İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:40 PM
    İamam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən
    İlahi əxlaq
    İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi.
    Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: "Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın!("Əl-irşad”, 2-233; "Biharul-ənvar”, 48-102, bab 5, hədis 7 )
    Aclar üçün təam
    Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı nemətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi. Həzrət bunun ardınca "Bələd” surəsinin 11-ci ayəsini ("fələqtəhəməl-əqəbə”) oxuyardı. Həzrət buyurardı: "Allah bütün insanlarda qul azad etmək gücü olmadığını bildiyindən yoxsulların doyuzdurulmasını behiştə yol qərar verdi.”("Əl-mənaqib”, 4-319; " Biharul-ənvar”, 48-108, bab 5, hədis 9; "Mustədrəkul-vəsail”, 10-387, bab 83, hədis 12237 )
    İnsana ehtiram
    Bəlxli bir şəxs deyir: İmam Rizanın (ə) Xorasana səfərində onunla idim. Həzrət bir gün bütün qulamlarını süfrə başına topladı. Ona dedim: "Sənə fəda olum, əgər onların süfrəsini ayrıca salsaydın daha münasib olardı.” Həzrət buyurdu: "Sakit ol! Allah birdir, ata-ana da bir! Mükafat əməllərə görədir.”(Üyuni-əxbarur-Riza”, 2-184, bab 44, hədis 7; "Biharul-ənvar”, 49-91, bab 7, hədis 4 )
    Yoldan qalana yardım
    Əliyyəs ibn Həmzə deyir: Mən imam Rizanın (ə) məclisində idim. Həzrətlə söhbətim vardı. Hüzurundakı toplum ondan halal-haram haqqında soruşurdu. Birdən içəriyə hündür boylu bir şəxs daxil oldu və dedi: "Salam olsun sənə ey peyğəmbər oğlu! Mən sənin atan-babanın dostlarındanam. Həccə gedirdim yolda qaldım. Azuqəmi itirmişəm. Yolu başa vurmaq üçün bir şeyim yoxdur. Əgər mənə şəhərimə yetişmək üçün bir şey versən, oraya çatan kimi həmin məbləği sənin tərəfindən sədəqə verərəm. Çünki mənə sədəqə düşmür.” Həzrət buyurdu: "Allah sənə mərhəmət etsin. Əyləş.” Sonra üzünü camaata tutub söhbətinə davam etdi. Axıra Süleyman Cəfəri, Xüseymə və mən qaldıq. Həzrət buyurdu: "İcazə verirsinizmi hücrəyə daxil olum? Həmin vəziyyətdə Süleyman Cəfəriyə üz tutub dedi: "Ey Süleyman! Allah sənə yol açdı.” Sonra ayağa qalxıb otağa daxil oldu və bir saat sonra qapının arxasından əlini uzadıb dedi: "Xorasanlı haradasan?” Xorasanlı dedi: "Buradayam.” Həzrət buyurdu: "Al bu iki yüz dinarı ehtiyaclarına sərf et. Bununla bərəkət əldə edərsən. Mənim tərəfimdən də sədəqə vermə. Evdən çıx ki, nə mən səni görüm, nə də sən məni!” Kişi imamın verdiyi pulu alıb getdi. Süleyman imama ərz etdi: "Sənə fəda olum, səxavət göstərdin, mehribanlıq etdin. Bəs nə üçün üzünü gizlədin?” İmam buyurdu: "İstəmədim ki, ehtiyacını ödəməyim səbəbindən çöhrəsində xəcalət görəm. Məgər peyğəmbərdən belə bir hədis eşitməmisənmi ki, yaxşı işi gizlətmək yetmiş Həccə bərabərdir?! Pisliyi aşkarlayan zəlil, onu gizləyən bağışlanmışdır.”(Kafi”, 4-52)
    Fəhlənin haqqı
    Süleyman ibn Cəfər Cəfəri deyir: Bir məsələdən ötrü imam Rizanın (ə) yanına getmişdim. Evə getmək istədiyimi görüb buyurdu: "Mənimlə gəl, bu gecəni birlikdə keçirək.” Həzrətlə birlikdə hərəkət etdim. Qürub vaxtı onun evinə çatdıq. Həzrət heyvanlar üçün tövlə tikən qulamına nəzər saldı. Öz qulamlarından olmayan bir şəxsi görüb buyurdu: "Bu şəxs kimdir?” Dedilər: "Bizə kömək edir, biz də ona bir şey veririk.” Nə verəcəyiniz barədə danışmısınızmı? Dedilər: "Ona nə versək razıdır.” Həzrət bu işə görə qəzəblənib qulamlarını cəzalandırdı. Dedilər: "Sənə fəda olum, nə üçün bu qədər narahat olursan?” Buyurdu: "Dəfələrlə qadağan etmişəm ki, razılaşmamış kimsəni işlətməsinlər! Muzd təyin etməmiş bir şəxsi işlətdikdə üç qat artıq haqq verilsə də, ona az verildiyini düşünür. Amma muzdu təyin etdikdən sonra onu ödədikdə təşəkkür edir, artıq bir şey verdikdə bunu başa düşüb artıq verildiyini anlayır.”("Kafi”, 8-230 )
    Tövhiddə ixlas
    Əbu Səlt Hərəvi deyir: İmam Riza (ə) süvari halda Nişapura daxil oldu. Mən onu müşayiət edirdim. Nişapur alimləri onu qarşılamağa çıxmışdılar. Həzrət bir məhəldə dayandığı vaxt onun dəvəsindən tutub dedilər: "Ey Allah rəsululunun oğlu! Pak atalarının haqqına onlardan bir hədis söylə.” Həzrət buyurdu: "Allahın rəsulu buyurmuşdur: "Cəbrail Allah-təaladan belə xəbər gətirdi: "Həqiqətən, mən Allaham və məndən savayı məbud yoxdur. Ey bəndələrim! Mənə pərəstiş edin və bilin ki, hər kəs mənim görüşümə xalisanə "La ilahə illəllah” şəhadəti ilə gəlsə əzabımdan amandadır.” Dedilər: "Ey peyğəmbər oğlu! Şəhadətdə xalislik nədir?” İmam buyurdu: "Allaha, onun rəsuluna və Əhli-beyt (ə) vilayətinə itaət!”("Kafi”, 4-23 )
    Kərimanə məktub
    Bəzənti deyir: İmam Rizanın (ə) oğlu Əbu Cəfərə, imam Cavada (ə) belə bir məzmunda məktubunu oxudum: "Ey Əba Cəfər! Mənə xəbər çatıb ki, səni arxa qapıdan aparıb gətirirlər. Bunun səbəbi onların xəsisliyidir, istəmirlər ki, kimsəyə xeyrin dəysin. Boynunda olan haqqıma görə səndən istəyirəm ki, get-gəlin yalnız böyük qapıdan olsun. Miniyə süvar olduğun vaxt özünlə dirhəm-dinar götür. Olmaya, səndən istəyənə bir şey əta etməyəsən. Əmilərin ağız açanda onlara yaxşılıq et. Əlli dinardan aşağı vermə. İstəsən daha çox əta edə bilərsən. Bibilərin sənə ağız açdıqda iyirmi beş dinardan aşağı vermə. Əgər istəsən daha çox əta edə bilərsən. Allahdan sənin üçün böyük məqam diləyirəm. Buna görə də infaq et, ərş sahibinin verməyəcəyindən qorxma.”("Kafi”, 5-288 )
    Rəyyan ibn Səlt deyir: Xorasanda imam Rizanın (ə) qapısında ikən Müəmmərə dedim: Olarmı ağadan köynəklərindən birini və adına vurulmuş sikkələrindən bir qədər istəyəsən? Müəmmər deyir ki, dərhal imamın otağına daxil oldum. Həzrət sözə başladı: "Ey Müəmmər! Rəyyan istəmirmi ki, ona köynəklərimizdən geyindirək, dirhəmlərimizdən bağışlayaq?!” Öz-özümə dedim: "Subhanəllah! Axı bu sözləri indicə qapıda eşitmişdim! Həzrət gülümsündü, sonra buyurdu: "Şübhəsiz mömin kama çatar. Ona de yanıma gəlsin.” Məni həzrətin yanına apardılar. Salam verdim, salamımı aldı. Köynəklərdən ikisini mənə bağışladı. Getmək istəyəndə ovucuma otuz dirhəm qoydu.(Tusi, "Əmali”, 588 )
    Ağır borcun ödənməsi
    Əbu Məhəmməd Ğəffari deyir: Ağır borca düşmüşdüm. Düşündüm ki, bu borcu ödəmək üçün mövlam Əbül-Həsən Əli ibn Musa Rizaya ağız açmaqdan başqa çarəm yoxdur. Sübh vaxtı həzrətin evinə gəldim. Daxil olmaq üçün icazə istədim. Evə daxil olduqdan sonra həzrət mənə dedi: "Ey Əba Məhəmməd! Nə istədiyini bilirəm, borcunu ödəmək bizim öhdəmizədir.”
    Axşam vaxtı xörək gətirdilər. Həzrət buyurdu: "Gecəni bizimlə qalırsan, yoxsa gedirsən?” Dedim: "Ey mənim ağam! Əgər istəyimi yerinə yetirsən, getməyim yaxşı olar.” Həzrət mənə bir ovuc pul verdi. Sağollaşıb yola düşdüm. İşığa çıxdıqda əlimdəki dinarların parıltısı gözümü qamaşdırdı. Onlardan birinin üzərində yazılmışdı: "Ey Əba Məhəmməd! Bu əlli dinardan iyirmi altısını borcuna ver, iyirmi dördünü ailənə xərclə.” Səhəri gün sübh çağı həmin dinarı o biriləri arasında görmədim. Amma əlli dinar əskilməmişdi!("Üyuni-əxbarur-Riza”, 2-8, bab 30, hədis 20 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 486 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024