İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:06 PM
    Əhli-beyt (ə) yerin və göyün sütunudur
    Əgər göylər öz yerində, yer öz mövqeyində sabit dayanmışsa, əgər aləmdəkilər və yer üzündəkilər əmin-amanlıqdadırsa, bütün bu sabitliklərin səbəbi Əhli-beytin (ə) varlığıdır. Onların mənəviyyatı, nuru və lütfü uyğun sabitliyin təminatçısıdır. Onlar öz buyuruqlarında bu nöqtələrə dəfələrlə toxunmuşlar. Əlbəttə ki, bu həqiqətə yalnız iman əhli, salehlər və ləyaqəti çatanlar inanır. İmam Baqir (ə) buyurur: "Şübhəsiz, peyğəmbər Allahın yeganə qapısı, yolçusunu Allaha çatdıran ilahi yoldur. Ondan sonra Əmirəl-möminin gəlir. Beləcə, bir imamın ardınca o birisi. Allah-təala yer öz əhlini silkləməsin deyə onları sütun qərar vermişdir.”("Unudulmuş fəzilətlər”, 149 )
    İmam Səccad (ə) buyurur: "Allah bizim vasitəmizlə səmanı yerində saxlamışdır. Onun izni olmasa yerə düşməz. Yer öz əhlini silkələməsin deyə bizim vasitəmizlə yeri sabit saxlamışdır. Yağışı bizə xatir yağdırır, mərhəmətini bizim vücudumuza xatir çatdırır. Beləcə, yerin bərəkətlərini üzə çıxarır. Əgər yer üzündə bizlərdən birimiz olmasa yer öz əhlini kamına çəkər.”("Kafi”, 1-197, "İmamlar yer üzünün sütunlarıdır” babı, hədis 3)
    İslam peyğəmbəri (s) buyurur: "Ulduzlar səma əhli üçün əmin-amanlıq səbəbidir. Ulduzlar getsə səmalar da gedər. Mənim əhli-beytim (ə) yer əhli üçün əmin-amanlıq səbəbidir. Əgər əhli-beytim getsə, yer əhli də gedəcək.”(Səduq, "Əmali”, 186 )
    Əmirəl-möminin (ə) buyurur: "Biz peyğəmbər Əhli-beyti hikmət mədəni, yer əhli üçün əmin-amanlıq səbəbi, qurtuluş istəyənlər üçün qurtuluşuq.”(Tusi, "Əmali”, 379 )
    Göylərin və yerin sabitliyi Əhli-beytin (ə) mənəviyyat, nuraniyyət və diqqəti ilə təmin olunur. Onların səmavi sərmayələri, ruhi qüdrəti, qəlb gücü, yalnız özlərinə məxsus olan səciyyələrdir. Göy və yer əhlindən onlara tay olan yoxdur. Amma onlar bir belə imtiyazlarla son həddə təvazökar olmuşlar.(v)
    İnsan tərbiyə edən rəhbərlər
    Qızıl, gümüş, əqiq, firuzə, almas, mis və dəmir mədənləri yer üzünün (bəlkə o biri planetlərin də) özünəməxsus səciyyəsidir. Bu mədənlər insan həyatı üçün dəyərli, faydalı, səmərəli sayılır. Mədənlərin tapılması, onların öyrənilməsi, faydalı qazıntıların çıxarılması, onların daşınması, müxtəlif forma dəyişiklikləri insan həyatında tarix boyu müşahidə olunmuş zəhmətlərdəndir.
    İnsanların nəzərində daim dəyərli və əhəmiyyətli sayılmış mədənlərdən biri qızıl mədənidir. Bəşəriyyət tarix boyu bu mədənlərə maraq göstərmişdir. Onlar bu mədənlərin müəyyənləşdirilməsi üçün axtarışlar aparmış, sonra məşəqqətlər bahasına qızıl çıxarıb, onu torpaqdan təmizləyərək saf halda bazara təqdim etmişlər.
    Sonra qızıl sənətkarların əli ilə dinar-dirhəmə çevrilmiş, iqtisadi dövriyyəni təmin etmişdir. Bu dəyərli metal çox vaxt boyunbağı, sırğa, qolbağ, üzük formasında zinət əşyası kimi istifadə edilir. Bu əşyalar insanın gözəlliyə münasibətdə təşnəliyini sirab edir.
    Düşündürücü nöqtə budur ki, göylər və yer bir mədən kimidir və bu mədən sonsuz elm sahibi olan Allaha məlumdur.
    Alim Allah bu əzəmətli mədəndən insan adlı qızılsima bir mövcud yaratdı, onu torpaq kürədə yerləşdirdi. Bu insanın fitri istedadları, ilahi xilafət məqamı və ağıl gücü ardıcıl təlaşlar sayəsində zühur etməli idi. İnsan çalışmaqla dünya və axirət səadətini həyata keçirməli, iman və yəqinliklə bəzənib haqq məqsədləri gerçəkləşdirməli, İlahi hökmləri yerinə yetirməli idi. Beləcə, o sonda özü və başqaları üçün xeyir-bərəkət mənbəsi olmalı, ilahi sifətləri özündə cilvələndirməli idi.
    Bütün bunlara yalnız o vaxt nail olmaq mümkündür ki, insan düşüncəsi səmavi rəhbərlərin ixtiyarında olsun və onlar həqiqətlə bağlı bilikləri sayəsində bu xalis qızıldan həqiqi ilahi mövcud tərbiyə etsinlər.
    Mehriban Allah insanı səmavi memarlara, misilsiz insan tərbiyəçilərinə, yəni Əhli-beytə (ə) doğru yönəltmişdir.
    Bəs necə olmuşdur ki, bu qızılsima varlıq hər zərrələri ilə müxalifətə qalxmış, öz varlığını çirkinləndirmişdir?!
    Necə də pisdir ki, ilahi yolu gedəsi insan özünü insanlıq ağrılarının, mənəviyyat quldurlarının ixtiyarına vermiş və divləri dəhşətə gətirəcək bir şəklə düşmüşdür!
    Ey insanlar! Fironları, nəmrudlarlı, qarunları, əbu-ləhəbləri, əbu-cəhlləri, əməviləri, abbasiləri, onların şərq və qərbdəki çağdaş ardıcıllarını özünüzdən uzaqlaşdırın. Özünüzü doğru yol bələdçiləri olan peyğəmbərlərə və imamlara tapşırın. Belə etsəniz, vücudunuzdan, səlmanlar, əbuzərlər, büreyrlər, züheyrlər, meysəmlər, rəşid hicrilər, hucr ibn ədilər ərsəyə gələr.
    Könül ver bir olan Allah eşqinə,
    Damla varlığını qat haqq məşkinə.
    Aşiqlərə nümunə
    Söhbətimizin əvvəlində qeyd etdik ki, ilahi eşq yolunun yolçuları öz həyatlarının bütün yönümlərində Əhli-beyti (ə) nümunə götürməlidir.
    Mehriban Allah kamilliyə çatmaq yolunu və fəzilətlər əldə etmək qaydasını göstərmişdir. Sonra buyurmuşdur ki, haqq yolunu məsum rəhbərlərə iqtida etməklə adlayın.
    Əlbəttə ki, məsumları addımbaaddım izləmək çətindir. Hətta Cəbrail kimi Allaha yaxın mələk onlarla qoşa addımlaya bilmir və deyir: "Əgər bir barmaq bəndi qədər qabağa getsəm, şübhəsiz, od tutub yanaram.”(Zəxairul-üqba”, 170 )
    İnsanlar üçün nümunə
    Allah-təala Əhli-beyti (ə) bəşəriyyət üçün nümunə qərar vermişdir. Hər kəs öz tutum və istedadına uyğun onlardan bəhrələnməlidir. Quranda oxuyuruq: "Allah səmadan bir su nazil etdi, bu su hər vadi və çayda onun tutumu həddində hərəkət etdi...”("Mənaqib, 1-178 ) Ayənin təfsirində qeyd edirlər ki, Allah ərş aləmindən dirilik suyu, elm nazil etdi. Bu nemətdən hər bir yataq öz tutumu qədər bəhrələndi. Hansı yataq dərin və genişdirsə, hansı insanın tutumu böyükdürsə, bu dirilik suyundan daha çox faydalana bilər. Dirilik suyundan faydalanmaqla insan ehsan məqamına yüksələr. Allah-təala buyurur: "Şübhəsiz, peyğəmbərdə sizin üçün yaxşı nümunə var...”("Rəd”, 17 )
    Nümunə olmaq təkcə peyğəmbərə aid deyil. Allahın rəsulundan sonra bu məqam Əhli-beytə çatır. Çünki məhz Əhli-beyt (ə) Peyğəmbərin canişinidir. Nümunəlik şəxsə yox, məqama aiddir. Bəli, bu məqam Peyğəmbərdən (s) Əhli-beytə (ə) çatır. Vilayət yolunun yolçusu bilməlidir ki, qeyb mələkləri ilə ünsiyyət, onların təsbihini dinləmək yalnız Peyğəmbər (s) və Əhli-beytə (ə) bağlanmaqla əldə oluna bilər. Bu böyük insanlara iqtida etmədən doğru yolu adlamaq mümkünsüzdür. Həzrət Peyğəmbər (s) buyurur: "Asayiş, rahatlıq, rəhmət, yardım, güc, açılış, sevinc Allahın razılığı problemlərdən qurtuluş, qələbə, Allaha yaxınlıq, Allaha dostluq, peyğəmbərə dostluq yalnız Əlini (ə) sevən və ondan sonrakı imama iqtida edənlərə aiddir.”("Əhzab”, 21 )
    İmam Riza (ə) buyurur: "Hər kəs Allahı (bəsirət gözü ilə) pərdəsiz görmək istəsə və Allahın ona pərdəsiz nəzər salmasın diləsə, Məhəmməd (s) əhli-beytinin (ə) vilayətini qəbul etməli, onların düşmənlərinə düşmən olmalı, möminlərə rəhbər olan Əhli-beytə (ə) itaət etməlidir. Bu halda Qiyamət günü Allah ona pərdəsiz baxar, o da Allahı pərdəsiz müşahidə edər!”("Təfsiri-Əyyaşi”, 1-169 )
    Əhli-beyt (ə) bütün kamillik mərhələlərini, məqamlarını, bəndəlik yolunu, fəzilət cığırlarını uğurla adladığından hamı üçün nümunədir. Onlar eynən Quran mahiyyəti daşıyırlar və onlara üz tutmadan Quranı dərk edib Allaha yaxın məqama çatmaq mümkünsüzdür.
    Dünyapərəstlər Əhli-beyti (ə) dərk etməz
    Həyatın müxtəlif yönümlərində Əhli-beytə (ə) müraciət edən kəs öz düşüncə və tutumu həddində onların vilayət və həqiqətindən bəhrələnir. Onların vilayət və həqiqəti Allahın vilayəti və Quranın həqiqətidir.
    Tutumsuz, aşağı səviyyəli insanlar Əhli-beyti (ə) nümunə seçdikləri həddə onlardan bəhrələnirlər. Amma nəfs istəyinə əsir olanlar Əhli-beytə (ə) iqtidadan çəkinir və heç vaxt bu həqiqəti dərk etmir. Quranda oxuyuruq: "Qaranlıqda qalmış və qurtulmayası kəs kimi...”(Əl-məhasin”, 1-60, bab 78, hədis 101 )
    Belələri nəinki Əhli-beyti (ə) nümunə seçmir, hətta onları inkar edir!
    Quranda bəyan olunur ki, peyğəmbəri adi gözlə görüb onun risalətini dərk etməyənlər dünyapərəstlik uçrumuna yuvarlananlardır. Onlar doğru yolu tanımadıqları kimi peyğəmbər və onun əhli-beytini (ə) də tanımırlar. Başqa sözlə, onlar Quranın batininə vara bilmirlər. Quranın batininə vara bilməyənlər Əhli-beyti də tanımır. Çünki onların həyatları, xüsusi ilə qəlbləri pərdələnmişdir, Əhli-beyt həqiqətini dərk etməkdə acizdirlər. Həmin pərdəni yaradan günah, fisq, təəssüb, inadkarlığın çoxluğudur. Bu səciyyələr onlarla həqiqət arasında pərdə çəkmişdir! Quranda oxuyuruq: "Onların sənə baxdığını, amma görmədiyini müşahidə edərsən.”("Ənam”, 122 )
    Onların gözü var, bəsirəti yoxdur. Zahiri görürlər, batindən xəbərsizdirlər. Günah, yersiz təəssüb və inadkarlıq onların iç gözünü tutmuşdur: "İç gözləri mənim zikrimə pərdələnmiş həmin kəslər...”("Əraf”, 198 )
    Haqq gizli deyil
    Həzrət Haqq gizli olmadığı kimi, Əhli-beyt (ə) də pərdə arxasında deyil. Əgər bir qrup şəxs həqiqəti bəsirət gözü ilə müşahidə etmirsə, bunun səbəbi onların özünün pərdə arxasında qalmasıdır. Yoxsa, Allah hər zərrədə özünü göstərir: "Allah göylərin və yerin nurudur...”("Kəhf”, 101 )
    Həqiqi, risalət və vilayəti görməyə mane olan bu hicab Qiyamət gününədək yerində qalasıdır. Qiyamət günü belələrinə Qiyamət aşkarlanar. Necə ki, bu gün Peyğəmbər (s) və Əhli-beyt (ə) üçün aşkardır. Başqaları üçün gələcəkdə aşkarlanası həqiqətlər Əhli-beytə (ə) bu gün aşkardır.
    Əlbəttə ki bəsirət əhli elə bu gün də həqiqəti görür və vilayət məqamını dərk edir. Bu səbəbdən də Əhli-beyt (ə) nümunə seçilir, həyatın bütün yönümlərində onlara iqtida olunur.
    Düşünmə niqab var yarın üzündə,
    Gözündən tozu sil əngəl özündə.
    Bəli, risalət və vilayət pərdə arxasında deyil.
    Allahın ayəsi olan qeyb və hazır səhnəsindəki həqiqətlər heç biri pərdə arxasında deyil. Sadəcə, günah pərdəsi insanın gözünü tutmuşdur. Bu səbəbdən də o haqqı görə bilmir, gözünü açanda həqiqəti yox, gözünə çəkilmiş pərdəni görür. Əmirəl-möminin (ə) buyurur: "Həmd-səna vücudu səbəbi ilə xalqa aşkar olan Allaha məxsusdur.”("Nur”, 35 )
    Əhli-beyt (ə) bir nurani həqiqətdir. Onların cisimləri də nurani vücudlarının təsiri altındadır. Onların qəlbində həqiqətə bağlılıqlarına xatir nur var. Haqq onları görür və özünü onların iqtida fəzasında qərar verir. Hətta zahiri gözü kor olanlar da bu həqiqəti müşahidə edir!
    Əbu Bəsir deyir: İmam Baqirlə (ə) birlikdə məscidə daxil oldum. İnsanlar get-gəldə idi. Həzrət mənə buyurdu: "Camaatdan soruş gör, məni görürlər?” Mən kimdən imamı görüb-görmədiyini soruşdumsa, "görmürəm” dedi. Hansı ki həzrət onların qarşısında dayanmışdı. Həmin vaxt iki gözü kor Əbu Harun Məkfuf məscidə daxil oldu. İmam buyurdu: "İndi isə ondan soruş.” Mən Əbu Haruna yaxınlaşıb imamı görüb-görmədiyini soruşdum. Cavab verdi ki, məgər imamın burada dayandığını görmürsən? Soruşdum: "Bunu necə bildin? O cavab verdi: "Axı nuru necə görməmək olar!”(Nəhcül-bəlağə”, 157, xütbə, 108 )
    Bəli, zahiri gözü olmayan həqiqəti görə bildiyi halda, qəlbi gözü kor olanlar həqiqətin müşahidəsindən məhrumdur. Bir şəxs Əhli-beyt (ə) haqqında danışıb, kitab yazsa da, onların həqiqətini görməyə bilər. Yəni onların şəxsini görmək, şəxsiyyətini anlamaq deyil. Məsələn, bir qrup məsihi və ateist alim övliyalar haqqında kitab yazsa da, onlara iman gətirməmişdir. Onlar dünyanı cəhalət içində tərk etmişlər!
    İmam Kazimin (ə) haqqında nəql edirlər ki, həzrət hər gün zindanda günəş doğandan qürub edənədək səcdə, ibadət və münacat halında olardı. Bu barədə söhbətimizin əvvəlində ətraflı danışmışıq. İmamın ərş əhli olduğunu zahiri gözlə müşahidə edən Harun bəsirət gözündən məhrum olduğu üçün onun kimliyini dərk etmir. Əlbəttə ki, onun bəsirəti olsaydı imamı zindanda saxlamaz, imamın haqqı olan hakimiyyəti onun ixtiyarına verərdi. Qulağı sırğalı qul tək imamın xidmətində durar, ona iqtidaya bir an yubanmazdı.
    İmam Həsən Əsgəriyə (ə) işgəncə verməli olan məmurlar haqqında yazırlar: Zindan rəisi Saleh ibn Vəsif deyir: "Ən rəzil iki şəxsi imama işgəncə üçün təyin etdim. Onlar həzrətin ibadət halını, raz-niyazını görüb onun təsiri altına düşdülər, özləri də ibadətə dayandılar. Onlardan bunun səbəbini soruşdum. Dedim ki, nə üçün vəzifənizi yerinə yetirmirsiniz? Axı onda nə görmüsünüz? Belə cavab verdilər: "Gündüzləri oruc tutub, gecələri ibadət edən biri haqqında nə deyək?! Bizə baxanda bədənimiz titrəyir. Özümüzü saxlaya bilmirik!”("Əl-xəraic vəl-cərai”, 2-595 )
    Bəli, həqiqəti görən ona təslim olur, şeytan yolunu boşlayıb ilahi vəzifələr haqqında düşünür.
    Əhli-beyt (ə) təkamül vasitəsidir
    Bitki toxumları yalnız torpağa düşdükdə cücərir. Əlbəttə ki, torpaq da münbit olmalıdır. Münbit olmayan torpaq toxumu çürüdür. Quranda oxuyuruq: "Rəbbinin izni ilə ot cücərən torpaq pakdır. Pak olmayan torpaqda çox az və faydasız bitkilər cücərir...”("Kafi”, 1-512 )
    Əslində istənilən bir həqiqətin təkamülü üçün şərait lazımdır. Bütün işlərin gerçəkləşməsi üçün hansısa şərtlər ödənməlidir. Yalnız şərtlər ödəndiyi halda təkamül yolu ilə irləliləmək mümkündür.
    Bəli, gözəl ev tikmək üçün memar və işçilərə ehtiyac var. Qida olmasa bədən inkişaf etmir, işıq olmasa göz görmür, səs dalğaları olmasa qulaq eşitmir. Məlum olur ki, insanın təkamülü üçün də zəruri şərtlər var. Görəsən insan heç bir vasitə olmadan Allahın xəlifəsi məqamına yüksələ bilərmi? Heç şübhəsiz, yox! Bəs insan iman, əxlaq, saleh əməl, təqva səciyyələrinə yiyələnib kamala çatmaq üçün hansı şərtlərin ödənməsinə ehtiyaclıdır? Bu sualın cavabını Qurani-kərimdə axtarmaq lazımdır.
    Əhli-beyt (ə) vasitəçiliyi
    Quran yalnız üstün, pak və məsum insanları Allahla xalq arasında təkamül vasitəsi sayır. Belə bir vasitəçilik yalnız peyğəmbər və Əhli-beytin (ə) şənindədir. Onlar insanları Allaha doğru yönəldir, onları keçmiş və gələcəklə tanış edir, hikmət və Quran öyrədir. İstənilən bir nöqsandan uzaq olan Əhli-beyt (ə) belə bir vasitəçiliyə münasibətdə özünü tanıtdırır. Həzrət Peyğəmbər (s) buyurur: "Biz istənilən aşkar və gizli çirkinlikdən paklandırılmış Əhli-beytik (ə).”("Əraf”, 58 )
    Allahın rəsulu təthir ayəsində buyurur: "Biz Allah tərəfindən bütün pislikləri puça çıxarılmış Əhli-beytik (ə).”("Əl-firdovs”, 1-54 )Əmirəl-möminin (ə) buyurur: "Allah Peyğəmbərin (s) əmrinə tabe olmağı buyurub. Çünki Peyğəmbər (s) məsum və pakdır, günaha çağırmaz. O əmr sahiblərinə itaəti əmr edir. Çünki onlar məsum və pakdırlar, günaha dəvət etməzlər.”("Dürrül-mənsur”, 6-606 )
    İmam Həsən Müctəba (ə) buyurur: "Biz Allahın İslam vasitəsi ilə əziz etdiyi ailəyik. Bizi bütün yaranmışlar arasından seçdi, pisliklərdən təmizlədi, paklıqla bəzədi. Pislik həmin şəkk-şübhədir. Şəkk bizdən uzaqlaşdırıldığı üçün heç vaxt Onun varlığına və dininə şəkk etmərik. Biz istənilən bir azğın fikirdən də paklanmışıq.”(İəluş-şərae”, 1-123 )
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Biz vəsfə gəlmirik. Allahın istənilən pislikdən təmizlədiyi bir zümrə necə vəsf oluna bilər?!(Tusi, "Əmali”, 561)
    İmam Sadiq (ə) buyurur: "Şəkk və günah oddadır. O nə bizdəndir, nə də bizə doğru gələr.”(Kafi”, 2-182) İamam Hadi (ə) "Camieyi-kəbirə” ziyarətində deyir: "Şəhadət verirəm ki, siz imamlar hidayət edən və hidayət olmuşsunuz. İstənilən xətadan uzaq və kəramətlisiniz. Allah sizi büdrəmələrdən qoruyub, fitnələrdən amanda saxlayıb, mənəvi bulaşıqlıqdan pak edib, pisliyi sizdən uzaqlaşdırıb, sizi çeşidli paklıqlarla bəzəyib.”("Kafi”, 2-200 ) Bəli, pak Allah vəhy, risalət və imaməti pak bir ailədə qərar verdi. İnsanlar bu ailə vasitəsi ilə ləyaqət əldə etməli idi. Onlar bu yolla iman, əxlaq və saleh əmələ yiyələnməli, kamil tərbiyəyə sahib olmalı idi. İnsanlar Əhli-beyt (ə) sayəsində küfr, şirk və günahdan amanda qalmalı, nübüvvət və imamət sayəsində dünya və axirətlərini abad etməli, nəhayət, Allahla görüş məqamına çatıb əbədi Behiştdə yer tutmalı idilər. Quranda oxuyuruq: "(Bu) bir kitabdır ki, Rəbbinin izni ilə qaranlıqdan işığa çıxarasan, yenilməz yola yönəldəsən deyə, onu sənə nazil etdik”("Ət-təhzib”, 6-97, hədis 1 ); "Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”("İbrahim”, 1 )
    Ötən səhifələrdə şiə və sünni kitablarından çox mühüm bir rəvayət nəql olundu. Allah və onun rəsuluna itaətlə yanaşı zikr olunan "ülul-əmr”ə (əmr sahiblərinə) itaət, Peyğəmbərin (s) buyruğuna əsasən, onun Əhli-beytindən (ə) olan iki məsuma itaətdir. Həmin rəvayətdə on iki məsumun hər birinin adı zikr olunmuşdur.("Nisa”, 59 )
    Bu məsum rəhbərlərin, pak imamların, Əhli-beytin (ə) vasitəçiliyi olmadan iman, saleh əməl, gözəl əxlaq, kamillik kimi səciyyələrə yiyələnmək mümkünsüzdür. Onların yolundan üz çevirib başqa bir yola üz tutmaq eynən azğınlıq, uçuruma yuvarlanmaqdır.
    Həqiqi tərbiyəçi, müəllim, dost, mərhəmətli insanların doğru yola gəlişinə həris, yardımçı, səadət qapısını açan, bədbəxtçilik yolunu bağlayan Əhli-beytdir (ə). Bir sözlə, ayə və rəvayətlərə əsasən, Əhli-beyt (ə) sirati-mustəqimdir. Qurani-məciddə məhz bu sirati-mustəqim ardıcıl zikr olunmuşdur.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024