbdə ayə və rəvayətlərdə təsdiqlənmiş həqiqətlər gördüm. Belə bir nəticəyə gəldim ki, Kəbənin Allahı yalnız onları rəhbər kimi bəyənmişdir. Əhli-beyt (ə) şəxsiyyət baxımından uca, bir məxluq olaraq yüksək şəxsiyyətlərdir. Mən Əhli-beyt (ə) məzhəbinin haqq olduğunu dərk etdikdən sonra bütün dinləri qulaq ardına vurdum. Əmin olmuşdum ki, Allah Əhli-beyt (ə) və onların məzhəbini mehvər qərar vermişdir. Bəli, mənim məzhəbim şiəlikdir. Həqiqət axtaran insan üçün bu böyük iftixardır. Görəsən Qiyamət günü bu məzhəbdən olmayan kimsə nicat tapacaqmı?
    Bəli, şübhəsiz rəhmət və bərəkət mədəni Əhli-beytdir (ə). Onların vilayət və rəhbərliyinə tabe olmadan, elm və maariflərinə yiyələnmədən xilas olmaq mümkünsüzdür.
    Əhli-beyt (ə) dostu və pak peyğəmbər ailəsinin aşiqi heç bir halda onlara mənəvi təbəssümdən əl çəkməz, onlardan qeyrisini imam seçməz, dünya və axirət xoşbəxtliyini yalnız onların vilayətində görər və Allahın mərhəmətinə layiq olar. Belə bir insana dünya və axirətdə Allahın mərhəməti vacibdir. Belələri istər dünya, istər axirətdə hər an Allahın sonsuz lütfündən faydalanır.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 924 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024