İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 8:19 PM
    Dolanışıq üçün təlaş
    Əbu Əmr Şeybani deyir: İmam Sadiqi (ə) əlində bel, cod libasda, mülkündəki bağda işləyən gördüm. Mübarək bədənindən tər axırdı. Dedim: "Sənə fəda olum, əlinizdəkini verin, mən işləyim.” Həzrət buyurdu: "Xoşlayıram ki, insan dolanışığa xatir günün istisindən əziyyət çəksin!”("Kafi”, 2-86 )
    Fəhlənin haqqı
    Hənnan ibn Şüeyb deyir: İmam Sadiqin (ə) bağında işləmək üçün bir neçə fəhlə tutduq. Danışdıq ki, günortadan ötənədək işləsinlər. İşlərini başa vurduqdan sonra imam mənə buyurdu: "Tərləri soyumamış haqlarını ödəyin.”(Kafi”, 8-87 )
    Halal qazanc
    Əbu Cəfər Fəzari deyir: İmam Sadiq (ə) qulamını çağırıb ona min dinar verdi və buyurdu: "Hazırlaş, Misirə ticarətə gedirsən. Çünki himayəmizdə olanlar çoxalıb.” Qulam yük hazırlayıb ticarət karvanı ilə Misirə yola düşdü. Misir yaxınlıqlarına çatdıqları vaxt Misirdən çıxan bir karvanla rastlaşdılar. Həmin karvandan öz mallarına ehtiyac barədə soruşdular. Karvan əhli bildirdi: "Sizin malınızdan Misirdə tapılmır.” And içib əhd bağladılar ki, onların malını yuxarı qiymətə satsınlar. Mallarını satıb pullarını aldıqdan sonra Mədinəyə döndülər. Qulam min dinarlıq iki kisə ilə imam Sadiqin (ə) hüzuruna gəldi. Həzrətə dedi: "Sənə fəda olum, bu kisələrdən biri sərmayə, o biri qazancdır. Həzrət buyurdu: "Bu çox böyük qazancdır! Siz necə alver etmisiniz?” Qulam əhvalatı danışdı. Həzrət buyurdu: "Subhanəllah! Müsəlmanların ziddinə sözləşib malı yuxarı qiymətəmi satdınız? Sonra imam kisələrdən birini götürüb buyurdu: "Bu mənim sərmayəmdir və qazanca ehtiyacım yoxdur. Sonra buyurdu: "Meydanda qılınc çalmaq halal ruzi qazanmaqdan asandır!”(Kafi”, 5-76)
    İmam Musa ibn Cəfərin əxlaqi səciyyələrindən
    Allaha ibadət və xalqa xidmət
    Yeddinci imam həzrət Musa ibn Cəfər (ə) dövrünün ən abid, ən fəqih, ən səxavətli və ən möhtərəm şəxsi olmuşdur. Rəvayətdə deyilir: Həzrət bütün gecə nafilələrini yerinə yetirər, ardınca sübh namazını qılıb, duaya məşğul olardı. Sübhədək səcdə halında qalardı. Həzrət tez-tez bu duanı təkrarlayardı: "Pərvərdigara! Səndən ölüm zamanı rahatlıq, hesab zamanı əfv diləyirəm.” Həzrətin dualarından birində belə deyilir: "Bəndənin günahı böyükdür. Beləsə, Sənin əfvin gözəl olar.” İmam daim Allah qorxusundan ağlayar, göz yaşları saqqalını isladardı. İmam Əhli-beyti və yaxınlarını hamıdan çox yoxlayardı. Gecənin qaranlığında Mədinə yoxsullarına əl tutar, onların halını öyrənərdi. Onlara dinar və dirhəm, buğda və xurma paylayardı. Amma kimsə bilməzdi ki, bu lütfün sahibi kimdir.("Kafi”, 5-289 )
    Qənaət və səxavət
    Məhəmməd ibn Abdullah Bəkri deyir: Mədinəyə borc ardınca gəldim. Gəzməkdən yoruldum. Düşündüm ki, Musa ibn Cəfərin yanına gedib vəziyyətimdən şikayətlənsəm yaxşı olar.
    Şəhər yüksəkliyində yerləşən əkinəcəyə getdim. İmam qulamı ilə birlikdə mənə doğru gəldi. Əlindəki qabda bir neçə tikə ət vardı. Özü də, mən də həmin ətdən yedik, sonra məndən nə üçün gəldiyimi soruşdu. Əhvalatı danışdım. Evə daxil olub bir az sonra bayıra çıxdı. Qulamına buyurdu: "Sən get.” Sonra əlini mənə doğru uzatdı, içində üç yüz dinar olan pul kisəsini mənə verdi. Sonra qalxıb sağollaşdı və getdi. Mən də ayağa qalxıb Mədinədən çıxdım.”("Kafi”, 5-161 )
    Müxaliflərə yardım və sevgi
    Ömər ibn Xəttabın övladlarından biri Mədinədə idi. O daim imam Musa ibn Cəfəri incidir, onu görəndə təhqir edir, Əmirəl-mömininin ünvanına pis sözlər danışırdı! Bir gün həzrətin səhabələri dedilər: "Ey peyğəmbər oğlu! Bizə icazə ver onu məhv edək.” Həzrət onları sərt şəkildə bu işdən çəkindirdi. Həzrət Umrinin vəziyyəti haqqında soruşdu. Dedilər: "Mədinə ətrafında əkinçilik edir.” Həzrət miniyinə süvar olub həmin yerə üz tutdu. Onu sahədə tapdı. Atı ilə əkin sahəsinə girdi. Umri fəryad çəkdi: "Mənim əkin sahəmi tapdama.” Amma həzrət ona çatanadək irəlilədi. Minikdən düşüb yanında əyləşdi. Ona təbəssümlə dedi: "Bu əkin sahəsinə nə qədər xərc qoymusan?” Dedi: "Yüz dinar.” Həzrət buyurdu: "Nə qədər qazanc götürmək ümidindəsən?” Dedi: "Qeybi bilmirəm.” Həzrət buyurdu ki, əlinə nə qədər qazanc gələ bilər?” Dedi: "Ümid edirəm ki, iki yüz dinar qazanım.” Həzrət içində üç yüz dinar olan pul kisəsini ona verib buyurdu: "Allah sənə ümid etdiyin qazancı versin.” Umri ayağa qalxıb həzrətin alnından öpdü, öz rəftarına görə üzür istədi.
    Həzrət razılıq ifadə edən bir təbəssümlə dönüb getdi. Rəvayətçi deyir: İmam məscidə gedib gördü ki, Umri orada oturub. O, həzrəti görüb dedi: "Allah öz risalətini kimə verməyi yaxşı bilir!” Umrinin yoldaşları ona hücum çəkib dedilər: "Bu nə əhvalatdır? Sən dünən onun haqqında başqa söz deyirdin!” Dedi: "Şübhəsiz, hazırda dediklərimi eşitdiniz.” Sonra yoldaşları ilə imam haqqında söhbət etdi. Onlar mübahisəyə qalxdılar! İmam evə qayıdıb Umrini öldürmək istəyən səhabələrinə buyurdu: "Sizin qərarınız yaxşı idi, yoxsa mənim qərarım? Mən bildiyiniz kimi onu islah etdim, şərinə son qoydum.”("Əl-xəraic vəl cərai”, 2-896; "Əl-irşad”, 2-231; "Biharul-ənvar”, 48, 101, bab 15, hədis 5 )
    Misilsiz bəxşiş
    Mənsur Dəvaniqi həzrət Musa ibn Cəfərdən (ə) xahiş etdi ki, novruz gününün təbriki və hədiyyələrin təqdimi mərasimində iştirak etsin. Həzrət buyurdu: "Mən cəddim peyğəmbərin buyuruqlarında axtarış apardım və bu bayram haqqında bir şey tapmadım. Belə bir gündə bayram etmək iranlıların adətidir və İslam bu adəti aradan qaldırıb. Haqqa pənah aparıram ki, İslamın aradan qaldırdığını səhnəyə gətirək!” Mənsur dedi: "Mən bu işi qoşuna münasibətdə siyasət olaraq yerinə yetirirəm. Səni Allaha and verirəm ki, əyləşəsən.” Həzrət əyləşdi. Komandanlar, əmirlər, döyüşçülər imamın hüzuruna gəlib təbrik söyləyir və ona hədiyyələr təqdim edirdilər. Mənsurun xadimi imamın başı üzərində dayanıb hədiyyələri sayırdı. Görüşün sonunda yaşlı bir kişi məclisə daxil oldu. O dedi: "Ey peyğəmbər qızının balası! Mən yoxsul bir adamam və bu gün sənə hədiyyə üçün bir şeyim yoxdur. Hədiyyəm üç beyt şerdir. Bunu babam sənin baban Hüseyn üçün nəzmə çəkib.” Sonra kişi həmin şeri oxudu. Həzrət buyurdu: "Hədiyyəni qəbul etdim, əyləş, Allah sənə bərəkət versin.” Sonra üzünü Mənsurun qulamına tutub buyurdu: "Əmirin yanına get və toplanan mal haqqında ona məlumat ver. Soruş gör bu mallar barədə fikri nədir?” Qulam Mənsurun yanına gedib, bir qədər sonra qayıtdı və dedi: "Mənsur deyir ki, bütün bunlar mənim tərəfimdən sizə hədiyyədir. Toplanan malla istədiyi kimi rəftar edə bilər.” Həzrət imam yoxsul qocaya buyurdu: "Burada nə varsa götür, onlar mənim tərəfimdən sənə hədiyyədir!”("Əl-irşad”, 2-232; "Rövzətul-vaizin”, 1-215; "Biharul-ənvar”, 48-102, bab 5, hədis 6 )

    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024