İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:27 PM
    Ən çətin şəraitdə isar
    Ən maraqlı nöqtə budur ki, Əhli-beyt (ə) ən çətin anlarda belə isar və bəxşişdən əl çəkməmişdir. Nəql edirlər ki, Aşura günü insanların Neynəvaya toplaşdığını eşidən bir yoxsul özünü onlara çatdırdı. İmam Hüseyn (ə) ondan vəziyyətini soruşdu. Şəxs dedi: "Ehtiyaclıyam, eşitdim ki, buraya xeyli adam toplaşıb. Ümid etdim ki, onlardan bir xeyir görəm.” Həzrət buyurdu: "Buradaca dayan, qabağa getmə.” Sonra xeyməyə qayıdıb parçaya bükülü halda yoxsula nə isə verdi. Yoxsul imamın bəxşişini alıb, sevincək geri göndü.”("Təhzibul-əhkam”, 5-11 )
    Günahkarın əfvi
    Abdullah ibn Hürr Cövfi gündə bir yol tuturdu. Siffeyn savaşında Müaviyəyə qoşulub savaş başa çatanadək Əmirəl-mömininə (ə) qarşı oldu. O, Əbu-Süfyanın qeyri-qanuni oğlu Müaviyənin tərəfində dayanıb Əhli-beytlə (ə) vuruşdu. Savaş başa çatdıqdan sonra İraqda yaşaya bilməyəcəyini görüb Müaviyə ilə Şama getdi. Orada Müaviyənin kölgəsinə sığındı.
    İraqda xəbər yayıldı ki, Abdullah ibn Hürr savaşda öldürülüb. Zövcəsi onun ölümünə əmin olduqdan sonra Əkrəmə ibn Xübəyslə ailə qurdu. Zövcəsini dəlicəsinə sevən Abdullah bu xəbəri eşidib çox narahat oldu və Kufəyə qayıtmaq qərarına gəldi.
    Müaviyə onu qorxudub dedi: "Kufəyə gedən kimi Əlinin (ə) intiqam qılıncına tuş gələcəksən!” Abdullah ona belə cavab verdi: "Mən ədalətə, müşküllərin həllinə doğru gedirəm. Bu səfərdə heç bir qorxum yoxdur. Əlinin (ə) əxlaqı sənin əxlaqın deyil. Onun əxlaqı ilahi əxlaqdır. Əli (ə) müşkülə düşənlərin ümid yeridir.”
    Abdullah Kufəyə gəldi. Öncə arvadının ikinci ərinə müraciət etdi. Amma həmin şəxs zövcəsini boşamaqdan imtina etdi. O Abdullahı evindən qovdu. Abdullah özünü gücsüz görüb Kufə məscidinə getdi. Həzrət Əlinin (ə) ətrafında xeyli adam toplaşmışdı. Abdullah bir qədər səbr etdi. Hamı sözünü başa çatdırdıqdan sonra Əlinin (ə) qarşısında dayanıb şikayətini bildirdi. Həzrət buyurdu: "Sən Siffeyn savaşında Müaviyəyə yardım göstərib, iman əhlinə qılınc çəkən şəxs deyilsənmi?” Abdullah dedi: "Əlican! Mən buraya mühakimə olunmağa yox, dərdimə çarə tapmağa gəlmişəm. Mənim müşkülümü həll et, zövcəmi mənə qaytar!” Həzrət öz qulamına göstəriş verdi ki, arvadın ikinci ərini çağırsın. İkinci ər imamın hüzuruna gətirildi. İmam şəriət qanunlarına uyğun olaraq ona qadını boşamağı təklif etdi. Kişi dedi: "Qadının məndən uşağı var.” Həzrət göstəriş verdi ki icarəyə ev tutulsun və qadın həmin evə köçürülsün. Əmirəl-möminin (ə) qadın azad olanadək onun xərcini öz öhdəsinə götürdü. Bildirdi ki, hamilə qadın azad olduqdan sonra şəriət əsasında Abdullaha qaytarılsın.("Məqtəlul-Huseyn”, Xarəzmi, 1-153 )
    Əhli-beytin (ə) həyatında hətta qatı düşmənləri bağışlayıb onlara alicənablıq göstərmək diqqət mərkəzində olmuşdur.
    Həzrət Peyğəmbər (s) buyurur: "Bizə sitəm qılanı bağışlamaq, bizə qıymayana əta etmək biz Əhli-beytin (s) mərdanəliyidir.”("Pişvayi şəhidan” )
    Əhli-beyt (ə) zümrəsindən olanlar bu həqiqəti təkcə dildə bəyan etməmiş, əməl və rəftarda da əsas götürmüşlər. İmam Baqir (ə) buyurur: "Yəhudi bir qadın qoyun ətini zəhərləyib həzrət Peyğəmbərə (s) verdi: "Həzrət məsələnin nə yerdə olduğunu anlayıb ondan bu işinin səbəbini soruşdu. Yəhudi qadın dedi: "Düşündüm ki, əgər Allahın elçisisənsə, zəhərli ət sənə təsir göstərməyəcək. Yox əgər padşahsansa xalq sənin hakimiyyətindən qurtular.” Peyğəmbər (s) onu dinləyib əfv etdi!”("Əl-kamil”, 4-287 )
    İbn Əbül-Hədid "Nəhcül-bəlağə”nin şərhində Əmirəl-möminini (ə) vəsf edərək deyir: "Günahkarı bağışlamaqda insanların ən mərhəmətlisi idi. Bu həqiqət cəməl savaşında məlum olur. Əmirəl-möminin (ə) bu döyüşdə ən kinli düşməni olan Mərvan ibn Həkəmi bağışladı!”("Tuhəful-uqul”, 38; "Biharul-ənvar” 74-143, bab 7, hədis 27 )
    Məni Həsən (ə)- Hüseynə (ə) bağışla!”
    Böyük İslam peyğəmbəri (s) bir günahkar haqqında hökm verdi ki, onu tutan cəzasına çatdırsın. Günahkar cəzadan qaçmaq üçün xalqdan gizlənirdi. Amma bu iş onu yormuşdu. Bir gün bacadan baxanda az yaşlı Həsən (ə) və Hüseynin (ə) yoldan ötdüyünü gördü. Qapını açıb körpələri çiyninə aldı və peyğəmbər məscidinə üz tutdu. Məscidə daxil olanda Peyğəmbər (s) minbərdə əyləşmişdi. Həmin şəxs dedi: "Ey Allahın rəsulu! Mən bu iki körpəni özümə şəfaətçi gətirmişəm. Səni onlara and verirəm ki, məni bağışlayasan.” Həzrət mehribanlıq göstərib onu bağışladı.("Kafi”, 2-108, bab "əfv”, hədis 9; "Vəsailuş-şiə”, 12-170, bab 112, hədis 15985; "Biharul-ənvar”, 68-402, bab 93, hədis 9 )
    Fəsad əhlİnin əfvi
    Bəsrədə bir şəxs Əmirəl-möminindən (ə) soruşdu: "Savaşa qalxan düşmənin cəzası nədir? Həzrət buyurdu: "Qurana əsasən bu şəxs ya sürgün olunmalı, ya əl-ayağı kəsilməli, ya da edam edilməlidir.” Həmin şəxs soruşdu: "Əgər bu şəxs Harisə ibn Zeyd olsa necə?” Həzrət buyurdu: "Həmin hökm ona da aiddir.” Müraciət edən şəxs dedi: "Əlican! Harisə sizdən əfv diləmək üçün gəlib!” Həzrət buyurdu: "Qoy gəlsin.” Harisə gəldi. O həzrətin ayağına düşüb peşimanlığını bildirdi. Həzrət onu ağuşuna alıb buyurdu: "Qalx, Allah səni bağışladı!”("Şərhi-Nəhcül-bəlağə”, 1-22 )
    Əhli-beyt (ə) və təvazö
    Xüzu-xüşu, təvazö Əhli-beytin həyatında təəccüb doğuracaq həddə özünü göstərir. İbn Məsud deyir: "Bir şəxs Peyğəmbərlə (s) görüşərkən həyacandan titrəyirdi. Həzrət buyurdu: "Sakit ol, mən padşah deyiləm.”("Biharul-ənvar”, 43-318, bab 13, hədis 2  )
    Bir şəxs deyir: "Bir dəstə adamla Peyğəmbərin (s) hüzuruna gedib dedim: "Sən bizim ağamızsan.” Həzrət buyurdu: "Ağa yalnız Allah-təaladır.”("Fiqhul-Quran”, 1-368 )
    Əbu Bəsir deyir: "Bir hamamçı imam Sadiqə (ə) dedi: "Ey Peyğəmbər (s) oğlu! Sizin üçün hamamı bağlayımmı?” Həzrət buyurdu: "Hamamın bağlanmasına ehtiyacımız yoxdur. Möminin işi daha sadə, daha yüngüldür.”(Məkarimul-əxlaq”, 16; "Biharul-ənvar”, 16-229, bab 9, hədis 35 )
    Hamamda imam Rizanı (ə) tanımayan şəxs ona dedi: "Ay kişi! Məni kisələ.” Həzrət onu kisələdiyi vaxt kişiyə bildirdilər ki, onun qulluq buyurduğu şəxs imam Rizadır (ə). Kişi bəhanə gətirib aradan çıxmaq istəsə də imam ona kisə çəkə-çəkə xoş sözlərlə təsəlli verdi!”("Sünəni-Əbu-Davud" 4-254 )
    Unutmayaq ki, təvazö toxumun torpağın dərinliyinə enməsi kimidir. Bunun bol məhsulu olur. Əhli-beyt (ə) təvazökarlıq vasitəsi ilə bəndəlik torpağının dərinliyinə varmışdır. Haqq sifətlərdə kök atmış bu zümrənin vücudundan böyük səmərə alınır. Elm və bilik, agahlıq və bəsirət onların səmərələrindəndir.
    Əhli-beytdən (ə) qabağa keçməyib, arxada qalmamaq!
    Onlar əhatəli agahlıqları, dərin bəsirətləri, varlıq bəsirətlərindən xəbərdarlıqları səbəbindən Qiyamətədək hidayət rəhbəri seçilmişlər. Hamı bilməlidir ki, onlardan qabağa keçmək də, arxada qalmaq da bədbəxtliklə sonunclanır. İslam peyğəmbəri (s) buyurur: "Əhli-beytimdən qabağa keçməyin, həlak olarsınız. Onlara öyrətməyin, çünki sizdən biliklidirlər.”("Kafi”, 6-503, bab-əl həmam, hədis 37; "Vəsailuş-şiə”, 2-57, bab 22, hədis 1471; "Biharul-ənvar”, 47-47, bab 4, hədis )
    Həzrət başqa bir məqamda buyurur: "Agah olun ki, Əhli-beyt (ə) düşüncə və böyüklükdə insanların üstünüdür. Onlar sizi hidayət yolundan uzaqlaşdırmaz, azğınlıq vadisinə sürükləməz.”
    İmam Məhəmməd Baqir (ə) Sələmə ibn Kəhil və Həkəm ibn Qətibəyə buyurur: "Nə şərqdə, nə də qərbdə həqiqi elm əldə etməzsiniz. Həqiqi elmin kökü yalnız bizdədir, bizim varlıq çeşməmizdən qaynaqlanır.”("Əl-mənaqib”, 4-362; "Biharul-ənvar”, 49-99, bab 7, hədis 16 )
    İmam başqa bir məqamda buyurur: "Biz Əhli-beyt Allahın elm xəzinəsiyik.”(Kafi”, 1-294 )
    İmam Hüseyn (ə) buyurur: "Xalqın bizə münasibətdə kin-küdurətini anlamırıq. Axı biz rəhmət evi, risalət ağacı, elm mədəniyik!”("Kafi”, 1-399 )
    İmam Sadiq (ə) nəql edir: Günəş qürub edən vaxt Əli ibn Hüseyn namaz qılar, dua edər və sonda peyğəmbərə belə salam göndərir: "Pərvərdigara! Məhəmməd və ali Məhəmmədə salam göndər. Onlar nübüvvət ağacı, risalət məqamı, mələklərin get-gəl məhəlli, elm və bilik mədəni və vəhy ocağıdırlar.”("Kafi”, 1-192  )

    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 665 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024