İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1940
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamran
  • Seref
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 10:45 PM
    Bərəkətli boyunbağı
    Cabir ibn Abdullah Ənsaridən rəvayət olunur: Həzrət Peyğəmbər (s) əsr namazını başa vurub camaatla üzbəüz əyləşdi. Əynində köhnə libas olan bir ərəb içəri daxil oldu. O zəiflikdən ayaq üstə dura bilmirdi. Həzrət ondan hal-əhval tutub xoş dindirdi. Kişi dedi: "Acam, məni doyur, çılpağam mənə libas ver, yoxsulam mənə əta et.” Həzrət buyurdu: "Özümün bir şeyim yoxdur. Amma xeyirə çağıran, xeyir iş görən kimidir. Get o adamın evinə ki, Allahı və peyğəmbəri sevir, Allah və peyğəmbər də onu dost tutur. Get Fatimənin (s.ə.) evinə!” Sonra Bilala tapşırdı ki, bu şəxsi Fatimənin evinə aparsın. Qoca kişi Bilalla birlikdə yola düşdü. Fatimənin evinə çatanda uca səslə dedi: "Salam olsun sizə ey peyğəmbər əhli-beyti! Ey mələklərin gəliş-gediş yeri, Cəbrailin nazil olduğu məqam...” Xanım Fatimə (s.ə.) onun salamını aldı, kimliyini soruşdu. Dedi: "Bədəvi ərəbəm. Atanın yanına uzaq yol gəlmişəm. Ey peyğəmbər qızı! Mən çılpaq və acam. Mənə lütf göstər. Allah sizin hamınıza mərhəmət buyursun!” Amma bir neçə gün idi ki, bu evdə yeməyə bir şey yox idi. Peyğəmbər (s) bu məsələdən xəbərdar idi. Xanım Fatimə (s.ə.) Həsən və Hüseynin üzərində yatdığı qoyun dərisini götürüb buyurdu: "Ey qonaq! Bu dərini al, get. Ümid var ki, Allah sənə daha yaxşısını nəsib etsin.” Ərəb dedi: "Ey peyğəmbər qızı! Mən aclıqdan sənə pənah gətirdim, sən mənə qoyun dərisi verirsən! Mən ac vəziyyətdə bu qoyun dərisini nə edim?! Xanım Fatimə (s.ə.) onun bu sözlərini eşidib əmisi qızının ona hədiyyə etdiyi boyunbağını açdı və ərəbə verdi. Buyurdu: "Al bu boyunbağını sat! Ümid var ki, Allah bundan yaxşısını sənə nəsib etsin.” Ərəb boyunbağını alıb peyğəmbərin yanına gəldi. Həzrət hələ də yaxınları ilə əyləşmişdi. Ərəb dedi: "Ey Peyğəmbər (s)! Bu boyunbağını qızın Fatimə verdi. Dedi ki, sat Allah işini sahmana salar. Peyğəmbər (s) ağladı və buyurdu: "Peyğəmbər qızı Fatimə (s.ə.), Adəm qızlarının xanımı sənə boyunbağı veribsə, işin necə sahmana düşməz?!
    Əmmar Yasir ayağa qalxıb dedi: "Ey Allahın rəsulu! İcazə verirsinizmi o boyunbağını mən alım?” Həzrət buyurdu: "Al! Əgər cin və ins bunu almaqda şərik olsalar, Allah onlara cəhənnəm odunu daddırmaz.” Əmmar dedi: "Ey ərəb! Onu neçəyə satırsan?” Ərəb dedi: "Qarın doyuracaq çörək və ət, libas ala biləcəyim Yəmən daşı, məni evimə çatdıracaq bir dinar pul.” Əmmar Xeybər savaşında əldə etdiyi qəniməti satmışdı. Onun pulunu kişiyə vermək qərarına gəldi. Dedi: "İyirmi dinar, iki yüz dirhəm, bir Yəmən daşı və öz miniyimi sənə verirəm. Qarnını da çörək və ətlə doyururam.” Ərəb dedi: "Sən çox səxavətlisən.” O Əmmara qoşulub getdi. Əmmar vəd etdiklərini ona verdi.
    Ərəb peyğəmbərin yanına qayıtdı. Həzrət soruşdu: "Qarnın doydumu, libasın düzəldimi?” Ərəb dedi: "Bəli, atam-anam sənə fəda olsun, ehtiyacım ödəndi.” Həzrət buyurdu: "Fatiməni gördüyü işə görə mükafatlandır.” Ərəb dedi: "Pərvərdigara! Sən bizim Rəbbimizsən. Səndən başqa məbuda pərəstiş etmirik. İstənilən vəziyyətdə bizə ruzi verənsən. Pərvərdigara! Fatiməyə (s.ə.) görünməmiş və eşidilməmiş bir şey əta buyur.” Peyğəmbər (s) onun duasına amin deyirdi. Sonra ətrafındakılara üz tutub buyurdu: "Allah həmin şeyi dünyada Fatiməyə (s.ə.) əta edib. Onun atası mənəm, dünyada kimsə mənim kimi deyil. Əli (ə) onun əridir, Əli olmasaydı Fatiməyə tay tapılmazdı. Ona Həsən və Hüseyn əta olunub. Bu peyğəmbər nəvələrinə tay yoxdur, onlar behişt əhli cavanlarının ağasıdırlar.
    Miqdad, Əmmar və Salman peyğəmbərin hüzurunda əyləşmişdi. Həzrət buyurdu: "Zəhranın fəziləti haqqında bundan da artıq danışaq? Dedilər: "Bəli, ey Allahın rəsulu!” Həzrət buyurdu: "Ruhul-əmin Cəbrail yanıma gəlib dedi: "Fatimənin ruhu çıxarılıb dəfn olunanda qəbirdə iki mələk ondan soruşar: "Rəbbin kimdir?” deyər: "Allah mənim Rəbbimdir.” Sonra soruşarlar: "Peyğəmbərin kimdir?” Deyər: "Peyğəmbərim atamdır.” Sonra soruşarlar: "İmamın kimdir?” Deyər: "Qəbrimin kənarında dayanmış Əli ibn Əbi Talib mənim imamımdır.”
    Eşidin, Fatimənin fəziləti haqqında bundan da artıq danışım. Həqiqətən Allah-təala mələklərdən bir dəstəsinə əmr edər ki, onu öndən, sağdan və soldan hifz etsinlər. Bu mələklər həyat boyu, qəbirdə və dünyasını dəyişən zaman onunladırlar. Daim ona, atasına, ərinə və övladlarına salam göndərirlər. Vəfatımdan sonra kim mənim ziyarətimə gəlsə həyatımda gəlmiş kimidir. Hər kəs Fatiməni ziyarət etsə, məni ziyarət etmiş kimidir. Hər kəs Əli ibn Əbi Talibi (ə) ziyarət etsə, Fatiməni ziyarət etmiş kimidir. Hər kəs Həsən və Hüseyni ziyarət etsə sanki Əlini ziyarət etmişdir. Hər kəs onların övladlarını ziyarət etsə sanki onların özünü ziyarət etmişdir.”
    Əmmar bu fəzilətləri eşitdikdən sonra boyunbağını götürdü, onu müşklə ətirləyib Yəmən cəvahirinə bükdü və qulamına verib dedi: "Bu boyunbağını peyğəmbərə apar, özün də bundan belə onun ixtiyarındasan.” Qulam boyunbağını peyğəmbərin yanına aparıb Əmmarın dediklərini çatdırdı. Allahın Peyğəmbəri (s) buyurdu: "Get Fatimənin yanına, boyunbağını ona ver və özün də onun ixtiyarında ol.”
    Qulam boyunbağını həzrət Zəhranın yanına aparıb Peyğəmbərin (s) buyuruqlarını ona çatdırdı. Fatimə (s.ə.) boyunbağını götürüb qulamı azad etdi. Qulam gülümsündü. Həzrət buyurdu: "Nə üçün gülürsən?” Qulam dedi: "Mən bu boyunbağının bərəkətinə təəccüb edirəm. Acı doyurdu, çılpağı geyindirdi, yoxsulun ehtiyacını ödədi, qulu azad etdi, sonda da öz sahibinə qayıtdı!”("Məsnəde Əhməd ibn Hənbəl”, 1-236)
    Həzrət Zəhranın (s.ə.) vəqfləri
    Həzrət Zəhranın (ə) yeddi bağı vardı. O bu bağları Bəni-Haşim və Bəni-Müttəllibə vəqf etdi. Seyyid Möhsin Əmin nəql edir: "Həzrət Zəhranın yeddi bağı vardı və bu bağları Bəni-Haşimlə Bəni-Müttəllibə vəqf etdi. Əlini (ə) onlara nəzarətçi qərar verdi. Əlidən (ə) sonra imam Həsən (ə), Həsəndən (ə) sonra imam Hüseyn (ə), beləcə ardıcıl şəkildə həmin vəqfə nəzarət etdilər.
    Siqətul-İslam Kuleyni imam Sadiq (ə) və imam Baqirdən (ə) nəql edir: Fatimə yeddi bağ vəsiyyət etdi: Bu bağların adı: Əl-Əvan, Əl-Əddəlal, Əl-Bərqə, Əl-Müsəddəb, Əl-Hüsna, Əs-Safiyə, Malam İbrahin.("Biharul-ənvar”, 43-46, bab 3 )
    Alimlərin həzrət Zəhra (s.ə.) barədə sözləri
    Zeynül-ərəb "Şərhül-Məsabeh”dən nəql edir: Fatimə (s.ə.) bətul (seçilmiş) adlanırdı. Çünki fəzilət, dəyanət və alicənablıq baxımından heç bir qadın ona tay ola bilmədi.”
    Hərəvi "Mənaqib”dən nəql edir: "Fatimə (s.ə.) bətul (ayrılmış) adlandı. Çünki oxşarı yox idi.”
    Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei deyir: "Onun yalnız özünəməxsus olan fəzilətləri vardı. Bu fəzilət Peyğəmbər (s) buyuruqlarında təsdiqlənmişdir. Onun yalnız bir şərafətli sifətinə çatmaq üçün ömür boyu rəqabət aparılar...”
    Şəmsəddin ibn Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi: "Onun imtiyazları böyükdür. O səbirli, dindar, xeyirxah, qane və qədirbilən olmuşdur.”
    Süleyman Kətani (məsihi yazıçısı) deyir: "Fatimə pak, peyğəmbər fəzilətlərinin daşıyıcısı idi. Onda üstün əxlaqi səciyyələr vardı.”
    Ayişə: Atasından savayı Fatimədən üstününü görmədim.”
    Misir alimi Bintuş-Şati: "O peyğəmbərin qızları arasında ən sevimlisi idi. Peyğəmbərə hər cəhətdən daha çox oxşayırdı... Peyğəmbər əhli-beytinin (ə) onun nəslindən olması Allahın təqdiridir...”
    Ustad Əhməd Şəms Basi deyir: "Fatimə dünya qadınlarının ən üstünüdür. O axirətdə də qadınların xanımı olacaq.”
    Doktor Əli İbrahim Həsən: "Fatimənin (s.ə.) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır. Biz dünyanı nuruna boyamış bir şəxsiyyətlə üzbəüzük. Onun fəziləti filosofların və alimlərin kitablarından qaynaqlanmır. Problemlərlə dolu təcrübələr onu ərsəyə gətirmişdir. Onun əzəməti məqam və ya var-dövlətindən yox, ruhunun dərinliyindən qaynaqlanır. Yalnız Fatimənin (s.ə.) əzəməti Ayişəni məcbur etdi ki, "Fatimədən üstününü görmədim” söyləsin.”("Bəşarətul-Müstəfa”, 137; "Biharul-ənvar”, 43-54, bab 3, hədis 50 )
    İmam Həsən Müctəbanın (ə) rəftar qaydaları
    Dəryadan bir damla
    İmam Sadiq (ə) buyurur: Atam öz atasından nəql edir: Həsən ibn Əli ibn Əbi Talib (ə) öz dövrünün ən abid, ən zahid və üstün insanı idi. Həccə piyada gedir, Kəbəyə doğru ayaqyalın hərəkət edirdi.
    Ölümü, qəbri, Qiyamət günü oyanışı, siratı yada salanda ağlayardı. Allah qarşısında hesabı yada saldıqda fəryad çəkib özündən gedirdi. Namaza dayananda bədəni əsirdi, behişt və cəhənnəmi xatırlayanda ilan çalmış kimi qıvrılırdı, Allahdan behişt diləyir, cəhənnəmdən ona pənah aparırdı.("Əlamun-nisa” )
    Kömək və bəxşiş
    İmam Sadiq (ə) buyurur: Osman ibn Əffan məsciddə oturduğu vaxt bir şəxs yaxınlaşıb ondan kömək istədi. Osmanın göstərişi ilə on beş dirhəm verdilər. Kişi Osmana dedi: "Məni dərdimə şəfa tapacağım yerə göndər.” Osman Əli (ə) ilə məscidin bir guşəsindəki gənclərə işarə edib dedi: "Get onların yanına.” Osmanın işarə etdiyi yerdə imam Həsən (ə), imam Hüseyn (ə) və Abdullah ibn Cəfər dayanmışdı.
    Kişi onlara yaxınlaşıb salam verdi. Onlardan kömək istədi. İmam Həsən (ə) buyurdu: "Yalnız üç halda başqasına ağız açmaq olar: Can yandıran diyə üçün, könül qıran borc üçün, dözülməz yoxsulluq üçün. Bu üç şeydən hansından əziyyət çəkirsən?” Kişi dedi: "Bir çətinliyim var.” İmam Müctəba göstəriş verdi ki, ona əlli dinar versinlər. İmam Hüseyn qırx doqquz, Abdullah ibn Cəfər qırx səkkiz dinar verdi. Kişi dinarları alıb Osmanın yanına döndü. Osman dedi: "Nə oldu?” Kişi dedi: "Səndən kömək istədim, mənə beş dinar verdin. Bir şey də soruşmadın. Amma sıx saçları olan gənc mənə sual verdi və sonra əlli dinar əta etdi. İkinci şəxs qırx doqquz, üçüncü şəxs qırx səkkiz dinar verdi.” Osman dedi: "Bu gənclər kimi kim sənə kömək edə bilər?! Elm və agahlıq onlara məxsusdur, xeyir və hikmət onlarda cəmlənmişdir.”("Elamun-nisa” )
    Heyrətamiz təvazö
    İmam Həsən (ə) misilsiz təvazöyə malik idi. Bir gün imam yoldan ötərkən yoxsulların yerə əyləşib quru çörək yediyini gördü. Onlar imamı süfrəyə dəvət etdilər. İmam tələsik minikdən düşdü və dedi: "Allah təkəbbür əhlini sevmir.” Həzrət onlarla əyləşib çörək kəsdi. Sonra onları hamılıqla qonaq çağırıb, yedirtdi və geyindirdi.(Səduq, "Əmali”, 178 )
    İstəyini yaz!
    Bir şəxs öz istəyi ilə imam Həsənə (ə) müraciət etdi. İmam buyurdu: "İstədiyini yaz və mənə ver.” Kişinin yazdığını oxuyub, istədiyindən iki qat artıq ona əta etdi.
    Oradakılardan biri dedi: "Bu məktub onun üçün çox bərəkətli oldu!” O bizim üçün daha bərəkətli idi. Çünki bizi xeyir əhli etdi. Bilmirsənmi ki, istənilmədən yerinə yetirilən iş yaxşılıqdır. Ağız açıldıqdan sonra istəyin yerinə yetirilməsi ağız açanın abır-həyası müqabilində bir şey deyil. Bir şəxs iztirab keçirib, istəyinin yerinə yetib-yetməyəcəyini bilmədiyi halda titrəyə-titrəyə sənə ağız açırsa, ona istədiyi həddə əta etməyin qarşında əskilməyi ilə müqayisədə bir şey deyil!”("Əl-xisal”, 1-135, hədis 149; "Biharul-ənvar”, 43-332, bab 16, hədis 4 )
    Səxavət zirvəsi
    Bir şəxs imama ağız açdı. İmam ona əlli min dirhəm beş yüz dinar əta etdi. Sonra buyurdu: "Bu yükü aparmaq üçün bir adam tap.” Yükü daşıyacaq kəsə ridasını bağışladı.("Əl-mənaqib”, 4-23; "Biharul-ənvar”, 43-351, bab, 16, hədis 28 )
    Ehtiyatın bağışlanması
    Bir ərəb imam Həsənin (ə) görüşünə gəldi. İmam buyurdu: "Qalan ehtiyatımızı ona verin.” Ehtiyatda iyirmi min dirhəm vardı. Hamısını ərəbə verdilər. Ərəb dedi: "Ey mənim mövlam! İcazə verəydin ki, istəyimi dilə gətirim, şənində bir mədh söyləyim.” İmam onun cavabında bir şer oxudu:
    İstəyənin abrı getməsin deyə
    O ağız açmamış verrik hədiyyə.
    Misilsiz bəxşiş
    İmam Həsən (ə), imam Hüseyn (ə) və Abdullah ibn Cəfər həccə gedirdilər. Yolda azuqələri itdi. Ac-susuz halda bir xeyməyə çatdılar. Bu xeymədə bir qarı yaşayırdı. Onlar qarıdan içməyə su və yemək istədilər. Qarı olanını onlara əta etdi. Bu hadisədən bir müddət keçdi. Qarı məsum imamların qapısından keçərkən onu görüb tanıdılar və ona min qoyun və min dinar bağışladılar.
    Ac heyvana xidmət
    Bir gün imam Həsən (ə) yoldan ötərkən yol kənarında oturub çörək yeyən qulam gördü. Qulam bir tikə öz ağzına qoyur, bir tikə yanındakı itə verirdi. İmam bu işin səbəbini soruşdu. Qulam dedi: "Utanıram ki, özüm yeyəm, ona verməyəm.” İmam buyurdu: "Burada gözlə gəlirəm.” İmam qulamın yanına gedib qulamı və yaşadığı bağı aldı. Qulamı azad edib bağı ona bağışladı.("Sülhi-Həsən”, 42,43 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021