İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:18 PM
    Əhli-beytə (ə) məhəbbətin nişanələri
    1. Allahın insana məhəbbəti
    Əhli-beyt (ə) məhəbbəti Allahın pak və ləyaqətli insanların qəlbinə hədiyyəsidir. İmam Baqir (ə) buyurur: "Bilirəm ki, bizə sevginizin səbəbi özünüzün vücuda gətirəcəyiniz bir şey deyil. Bu məhəbbət Allahın yaratdığı bir gerçəklikdir.”("Əl kafi”, 2-46, "Nisbətul-İslam” babı, hədis 2 )
    İmam Sadiq (ə) buyurur: "Bizə məhəbbəti Allah qızıl və gümüş xəzinələri tək ərşin altındakı xəzinələrdən endirir. O yalnız həddində nazil olur. Təkcə ən yaxşı bəndələrə əta edilir. Bu eşq yağmurlu bulud kimidir. Allah istədiyi vaxt ona əmr edir, o da eşq yağışı yağdırır. Belə bir eşq ana bətnində körpəyə də çatır.”("Əmali”  )
    Əhli-beyt (ə) məhəbbəti Allahın hədiyyəsi olduğundan və hədiyyə yalnız dostlara əta edildiyindən belə bir məhəbbət Allahın insana məhəbbət nişanəsidir.
    2. Pak doğuş
    Bəzi rəvayətlərə əsasən Əhli-beyt (ə) məhəbbəti pak doğuş göstəricisidir. Əmirəl-möminin (ə) buyurur ki, Peyğəmbər (s) Əbuzərə belə bəyan etdi: "Ey Əbuzər! Hər kəs biz Əhli-beyti (ə) sevsə, Allaha ən ilkin nemətinə görə şükür etməlidir.” Əbuzər dedi: "Ey Allahın rəsulu! İlkin nemət hansıdır?” Həzrət buyurdu: "Pak doğuş. Bizi yalnız pak doğulanlar sevər.”("Əl-məhasin”, 1-149, bab 19, hədis 62; "Biharul-ənvar”, 5-222, bab 9, hədis 4 )
    İmam Baqir (ə) buyurur: "Hər kəs sübh oyanıb qəlbində bizə eşq sərinliyini duysa, Allaha ilkin nemətinə görə təşəkkür etməlidir.” İlkin nemət haqqında soruşulduqda həzrət buyurdu: "Pak doğuş.”(Tohəful-uqul”, 313; "Biharul-ənvar”, 75-291, bab 24, hədis 2  )
    3. Pak qəlb
    Əhli-beyt məhəbbəti, peyğəmbər ailəsinə sevgi pak qəlb göstəricisidir. İmam Sadiq (ə) buyurur: "And olsun Allaha... Yalnız Allah tərəfindən qəlbi pak edilənlər bizi dost bilər. (Paklanan qəlb Əhli-beyt sevgisinə hazır olar)”(Tusi, "Əl-əmali”, 455 )
    4. İman və əməlin qəbulu
    Əhli-beyt (ə) sevgisi iman və əməllərin qəbul göstəricisidir. Peyğəmbər (s) buyurur: "Rəbbim mənimlə peyman bağladı ki, bəndələrin imanını yalnız Əhli-beyt (ə) sevgisi ilə qəbul edəcək.”(Səduq, "Əl-əmali”, 275 )
    Əmirəl-möminin (ə) buyurur: "İslam peyğəmbəri mənimlə şərt kəsdi ki, bizi yalnız möminlər sevər, yalnız münafiqlər düşmən bilər.”("Duaimul-İslam”, 1-73 )
    Həzrət digər bir məqamda buyurur: "Əlimdəki qılıncı mənə düşmən olsun deyə, möminin burnuna çalsam mənə düşmən olmaz. Əgər bütün dünyanı mənə dost olsun deyə münafiqin ayağı altına töksəm mənə dost olmaz. Çünki peyğəmbərin dilindən belə bir ilahi fərman bəyan olunub: "Ya Əli! Səninlə heç bir mömin düşmən olmaz, heç bir münafiq dostluq etməz.”("Musnəde-Əhməd”, 1-204 )
    Əhli-beyt (ə) məhəbbətinin şərtləri və təsirləri
    Əhli-beyt (ə) məhəbbətinin şərtləri var və bu məhəbbət dildə izharla başa çatmır. Yalnız uyğun şərtlər ödəndikdə Əhli-beyt (ə) sevgisinin xüsusi təsirləri olur. Əhli-beyt (ə) məhəbbətinin təsirlərinin şərtləri və təsirləri ilə tanış olaq:
    1. Göstərişlərə əməl
    Əhli-Beyt (ə) eşqinin şərtlərindən biri budur ki, aşiq Allah yolunda daim təlaşdadır. O daim Əhli-beytin (ə) əməl və rəftarlarını izləyir və öz həyatında şüara çevirir. Rəvayətlərdə oxuyuruq: "Bizi sevən kəs bizim gördüyümüz işi görməlidir.”(Üyuni-əxbarur-Riza”, 2-60, bab 31, hədis 235 )
    İmam Sadiq (ə) buyurur: "Yalnız qarın və şəhvətini haramdan qoruyanlar Cəfəri şiəsidir. Belə bir şəxs Rəbbi üçün çalışmalı, onun mükafatına ümid etməli və əzabından qorxmalıdır...”("Nəhcül-bəlağə”, 477, hikmət 45 )
    İmam Baqir (ə) dəyərli bir rəvayətdə Cabir Cövhiyə buyurur: "Ey Cabir! Bir şəxs şiəliyi qəbul edib Əhli-beyti (ə) sevdiyini bildirsə bəs edərmi? İmam buyurdu: "And olsun Allaha, yalnız Allaha xatir bütün günahlardan çəkinən, həzrət Haqqa itaət edənlər bizim şiələrimizdir. Ey Cabir! Şiələr bizi yalnız bu nişanələrlə tanıyar: təvazö, xüşu, əmanətdarlıq, Allah zikri, oruc və namaz, ata-anaya yaxşılıq, yoxsul qonşulara yardım, zərərə düşənlərə və yetimlərə kömək, düz danışıq, Quran tilavəti, dili qoruyub yalnız yaxşı sözlər danışmaq. Bizim şiələrimiz bütün işlərdə öz qəbilələrinin əminləridirlər.” Cabir deyir: İmam Məhəmməd Baqirə (ə) dedim: "Ey peyğəmbər övladı! Biz bu xüsusiyyətlərə malik birini tanımırıq.” Həzrət buyurdu: "Ey Cabir! Təxəyyüllər səni azdırmasın. Bir şəxsin "Əlini (ə) sevirəm” deyib, Allah yolunda çalışması bəs edər. Əgər söyləsə ki, peyğəmbəri sevirəm, amma onun yolunu getməsə, sevgisinin heç bir faydası yoxdur. Ey şiələr! Allahdan qorxun, Onun kitabına əməl edin. Allahla bir kəs arasında qohumluq yoxdur. Allah üçün ən yaxşı bəndə ən təqvalı və ən abid kəsdir. Ey Cabir! And olsun Allaha, Allaha yalnız itaətlə yaxınlaşmaq olar. Bizdə cəhənnəm odundan qurtuluş qəbzi yoxdur. Allah qarşısında kimsənin üzrü olmaz. Allaha müti olan bizim dostumuzdur. Allaha qarşı çıxan bizim düşmənimizdir. Bizim vilayətimizə çatmaq üçün yeganə yol əməl və paklıqdır.”("Tohəful-uqul”, 104; "Əl xisal”, 2-614; "Ğurərul-hikəm”, 117, hədis 2045; "Biharul-ənvar”, 67-306, bab 57, hədis 30  )
    2. Təvəlla
    Aşiqlərin imamı, ariflərin qəlb nuru, təqvalılar ağası Əmirəl-möminin (ə) buyurur: "Bizim dostumuzu dost bilən düşmənimiz deyil, dostumuza düşmən olan dostumuz deyil.”(Sifatul-şiə”, 11; "Əl xisal”, 1-295, hədis 63; "Vəsailuş-şiə”, 15-251, bab 22, hədis 20425 )
    İmam Sadiq (ə) buyurur: "Bizi sevəni sevən, heç şübhəsiz, bizi sevir.”("Kafi”, 2-74, itaət və təqva babı, hədis 3 )
    3. Təbərra
    Əhli-beyt (ə) eşqinin digər bir şərti onların düşmənlərini düşmən bilməkdir. Həzrət Əli (ə) buyurur: "Bir şəxs bizə münasibətini bilmək istəsə qəlbini sınağa çəksin. Əgər xalqı bizə qarşı qaldıranı sevirsə, bilsin ki, Allah, Cəbrail və Mikail onun düşmənləridir. Allah kafirlərə düşməndir.”(Müfi, "Əl-əmali”, 334 )
    Həzrət başqa bir məqamda buyurur: "Əgər bir şəxs bizi sevdiyi halda düşmənlərimizi sevərsə, belə biri heç şübhəsiz, bizdən deyil...”("Əl-məqnəə”, 485, bab 37; "Biharul-ənvar”, 97-124, bab 2, hədis 34 )
    4. Bəla və müsibət
    İnsanın tərbiyəsində bəla və müsibət qədər təsirli ikinci bir şey yoxdur. Müəyyən ərzaqların xarab olmaması üçün onları soyuqda saxlayırlar. İnsan da müəyyən çətinliklərdən keçməklə tərbiyə olunur. Bu səbəbdən də Allah öz dostlarını yoxsulluq, qorxu, aclıq, övlad dağı və bu kimi başqa bəlalarla tərbiyələndirib onun behiştə yolunu hamarlayıb.
    Allahın rəsulu yoxsulluqdan şikayətlənən Əbu Səid Xidriyə buyurur: "Ey Əba Səid! Səbirli ol. Çünki yoxsulluq məni sevənlərə doğru aşağı axan sel kimi sürətlə yaxınlaşır.”(Tusi, "Əl-əmali”, 148 )
    Əbuzər deyəndə ki, mən siz Əhli-beyti (ə) sevirəm, həzrət buyurdu: "Beləsə, yoxsulluq üçün libas hazırla. Çünki yoxsulluq bizi sevənə doğru dağdan enən sel kimi sürətlə hərəkət edər.”("Təfsiri-Qummi”, 2-171; "Biharul-ənvar”, 27-51, bab 1, hədis 1 )
    Ağır sınaq
    Rəvayətdə nəql olunur: "Bir gün həzrət Peyğəmbər (s) yolda ənsardan bir kişi ilə rastlaşdı. Həmin şəxs dedi: "Atam-anam sənə qurban, ey Allahın rəsulu! Sənin çöhrəndəki halsızlıq məni narahat edir. Nə baş verib?” Həzrət buyurdu: "Acıq!” Həzrətin cavabı kişini üzdü. O tələsik evə gedib həzrətə bir şey gətirmək istəsə də heç nə tapmadı. Yubanmadan özünü Bəni-qürəyzəyə çatdırdı. Onlar üçün quyudan çəkəcəyi hər qab su müqabilində bir xurma almaqla razılaşdı. İşini görüb xurmaları aldı və özünü peyğəmbərə çatdırdı. Gördü həzrət Peyğəmbər (s) əvvəlki yerindəcə əyləşib. Ədəb və ehtiramla xurmaları həzrətə təqdim etdi. Həzrət "bu xurmaları haradan gətirdin” soruşdu. Ənsardan olan şəxs əhvalatı nəql etdi. Həzrət buyurdu: "Düşünürəm ki, sən Allah və Onun rəsulunu sevirsən.” Kişi dedi: "Bəli, and olsun səni haqq olaraq seçənə, mən səni özümdən, ailə-övladım, var-dövlətimdən çox sevirəm.”
    Dinim fəda oldu sevda yoluna,
    Qul tək səcdə qıldım gül camalına.
    Od olub yandırdın başdan ayağa,
    Əbəsmiş ağlamaq qeylü-qalına.
    Yanıb insan oldum eşq məhəlində,
    Eşqin zinət verdi ruhun halına.
    Qanadsızamsa da lütfünlə sənin
    Yüksəldim sevginin son kamalına.
    Ey qəlblər odunda qovrulan istək,
    Əzəldən düşmədim özgə dalına.
    And ola zülfünə bu aşiq vücud
    Özgədən üzülüb dönüb quluna.
    Həzrət Peyğəmbər (s) ənsardan olan bir kişiyə xitabən buyurdu: "Yoxsulluğa hazır ol, dözümünü yoxla, bəla üçün libas əldə et. And olsun Allaha, məni haqq olaraq göndərən Rəbbim məni sevənə doğru dağdan enən seldən sürətlə yoxsulluq və bəla göndərəcək!”("Musnəde-Əhməd”, 4-85 )
    Əmirəl-möminin (ə) buyurur: "Bizi sevən kəs çeşidli bəla və çətinliklərə hazır olsun.”("Mustədrək”, 4-367 )
    İmam Məhəmməd Baqirin (ə) Məhəmməd ibn Müslümlə görüşü
    Məhəmməd ibn Müslüm imam Baqirin (ə) ən yaxın adamlarından idi. O deyir: Çox ağır vəziyyətdə olsam da, özümü bir təhər Mədinəyə çatdırdım. İmam Baqir (ə) mənim gəlişim və xəstəliyim haqda xəbər tutub şərbət düzəltmiş və həmin şərbəti xidmətçisi ilə mənə göndərmişdi. Xidmətçi yanıma gəlib dedi: "Bu şərbəti iç. Həzrət göstəriş verib ki, sən içməyincə geri qayıtmayım.” Mən müşk ətri verən şərbəti içdim. Xidmətçi dedi: "Həzrət buyurur ki, şərbəti içdikdən sonra onun yanına gələsən. "Şərbəti içməzdən öncə durmağa halım olmadığı halda, onu içdikdən sonra sanki ayağımdan buxov açıldı. Ayağa qalxıb həzrətin evinə üz tutdum. Hüzuruna daxil olmaq üçün icazə istədim. Həzrət uca səslə buyurdu: "Salamat olasan, daxil ol!” Mən ağlaya-ağlaya həzrətin hüzuruna daxil oldum. Salam verib əlindən öpdüm. Həzrət buyurdu: "Məhəmməd! Nə üçün ağlayırsan?” Dedim: "Sənə fəda olum, qəribliyim, axirət səfərinin uzunluğu, yoxsulluq və sizinlə görüşə gələ bilmədiyim üçün.” Həzrət buyurdu: "Yoxsulluqdan danışırsan. Allah bizim dostlarımızı belə görmək istəyib. Dostlarımızın bəla və çətinlikdə olması onun istəyidir. Qəriblikdən danışırsan. Bizdən uzaqda, Fərat kənarında qalmış Hüseyni özünə nümunə seç. Axirət səfərinin uzaqlığına gəldikdə, bil ki, mömin şəxs Allahın mərhəmətinə qovuşanadək insanlar arasında qürbətdədir. Dedin ki, bizə yaxın olmaq istədiyin halda görüşümüzə gələ bilmirsən. Bil ki, Allah qəlbindəkilərdən xəbərdardır və buna görə sənə mükafat verəcək.”("Usdul-ğabə”, 4-294 )
    5. İki tərəfli eşq
    Əhli-beytə məhəbbətin öz səciyyəsi var. Belə ki, insanın onlara məhəbbətinə qarşılıqlı məhəbbətlə cavab verilir. Hətta bu məhəbbətin başqa təsiri olmasa da, onların dostluğunu qazanmaq bəs edər. Bundan da böyük sərmayə ola bilərmi?! Belə bir məqamda demək lazım gəlir ki, Əhli-beytə (ə) məhəbbət misilsiz bir həqiqətdir. Bu məhəbbəti heç nə ilə əvəz etmək olmaz. Əhli-beytə (ə) məhəbbətdən savayı heç nə insana onların məhəbbətini qazandıra bilməz. Belə bir eşqə görə şükr etmək lazımdır.
    Qəlbləri bürüdü eşqin qovğası,
    Açıldı önümdə sevgi dəryası.
    Könül məşuq deyib çıxdı səfərə,
    Canım qurban oldu o bir nəfərə.
    Dünyadan, dostlardan çəkdim gözümü,
    Hər nəyi itirib tapdım özümü.
    Əgər yaxşı baxsan könül mülkünə,
    Eşqdən savayı axı de var nə?
    Könlüm ol məşuqun önündə ayna,
    Vallahi, billahi sirdir bu dünya.
    Ol eşq dünyasının işığı altda
    Başqa hər nə varsa aşağı qatda.
    Bu yolda bəlanın öz səfası var.
    Aşiqə vüsaldan şirin intizar.
    Bir gün atamla həzrət Peyğəmbərin (s) hərəminə daxil oldum. Atam məsciddəki dəstə-dəstə adamları görsə də, onlara etinasızlıq göstərdi. Amma bir dəstənin başı üzərində dayanıb buyurdu: "And olsun Allaha, mən sizin qoxunuzu, ruhunuzu sevirəm.” Bəli, bu dəstə şiələr idi!”("Əl-ğarat”, 2-401; "Şərhi nəhcül-bəlağə”, 4-105; "Biharul-ənvar”, 39-295, bab 87  )
    Əhli-beyt (ə) öz aşiqlərini hədsiz sevdiyindən bu aşiqlərə etinasızlıq göstərənlər Əhli-beytin (ə) etinasızlığı ilə qarşılaşır. İmam Sadiq (ə) ətrafında cəmlənmiş insanlar arasında buyurdu: "Nə üçün bizə yüngül yanaşırsınız?” Xorasanlı bir kişi dedi: "Belə bir işdən Allaha pənah aparıram.” İmam buyurdu: "Sən də bizi yüngül sayanlardansan. Yadındadırmı, bizim şiəmiz səndən onu miniyinə götürməyi istədi, amma məhəl qoymadın. And olsun Allaha, bu səbəbdən də başı ucalıq qazanmadın. Şübhəsiz, möminə yüngül yanaşan bizə yüngül yanaşmış və Allah-təalanın hörmətini gözləməmişdir.”("Əl-ixtisas”, 52 )
    6. Əhli-beyt (ə) məhəbbəti ölüm zamanı şadlıq vasitəsidir.
    İnsan üçün həyatda ən ağır məqam ölüm yatağında can verilən məqamdır. Can verən insan əriyib qurtarmaqda olan şam kimidir. Onun dünya ilə rabitəsi üzülməkdədir. O axirət evinə qədəm qoyduğu vaxt pərdələr çəkilir və o əqidə, əxlaq və əməllərinə münasib həqiqətlə rastlaşır. Bu həqiqət onun üçün ya çox ağrılı, ya da çox xoş olur. Əhli-beyt (ə) məhəbbətinin şirinliyi də məhz həmin məqamda zühur edir.
    Şiə necə can verir?
    Abdullah ibn Vəlid deyir: Mərvanın dövründə imam Sadiqin (ə) görüşünə getdim. Həzrət soruşdu: "Kimsən?” Dedim: "Kufə əhlindən.” Həzrət buyurdu: "Kufə əhli, xüsusi ilə Kufə şiələri kimi aşiqimiz yoxdur.” Sonra əlavə etdi: "Allah sizi bir həqiqətə yönəldib ki, başqaları ondan xəbərsizdir. Bu səbəbdən də siz dostluğa, başqaları düşmənçiliyə üz tutub. Siz bizə tabe oldunuz, başqaları bizə qarşı çıxdılar. Siz bizi təsdiqlədiniz, başqaları bizi təkzib etdi. Allah sizin həyat və ölümünüzü bizim həyat və ölümümüz kimi qərar versin. Atam buyurub: "Ölüm mələyi möminə deyər: "Başının üstünə bax.” Mömin deyilən tərəfə baxıb, dünya əhlinin əli çatmayan behişt dərəcələri və qəsrlər görər. Bu mənzillər və nemətlər, var-dövlət və əhl-əyal sənin və nəslindən olan salehlərindir. Allahın bu lütf və bəxşişindən razısanmı?” Şəxs deyər: "Bəli, and olsun Allaha.” Sonra ölüm mələyi deyər: "Bax.” Şəxs baxıb həzrət Məhəmmədi (s), Əlini (ə) onların ailəsindən olan pak insanları müşahidə edər. Ölüm mələyi deyər: "Onları görürsənmi? Onlar sənin ağaların, imamlarındır. Burada sənin yoldaşların onlardır. Dünyada qoyub gəldiklərin müqabilində aldıqlarından razısanmı?” Şəxs deyər: "Bəli, and olsun Rəbbimə!”(Tusi, "Əl-əmali”, 722, hədis 1522 )
    Belə bir məqamda insan dünyadan gedişindən və axirətə daxil olmasından razı qalır və heç vəchlə geri dönmək istəmir.
    Əhli-beyt (ə) aşiqlərinin ölüm zamanı müşahidə etdiyi həqiqətlərdən biri də rəhmət mələkləridir. Bu mələklər möminləri müjdələyir, Allahın salamını onlara çatdırır. Qurani-kərimdə oxuyuruq: "Şübhəsiz, "Rəbbimiz Allahdır” deyənlər, sonra (əməl meydanında) möhkəm dayananlara mələk nazil olub deyər: "Qorxmayın, qəmlənməyin. Sizə vəd olunmuş behiştlə müjdə olsun. Biz dünya və axirət həyatında sizin dostlarınızıq. Ürəyinizdən keçən behiştdə hazırdır. Orada istədiyiniz hər nə var. Bağışlayan və mehiban Allah tərəfindən hazır ruzi!”("Kafi”, 8-89, hədis 73 )
    Əbuzər necə can verdi?
    Əbuzər ölüm vaxtı bütün qüvvəsini itirmişdi. Qızını çağırıb dedi: "Səhranı bir dəfə də dolan, bəlkə azca su və yeməyə bir şey tapdın. Mən susuzluq və aclıqdan gücümü itirmişəm!”
    Əbuzər Əhli-beyt (ə) aşiqliyində günahlandırılaraq dövrün zalım hökuməti tərəfindən Rəbəzəyə sürgün olunmuşdu. Həmin yerdə nə su, nə də ot vardı. Amma Əbuzər Əhli-beyt (ə) eşqi sayəsində bütün bu çətinlikləri adlayırdı.
    Əbuzərin qızı atasının istəyi əsasında səhranı dolanıb geri qayıtdı. Dedi: "Nə içməyə su, nə də yeməyə bir şey tapdım!” Qız atasının can verdiyini gördü. Onun başını dizi üstünə alıb mehribanlıq göstərdi. Atası deyirdi: "İləyhis-səlam, ələyhis-səlam, huvəs-səlam, bihis-səlam, minhus- səlam.” Qızı atasından kimə salam verdiyini soruşdu. Əbuzər dedi: "Qızım ölüm mələyi gəlib deyir: "Allah buyurub ki, Əbuzərin canını almamış ona məndən salam söylə. Mən də həmin salamın cavbını verirəm.”
    Bəli, Əli (ə) və Əli övladlarına aşiq olan kəs nəinki Əhli-beytin, hətta Allahın eşqi ilə mükafatlandırılır. İndi özünüz deyin, hansı həyat üstündür: Əbuzərin həyatı, yoxsa bizim həyatımız?!
    7.Məhəbbət və məhbubun hüzuru
    Qarşıda bizi gözləyən ağır çətinliklərdən biri hər şey və hər kəsdən ayrılıq məqamı, yəni ölüm anıdır. Ölüm mələyinin insanın yatağına yaxınlaşması ilə gerçəkləşən bu məqamda insan qürbətin acılığını tam mənasında hiss edir. Amma Əhli-beyt (ə) aşiqləri üçün ölüm məqamı qürbət yox, öz mövlaları ilə görüş anıdır. Əhli-beyt (ə) aşiqi ölüm məqamında vəsfə gəlməz bir şadlıq duyur.
    "Kafi” kitabında nəql olunur ki, imam Sadiqdən (ə) möminin ölüm məqamı haqqında soruşulduqda buyurdu: "Ölüm mələyi ruhu çıxarmaq üçün gələndə mömin dözümsüzlük göstərir. Ölüm mələyi deyər: "Ey Allahın dostu! Səbr et. And olsun Məhəmmədi peyğəmbərliyə seçənə, mən sənə başının üstünə gəlmiş atadan daha mehribanam. İki gözünü aç və gör ki, Peyğəmbər (s), Əmirəl-möminin (ə), Fatimə, Həsən və Hüseyn, o biri imamlar sənin yanındadır.” Möminə deyilər: "Bunlar sənin dostların olan Peyğəmbər (s), Əmirəl-möminin (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə), o biri imamlardır.” Mömin gözünü açıb tamaşa edər...”("Təfsirul-imamul-Əskəri”, 239, hədis 117 )
    Ölüm məqamında imam Hüseynin (ə) hüzuru
    Müqəddəs Qum şəhərində İslam elmləri və Əhli-beyt (ə) maarifi ilə məşğul olduğum vaxtlar arabir Tehrana ata-anamı görməyə gedirdim. Həmin səfərlərdən birində şəhid, mücahid Nəvvab Səfəvi ilə tanış oldum. Onun vasitəsi ilə Allah övliyalarından, müxlis bəndələrdən olan bir sıra insanlarla görüşdüm. Gənc yaşlarımda belə insanlarla tanışlığım böyük mənəvi bərəkətlərə səbəb oldu. Onlarla görüşlər mənim tərbiyəmdə, mənəvi təkamülümdə çox təsirli oldu. Onlar kamil, mömin, alim, Əhli-beyt (ə) aşiqi, ali-Məhəmməd müsibətlərinə göz yaşı axıdan insanlar idi. Onlardan biri kəramət sahibi olan Hacı Qulaməli Qəndi idi. Bir gün məni evinə dəvət etdi. Otağını göstərib dedi: "Bu otağı uzun müddət misilsiz hal əhli Nizam Rəştinin ixtiyarına vermişdim. O zövcəsinin ölümündən sonra yeganə qızı ilə bu otaqda yaşayırdı. Nizam minbərə gedib Əhli-beyt (ə) müsibətindən danışanda hamıdan çox ağlayırdı. Ömrünün son günü bu otaqda dəstəmaz aldı və qızını yanına çağırıb dedi: "Qızım, yanımda əyləş, əlini əlimə ver. Əlini sıxanda məni dərhal qaldır. Çünki vəfalı ağam imam Hüseyn (ə) yanıma gəlir. Mən onun qarşısında ədəbli olmaq istəyirəm!” Qızı deyir: "Atamın yanında əyləşib əlini əlimə almışdım. Əlimi sıxanda dərhal onu qaldırdım. O həddən artıq ədəblə dedi: "Gəldi: "Əssəlamu ələykə ya əba Əbdillah”! Sonra rahatlıqla can verib dünyasını dəyişdi...”
    İmam Rizanın (ə) rəbbani alimlə görüşü
    İnsan üçün ən ağrılı məqamlardan biri də qəbir evindədir. Qəbir evi qürbət, dəhşət, zülmət evidir. Amma Əhli-beyt (ə) aşiqləri üçün qəbir evi ilahi nurla işıqlanmış bərzəxdir.
    Əhli-beytin (ə) iştirakı ilə qəbr evi nura boyanar. Mərhum Hacı Şeyx Mürtəza Hairi Əhli-beytə (ə) fövqəladə eşqə malik hövzə alimlərindən idi. İmkanı olan kimi isti-soyuq bilməz, avtobusa əyləşib imam Rizanın ziyarətinə gedərdi. Dünyasını dəyişdikdən sonra onu yaxınlarından biri yuxuda görür. Ağadan əhvalını soruşduqda o buyurur: "Yetmiş beş dəfə Qumdan Məşhədə imam Rizanın (ə) ziyarətinə getdim, həzrət də öz növbəsində yetmiş beş dəfə görüşümə gəldi.
    Hacı Şeyx Abbas Qummi və imam Hüseyn (ə)
    Mərhum Hacı Şeyx Abbas Qumminin övladlarından olan Hacı Mirza Əli ağa Mühəddisdən eşitmişəm ki, Nəcəfdə ustadı Mirzə Hüseyn Nurinin yanında dəfn olunduqdan sonra ağanı yuxuda görür. Halını soruşduqda ağa deyir: "Bərzəxə daxil olduğum andan indiyədək məni üç dəfə imam Hüseynin (ə) hüzuruna aparıblar.”
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 797 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024