İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:47 PM
    Həzrət Əli (ə) ilə bir gün
    Bəsrə əhlindən olan Əbu Mətr deyir: Kufə məscidindən çıxanda arxadan bir kişi nida çəkdi: "Əgər müsəlmansansa, libasını qaldır, saçını qısalt.”
    Onun arxasınca getdim. Əynində rida vardı. Üzünü niqabla örtmüşdü. Bədəvi ərəblər tək əlində qamçı tutmuşdu. Bu adamın kimliyini soruşdum. Bir şəxs dedi: "Deyəsən qəribsən? Dedim: "Bəli, Bəsrədənəm.” Dedi: "O Əmirəl-möminin Əlidir (ə).” Onun arxasınca getdim. Dəvə bazarının yerləşdiyi Bəni-mühit məhəllinə çatanda buyurdu: "Satın, amma and içməyin. And bərəkəti aradan qaldırır.” Sonra xurma bazarına gedib yol kənarında ağlayan kənizdən göz yaşlarının səbəbini soruşdu. Kəniz ərz etdi: "Bu kişidən aldığım xurmanı ağam bəyənməyib. O isə geri qaytarmaq istəmir. İmam satıcıya buyurdu: "Xurmanı geri götür, pulunu qaytar. O xidmətçidir, ixtiyar sahibi deyil.” Həmin şəxs imamı geri itələdi. Soruşdum ki, onu tanıyırsanmı. O Əmirəl-möminin Əli ibn Əbi Talibdir (ə).” Kişi cəld xurmanı kənizdən aldı və pulunu qaytardı. Sonra həzrət Əliyə (ə) ərz etdi: "Məndən razı qalmağını istəyirəm.” Həzrət buyurdu: "Xalqın haqqını lazımınca ödəsən məni daha çox razı salmış olarsan!”
    Sonra xurma satanların arasından ötərək onlara buyurdu: "Xurmadan yoxsullara verin ki, Allah qazancınızı bərəkətli buyursun.” Yoluna davam edib balıq satanlara çatdı. Ətrafdakı müsəlmanlara üz tutub buyurdu: "Diqqətli olun, suda ölmüş balığı satmaq qadağandır.”
    Daha sonra köynək satılan bir dükana girib buyurdu: "Üç dirhəmlik bir köynək istəyirəm.” Dükan sahibinin onu tanıdığını hiss edib oradan uzaqlaşdı. Başqa bir dükana üz tutdu. Üç dirhəmlik bir köynək alıb əyninə geyindi. Allah dərgahına üz tutub şükr etdi. Həmd olsun Allaha, mənə yaxşı libas əta etdi. Bu libasla eyibimi örtüb bəzəndim. Ona dedilər: "Ya Əmirəl-möminin! Bu öz sözünüzdür, yoxsa peyğəmbərdən eşitmisiniz?” Buyurdu: "Həzrət Peyğəmbər (s) geyinəndə belə deyərdi. Həmin vaxt köynək satan şəxsin atası dükana çatdı. Ona bildirdilər ki, oğlun Əmirəl-mömininə üç dirhəmə köynək satdı. Kişi oğlunu danladı ki, nə üçün iki dirhəmdən çox alıb? Kişi bir dirhəm götürüb, özünü Əmirəl-mömininə yetirdi. Dedi: "Bu bir dirhəmi al.” Köynəyin qiyməti iki dirhəm idi.” Həzrət buyurdu: "Razılığımla satıb, razılığı ilə almışam.”(Rahe-Əli”, 53 )
    Təəccüblü əvəz
    Hicrətin səkkizinci ili Peyğəmbər (s) Məkkəni fəth etdi. Əmirəl-möminin (ə) bütləri sındırıb, Allah evinə tövhid paklığını qaytardı. Peyğəmbər (s) ətrafda bütlərin məhvi üçün təbliğ dəstələri göndərirdi. Bu dəstələrin işi müharibə yox, yalnız təbliğat idi. Xalid ibn Vəlid də təbliğ üçün göndərilmişdi. Onu Bəni-cəzimə qəbiləsi silahla qarşıladı. Xalid tabe olmaq istəməyən bu qəbiləyə qarşı zor işlədib istədiyi adamı öldürdü. Xəbər Peyğəmbərə çatanda həzrət Allah dərgahına üz tutub dedi: "Pərvərdigara! Mən Xalidin bu işindən narazıyam.”
    Sonra Peyğəmbər (s) həmin qəbiləni razı salmaq üçün Əlini (ə) göndərdi. Həzrət Əli (ə) qəbilədən alınan malları qaytardı, öldürülənlərə görə diyə ödədi...(Kəşəful-yəqin”, 86 )
    Qızdırılmış dəmir
    Müaviyə Əqildən qızdırılmış dəmir əhvalatı haqqında soruşdu. Əqil dedi: "Əlim çox aşağı idi. Aclıq tamam haldan salmışdı. Uşaqlarımı yığıb qardaşım Əlinin (ə) yanına getdim. Buyurdu ki, axşam gələrsən bir şey verərəm. Oğlanlarımdan biri əlimdən tutub axşam vaxtı onun yanına apardı. Oğlumu bayıra çıxarıb mənə dedi: "Al bunu!” Mənə pul kisəsi uzatdığını düşünüb, dərhal əlimi uzatdım. Mənə uzatdığı qızmış dəmir parçasını əlimə alan kimi yerə atdım. İnək qəssabın əlində nərildədiyi kimi nərildədim. Əli (ə) dedi: "Anan əzanda ağlasın! Bu dəmiri dünya odu qızdırıb. Bəs Qiyamət günü məni cəhənnəm zənciri ilə buxovlasalar, halım necə olacaq!” Sonra "Ğafir” surəsinin 71-ci ayəsini oxudu. Əlavə etdi: "Məndə Allahın vacib buyurduğundan artıq haqqın yoxdur!” Müaviyə heyrətə gələrək dedi: "Qadınlar dünyaya belə oğul gətirməyib.”
    Misilsiz zöhd
    Müaviyə ibn Əmmar nəql edir ki, İmam Sadiq (ə) həzrətin dilindən belə buyurdu: "Nə vaxt Əlinin (ə) qarşısına ikisi çıxdısa, onlardan çətinini seçdi. Ey Kufə əhli! Bilirsinizmi ki, şəhərinizdə hakim olduğu vaxt Mədinədəki qazancından yeyər, arpa çörəyini yumşaltmasınlar deyə kisəyə qoyub ağzını möhürləyərdi. Dünyada Əlidən zahidi kimi olub.”
    Quru çörək və turş qatıq
    Nəzr ibn Mənsur Əqəbə ibn Əl-Qəmədən belə rəvayət edir: Kufədə Əlinin (ə) evinə getmişdim. Süfrəsindəki turş qatığın qoxusu mənə əziyyət verirdi. Nə üçün belə qidalandığını soruşdum? Həzrət buyurdu: "Peyğəmbər (s) bundan da quru çörək yeyər, bundan da cod paltar geyərdi. Qorxuram ki, onun kimi rəftar etməsəi ondan ayrı düşəm!”("Kəşful-ğəmmə”, 1-163; "Biharul-ənvar”, 40-331, bab 98, hədis 14  )
    Kəramət və isar zirvəsi
    Cəməl savaşında həzrətlə birlikdə on iki min döyüşçü vardı. Savaş başa çatdıqdan sonra həzrət göstəriş verdi ki, Bəsrə malı döyüşçülər arasında bölüşdürülsün. İmam özü də adi bir döyüşçü kimi beş yüz dirhəm götürdü. Döyüşdən qayıdarkən bir şəxs onun qarşısını kəsib dedi: "Ya Əmirəl-möminin (ə), döyüşdə iştirak edə bilməsəm də qəlbim sizinlə olub. Mənə də bir pay ver.” Həzrət öz payını həmin şəxsə verib evə əliboş döndü.(Əlsirətun-nəbəviyyə”, 2-430 )
    Güzəşt
    Bir gün Əmirəl-möminin (ə) yaxınları ilə birlikdə əyləşmişdi. Onların arasında təəssübkeş bir xəvaric də vardı. Həzrət yaxınlarına öyüd-nəsihət verirdi. Hətta xəvaric də həzrətin yaxınlarının təsiri altına düşmüşdü. Bununla belə qəlbindəki kin-küdurət səbəbindən dedi: "Çox düşüncəli və biliklidir. Allah küfrünə görə onu öldürsün!” Həzrətin yaxınları bu şəxsi yol verdiyi təhqirə görə öldürmək istədilər. Həzrət buyurdu: "Möhlət verin, sakitləşin. Təhqirin cavabı təhqir, ya da güzəştdir.”("Əl-ğarat”, 1-55 )
    Günah əhlinin abrının qorunması
    Əmirəl-möminin (ə) bütün dövlət imkanlarından faydalandığı vaxt çalışırdı ki, təklikdə günahını etiraf edəni adam arasında cəzalandırıb rüsvay etməsin, tövbə yolu ilə keçilsin.
    Bir gün hamilə bir qadın həzrətin hüzuruna gəlib dedi: "Ya Əmirəl-möminin (ə)! Mən zinaya yol vermişəm. Məni cəzalandırıb paka çıxar. Dünya cəzası Qiyamət cəzasından yüngüldür.” Həzrət buyurdu: "Bu işi görəndə ərin vardı, yoxsa yox? Qadın dedi: "Bəli, ərim vardı.” Əli (ə) buyurdu: "Ərin yanında idi, yoxsa səfərdə?” Qadın dedi: "Yanımda.” "Həzrət buyurdu: "Get bətnindəkini doğandan sonra gəl, səni cəzalandırım.” Qadın gedəndən sonra imam dedi: "Pərvərdigara! Bu şəhadətdir!” Bir müddət sonra qadın yenidən gəlib dedi: "Bətnimdəkini doğdum, indi məni cəzalandırıb paka çıxar.” Həzrət özünü bilməməzliyə vurub buyurdu: "Ey kəniz! Nədən danışırsan?” Qadın birinci görüşdə dediklərini təkrarladı. Həzrət buyurdu: "Get, iki il övladına süd ver, sonra gələrsən.” Qadın getdi. İmam dedi: "Pərvərdigara, bu ikinci şəhadətdir.” İki il ötdü, qadın üçüncü dəfə həzrətin görüşünə gəldi. Həzrət yenə özünü bilməməzliyə vurdu. Qadın öncə dediklərini yenidən təkrarladı. Həzrət buyurdu: "Get övladını böyüt. Nə vaxt özü yeyə bilsə, yıxılıb quyuya düşəcək yaşı ötsə, gələrsən.” Qadın ağladı. Həzrət dedi: "Pərvərdigara! Bu üçüncü şəhadət oldu.” Qadın həzrətin yanından çıxarkən Əmr ibn Haris Məxzumi onunla rastlaşdı. Qadından nə üçün ağladığını soruşdu. Qadın başına gələnləri danışdı. Qadın dedi: "Qorxuram ölümüm çata, paklanmamış dünyadan gedəm.” Əmr ibn Haris ona dedi: "Get Əliyə (ə) de ki, övladımı himayəyə götürən var.” Qadın dördüncü dəfə Əmirəl-mömininin (ə) görüşünə gəldi. Əhvalatı ona danışdı. İmam özünü bilməməzliyə vurdu. Qadın dördüncü dəfə bütün baş verənləri təkrarladı. Həzrət üzünü göyə tutub dedi: "Pərvərdigara! Bu qadın dörd dəfə özünə qarşı şəhadət verdi. Sən öz peyğəmbərinə buyurmusan ki, cəzanı saxlayan səninlə düşməndir. Mən sənin hökmünü pozmuram, sənə və peyğəmbərinə itaət edirəm.” Əmr ibn Haris narahatçılıqdan imamın çöhrəsinin qızardığını gördü. Əmr dedi: "Ya Əmirəl-möminin (ə)! Mən yalnız körpəyə himayədarlıq etmək istədim. Elə düşündüm ki, bu sizə xoşdur. Əgər istəmirsinizsə bu işi görməyim.” İmam buyurdu: "Dörd şəhadətdən sonra ?! İmam qadını cəzalandırmaq üçün əhalini Kufədən kənara dəvət etdi. Qadın cəza yerinə gətirildi. Əmirəl-möminin (ə) hökmü yerinə yetirdi.
    Pisliyə yaxşılıqla cavab
    Ayişə Əmirəl-möminin (ə) və Əhli-beytin ən qatı düşmənlərindən idi. Belə ki, həzrət onun düşmənçiliyini dəmirçi qazanının qaynamasına oxşadırdı.(Şərhi-nəhcül-bəlağə”, 1-249 )
    Həzrət Bəsrə savaşını alovlandıranların hücumunu dəf etmək üçün Zi-qara çatanda Ayişə Ömərin qızı Həfsəyə Əliyə (ə) təhqirlər ünvanlanmış məktublar göndərdi: "Əli (ə) Zi-qara çatdı. Böyük qorxu içindədir. Qoşunumuzun çoxu bundan xəbərdardır. İndi o qırmızı-ağ at kimi qalıb. Önə gəlsə əsir düşəcək, geri çəkilsə öldürüləcək.” Məktub Həfsəyə çatanda o kənizləri başına yığıb çalıb-oxumağa başladı. Əmirəl-mömininə (ə) həcvlər ünvanlandı. İslam düşmənlərinin qadın-qızları da onlara tamaşa edirdi. Əmirəl-mömininin qızı Ümmü-Gülsüm əhvalatdan xəbər tutdu. Həmin məclisə gəlib dedi: "Əgər bu gün atama qarşı qiyam qaldırmısınızsa, bir gün də onun qardaşı peyğəmbəri incidirdiniz!” Həfsə pərt olub kənara çəkildi və məclis dağıldı.("Nəhcül-bəlağə”, 880, hikmət 412; "Biharul-ənvar”, 33-434, bab 26, hədis 643 )
    Ayişə nəhayət Əmirəl-mömininlə düşmənçiliyini üzə çıxardı. O öz əlaltılarına ən çirkin göstərişləri verirdi. Əmirəl-mömininin (ə) varisi Osman ibn Hünəyfi ağır işgəncələrə məruz qoyub, başının və saqqalının tüklərini yoldurdu. Ayişənin əmri ilə Əmirəl-möminini (ə) əyalətdəki beytül-malı qoruyan əsgərlərinin başı kəsildi.(Bax: "Nəhcül-bəlağə”, 343, xütbə 155 )
    Savaş alovu yatdıqdan sonra Ayişənin şeytani arzuları puça çıxdı. Amma Əmirəl-möminin (ə) ondan əvəz çıxmayıb, qırx nəfər qadının müşayiəti ilə Ayişəni Mədinəyə göndərdi. Məhəmməd ibn Əbu Bəkrə əmr etdi ki, bacısını tək buraxmasın.
    Ayişə yol boyu Əmirəl-mömininin (ə) ünvanına təhqirlər yağdırdı: "Əli məni kişi döyüşçülərə təhvil verdi!” Amma Mədinəyə çatdığı vaxt Ayişə gördü ki, onu müşayiət edən qırx döyüşçü əslində kişi paltarı geymiş qadınlar idi. Bəli, Əli (ə) Ayişənin bütün pisliklərinə yaxşılıqla cavab verdi!
    İbn Əbil-Hədid Mötəzili tanınmış sünni alimlərindəndir. O Əmirəl-möminin Əlini (ə) Ömərlə müqayisə edərək deyir: "Əli (ə) Cəməl savaşı başa çatdıqdan sonra Ayişəyə ehtiram göstərdi, onun məqamını qorudu. Əlinin (ə) yerinə Ömər olsaydı və Ayişədən belə bir münasibət görsəydi, onu həbs edər, öldürər, cəsədini parçalayardı. Amma Əli (ə) səbirli və böyük idi!”("Şərhi Nəhcül-Bəlağə”, 14-13 )
    Kəramətlərin təcəssümü
    Dərdli bir yoxsul Əlinin (ə) hüzuruna gəlib dedi: "Mənim üç xəstəliyim var: cismani xəstəlik, yoxsulluq və cəhalət.” Həzrət buyurdu: "Ey ərəb qardaş! Bədəninin xəstəliyini görə təbibə, cəhalətə görə alimə, yoxsulluğa görə varlı birinə müraciət etməlisən.” Ərəb dedi: "Sən həm təbibsən, həm alimsən, həm də səxavətlisən!” Əmirəl-möminin (ə) göstəriş verdi ki, ona beytül-maldan üç min dirhəm pul versinlər.” Ona dedi: "Min dirhəm xəstəliyin üçün, min dirhəm yoxsulluğun üçün, min dirhəm də cəhalətin üçün!”("Əl-kamil”, 3-215 )
    Gəncin halı nəzərə alındı
    Əmirəl-möminin böyük İslam məmləkətinə rəhbərlik etdiyi vaxt Qəmbərlə birlikdə parça satan gəncin yanına gəldi. Soruşdu: "Sizdə beş dirhəmə iki ədəd köynək olarmı?” Cavan dedi: "Bəli, onlardan biri o birindən yaxşıdır. Biri üç dirhəmədir, o biri iki dirhəmə.” Həzrət buyurdu: "Hər iki köynəyi ver.” Gənc oğlan köynəkləri gətirəndən sonra Qəmbərə buyurdu: "Üç dirhəmlik köynəyi götür!” Qəmbər dedi: "Ya Əmirəl-möminin (ə)! Siz minbərə çıxırsınız, xalq üçün xütbə oxuyursunuz.” Həzrət buyurdu: "Ey Qəmbər! Sən cavansan. Cavanlıq həvəsin var. Mən Allahdan utanıram ki, özümü səndən üstün tutum! Peyğəmbər (s) buyurub ki, nə geyirsinizsə, qulamlarınıza da geyindirin, nə yeyirsinizsə qulamlarınıza da yedirin. Sonra həzrət iki dirhəmlik köynəyi geyindi. Gördü ki, köynəyin qolu uzundur. Gənc satıcıya buyurdu: "Bunun artığını kəs.” Satıcı onun artığını kəsdi...("Şərhi Nəhcül-bəlağə”, 17-254 )
    Hökumət məmurlarına mühüm göstəriş
    Əbdürrəhman ibn Süleyman deyir: İmam Sadiq (ə) buyurdu: "Əmirəl-möminin (ə) zəkat yığmaq üçün kufəli bir şəxsi Kufə çölünə göndərdi. Buyurdu: "Ey Allahın bəndəsi, Allahdan qorx, dünyanı axirətdən üstün tutma! Sənə verilən əmanəti qoru, Allahın haqqını hifz et... Göndərildiyin yerə çatanda oranın qövmünə salam verib söylə: "Ey Allahın bəndələri! Məni Allahın vəlisi göndərib. Gəlmişəm ki, Allahın haqqını alam. Mülkünüzdə Allahın haqqı varmı?” Əgər bir şəxs desə ki, öhdəsində Allah haqqı yoxdur, ona təkrar söyləmə. Varlı adam mülkündə Allah haqqı olduğunu bildirsə, onu qorxutmadan, heç bir mükafat vəd etmədən onunla get. De ki, ey Allahın bəndəsi, mənə icazə verirsənmi mülkünə daxil olum? Əgər desə ki, daxil ol, hökm sahibi kimi daxil olma. İxtiyarına verilən malı iki hissəyə böl, sahib hansı hissəni istəyirsə götürsün. Beləcə, Allahın haqqına çatanadək onları iki yerə bölməkdə davam et. Əgər bölgünü bəyənməsə, qəbul et. Böldüklərini bir-birinə qat və yenidən başla. Allahın haqqını alandan sonra yalnız xeyirxah, müsəlman, canıyanan, əmanətdar, etibarlı adamı özünə vəkil et. Sonra hansı qəbilədən bir şey gəlsə onu yubanmadan göndər. Onları Allahın hökm verdiyi yerdə saxla. Göndərdiyin adama tapşır ki, dəvəni balasından ayırmasın, südünü tamam sağmasın ki, balası ac qala. Ona süvar olmaqla yormasın, su kənarından keçdikdə onları suvarsın, istirahət vaxtı onları otluqdan quraqlığa qovmasın, beləcə, onları üzülmüş yox, Allahın istədiyi şəkildə bizə çatdırsın. Ondan sonra Allah və peyğəmbərin sünnəsi əsasında bu mal bölünər.
    Belə rəftar etsən mükafatın böyük olar və xeyir taparsan. Allah onları və səni, səni göndərən şəxsə görə canıyananlığına xatir qoruyar.
    Peyğəmbər (s) buyurur: "Allah imamına xatir çalışıb zəhmət çəkənə yalnız ilahi yaxınlıq məqamında bizimlə olduğu halda nəzər salar.”(Cameul-əxbar”, 138)
    Məzlumun müdafiəsi
    İmam Baqir (ə) buyurur: "Əmirəl-möminin (ə) çox isti bir gündə evinə gedərkən yolda ərindən şikayətlənən bir qadın gördü. O deyirdi ki, əri onu döyəcəyinə and içib. Həzrət buyurdu: "Ey Allahın kənizi! Səbr et hava sərinləşsin, mən Allahın razılığı üçün səninlə gedərəm.” Qadın dedi: "Yubansam ərim daha çox qəzəblənər.” Həzrət buyurdu: "And olsun Allaha! Məzlumun haqqını alanadək (evə getmərəm)! Evin haradadır?” Qadın yolu göstərdi. Həzrət Əli qadınla birlikdə onun evinə üz tutdu. Qapının kənarında dayanıb dedi: "Salam olsun sizə!” Evdən bir gənc çıxdı. Həzrət buyurdu: "Ey Allahın bəndəsi! Allahdan qorx, sən bu qadını qorxudub evdən qovmusan.” Gənc dedi: "Bu məsələnin sənə aidiyyatı yoxdur. And olsun Allaha, danışdığı sözlərə görə onu odda yandıraram!” Əmirəl-möminin (ə) buyurdu: "Mən səni yaxşılığa dəvət edir, pislikdən çəkindirirəm. Sən isə mənimlə pis davranırsan.” Həmin vaxt yoldan ötənlər ayaq saxladı. Onlar Əmirəl-mömininə (ə) salam verirdilər. Gənc oğlan Əmirəl-möminin adını eşidib həzrətin əlindən tutdu və dedi: "Ya Əmirəl-möminin (ə)! Səhvimi bağışla! And olsun Allaha, zövcəm üçün torpaq olaram, üstümdən keçər.” Həzrət buyurdu: "Ey Allahın kənizi! Evinə daxil ol, ərini bu vəziyyətə gətirmə!”("Əl-ğarat”, 1-65; "Biharul-ənvar”, 100-93, bab 1, hədis 9 )
    Həzrət Zəhranın (s.ə) əxlaqi səciyyələri
    Bir qeyd
    Bəzən insanlar özündən sonra heç bir iz qoymur, ad-sansız dünyasını dəyişir. Bəzən isə fərqli həyat tərzi yaşayanlar öləndən sonra unudulur. Amma bir zümrə insanlar həyatları boyu iz qoyurlar. Belələrinin tarixi varlığı üç növ ola bilər: maddi-eyni tarixi vücud, feli-rəftari tarixi vücud, nəzəri tarixi vücud.
    Maddi tarixi vücud müxtəlif şəkillərdə gerçəkləşir. İnsan dünyasını dəyişdikdən sonra onun nəsli, məzarı, sənətkarlıq əsərləri qalır. Feli-rəftarı tarixi vücud insandan sonra qalan adət və rəftarlar olur. Dini ədəbiyyatda bu sayaq ənənələr "sünnə” adlanır. Nəzəri tarixi vücud insandan sonra onun əqidəsinin yaşamasıdır. Belə ki, o dünyasını dəyişdikdən sonra onun düşüncə və baxışları özündən sonrakılara təsir edir. Bəli, bəziləri bu yönümlərdən birində, bəziləri isə hər üç yönümdə təsirli olur. Xanım Zəhra (s.ə) hər üç yönümdə öz şəxsiyyətini təsdiqləmişdir:
    1. Maddi yönüm
    Bu xanımın özündən sonra təqribən əlli milyon övladı dünyaya gəlmişdir. Onlar arasında məsum imamlar, saleh insanlar var. Tarixdə elə bir qadın yoxdur ki, ondan sonra bu sayaq nəsil qalmış olsun.
    Xanım Zəhra (s.ə) məzarı baxımından da qeyri-adi məqama malikdir. Sədi, Hafiz, Əbu Əli sina, Şah Cahan, Nur Cahan öz məzarları ilə də tanınmaqdadırlar. Xanım Zəhranın (s.ə) məzarı məlum olmadığı halda bu yönümdən insanların diqqət mərkəzindədir.
    Xanım Zəhranın (s.ə) maddi zühuru olduqca əhatəlidir. Belə ki, Fatimilər xanım Fatimənin adına Afrikada hökumət qurdular. Nasir Xosrov Ərəbinin "Fatimiyəm, Fatimiyəm, Fatimi” şüarı həmin maddi hüzurun göstəricilərindəndir. Ustad Mahmud Əqqad "Fatimə və Fatimilər” adlı kitabında Fatimilər dövləti haqqında danışır. Sünnə əhlinin ən böyük elmi mərkəzi olan Əl-əzhər Misir Fatimiləri tərəfindən xanım Zəhranın (s.ə) xatirəsinə təsis olunmuşdur.
    2. Nəzəri yönüm
    Nəzəri baxımdan da xanım Fatimənin özünə (s.ə) məxsus məqamı vardır. Bu yönüm iki baxımdan diqqəti cəlb edir: Əvvəla xanım Zəhradan (s.ə) böyük bir maarif miras qalmışdır. Digər bir tərəfdən xanım Fatimənin elmi yönümü ilə bağlı araşdırmalar sərhəd tanımır. Bu maarif zaman və məkanın fövqündədir. Xanımın əzəməti istənilən bir vaxtda, istənilən bir yerdə, istənilən bir məzhəb nümayəndəsinin düşüncəsini təsiri altına alır.
    "Fatimətuz-Zəhra” kitabının müəllifi (Əli Məhəmməd Əli) müxtəlif məzhəb alimləri tərəfindən tərtib olunmuş 44 əlyazma kitabın adını qeyd edir. Bundan əlavə, xanımın şəxsiyyəti ilə bağlı çapdan çıxmış 29 kitab adı sadalanır. "Fatimətuz-Zəhra” kitabı miladi 1980-ci ildə çapdan çıxmışdır. Həmin vaxtdan bu günədək xanım Fatimənin şəxsiyyəti ilə bağlı saysız-hesabsız kitablar nəşr olunmuşdur. Müəllif öz kitabında xanım Fatimənin (s.ə) şəxsiyyətindən danışan üç yüz mənbənin adını qeyd edir.
    Hicri-qəməri 1387-ci ildə Nəcəfdəki "Əl-elminul-ammə” kitabxanası xanım Fatimə (s.ə) haqqında yazılmış ən yaxşı üç kitab üçün mükafat təyin etdi. Bu müsabiqəyə on dörd kitab təqdim olunmuşdu. Birinci mükafat livanlı məsihi yazıçı Süleyman Kətaniyə verildi. İkinci mükafatı Əbdüz-Zəhra Osman Məhəmməd, üçüncü mükafatı Fazil Milani Hüseyni almışdır.
    Bu məqamda fransız şərqşünası Karluye Masinyonun adını çəkmək lazım gəlir. Bu şəxs xanım haqqında milyonlarla qeyd götürərək uyğun mövzuda ən böyük əsəri yazmaq qərarına gəlmişdir. Onun ölümündən sonra Lyuqarde və bir neçə başqa fransız mütəxəssisi müəllifin qeydləri əsasında kitab tərtib etmişlər. Fransız alimləri arasında xanım Zəhra (s.ə) ilə bağlı mühüm kitablardan biri professor Hanri Qarbona məxsusdur. Alim öz kitabında xanım Fatimənin (s.ə) həyatını dəqiqliklə izləyərək danışır.
    Xanım Zəhranın (s.ə) mirasları haqqında çox söz var. Əlbəttə ki o olduqca qısa ömür yaşamasaydı, bəşəriyyət üçün daha böyük miras qoyardı. Xanım cəmi on səkkiz il yaşamasına baxmayaraq özündən sonra üçün böyük iz qoymuşdur.
    Sünnə əhlinə məxsus "Məsnədi-Fatimətuz-Zəhra” mənbəsi həm həcm, həm də məzmun baxımından ən üstün sünni mənbələrindəndir.
    3. Feli yönüm
    Xanım Zəhranın (s.ə.) feli-rəftarı yönümü insanı heyrətə gətirir! On səkkiz illik ömür yaşamış bu xanım bütün prizmalardan misilsiz nümunə olmuşdur. İmam Mehdi (əc.) onun haqqında buyurur: "Rəsulullahın qızı mənim üçün gözəl nümunədir.”("Əl-ğarat”, 1-75)
    İnsan fenomenini araşdıranların dilində "əsas şəxsiyyət” adlı bir termin var. Bu şəxsiyyətə malik olan insan fərdi məhdudiyyətlərin fövqündə dayanır. Xanım Zəhra (s.ə.) məhz bu məhdudiyyətləri aşaraq mütləq nümunəyə çevrilmişdir.
    Sosioloqlar deyir: Üçüncü dünyada gəncliyin böhranlı vəziyyətinin kökü idealın olmamasıdır. Belə bir məqamda xanım Zəhra (s.ə.) qurtuluş yoludur. Heyrətamiz şəxsiyyətə malik olan bu xanım əhatəli müqəddəsliyə malikdir.
    Maddi çətinliklər qarşısında səbr
    İmam Sadiq (ə) buyurur: "Bir gün həzrət Peyğəmbər (s) xanım Fatimənin evinə daxil oldu. Qızının əynində cod bir paltar vardı. Xanım əl dəyirmanı fırlada-fırlada övladına süd verirdi. Peyğəmbər (s) xanımın bu vəziyyətini görüb kövrəldi. Buyurdu: "Əziz qızım! Dünya çətinliklərinə döz ki, axirət şirinliyinə çatasan.” Fatimə dedi: "Ya Rəsuləllah, nemətlərinə görə Allaha şükr edirəm. Şükr edirəm kəramətlərinə xatir!” Bu vaxt ayə nazil oldu: "Rəbbin tezliklə razı qalasan deyə, sənə bəxşiş verəcək.”("Əl-mənaqib”, 2-106 )
    Allah yolunda infaq
    Salman Farsi bir gün peyğəmbərin göstərişi ilə yenicə müsəlman olmuş ərəbi yedirtmək üçün xanım Zəhranın (s.ə.) qapısına gəldi. Xanım Fatimə (s.ə.) məsələni bilib buyurdu: "And olsun Allaha, Həsən və Hüseyn aclıqdan titrəyə-titrəyə yatdılar. Amma mən xeyiri əldən çıxarmaq istəmirəm. Ey Salman! Bu köynəyi apar yəhudi Şəmunun yanına, xurma və arpa al gətir!” Salman köynəyi yəhudinin yanına apardı və əhvalatı danışdı. Şəmunun gözündən yaş gəldi. Dedi: "Budur dünyada zöhd! Budur Musanın Tövratda xəbər verdiyi!” Yəhudi şəhadət kəlmələrini deyib İslamı qəbul etdi.
    Yəhudi iman gətirdikdən sonra Salmana xurma və arpa verdi. Salman yəhudidən aldıqlarını Zəhranın evinə apardı. Xanım öz əli ilə arpanı üyüdüb, çörək bişirdi. Salman dedi: "Ey peyğəmbər qızı! Bu çörək və xurmadan Həsən və Hüseyn üçün bir qədər götür.” Xanım buyurdu: "Allah yolunda verdiyimizdən istifadə etmərik!”("Biharul-ənvar”, 53-178, bab 31, hədis 9 )
    İstədiyin qədər soruş!
    Bir qadın xanım Zəhranın (s.ə.) görüşünə gəlib dedi: "Qoca anam var, namazda çox səhvə yol verir. Məni yanınıza göndərdi ki, bu barədə soruşum. Xanım buyurdu: "İstədiyini soruş.” Qadın xanım Zəhraya (s.ə.) on sual verdi və hər bir sualına cavab aldı. O çox sual verdiyindən utandı və dedi: "Sizə bundan artıq əziyyət vermək istəmirəm!” Xanım buyurdu: "İstədiyin qədər soruş. Əgər bir şəxsə ağır yükü aparmağı müqabilində min dinar versələr, yorğunluq hiss edərmi? Qadın dedi: "Xeyr.” Xanım buyurdu: "Mən hər cavabıma görə Allahdan qat-qat artıq mükafat alıram və yorulmuram. Atam peyğəmbərdən eşitmişəm ki, Qiyamət günü İslam alimləri xalqın təhsil və hidayəti yolunda nə qədər təlaş göstəriblərsə, qat-qat artıq mükafat alacaqlar.”("Zuha”, 5  )
    Öncə qonşu üçün dua!
    Bəzən xanım Fatimənin (s.ə.) gecə ibadətləri və hönkürtüləri övladlarını yuxudan oyadırdı. İmam Həsən (ə) deyir: "Cümə axşamı anam ibadət mehrabında dayanıb sübhədək rüku və səcdədə qaldı. Özündən savayı hamı üçün dua etdi. Soruşdum ki, anacan, nə üçün özünə bir şey istəmirsən?” Buyurdu ki, oğulcan, öncə qonşu, sonra özün!”
    Xanım Zəhra (s.ə.) övladlarına tez-tez peyğəmbəri xatırladırdı. Atasının tövsiyəsi ilə övladlarını gül dəstəsi bilir, onları Quran və dua öyrənmək üçün peyğəmbərin (s) yanına göndərirdi.("Rahinuş-şəriə”, 1-130; "Biharul-ənvar”, 43-71, bab 3, hədis 61 )
    Quranla ünsiyyət
    Peyğəmbərin (s) əziz qızı Qurani-məcidlə sıx ünsiyyətdə idi. Salman deyir: "Peyğəmbər (s) məni iş ardınca Fatimənin evinə göndərdi. Bir qədər qapıda dayandım ki, salam verim. Xanım Fatimə (s.ə.) Quran oxuya-oxuya dəyirman daşı fırladırdı...”("Muhəccətul-bəyza”, 1-30 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 725 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024