İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 11:00 PM
    İbrahimə ilahi vəd
    Allahın İbrahimə İsmail haqqındakı vədi müqəddəs Məhəmməd nuru və onun on iki parlaq ulduzu ilə bağlı rəhmət vədi idi. "Təkvin” səhifələrində oxuyuruq: "Ey İbrahim, sənin İsmaillə bağlı duanı eşitdim. Ona bərəkət verib yüksək məqama çatdıraram. Məhəmməd və onun nəslindən olan on iki imam vasitəsi ilə ona böyüklük verərəm.”("Səff”, 6 )
    Yuxarıdakı ayədən belə anlaşılır ki, İsmail nəslindən olan həzrət Məhəmməd (s) və on iki imam vasitəsi ilə ona yüksək məqam veriləcək. Bu peyğəmbər nuru və on iki nur vasitəsi ilə onun şəxsiyyəti daha işıqlandırılar. Barnaba incilində də bu vədə işarə olunmuşdur: Sizə haqqı deyirəm. Həqiqətən, hər peyğəmbər bir ümmət üçün gəlir. Onların sözü bir tayfa üçün olur. Amma Allahın rəsulu nə vaxt gələrsə, Allah ona Əlində üzük tək məqam verər. O yer üzündəki bütün ümmətlər üçün rəhmət gətirər. Tezliklə qüdrətli halda sitəmkarların üstünə gələr. Bütlərə ibadəti aradan qaldırıb şeytanı rüsvay edər. Çünki Allah İbrahimə belə vəd etmişdi ki, yer üzündəki bütün nəslinə bərəkət verərəm. Sən bütləri qırdığın kimi nəslin də tezliklə belə edər.”("Yuhənna”, 15-26 )
    Hazırkı mənbənin 208-ci fəslində oxuyuruq: "Doğru deyirəm, İbrahimin oğlu İsmaildir, onun nəslindən Məsiyya (həzrət Məhəmməd) gəlməsi vacibdir. İbrahimə onun haqqında vəd verildi, yer üzünün bütün qəbilələri ondan bərəkət görər. Kahinlərin rəisi bunu eşidib qəzəbləndi, fəryad çəkdi ki, biz bu günahkarı daşqalaq etməliyik. Çünki o İsmaildir. Həqiqətən, o Musa və Musanın şəriətini inkar edir. Yazanların və qövm böyüklərinin hər biri əlinə daş aldı ki, Yəsunu daşqalaq etsinlər. Amma o gözlərdən çəkildi...”
    İsmaillə bağlı vəd dedikdə onun mübarək adı da nəzərdə tutula bilər.("Təkvin”, 17-20 )Yəni İbrahimə bu övladın əta olunması əslində onun duasının qəbul olunması idi. İslam peyğəmbərindən (s) belə nəql olunur: "Mən babam İbrahimin istəyiyəm.”("Barnaba”, 42-13, 20 )
    Tövrat və İncil, bütün digər peyğəmbərlər təkcə İslam peyğəmbəri və Quran barədə müjdə verməmiş, həm də peyğəmbərlərin canişinləri haqqında danışmışlar. Əmirəl-mömininin (ə) sifətləri bəyan olunmuş, aşkar şəkildə və işarələrlə Əhli-beyt yada salınmışdır. İlahi peyğəmbərlər hətta imam Hüseynin (ə) müsibətinə göz yaşı axıtmışlar.(Bax: "Təkvin”, 26-1; 17-20; 21-17 )
    Çox mühüm vaqiə
    Nəsr ibn Məzahin "Vəqəti Siffeyn” kitabında Əmirəl-mömininin (ə) səhabəsi olmuş Həbbə Ərənidən belə nəql edir: Siffeyn yolu üstəki Rəqqə məntəqəsində dayandığımız vaxt orada məsihi bir rahib öz məbədində ibadətə məşğul idi. Bizim qoşunu görüb məbədindən çıxdı və Əmirəl-mömininin (ə) yanına gəlib dedi: "Mənim bir kitabım var, babalarımdan mənə irs qalıb. Həmin kitabda həzrət Məsih öz xüsusi yardımçılarının adını öz əli ilə qeyd edib. Həmin kitabı sizə göstərmək istəyirəm.” Həzrət buyurdu: "Gətir.” Rahib məbədinə gedib dediyi kitabı gətirdi. Kitabı oxumaq üçün Əmirəl-möminindən (ə) icazə istədi. İmam icazə verdikdən sonra oxumağa başladı: "Rəhməti ölçüsüz, mehribanlığı daimi Allahın adı ilə. Lövhi-məhfuzda yazılan budur ki, Allah dərs görməmiş qövm arasında bir peyğəmbər məbus edər, bu peyğəmbər onlara hikmət öyrədər, onları Allahın yoluna yönəldər. Sərt olmaması həmin peyğəmbərin nişanələrindəndir. O xalq arasında sakit dolanar, günaha günahla yox, əfv-güzəştlə cavab verər. Həmin peyğəmbərin həqiqi ümməti Allaha çox şükr edər, dilləri təkbir və təsbihə məşğul olar, Allah qorxusundan ağlayarlar. Allah həmin peyğəmbəri hər təkəbbürlü kəsə qalib edər. Allah onu dünyadan aparanda ümmət arasında ixtilaf düşər. Sonra bir araya gələrlər: "Onun ümmətindən olan bir şəxs Fərat kənarından keçər. O insanları yaxşılığa çağırar, pislikdən çəkindirər. Bu şəxs xalq arasında haqqına hökm verər, heç vaxt hökmündə xilaf olmaz. Dünya onun nəzərində tufanlı küləyin sovurduğu küldən də dəyərsizdir! Onun üçün ölüm susuz üçün su kimi şirindir. Qəlbində Allahdan qorxar, aşkarda Allah yolunda xeyirxahlıq edər. Doğru yolda kimsənin məzəmmətindən çəkinməz. Bu şəhər əhlindən kim peyğəmbəri dərk edib, ona iman gətirsə mükafatı mənim behiştimdir. Hər kəs Fərat kənarından keçən həmin saleh kəsi görsə, ona yardım etməsi vacibdir.”
    Rahib bu yazıları oxuduqdan sonra həzrət Əliyə (ə) dedi: "Həmin saleh şəxs sizsiniz və mən sizinlə gedəcəyəm. Qoy sizə gələn mənə gəlsin. Əgər şəhid olacaqsınızsa, mən də sizinlə şəhadətə çatacağam.” Əmirəl-möminin (ə) bu yazıları eşidib ağladı və buyurdu: "Həmd olsun Allaha ki, məni yaddan çıxarmayıb, xeyirxahların yazısında məni yada salıb.”
    Rahib həzrətə qoşuldu və Siffeyn döyüşündə şəhadətə çatdı. Həzrət Əmirəl-möminin (ə) savaş başa çatdıqdan sonra göstəriş verdi ki, şəhidlər dəfn olunsun. Bir neçə nəfərə tapşırıldı ki, rahibin cənazəsini axtarsınlar. Rahibin cənazəsi tapıldığı vaxt həzrət onun yanına gəlib ətrafdakılara buyurdu: "O biz Əhli-beytdəndir (ə).” Həzrət özü onun üçün qəbir hazırladı, özü qəbirə düşüb, onu müsəlman qaydası ilə dəfn etdi.(Mənaqib”, 1-232 )
    Ey kaş bu üzüqara bəndənin də həmin məsihi rahibin qəlbi kimi Əhli-beyt (ə) mərifəti və vilayəti ilə şölələnən bir qəlbi olaydı! Belə olsaydı, axirət üçün bir qurtuluş dəstəyi əldə edərdim və qulağıma Əhli-beytə qulamlıq sırğası salardım. Onlar öz kimya nəzərləri ilə vücudumu qızıla döndərərdilər!
    Mən üzüntü içində ötən ömrümə təəssüf edirəm. Cəmiyyətdə Əhli-beyt (ə) xidmətçisi kimi tanınsam da, hər an yetərli bir mərifət sorağındayam.
    Xəyallar, suallar içində daim
    Hələ də bilmirsən nədir gərəyin.
    Karvan ötüb keçib qalmısan yolda,
    Çoxmu duracaqsan pərişan halda?
    Zəburda Əhli-beyt (ə) haqqında
    Həzrət Mehdinin (əc.) dövləti
    Qurani-kərim ayələrində parlaq zühur əsrinə işarə olunur: "Aqibət təqvalılarındır.”("İhqaqul-həqq” )
    Rəvayətlərdə də axirəz-zamanda yer üzündə haqq dövlətin zühuruna şəhadət verilir.("Vəqəti Siffeyn”, 147; "Biharul-ənvar”, 32-426, bab 11 )
    Bəzi ayətlərdən belə məlum olur ki, öncəki səmavi kitablarda da uyğun məna təsdiqlənmişdir: "Həqiqətən, biz Tövrat və Zəburdan sonra yazdıq ki, yer üzünü saleh bəndələrimiz irs götürər.”("Əraf”, 128 ) Ayəyə əsasən, gələcəkdə bütün yer üzündən şər və fəsad götürüləcək, sitəmkarlar məhv olacaq, yer üzünə varislik salehlərə çatacaq.
    Zəburda "ilahi məktub” dedikdə nə nəzərdə tutulur?
    Yuxarıdakı ayənin məzmunu Davudun Zəburunda da zikr olunmuşdur. Bu müjdə müxtəlif şəkillərdə təkrarlanır. Həzrət Davuda təsəllidən sonra deyilir: "Şər adamlardan incimə. Çünki onlar ot tək tez qırılarlar. Allaha təvəkkül et və ondan istə. Onunla aramlıq tap və intizarında ol. Tezliklə şər adamların kökü kəsilər. Allaha təvəkkül edənlər isə yer üzünün varisləri olar. Şər adamların yerini axtarsan tapmayacaqsan. Təvazö əhli isə yer üzünün varisləri olar. Şər adam sabit adamın xilafına pis düşünür və sadiq adama diş qıcıdır. Allah isə ona təvəssül göstərir, çünki onun gününün çatacağını bilir. Şər adamlar qılınclarını çəkmiş, kamanlarını hazırlamışlar ki, məzlum və miskini vursunlar. Onların kamanları qırılar. Az sadiq çox şərdən üstündür. Çünki, şər adamların biləkləri qırılar, Allah sadiqlərə arxadır. Allah salehlərin qələbə gününü bilir, onların mirası əbədi olacaq. Bəla vaxtı alçalmayacaqlar, qəhətlik vaxtı tox olacaqlar. Şər adamlar isə həlak olacaq, Allahın düşmənləri piy tək əriyəcək, tüstü tək yox olacaq. Çünki Allahın bərəkətli bəndələri yer üzünə varis olacaqlar. Məlunlar isə məhv olub gedəcək. Yer üzünə varis olacaq sadiqlər orada əbədi məskunlaşacaq. Allaha sığın, yolunu gözlə. O səni yer üzünün varisliyinə yüksəldəcək. Şər adamlar məhv olan vaxt bunu görəcəksən. Amma asilərin aqibəti bəddir, sonda belələri məhv olacaq.”
    Əhli-beyt (ə) ariflərin nəzərində
    Ariflərin rəvayətlərində Əhli-beytin (ə) məqamı
    Filosoflar, mütəkəllimlər, mühəddislər, tarixçilər, fəqihlər, ədiblər və İslam tarixinin böyük şəxsiyyətləri haqqında söz deyib əlinə qələm almış bütün insanlar hansısa şəkildə Əhli-beyt (ə) haqqında danışmışlar. Onların məqamı və şəxsiyyəti haqqında söz deməyən alim yoxdur.
    Belə görünür ki, bütün zümrələr arasında Əhli-beyt (ə) haqqında danışmağa və yazmağa ariflərin daha çox ləyaqəti var. Çünki onlar alimlərdən fərqli olaraq daha çox xarakterə diqqət yetirmişlər.
    Bütün bunları nəzərə alaraq uyğun mövzu üçün ayrıca bir fəsil ayırdıq. Qeyd etməliyik ki, bu fəsildəki mətnlərin əksəri sünni məzhəbli alimlərin münasibətini açıqlayır. Bunun iki səbəbi var: Əvvəla, məlum olur ki, Əhli-beytin (ə) fəzilət və uca məqamını təkcə şiələr qəbul etmir. Başqa məzhəb nümayəndələri də onların şəxsiyyətlərinə vurğundur. İkincisi, sünnə əhlinin Əhli-beyt (ə) haqqında buyuruqları tarixin zəhərli küləklərini yarıb keçmiş inkarolunmaz məlumatlardır.
    Aydın məsələdir ki, öncəki söhbətlər ariflərin əsərlərini bəzəmiş məlumatların kiçik bir hissəsidir. Onu da qeyd etməliyik ki, başqa məzhəb nümayəndələrinin əsərlərinə müraciət onların düşüncəsinin təsdiqi yox, nümunə göstərmək məqsədi daşıyır.
    Əbülfəzl Yəbdi və Xacə Abdullah Ənsari
    Əbu-Bəkr Nəqqaş müsəlmanların imamı həzrət Əli Mürtəzadan nəql edir ki, bir gün bir yəhudi mənə dedi: "Sizin kitabdakı bir ayə mənə qaranlıq qalıb. Əgər onu təfsir edib məni çətinlikdən çıxaran olsa, İslamı qəbul edərəm. İmam buyurdu: "O nə ayədir?” Dedi: "İhdinəs-siratəl-mustəqim. Əgər özünüzü doğru yolda sayırsınızsa, şəkdə deyilsinizsə, nə üçün doğru yol soraqlayırsınız?” İmam (ə) buyurdu: "Bir zümrə peyğəmbər və Allah dostu bizdən öncə behiştə getdi və əbədi saədətə çatdı. Biz Allahdan istəyirik ki, onlara göstərdiyi yolu bizə göstərsin, onları behiştə çatdıran ibadəti yerinə yetirib, onlara qovuşaq.” Yəhudi dedi: "Mənim çətinliyim həll oldu.” Həmin şəxs İslamı qəbul etdi.(Bax: Müfid, "İrşad”, 2-384; "Biharul-ənvar”, 52-332, bab 27, hədis 58 )
    * * *
    Bir gün həzrət Əli Mürtəza evdə Həsən və Hüseynin analarının qarşısında oturub ağladığını gördü. Həzrət Əli (ə) soruşdu: "Nə baş verib ki, mənim gözümün nurları, qəlbimin meyvələri, ruhumun sevincləri ağlayırlar? Fatimə (s.ə.) dedi: "Ya Əli! Həqiqətən artıq bir gün ötüb, onlar heç nə yeməyiblər.” Həmin vaxt ocaq üstə qazan vardı. Əli (ə) dedi: "Qazandakı nədir?” Fatimə (s.ə.) dedi: "Qazanda sudan başqa bir şey yoxdur. Onu ocağın üstünə qoymuşam ki, bir şey bişirdiyimi güman etsinlər.” Əli (ə) pərişan oldu. Əbasını götürüb bazara getdi. Onu altı dirhəmə satıb təam aldı. Amma yolda bir yoxsulla rastlaşdı. Yoxsul haray çəkib kömək istəyirdi. Əli (ə) aldığı təamı ona verib evə qayıtdı. Hadisəni Fatiməyə (s.ə.) danışdı. Fatimə (s.ə.) dedi: "Yaxşı iş görmüsən, ey Əbəl-Həsən. Sən həmişə xeyir içindəsən.”
    Həzrət Əli (ə) namaz qılmaq üçün peyğəmbər məscidinə gəldi. Bir ərəb dəvə satırdı. O dedi: "Ya Əbəl-Həsən! Bu dəvəni satıram al.” Əli (ə) dedi: "Onun müqabilində veriləcək pulum yoxdur.” Ərəb dedi: "Bunu sənə verirəm, nə vaxt pulun olsa, ödəyərsən.” Əli (ə) dəvəni altımış dirhəmə alıb yola düşdü. Yolda başqa bir ərəblə rastlaşdı. Ərəb dedi: "Ya Əli! Bu dəvəni mənə satarsan?” Əli (ə) dedi: "Sataram.” Ərəb qiymət soruşdu. Əli (ə) dedi ki, neçəyə istəyirsən o qiymətə. Ərəb dedi: "Yüz iyirmi dirhəmə.” Əli (ə) yüz iyirmi dirhəm alıb evə qayıtdı. Əhvalatı Fatiməyə (s.ə.) danışdı. Sonra dəvə aldığı ərəbin pulunu vermək üçün evdən çıxdı. Yolda peyğəmbərlə rastlaşdı. Peyğəmbər (s) buyurdu: "Ya Əli, hara gedirsən?” Əli (ə) əhvalatı ona danışdı. Peyğəmbər (s) sevinib onu müjdələdi və dedi: "Ya Əli! O sadəcə bir ərəb yox, Cəbrail idi. Dəvəni səndən alan isə Mikail olub. Dəvə isə behişt dəvələrindən imiş. Bütün bunlar sənin yoxsula verdiyin təamın mükafatıdır. Sonra Peyğəmbər (s) bir ayə oxudu: "Kimdir Allaha yaxşı borc verən!?”("Ənbiya”, 105)
    * * *
    Qurani-kərimdə buyurulur: "O kəslər ki, mallarından gecə və gündüz, gizli və aşkar infaq edər...”("Kəşful-əsrar”, 1-18 ) Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir gün Əli olan qalan dörd dirhəmini yoxsula verdi. Bir dirhəm gecə, bir dirhəm gündüz, bir dirhəm gizli, bir dirhəm aşkara infaq etdi. Allah onun haqqında mədh buyurdu və ayə nazil etdi.
    * * *
    "Mübahilə” səhabələri beş nəfər idi: Peyğəmbər, Zəhra, Əli, Həsən və Hüseyn. Səhraya çatdıqları vaxt Peyğəmbər (s) onları yanına alıb üstlərinə kilim çəkdi və dedi: "Pərvərdigara! Həqiqətən onlar mənim əhli-beytimdir.” Cəbrail endi və dedi: "Məni də öz Əhli-beytinə (ə) daxil edərsənmi?” Peyğəmbər (s) buyurdu: "Ya Cəbrail, sən də bizdənsən.” Həmin vaxt Cəbrail geri döndü, səmada iftixarla dolanıb dedi: "Mənim kimisi varmı?! Göylərdə mələklərin rəisiyəm, yerdə Məhəmməd Əhli-beytindənəm (ə)!”("Kəşful-əsrar”, 1-662 )
    * * *
    Həzrət Əli Mürtəza peyğəmbərin əmisi oğlu, behişt xanımlarının xanımı Fatimeyi-Zəhranın əri, xilafətin həqiqi sahibi, ismət sahibi, elm və hikmət xəzinəsi, ixlas, sədaqət, yəqin, təvəkkül, təqva, şücaət nümunəsi idi. O "Heydəri-Kərrar”, "Sahibi-zülfüqar”, "Seyyidi mühacir” kimi tanınırdı. Xeybər savaşı günü həzrət Peyğəmbər (s) buyurdu: "Sabah İslamın qələbə bayrağını bir şəxsin əlinə verəcəyəm ki, o Allah və Allah rəsulunu sevir, Allah və Onun rəsulu da onu!” Səhabələr bütün gecə bu şəxsin kimliyi barədə düşündülər. Növbəti gün Peyğəmbər (s) buyurdu: "Əli ibn Əbi Talib haradadır? Dedilər: "Ya rəsuləllah! Onun gözləri ağrıyır.” Peyğəmbər (s) buyurdu: "Onu çağırın.” Əlini (ə) çağırdılar. Peyğəmbər (s) öz mübarək dili ilə Əlinin (ə) gözünə toxundu və xəstə dərhal şəfa tapdı. Peyğəmbər (s) ona qələbə baxışı verdi...(Bəqərə”, 274 )
    * * *
    Deyirlər ki, Hüseyn ibn Əli (ə) bir yoxsul görüb dedi: "Adın nədir?” Yoxsul dedi: "Mən filankəsin oğlu filankəsəm.” Hüseyn (ə) dedi: "Yaxşı rastlaşdıq, mənim çoxdan sənə borcum var. Sənin atanın məndə bir neçə dirhəmi qalıb. İstəyirəm onu qaytaram. Həzrət Hüseyn (ə) bu bəhanə ilə yoxsula minnət qoymadan ona əta etdi.("Kəşful-əsrar”, 2-151 )
    * * *
    Həzrət Fatimənin (s.ə.) maraqlı izdivac vaqiəsi var. Bir gün Peyğəmbər (s) məscidə gəldi. Əlində reyhan şaxəsi vardı. Salmana dedi: "Ya Salman! Get Əlini çağır.” Salman həzrət Əlinin (ə) yanına gedib Peyğəmbərin (s) dəvətini ona çatdırdı. Əli (ə) soruşdu: "Ya Salman, Peyğəmbərin (s) halı necə idi?” Salman dedi: "Ya Əli! Çox xoşhal idi.” Əli (ə) Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər əlindəki reyhan şaxəsini Əliyə verdi. Reyhan şaxəsi ətir saçırdı. Əli (ə) dedi: "Ya rəsuləllah! Bu nə gözəl ətirdir?” Peyğəmbər (s) buyurdu: "Bu behişt hurilərinin qızım Fatimənin (s.ə.) izdivacına hədiyyəsidir. Əli (ə) soruşdu: "Kiminlə izdivac edir?” Peyğəmbər (s) buyurdu: "Səninlə, ya Əli! Məsciddə oturmuşdum, bir mələk gəldi. Onun kimisini görməmişdim. Dedi: "Mənim adım Mahmuddur, məqamım yuxarı göydədir. Gecənin üçdə biri keçmişdi bir nida gəldi: "Ey yaxın mələklər dördüncü səmada bir yerə cəm olun. Hamı bir yerə toplandı. Göstəriş gəldi ki, "Həl əta” surəsini oxuyaq. Sonra Tuba ağacına göstəriş verildi ki, Fatimeyi-Zəhra ilə Əliyyi-Mürtəzanın izdivacına hədiyyə versin. Tuba ağacı silkələndi, ondan gövhərlər, mirvarilər yağdı. Əmr olundu ki, Tuba ağacının altında mirvari dənəsindən minbər tikilsin. Həmin minbərə bir mələk qalxdı, Allaha həmd-səna deyib, peyğəmbərə salam göndərdi. Həmin vaxt Allah heç bir vasitəsiz nida etdi: "Ey Cəbrail və ey Mikail! Fatimə mərifətinə şahid olun. Mən Fatimənin vəlisi olaraq səmadakıların şahidliyi ilə Fatiməni Əliyə ərə verdim. Həbibimə (Məhəmmədə) müjdə ver, bildir ki, bu əqd səmada bağlandı, o da yerdə bu işi görsün.
    Həzrət Peyğəmbər (s) mühacirləri və ənsarı bir yerə topladı. Üzünü Əliyə (ə) tutub dedi: "Ey Əli! Göydən belə bir hökm gəldi. Mən Fatiməni 400 dirhəm kəbin haqqı ilə sənə ərə verdim. Qəbul edirsənmi?” Əli (ə) dedi: "Ya Rəsuləllah! Mən nikahını qəbul etdim...”("Kəşful-əsrar”, 3-151 )
    * * *
    İbn Abbas deyir: Bir axşam Əli (ə) mənə dedi: "Xiftən namazını qılıb yanıma gəl, sənə bir fayda verim.” Dediyi vaxt gəldim. Soruşdu: "Əl-həmd”də əlifin təfsiri nədir?” Dedim ki, ya Əli (ə) sən bilərsən! Sözü başlayıb bir saat "Əl-həmd”də əlifin təfsirindən danışdı. Sonrakı bir saat "Əl-həmd”dəki lam hərfinin izahatına həsr olundu. Beləcə, ha, mim, dal hərfləri haqqında da bir saata qədər danışdı. O sözünü başa çatdıranda fəcr ağartısı görünürdü. Mənim elmim Əlinin (ə) elmi müqabilində dərya müqabilində gölməçə kimidir.”("Kəşful-əsrar”, 5-106 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 1044 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024