İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-16, 2:11 PM
    Əhli-beyt (ə) üçün göz yaşı
    Göz yaşının mahiyyəti
    Ağlamaq insanların bir sıra gerçəkliklərlə rastlaşmasından yaranan haldır. Onun kökü qəlbin yanmasında, sınmasında və böyük şadlıqdadır. Allahın peyğəmbərləri, imamlar və övliyalar dua və münacat, raz-niyaz zamanı göz yaşları ilə həmdəm olmuşlar. Həqiqi bəndəlik məktəbində göz yaşı ayrılıq kimi bəzi dərdlərin dərmanı sayılır. Ayrılıqdan əziyyət çəkən insan ağlamaqla aramlıq tapır.
    Bu gün qərbdə "göz yaşı ilə müalicə” adlı tibb sahəsi yaranmaqdadır. Bəzi həkimlər öz xəstələrinə dərman əvəzinə ağlamağı məsləhət görürlər. İranlı arif Cəlaləddin Rumi göz yaşları haqqında deyir:
    Bulud ağlamasa cücərməz çəmən,
    Göz yaşıdır süd qaynadan sinədən.
    Göz yaşı möminin nişanəsidir
    Qurani-kərimdə oxuyuruq: "Peyğəmbərə nazil olmuş ayələri eşitdikləri vaxt haqdan tanıdıqlarına rəğmən gözləri yaşla dolur.”(Tusi, "Əl-əmali”, 224 )
    Gecə yarı Allah qorxusundan ağlayanlar haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlər bir yerə yığılarsa, qalın bir kitab düzələr. Əmirəl-möminin (ə) "Kumeyl” duasında belə ərz edir: "Pərvərdigara! Gələcəkdə məni gözləyən müsibətlərimin hansına görə ağlayım? Əzabın ağırlığına, yoxsa bəlanın uzunluğuna görə?”
    İmam Səccad (ə) "Əbu Həmzə Somali” duasında Allah dərgahına belə ərz edir: "Nə üçün ağlamayım? Can verəcəyimə görə, qəbrimin qaranlığına və darlığına görə, Münkər və Nəkirin suallarına görə, üryan halda qəbirdən çıxacağıma görə, günah yükümün ağırlığına görə ağlayıram!”
    Bəli, göz yaşları Allahın, peyğəmbərlərin və imamların istəyidir. İnsan məhz onların göstərdiyi yolda ağlamalıdır.
    Əhli-beytin (ə) müsibətlərinə görə ağlamaq
    İnsanlara müəyyən münasibətlərlə ağlamaq tövsiyə olunmuşdur. Xüsusi ilə şəhidlər ağası imam Hüseyn (ə) üçün ağlamaq böyük savaba malikdir. İmam üçün axıdılan göz yaşlarında şəfa gücü var və bu göz yaşları insanı tövbə və bağışlanmaya hazırlayır.
    Əhli-beyt (ə) müsibətlərinə ağlamaqla bağlı rəvayətlər o qədər çoxdur ki, bu mövzuda bir neçə kitab tərtib olunmuşdur. Həmin kitablardan biri "Əl-bukai lil-Husəyn” kitabıdır.
    Bəzi ziyalıların Əhli-beytə (ə) ağlamaqla bağlı müxalifəti əslində Quran və peyğəmbər sünnəsi ilə müxalifətdir. Şiələr bu sayaq münasibətlərə məhəl qoymamalı, sitəmkarlara qarşı müxalifət nümunəsi olan göz yaşını əldən verməməlidirlər. Əhli-beytə əzadarlıq dəyərli bir miras kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
    İmam Riza mühüm bir rəvayətdə buyurur: "Bizim müsibətlərimizi yada salıb, düşmənlərimizin bizə qarşı amansızlığına ağlayan kəs Qiyamətdə bizimlə və bizim dərəcəmizdə olar. Bizə toxunan bəlaları yada salıb ağlayan və ağladan kəs gözlər ağlayan gün ağlamaz.”("Üyuni-əxbarur-Riza”, 1-294, bab 28, hədis 48; Səduq, "Əl-əmali”, 73 )
    İmam Sadiq (ə) Məsməyə buyurur: "Sən İraq əhlisən, ziyarətə getmirsənmi? Məsmə deyir: "Bəsrədə nasibilər və düşmənlər çoxdur. Qorxuram ki, ziyarətə getsəm hökumətə xəbər verələr və əziyyətə düşüm.” Həzrət buyurur: "İmam Hüseynin (ə) başına gətirilənləri yada salırsanmı?” Deyir: "Bəli.” İmam buyurur: "Üzüntü keçirib qəmlənirsənmi?” Məsmə deyir: "Bəli, And olsun Allaha, elə ağlayıram ki, qəhər məni boğur. Belə ki, ailəm bu pərişanlığın əsərlərini görür. Heç nə yeyə bilmirəm, qəm-qüssə üzümdən müşahidə olunur.” Həzrət buyurur: "Allah göz yaşına mərhəmət qılsın. Sən bizə ağlayanlardan sayılarsan. O kəslərdən ki, bizim şadlığımıza sevinər, qəm-qüssəmizə ağlayarlar. Şübhəsiz, sən ölən vaxt ata-babalarımızı yanında görərsən. Onlar səni ölüm mələyinə tapşırar və səni elə bir şeylə müjdələyərlər ki, ölməzdən qabaq gözlərin işıqlanar. Ölüm mələyi sənə ana oğluna mehriban olduğundan daha mehriban olar.”("Maidə”, 83 )
    Əmirəl-möminin (ə) imam Hüseynə (ə) baxıb buyurdu: "Ey möminlərin göz yaşı.” İmam Hüseyn (ə) dedi: "Atacan, mənimi deyirsən?” Həzrət buyurdu: "Bəli, səni deyirəm, oğlum.”
    İmam Sadiq (ə) buyurur: "Bir şəxs bizi yad etsə və ya onun yanında yada salınsaq, əgər gözündən çibin qanadınca yaş gəlsə, dərya qədər günahı olsa belə, Allah onun günahlarını bağışlayar!”(Səduq, "Əl-əmali”, 73 )
    Başqa bir məqamda həzrət buyurur: "Bizə qılınmış sitəm səbəbindən çəkilən qəmli bir nəfəs həmd-sənadır. Bizə görə nigaranlıq ibadət, bizim sirrimizin məxfi saxlanılması cihaddır. Bu hədisin qızılla yazılması vacibdir.”("Kamiluz-ziyarat”, 11, bab 32, hədis 6; "Biharul-ənvar”, 44-289, bab 24, hədis 31 )
    İbn Xaricə deyir: "İmam Sadiqin (ə) yanında olduğum vaxt imam Hüseyni (ə) yada salıb onun qatilinə lənət göndərdik. İmam Sadiq (ə) ağladı, biz də onu qoşulduq. Sonra başını qaldırıb buyurdu: "Hüseyn ibn Əli (ə) deyirdi ki, mömin məni yalnız ağlamaqla yada salar.”("Təfsiri-Qummi”, 2-292; "Biharul-ənvar”, 44-278, bab 34, hədis 3 )
    İmam Hüseyn (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, bizə görə gözündən bir damla yaş gələ, amma Allah bu bir damla göz yaşına görə ona əbədi behişt əta etməyə!”(Tusi, "Əl-əmali”, 115 )
    Müaviyə ibn Vəhəb nəql edir ki, imam Sadiq (ə) buyurdu: "İmam Hüseynə (ə) görə üzüntü və göz yaşından savayı heç bir üzüntü və göz yaşı bəyənilməmişdir.”("Kamiluz-ziyarat”, 108, bab 36, hədis 6; "Biharul-ənvar”, 44-279, bab 34, hədis 5 )
    Məhəmməd ibn Müslim deyir: "İmam Sadiq (ə) buyurdu: "Şübhəsiz, Hüseyn ibn Əli (ə) Allah hüzurunda öz dəstəsinə, ziyarətçilərinə nəzər salar. İmam onların atalarının adları və Allah yanında dərəcələri ilə insan öz övladı ilə tanış olduğundan daha çox tanışdır. Şübhəsiz ki, imam onun üçün ağlayanı görür, ağlayan üçün bağışlanma diləyir, atalarından da belə bir şəxs üçün dua diləyir.”(Tusi, "Əl-əmali”, 116 )
    Seyyid ibn Tavus Əhli-beyt (ə) üçün ağlamaqla bağlı maraqlı bir rəvayət nəql edir: "Əhli-beyt (ə) üçün özü ağlayıb yüz nəfəri ağladan, özü ağlayıb əlli nəfəri ağladan, özü ağlayıb otuz nəfəri ağladan, özü ağlayıb iyirmi nəfəri ağladan, özü ağlayıb on nəfəri ağladan, özü ağlayıb bir nəfəri ağladan və hətta özünü ağlamış kimi göstərən insana behişt vacibdir.”(Tusi, "Əl-əmali”, 161 )
    Harun Məkfuf nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Hüseyn (ə) yada salındıqda gözündən çibin qanadınca yaş gələn kəsin mükafatı Allahın öhdəsinədir. Allah ona behiştdən kiçik mükafat verməz.(Tusi, "Əl-əmali”, 54 )
    İmam Riza (ə) buyurur: "Hüseyn kimilərə ağlamaq lazımdır. Çünki beləsinə ağlamaq böyük günahları yuyur...”("Biharul-ənvar”, 44-288, bab 34, hədis 27 )
    Həzrət (ə) Şəbibin oğluna deyir: "Ey Şəbib oğlu! Əgər ağlayırsansa Hüseyn ibn Əli (ə) üçün ağla...” Ardınca buyurur: "Ey Şəbib oğlu! Hüseynə (ə) göylər və yer ağladı. Hüseynə (ə) ağlasan göz yaşın yanağına süzülənədək Allah bütün günahlarını bağışlayar...”("Kamiluz-ziyarat”, 100 )
    Yuxarıda nəql olunanlar Əhli-beyt (ə) və xüsusi ilə imam Hüseyn (ə) üçün ağlamaqla bağlı rəvayətlərdən nümunələr idi. Dəyərli kitablarda toplanmış rəvayətlərdən müəyyən qənaətlərə gəlmək olar:
    1. Göz yaşı yalnız mömindən qəbul olunur və bu göz yaşına görə mükafat verilir.
    2. Öz tutumu həddində Əhli-beytə (ə) tabe olan möminin göz yaşı dəyərlidir.
    3. Ağlayarkən yalnız Allahın, Peyğəmbər (s) və Əhli-beytin (ə) razılığını nəzərdə tutanların göz yaşı dəyərlidir.
    4. Allahın razılığı yolunda axan göz yaşı əbədi təsirə malikdir və insanın əməl naməsində qeydə alınır.
    5. Ayə və rəvayətlərə əsasən, möminin göz yaşları Qiyamətdə ilahi mərhəmət və Əhli-beyt (ə) şəfaətinə çevrilər. Bu həqiqətə inanmaq üçün aşağıdakı nöqtələrə diqqət yetirin.
    Quranda çevrilmə məsələsi
    Qurani-məcid Allahın iradəsi ilə maddiyyat və mənəviyyat sahəsində bir şeyin o birinə çevrilməsini qətiyyətlə təsdiqləyir:
    1. Maddiyyat sahəsində
    Qurani-kərimdə oxuyuruq: "Şübhəsiz, davarlarda sizin üçün ibrət var. Onların qarnında həzm olmuş otlar və qan arasından sizə xalis və dadlı süd içirərik...”(Səduq, "Əl-əmali”, 128 )
    Bəli, bu çevrilmə kifayət qədər heyrətamizdir. Allahın iradəsi ilə nəcis və qan arasında ağappaq, dadlı süd süzülür. Bu nöqtəyə diqqət insanı qəflətdən oyadır.
    Qurani-məciddə bal arısına belə ilham olunur: "Bütün səmərələrdən ye, sənin üçün düzəlmiş yollarla get; onların qarnından əlvan rəngli zülal çıxar, onda insanlar üçün şəfa var...”("Üyuni-əxbarur-Riza”, 1-299, bab 28, hədis 58 )
    Pərvərdigara, Sənin iradənlə nələr baş verir! Çox kiçik və zəif bir canlı pətəkdən çıxıb kilometrlərlə yol gedir, dəqiq seçim əsasında güllərdən şirə çəkir. Sonra gəldiyi yolu tam dəqiqliklə geri qayıdır və çəkdikləri şirədən hazırladığı maddəni pətəyə boşaldır. Bir qida kimi bal dünyada olan bütün qidalardan üstündür!
    Allah su və torpaq, isti və işıqdan bitib-tükənməyən çeşidli otlar, çiçəklər, ağaclar cücərdir. Onların sayı-hesabı bilinmir. Su, torpaq, isti və işığın hansı mərhələlərdən keçib bu səmərələrə çevrildiyini kimsə dərk etmir. Quran buyurur: "O Rəbb ki, yeri sizin üçün döşənəcək, göyü tavan etdi, səmadan su endirdi, onun vasitəsi ilə müxtəlif meyvələrdən sizin üçün ruzi çıxardı...”("Nəhl”, 66 )
    Maddənin maddəyə çevrilməsi hər addımda rastlaşdığımız bir hadisədir və bu hadisələrin yanından biganəliklə ötmək olmaz.
    2. Mənəviyyat sahəsində
    Ayə və rəvayətlərə diqqət yetirdikdə məlum olur ki, insanın gördüyü hər bir xeyir iş artırılıb-əskildilmədən behişt və ilahi razılığa çevrilir. Eləcə də insandan baş verən pis işlər dəqiqliklə əbədi cəhənnəm əzabına dönür. Həqiqi tövbə Allahın qəzəbini mərhəmətə çevirir. Həqiqi namaz vasitəsi ilə pisliklərin yerini yaxşılıq tutur. Rəvayətlərdə əsasən ramazan ayının orucu cəhənnəm odu qarşısında möhkəm sipər olur. İbadət və digər xeyir işlər də beləcə dəyişikliyə məruz qalır. Dünyadakı işlər Qiyamətdə ilahi həqiqət formasında təcəlla edir.
    Xeyir və bəd əməl sahiblərinə verilən mükafat və ya cəza onların behişt və ya cəhənnəmdə təcəssüm etmiş öz əməlləridir. Quranda oxuyuruq: "Hər kəs öz yaxşı və pis əməlini qarşısında hazır gördüyü gün arzu edər ki, ey kaş, onunla gördüyü pis işlər arasında uzaqlıq olaydı...”("Nəhl”, 69)
    Digər bir ayədə oxuyuruq: "Qorxun Allaha doğru qaytarılcağınız gündən. (Həmin gündən) sonra hər kəsə gördüyü iş kamil şəkildə verilər və onlara sitəm qılınmaz.”("Bəqərə”, 22 )
    Yetimin malının zorla yeyilməsi haqqındakı ayə deyilənləri daha aşkar təsdiqləyir. Ayədə buyurulur: "Şübhəsiz, yetimlərin malını zorla yeyənlər qarınlarına od doldururlar və tezliklə şölənən oda girərlər.”("Ali-İmran”, 30)
    Yəni yetimin malını zorla yemək əslində od yeməkdir. İnsanlar dünyada olduqları vaxt bunu hiss etmir. Elə ki, qeyb pərdələri qaldırılır və bu dünyadan xaric olurlar, öz yediklərini od şəklində müşahidə edib odda yanırlar.
    Axirət cəzaları dünyadakı əməllərin təcəssümüdür. Mükafat və cəza eynən xeyir və pis əməllərdir. Məsələn, Quran tilavəti gözəl bir simada insanın kənarında dayanır. İnsanların qeybəti və onlara qarşı kobudluq isə cəhənnəm itləri şəklində ortaya çıxır.
    Başqa sözlə, əməllərimizin qeybi bir şəkli var. Yəni hər bir əməl dünyada bir şəkildədir, axirətdə başqa bir şəkildə. Əməllərimiz qeybi formasında əbədidir. Həmin əməllərlə rastlaşdığımız gün onlar qeybi formasında olasıdır.
    Hədisdə nəql olunur ki, bir qadın müəyyən məsələdən ötrü həzrət Peyğəmbərin (s) görüşünə gəldi. Onun boyu qısa idi. Qadın getdikdən sonra Ayişə əli ilə onun gödək boyuna işarə etdi. Həzrət Peyğəmbər (s) buyurdu: "Ağzını təmizlə!” Ayişə dedi: "Nə yemişəm ki, ya Rəsuləllah?” Həzrət buyurdu: "Ağzını təmizlə.” Ayişə ağzını təmizləyəndə ağzından bir ət parçası düşdü! Peyğəmbər (s) Ayişəyə qeybətin əsil simasını göstərdi.(Bəqərə”, 281)
    Qurani-kərimdə qeybət haqqında buyurulur: "Bir-birinizin qeybətini etməyin. Sizlərdən ölmüş qardaşının ətini yeməkdən xoşlanan varmı?! Şübhəsiz, bu iş mənfurdur...”("Nisa”, 10 )
    Hədisdə oxuyuruq: "Gördüyünüz əzablar sizə doğru qaytarılmış öz əməllərinizdir.”("Əl-məhasin”, 1-460, bab 54, hədis 410; "Biharul-ənvar”, 72-256, bab 66, hədis 45 )
    Uyğun ayə və rəvayətləri nəzərə alan Mövlanə Rumi təsdiqləyir ki, möminin bütün yaxşılıqları əbədi nemətə, günahkarların pislikləri əbədi əzaba çevrilir.
    Əlindən məzluma toxunsa zərər
    Meyvələri zəqqum ağac cücərər.
    Acı danışığın, zəhərli sözün
    İlan, əjdaha tək göstərər özün.
    Bir şeyin o birinə çevrilməsini təsdiqləyən ayə və rəvayətlərdən sonra insaf edib, Əhli-beyt (ə), xüsusi ilə imam Hüseyn (ə) üçün axıdılan göz yaşlarının Qiyamət günü mərhəmət və şəfaətə çevriləcəyinə təəccüblənməyin.
    Əhli-beytin (ə) ziyarəti
    Uzaq və yaxın mənzillərdən əzab və əziyyətli yollar keçib Əhli-beytin (ə) məzarlarına ziyarətə gəlmək iman əhlinə tapşırılmış zərurətlərdəndir. Bu əmələ görə böyük mükafat veriləsidir.
    Bu hissədəki rəvayətlər iki qismə bölünür. Onlar "Kamiluz-ziyarat”, "Misbahu-kəfəmi”, "Əl-bələdul-əmin”, "Biharul-ənvar” kimi dəyərli kitablardan seçilmişdir. Rəvayətlərin birinci hissəsi Peyğəmbər (s), Fatimə (s.ə) və digər məsum imamların ziyarətinə aiddir. O biri hissədə imam Hüseynin (ə) ziyarəti haqqında danışılır. Mərhum Əllamə Məclisi bu mövzuda 314-dən artıq rəvayət nəql etmişdir. Şeyx Abbas Qummi "Məfatihul-cinan” kitabında rəvayətlərə əsaslanaraq məsumların rəvayətləri ilə bağlı 28 fəsil tərtib etmişdir.
    Məsum imamların ziyarətinin savabı
    Həzrət Peyğəmbərin (s) ziyarəti haqqında deyilir: "Bir şəxs Peyğəmbərin (s) ziyarətini tərk etsə, müsəlmanların rəhbəri onu bu işə vadar etməlidir. Çünki Peyğəmbər (s) ziyarətini tərk etmək bütün müsəlmanlara haram edilmiş cəfadır.(Hucurat”, 12 )
    Şeyx Səduq nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Sizlərdən Həccə gedən şəxs öz Həccini bizim ziyarətimizlə başa çatdırmalıdır. Çünki bizim ziyarətimiz Həcci tamamlayır.”(Əl-hekayat”, 85; "Ədli-ilahi”, 243 )
    Nəql olunur ki, Əmirəl-möminin (ə) buyurmuşdur: "Öz Həccinizi Allah rəsulunun ziyarəti ilə kamilləşdirin. Həcdən sonra Peyğəmbər (s) ziyarətinin tərki cəfa və ədəbə ziddir. Bu ziyarətlər sizə əmr olunmuşdur. Sizə vacib edilmiş qəbir ziyarətlərini yerinə yetirin. Həmin qəbirlərin yanında Allahdan bağışlanma diləyin.”("Vəsailuş-şiə”, 11-24, bab 6, hədis 14149; "Biharul-ənvar”, 96-372, bab 65, hədis 5-7 )
    Şeyx Tusi "Təhzibul-əhkam” kitabında Yezid Əbdül-Məlikdən, o da atasının dili ilə babasından nəql edir: "Həzrət Fatimənin görüşünə getdim. Xanım gəlişimin səbəbini soruşdu? Dedim: "Bərəkət və savab istəmək üçün gəlmişəm.” Buyurdu: "Atam mənə deyib ki, hər kəs ona və mənə üç gün salam versə, Allah behişti ona vacib edər.” Dedim: "Dünyada olduğunuz vaxtmı?” Xanım buyurdu: "Bəli, dünyada olduğumuz vaxt da, öləndən sonra da.”("Üyuni-əxbarur-Riza”, 2-62, bab 66, hədis 28 )
    "Əl-məqnə” kitabında nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: "Bizi ziyarət edənin günahları bağışlanar və həmin şəxs yoxsul, pərişan halda ölməz.”("Vəsailuş-şiə”, 4-324, bab 2, hədis 10 )
    İmam Həsən Əskəri (ə) buyurur: "Hər kəs imam Sadiqi (ə) və onun atası imam Baqiri (ə) ziyarət etsə, çətinlik içində ölməz.”("Təhzibul-əhkam”, 6-9, bab 3, hədis 11 )
    Allahın rəsulu (s) buyurur: "Bəqi qəbristanlığında imam Həsəni (ə) ziyarət edən kəs qədəmlər sirat körpüsündə titrəyən vaxt sabitqədəm olar.”(Əl-məqnəə”, 474, bab 20 )
    İmam Hüseyni (ə) ziyarətin savabı
    Məhəmməd ibn Müslim imam Baqirdən (ə) belə nəql edir: "Şiələrimizə göstəriş verin ki, imam Hüseynin (ə) qəbrini ziyarət etsinlər. Çünki onun imamətini təsdiqləyən hər bir mömin üçün bu ziyarət vacibdir.”("Təhzibul-əhkam”, 6-78; "Biharul-ənvar”, 97-145, hədis 35 )
    İmam Sadiq (ə) buyurur: "Allah Onun yolunda Hüseyni (ə) ziyarət edəni cəhənnəm odundan qurtarar, böyük qorxu günü ona aman verər. Hüseyni (ə) ziyarət edən dünya və axirətdə nə istəsə Allah ona əta edər.”("Biharul-ənvar”, 97-141, bab 1, hədis 14 )
    İmam başqa bir məqamda buyurur: "Hüseyni (ə) ziyarət etmədən dünyasını dəyişən din və iman baxımından nöqsanlıdır. Belə bir şəxs behiştə daxil olsa, dərəcəsi bütün iman əhlindən aşağı olar.”("Kamiluz-ziyarat”, 121; "Cameul-əxbar”, 23 )
    İmam Riza (ə) buyurur: "Kərbəlada Hüseynin (ə) qəbrini ziyarət edən insan sanki ərşin fövqündə Allahı ziyarət etmişdir.”("Kamiluz-ziyarat”, 145, bab 54, hədis 7 )

    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 1288 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024