İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:54 PM
    Xalqa görə pərişanlıq
    Həzrət Peyğəmbərin (s) dövründə Səffə əhli arasında yoxsul bir mömin vardı. O cəmiyyət namazını tərk etmir, bütün namazlarında peyğəmbərə iqtida edirdi. Peyğəmbər ona qayğı göstərib ehtiyaclarını öyrənmək istədi. Həzrət buyurdu: "Ey Səd! Əgər əlimə bir şey düşsə sənin ehtiyacını ödəyərəm.” Amma bir müddət keçsə də peyğəmbərin imkanları dəyişmədi və bu hal onun nigarançılığını artırdı. Mehriban Allah peyğəmbərin Sədə canıyananlığını görürdü. Cəbraili iki dirhəm pulla ona doğru göndərdi. Cəbrail gəlib buyurdu: "Allah sənin Sədə görə pərişanlığından xəbərdardır. Sədin ehtiyacını ödəmək istəyirsən?” Həzrət buyurdu: "Bəli.” O dedi: "Al bu iki dirhəmi ona ver, de ki ticarətlə məşğul olsun.”
    Həzrət iki dirhəmi alıb günorta namazına görə evdən çıxdı. Həmin vaxt Səd bir hücrədə dayanıb peyğəmbəri gözləyirdi. Peyğəmbər (s) onunla görüşüb buyurdu: "Ticarəti xoşlayırsanmı?” Səd dedi: "Xoşlayıram, amma sərmayəm yoxdur.” Həzrət iki dirhəmi ona verib buyurdu: "Bu pulla ticarət et, Allahın ruzisindən qazan.” Peyğəmbər (s) namazdan sonra Sədə buyurdu: "Get ticarətə başla, sənə görə narahatam.”
    Səd peyğəmbərin göstərişi ilə ticarətə başladı; o bir dirhəmə alıb iki dirhəmə satırdı. Onun iki dirhəmə aldığını xalq həvəslə dörd dirhəmə alırdı. Beləcə, Səd çətinlikdən çıxdı, var-dövlət sahibi oldu. Məscidin yaxınlığında özünə yer edib alverə məşğul idi. Belə ki, Bilal azan dedi, Peyğəmbər (s) namaza dayandı. Səd isə hələ də alış-verişə məşğul idi. Artıq onun dəstəmaz alıb məscidə gəlməyə vaxtı yox idi. Bəli, Səd həmin Səd deyildi!
    Bir gün Peyğəmbər (s) Sədə buyurdu: "Ey Səd! Dünya səni elə məşğul edib ki, peyğəmbərlə namazdan məhrum olmusan! Əvvəlki halın hara getdi?” Səd dedi: "Nə edim, var yoxumu çölə atım? Birinə satıram, gərək pulunu alam. O birindən alıram, gərək pulunu verəm.” Sədin vəziyyəti peyğəmbəri qəmləndirdi. Bu qəm-qüssə əvvəlkindən daha böyük idi!
    Cəbrail Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Ey Məhəmməd! Allah sənin Sədə görə pərişanlığından xəbərdardır. Sədin əvvəlki günləri sənə xoşdur, yoxsa indiki günləri?” Peyğəmbər (s) buyurdu: "Əvvəlki halı daha yaxşı idi. İndi elə bir vəziyyətdədir ki, dünyası var, axirəti əldən çıxıb.” Cəbrail dedi: "Bəli, dünyaya, var-dövlətə bu sayağ eşq fitnədən başqa bir şey deyil və insanı axirətdən məhrum edər. Sədə verdiyin iki dirhəmi geri al. Belə etsən əvvəlki halına qayıdacaq.” Peyğəmbər (s) evdən çıxıb Sədin yanına getdi və ona mehribancasına dedi: "Ey Səd! Sənə verdiyim iki dirhəmi istəyirəm? Səd dedi: "Mən iki yüz dirhəm verərəm! Həzrət buyurdu: "Ey Səd, mən iki dirhəmdən başqa bir şey istəmirəm!” Səd iki dirhəmi peyğəmbərə təqdim etdi. Həmin vaxtdan başlayaraq alveri kasadlanmışdı. Belə ki, nəyi vardısa əlindən çıxdı və əvvəlki vəziyyətinə qayıtdı.(Üyuni-əxbarur-Riza”, 2-30, bab 31, hədis 36 )
    Xalqın naşükürlüyü müqabilində daha çox yaxşılıq
    İmam Musa Kazim (ə) atası Əmirəl-möminindən (ə) belə nəql edir: Allahın rəsulu ardıcıl şəkildə və çox ehsan edərdi. Amma ehsanı gözdə bilinməzdi. O Qüreyşə, ərəbə və əcəmə böyük ehsanlar etmişdi. Biz Əhli-beyt (ə) də çox ehsan etmişik. Yaxşılığımıza görə təşəkkür olunmayıb. Seçilmiş möminlər də bizim kimidir.(Tusi, "Əmali”, 393, hədis 466, "Biharul-ənvar”, 16-222, bab 4, hədis 19 )
    Bəndəlik zirvəsi
    Əbu Bəsir imam Sadiqdən (ə) nəql edir: Həzrət Peyğəmbər (s) daim bəndə sayağı yeyər, qul tək yerdə oturar, bəndə olduğunu unutmazdı.("Kafi”, 5-312  )
    Həmişəlik şəfa
    İmam Sadiq (ə) buyurur: "Bədəvi bir qadın yoldan ötərkən peyğəmbərin torpaq üstə əyləşib təam yediyini gördü. Peyğəmbərə (s) dedi: "Ey Məhəmməd! And olsun Allaha qul kimi oturub, qul kimi yeyirsən.” Peyğəmbər (s) buyurdu: "Vay sənin halına məndən daha çox qul olan kimdir?!” Qadın dedi: "Yediyindən mənə də bir tikə ver!” Həzrət ona təam təklif etdi. Qadın dedi: "Yox, ağzına qoyduğun tikəni çıxar ver!” Həzrət ağzına qoyduğu tikəni çıxarıb qadına verdi. Qadın həmin tikəni yedi. O ömrünün sonunadək xəstəlik üzü görmədi.("İləluş-şərae”, 187 )
    Əsilzadələrə hörmət
    Hatəm Tai ərəb döyüşçülərindən, xalqa mehriban ən səxavətli adamlardan idi. O gündə bir dəvə kəsib yoxsullar üçün süfrə açardı. Bütün bu işləri səmimi qəlbdən yerinə yetirərdi. Hatəm İslam peyğəmbərinin bərəkətli dövrünədək yaşamadı. Dünyasını dəyişdikdən sonra qəbiləsinə başçılıq oğlu Ədinin üzərinə düşdü. Ədi də öz növbəsində atası kimi səxavətli idi. Nəql edirlər ki, bir gün bir şəxs ondan yüz dirhəm pul istədi. Ədi dedi: "And olsun Allaha, sənin istədiyin çox azdır, çox istəməsən verməyəcəyəm!” Bir gün bir şair Ədini mədh etdi. Ədi dedi: "Səbr et, sənə bir şey bağışlayım sonra mədh edərsən.”
    Hicrətin doqquzuncu ili Peyğəmbər (s) Əmirəl-mömininin (ə) başçılığı ilə dəstə göndərib Hatəmin məxsus olduğu Tey qəbiləsini İslama dəvət etdi. Onlar Əmirəl-mömininlə savaşa qalxdılar və bu savaşda məğlub oldular. Tey qəbiləsindən olan insanların böyük bir hissəsi əsir düşdü. Ədi Şama qaçdı. Amma onun Səffanə adlı bacısı əsir götürüldü.
    Peyğəmbər (s) əsirlər haqqında hökm vermək üçün məscidə gəldi. Hatəmin qızı ayağa qalxıb dedi: "Ey Allahın rəsulu! Atam dünyasını dəyişib, himayəsində olduğum qardaşım Şama qaçıb. Mənə minnət qoy, azad et.” Həzrət Peyğəmbər (s) Hatəmin qızına dəyərli libaslar bağışlayıb onu hörmətlə Şama yola saldı.
    Bacısının belə bir ehtiramla yola salındığını görən Ədi yerində donub qaldı. Bacısı peyğəmbərin rəftarından danışdı. Ədi soruşdu: "İndi bizim vəzifəmiz nədir?” Bacısı dedi: "Yaxşı olar ki, tələsib onun görüşünə gedəsən. Əgər peyğəmbərsə iman gətirərsən, padşahsa izzətə çatarsan "
    Ədi yubanmadan Mədinəyə üz tutdu. Peyğəmbərlə görüşüb kimliyini dedi. Peyğəmbər (s) onu evinə dəvət etdi. Yolda qoca bir qadın Peyğəmbərin qarşısını kəsib ondan ehtiyaclarının ödənməsini istədi. Qadın kobud danışır, peyğəmbərə əziyyət verirdi. Peyğəmbər (s) də onu səbirlə dinləyir, ehtiram göstərirdi. Ədi düşündü ki, padşahlar bu sayaq rəftar etmir. Evə çatdıqları vaxt Peyğəmbər (s) Ədini kilim üstə oturtdu, özü torpaq üstə əyləşdi. Ədi dedi: "Mən kilim üstə oturmuşam, siz torpaq üstə, bu məni narahat edir.” Həzrət buyudu: "Sən bizim qonağımızsan!” Sonra həzrət buyurdu: "Nə üçün İslama iman gətirmirsən, yoxsa yoxsulluğumuza və düşmənimizin çoxluğuna görə? Şübhəsiz, dünya belə qalmaz.” Ədi səmimi qəlbdən iman gətirdi. Həmən vaxtdan başlayaraq peyğəmbər əhli-beytinin (ə) müdafiəçilərindən oldu və ömrünün sonunadək büdrəmədi. Ədi Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində Əmirəl-mömininlə (ə) çiyin-çiyinə dayandı. Cəməl savaşında bir gözünü itirdi. Onun üç oğlu düşmənlərlə vuruşda şəhadətə çatdı.("Əl-məhasin”, 2-256, bab 55, hədis 386; "Biharul-ənvar”, 16-225, bab 9, hədis 29 )
    Heyrətamiz səbr
    Ənəs ibn Malik deyir: Bədəvi bir ərəb peyğəmbərin hüzuruna gəlib çox qaba rəftar etdi. O peyğəmbərin əbasından tutub elə çəkdi ki, əba peyğəmbərin boynunda iz saldı. Sonra dedi: "Əmr et, ixtiyarındakı Allah malından mənə bağışlasınlar!” Həzrət ona təbəssümlə baxıb, hədiyyə verdi.("Əl-məhasin”, 2-457, bab 51, hədis 388; "Biharul-ənvar”, 16-225, bab 9, hədis 31  )
    Ümmətlə xoş rəftar və müdara
    Həzrət Peyğəmbər (s) din qardaşlarından birini üç gün görmədikdə onun haqqında soruşurdu. Səfərdə və şəhərdə olanda da onun üçün dua edir, xəstə olduqda yoxlayırdı.(İbn Səd, "Təbəqat”, 1 )
    Qonağa hörmət
    Bir gün Peyğəmbər (s) evə gəldikdən sonra ardınca xeyli adam axışdı. Zübeyr ibn Abdullah oturmağa yer tapmayıb evdən bayırda dayandı. Onun kənarda dayandığını görən peyğəmbər arxalığını çıxarıb ona verdi ki, üstündə əyləşsin. Zübeyr arxalığı alıb üzünə çəkdi və öpdü.
    Salman deyir: Peyğəmbərin hüzuruna daxil olanda o balışa dirsəklənmişdi. Balışı mənə verib buyurdu: Ey Salman! Müsəlman onun evinə gəlmiş müsəlmana hörmət göstərib ona balış verər, Allah da hökmən onu bağışlayar.”("Məkarimul-əxlaq”, 17 )
    Xeyir əmələ görə ehtiram
    İmam Sadiq (ə) nəql edir: Süd bacısı peyğəmbərlə görüşə gəldi. Peyğəmbər (s) onu görüb xoşhal oldu. Əbasını verdi ki, üstündə əyləşsin. Bir qədər söhbətdən sonra onu təbəssümlə yola saldı. Bir müddət sonra süd bacısının qardaşı otağa daxil oldu. Peyğəmbər (s) onunla bir qədər fərqli rəftar etdi. Peyğəmbərdən belə rəftarının səbəbini soruşdular. Həzrət buyurdu: "Bacısına ona görə çox hörmət göstərdim ki, o atasına qardaşından daha çox xeyirxahdır.”("Məkarimul-əxlaq”, 19 )
    Düşmənin əfvi
    Həzrət Peyğəmbər (s) on iki minlik qoşunla Məkkəni fəth etdiyi vaxt insanlarla o qədər xoş rəftar etdi ki, dünyanı heyrətə gətirdi! Düşmənə qalib gəlmiş sərkərdənin bu sayaq rəftarı kimsənin ağlına gələsi deyil.
    Məkkə əhli Məscidül-həramda dayanıb İslam peyğəmbərinin (s) Kəbədən çıxmasını gözləyirdilər. Böyük hərbi qüdrətə malik peyğəmbər ona neçə il əziyyət vermiş Məkkə əhli ilə bağlı hökmünü verməli idi.
    Bütlər sındırıldıqdan sonra Kəbədən çıxan peyğəmbər Məkkə əhlinə xitabən buyurdu: "Ey insanlar! Mənə pis qohum, pis qonşu oldunuz. Məni bu diyardan çıxarıb üstümə qoşun çəkdiniz. Mənə əziyyət verməkdən, yaxınlarımı öldürməkdən, sürgün etməkdən çəkinmədiniz. Əmim Həmzəni qətlə yetirdiniz. Siz ki, Allahın rəsulu ilə belə rəftar etmisiniz, mənim qisas haqqım var. Gərək kişilərinizi öldürüb, ailələrinizi əsir götürəm. Evlərinizi dağıdıb, var-yoxunuzu qənimət aparam. Sizinlə necə rəftar etməyi özünüzdən soruşuram. Sizinlə nə etməliyəm?” Süheyl ibn Əmr xalq tərəfindən nümayəndə olaraq qabağa çıxıb dedi: "Xeyirə danışıram, xeyirə ümid edirəm. Sən kəramət sahibisən və hazırda ixtiyarımız sənin əlindədir.” Bu sözlər peyğəmbəri kövrəltdi və ağladı. Məkkə əhli peyğəmbərin bu halını görüb ona qoşuldu. Peyğəmbər (s) buyurdu: "Mən qardaşım Yusifin dediyini deyirəm: "Bu gün sizə günah yoxdur. Allah sizi bağışlasın. O mehribanların ən mehribanıdır.”(Məkarimul-əxxaq”, 21; "Biharul-ənvar”, 16-235, bab 9, hədis 35 )
    Böyük bəxşiş
    Səhl ibn Səd Saidi deyir: Peyğəmbər üçün ağ və qara yundan canlıq tikdim. Həzrət onu görüb təəccüb etdi və buyurdu: "Yaxşı canlıqdır.” Orada bir ərəb kişi vardı. "Bu canlığı mənə bağışla” dedi. Həzrət dərhal onu əynindən çıxarıb kişiyə bağışladı.("Əz zöhd”, 34, bab 5, hədis 77 )
    Din qardaşlığında bərabərlik
    Əbu Səid "Şərəfun nəbiyy” kitabında yazır: Peyğəmbərin yaxınlarından biri ehtiyac içində ikən evləndi. O peyğəmbərdən bir şey istədi. Peyğəmbər (s) Ayişənin evinə gedib buyurdu: "Bu səhabəyə verəsi bir şeyimiz var?” Ayişə dedi: "Evdə içində bir qədər buğda olan zənbil var.” Peyğəmbər (s) evdə başqa bir şey olmadığı halda həmin zənbili içindəki buğda ilə birlikdə səhabəyə verdi.
    Acıdil kişinin əfvi
    Kəb ibn Züheyr Məkkənin fəthinədək bütpərəstlikdə qalmış bir şəxs idi. O peyğəmbərlə bağlı çox çirkin sözlər danışır, şerlər söyləyirdi. Kəb ibn Züheyrin və bir neçə başqa müşrikin müxalifətçiliyi elə bir həddə çatmışdı ki, Peyğəmbər (s) bu insanların qətlə yetirilməsini tapşırdı. Kəb ibn Züheyr canını qurtara bilməyəcəyini anlayıb peyğəmbərə bir mədhiyyə yazdı və Mədinəyə yola düşdü. Mədinəyə çatıb özünü Əbu-Bəkrə təqdim etdi. Xahiş etdi ki, onu peyğəmbərin yanına aparsın. Əbu Bəkr onun üzünü əbası ilə bürüdü ki, kimsə onu tanıyıb qətlə yetirməsin. Sonra peyğəmbərin görüşünə getdilər. Əbu Bəkr dedi: "Ey Allahın rəsulu! Bir ərəb İslamı qəbul edib sənə beyət etmək istəyir.” Peyğəmbər (s) beyət üçün əlini uzatdı. Kəb İslamı qəbul edib beyət etdi və dedi: "Atam-anam sənə fəda olsun, ey Allahın rəsulu! Mən Kəb ibn Züheyrəm.” Kəb yubanmadan peyğəmbərə həsr etdiyi şeri oxudu. Şeri başa vurduqdan sonra peyğəmbər onun müsəlmanlığını qəbul edib hədiyyə verdi.(Kafi”, 2-225 )
    Münafiqlərin rəisi ilə gözlənilməz rəftar
    Abdullah ibn Ubəy Mədinə münafiqlərinin rəisi idi. Onlar peyğəmbərə və müsəlmanlara olmazın əziyyətlərini vermişdilər. Daim düşmənlərin xeyrinə casusluq edir, nifaqdan əl çəkmirdilər. Qurani-məciddə onlarla bağlı ayələr nazil olmuşdu. Bununla belə onlar tövbə qılıb doğru yolu tutmurdular.
    Abdullah ibn Übəy Peyğəmbər (s) Təbukdan qayıtdıqdan sonra bərk xəstələnib ölüm yatağına düşdü. Onun oğlu sədaqətli bir mömin idi. O İslamın valideynə ehsan göstərişinə əməl edərək hər gün atasını yoxlayır, ona xidmət edirdi. Abdullahın mömin oğlu peyğəmbərdən xahiş etdi ki, onun atasını yoxlasın. Peyğəmbərin bu işi görməməsi onların ailəsini alçalda bilərdi. Peyğəmbər (s) Abdullahın oğluna hörmət göstərərək atasını yoxlamağa getdi. Onunla mehriban danışıb buyurdu: "Sənə dəfələrlə yəhudilərlə rabitəni qadağan etsəm də boyun qaçırdın. Allah düşmənlərinə məhəbbəti qəlbindən çıxarmağın vaxtı çatmadımı? Yoxsa həmin bu batil əqidədə dünyanı dəyişmək istəyirsən?” Abdullah peyğəmbərin cavabında dedi: "Əsəd ibn Zürarə yəhudilərin düşməni idi. Amma bu düşmənçilik öləndə onun karına gəlmədi. İndi məni danlamaq vaxtı deyil. Səndən istəyim budur ki, dəfnimdə iştirak edib mənim üçün namaz qılasan, məni öz əbana büküb dəfn edəsən.” Peyğəmbər əynindəki iki köynəkdən birini çıxarıb ona əta etdi. Abdullah dedi: "Mən bədəninizə toxunan köynəyi istəyirəm.” Peyğəmbər onun bu istəyini də yerinə yetirdi. Abdullah dünyasını dəyişəndən sonra peyğəmbər onun oğluna baş sağlığı verib, meyit namazı qıldı. Xalq bu işə etiraz etdi. Peyğəmbər (s) buyurdu: "Mənim köynəyimin və namazımın ona heç bir faydası yoxdur.” Peyğəmbərin bu kəramət və böyüklüyünü görən Xəzrəc qəbiləsi İslamı qəbul edib, peyğəmbərə beyət əli uzatdı.("Nasexut-təvarix”, 2-584 )
    Peyğəmbərin öz yoldaşları ilə rəftarı
    İslam Peyğəmbəri (s) öz yaxınlarını və səhabələrini tez-tez yoxlayırdı. Onlardan hal-əhval tutur, ehtiyaclarını öyrənirdi. Bir yerə gedəndə onlarla vidalaşır, bir yerdən gələndə onları bağrına basırdı. Hətta gecə yarı Peyğəmbəri (s) qonaq çağıran olsaydı qəbul edərdi. Ata süvar olanda kimsəni yanında piyada getməyə qoymazdı. Onu özü ilə götürə bilmədikdə deyərdi: "Sən məndən qabaq həmin yerə get, mən də ardınca gələrəm.” Uşaqlarla rastlaşdıqda həmişə salamlaşardı.("Nasixut-təvarix”, 3-79 )
    Ayrılığa qadağa
    Rəvayətdə nəql olunur ki, bir gün Peyğəmbərin (s) hüzuruna Bəhreyndən qullar gətirildi. Qulların arasında bir qadın ağlayırdı. Peyğəmbər (s) soruşdu ki, nə üçün ağlayırsan? Dedilər: "Mənimlə oğlum da vardı. Onu Bəni-Abbas tayfasına satdılar.” Peyğəmbər (s) soruşdu ki, bu işi kim görüb? Qadından: "Əbu Usəyd Ənsari.” Peyğəmbər (s) Əbu Usəyd Ənsarini çağırıb dedi: "Onu necə satmısansa geri al!” Əbu Usəyd peyğəmbərin əmrini yerinə yetirdi. Sonra Peyğəmbər (s) buyurdu: "Hər kim ana ilə oğul arasına ayrılıq salsa, Allah-təala onu behiştdə dostlarından ayırar.”("Nasixut-təvarix”, 3-234 ) Başqa bir hədisdə həzrət buyurur: "Gecə vaxtı quşların yuvasına yaxınlaşıb onları yerindən tərpətməyin. Gecə onlar üçün istirahət vaxtı seçilib.”
    Mülayimlik zirvəsi
    İbn Abbas deyir: Peyğəmbər (s) misilsiz həddə xoşxasiyyət idi. Bir gün məsciddə əyləşmişdi. Səhabələr və yaxınları onun ətrafında dövrə vurmuşdu. Bu vaxt əlində həmayil qılınc olan bədəvi bir ərəb gəlib fəryad çəkdi: "Ey Məhəmməd! Sən yalançı cadugərsən!” Peyğəmbərin ətrafındakılar bu kişini öldürmək istədi. Peyğəmbər (s) onların qarşısına alıb kişiyə üz tutdu: "Sən kimi istəyirsən?” Kişi dedi: "Cadugər və yalançı Məhəmmədi!” Peyğəmbər (s) buyurdu: "Mən Məhəmmədəm, amma cadugər yox, Allahın rəsulu Məhəmməd.” Ərəb dedi: "And olsun Lata ki, şəxsiyyət məsələsi olmasaydı bu qılıncı qanına boyayardım. And olsun allata, bu kərtənkələ sənə iman gətirməyincə mən iman gətirmərəm!” "Peyğəmbər (s) kişinin yerə atdığı kərtənkələyə üz tutub buyurdu: "Ey kərtənkələ!” Kərtənkələ cavab verdi: "Eşidirəm!” Həzrət buyurdu: "Mən kiməm? Kərtənkələ dedi: "Sən Allahın elçisisən!” Bu hadisə bədəvi ərəbi heyrətə gətirdi. Allahın birliyinə və peyğəmbərin risalətinə şəhadət verib dedi: "Ya Rəsuləllah! Mən məscidə dünyanın sənə ən qatı düşməni kimi girdim, indi sənin ən yaxın dostun kimi gedirəm.”("Şərəfun-nəbiyy”, 67)
    Məşəqqətlər və ümmətin yükü
    Rəvayətdə deyilir: Bir gün İslam peyğəmbəri (s) yaxınlarından biri ilə Mədinə səhrasından keçirdi. Bu vaxt quyudan su çəkmək istəyən, amma gücü çatmayan bir qadın gördü. Həzrət ona yaxınlaşıb buyurdu: "İstəyirsənmi sənin üçün su çəkim?” Qadın dedi: "Yaxşılıq etsəniz özünüzə etmisiniz...”("Əvaliyul-ləali”, 2-249, bab 20, hədis 20 ) Peyğəmbər (s) quyuya yaxınlaşıb su çəkdi və qadının su qabını doldurdu. Sonra su qabını çiyninə atıb dedi: "Qabağa düş, evinin yolunu göstər.” Peyğəmbərlə birlikdə olan kəs yükü almağa çalışdısa da, həzrət vermədi. Buyurdu: "Ümmətin yükünü çəkmək, əziyyətinə dözmək mənə daha layiqdir.” Qadın qabağda gedirdi, Peyğəmbər (s) onun arxasınca su məşkini aparırdı. Nəhayət evə çatdılar və Peyğəmbər (s) məşki yerə qoyub yoluna davam etdi.
    Qadın evə daxil olub övladına dedi: "Qalx ayağa qapıdakı su məşkini içəri gətir.” Oğlan dedi: "Ana! Bu ağır məşki necə gətirmisən?” Dedi: "Bir xoşbəyanlı gənc mənə mehribanlıq göstərib məşki gətirdi.” Onun haraya getdiyini soruşdu. Qadın dedi: "Odur gedir.” Qadının oğlu peyğəmbərin arxasınca getdi. Onu tanıyıb geri döndü və anasına dedi: "Bilirsənmi bu həmin iman gətirdiyin kəsdir. Gecə-gündüz onunla görüşməyi arzulayırdın! Qadın xeymədən çıxıb qaçdı. Oğlu da onun dalınca gəlirdi. Nəhayət peyğəmbərə çatdılar. Peyğəmbərin ayağına düşdülər. Qadın hönkürtü vurub ağlayaraq deyirdi: "Ya rəsuləllah! Səni tanımadım, həddimi aşdım. Necə edim bağışlayasan?” Həzrət ona təsəlli verib özünə və oğluna xeyir-dua verdi. Onlara mehribanlıq göstərib yola saldı.(Minhəcüs-sədiqin”, 9-370 )
    Xalq arasında kin-küdurət yaratmayın
    Rəvayətdə deyilir: "Bir gün peyğəmbər qızdırmışdı. Həmin gün zövcəsi Həfsənin yanında olmalı idi. Ayişə bir qabda ona arpa aşı göndərdi. Kəniz Həfsənin evinə gəlib peyğəmbəri soruşdu. Həfsə məsələnin nə yerdə olduğunu anlayıb qəzəbləndi və dedi ki, Ayişə mənim haqqımı tapdayır. Məgər mən aş hazırlaya bilmirəm?! Yoxsa peyğəmbəri ondan az istəyirəm?” Sonra qabı kənizdən alıb yerə çırpdı. Qab sındı, aş yerə dağıldı.
    Peyğəmbər (s) gəlib qabın sınıq hissəsində qalmış aşdan daddı. Kənizin ardınca gedib dedi: "Ey kəniz! Əgər Ayişə soruşsa, mən aşdan yedim. Əhvalatı ona danışma. Yoxsa kin-küdurət yaranar.” Məhz bu hadisədən sonra ayə nazil oldu: "Şübhəsiz, sən böyük əxlaqi səciyyələrə maliksən.”("İsra”, 7 )
    Böyüklük və kəramət
    Əbu Cəhlin oğlu Əkrəmə Məkkənin fəthi günü Yəmənə qaçdı. Ona xəbər verdilər ki, Peyğəmbər (s) hamını bağışlayıb və kimisə cəzalandırmır. Əkrəmə geri qayıtdı və qorxa-qorxa Məscidül-Hərama gəldi. Peyğəmbər (s) onu görüb ayağa qalxdı, ona əyləşmək üçün yer göstərdi və alnından öpdü. Əkrəmə dedi: "Mən peyğəmbərin yanından çıxanda artıq onu özümdən, atamdan və övladlarımdan çox sevirdim.” Əkrəmə peyğəmbərin əli ilə müsəlman oldu və savaşlardan birində şəhadətə çatdı.(Minhəcüs-sadiqin”, 9-370 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 852 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024