İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:17 PM
    Ayətullah Hacı Mirzə Əli ağa Şirazi və imam Hüseyn (ə)
    Ayətullah Hacı Mirzə Əli ağa Şirazi İsfahanın tanınmış alimlərindən idi. Şəhid Mütəhhəri deyir: "Bu şəxslə bağlı bir çox əhvalatlar bilirəm. Ustad bir gün göz yaşları ağ saqqalını isladan halda belə bir yuxu danışdı: "Yuxuda gördüm ki, ölüm anım çatıb. Ölümü necə bilirdimsə yuxuda gördüm. Cismimdən ayrılmışdım. Bədənimin qəbiristana necə aparılmasına tamaşa edirdim. Məni dəfn etdilər və tənha qaldım. Nə baş verəcəyindən nigaran idim. Qəfildən qəbrimə ağ bir it daxil oldu. Başa düşdüm ki, it şəklində təcəssüm edən mənim tünd xasiyyətimdir. Pərişan oldum. Bu vaxt imam Hüseyn (ə) təşrif gətirdi və mənə buyurdu: "Qəm yemə, mən onu səndən uzaqlaşdıraram.”("Fussilət”, 30-32 )
    Ayətullah Aştiyaninin kəraməti
    "Gəncineye-daneşməndan” kitabının müəllifi mərhum Şərif Razi yazır: "Mərhum Ayətullah Hacı Şeyx Mürtəza Aştiyani Rey şəhərində olduğu vaxt belə bir əhvalat danışdı:
    Müqəddəs Məşhəd şəhərində idim. Bir gün hamama getdim. Orada məni yuxu tutdu. Gördüm ölüm mələyi gəlib ruhumu çıxarır. Camaat ölüm xəbərimi eşidib toplaşdı. Qüsl və kəfəndən sonra məni dəfn etdilər. Bir şəxs mənə dedi: "Gəl bu qəbirin yanına gedək.” Mən dedim: "Mən torpağın altına getməkdən qorxuram.” Dedi: "Qorxma, oraya getməliyik.” Məni qəbrə daxil etdi. Məni dəhşət bürümüşdü. Qəfildən qəbrimin genişləndiyini gördüm, yuxarı tərəfdən bir qapı açıldı. Dedilər ki, həzrət Peyğəmbər (s) və imamlar gəlir. Həzrətin (s), xanım Zəhranın (s.ə) və on iki imamın gəldiyini gördüm. Onların ardınca mərhum atam da daxil olmaqla on dörd böyük alim gəlirdi. Qəfildən aşağıdan bir qapı açıldı. Dəhşətli qiyafədə iki nəfər daxil oldu. Peyğəmbərdən icazə istədilər ki, məni sorğu-suala tutsunlar. Həzrət buyurdu: "Xeyir, məndən soruşun.” Onlar həzrətə tabe oldular. Soruşdular: "Ey Allahın rəsulu, Rəbbin kimdir?” Həzrət buyurdu: "Rəbbim Allah-təaladır, mən onun peyğəmbəriyəm...” Dedilər: "İcazə verirsinizmi ondan soruşaq?” Həzrət icazə vermədi. O buyurdu: "Əmim oğlu Əlidən soruşun.” Onlar Əmirəl-mömininə suallar ünvanlayıb, sonra yenidən icazə istədilər. Peyğəmbər yenə icazə verməyib "qızımdan soruşun” buyurdu. Beləcə, bu sorğu sual davam etdi. On dörd məsum onların suallarını cavablandırdı. Peyğəmbər (s) buyurdu ki, mənimlə müdarə etsinlər.
    Mərhum Aştiyani buyurur: "Həzrət peyğəmbər və imamların təlqini ilə yadımdan çıxan əqidələri yada salıb sualları cavablandırdım. Peyğəmbər (s) hər cavabdan sonra mənə əhsən söyləyirdi. Verdiyim cavablar oradakı alimləri, xüsusi ilə atamı sevindirdi. Sual-cavab başa çatdıqdan sonra Peyğəmbər (s) gəldiyi qapıdan geri döndü. Onlar qəbirdən çıxdıqca qəbir qaranlıqlaşırdı. Alimlər də qəbri tərk etməyə başladı. Qəbir zülmətə büründü, yuxudan oyandım.”
    8. Əzabdan qurtuluş
    Əhli-beyt (ə) eşqinə xatir dünyada günahdan, ölüm zamanı qorxudan, bərzəxdə qürbətdən xilas olan insan, heç şübhəsiz Qiyamətdə hər növ əzabdan xilas olacaq.
    Xanım Fatimənin (s.ə.) istəyi
    Dəyərli bir rəvayətdə nəql olunur ki, İslam Peyğəmbəri (s) buyurdu: "Qiyamətdə Allah-təala tərəfindən xanım Fatiməyə (s.ə.) xitab olunur: "Ey Fatimə! Məndən istə, sənə əta edim, məndən istə səni razı salım.” Xanım Fatimə (s.ə) deyər: "Səndən istəyim budur ki, mənim və ailəmin dostlarını əzab oduna salmayasan.” Allah-təala buyurar: "Ey Fatimə! And olsun izzət və cəlalıma, mən göylərin və yerin yaranışından iki min il qabaq and içmişəm ki, sənin və ailənin dostlarına əzab odunu daddırmayım.”("Kafi”, 3-128 )
    İlahi müjdə
    Bilal ibn Həmamə deyir: Bir gün Peyğəmbər (s) şad halda yanımıza gəldi. Əbdür-Rəhman ibn Ovf ərz etdi: "Ey Allahın rəsulu! Şadlığınızın səbəbi nədir?” Həzrət buyurdu: "Məni sevindirən Rəbbimin müjdəsidir. Mənə çatdı ki, Allah-təala Fatiməni Əliyə zövcə seçən vaxt bir mələyə göstəriş verdi ki, bir tuba ağacı əksin. Sonra məktub vərəqləri yayıldı. Allah bu məktubları yığası mələklər yaratdı. Bu mələklər Qiyamət günü xalq arasında gəzib Əhli-beyt (ə) dostlarını tapar və həmin məktubdan onlara verər. Yazıda bəyan olunur: "Bu, qardaşım, əmim oğlu, qızım tərəfindən ümmətimdən olan kişi və qadınların cəhənnəm odundan qurtuluşu üçün amannamədir.”
    İmam Sadiq (ə) buyurur: "And olsun Allaha, Allah və onun rəsulunu sevən, imamların vilayətini qəbul edən bəndə dünyadan köçəndə cəhənnəm odu görməz.”("Ədli-ilahi”, 251 )
    Bəli, Əhli-beytə (ə) məhəbbət və onlara itaət nişanələrindən biri də ağrı-acılı Qiyamət günündə oddan qurtuluşdur. Həzrət Peyğəmbər (s) buyurur: "Allah biz Əhli-beyti sevəni əmin-amanlıq içində səhnəyə gətirər.”("Təvilul-ayatul-zahirə”, 484; "Biharul-ənvar”, 28-139, bab 4, hədis144 )
    Bir çox mötəbər rəvayətlərdə bəyan olunur ki, həqiqi şəfaətə yalnız Əhli-beyt (ə) məhəbbəti, onlara eşq, göstərişlərinə əməl, paklıq və təqva vasitəsi ilə çatmaq olar. Ağlınıza gəlməsin ki, Əhli-beyt (ə) buyuruqlarına müvafiq gəlməyən məhəbbət səmərə verə bilər.
    Şəfaət dedikdə insanın Qiyamət günü öz var-dövləti ilə meydan sulaması, sabit ilahi qanunları pozub haqqa qalib gəlməsi nəzərdə tutulmur. Belə bir şəfaətin əqli və nəqli dəlili yoxdur. Əsassız şəfaətin puçluğu günortanın günəşi kimi aydındır.
    9. Sirat körpüsündə sabitqədəmlik
    Əhli-beytə (ə) məhəbbət və itaət nişanələrindən biri də sirat körpüsündə büdrəməməkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Əhli-beytimi (ə) daha çox sevən kəs siratda daha möhkəm olasıdır.”("Ricalun-Nəccaşi”, 39, bab 80 )
    Həzrət başqa bir məqamda buyurur: "Kim biz Əhli-beyti (ə) sevərsə, bir addımı onu titrətdikdə, o biri addımı onu möhkəmləndirər. Beləcə, Allah Qiyamət günü ona nicat verər.”("Üyuni-əxbarur-Riza”, 2-58, bab 31, 220; "Biharul-ənvar”, 27-79, bab 4, hədis 15 )
    10. Məhəbbət və bağışlanma
    İnsanın qəlbindəki məhəbbət onun vücudu üçün mühərrik rolunu oynayır. İnsanı məhbuba çatdıran da məhz bu mühərrikdir. Uyğun hərəkət maddi yox, keyfiyyətlə bağlı hərəkətdir. Əhli-beyti (ə) tanıdıqdan sonra onu sevən insanı həmin eşq paklanmağa vadar edir. Belələri həqiqi tövbə ilə zinətlənib əxlaqi fəzilətlərə, saleh əmələ üz tutur. Beləcə, məhbubla onun arasındakı pərdələr yırtılır, məşuqa qovuşmaq yolu rahatlaşır. Rəvayətlərdə bildirilir ki, Əhli-beyt (ə) məhəbbəti günahların bağışlanmasına aparan işlərin artmasına səbəb olur. Düşünməməliyik ki, Əhli-beyti (ə) seviriksə, rahatca günah edə bilərik. Belə bir təsəvvür şeytani təsəvvürdür və azğın nəfs istəklərindən qaynaqlanır. Həqiqi məhəbbət insanı paklığa, saleh əmələ, mənəvi kamilliyə sövq edir. Sevən insan sonda öz məhbubunun təcəssümünə çevrilir. Sonda isə o məşuqda fani olur. Azca düşünməklə qəlbində imam Hüseynə (ə) məhəbbət yaranan Hürr ibn Yezid bu eşqin təsiri altında var-dövlət və məqam həvəsindən əl çəkib, həqiqi tövbə qıldı, cihada qatılıb şəhadət dərəcəsinə çatdı. Bütün bunlar eşqin təsiridir!
    Həzrət Peyğəmbər (s) buyurur: "Biz Əhli-beytə (ə) məhəbbət günahların yuyulması və xeyir işlərin artım səbəbidir.”("Fəzailuş-şiə”, 6, hədis 3; "Biharul-ənvar”, 8-69, bab 22, hədis 16 )
    İmam Həsən (ə) buyurur: "Heç şübhəsiz, yağış yarpaqları yuduğu tək insanın bizə məhəbbəti onun günahlarını yuyur.”("Durərul-əhadis”, 51 )
    İmam Sadiq (ə) buyurur: "Bir şəxs bizi və bizim dostlarımızı dünyaya xatir yox, Allaha xatir sevsə və şəxsi prinsiplərə görə yox, Allaha görə düşmənimizi düşmən tutsa, səhralardakı qum dənələri qədər günahı olsa, Qiyamətdə bağışlanar...”(Tusi, "Əl-əmali”, 164  )
    11. Əhli-beytlə (ə) tanınmaq
    Əhli-beytə (ə) sevgi və itaət vasitəsi ilə onların rənginə boyanmış şiə Qiyamət günü Əhli-beytlə (ə) məhşur olasıdır. Bu həqiqəti Quran və rəvayətlər təsdiqləyir. Qurani kərimdə oxuyuruq: "Allaha və peyğəmbərə itaət edənlər peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər zümrəsində olacaq. Allah onlara nemət (iman, əxlaq, saleh əməl) vermişdir. Onlar yaxşı rəfiqlərdir.("Əl-ixtisas”, 82 )
    İamam Riza (ə) buyurur: "Bizim dostlarımızı peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaş etmək Allahın öhdəsinədir. Necə də yaxşı rəfiqlərdir!”(Tusi, "Əl əmali”, 156 
    )
    Həzrət Peyğəmbər (s) buyurur: "Bizi Allaha xatir sevənlər bizimlə məhşur olar (səhnəyə gətirilər).”("Nisa”, 69 )
    Əbuzər deyir: Peyğəmbərin görüşünə gedib dedim: "Bəzilərini sevsəm də, əməldə onlar kimi deyiləm.” Həzrət buyurdu: "Ey Əbuzər! İnsan sevdiyi kəslə məhşur olar.” Dedim ki, mən Allahı, onun rəsulunu və rəsulunun Əhli-beytini (ə) sevirəm. Həzrət buyurdu: "Sən sevdiyin kəslərlə məhşur olarsan.”("Təfsiri-əyyaşi”, 1-256, hədis 189; "Biharul-ənvar”, 65-32, bab 15, hədis 68; "Təfsiri-safi”, 1-469 )
    İmam Hüseyn (ə) buyurur: "Bizi Allaha xatir sevən kəslər beləcə (həzrət iki barmağını bir-birinə yaxınlaşdırıb göstərdi) peyğəmbərlərlə görüşər.”("Kifayətul-əsər”, 300; "Biharul-ənvar”, 46-201, bab 11, hədis 77 )
    Yezid ibn Müaviyə Əcəli deyir: İmam Baqirin (ə) hüzurunda olduğum vaxt Xorasandan piyada gəlmiş bir şəxs daxil olub, dərisi getmiş ayağını göstərdi və dedi: "And olsun Allaha, bizi Xorasandan buraya gətirən yalnız siz Əhli-beytin (ə) məhəbbətidir.” Həzrət buyurdu: "And olsun Allaha, hətta bir daş bizi sevəsi olsa, Allah onu bizimlə məhşur edər. (tanıtdırar)”(Tusi, "Əl-əmali”, 632, hədis 1303 )
    Ey könül sultanı sənin diqqətin
    Əmr etdi eşqindən içim doyunca,
    Eşqinin yolunda qədəm götürüm,
    Durmadan çalışım səni duyunca.
    Əzəldən bu eşqin qəmini daddım,
    Qoy qəmə qul olum yadı sayınca.
    Behişt əhlindən bir şəxs
    Həkəm ibn Üteybə deyir: İmam Məhəmməd Baqirin (ə) hüzurunda olduğum vaxt bir qoca kişi daxil olub salam verdi və susdu. Həzrət onun salamını aldı. Kişi oradakılara üz tutub salamlaşdı. Ətrafdakılar onun salamını aldılar. Sonra kişi imama müraciətlə dedi: "And olsun Allaha, mən sizin aşiqinizəm.” Sonra əlavə etdi: "Sizin dostlarınızı da sevirəm.” Bildirdi ki, Əhli-beyt dostlarına sevgi, Əhli-beyt (ə) düşmənlərinə nifrətinin səbəbi nəfs istəkləri yox, Allaha yaxınlaşmaq arzusudur. Sonra dedi: "Sənə fəda olum, belə bir vəziyyətlə qurtuluşa ümid varmı?” Həzrət buyurdu: "Yaxına gəl.” Həzrət onu öz yanında əyləşdirdi. Sonra buyurdu: "Ey qoca! Bir şəxs atam Əli ibn Hüseynin (ə) yanına gəlib sənin sualınla müraciət etdi. Atam buyurdu: "Əgər dünyadan getsən, Peyğəmbər (s), Əli, Həsən, Hüseyn və Əli ibn Hüseynlə görüşərsən, qəlbin şad olar, gözünə işıq gələr. Canın qalxıb boğazına çatarkən şad və xürrəm halda ölümün görüşünə gedərsən. Sağ qalsan şahid olduğun, gözünə işıq gətirər. Sən bizimlə ən üstün məqamda olacaqsan.” Qoca deyilənlərdən təsirlənib uca səslə ağladı. Ətrafdakılar da ona qoşuldu. İmam əlini uzadıb qocanın çöhrəsindən göz yaşını sildi. Kişi başını qaldırıb həzrətə dedi: "Ey peyğəmbər oğlu! Sənə fəda olum, əlinizi mənə verin.” Həzrət əlini ona verdi. O imamın əlini öpüb gözü üstə qoydu, sonra xudahafizləşib getdi. Həzrət onun arxasınca baxıb ətrafdakılara buyurdu: "Kim behişt əhlini görmək istəyirsə, bu kişiyə baxsın.”(Tusi, "Əl-əmali”, 253 )
    12. Əhli-beyt (ə) məhəbbəti behiştə giriş amilidir.
    İlahi sərmayə olan Əhli-beyt (ə) məhəbbəti Qiyamətdə təcəssüm etdiyi vaxt behişt şəklini alar, məhəbbət və əməl sahibi belə bir irsə çatar. Quranda oxuyuruq: "Firdövs behişti miras alan və orada əbədi qalan varislər!”("Təfsiri-Əyyaşi”, 1-167, hədis 27; "Biharul-ənvar”, 27-95, bab 4, hədis 57 )
    İmam Baqir (ə) buyurur: "İslam Peyğəmbəri (s) bir səfərdə atdan düşüb beş səcdə qıldı. Yenidən ata mindiyi vaxt ətrafdakılardan biri soruşdu: "Ya Rəsuləllah! İlk dəfə gördüyümüz bu səhnənin hikməti nədir?” Həzrət buyurdu: "Cəbrail gəldi və mənə müjdə verdi ki, Əli behişt əhlidir. Mən şükür olaraq səcdə qıldım. Başımı qaldıranda bildirdi ki, Fatimə də behişt əhlidir. Mən yenidən səcdəyə düşdüm. Başımı qaldıranda Cəbrail Həsən və Hüseynin behişt cavanlarının ağası olduğunu bildirdi. Mən şükür olaraq yenidən səcdə qıldım. Başımı qaldıranda bildirdi ki, Əhli-beyt (ə) dostları behişt əhlidirlər. Mən yenidən səcdəyə düşdüm. Başımı qaldıranda "onların dostlarının dostları da behişt əhlidir” söylədi. Mən bu xəbərə görə də Allah hüzurunda səcdəyə düşdüm.”("Kafi”, 8-76 )
    Rəvayətdə bildirilir ki, imam Səccad xəstə yatdığı vaxt səhabələrdən bir dəstəsi onu yoxlamağa gəldi. Həzrətin halını soruşdular. Həzrət onlara cavab olaraq şükür etdi və buyurdu: "Sizin halınız necədir?” Onlar bir ağızdan dedilər: "And olsun Allaha, sizin aşiqinizik.” Həzrət buyurdu: "Allaha xatir bizi dost tutanı Allah Qiyamət günü özündən savayı kimsənin kölgəsi olmayan vaxt dəyişməz kölgədə saxlar.”("Muminun”, 11 )
    13. Əhli-beyt (ə) məhəbbəti əbədi həyat səbəbidir.
    Yunis adlı bir şəxs imam Sadiqə (ə) dedi: "Mənim sizə məhəbbətim, Allahın ətası olan sizinlə tanışlığım bütün dünyadan əzizdir.” Yunis deyir: İmamın çöhrəsində qəzəb nişanəsi gördüm. O buyurdu: "Ey Yunis! Yersiz müqayisə apardın. Dünya və onda olan nədir? Məgər dünya qarını doyurmaqdan və ayıb yeri örtməkdən başqa bir şeydir?! Axı sən bizə məhəbbət səbəbindən əbədi həyat qazanacaqsan!”(Müfid, "Əmali”, 21 )
    Bəli, Əhli-beyt (ə) məhəbbəti əbədi həyat səbəbidir. Bu həyat xoş başlanğıclı ölümdən sonra əbədiyyətədək uzanır. Bu səbəbdən də başqaları üçün təhlükəli olan ölüm Əhli-beyt (ə) aşiqləri üçün əbədi həyatın başlanğıcıdır. Ölüm əbədiyyətin, xoş güzəranın müqəddiməsidir. Bu həyat Allahın razılığı, behiştə giriş, Əhli-beytlə yoldaşlıqla müşayiət olunur. Hədisdə oxuyuruq: "Agah olun, hər kəs Ali-Məhəmməd məhəbbəti ilə ölsə, onu öncə ölüm mələyi, sonra Münkərlə Nəkir behiştlə müjdələyər.”("Yənabiul-məvəddət”, 2-375, bab 58, hədis 62 )
    Bizdən ayrılmayın!
    Məhəmməd ibn Vəlid Kermani deyir: İmam Cavada (ə) dedim: Sizə xidmətin mükafatı nədir? Həzrət buyurdu: "İmam Sadiqin (ə) bir qulamı vardı. Bu qulam imam məscidə daxil olanda onun dəvəsinin cilovunu tutardı. Bir gün dəvənin yanında əyləşmişdi. Xorasandan gələnlərdən biri ona dedi: "İmam Sadiqə (ə) deyə bilərsən ki, məni sənin yerinə qulam götürsün? Əvəzində bütün varımı sənə verərəm.” Qulam dedi: "Bu barədə imamdan soruşaram.” Qulam imamın yanına gəlib dedi: "Sənə fəda olum, sizə necə xidmət etdiyimi bilirsiniz. Əgər Allah mənə bir sərvət versə ona mane olarsınızmı? Bir şəxs dedi ki, varımı sənə verirəm, qulamlığını mənə ver.” İmam buyurdu: "Əgər bizə xidmət etmək həvəsin yoxsa və həmin şəxs bu işə şövq göstərirsə, qəbul edirəm.” Qulam imamın yanından ötəndə imam onu çağırıb buyurdu: "Uzun müddət xidmətinə görə sənə bir nəsihət verirəm. Qiyamət günü Peyğəmbər (s) Allahın nuruna sarılar. Əmirəl-möminin (ə) Peyğəmbərə (s), imamlar Əmirəl-mömininə (ə), şiələr imamlara əl açar. Şiələrimiz bizim daxil olduğumuz yerə daxil olar.” Qulam dedi: "Yox, getmirəm. Sizin xidmətinizdə qalıram və axirəti dünyadan üstün tuturam.”
    Qulam həmin kişini görmək üçün bayıra çıxdı. Kişi ona dedi: "Daxil olanda halın başqa idi, indi isə başqa!” Qulam əhvalatı kişiyə danışdı və onu imam Sadiqin (ə) yanına apardı. İmam onun peymanını qəbul edib qulama min dinar verdi. Kişi imamdan dua istədi.("Tuhəful-uqul”, 379; "Biharul-ənvar”, 75-265, bab 23  )
    14. Məhəbbət qəlb aramlığı səbəbidir.
    Əhli-beyt (ə) məhəbbəti təkcə ölüm zamanı və axirətdə kara gəlmir. Bu məhəbbətin dünya həyatında da yetərincə faydaları var.
    Əhli-beyt (ə) məhəbbətinin mühüm təsirlərindən biri də qəlb arxayınlığıdır. Dünyanın saysız-hesabsız iztirabları Əhli-beyt (ə) aşiqinin aramlığını pozmur. Əmirəl-möminin (ə) buyurur: "Agah olun, qəlblər yalnız Allahın zikri ilə aram olur” ayəsi nazil olanda girami Peyğəmbər (s) buyurdu: "Bu ayə Allah və onun rəsulunu sevən, Əhli-beytimə sadiq dost olan, möminlərə üzdə və arxada məhəbbətli kəs haqqında nazil olmuşdur. Onlar, həqiqətən, Allahı zikr etməklə bir-birlərini sevərlər.”("Bəşarətul-mustəfa”, 197 )
    Bəli, Allah, Peyğəmbər (s), Əhli-beyt (ə) və möminləri sədaqətlə sevən şəxs əməldə də sadiq olur. Belə bir insan Allaha ibadətdə, Peyğəmbərə (s) itaətdə, Əhli-beytlə dostluqda, möminlərə münasibətdə yalnız axirəti nəzərdə tutur. Şübhəsiz ki, belə bir həyat tərzi insan qəlbində aramlıq yaradır. Xain, oğru, sitəmkar, qəsbkar, rüşvətxor, sələmçi, şorgöz, zinakar, fasiq, asi, azğın, əskik satan, saxtakar, hiyləgər, dığal insan heç vaxt qəlb aramlığını dadmır. Yalnız sədaqətli Əhli-beyt aşiqləri bu işlərdən uzaqdır və qəlb aramlığından bəhrələnir.
    İmam Sadiq (ə) buyurur: "Həzrət Peyğəmbər (s) Əliyə "Onların qəlbləri Allah zikri ilə aramlıq tapar” ayəsi ilə bağlı buyurdu: "Bilirsənmi bu ayə kimin haqqında nazil olub?” Həzrət Əli (ə) "Allahın rəsulu (s) daha yaxşı bilir” söylədi. Peyğəmbər (s) buyurdu: "Ayə məni təsdiq edən, mənə iman gətirən, səni və övladlarını sevən, din və dünya işlərini sənə və səndən sonrakı imamlara tapşıran kəs haqqındadır.”("Əl-xəraic vəl-cərai”, 1-388, bab 10; "Biharul-ənvar”, 50-87, bab 5, hədis 3 )
    Sünnə əhlinin mötəbər saydığı Ənəs ibn Malik deyir: "Peyğəmbər "Onların qəlbi Allah zikri ilə aramlıq tapar” ayəsini oxuyub buyurdu: "Ey Ümmü-Səlim oğlu! Bilirsənmi kimlər nəzərdə tutulur?” Dedim: "Ey Allahın rəsulu, kimlər nəzərdə tutulur?” Həzrət buyurdu: "Biz Əhli-beyt (ə) və bizim şiələrimiz.”(Dürrül-mənsur”, 642 )
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 740 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024