İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:58 PM
    Əttar Nişapuri
    Cəfər Sadiq (ə) haqqında
    O, peyğəmbər ümmətinin sultanı, risalət dəlili, sədaqətli daşıyıcı, araşdıran alim, övliyalar qəlbinin meyvəsi, peyğəmbərin ciyərparəsi, Əli təfsirçisi, peyğəmbər varisi, aşiq bir arif idi.
    Qeyd etdik ki, əgər Peyğəmbər (s) səhabə və Əhli-beyt (ə) haqqında deyilənləri yada salsaq ayrıca bir kitab tərtib etməliyik. Belə bir kitab risalət xanədanından sonrakı övliyaların şərhi olar. Təbərrük olaraq imam Sadiqdən (ə) başlayırıq. Çünki o Əhli-beytdəndir (ə) və onun məzhəblə bağlı buyuruqları daha çoxdur. Ən çox rəvayət imam Sadiqdən (ə) nəql olunmuşdur.
    Sadiq məzhəbində olanlar on iki imam məzhəbindədir. Yəni bir nəfər on iki nəfəri təmsil edir. Əgər təkcə ondan danışsaq qeyd etməliyik ki, bütün elmlərdə, eləcə də ibadətdə misilsiz idi. Böyük etimad sahibi olan imam Sadiq mütləq iqtida ləyaqətinə malik idi.
    O həm allahpərəstlərin şeyxi, həm məhəmmədilərin imamı, həm zövq əhlinin rəhbəri, həm eşq əhlinin öncülü, həm abidlərin iqtida etdiyi şəxs, həm zahidlərin məhbubu, həm misilsiz təfsirçiydi. İmam Sadiq (ə) imam Baqirdən (ə) bir çox rəvayətlər nəql etmişdir. Düşünmürəm ki, kimsə həqiqətdən xəbərsizdir. Məhəmmədə iman gətirib, onun övladlarını inkar edən, Məhəmmədə iman gətirməmişdir. Şafei Əhli-beyti (ə) o qədər sevmişdir ki, hətta rafizilikdə (şiələrə verilən mənfi ad) qınanmışdır. Hətta buna görə onu həbs etmişlər. Həmin vaxt yazdığı şerdən iki misra:
    Əhli-beyti (ə) sevmək rafiziliksə,
    Rafizi desinlər bu aşiq kəsə.
    * * *
    Nəql edirlər ki, bir gün Davud Tai imam Sadiqin (ə) yanına gəlib dedi: "Ey Allah rəsulunun oğlu! Qəlbim qaralıb, mənə bir öyüd ver. Siz bütün məxluqdan fəzilətlisiniz və hamıya öyüd verməyiniz vacibdir.” İmam (ə) buyurdu: "Ya Əba Süleyman! Qorxuram ki, Qiyamət günü Rəbbim Ona itaət haqqını pozduğum üçün məni qınaya. Dediklərin həzrəti Haqqın şənindədir.” Davud ağladı və dedi: "Pərvərdigara! Onun vücudu peyğəmbərdəndir, tərkibi bir dəlildir, babası peyğəmbər, anası Bətuldur. Bununla o bir bu qədər çəkinir! Vay Davudun halına!”
    * * *
    İmam Sadiqin (ə) qiymətli bir xəzə büründüyünü görüb dedilər: "Ey peyğəmbər övladı! Bu libas sənin Əhli-beytinə (ə) yaraşırmı?” İmam həmin şəxsin əlini tutub yaxasına çəkdi. Onun əynində əli didən palaz vardı. İmam (ə) buyudru: "Bu Allahın haqqına görədir, bu birisi bəndələrin haqqına görə.”("Kəşful-əsrar”, 7-49 )
    İmam Məhəmməd Baqir (ə)
    O məlumat əhlinin dəlili, müşahidə əhlinin sübutu, peyğəmbər övladı, imam Əli (ə) davamçısı, batin və zahir sahibi idi. Onun künyəsi Əbu Abdullah olmuşdur. Ona Baqir (ə) deyirdilər.
    Elmi dəqiqliyə, lətif işarələrə, kəramətlərə malik idi. "Kim Tağutu inkar edib Allaha iman gətirsə...” ayəsinin təfsiri ilə bağlı buyurmuşdur: "Səni haqdan çəkindirən Tağutdur. Bu hicabla nə qədər arxada qalmısan. Bu hicabı yırtmağa çalış. Belə etsən, əbədi kəşfə çatarsan...”("Kəşful-əsrar”, 10-686 )
    Əbul Qasim Qeysəri
    Məruf ibn Firuz Kərxi duası qəbul olan böyük ariflərdəndir. O imam Rizanın yaxınlarından olmuşdur. Bu şəxs imamın əli ilə İslamı qəbul etmişdir. O deyir: "Kufədə olduğum vaxt "İbn Səmmak” adlı bir kişi ilə rastlaşdım. O xalqa öyüd verirdi. Deyirdi ki, varlığı ilə Allaha üz tutana Allah mərhəmət qılar, xalq beləsinin əli olar. Onun sözləri qəlbimə yatdı, yalnız ona xidmətə məşğul oldum. İmam (ə) buyurdu: "Əgər öyüd etsən bu yetər...”(Təzkirətul-övliya”, 20 )
    * * *
    İmam Hüseyn (ə) yoldan ötərkən bir dəstə uşaq gördü. Onların əlində bir parça çörək vardı. Hüseyni (ə) süfrəyə çağırdılar. İmam onlarla əyləşib çörəklərindəm daddı, sonra onları özü ilə aparıb təam verdi, geyindirdi.(Təzkirətul-övliya”, 125)
    * * *
    Şəqiq Bəlxi imam Sadiqdən (ə) səxavət haqqında soruşdu. İmam buyurdu: "Sən nə düşünürsən?” Şəqiq dedi: "Əgər versələr şükr edirik, verməsələr səbr edirik.” İmam razılaşmadı. Şəqiq imamın fikrini soruşdu. İmam buyurdu: "Əgər versələr başqalarına bağışlayaq, əgər verməsələr səbr edək.”("Risaleyi-Qüşeyriyyə”, 28 )
    * * *
    Mədinədə bir kişi yuxudan oyanıb pul kisəsini tapa bilmədi. Düşündü ki, onu oğurlayıblar. Tez otaqdan çıxdı. İmam Sadiqlə (ə) rastlaşdı. Ona yaxınlaşıb "Mənim pul kisəmi sən götürmüsən” dedi. İmam pul kisəsinin dəyərini soruşdu. Kişi bildirdi ki, min dinar. İmam Sadiq (ə) onu öz evinə aparıb min dinar verdi. Kişi evinə qayıtdıqdan sonra pul kisəsini evdə tapdı. İmamın yanına gəlib üzr istədi və min dinarı geri qaytarmaq istədi. İmam (ə) buyurdu: "Biz verdiyimizi geri almırıq.” Kişi ətrafdakılardan bu şəxsin kimliyini soruşdu. Bildirdilər ki, bu imam Sadiqdir.(Risaleyi-Qüşeyriyyə”, 223 )
    * * *
    Qeyd olunur ki, behişt üç şəxsin intizarındadır. Əli, Əmmar və Salman.("Risaleyi-Qüşeyriyyə”, 363 )
    * * *
    Nəql edirlər ki, bir gün həzrət Əli (ə) qulamı üç dəfə çağırsa da qulam cavab vermədi. Ayağa qalxıb qulamı tapdı və soruşdu: "Neçə dəfədir səni çağırıram, məni eşitmirsənmi?” Qulam dedi ki, eşidirəm. İmam soruşdu: "Bəs nə üçün gəlmədin?” Dedi: "Sənin mərhəmətinə bələdəm. Bilirəm ki, cəzalandırmazsan. Tənbəllik etdim.” İmam (ə) buyurdu: "Səni Allah razılığına azad etdim.”("Risaleyi-Qüşeyriyyə”, 363 )
    Qəzzali
    Əbul-Həsən Mədaini deyir: "Həsən, Hüseyn və Abdullah Cəfər Həccə yola düşdülər. Yolda miniksiz qalıb yaxınılıqdakı qoca qadına yaxınlaşdılar və dedilər: "İçməyə bir şey varmı?” Qadın dedi: "Varımdır.” O yaxınlıqdakı qoyunun südünü sağıb onlara verdi. Soruşdular: "Təam varındırmı?” Dedi: "Bu qoyundan başqa bir şeyim yoxdur. Kəsin, yeyin.” Onlar qoyunu kəsib yedilər. Dedilər: "Biz Qüreyşdənik. Səfərdən dönəndən sonra yanımıza gəl, sənə yaxşılıq edək.”
    Qadının əri evə gəlib əhvalatdan xəbər tutdu və çox qəzəbləndi. Dedi: "Qoyunu bir qövmə vermisən ki, kimliyi məlum deyil.” Vaxt ötdü. Qadın və kişi Mədinəyə üz tutdular. Onlar təzək hazırlayıb satır və cüzi qazancla dolanırdılar. Bir gün qadın yoldan ötərkən Həsənlə rastlaşdı. İmam həmin qadını tanıdı. Qadından onu tanıyıb-tanımadığını soruşdu. Qadın dedi: "Yox, tanımıram.” Həzrət Həsən (ə) bildirdi ki, mən bir vaxt sənə qonaq olan kəsəm.” Sonra həzrət qadına min baş qoyun, min dinar pul verdi. Qadının gəlişindən xəbər tutan Hüseyn (ə) oraya gəlib qadından soruşdu: "Qardaşım sənə nə verdi?” Qadın dedi: "Min qoyun, min dinar da pul.” Həzrət Hüseyn (ə) də həzrət Həsən (ə) kimi ona min qoyun və min dinar pul bağışladı.("Risaleyi-Qüşeyriyyə”, 562 )
    * * *
    Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə.) dedi: "Müjdə olsun sənə, sən behişt xanımlarının xanımısan.” Xanım Fatimə (ə) soruşdu: "Bəs Fironun arvadı Asya, İsanın anası Məryəm?” Həzrət buyurdu: "Onların hər biri öz aləmlərinin qadınlarına seyidədir. Sən isə bütün aləm qadınlarının xanımısan... Mənim əmim oğlu və öz ərin Əlidən (ə) razı qal. Səni dünya və axirət ümmətlərinin mövlası olan birinə yoldaş etdim.”(Risaleyi-Qüşeyriyyə”, 394 )
    * * *
    İmam Səccad (ə) dəstəmaz alan vaxt rəngi saralardı. Ondan bunun səbəbini soruşdular. Buyurdu: "Məgər kimin qarşısında dayandığımı bilmirəm!?”("Kimiyaye-səadət”, 2-167 )
    * * *
    İmam Rizanın (ə) evinin yaxınlığında hamam vardı. Bir gün hamamçı hamamı təmizləyərkən imam yoldan ötürdü. Hamamçı onun sadə bir hind olduğunu düşünüb yanına çağırdı. Həzrət ona yaxınlaşdı. Hamamçı ona "su gətir” əmrini verdi. İmam yerinə yetirdi. Hamamçı bu dəfə "torpaq gətir” əmrini verdi. İmam onun əmrini yerinə yetirdi. Beləcə, hamamçı imamı işlətməyə başladı. Bir də gördü ki, onun adi adam saydığı şəxs ətrafdakılara hədis danışır. O məsələni anlayıb bərk qorxdu və baş götürüb qaçdı. Həzrət Rizaya (ə) xəbər verdilər ki, hamamçı baş vermiş hadisəyə görə qorxub qaçıb. İmam buyurdu: "Qaçmasın.”("Kimiyaye-səadət”, 186)
    * * *
    İmam Səccad (ə) bir gün məscidə daxil olanda oradakılardan biri onu təhqir etdi. Həzrətin qulamları onu cəzalandırmaq istədilər. İmam bu işə icazə verməyib, həmin şəxsə dedi: "Bizim haqqımızda bilmədiyin şey çoxdur. Əlimizdən gələsi bir istəyin var?” Həmin şəxs xəcalət çəkdi.” Həzrət Səccad (ə) əbasını çıxarıb həmin şəxsə bağışladı və əlavə min dirhəm pul verdi. Peşiman olmuş şəxs dedi: "Şəhadət verirəm ki, bu şəxs yalnız peyğəmbər övladı ola bilər. Çağırışına səs verməyən qulamı cəzalandırmayıb "şükür Allaha ki, qulum məndən amandadır” deyən də odur.("Kimiyaye-səadət”, 2-414 )
    Əbu Səid Əbülxeyr
    Baba Həsən Şeyximiz Əbu Səidin pişnamazı idi. Bir gün sübh namazı qılırdı. Qunuta çatdıqda dedi: "Pak və uca mərtəbəlidir bizim Rəbbimiz, salam-salavat olsun Məhəmmədə.” Sonra səcdəyə gedib namazı başa vurdu. Şeyximiz dedi: "Nə üçün Məhəmməd ailəsinə salam demədin?” Baba dedi: "Birinci təşəhhüd və qunutda ali-Məhəmmədə salavat demək məsləhət deyil. Mən ehtiyata əməl etdim.” Şeyximiz dedi: "Biz ali-Məhəmməd olmayan bir minikdə yol getmirik!”("Kimiyaye-səadət”, 25)
    * * *
    Şeyximiz deyirdi: Bir yəhudi həzrət Əlinin yanına gəlib dedi: "Ya Əmirəl-möminin (ə)! Əzəmət və cəlal sahibi Allah necədir?” Həzrət buyurdu: "Yox, necəsizdir, həmişə olduğu kimidir, Ondan əvvəl yoxdur, əbədidir. Bütün sonlar Onda itib yox olub. Çünki o nəhayətlərin nəhayətidir. Bildinmi ey yəhudi, yoxsa yox?” Yəhudi dedi: "Şəhadət verirəm ki, kim bundan başqa nə desə batildir.” Yəhudi bunun ardınca şəhadət kəlmələrini söylədi.
    Şeyximiz Əbu-Səid deyir: "Bir yerdə oxudum ki, cümə axşamı peyğəmbərə min salavat göndərən onu yuxuda görər. Bu göstərişə əməl edib həzrəti yuxuda gördük. Qarşısında Fatimə əyləşmişdi. Peyğəmbər ona nəvaziş göstərirdi. Peyğəmbərə yaxınlaşmaq istədik. O buyurdu: "Səbr edin. Həqiqətən bu xanım dünya qadınlarının xanımıdır.”("Kimiayəe səadət”, 421 )
    Mustəmli Buxari
    Əli ibn Əbi Talib (ə) ariflərin gözüdür. Hamı yekdil şəkildə qəbul edir ki, o peyğəmbərlərin özündəndir. Əli ibn Əbi Talib (ə) özündən öncə söylənməmiş sözlər demişdir. Ondan sonra da ona bərabər danışan olmamışdır.
    * * *
    Həsən ibn Əli (ə) haqqında danışaq. Onu altı dəfə zəhərlədilər. Yalnız altıncı dəfə zəhər təsirini göstərdi. Hüseyn onun başı üstə dayanıb dedi: "Qardaş! Əgər kimin sənə zəhər verdiyini bilirsənsə, mənə de. Sənə bir şey olsa, cəzasını verim!” Dedi: "Ey qardaş! Atam Əli, anam Fatimə, cəddim Məhəmməd, nənəm Xədicə xəbərçi olmayıb, biz Əhli-beytdən (ə) də xəbərçi çıxmaz. Əgər Qiyamət günü Allah məni bağışlasa, mənə zəhər verəni bağışlamayınca behiştə getmərəm.”
    * * *
    Bir gün imam Həsən (ə) süfrə başında əyləşdiyi vaxt bir şəxs yaxınlaşıb on min dirhəm borc istədi. Həzrət göstəriş verdi ki, həmin şəxsə on min dirhəm versinlər...
    * * *
    Bir gün həzrət Hüseyn (ə) yemək yediyi vaxt başı üzərində dayanmış kəniz əlindəki kasanı saldı. Kəniz dedi: "O kəslər ki, qəzəblərini udarlar.” Hüseyn (ə) buyurdu: "Səni bağışladım.” Kəniz dedi: "Allah xeyir əməl sahiblərini sevir.”(Əsrarur-təvhid”, 1-204 ) Hüseyn (ə) buyurdu: "Sən Allah yolunda azadsan.”
    * * *
    Allah-təala onlar haqqında buyurmuşdur: "Allah istəyir ki, hər növ çirkinliyi siz Əhli-beytdən uzaqlaşdırsın, sizi layiqincə paklasın.”("Əsrarur-təvhid”, 1-258 ) Bir gün Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə.), Həsən və Hüseynlə bir kilimə bürünmüşdü. Cəbrail gəlib dedi: "Ya Məhəmməd! Mənə də icazə ver bu kilimə bürünüm, altı nəfər olaq.”("Ali-İmran”, 134 )
    Əbül Həsən Mücəvviri Qəznəvi
    Peyğəmbər Əhli-beyti (ə) xüsusi bir paklığa malikdir. Onlardan bəzilərini yada salaq. Peyğəmbər ciyərparəsi, Mürtəza qəlbinin reyhanı, Zəhranın gözünün nuru Əbu Məhəmməd Həsən ibn Əli bu pak ailənin bir üzvüdür. Qədərilər qələbə çaldıqdan və mötəzililər qaçıb ətrafa səpələndikdən sonra Həsən Bəsri həzrət Həsənə belə bir məktub yazdı: "Allahın salamı olsun sənə, ey peyğəmbər nəvəsi, onun gözünün nuru! Allahın rəhmət və bərəkəti olsun sizə. Siz Bəni-haşim dəryalarda rəvan gəmilər, parlaq ulduzlarsınız. Sizə tabe olan nicat tapdı. Necə ki, Nuhun gəmisinə qalxanlar qurtuldu. Bizə bu məzhəb ixtilafları ilə bağlı məsləhətini ver. Bilək ki, Peyğəmbər (s) zürriyəsinin yolu nədir.” İmam məktuba belə bir cavab yazır: "Allah tərəfindən xeyir və şər təqdirinə iman gətirməyən kafirdir. Günahı Allaha həvalə edən isə azğındır. Qədərilər Allahın təqdirini inkar edir, cəbrilər günahlarını Allaha həvalə edirdilər. Demək bəndə azaddır. O, gücü həddində müvəffəqdir. Əsil din cəbr və qədər arasındadır.”
    * * *
    Bədəvi bir ərəb həzrətin qapısından keçirdi. O qapı ağzında əyləşmiş imamı təhqir etməyə başladı. İmam ayağa qalxıb dedi: "Ey ərəb! Əgər acsan çörək gətirsinlər, susuzsan su versinlər, axı sənə nə olub? İmam Həsən (ə) bir torba dinar gətizdirib ərəbə verdi və buyurdu: "Ey ərəb! Bağışla ki, bundan artığına gücümüz yoxdur.” İmamın bu rəftarını görən ərəb dedi: "Şəhadət verirəm ki, sən peyğəmbər balasısan. Mən sənin helmini yoxlamağa gəlmişdim. Alimlər demişdilər ki, nə təhqir, nə də tərif sizin halınızı dəyişməz.”
    * * *
    Həzrət Hüseyn ibn Əli ibn Əbi Talib (ə) Məhəmməd (s) ailəsinin çırağı, dövrünün seyidi, həqiqi övliyalardan olmuşdur. O bəla əhlinin qibləsi, Kərbəla çölünün şəhididir. Yekdil olaraq hamı bu fikirdədir ki, həzrət Hüseyn haqq zahir olanda baş əyər, haqq ayaq altına atılanda qılınc çəkərdi. Əziz canını Allah yolunda qurban verənədək toxtaqlıq tapmadı. Onun misilsiz məqamı ümmət arasında kimsəyə qaranlıq deyil.
    * * *
    Əbül Həsən Əli ibn Hüseyn peyğəmbər varisi, ümmətin çırağı, məzlum seyyid, məhrum imam olmuşdur. Dövrünün ən kəramətli və abid insanı kimi tanınmışdır. Bildirilir ki, Hüseyn ibn Əli övladları ilə birlikdə Kərbəlada qətlə yetirilərkən Zeynəlabidin (ə) xəstə yatırdı. Hüseyn onu Əli-Əsğər, yəni kiçik Əli çağırırdı. Yalın dəvələrdə Dəməşqə gətirildiyi vaxt ondan "sübhünüz necə oldu” deyə soruşdular. Dedi: "Qövmümüzün zülmündən sübhümüz Firon qövmünün zülmünə düçar olmuş Musa qövmünün sübhü kimi oldu. Onların övladlarını öldürdülər, hicablarını açdılar. İndi nə sübh bilirik, nə də gecə!”
    * * *
    Nəql edirlər ki, Hişam ibn Əbdül Məlik ibn Mərvan həccə gəlib Kəbə evini təvaf edirdi. Qara daşı öpmək istəsə də izdiham imkan vermədi. Minbərə çıxıb xütbə oxudu. Həmin vaxt həzrət Zeynəlabidin (ə) məscidə daxil olub təvafa başladı. Qara daşa yaxınlaşdığı vaxt ətrafdakılar ehtiram göstərərək kənara çəkildilər. Şam əhlindən olan bir kişi bu səhnəni görüb Hişama dedi: "Səni qara daşa yaxın buraxmadılar, amma bu cavan oğlanı görüb geri çəkildilər.” Hişam dedi: "Mən onu tanımıram.” Hişam sadəcə həzrəti ətrafdakılara tanıtdırmaq istəmədi. Həmin vaxt bir kənarda dayanmış şair Fərəzdəq dedi: "Mən onu tanıyıram.
    O bir kimsədir ki yerdə misli yox,
    Hara qədəm qoysa tanıyanı çox.”
    Beləcə, Fərəzdəq həzrət Zeynəlabidini və peyğəmbər əhlini mədh etdi. Hişam qəzəbləndi və onun həbsini əmr etdi. Fərəzdəqi Məkkə ilə Mədinə arasındakı zindana saldılar. Hadisəni eşidən həzrət Fərəzdəqə on iki min dirhəm pul göndərdi və «bundan artığına gücümüz yox» söylədi. Fərəzdəq pulları geri qaytarıb dedi: "Ey peyğəmbər övladı mən pula xatir çox şer söyləmişəm, çoxu da yalan olub. Bu beytləri isə Allaha xatir, peyğəmbər və onun övladlarını sevdiyimdən söylədim.” Onun sözlərini həzrət Zeynəlabidinə (ə) çatdırdılar. İmam yenidən pulu Fərəzdəqə göndərib "biz verdiyimizi geri almırıq” söylədi.
    Ay çəkildi Məhəmmədin nurundan,
    Sərv əl götürdü öz qürurundan.
    Göyü sonsuz görüb uyma xəyala,
    Yalnız Məhəmmədlə çatar kamala.
    Xudaya Fatimə əhlinə xatir,
    Sözümə inanım mən sətir-sətir.
    Əgər dualarım qalsa düyündə
    Əlim ali-Məhəmməd ətəyində.(Əhzab”, 33 )
    Seyyid Heydər Amili və Şeyx Mühyiddin Ərəbi
    Seyyid Heydər Amili öz irfani təfsirində yazır: "Bil ki, Quranın sirr və həqiqətləri Allaha məxsusdur, müqəddəs aləmdən müqəddəs canlara nazil olmuşdur. Allah buyurur: "Şübhəsiz, bu Quran dəyərlidir; hər növ təhrifdən hifz olunmuş kitabdadır; yalnız pakların ona əli çatar.”(Şərhi-tərif”, 1-199 )Demək, Quran yalnız pak qəlblərə nazil olur. Hər hansı bir günah "rics”, yəni çirkinlik sayılır. Ayədə oxuyuruq: "Çirkin qadınlar çirkin kişilərə, çirkin kişilər çirkin qadınlara, pak qadınlar pak kişilərə, pak kişilər pak qadınlara”.(Sədi Şrazi. ) Bu sayaq pak ruh, kamil zata yalnız peyğəmbərlər və tövhid əhlindən olan imamlar sahibdir. Bu səbəbdən də təkidlə bildiririk ki, elmə varanlar mütləq şəkildə peyğəmbərlər, onlardan sonra imamlar, daha sonra övliyalar və alimlərdir. Bu zümrəyə biganə qatıla bilməz. Quranda oxuyuruq: "Allah istəyir ki, hər növ pisliyi siz Əhli-beytdən uzaqlaşdırsın, sizi layiqincə paklandırsın.”("Vaqiə”, 77, 79 )
    Bu ayədə Allah-təala Əhli-beytin (ə) günah və iataətsizlikdən paklığına işarə edir. Çünki günah və azğınlıq ən pis çirkinliklərdəndir. Allah onların paklığına şəhadət verdiyindən onların günah və azğınlıqdan uzaqlığı zəruri olur. Əks təqdirdə, Allahın buyuruğunda ziddiyyət yaranar. Amma sufi şeyxlərinin, Şeyx Əzəm Mühyiddin Ərəbinin sözləri bu mənadadır: ilahi sirlərlə tanışlıqda Əhli-beytə (ə) qapı açılmışdır. Ötən sözləri inkar edənlərə dəlillər göstəririk: Allahın təsdiq etdikləri barədə imam Sadiqdən (ə) nəql olunmuş hədisdə Peyğəmbər (s) buyurur: "Hər bir qövmün qulamı onların özündən olan bir fərddir.” Başqa bir rəvayətdə buyurulur: "Quran əhli elə Allahın öz əhlidir, onun xüsusi bəndələridir!” Quranda isə belə bəyan olunur: "Həqiqətən sənin bəndələrim üzərində heç bir hökmün yoxdur...”(Nur”, 26 ) Demək, öhdəsində bir bəndənin haqqı olan şəxs həmin haqq həddində əskik bəndədir. O həmin haqq həddində o birinə bəndə olduğundan xalis Allah bəndəsi sayılmır. Bu səbəbdən də xalqdan qırılan haqq yolu yolçuları özlərini haqlı sayırlar. Onlar xalqdan qaçır, heyvani xarakterlərdən uzaq dayanırlar. Onlar hər şeydən azad olmaq arzusundadırlar. Öz səyahətimdə belələri ilə çox rastlaşmışam...
    Paklıq həqiqi bəndənin ruzisidir
    İslam Peyğəmbəri (s) mütləq bəndə olduğundan Allah onu və ailəsini paklandırdı. "Rics” dedikdə ərəblər çirkinlik nəzərdə tutur. Beləcə, paklanmayan kəs Əhli-beytə (ə) qatıla bilmir. Salman Farsinin Əhli-beytdən sayılması da onun paklığını göstərir. Peyğəmbər (s) buyurdu: "Salman biz Əhli-beytdəndir.”
    Əhli-beyt (ə) eynən paklıqdır
    Allah-təala onların paklığına şəhadət verir. İnsan yalnız ilahi lütflə paklanıb onlara qatıla bilər. Əgər başqaları paklanıb onlara qatılırsa, demək Əhli-beyt (ə) özü eynən paklıqdır. Quranda oxuyuruq: "Belə ki, Allah keçmişdə qarşıya çıxmış və gələcəkdə qarşıya çıxacaq maneəni aradan qaldırsın...”("Əhzab”, 33 ) Ayədən görünür ki, Allah-təala Əhli-beyti (ə) peyğəmbərə şərik qərar vermişdir. Axı günahdan pis çirkab nədir? Allah öz peyğəmbərini mərhəməti ilə paka çıxarır. Bizim üçün günah sayılan iş ondan baş verərsə, o məna yox, zahir baxımından günahdır. Əgər günah olsaydı, günaha görə məzəmmət zəruri olardı. Beləcə, Fatimə övladlarından bütün şərəflilər və Əhli-beytdən (ə) sayılan (Salman kimi) hər kəs Qiyamət gününədək bu ayəyə ünvandır. Onlar Məhəmmədin şərəfi və Allahın lütfü səbəbindən pakdırlar. Əhli-beyt üçün bu şərəf yalnız axirətdə zühur edər, bağışlanma halında məbus olarlar.
    Əhli-beytə (ə) məhəbbət peyğəmbərin istəyidir
    Həzrət Peyğəmbər (s) Allahın tələbi ilə yalnız yaxınlarına məhəbbət diləyib. Onun bu işində sileyi-ərham var. Peyğəmbərin istəyinə bacardığı halda əməl etməyən hansı üzlə şəfaət gözləyir?! Allah "məvəddət” sözünü işlədir. Bu söz daha sabit mənasını bildirir. Bir şeyə münasibətdə "məvəddəti” olan kəs heç vaxt ondan ayrılmır. Bir şəxsdə Əhli-beytə məvəddət olarsa, heç vəchlə onları qınamaz. Sədaqətli aşiq deyir: "Məhbubun işlətdiyi hər şey sevimlidir.”
    Əhli-beyt (ə) məhəbbəti Allah və peyğəmbər məhəbbətini göstərir
    Əgər Allah və Onun rəsulunu həqiqətən sevsən, peyğəmbər Əhli-beytini (ə) də sevəcəksən. Onların sənə istənilən bir münasibəti lütfdür. Belə düşünsən, bil ki, istənilən halda onları sevməyin Allahın nemətidir. Belə bir nemətə görə Allaha şükr etməlisən. Onlar səni Allahın pak etdiyi dillə yad etmişlər. Elə bir paklıq ki, sənin ağlına gəlməz. Allaha və Əhli-beytə möhtac olduğun halda onlara mənfi münasibətdə olduğunu görsəm, sənin məhəbbətinə necə inanım! Peyğəmbəri (s) sevən Əhli-beytə (ə) irad tutarmı? Şübhəsiz, belə bir hal sənin imanındakı nöqsandan irəli gəlir.
    Əhli-beytin (ə) sirri və bəzi səciyyələri
    Sənə Əhli-beyt (ə) məqamının müxtəlif yönümlərini bəyan etdim. Onlar Allahın seçilmiş bəndələridir. Allah bizləri çoxlarının bilmədiyi Əhli-beyt (ə) sirlərindən agah etmişdir. Allah şəhadət verir ki, Xızra mərhəmət qılıb elm öyrətmişdir. Musa həmin bu elm səbəbindən ona tabe oldu.
    Sirlərdən biri də Əhli-beyt (ə) məqamından xəbərdarlıqdır. Bəziləri peyğəmbərə dost olduqlarını bildirdikləri halda peyğəmbərin tövsiyəsinə əməl etmir, onun Əhli-beytinə biganə qalırlar. Çoxları peyğəmbərin Allah göstərişinə əsasən verdiyi əmrlərə əməl etmədi. Onlar Allaha və rəsuluna qarşı çıxdılar, onlara ən yaxın olanları qəbul etmədilər. Xeyir görüb inananlar isə öz nəfslərinin dostudur.
    Şeyx Əzəmin buyuruqlarının yada salınmasında müxtəlif məqsədlər vardı: Əhli-beytin (ə) şərafətini anlamaq, onlara sevgi yolunu bilmək, Əhli-beyt (ə) vasitəsi ilə Quran sirlərini anlamaq, Salman kimi Əhli-beyt (ə) ardıcıllarını tanımaq...("İsra”, 17 )
    Seyid Heydər Amili öz təfsirində «Fütuhati-Məkkiyye» kitabından Əhli-beytlə (ə) bağlı hissəni zikr edir. Biz ixtisar xatirinə İbn Ərəbinin sözlərini də qısaltdıq. Seyid Heydər Amilinin iqtibasları həm də onun öz sözləridir. Bu səbəbdən onun sözlərini ayrıca qeyd etmədik. Sözlərimizi Mühyiddin ibn Ərəbinin bir şeri ilə başa vururuq. Bu şeri Süleyman ibn İbrahim Qunduzi "Yənabiul-məvəddət” kitabında nəql etmişdir:
    Əhli-beytlə (ə) ölçmə yoldan ötəni,
    Bu şəhid zümrənin başqa matəmi!
    Onlarla düşmənlik aşkar bir ziyan,
    Əhli-beytə sevgi ibadət, inan.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024