İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:52 PM
    Ədalətli qiymət istəyi
    Bədəvi bir ərəb İslam peyğəmbərinin hüzuruna gəlib ərz etdi: "Satmaq üçün bir neçə dəvə gətirmişəm, amma Mədinə bazarının qiymətindən xəbərsizəm. Qorxuram məni aldadalar. Yaxşı olar mənimlə gələsən və sənin nəzarətin altında dəvələri satam.” Peyğəmbər (s) buyurdu: "Dəvələrini bir-bir mənə göstər.” Kişi dəvələri gətirdi və peyğəmbər dəvələrə qiymət qoydu.
    Ərəb dəvələri bazara apardı və peyğəmbər dediyi qiymətə satıb geri qayıtdı. Peyğəmbərə (s) dedi: Mənə yol göstərdin, istədiyimdən də artıq qiymətə satdım. İndi dəvələrin pulundan nə götürürsən götür.” Peyğəmbər (s) buyurdu: "Bir şey istəmirəm.” Ərəb dedi: "Məndən bir hədiyyə qəbul et.” Peyğəmbər (s) buyurdu: "Buna ehtiyac yoxdur.” Ərəb israr etdi. Peyğəmbər (s) buyurdu: "Beləsə mənə süd verən balalı dəvə gətir.("Qələm”, 4 )
    "Çırpını mən yığaram”
    Peyğəmbər (s) səhabələri ilə birlikdə səfərə çıxmışdı. Onlara buyurdu ki, bir keçi kəssinlər. Səhabələrdən biri dedi: "Keçini kəsmək mənim öhdəmə”. Başqa biri "onu soymaq mənim öhdəmə” söylədi. Üçüncü səhabə yemək bişirməyi öhdəsinə götürdü. Peyğəmbər (s) buyurdu: "Çırpını da mən yığaram.”
    Səhabələr dedilər: "Ya Rəsuləllah! Siz özünüzü zəhmətə salmayın. Çırpını biz yığarıq. Həzrət buyurdu: "Mən bilirəm ki, siz bu işləri həvəslə görürsünüz. Amma Allah-təala bir işlə məşğul olan topluma kömək etməyən bəndəsini xoşlamır.”(Şərəfun-nəbiyy”, 74 )
    Böyük səxavət
    Rəvayətdə deyilir: Bir gün Allahın rəsulu Cabir ibn Abdullahla yola çıxmışdı. Peyğəmbər (s) Cabirin dəvəsinə işarə ilə buyurdu: "Bu dəvəni mənə sat.” Cabir dedi: "Atam-anam sənə fəda, dəvə sənin olsun.” Həzrət buyurdu: "Yox, onu satmağını istəyirəm!” Cabir dedi: "Elə isə satıram.” Peyğəmbər Bilala göstəriş verdi ki, dəvənin qiymətini Cabirə ödəsin. Cabir dedi: "Ya Rəsuləllah! Dəvəni kimə verim?” Həzrət buyurdu: "Dəvə də, onun qiyməti də sənin olsun. Allah bu alış-verişi sənin üçün bərəkətli buyursun.”("Şərəfun-nəbiyy”, 75 )
    Əmirəl-möminin (ə) əxlaqı haqqında
    Əmirəl-mömininin (ə) orta həddi gözləməsi
    Əmirəl-möminin (ə) xurma satanların yanından ötürdü. Birdən gözü yaşlı bir kəniz gördü. Buyurdu: "Nə üçün ağlayırsan?” Kəniz dedi: "Ağam məni xurma almaq üçün göndərmişdi. Bu şəxsdən xurma alıb evə apardım. Amma ağam bəyənmədi. İndi isə geri qaytarmaq istəmir.” Həzrət xurma satana dedi: "Ey Allahın bəndəsi! Bu adam sadə bir xidmətçidir. O öz ixtiyarında deyil. Dirhəmini qaytar, xurmanı al.” Xurma satan ayağa qalxıb həzrətə əl qaldırdı. Camaat səs-küy saldı. Xurma satanı qınayıb dedilər: "Nə etdin, bu ki, Əmirəl-möminindir (ə)!” Kişi elə qorxuya düşdü ki, nəfəsi tutuldu, rəngi saraldı. Xurmanı kənizdən alıb pulunu qaytardı. Sonra dedi: "Ey Əmirəl-möminin (ə), məni bağışla.” Həzrət buyurdu: "Sənin özünü islah etməyin məni daha çox razı salır.” Yəni xalqın haqqını ödəsən səndən razı qalaram.(Şərəfun-nəbiyy”, 79 )
    Gözəl əfv
    Əmirəl-möminin (ə) Ləbi ibn Fütarit Təminin həbsi üçün məmur göndərdi. Məmurlar onu tutsalar da Nəim ibn Dəcacə Əsədi onlara mane oldu. Əmirəl-möminin (ə) bu dəfə Nəimin həbsi üçün məmur göndərdi. Məmurlar Nəimi tutub imamın hüzuruna gətirdilər. Həzrət ona cəza təyin etdi. Nəim dedi: "Bəli, and olsun Allaha, səninlə olmaq çətindir, səndən qaçmaq küfr!” İmam buyurdu: "Səni bağışladım. Allah buyurur ki, pisliyi yaxşılıqla aradan qaldır.”("Şərəfun-nəbiyy”, 608 )
    İsar (ehtiyac duyduğun şeydən bağışlamaq) zirvəsi
    Əmirəl-möminin (ə) bir sıra işlərə xatir Məkkəyə daxil oldu. Gördü bir ərəb Kəbənin pərdəsinə sarılıb deyir: "Ey ev sahibi ev sənin evindir, qonaq sənin qonağın! Ev sahibinə qonağın qəbulu üçün vasitə var. Bu gün mən qonağı istiqbalın məni bağışlamağın olsun.” Əmirəl-möminin ətrafındakılara dedi: "Onun sözlərini eşitdinizmi?” Dedilər ki, bəli. Həzrət buyurdu: "Allah çox böyükdür və qonağını əli boş qaytarmaz.” Həzrət ikinci dəfə də həmin şəxsi Kəbə pərdəsindən yapışmış vəziyyətdə gördü. O deyirdi: "Ey izzət içində olan əziz! Səndən izzətlisi yoxdur! Məni izzətinə xatir kimsə bilməyən izzətə çatdır! Sənə üz tutub vasitə axtarıram. Məhəmməd və ali Məhəmməd xatirinə, mənə kimsənin əta etmədiyi bir şey əta et. Kimsənin məndən uzaqlaşdıra bilməyəcəyini məndən uzaqlaşdır.” Ravi deyir: Əmirəl-möminin (ə) ətrafındakılara buyurdu: "And olsun Allaha! Bu cümlələr Allahın daha böyük adının siriyani ifadəsidir. Həbibim peyğəmbər mənə bu barədə xəbər verib. Bu gecə ərəb Allahdan behişt istədi, Allah da əta buyurdu. Cəhənnəm odundan uzaqlıq istədi, Allah da onu Cəhənnəm odundan uzaq etdi!” Üçüncü gecə də ərəb eyni vəziyyətdə deyirdi: "Ey məkana sığmayan Allah! Heç bir məkan sənsiz deyil. Bu ərəbə dörd min dirhəm yetir.” Əmirəl-möminin (ə) qabağa çıxıb dedi: "Ey ərəb! Allahdan istiqbal istədin istiqbal etdi, behişt istədin behişt verdi, qurtuluş istədin qurtuluş əta etdi. Bu nədir dörd min dirhəm istəyirsən?” Ərəb dedi: "Sən kimsən?” Həzrət buyurdu: "Mən Əli ibn Əbi Talibəm.” Ərəb dedi: "And olsun Allaha, istəyim sənin əlinlə yerinə yetər.” Həzrət buyurdu: "Ey ərəb! Məndən istə.” Ərəb dedi: "Mehriyyə üçün min dirhəm, borcumu ödəmək üçün min dirhəm, ev almaq üçün min dirhəm, dolanışıq üçün min dirhəm istəyirəm.” Həzrət buyurdu: "Ey ərəb! Öz istəyində insaflı oldun! Məkkədən çıxıb Mədinəyə çatanda mənim evimi soruş.” Ərəb bir həftə Məkkədə qaldı. Sonra Əmirəl-mömininin (ə) ardınca Mədinəyə getdi. Həzrətin evini soruşdu. İmam Hüseyn (ə) buyurdu: "Mən səni Əmirəl-mömininin (ə) evinə apararam. Mən onun oğlu Hüseynəm.” Ərəb dedi: "Atan kimdir?” Hüseyn dedi: "Əmirəl-möminin Əli ibn Əbi Talib (ə).” Sonra ərəb imam Hüseynin (ə) anasını soruşdu. İmam cavab verdi ki, anam Fatimeyi Zəhra (s.ə.) dünya xanımlarının xanımıdır. Ərəb növbə ilə imam Hüseyndən (ə) onun cəddini, nənəsini, qardaşını soruşdu. İmam buyurdu ki, cəddim peyğəmbərdir, nənəm Xədicədir, qardaşım Həsəndir. Ərəb dedi: "Dünya sənin əlindədir! Əmirəl-mömininin yanına get, de ki, Məkkədə vəd verdiyin ərəb gəlib.” İmam Hüseyn atasının yanına gedib ərəb haqqında məlumat verdi. Əmirəl-möminin (ə) xanım Fatiməyə (s.ə.) buyurdu: "Bu ərəbə verməyə bir şeyimiz varmı?” Fatimə (s.ə.) buyurdu: "Yox.” Əli (ə) libasını geyib evdən çıxdı və buyurdu ki, Salman Farsini çağırsınlar. Salman gəldi. Həzrət buyurdu: "Ey əba Əbdullah. Peyğəmbərin mənə verdiyi bağı satışa çıxar.” Salman bazara gedib bağı on iki min dirhəmə satdı. İmam ərəbi çağırıb ona dörd min dirhəm verdi. Xərclik üçün də qırx dirhəm əlavə etdi.
    Əlinin (ə) bəxşişindən xəbər tutan Mədinə yoxsulları onun evinə axışdı. Ənsardan bir şəxs xanım Fatimənin (s.ə.) evinə gedib məsələni ona danışdı. Xanım ona dua etdi. Əli isə oturub ovuc-ovuc pul paylayırdı. Beləcə, özünə bir dirhəm də qalmadı...(Mənaqib”, 2-212; "Biharul-ənvar”, 41-48, bab 104, hədis 1 )
    Böyük alicənablıq
    Cəməl savaşı başa çatdıqdan sonra Təlhənin oğlu Musanı Əmirəl-mömininin (ə) yanına gətirdilər. Həzrət buyurdu: "Üç dəfə "əstəğfirullahə və ətubu iləyh” söylə.” Musa belə də etdi. Həzrət onu azad edib buyurdu: "İstədiyin silah və miniyi götür, istədiyin yerə get. Allahdan qorx və evdə otur.”("Kafi”, 7-268 )
    Yetimlərə sevgi
    Əmirəl-möminin (ə) ölkənin vəziyyətindən, xüsusi ilə yetimlərdən və ehtiyaclılardan tam xəbərdar olsa da, bəzən öz valilərinə və İslam ümmətinə ibrət olsun deyə qeyri-adi işlər görürdü.
    Bir gün çiynində su məşki aparan qadın gördü. Məşki ondan aldı və onu istədiyi yerə apardı. Qadından vəziyyətini soruşdu. Qadın dedi: "Əli ibn Əbi Talib ərimi sərhədə göndərdi, ərim orada dünyasını dəyişdi. İndi yetim uşaqlarla qalmışam, onları dolandırmağa bir şeyim yoxdur. Məcbur qalıb başqaları üçün işləyirəm.” Əmirəl-möminin (ə) evə gəlib gecəni çox narahat keçirdi. Sübh vaxtı bir zənbil təam götürüb qadının evinə yola düşdü. Ətrafındakılar zənbili ondan almaq istəsələr də həzrət imtina edib buyurdu: "Qiyamət günü mənim ağır yükümü kim daşıyacaq?”
    Həzrət qadının qapısını döydü. Qadın dedi: "Kimdir?” Həzrət buyurdu: "Sənin üçün su məşkini gətirən həmin qulam. Qapını aç, uşaqlarına ərzaq gətirmişəm.” Qadın dedi: "Allah səndən razı olsun, mənimlə Əli arasında hökmünü versin!” Həzrət daxil olub buyurdu: "Savab qazanmaq istəyirəm. Mənə bir iş de: xəmir edim, çörək bişirim, yoxsa uşaqları saxlayım?” Qadın dedi: "Mən çörək bişirim, sən uşaqları saxla.” Qadın deyir: "Mən çörək bişirməyə getdim, Əli yemək bişirib uşaqları yedirməyə başladı. O uşaqların ağzına bir tikə qoyub deyirdi: "Övladlarım, başınıza gələnlərə görə Əlini halal edin!” Xəmir hazır olandan sonra qadın dedi: "Ey Allah bəndəsi, təndiri qala.” Əli təndiri qalayıb üzünü onun istisinə tutdu. Hərarəti hiss edib dedi: "Ya Əli! Yaxşı dad, bu dul qadın və yetimlərin haqqını tapdayanın cəzasıdır!” Qəfildən qonşu qadınlardan biri Əlini (ə) görüb tanıdı və ev sahibəsinə dedi: "Vay olsun sənə! Bu ki, Əmirəl-möminindir (ə).” Qadın həzrət Əliyə yaxınlaşıb dedi: "Sizdən xəcalətli oldum, ey Əmirəl-möminin (ə)!” Həzrət buyurdu: "Mən səndən də çox xəcalətliyəm, sənə münasibətdə səhlənkar olmuşam.”(Səduq, "Əmali”, 467 )
    Ev üçün bazarlıq
    Həzrət Əli (ə) Kufədə bazardan xurma alıb onu ətəyində evə aparırdı. Onu görənlər yaxınlaşıb deyirdi: "Ya Əmirəl-möminin! Verin biz götürək. Həzrət buyururdu: "Ailə-övladı olan kəs onlar üçün yük daşımağa daha layiqdir.”("Mənaqib”, 2-114; "Biharul-ənvar”, 41-50, bab 104, hədis 2 )
    Beş halda ayaqyalın
    Əmirəl-möminin Əli (ə) beş vaxt ayaqqablarını çıxarıb sol əlində tutar və ayaqyalın hərəkət edərdi: fitr bayramı günü, qurban bayramı günü, cümə günü, xəstəni yoxlayan zaman, dəfn zamanı. Həzrət buyurardı: "Bu beş yer Allaha məxsusdur və Allaha məxsus olan yerdə ayaqyalın qalmaq istəyirəm.”("Mənaqib”, 2-115; "Biharul-ənvar”, 41-51, bab 104, hədis 3 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024