İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:50 PM
    Bazarda davranış
    Əmirəl-möminin (ə) bazarda tək gəzərdi. Yolu itirənə yol göstərər, imkansıza əl tutardı. Satıcılar üçün Qurandan bir ayə oxuyardı: "Axirət sarayını yer üzündə üstünlük axtarmayıb, fəsad törətməyənlər üçün qərar vermişik. Xoş aqibət pəhrizkarlara məxsusdur.”("Biharul-ənvar”, 41-54, bab 105, hədis 1 )
    Piyada süvarinin ardınca gəlməsin
    İmam Sadiq (ə) buyurur: Əmirəl-möminin (ə) süvari halda getdiyi vaxt yoldaşları piyada onun arxasınca gəlməyə başladı. İmam onlara üz tutub buyurdu: "Bir istəyiniz var?” Dedilər: "Yox, ya Əmirəl-möminin (ə)! Səninlə birgə hərəkət etmək xoşdur.” Həzrət buyurdu: "Geri dönün, piyadanın süvarinin ardınca gəlməsi süvari üçün fəsad, piyada üçün zillətdir.”("Mənaqib”, 2-104; "Biharul-ənvar”, 41-54, bab 105, hədis 1 )
    Yəhudinin müsəlman olması
    Əmirəl-mömininin (ə) hakimiyyəti dövründə Şüreyh qazi idi. Həzrət yəhudi bir şəxslə məhkəməyə gəldi ki, Şüreyh onların arasında hökm versin. Məhkəmədə yəhudiyə dedi: "Sənin əlində olan zireh mənimdir. Mən onu nə satmışam, nə də bağışlamışam.” Yəhudi dedi: "Zireh mənə məxsusdur.” Şüreyh Əmirəl-möminindən (ə) dəlil və şahid istədi. Həzrət buyurdu: "Qəmbər və Hüseyn şahiddir ki, bu zireh mənimdir.” Şüreyh dedi: "Oğulun və qulun şəhadəti qəbul olunmur. Onlar sənin xeyrini istəyir!” Əmirəl-möminin buyurdu: "Ey Şüreyh! Vay olsun sənə, xətaya yol verdin. Mən sənin imamınam, sən mənim vasitəmlə Allaha itaət edirsən və bilirsən ki, mən heç vaxt yalan demərəm. Bununla belə sözümü rədd etdin, iddiamı batil saydın. Qəmbər və Hüseyni öz xeyirlərinə şəhadət verəcəklərində ittiham etdin! Mən səndən iddiamı yalan saymağının, Qəmbər və Hüseynə böhtan atmağının cəriməsini istəmirəm. Amma üç gün yəhudilər arasında hökm verəcəksən!” Həzrət onu yəhudilərin yaşadığı məntəqəyə göndərdi ki, üç gün onların arasında hökm çıxarsın. Yəhudi bu sözü eşidib dedi: "Sən Əmirəl-mömininə bax! Qazinin yanına getdi, qazi də onun ziddinə hökm çıxardı!” Əmirəl-mömininin bu işi yəhudinin İslamı qəbul etməsi ilə nəticələndi. Yəhudi sonra dedi: "Bu zireh Əmirəl-mömininindir (ə). Siffeyn savaşı günü ağ-qara, xoş rəngli bir dəvədən düşdü mən götürdüm.”(Qəsəs”, 83 )
    Çəkişən tərəflərin məhkəmədə bərabərliyi
    Bir şəxs Ömərə həzrət Əlidən (ə) şikayət etdi. Hansı ki, Əmirəl-möminin (ə) bir guşədə əyləşmişdi. Ömər həzrətə dedi: "Ey Əbəl Həsən! Qalx, səndən şikayət edənlə yan-yana dayan.” Həzrət qalxıb həmin adamla yanaşı dayandı. Onlar söhbətə başladılar və nəhayət kişi öz iddiasından əl çəkdi. Əmirəl-möminin qayıdıb yerində əyləşdi.
    Ömər Əmirəl-mömininin (ə) rənginin dəyişdiyini görüb soruşdu: "Ey Əbül Həsən! Nə üçün halın dəyişdi? Yoxsa baş verən səni narahat etdi?” Həzrət buyurdu: "Bəli.” Ömər dedi: "Nə üçün?” Həzrət buyurdu: "Məni iddialı tərəfin hüzurunda "ya Əli” yox, "ya Əbəl Həsən” deyə çağıraraq onunla yanaşı dayandırıb alçaltdın.” Ömər həzrəti qucaqlayıb alnından öpdü və dedi: "Atam sənə fəda olsun! Allah sizin vasitənizlə bizi hidayət etdi, sizin vasitənizlə bizi qaranlıqdan işığa çıxardı.”("Əl-məhasin”, 2-629, bab 12, hədis 104; "Biharul-ənvar”, 41-55, bab 105, hədis 2 )
    Dolanışıqda qənaət
    İbn Şəhri Aşub "Mənaqib” kitabında yazır: Əmirəl-möminin Cəməl savaşından sonra Kufəyə dönmək istədikdə Bəsrə xalqı ilə görüşüb buyurdu: "Ey bəsrəlilər! Nə üçün məndən razı deyilsiniz? And olsun Allaha, əynimdəki köynək və ridanı ailəm toxuyub. Mənə nəyi eyib tutursunuz? And olsun Allaha, (həzrət əlindəki pul kisəsini göstərdi) bu Mədinədəki məhsulumun qazancındandır. Əgər dediklərimdən savayı bir şeyim olsa, Allahın yanında xəyanətkaram!”("Hilyətul-ovliya”, 4-139; "Mənaqib”, 2-105 )
    Səxavət
    Şəbi deyir: Uşaqlıq vaxtı yaşıdlarımla Rəhbə məntəqəsinə getdik. Gördüm ki, Əli qızıl-gümüş yığınının üstündə dayanıb adamları qovur. Sonra həmin xalq arasında bölüb, özünə heç nə götürmədi. Mən atamın yanına qayıdıb dedim: "Ey ata! Mən bu gün dünyanın ən üstün, ya da ən ağılsız adamını gördüm!” Atam dedi: "O kimdir?” Dedim: "Əmirəl-möminin Əlini gördüm.” Əhvalatı atama danışdım. Atam dedi: "Ey oğlum! Sən insanların ən yaxşısını görmüsən.”(Şərhi Nəhcül-bəlağə”, 17-65 )
    Dünya malına rəğbətsizlik
    Zazan deyir: "Mən Qəmbərlə birlikdə Əlinin xidmətinə gəldim. Qəmbər dedi: "Ayağa qalx, ya Əmirəl-möminin! Mən sizin üçün bir şey gizləmişəm.” Əmirəl-möminin buyurdu: "Nə gizləmisən?” Dedi: "Mənimlə gəl.” Əli qalxdı və Qəmbərlə birlikdə otağa getdi. Otaqda qızıl və gümüş dolu bir kisə vardı. Qəmbər dedi: "Ya Əmirəl-möminin (ə)! Siz bütün malı bölürsünüz və heç nə qalmır. Mən bunları sizə saxladım.” Əli (ə) buyurdu: "Siz cəhənnəm odunu mənim evimə gətirmək istəyirsiniz?” Qılıncını sıyırıb qızıl-gümüşə endirdi qabların bəzisi sındı, bəzisi ətrafa səpələndi. Sonra buyurdu: "Hamısını camaata payla.” Sonra buyurdu: "Ey ağlar və sarılar! Bir başqasını aldadın!”("Mənaqib”, 2-98; "Biharul-ənvar”, 40-325, bab 98, hədis 7 )
    Ədalət və insaf
    Xuzeyr ibn əl Cəd deyir: Ərəbləri Əmirəl-mömininə (ə) tərəfdarlıqdan saxlayan ən əsas səbəb dünya malı oldu. Həzrət Əli (ə) varlını zəifdən, ərəbi əcəmdən üstün tutmur, qəbilə rəisləri ilə padşahlar kimi davranmır, özünə tərəfdar toplamırdı. Müaviyə isə tam əksinə hərəkət edirdi. Bu səbəbdən də xalq Əlini (ə) qoyub Müaviyəyə qoşulurdu. Həzrət Əli (ə) bəzi səhabələrin onu qoyub Müaviyəyə sığınmasından Malik Əştərə şikayətləndi. Malik Əştər imama dedi: "Ey Əmirəl-möminin (ə)! Biz kufə əhlinin köməyi ilə bəsrəlilərlə vuruşduq. Bəsrə və Kufə əhalisinin köməyi ilə şamlılarla üz-üzə gəldik. Həmin vaxt xalq yekdil idi. Sonra ixtilaf yarandı, onlar bir-birlərinə düşmən oldular. Tərəfdarların sayı azaldı. Siz belə bir vaxtda haqqı nəzərdə tutub ədalətlə rəftar etdiniz, varlı ilə kasıb arasında fərq qoymadınız. Bu səbəbdən də kimsə üstünlük qazana bilmədi. Bir zümrə də sənin ədalətinə dözə bilmədiklərindən Müaviyənin varlılarla rəftarını görüb ona sığındılar. Dünya həvəsində olmayan çox azdır. İnsanların əksəri batil əhlidir, dünyanı üstün tutur. Əgər bir şey bağışlasan səninlə qalar, səni istəyərlər. Ey Əmirəl-möminin (ə)! Allah sizə yol açsın, düşmənlərinizi məhv etsin. Onların hiyləsini puça çıxarsın, vəhdətlərini pozsun. Allah onların gördüyü işlərdən xəbərdardır.” Həzrət Əli (ə) Malikin cavabında buyurdu: "Bizim əməl və rəftarımızdan danışdın. Allah-təala ədalətlə bağlı buyurur: "Yaxşı iş görən öz xeyrinə görür, pis iş görən öz zərərinə görür. Sənin Rəbbin bəndələrinə qarşı sitəmkar deyil.”("Əl-ğarat”, 1-35 ) Mən sənin dediklərindən çəkinməyə qorxuram. Deyirsən haqq onlara ağır gəldi, bu səbəbdən ayrıldılar. Allah bilir ki, zülmümüzə görə ayrılmayıblar. Bizdən ayrılıb ədalətə sığınmayıblar. Onlar puç dünya malına xatir bizdən üz döndərdilər. Ardınca qaçdıqları dünya əllərindən çıxacaq, sonda onları tək qoyacaq. Qiyamət günü onlardan soruşulacaq ki, dünya üçün çalışıblar, yoxsa Allah üçün? Deyirsən ki, onlara beytül-maldan və qənimətdən bir şey vermirik. Onları bəxşiş və əta ilə özümüzə tərəf çəkmirik. Biz onlara haqlarından artıq bir şey verə bilmərik. Allah buyurur ki, Allahın tövfiqi ilə bir çox kiçik qövmlər böyük qövmlərə qalib gəldi; Allah səbr edənlərlədir.("Əl arat”, 1-36 ) Allah Məhəmmədi yalnız peyğəmbərliyə seçdi. Onun ətrafında az adam vardı. Amma sonra çoxaldılar, güczsüz tərəfdarları izzətə çatdılar. Əgər Allah istəsə bizə yardım edər, çətinliklər aradan qalxar. Mən sənin dediklərindən Allahın razılığına uyğun olanı qəbul edirəm. Sən mənim üçün ən etibarlı, ən xeyirxah adamsan. İnşaəllah!”("Fussilət”, 46 )
    Beytul-malın xərclənməsində diqqət
    Bir gecə Əli (ə) beytül-mal bölürdü. Təlhə və Zübeyr onun yanına gəldi. Həzrət qarşısındakı çırağı söndürüb, başqa bir çıraq yandırdı. Təlhə və Zübeyr bunun səbəbini soruşdular. Cavab verdi: "Əvvəlki çırağın yağı beytül-maldan idi. Onun işığında sizinlə söhbət etməyim düzgün olmaz.”(Bəqərə”, 249 )
    Köhnə libas
    Harun ibn Əntərə öz atasından belə nəql edir: Xuvərnəq məntəqəsindən həzrət Əli (ə) ilə görüşdüm. Əynində köhnə bir libas vardı. Soyuqdan titrəyirdi. Dedim: "Ey Əmirəl-möminin (ə), axı Allah sən və sənin əhli-beytin üçün də beytül-maldan pay ayırıb. Nə üçün özünlə belə rəftar edirsən?! O buyurdu: "And olsun Allaha, mən sizin malınızdan bir şey götürmürəm. Bu Mədinədən gətirdiyim libasdır və başqa birisi yoxumdur.”("Əl-ğarat”, 1-46; "Biharul-ənvar”, 41-133, bab 107, h.45 )
    Var-dövlətə etinasızlıq
    Əqil ibn Əbdürrəhman Xulani deyir: "Əbu Talib oğlu Əqilin zövcəsi, mənim bibim Kufə şəhərində Əli (ə) ilə görüşür. Bu vaxt həzrət köhnə palanlı ulağın üstə oturubmuş. Həmin vaxt Əlinin (ə) bəni-Təmim qəbiləsindən olan zövcəsi daxil olur. Bibim deyir ki, vay olsun sənə, evində bir belə şey var, amma Əmirəl-möminin (ə) köhnə palan üstə oturub!” Həzrətin zövcəsi deyir: "Məni məzəmmət etmə. And olsun Allaha, tanış gəlməyən şeyi görmür. Görəndə beytül mala qatır.”("İhqaqul-həqq”, 5-539 )
    İlk çılpağa yardım
    Əli (ə) Peyğəmbərin (s) hüzurunda olan vaxt o həzrət onun köynəyinin cırıldığını görüb Əliyə (ə) deyir: "Sənə verdiyim təzə köynək haradadır?” Həzrət deyir: "Ya Rəsuləllah, yaxınlardan biri çılpaq idi, ona verdim. Bilirəm ki, Allah ondan yaxşısını yetirəcək.”("Kəşful-ğəmmə”, 1-173; "Hilyətul-ovliya”, 1-82; "Biharul-ənvar”, 40-334, bab 98, hədis 15 )
    Dörd yerə bölünmüş dörd dirhəm
    Əlinin (ə) dörd dirhəmi vardı. Onu dörd yerə böldü. Bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini gizli şəkildə infaq etdi. Onun haqqında ayə nazil oldu: "O kəslər ki, malını, gecə, gündüz, gizlin, aşkar infaq edirlər...”("Əl-mənaqib”, 2-97 )
    Üç yüz dirhəm sədəqə
    Əbu Bəkr Şirazinin kitabında "Məqatil” kitabına istinadən İbn Abbasdan nəql olunur ki, "o kişilər ki, alış-veriş onları Allah zikrindən ayırmaz...” belə bir münasibətlə nazil olmuşdur: Bir gün Peyğəmbər (s) ona hədiyyə olunmuş üç yüz dirhəmi həzrət Əliyə əta etdi. Əli (ə) deyir ki, pulu götürdüm və qərara gəldim ki, bu puldan sədəqə verim. Peyğəmbərlə birlikdə işa namazını qılıb həmin puldan yüz dinar götürdüm və məsciddən çıxdım. Bir qadınla rastlaşdım. Yüz dinarı qadına verdim. Səhəri gün eşitdim ki, "Əli gecə günahkar qadına sədəqə verib” deyirlər. Pərişan oldum. Yenə işa namazından sonra yüz dinar götürüb məsciddən çıxdım. Düşündüm bu gün elə bir adama sədəqə verəcəyəm ki, Allah qəbul etsin. Bir kişi ilə rastlaşdım, yüz dinarı ona verdim. Səhəri gün Mədinə əhli deyirdi: "Əli gecə bir oğruya yüz dinar sədəqə verib.” Pərişanlığım daha da artdı. Öz-özümə dedim ki, bu gecə hökmən sədəqəni haqqı çatana verəcəyəm. İşa namazını peyğəmbərlə qılıb məsciddən çıxdım. Bir kişi ilə rastlaşdım, yüz dinarı ona verdim. Səhəri gün Mədinədə məni qınadılar ki, gecə varlı bir adama yüz dinar pul vermişəm.
    Peyğəmbərin (s) yanına gəlib əhvalatı danışdım. O buyurdu: "Ya Əli! Cəbrail deyir ki, Allah sənin sədəqələrini qəbul edib, işini paka çıxarıb. Birinci gecə yüz dinar verdiyin günahkar qadın evə gedib tövbə qılıb və həmin yüz dinarı dolanışığı üçün sərmayə qərar verib. İndi isə ərə getmək barədə düşünür. İkinci gecə yüz dinar verdiyin oğru tövbə qılıb və sənin verdiyin pulla ticarətə başlayıb. Üçüncü gecə sədəqə verdiyin varlı adam uzun illər idi ki, xüms-zəkat ödəmirdi. Sən yüz dinarı verəndən sonra özünü danlayaraq deyib: "Çox paxıl adamsan! Əli ibn Əbi Talib heç nəyi olmadığı halda yüz dinar infaq etdi. Sən isə varlı olduğun halda vacib zəkat ödəmirsən.” Bunu deyib boynunda qalan bütün zəkatı ödəyib. Bu səbəbdən də Allah sənin haqqında ayə nazil edib.("Rahi-Əli”, 42  )
    Başqalarını üstün saymaq
    Şiə və sünni mənbələrində nəql olunur: "Əli (ə) çox acmışdı. Fatimədən yeməyə bir şey istədi. Fatimə (s.ə.) dedi: "Bir şey yoxdur. İki gün bundan qabaqkı təamdan nə qalmışdısa sizə verdim.” Əli (ə) buyurdu: "Əgər desəydin sizə yemək gətirərdim! Fatimə (s.ə.) dedi: "Ey Əbəl Həsən! Səndən gücün çatmayan bir şeyi istəməyə həya etdim!” Əli (ə) evdən çıxdı, peyğəmbərdən bir dinar borc aldı və ruzi dalınca getdi. Yolda Miqdadla rastlaşdı. Miqdadı ehtiyaclı görüb bir dinarı ona verdi. Sonra məscidə üz tutdu. Məsciddə onu yuxu apardı! Peyğəmbər (s) məscidə gəlib Əlinin (ə) yuxuya getdiyini gördü. Onu oyadıb dedi: "Nə etdin?” Əli (ə) əhvalatı danışdı.” Sonra peyğəmbərlə birlikdə namaza başladı. Peyğəmbər (s) namazını başa vurub buyurdu: "Ey Əbəl Həsən! Yeməyə bir şeyin var?” Həzrət Əli (ə) dinmədi. Allah-təala peyğəmbərə vəhy etdi ki, bu gün Əlinin evində süfrəyə əyləş! Onlar yola düşüb Fatimənin yanına gəldilər. Xanım ibadətə məşğul idi. Arxasında buxar çıxan bir kasa vardı. Fatimə namazını başa vurub həmin kasanı süfrəyə qoydu. Əli (ə) soruşdu: "Bu yemək haradandır?” Xanım buyurdu ki, bu Allah-təalanın ehsanıdır. "Şübhəsiz, Allah istədiyi kəsə hesabsız ruzi verər.”("Bəqərə”, 274 ) Peyğəmbər (s) buyurdu: "Ya Əli! Bu sənin bir dinarının bəhrəsidir.” Sonra peyğəmbəri qəhər boğdu. O dedi: "Şükr Allaha ki, Zəkəriyyanın Məryəmdə gördüyünü qızımda görməmiş ölmədim!”("Əl-mənaqib”, 2-74 )
    Başqaları ilə mehribanlıq
    Bu hissədə Əmirəl-mömininin (ə) Cəməl, Siffeyn və Nəhrəvan savaşlarındakı rəftarını nəzərdən keçirəcəyik.
    Cəməl savaşı
    Həzrət çox çalışdı ki, bu savaş olmasın. Həzrətə Mədinədə xəbər verdilər ki, Cəməl qoşunu Məkkəni tərk edib Mədinəyə üz tutub. Həzrət onlarla müzakirə üçün dərhal Mədinədən çıxdı. Bəsrə başçılarından olan Səsəə vasitəsilə onlara məktub göndərdi. Məktubda mehribancasına öyüdlər verirdi. Həzrət Əli İbn Abbası danışıq üçün Zübeyrin yanına göndərdi və dedi: "Təlhə ilə danışma, onunla danışmaq faydasızdır. Zübeyrlə söhbət et, o daha mülayimdir. Ona söylə ki, dayın oğlu deyir: Ricalda dostum idin, İraqda düşmən oldun. Nə üçün belə etdin?”
    Həzrət İmran Xəzai vasitəsilə Təlhə və Zübeyrə məktub yazdı. Məktubda deyilirdi: "Siz həqiqəti gizlədirsiniz. Amma bilirsiniz ki, mən xalqın ardınca getmədim, xalq mənim ardımca gəldi. Mən kimsədən beyət istəmədim, xalq mənə hücum çəkdi və beyət etdi. Xalq mənə qorxudan və ya tamahdan beyət etmədi. Əgər mənə qorxudan beyət etmisinizsə, dərhal tövbə qılın, Allaha doğru dönün. Siz deyirsiniz ki, Osmanı mən öldürdüm. Bu işdə mühakiməni bitərəf insanlara tapşıraq. Məhkum olanı cəzalandıraq. Ey iki Qüreyş piri! Əgər tutduğunuz yolu zəlalət sayırsınızsa, bu yoldan əl çəkin. Nə qədər ki, bu zəlalət cəhənnəm oduna səbəb olmayıb.”
    Nəql olunur ki, həzrət Bəsrə yolunda Zaviyə adlanan məntəqəyə çatdı. Dörd rəkət namaz qılıb dedi: "Ey göylərin və göylərin kölgəsində olanların Allahı! Ey yerlərin və onun üzərində olanların Rəbbi! Ey böyük ərşin sahibi! Bu Bəsrədir. Bu xalqın xeyrini mənim əlimə verməyini istəyirəm. Onların şərindən sənə pənah aparıram. Pərvərdigara! Bu adamlar mənə itaətdən boyun qaçırdılar, mənə qarşı çıxdılar, beyəti pozdular. Pərvərdigara! Müsəlmanların qanın hifz et, hədər axmağa qoyma.” Həzrət Bəsrə qoşunu ilə üzbəüz dayandığı vaxt nida çəkdi: "Ey insanlar! Tələsməyin!” Sonra İbn Abbası çağırıb dedi: "Get Təlhə, Zübeyr və Ayişəni haqqa dəvət et.”
    Sonra böyük səhabə Əmmar Yasir iki qoşun arasında dayanıb Bəsrə qoşununa müraciət etdi: "Ey camaat! İnsaf etmədiniz, zövcələrinizi pərdə arxasında saxlayıb, peyğəmbər zövcəsini oxlar və qılınclar qabağına çıxardınız.” Sonra Ayişəyə yaxınlaşıb soruşdu: "Nə istəyirsən?” Ayişə dedi: "Osmanın qanını almağa gəlmişəm!” Əmmar dedi: "Allah bu gün zalımı öldürsün, azğını həlak etsin, batili aradan qaldırsın.” Sonra üzünü Bəsrə qoşununa tutub fəryad çəkdi: "Ey camaat! Bilirsinizmi Osmanın öldürülməsində hansı birimiz şərik olmuşuq?” Əmmara doğru oxlar yağdı. Bəli, məntiqə oxla cavab verildi! Əmmar Əmirəl-mömininin yanına qayıdıb dedi: Ya Əmirəl-möminin! Nə gözləyirsən? Bunların qırğından başqa məqsədi yoxdur.” Əlinin (ə) qoşununa doğru oxlar yağmağa başladı. Yenə həzrət savaş icazəsi vermədi! Həzrət öz qoşununa üz tutub dedi: "Kim bu Quranı götürüb onlara doğru gedər və onları Qurana itaətə çağırar? Kim bu işi görsə öldürüləcək və mən ona behişt vəd edirəm.”
    Müslüm adlı bir gənc yerindən qalxıb dedi: "Ya Əmirəl-möminin (ə)! Mən Quranı apararam və əmrini yerinə yetirərəm.” O Quranı götürdü, Cəməl qoşununa tərəf gedib onları Qurana dəvət etdi. Onun bədənini nizələrlə dəlik-dəlik etdilər. Müslüm yerə yıxılıb şəhid oldu. Bəli, məntiqə nizələrlə cavab verildi!
    Həzrət Əli (ə) öz qoşununa hazır qalıb döyüşə başlamamaq göstərişi verdi. Əmr etdi ki, ox atılmasın, qılınc çəkilməsin, nizə işə salınmasın.
    Həzrət Əlinin (ə) şücaətli komandanı İbn Bədil Bəsrə qoşunu tərəfindən öldürülmüş qardaşının cəsədini gətirib ərz etdi: "Ya Əmirəl-möminin (ə)! Nə vaxtadək səbr edək? Onlar bizi tək-tək öldürür, biz isə tamaşa edirik!”
    Sonra başqa bir döyüşçünün cəsədini gətirdilər. Onu oxla şəhadətə yetirmişdilər. Amma Əli yenə vuruşa başlamadı. O Allaha üz tutub dedi: "Pərvərdigara! Özün şahid ol!” Sonra qoşuna müraciətlə buyurdu: "Bu camaata rəhm edin!” Həzrət silahını yerə qoyub, peyğəmbərin miniyinə süvar oldu və meydana çıxıb fəryad çəkdi: "Ey Zübeyr! Yanıma gəl.” Zübeyr tam silahlanmış vəziyyətdə meydana çıxdı. Ayişə Əlinin (ə) Zübeyri meydana çağırdığını eşidib dedi: "Ey vay, bacım Əsma dul qaldı!” Zübeyr Ayişənin bacısının əri idi. Ayişəyə dedilər ki, Əli (ə) meydana silahsız gəlib narahat olma. Əli (ə) meydanda Zübeyri qucaqladı. Ondan soruşdu: "Nə üçün mənə qarşı çıxırsan?” Zübeyr dedi: "Osmanın qanını almağa gəlmişəm!” Həzrət buyurdu: "Allah bizlərdən Osmanın ölümündə iştirakı olanı öldürsün.” Sonra həzrət mehribancasına söhbətə başladı. O, Zübeyrə peyğəmbərin belə bir buyuruğunu xatırlatdı: "Sən Əli ilə vuruşacaqsan və bu işdə zalım özünsən.” Zübeyr dedi: "Allahdan bağışlanma diləyirəm. Bu sözü xatırlasaydım, sənə qarşı çıxmazdım.” İmam (ə) buyurdu: "Ey Zübeyr! Geri dön.” Zübeyr dedi: "Necə qayıdım? Mənim qayıdışımı qorxaqlıq kimi qələmə verəcəklər. Belə bir ləkəni yumaq olmaz.” İmam (ə) buyurdu: "Alçaqlığa cəhənnəm odu əlavə olunmamış geri dön.” Zübeyr qayıtdı. Cəməl qoşunundan uzaqlaşmaq istədikdə oğlu Abdullah fəryad çəkib, "hara gedirsən” soruşdu. Zübeyr dedi : "Övladım! Əbül Həsən Əli unutduğum bir sözü mənə xatırlatdı.” Oğlu dedi: "Doğru deyil, sən Bəni-haşimin qılınclarından qorxursan!” Zübeyr dedi: "Yox, dövranın yaddan çıxardığını yada saldım. Məni qorxaqlığa görə qınayırsan?” Zübeyr əlinə nizə alıb Əli qoşununun sağ cinahına hücum etdi.
    Həzrət Əli (ə) ətrafındakılara buyurdu: "Onu təhrik ediblər. Qabağına çıxmayın, yol verin ötüb keçsin.” Zübeyr sağ cinahın ardınca sol cinaha hücum çəkdi. Növbəti dəfə qoşunun mərkəzinə doğru hərəkət etsə də, qarşısına çıxan olmadı. Zübeyr geri dönüb oğluna dedi: "Qorxaq adam belə edərdimi?!
    Sonra yoluna düzəlib getdi. Həzrət Əlinin düşmənə məhəbbəti öz işini gördü. Görəsən Cəməl qoşunu peyğəmbərin həmin buyruğunun təkcə Zübeyrə aid olmadığını bildimi?! Bəli, Əli (ə) ilə vuruşan hər bir kəs zalım idi!
    Həzrət Əli yenidən meydana çıxdı. Bu dəfə Təlhəni meydana çağırıb soruşdu: "Nə üçün mənə qarşı çıxmısan?” Təlhə bildirdi ki, Osmanın qanını almaq üçün gəlib. Həzrət buyurdu: "Bu işdə müqəssir olanımızı Allah öldürsün. Eşitməmisənmi, Peyğəmbər (s) "Pərvərdigara, Əlinin dostuna dost, düşməninə düşmən ol” deyə dua edib? Məgər mənə beyət edib onu birinci pozan sən deyilsən? Allah buyurur ki, əhdi pozan öz zərərinə pozur.”("Ali-imran”, 37 ) Təlhə peşiman olub dedi: "Allahdan bağışlanma diləyirəm.” Sonra dönüb getdi. Mərvan ibn Həkəm Təlhənin savaş meydanını tərk etmək istədiyini görüb ona doğru bir ox atdı. Təlhə Bəsrə qoşununa xəbərdarlıq fürsəti tapmamış qətlə yetirildi.
    İmam öz qoşununa üz tutub buyurdu: "Cəməl qoşununu məğlub etdiyimiz vaxt yaralıları öldürməyin, əsirləri qətlə yetirməyin, qaçanları qovmayın, kimsənin ayıb yerini açmayın, öldürdüyünüzün qulaq və burnunu kəsməyin. Kimsənin malını talamayın. Yalnız meydanda qalan sizindir.
    Həzrət düşmənin məğlub olacağına əmin idi. Bununla belə hücum əmri vermirdi. Cəməl qoşunu imamın ordusuna hücuma keçdi. Yalnız bundan sonra hücum əmri verildi. Cəməl qoşunu rəzil bir məğlubiyyətə uğradı... Bəli, budur Əli, budur Əlinin (ə) düşmənə mərhəməti, budur həzrətin savaş meydanında rəftarı! Məgər bəşər tarixində öz düşmənləri ilə bu sayaq rəftar edən ikinci bir şəxs varmı?!
    Sİffeyn savaşı
    Siffeyn Fərat çayının kənarında yerləşirdi. Həzrətin qoşunu həmin yerə çatdığı vaxt ona təklif olundu ki, suyun yolunu Müaviyə qoşununun üzünə bağlasın. Amma həzrət bu təklifi qəbul etmədi. Fürsəti qənimət sayan Müaviyə suyun yolunu bağlayıb Əli qoşununu susuz saxlamaq istədi.
    Həzrət Əli (ə) qoşuna əmr verib suyun yolunu açdı. Amma yenə icazə vermədi ki, suyun yolu düşmənin üzünə bağlansın.
    Siffeyn savaşı 17 ay uzandı. Əli (ə) uzun müddət ümumi hücum əmri vermədi. O ümid edirdi ki, şamlılar peşiman olub geri dönər və imkan həddində az qan axıdılar.
    Nəhrəvan savaşı
    Xəvaric haqqında bunu deyə bilərik ki, bu dəstəyə daxil olanlar Əli (ə) ilə düşmənçilik xəstəliyinə tutulmuşlar. Düşmənçilik üçün hansısa səbəb olmalıdır. Xəvaricin Əli (ə) ilə düşmənçiliyi üçün isə heç bir səbəb yox idi. Bu adamlar yalnız həzrət Əlini (ə) öldürmək haqqında düşünürdülər.
    Siffeyn savaşında Xəvaric həzrət Əlinin (ə) tərəfindən vuruşurdu. Amma qələbə saatı yaxınlaşan məqam Əlinin (ə) üstünə qılınc çəkib, savaşı dayandırmağı tələb etdilər. Onlar Əlinin (ə) təyin etdiyi hakimi qəbul etməyib, bu iş üçün onun düşmənini seçdilər.
    Xəvaric Müaviyənin də düşməni idi. Onlar Müaviyə ilə əqidə düşməni olsalar da, öz cəhalətləri ilə ona kömək edirdilər. Onlar qələbəyə ən yaxın anda həzrəti danışıqlar aparmağa məcbur etdilər. Danışıqları aparan hakimlərin xəyanəti üzə çıxdıqda Əli (ə) ilə daha artıq düşmənçiliyə başladılar. Xəvaric aşkarda və gizlində həzrəti təhqir edirdi. Həzrət uzun müddət onların hərəkətlərinə göz yumdu. Amma həzrət Əlinin (ə) ətrafındakılar tələb edirdilər ki, Xəvariclə sərt rəftar olunsun. Həzrət isə belə buyururdu: "Suallarına cavab verək, beytül-maldan haqlarını kəsməyək, məscidin qapılarını üzlərinə bağlamayaq. Əgər üstümüzə gəlsələr cavab verərik.
    Nəhayət, Xəvaricin gizli xəstəliyi üzə çıxdı. Onlar Əlini (ə) qalib vəziyyətdə görə bilmədiklərindən Kufəni tərk etdilər. Həzrət Əli (ə) Nəhrəvana üz tutmuş xəvarici azad buraxdı. Müaviyənin üstünə getdiyi vaxt onları da bu işə qoşulmağa çağırdı. Xəvaric nəinki həzrət Əlinin (ə) təklifini qəbul etmədi, hətta onu savaşa çağırdı. Amma Əli (ə) onlara göz yumub Şama üz tutdu.
    Həzrət Əliyə (ə) təklif olundu ki, Xəvaricin işini bitirib Şama getsin. Amma həzrət bu təklifi qəbul etmədi. Həzrət Əlinin (ə) qoşunu yola çıxdı. Xəbər gəldi ki, Xəvaric xalqı Əlini (ə) lənətləməyə çağırır, bu işi görməyənləri qətlə yetirir. Həzrət Nəhrəvana üz tutdu. Uzun-uzadı nəsihətdən sonra bəziləri tutduğu yoldan əl çəkdi. Onlar Müaviyənin sanki beşinci sütunu idilər. Əli (ə) ilə savaş fikrindən daşınanlar Kufəyə qayıtsalar da, öz düşmənçiliklərini davam etdirirdilər.
    Nəhrəvanda Xəvaricin özəyinə zərbə vuruldu, fikrindən daşınmayanlar öldürüldü. Onlar ölümü Əli (ə) ilə yaşamaqdan üstün tutdular. Amma həzrət Əlinin (ə) ilk döyüşçüsü qətlə yetiriləndək Xəvaricə hücum əmri verilmədi.("Əl-mənaqib”, 2-76; "Biharul-ənvar”, 41-30, bab 102 )
    Arpa çörəyi və turş qatıq
    Səvid ibn Ğəflə deyir: İqamətgahında olduğu vaxt həzrət Əlinin görüşünə getdim. Həzrətin süfrəsində qatıq vardı. Qatıq o qədər turşumuşdu ki, qoxusu uzaqdan duyulurdu. Əlindəki arpa çörəyində arpanın qabıqları görünürdü. Həzrət əlindəki çörəyi bəzən dizi ilə sındırırdı. Həmin vaxt kənizi Fizzəyə dedim: "Bu yaşlı adamla nə üçün belə rəftar edirsiniz? Allahdan qorxmursunuz? Arpanı necə üyüdürsünüz ki, onda qabıq görünür? Fizzə dedi: "Özü istəyib ki, belə üyüdək!” Həzrət soruşdu ki, ona nə deyirsən? Əhvalatı ona danışdım. Həzrət buyurdu: "Atam-anam fəda olsun o kəsə ki, dünyadan gedənədək onun üçün buğda üyüdülmədi, üç gün ardıcıl buğda çörəyi yemədi!”("Fəth”, 10 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 875 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024