İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:04 PM
    İnsanı Allaha bağlayan ip
    İnsan öz fitrəti əsasında kamala doğru can atır. Mütləq kamillik Allahdır. Demək, insan fitri olaraq Allaha meyl göstərir. O kamilliyə çatmağa çalışır, nöqsanlardan qurtulmağa səy göstərir. Qəflətə düçar olmadıqda Allaha bağlanır. O kamilliyə meyilli olduğundan mütləq kamal olan Allaha doğru can atır, hərəkət edir. Quranda oxuyuruq: "Ey insan! Şübhəsiz, sən ciddi təlaşlarla Rəbbinə doğru hərəkətdəsən.”("Mənaqib”, 1-282 )
    İnsan kamilliyə çatmaq üçün onun mərtəbələrini keçməlidir. Aşağı mərtəbəni keçməmiş yuxarı mərtəbəyə çatmaq olmaz. Bu qayda varlıq nizamının dəyişməz qaydasıdır. Demək, kamal zirvəsinə, camal mütləqinə çatmaq istəyən şəxs onun ilk təcəllası olan Məhəmməd risalətinə iqtida etməlidir. Daha sonra Əli vilayətinə iqtida mərhələsi gəlir. Çünki Əli vilayəti peyğəmbər qapısıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Mən elmin şəhəriyəm, Əli onun qapısı!”("İnşiqaq”, 6 )
    Əli (ə) vilayətinə bağlanmadan, bu vilayətdən bəhrələnmədən mütləq kamala çatmaq mümkünsüzdür. Əlisiz peyğəmbərə, peyğəmbərsiz Allaha çatmaq iddiası şeytani və batil bir iddiadır. Belə bir hal qeyri-mümkündür.
    Demək, mütləq kamal arzusunda olan, bu kamala çatmaq istəyən kəs ruhi, mənəvi əmələ başlamamış Əhli-beyt (ə) vasitəsi ilə batini zülmətdən qurtulmalıdır. Yalnız risalət və vilayətə iqtida etməklə insan özünü təmizləyə bilər. Daha sonra ibadət və xeyir iş mərhələsi başlayır. Əhli-beyt (ə) vilayətinə üz tutmadan peyğəmbərə çatmaq olmaz. Demək, Əhli-beytə (ə) üz çevirib haqqa yetişmək də mümkünsüzdür. Bu halda insanın əməlləri də qəbul dərəcəsinə çatmır.
    Allahın rəsulu Əmirəl-mömininə (ə) buyurur: "Allahın görüşünə pak getmək istəyən, Qiyamət gününün böyük qəm-qüssəsini arzulamayan insan sizi - sənin, Həsən (ə) və Hüseynin (ə), Əli ibn Hüseynin (ə), Məhəmməd ibn Əlinin (ə), Cəfər ibn Məhəmmədin (ə), Musa ibn Cəfərin (ə), Əli ibn Musanın (ə), Məhəmməd ibn Əlini (ə), Əli ibn Məhəmmədin (ə), Həsən ibn Əlinin (ə) və nəhayət Mehdinin (əc.) rəhbərlik və vilayətini qəbul etməlidir.”(Səduq, "Əmali”, 343 )
    Allahın rəsulu çox mühüm bir rəvayətdə buyurur: "Görəsən nə baş verib ki, onların yanında İbrahim ailəsindən danışanda xoşhal olurlar, Məhəmməd ailəsindən danışanda narahatlıq keçirirlər? And olsun Məhəmmədin canı əlində olana! Qiyamət günü yetmiş peyğəmbərin xeyir əməli ilə gələn kəs mənim və Əhli-beytimin (ə) vilayəti ilə gəlməsə Allah onun əməllərini qəbul etməz.”(Tusi, "Əl-ğeybət”, 136 )
    İmam Hadi (ə) "Camiə” ziyarətində deyir: "Yer sizin nurunuzla işıqlandı, insanlar sizin vilayətiniz sayəsində qurtuldu. Allahın razılıq yolu sizin sayənizdə adlanır. Sizin vilayətinizi inkar edən kəs Allahın qəzəbinə gəlsin!”
    Bəli, mütləq kamala çatmaq arzusunda olan insan ilkin mərhələdə Əhli-beyti (ə) tanıyıb bütün varlığı ilə onlara tabe olmalıdır. O bu yolla Allahın görüşünə müvəffəq ola bilər. Quranda oxuyuruq: "Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin.”(Tusi, "Əmali”, 140 )
    Əgər mütləq kamal arzusundasınızsa, müqəddəs feyz, səmaların və yerin nuru, Allahın adlarla təcəllası olan peyğəmbərə itaət etməlisiniz. Əhli-beytə (ə) məhəbbət əslində mütləq kamala məhəbbətdən qaynaqlanır. Fitrət əsasında mütləq kamal axtaran insan doğru yoldadır. O anlayır və görür ki, mütləq kamala çatmaq üçün digər kamilliklərə yiyələnmək lazımdır.
    İslamın, əxlaqi fəzilətlərin, eləcə də Əhli-beytin (ə) sevilmə səbəbi onların hər birinin doğru yol olmasıdır. İnsanın haqqa qovuşması üçün ən ali yol bu yoldur. Bu səbəbdən imam Hadi (ə) "Camiə” ziyarətində Əhli-beyti (ə) insanlar üçün yola bənzədir. Bəzi rəvayətlərdə həzrət özünü sirati-mustəqim kimi yada salır.("Ali-İmran”, 31 )
    Əhli-beyt (ə) təkcə yol, ali kamal deyil. Əhli-beyt (ə) göylə yer arasında Allahın qırılmaz ipidir. Bu ipə sarılmaqla mütləq kamala yüksəlin. Onlar ilkin feyz məqamından (Məhəmməd həqiqətindən) yerədək əhatə edirlər. Quranda oxuyuruq: "Rəbbinin kölgəni necə uzadıb genişləndirdiyini görmədinmi?”(Bax: "Məaniyul-əxbar”, 35, siratın mənası babı, hədis 5 ) Mütləq kamal aşiqi bu ipə sarılır, bu mənəvi vasitə ilə özünü həzrət Haqqa çatdırır: "Ona (Allaha) yaxınlaşmaq üçün vasitə axtarın...”("Fürqan”, 45 )
    Daim Allahın razılıq dairəsində olmaq Əhli-beytə (ə) itaət sayəsində əldə olunur. Bu itaətə rəğmən insan Rəhman Allahın maddi və mənəvi nemətlərindən faydalanır.
    Əhli-beyt (ə) etibarlı vasitə, Allahın möhkəm ipidir. O ilahi zatdan aşağı mərtəbəyə, aşağı mərtəbədən nura, nəhayət yer üzündəki cismə yol gedir. Yeddi göy və yeddi yerdə onun davamı var. Mütləq kamala çatmaq istəyən bu vasitədən istifadə etməli, bu qırılmaz ipə sarılmalıdır. Yalnız bu vasitə ilə insan layiq olduğu zirvəyə yüksələ bilər.
    Şübhəsiz, mütləq kamal olan məhbuba çatmaq istəyən insan mərifət və vücud kamilliklərinə sahib olmağa çalışır. O "Allahın gözü”, "Allahın əli”, "Allahın nuru” kimi məqamlaradək ucala bilir. Onun zatı o qədər kamilləşir ki, Allahın sevimlisi olur. İnsan yerə tənəzzül və yerdən təkamül yolunu Əhli-beyt (ə) vasitəsi ilə adlamalıdır.
    Səmavi kitablarda Əhli-beyt (ə) mövzusu
    Quran baxımından Əhli-beyt (ə)
    Heç şübhəsiz, Qurani-məciddə bəyan olunmuş iman, cihad, ixlas, yəqin, gözəl əxlaq, saleh əməl, gündəlik ibadət, gecə ibadəti, sədaqət, vəfa, kərəm, səxavətin kamil nümunəsi Əhli-beytdir (ə). Bu həqiqət şiə və sünni kitablarında təsdiqlənir. Uyğun mənbələrdə təsdiqlənir ki, həzrət Əli (ə) və Əhli-beyt (ə) haqqında ayələr nazil olmuşdur. Şiə və sünni kitablarında bu həqiqətin əks olunması şübhəyə yer qoymur.
    Quran Əhli-beyt (ə) vücudunun kökü olan Peyğəmbər (s) haqqında aşkar bəyanatlar verir, onun ayələrində müxtəlif məqamlarda Əhli-beytə (ə) işarə olunur. Çünki Quran ağıl və düşüncə sahiblərinə üz tutur. Batini nur, rəvayətlər və dəqiq düşüncə ilə insan anlayır ki, uyğun ayələrin İslam ümməti arasında yeganə gerçək nümunəsi Əhli-beytdir (ə). Bu ayələrdən bəzilərini Əhli-beytdən (ə) başqa ünvana yozmaq mümkünsüzdür. Əgər həmin ayələrdə ünvan olaraq Əhli-beyt (ə) götürülməsə, onların anlaşılmaz qaldığını qəbul etməliyik. Bu isə Quran üçün nöqsan olardı. Quranın anlaşılmazlığına etiqad küfrə bərabərdir və Qiyamət əzabı ilə sonuclanır. Quranda oxuyuruq: "Onların həqiqi təfsirini Allahdan və elmə varanlardan qeyrisi bilməz...”("Maidə”, 35 ) İmam Sadiq (ə) buyurur: "Rasixun” təbirinin ünvanı bizik. Ayələri olduğu kimi açıqlayan da bizlərik.”("Ali-İmran”, 7 )
    Quranda peyğəmbər şəxsiyyəti
    Qurani-məcid Peyğəmbərin (s) əzəmət və şəxsiyyətini açıq şəkildə bəyan edir: "Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə (s) salam göndərir...”("Kafi”, 1-213 )
    Rəvayətdə bildirilir ki, Allahın salamı onun peyğəmbərə xüsusi rəhmətini, mələklərin salamı peyğəmbər üçün mərhəmət istəyini bildirir.("Əhzab”, 56 ) Qurani-məcid Peyğəmbəri (s) o qədər yüksək dəyərləndirir ki, ona beyəti özünə beyət sayır: "Şübhəsiz, sənə beyət edənlər Allaha beyət etmişlər.”("Təfsiri-Safi”, 4-201 )
    Allah və onun peyğəmbərinə itaət
    Quran meyvəsi dünya və axirət səadəti olan Allah və Onun rəsuluna itaət haqqında buyurur: "Hər kəs Allah və Onun rəsuluna itaət etsə, şübhəsiz, böyük qurtuluşa çatar.”("Fəth”, 10 ) Qurani-məcid Allah və Onun rəsuluna itaətin Qiyamətdə peyğəmbərlər, siddiqlər, şəhidlər və ləyaqətlilərlə yoldaşlığa aparacağını bildirir: "Allah və onun rəsuluna itaət edənlər Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və layiqlilərlə bir zümrədə olar.”("Əhzab”, 71 )
    Qurani-kərim peyğəmbərə itaəti Allaha itaət sayır. Bu ayə peyğəmbərin bütün insanlardan üstün olduğunu göstərir. Ayədə oxuyuruq: "Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...”("Nisa”, 69 )
    Qurani-kərim Allah və Onun rəsuluna itaəti behiştə giriş səbəbi sayır. İnsan Allah və Onun rəsuluna itaətsizlik səbəbindən ağrılı əzaba düçar olur. Quranda oxuyuruq: "Allah və Onun rəsuluna itaət edən insan ağacları altdan çaylar axan behiştlərə gətirilər. Üz çevirən insana ağrılı əzab daddırılar.”("Nisa”, 70 )
    Qurani-kərim peyğəmbərə itaəti ilahi mərhəmət səbəbi kimi tanıtdırır: "Bu peyğəmbərə itaət edin ki, Allahın mərhəmətinə çatasınız.”("Fəth”, 17 )Buşr ibn Şüreyh Bəsri deyir: İmam Baqirə (ə) dedim ki, Quranın hansı ayəsi daha çox ümidvericidir? Həzrət buyurdu: "Sənin qövmün bu barədə nə deyir?” Dedim: "Ey mənim bəndələrim, özünüzə münasibətdə ifrat etdiniz, Allahın rəhmətindən ümidinizi üzməyiniz” ayəsini ən ümidverici sayırlar. İmam (ə) buyurdu: "Biz Əhli-beyt (ə) belə demirik. "Tezliklə Rəbbin sənə bəxşiş edəcək ki, razı qalasan” ayəsi ən ümidverici ayədir. Bəxşiş dedikdə and olsun Allaha, şəfaət nəzərdə tutulur.”(Nur”, 56 )
    Rəvayətdə deyilir: Peyğəmbərin istəyi Əhli-beyt (ə) və şiələrin behiştə gətirilməsidir.”("Təfsiri-fərat”, 540, hədis 734 )
    Əhli-beyt (ə) Quranda
    Qurani-məcid Təthir ayəsində Əhli-beyt (ə) haqqında açıq aşkar danışır və başqa ayələrdə yalnız Əhli-beytə (ə) aid olan səciyyələri sadalayır.
    Abdullah ibn Cəfər deyir: Mən Həsən və Hüseynlə birlikdə Müaviyənin yanında idim. Müaviyə dedi: "Ey Abdullah ibn Cəfər! Həsənə ehtiramın nə dərəcədə güclüdür?” Dedim: "Müaviyə! Ömər ibn Xəttab öz hakimiyyəti dövründə məni Əli ibn Əbi Talibin (ə) yanına göndərdi ki, Quranın səhifələr şəklində yazılması üçün öz yazılarını versin.” Əli mənə dedi: "And olsun Allaha, mənim Quranımla ona çatmamış məni öldürəcək.” Soruşdum ki, nə üçün? Həzrət buyurdu: "Allah buyurur ki, yalnız pakların əli ona çatar.” Allah paklar deyəndə bizi nəzərdə tutub. Allah bizi bütün pisliklərdən təmizləyib. Bizə belə bir ayə ünvanlanıb: "Bu kitabı bəndələrimdən seçdiklərimə miras verdim.” Biz "Sifvətullahıq.” "Kəlimətən təyyibətən kəşəcərətin təyyibə” ayəsi bizim haqqımızdadır.”(Biharul-ənvar”, 16-143, bab 7, hədis 10 )
    Qurani-kərimdə buyurulur: "(Şirin və şor olmaqla) iki dəryanı yanaşı axıtdı; Onlar arasında bir-birlərinə qatışmamaları üçün pərdə var...Həmin iki dəryadan lölö və mərcan çıxır.”("Əhzab”, 33 ) Bu ayə heç şübhəsiz peyğəmbər Əhli-beyti (ə) haqqındadır. İmam Sadiq (ə) buyurur: "Əli (ə) və Fatimə (s.ə.) iki dərin və geniş dəryadır. Onlar heç vaxt bir-birinin haqqını tapdamır. Lölö və mərcan Həsən və Hüseyndir.”("Səlim ibn Qeys Hilalinin kitabı”, 834, hədis 42; "Biharul-ənvar”, 33-265, bab 20 )"Fəcr” surəsində "Şəf” dedikdə Həsən və Hüseyn, "Vətr” dedikdə Əmirəl-möminin nəzərdə tutulur.("Ərrəhman”, 19-22 ) Mərhum Kuleyninin "Kafi” kitabı şiə məzhəbinin ən mötəbər kitablarındandır. Bu kitabın "Höccət” bölməsində Əhli-beyt (ə) əmr sahibi, hidayət yolunun alimləri, zikr əhli, elmin dərinliyinə varanlar və əhd kimi tanıtdırılır.
    Şiə hədis mənbələrində 304-dən çox rəvayətdə "qurba” sözünün Əhli-beytə (ə) işarə olduğu bildirilir. Sünni mənbələrində də "qurba” sözünü Əhli-beyt (ə) kimi izah edən rəvayətlər var. Mübarək "Nur” surəsində deyilir: "(Bu nur) ucalmasına Allah tərəfindən izn verilmiş, adı orada zikr olunası evlərdədir. Həmin evlərdə sübh və axşam ona təsbih deyərlər.”("Təfsiri-Qummi”, 2-344 )
    Söhbətimizin əvvəlində Əhli-beytin (ə) özündən və dəyərli şəxsiyyətindən danışıldısa, bu ayədə onların evi yada salınır. Bildirilir ki, Allahın nuru onun tövfiqi ilə (onların şəni) ucalası evlərdədir. Həmin evlərdə Allahın adı çəkilir, sübh-axşam təsbih deyilir. Bu evlərdə daim Allah zikri eşidilirdi. Günlər münacatla ötüşür, ev əhli ilahi eşqlə yaşayırdı. Onlar öz misilsiz ibadətlərinə baxmayaraq, bir an olsun belə, Allahın bəndələrinə xidməti yaddan çıxarmırdılar.
    Ənəs ibn Malik və Burəydə deyirlər: Həzrət Peyğəmbər (s) "fi buyutin əzinəllahu ən yurfəə...” ayəsini oxuduğu vaxt bir şəxs soruşdu: "Söhbət hansı evlərdən gedir?” Peyğəmbər (s) buyurdu: "Peyğəmbərlərin evindən.” Əbu Bəkr Əli (ə) və Fatimənin (s.ə.) evinə işarə ilə dedi: "Ya Rəsuləllah! Bu ev də həmin evlərdəndirmi?” Peyğəmbər (s) buyurdu: "Bəli, onların ən üstün olanlarındandır.”(Təfsiri-Qummi”, 2-419 )
    Əhli-beyt (ə) zikr, təsbih, kamil ibadət əhli idi. Onlar daim münacat halında olur, həzrət Haqqı xüsusi bir dillə zikr edirdilər.
    Könlüm xatirənlə boyanır nura,
    Zikrinlə xam torpaq dönür gülzara.
    Əhli-beyt (ə) Quran ayələrində ali mənəvi həqiqətlərin kamil nümunəsi kimi təqdim olunur: "Ticarət, alış-veriş onları Allahın zikrindən, namazdan və zəkatdan ayırmır. Qəlblərin və gözlərin alt-üst olacağı gündən daim qorxurlar.”("Nur”, 36 )
    Bəli, onlar imanları, əməlləri, əxlaqları, rəftarları, niyyətləri və ixlasları misilsiz olduğu halda Qiyaməti xatırlayıb yarpaq tək əsirdilər.
    Tövrat və İncildə Əhli-beyt (ə) haqqında
    Qurani-məcid ayələrində peyğəmbər və risalətin qədim kitablarda, xüsusi ilə Tövrat və İncildə bəyan olunmuş səciyyələrindən danışılır. Yəhudilər və məsihilər besətdən öncə Tövrat və İncil vasitəsi ilə son peyğəmbəri tanıdıqlarından onun zühurunu gözləyirdilər. Onlar məhz son peyğəmbərə sığınmaqla düşmənlərə qalib gəlmək ümidində idilər. Quranda oxuyuruq: "Onlar öz Tövrat və İncillərində gördükləri dərs oxumamış peyğəmbərə itaət edərlər...”(Şəvahidut-tənzil”, 1-533, hədis 567; "Biharul-ənvar”, 36-117, bab 39, hədis 64 )
    Əmirəl-möminindən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, yəhudi bir kişi peyğəmbərin yanına gəlib dedi: "Mən sənin səciyyələrini Tövratda oxumuşam: Məhəmməd ibn Abdullah, doğum yeri Məkkə, hicrət yeri Mədinə, əxlaqlı bir şəxs. Mən şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur, sən Onun rəsulusan. Buyur, bu da mənim sərvətim. Allahın nazil etdiyi əsasında hökmünü ver.”("Nur”, 37 )
    Quranda buyurulur: "(Xatırla,) bir zaman Məryəm oğlu İsa dedi: "Ey Bəni-İsrail! Şübhəsiz, mən Allahın sizə doğru göndərilmiş elçisiyəm. Özümdən öncəki Tövratı təsdiq edirəm. Sizi özümdən sonrakı adı Əhməd olan peyğəmbərlə müjdələyirəm.”("Əraf”, 157)
    Həzrət Məsih və Periklitusun zühuru (YuhƏnna İncili)
    Yuhənnanın öz İncilinin 14, 15, 16-cı fəsillərində nəqlinə əsasən, həzrət Məsih özündən sonra "Pariqlita” ("Periklitus”) adlı bir şəxsin zühuru barədə müjdə vermişdir. Həzrət Məsih onu dünyanın rəisi kimi tanıtdırmışdır. Yuhənna İncilində deyilir: "Mən atadan istəyəcəyəm, o sizə digər bir Pariqlita verəcək. O sizinlə əbədi qalacaq.” "Yuhənna” İncilində oxuyuruq: "Mənim ata tərəfindən sizə doğru göndərəcəyim Pariqlita doğru ruhdur. O mənim haqqımda şəhadət verəcək.”(Səduq, "Əmali”, 465) "Pariqlita” sözü siryani mənşəlidir, yunan sözü "Periklitusdan” alınıb. Mənası çox adlı-sanlı, bəyənilmiş deməkdir. Ərəb dilində bu mənanı "Məhəmməd”, "Əhməd” sözü ifadə edir.
    İdrisin kitabı
    İdrisin kitabında da İslam peyğəmbəri (s) "Pariqlita” adı ilə yada salınır. Həzrət İdris İslam peyğəmbəri (s), Əli (ə), Fatimə (s.ə.), Həsən və Hüseyni kainatın mehvəri kimi tanıtdıraraq buyurur: "Bir gün sizin atanız Adəmlə övladları arasında ən şərəfli yaranmışın kimliyi barədə mübahisə düşdü. Bəziləri dedilər ki, bizim atamız Adəmdir, Allah onu öz qüdrət əli ilə yaratmış, öz ruhundan üfürmüş, mələklərə təzim əmri vermişdir. Əgər Adəm mələklərə müəllim olmuşsa hamıdan da üstün odur. Bir başqa dəstə dedi: "Mələklər atamız Adəmdən üstündür. Çünki onlar heç vaxt Allaha qarşı çıxmır. Adəm isə Allahın göstərişindən çıxdı və zövcəsi ilə birlikdə behiştdən çıxarıldı. Nəhayət, Allah ona mərhəmət buyurub tövbəsini qəbul etdi, imanlı övladlarını behiştlə müjdələdi.” Başqa bir dəstə dedi: "Yaranmışların ən şərəflisi Allahın böyük mələyi Cəbraildir.” Beləcə, onların arasında ixtilaf qızışdı. Amma danışanların hər biri Adəmin adını çəkirdi. Bu vaxt həzrət Adəm buyurdu: "Əziz övladlarım, dinləyin, sizə kimin daha şərəfli olduğunu deyim. Elə ki, Allah məni yaradıb öz ruhundan üfürdü, mən düz oturub Allahın ərşinə baxdım. Səmada beş nur gördüm. Onların işığı məni heyrətə gətirdi. Soruşdum ki, Pərvərdigara, bu əzəmətli nurlar nədir? Xitab olundu: "Onlar mənim yaratdıqlarımın şərəfliləridir, mənimlə yaratdıqlarım arasında vasitədirlər. Əgər onlar olmasaydılar, nə səni, nə göyü, nə yeri, nə behişti, nə cəhənnəmi, nə günəşi, nə də ayı yaradardım.” Ərz etdim ki, Pərvərdigara, onların adı nədir? Xitab olundu: "Ərş boyu bax.” Elə ki deyilən tərəfə boylandım, orada beş mübarək ad yazıldığını gördüm: "Parqlita” (Məhəmməd), "İlya” (Əli), "Pitə” (Fatimə), "Şippər” (Həsən), "Şuppəyr” (Hüseyn). Sonra belə yazılmışdı: "Ey mənim məxluqum mənə təsbih deyin, məndən savayı məbud yoxdur və Məhəmməd mənim rəsulumdur.”
    Barnaba incili
    Barnaba incilində oxuyuruq: "Adəm ayağa qalxanda havada günəş tək bir parlaq yazı vardı: "La ilahə illəllah, Muhəmmədun rəsulullah.” Həmin vaxt Adəm dedi: "Ey Rəbbim, Sənə şükr edirəm ki, məni yaratdın. Amma məni bu sözlərin mənasından agah etməyini istəyirəm. "Muhəmmədun rəsulullah nədir?” Allah-təala buyurdu: "Mərhəba, ey mənim bəndəm Adəm. Gördüyün yalnız sənin övladındır. Uzun illərdən sonra dünyaya gələr və mənim rəsulum olar. Varlığı ona görə yaratdım. Bir şey yaratmazdan altmış il əvvəl onu yaratdım.” Adəm Allaha üz tutub dedi: "Pərvərdigara, bu yazını əl barmağımın dırnağına mərhəmət buyur. Allah ilk insana bu yazını əta etdi. Sağ əldə "La ilahə illəllah”, sol əldə "Muhəmmədun rəsulullah” yazıldı. İlk insan ata məhəbbəti ilə bu yazıları öpdü və gözünə qoydu. Sonra dedi: "Mübarək olsun dünyaya gələcəyin gün!”
    Fəxrül-İslam "Əmisül-elam” kitabında yazır: "Bəzi protestant mədrəsələrində dəriyə yazılmış incillərlə rastlaşmışam. Həzrət Məsihin Şəmun Petresə vəsiyyətində belə deyilir: "Ey Şəmun! Allah mənə buyurdu ki: sənə peyğəmbərlər seyyidi, öz dostum, qırmızı dəvənin sahibi, çöhrəsi ay tək parlaq, qəlbi pak, Adəmin böyük oğlu, aləmlərə rəhmət olan dərs oxumamış ərəb peyğəmbər haqqında xəbər verirəm. Onun adı Əhməddir. Ey İsa! Bəni-İsrailə de ki, onu təsdiq edib iman gətirsinlər.” Ərz etdim ki, Pərvərdigara, o böyük şəxs kimdir? Allah buyurdu: "Ey İsa! O Allahın rəsulu Məhəmməddir. Bu peyğəmbərə görə dünyanın, onu dinləyəcək kəslərin xoş halına. 610 il səndən sonra onu məbus edəcəyəm.”
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 869 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024