İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:22 PM
    "Əl” təbirinin "elmdə sabitqədəmlər” mənası
    Görürük ki, mütəşabeh ayələr təfsirə ehtiyaclıdır. Yəni bu ayələri zahiri mənasına görə dəyərləndirmək olmaz. Bu qəbil ayələrin izahı elmdə sabitqədəmlərin işidir. Quranda oxuyuruq: "Onların həqiqi təfsiri yalnız Allaha və elmdə sabitqədəmlərə məlumdur...”("Kafi”, 2-598 )
    Elmdə sabitqədəmlər dedikdə gerçək elmə varanlar, dəyişməz elmə sahib olanlar nəzərdə tutulur. Belə bir elmi Allah peyğəmbərlərin və imamların qəlbinə nazil etmişdir. İmam Sadiq (ə) buyurur: "Elmdə sabitqədəmlər bizik və biz Quranın açılışından agahıq.”("Zuxruf”, 71 )
    Bəli, dəyişməz elm peyğəmbərlərin və imamların elmidir və bu elm bütün alimlərin elmindən fərqlənir. Peyğəmbərin və imamların elmi ilahi, qeybi elm olduğundan Qiyamətədək sabitdir. Bu elm onların qəlbinin gerçəyi müşahidəsinə əsaslanır. Şübhəsiz, bu qəbil qəlblər həqiqətlərin müşahidəsində, zahiri və batini sirlərin açılışında xətaya uğramır.
    Qəlb gözünün müşahidəsi
    Əhli-beyt məktəbində tərbiyə almış və yüksək ixlas, təqvadan bəhrələnən bəzi övliyalar ilahi süfrədən bəhrələnib qəlb gözləri ilə ilahi lütf sayəsində həqiqətlərdən müşahidə etmişlər.
    "Əl-Quran vəl-əql” kitabının müəllifi mərhum Ayətullah-üzma Hacı Nurəddin Əraqinin bioqrafiyasında deyilir: "Ondan bir şəxsin ölümü haqqında soruşdular. O buyurdu: "Hələ ki, sağdır.” Həmin şəxsin öldüyünü təkid etsələr də, o qəbul etmədi. Soruşdular ki, haradan bilirsən? Buyurdu: "Çünki Bərzəxdən səsini eşitmirəm.” Sonradan məlum oldu ki, həqiqətən də haqqında danışılan şəxs sağdır!
    Heç şübhəsiz, imanlı və təqvalı qəlbin müşahidə etdiyi bilik xətadan uzaqdır və dəyişikliyə uğramır. Bəli, Quran ayələrinin həqiqi mənasına yiyələnmək istəyənlər elmdə sabitqədəm olan peyğəmbər əhlinin buyuruqlarına müraciət etməlidir.
    Əhli-beytin (ə) dünya və axirət səyləri
    Əhli-beyt (ə) öz həyatının istənilən bir yönümündə dünya və axirət üçün son həddə çalışmışdır. Onlar bir an olsun belə bu fəaliyyətlərindən yorulmamışlar. İmam Sadiq (ə) buyurur: "Öz ehtiyaclarınızın təminində süstlük göstərməyin! Atalarımız dolanışıq üçün çalışmış və bu yönümdə axtarış aparmışlar.”("Ali-İmran”, 7 )
    Əmirəl-möminin (ə) buyurur: "Mədinədə olduğum günlərin birində çox acmışdım. İş ardınca Mədinəni dolaşırdım. Gördüm ki, bir qadın torpaq yığıb onu islatmaq istəyir. Onunla danışıb razılaşdım ki, hər bir qab suya görə ondan bir xurma alım. On altı qab su gətirdim. Əlimin içi yara olmuşdu. Qadının yanına gəlib dedim: "Bax gör, əllərim nə hala düşüb!” Qadın on altı xurma sayıb mənə verdi: Peyğəmbərin yanına gedib əhvalatı danışdım. Həzrət həvəslə həmin xurmalardan yedi.”("Kafi”, 1-213 )
    Abdullah ibn Həsən deyir: "And olsun Allaha, o, əl qabarı və alın təri qazancı ilə sahib olduğu min ailəni Allah yolunda azad etdi.”("Mən la yəhzuruhul-fəqih”, 3-157 )
    Əbdül-Əla deyir: "Olduqca isti yay günlərindən birində imam Sadiqlə (ə) rastlaşdım. Ərz etdim ki, olduqca yüksək məqama malik ikən nə üçün isti bir gündə özünə əziyyət verirsən? Həzrət buyurdu: "Ey Əbdül-Əla! Sənin kimilərə möhtac olmamaq üçün ruzi ardınca çıxmışam.”(Məsnədi-Əhməd”, 1-286 )
    Əli ibn Əbu Həmzə deyir: Həzrət Əbül-Həsəni ayaqlarınadək tərləmiş əkin sahəsində gördüm. Soruşdum ki, işçilərin haradadır? Həzrət buyurdu: "Ey Əli! Məndən və atamdan üstün bir şəxs öz torpağında zəhmət çəkib. Soruşdum ki, həmin şəxs kimdir? Həzrət buyurdu: "Allahın rəsulu, Əmirəl-möminin (ə) və ata-babalarımın hər biri özü işləyirdi. Bu iş peyğəmbərlərin, elçilərin, canişinlərin və ləyaqətlilərin işidir.”("Əl-ğarat”, 1-91 )
    Əhli-beyt (ə) dolanışıq üçün çalışdığı bir vaxtda axirəti yaddan çıxarmamışdır. Dünya əhlindən kimsə ibadətdə onlara tay ola bilməz. Əhli-beyt (ə) xüsusi ilə şiələrə ibadət və təqvada ciddiliyi tövsiyə etmişdir. Onların nəzərinə çatdırılır ki, yalnız ibadət və mənəviyyat sayəsində axirəti abadlaşdıra bilərlər.
    Əhli-beyt (ə) və insan tərbiyə edən təlimləri
    Ən kamil və ən geniş etiqadi, əxlaqi, tərbiyəvi, ictimai-siyasi, elmi mədəniyyət Əhli-beyt mədəniyyətidir. Bu təlimlərdən bir qismi mömin şiə rəvayətçilər tərəfindən kitablarda qələmə alınmışdır. "Kafi”, "Mən la yəhzuruhul-fəqih”, "Təhzibul-əhkam”, "Əl istibsar”, "Bəsairud-dərəcat”, "Əl-məhasin”, "Əl-əmaliye-Müfid”, "Əl-əmaliye-Tusi”, "Əl-xisal”, "Cameul-əxbar”, "İləluş-şərae”, "Əl-vafi”, "Əl-şafi”, "Nurus-səqəleyn”, "Biharul-ənvar”, "Vəsailuş-şiə”, "Mustədrəkul-vəsail”, "Əl-əvalim”, "Muhəccətul-bəyza” kitabları bu qəbildəndir. Bu kitablardan faydalanmaqla əmin-aman həyat qurmaq, dünya və axirət səadətinə çatmaq, Allahın razılığını və əbədi behişti əldə etmək mümkündür.
    Kitabın bu hissəsində həmin sonsuz dəryadan xoş sonluq olaraq bir damlaya nəzər salacağıq.
    Həzrət Peyğəmbər (s) buyurur: "Siz fəna yox, əbədiyyət üçün yaradılmısınız. Ölüm vasitəsi ilə yerinizi dəyişəsi, bir evdən o birinə köçəsisiniz.”("Kafi”, 5-74 )
    Həzrət başqa bir məqamda buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəkləri və uzun arzular.”("Kafi”, 5-75 )
    Başqa bir rəvayətdə oxuyuruq: "Möminin izzəti insanlardan ehtiyacsız olmasındadır. Azadlıq və şərafət qənaət məhsuludur.”("Biharul-ənvar”, 57-78 )
    Əmirəl-möminin Əli (ə) buyurur: "İnsan öz danışığı ilə dəyərləndirilir, əməli ilə ölçülür. Elə söz de ki, danışığını ağırlatsın, bir iş gör ki, rəftarının dəyərini yüksəltsin.”("Əl-xisal”, 1-51, hədis 62 )
    Həzrət buyurur: "Özünüzü əxlaqi fəzilətlərlə zinətləndirin. Zülüm-sitəmdən çəkinin, düzgün rəftar edin, insanlara münasibətdə insaflı olun...”(Məcmuəti-vərram”, 1-169 ) Həzrət başqa bir məqamda buyurur: "Yaxşı olar ki, düşüncəli insan özünü var-dövlət, qüdrət, elm, tərif, gənclik məstliyindən hifz etsin. Çünki bu məstliklərin hər biri düşüncəni korlayar, vüqarı əskildən zəhərli küləkdir.”(Ğurərul-hikəm”, 209 )
    Həzrət Zəhra (s.ə.) buyurur: "Mən sizin dünyanızdan üç şeyi sevdim: Allah yolunda infaq (sədəqə), ilahi kitabın tilavəti (oxunuşu), atam rəsulullahın çöhrəsinə tamaşa etmək.”("Ğurərul-hikəm”, 317 )
    İmam Həsəndən (ə) mürüvvət haqqında soruşdular. Həzrət buyurdu: "İnsanın dininə görə coşması, malını təmizləməsi, Allah və xalqın haqqına görə ayağa qalxması mürüvvətdir.”("Ğurərul-hikəm”, 66 )
    Bir şəxs imam Hüseynə (ə) dedi: "Günahkaram, günahdan çəkinməyə gücüm yoxdur. Mənə moizə et.” Həzrət buyurdu: "Beş işi yerinə yetir, sonra istədiyin günaha bat: "Əvvəla Allahın ruzisini yemə, ikincisi Allahın vilayət və himayəsindən xaric ol, üçüncüsü elə bir yer tap ki, Allah səni görməsin, dördüncüsü ölüm mələyi sorağına gələn vaxt onu qov, beşincisi cəhənnəmin sahibi səni cəhənnəmə çəkəndə daxil olma! Bundan sonra istədiyin günaha bat!”("Məsnədi-Fatimətuz-Zəhra”, 159, bab 6 )
    İmam Səccad (ə) buyurur: Övladının sənin boynunda haqqı budur ki, onun varlığını özündən biləsən, dünyada yaxşı və pis əməllərinin sənə bağlı olduğunu anlayasan, ona atalıq və himayəyə məsul olduğunu dərk edəsən, övladını bəyənilmiş əxlaqla tərbiyələndirəsən, onu Allaha doğru yönəldəsən, onun tərbiyəsində rəftarına diqqətli olasan, məsuliyyətindən agah ata olasan. Biləsən ki, övladına yaxşılıq etmiş olsan mükafatın, pislik etmiş olsan cəzan var.”("Tohəful-uqul”, 235 )
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Allah pislikləri qıfıllayıb ki, insanlar ondan zərər görməsin. İnsanı məst edən şərab bu qıfılın açarıdır. Yalan şərabdan da pisdir.”("Cameul-əxbar”, 130 ) Həzrət başqa bir məqamda buyurur: "Şərabxor insan bütpərəst kimidir. Daim şərab içən insan əsməyə düçar olur, onun əxlaqi fəzilətləri aradan götürülür. Şərab insanı günah qarşısında o qədər cəsarətli edir ki, şərab içən şəxs qan tökməkdən, zinadan belə çəkinmir.”(Mən la yəhzuruhul-fəqih”, 2-621 )
    İmam Sadiq (ə) buyurur: "Üç dəstə ilə ünsiyyət və dostluqdan çəkinin: "Xainlərdən, sitəmkarlardan və söz gəzdirənlərdən. Bir gün sənin xeyrinə başqasına xəyanət edən şəxs səhəri gün başqasının xeyrinə sənə xəyanət edəcək. Sənə görə başqasına sitəm qılan insan çox keçməz ki, sənin özünə zülm edər. Sənə başqalarından danışan tezliklə səndən də başqalarına danışar.”("Kafi”, 2-338 )
    İmam Musa ibn Cəfər qarabəniz və eybəcər bir şəxsin yanından keçirdi. İmam salam verib onun yanında əyləşdi. Bir müddət onunla danışdı, sonra bildirdi ki, istəyini yerinə yetirməyə hazırdı. Onların söhbətinə şahid olanlar dedilər: "Ey peyğəmbər oğlu! Belə bir adamla əyləşib onun istəyini yerinə yetirirsən?” Həzrət buyurdu: "O Allahın bəndələrindən, Quran hökmünə əsasən bizim qardaşlarımızdan, Allah şəhərlərində qonşularımızdandır. Həzrət Adəm ən üstün ata, İslam ayini ən üstün ayindir. Bu din bizi onunla bağlamışdır.”(Səduq, "Əl-əmali”, 665 )
    İmam Riza (ə) buyurur: "Özün və ailən üçün xərcləyəndə orta həddi gözlə.”("Tuhəful-uqul”, 315 )
    İmam Səccad (ə) buyurur: "Azğın nəfs istəyinə itaət edən kəs öz düşməninin arzusunu yerinə yetirmişdir.”("Elamud-din”, 309 )
    İmam Hadi (ə) buyurmuşdur: "Cəmiyyətdə ədalət və insaf zülmü üstələyərsə birinə münasibətdə bədgümanlıq haramdır. Yalnız bir şəxsin pisliyinə şahid olduqda münasibət dəyişə bilər. Zülüm-sitəm ədaləti üstələdikdə birinə münasibətdə xoşgümanlıq rəva deyil. Yalnız həmin şəxsdən yaxşılıq gördükdə münasibət dəyişə bilər.”("Fiqhur-Riza”, 254, bab 37 )
    Allahın rəsulu: "Allah ata-anaya böyük mükafat verər. Onlar deyər: "Pərvərdigara! Bir bu qədər lütfünün səbəbi nədir? Bizim əməllərimiz bu qəbil mükafata layiq deyil!” Cavab olaraq deyilər: "Bütün bu mükafatların səbəbi odur ki, övladınıza Quran öyrətdiniz, onu İslam ayinlərində agah tərbiyə etdiniz.”("Elamud-din”, 309 )
    Əhli-beytin (ə) həqiqi şiəsi
    Əhli-beyt (ə) çoxsaylı rəvayətlərdə öz həqiqi ardıcıllarının səciyyələrini sadalayır. Onlar bu sifətlərlə zinətlənən, var qüvvəsi ilə insani sifətlərə yiyələnməyə çalışan, çirkin sifətlərdən uzaqlaşan şəxsləri öz həqiqi şiələri sayırlar.
    Cabir Cövhidən nəql olunmuş dəyərli bir hədisdə imam Məhəmməd Baqir (ə) buyurur: "Ey Cabir! Şiəlik iddiasında olanın bizə məhəbbətdən dən vurması bəs edirmi?! And olsun Allaha! Yalnız Allahdan qorxan və Ona itaət edənlər bizim şiəmizdir. Ey Cabir! Bizim şiələrimiz yalnız təvazö, sadəlik, əmanətdarlıq, Allahın çox zikri, oruc və namaz, ata-anaya yaxşılıq, yoxsul qonşulara yardım, borclulara və yetimlərə diqqət, doğruçuluq, Quran tilavəti, insanların yaxşılığına danışıq, dostlar və yaxınlara xoş münasibətlə tanınır.” Soruşdum ki, ey peyğəmbər övladı, axı bu gün kimsədə bu sifətləri görmürük? Həzrət buyurdu: "Məgər bir şəxsin mən Əlini sevirəm, onu özümə imam bilirəm deyib, axirət üçün çalışmaması bəs edərmi?” Sonra həzrət əlavə etdi: "Ey Cabir! And olsun Allaha! Yalnız itaətlə Allaha yaxın məqama çata bilərsən. Bizdə cəhənnəmdən qurtuluş vəsiqəsi yoxdur. Kimsənin Allah qarşısında günaha görə üzrü olmaz. Kim Allaha mütidirsə, o da bizim dostumuzdur. Allaha qarşı üsyan qaldıran bizim düşmənimizdir. Bizim vilayətimiz və bizimlə dostluq yalnız pak əməllə əldə olunur.”("Elamud-din”, 312 )
    İmam Məhəmməd Baqir (ə) Xozeyrə buyurdu: "Bizim tərəfimizdən dostlarımıza salam çatdır və de ki, biz Allahın əzabını kimsədən uzaqlaşdıra bilmərik. Yalnız paklıqla əzabdan uzaqlaşmaq olar. Dilinizi hifz edin, əlinizi günahdan qoruyun. Səbir və namazı yaddan çıxarmayın. Allah səbirlilərlədir.”("Təfsiru-imamul-Əskəri”, 449, hədis 297 )
    İmam Sadiq (ə) buyurur: "Ey şiə cəmiyyəti! Bizə zinət olun, bizə pislik gətirməyin. İnsanlarla yaxşı danışın, dininizi qoruyun, çox və pis danışıqdan çəkinin.”(Kafi”, 2-74, itaət və təqva babı, hədis 3)
    Başqa bir məqamda həzrət buyurur: "Ey Cündəb oğlu! Şiələrə xəbərdarlıq et və de ki, məbada çeşidli yollar və çoxsaylı məktəblər sizi yoldan azdırsın! And olsun Allaha, yalnız pəhrizkarlıq, dünyada ciddi səy, din qardaşları ilə həmdərdlik vasitəsi ilə bizim vilayətimizə yetişmək olar. Xalqa zülüm edən bizim şiəmiz deyil.("Dəaimul-İslam”, 1-133 )
    Əhli-beytdən (ə) nəql olunur: Günah və çirkin işlərə yol vermək bizim düşmənlərimizin əxlaqındandır. Bizim şiələrimiz bu işlərdən çəkinirlər. Bizim şiəmiz nə sələmçi, nə qəsbkar, nə zinakar, nə oğru, nə xain, nə əhdə vafasız, nə zalım, nə haqq tapdayan, nə ailə-övladı incidən, nə qəlb sındıran, nə də böhtan atandır.
    Əhli-beyt (ə) öz yaxın və həqiqi şiələrinə varlıq aləmini yaradan Allaha etiqadı, haqların ödənməsini, Quran göstərişlərinə əməli, Allah rəsuluna iqtidanı, peyğəmbər canişinlərinə itaəti, günah və çirkin işlərdən uzaqlığı öyrətmişdir.
    İmam Riza (ə) Əbdül Əzim Həsəniyə buyurur: "Mənim tərəfimdən dostlarıma salam çatdır və de ki, şeytana yol verməsinlər. Onlara doğruçuluğu və əmanətdarlığı tövsiyə et. Onları susmağa dəvət et, boş danışıqdan çəkindir. Bir-birlərinə üz tutsunlar, bir-birləri ilə görüşsünlər. Çünki bütün bu işlər mənə yaxınlıqla sonuclanar. Məbada parçalanmağa məşğul olalar. And olsun Allaha, belə edib dostları qəzəbləndirənlər üçün Allahdan ən ağır dünya əzabı, ən böyük axirət zərəri istəyərəm!”(Səduq, "Əl-əmali”, 400 )
    Bəli, Əhli-beytin (ə) tövsiyələrini qəbul etməyib, onlara əməldən çəkinənlər ziyankarlardır. Onlar daim təkəbbür göstərir və nəfs istəklərinə uyurlar.
    Əhli-beyt (ə) daim öz şiələrini günah, zülm-sitəmdən çəkindirmiş və buyurmuşlar: "Aman günaha batanın əlindən! Çünki hər kəs günaha batsa özünə pislikdə həddi aşmışdır.”(Tohəful-uqul”, 303 ) İstənilən bir zərər-ziyandan qurtuluş yolu yalnız və yalnız Əhli-beytə (ə) itaətdir. İtaətin sonu Allahın razılığı və Əhli-beytin (ə) şəfaəti, dünya və axirət xoşbəxtliyidir. Allahın razılığı və şəfaətinə digər bir yolla çatmaq mümkünsüzdür.
    İmam Sadiq (ə) öz şiələrinə məktubunda mühüm bir tövsiyə verir: "Bilin ki, Allahın yaratdıqlarından nə bir yaxın mələk, nə seçilmiş peyğəmbər, nə bir başqası Allahın əzabından bir zərrəsini sizdən uzaqlaşdıra bilməz. Şəfaətçilərin şəfaətinə layiq olmaq istəyən hər kəs Allahın razılığını diləsin. Bilin ki, Allahın yaratdıqlarından istənilən biri yalnız ona itaət vasitəsi ilə razılıq əldə etmişdir. Allahın rəsuluna, əmr sahiblərinə itaət Allaha itaətdir. Onlara itaətsizliyi Allaha itaətsizlik bilin. Onların kiçikli-böyüklü fəzilətini inkar etməyin.”("Əl-ixtisas”, 247 )
    "Kafi”, "Əl-xisal”, "Tohəful-uqul”, "Vəsailuş-şiə” (11-ci cild), "Məcmuəti Vərram” kimi kitablarda Əhli-beytin (ə) etiqadi, əxlaqi və əməli tövsiyələri ilə daha geniş şəkildə tanış ola bilərsiniz.
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 743 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024