İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əhli-beyt (ə)

    Əhli-beyt (ə)
    2012-01-14, 9:48 AM
    Ziyarət tozu
    Böyük mərhəmət və kəramət sahibi olan Əhli-beytin (ə) ziyarətinin tozu da təsirlidir. Əbül Həsən Cəmaləddin Əli ibn Əbdül Əziz Mosuli Hilli fəzilətli insan, böyük Əhli-beyt (ə) şairi olmuşdur. Bu şəxs hicri-qəməri 750-ci ildə Hillə şəhərində dünyasını dəyişmiş və orada dəfn olunmuşdur.
    Qazi Nurullah Şüştəri "Əl-məcalis” kitabında yazır ki, bu şəxsin ata-anası nasibi olmuşdur. Anası nəzr etmişdi ki, əgər Allah ona oğlan övlad versə, onu Hüseyn (ə) ziyarətçilərini qarət etmək üçün göndərəcək. Onun oğlu oldu. Oğlan boya-başa çatdıqdan sonra anası nəzrini yerinə yetirmək üçün onu ziyarətçilərin keçdiyi yola göndərdi. Oğlan Kərbəla yaxınlığına çatıb ziyarətçilərin yolunu gözlədi. Amma yuxu onu apardı. Oğlan yuxuda olduğu vaxt karvan ötüb keçdi. Karvanın qaldırdığı toz oğlanın üz-gözünə qondu. Həmin vaxt yuxuda gördü ki, Qiyamət qopub və əmr olunub ki, onu cəhənnəmə atsınlar. Amma ziyarətçilərin ayağından qalxan toz onun üz-gözünə qonduğundan od təsirsiz olub. Oğlan öz çirkin işindən dəhşətə gəlmiş halda yuxudan oyandı. Həmin vaxtdan Əhli-beyt (ə) yolunda çalışdı. Uzun müddət Kərbəlada, Hüseyn hərəminin yaxınlığında yaşadı. Əbül-Həsən Əhli-beyt (ə) haqqında bir çox şerlər yazmışdır.
    Qiyamət odundan qurtulacaqsan
    Hüseyni (ə) ziyarət etdiyin zaman.
    Qonarsa üzünə ziyarət tozu,
    Cəhənnəm odunda yanmazsan azı.
    Süleyman Əqməşin maraqlı əhvalatı
    Hədis fənni və rəvayətlərin düzgünlüyünün dəyərləndirilməsində tanınmış simalardan olan Əllamə Məclisi Əhli-beytin (ə) mərhəməti ilə bağlı maraqlı bir əhvalat danışır:
    Müəyyən şiə mənbələrində bildirilir ki, Süleyman Əqməş demişdir: "Mən Kufədə yaşayırdım. Qonşumla get-gəlim vardı. Bir cümə axşamı ona dedim: "İmam Hüseynin (ə) ziyarəti ilə bağlı nə düşünürsən?” Dedi: "Ziyarət bidətdir və şəriətə ziddir. Bidət azğınlıqdır və azğınlığa yol verən odda yanar!” Qəzəbli halda ondan uzaqlaşdım. Öz-özümə dedim: "Sübh vaxtı onun yanına gedər və imam Hüseynlə bağlı həqiqətləri danışaram. Əgər inadkarlıq göstərsə, onu öldürərəm.”
    Sübh vaxtı qapısını döydüm və onu adı ilə çağırdım. Zövcəsi çıxıb dedi: "O gecə yarı Kərbəlaya imam Hüseynin (ə) ziyarətinə yola düşdü.” Mən onun sorağınca getdim. Hərəmə daxil olduğum vaxt qonşumun səcdəyə düşmüş vəziyyətdə ağladığını gördüm. Nəhayət səcdədən qalxdı və məni gördü. Ona dedim: "Sən dünən deyirdin ki, Hüseynin (ə) ziyarəti bidət, hər bidət azğınlıq, hər azğınlığın sonu oddur. Amma bu gün özün ziyarətə gəlmisən?” Dedi: "Süleyman! Məni məzəmmət etmə! Mən Əhli-beytin (ə) imamətinə inanmırdım. Amma dünən gecə gördüyüm yuxu məni qorxuya saldı.” Ondan yuxuda nə gördüyünü soruşdum. Dedi: "Uca məqamlı və əzəmətli bir şəxs gördüm. O ortaboylu idi. Simaca gözəlliyini vəsf etməkdə acizəm. Misiliz bəyanı vardı. Ətrafındakılarla birlikdə sürətlə hərəkət edirdi. Qarşılarında başında tac olan süvari vardı. Tacın dörd küncündə üç günlük yoldan parıldayan gövhər bərkidilmişdi. Xidmətçilərdən bu şəxsin kimliyi barədə soruşdum. Dedilər: "Məhəmməd Müstəfadır!” Dedim: "Bəs yanındakı kimdir?” Dedilər: "Allah Rəsulunun (s) canişini Əlidir (ə)! Sonra həmin ilahi fəzaya nəzər saldım. Qəfildən nurdan olan bir dəvə gördüm. Onun üzərində nurdan kəcavə vardı. Kəcavədə iki qadın yerləşmişdi. Dəvə yerlə göy arası uçurdu. Soruşdum ki, bu dəvə kimindir? Dedilər: "Xədicə və Fatimənin.” Soruşdum ki, bu cavan kimdir? Dedilər: "Həsən ibn Əlidir.” Bu dəstənin haraya getdiyini soruşdum. Dedilər: "Onlar Kərbəla şəhidi imam Hüseynin ziyarətinə gedirlər.” Mən xanım Fatimənin yerləşdiyi kəcavənin ardınca qaçdım. Qəfildən göydən enən vərəqlər gördüm. Soruşdum ki, bu nə vərəqlərdir? Dedilər: "Bu vərəqlər cümə axşamı Hüseyni ziyarət edənlər üçün cəhənnəm odundan qurtuluş zəmanətidir. Mən həmin vərəqdən istədim. Dedilər: "Məgər sən Hüseynin ziyarətini bidət saymırsan? Bu vərəqdən sənə düşmür. Yalnız Hüseyni ziyarət etsən və onun fəzlinə inansan!”
    Qorxu içində yuxudan oyandım. Dərhal imamı ziyarət etmək qərarına gəldim. İndicə tövbə qılmışam. Süleyman, and olsun Allaha! Ruhum bədənimdən ayrılanadək onun qəbrindən uzaqlaşmaram!”("Kamiluz-ziyarat”, 193, bab 78, hədis 2 )
    İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
    Mötəbər sənədli bir rəvayət nəql olunur: Məhəmməd ibn Süleyman imam Cavaddan (ə) soruşdu: "Vacib həccini başa vurub Mədinəyə gələn, Mədinədə peyğəmbəri ziyarət edən, sonra Nəcəfə yola düşüb Əmirəl-mömininin (ə) ziyarətində olan, Kərbəlada imam Hüseyni (ə), Bağdadda imam Kazimi (ə) ziyarət edən bir şəxs yenidən həccə getmək gücündədirsə, Xorasanda imam Rizanı (ə) ziyarət etsə yaxşı olar, yoxsa həccə getsə?” İmam Cavad (ə) buyurdu: "Yaxşı olar imam Rizanı (ə) ziyarət etsin. Bu ziyarət rəcəb ayında olsa münasibdir!”("Səvabibul-əmal və iqabul-əmal”, 85 )
    Əhli-beyt (ə) və bu nemətin şükrü
    Qurani-məciddə maddi və mənəvi nemətlərə görə şükür etmək tapşırılır. Rəvayətlərə əsasən şükür dedikdə nemətlərin Allahın razılığı yolunda sərf olunması nəzərdə tutulur.
    Valideyn nemətinə görə şükür
    Şükrü insana vacib edən ayələrdən birində buyurulur: "İnsanı ata-anasına tapşırdıq. Anası ona hamilə oldu. Süstlük üstdən süstlük, (süddən) ayrılması iki il çəkdi. Mən və ata-anan üçün şükür et. Qayıdış yalnız mənə doğrudur. Əgər həmin iki şəxs nadanlıqları səbəbindən çalışsalar ki, nəyisə mənə şərik qoşasan, onlara itaət etmə. Amma dünyada onlarla xoş rəftar et...”("Biharul-ənvar”, 25-401, bab 50, hədis 12 )
    Ayədə bütün insanlara müraciət olunur. Heç bir şərtsiz valideynə görə şükür etmək vacib sayılır. Belə bir əmrdən üz çevirmək haramdır və kəbirə günahlardan sayılır.
    Əgər ayəyə diqqət yetirsəniz görərsiniz ki, Allah-təala valideynə ehsandan danışarkən heç bir şərt qoymur. Məsələn, qeyd olunmur ki, valideyn mömin olduqda ona ehsan edilməlidir. Ata-ana nə qədər ki, sağdır ona ehtiram göstərilməlidir. Valideynin övladla pis rəftarı da övlada haqq vermir ki, pis rəftara eyni şəkildə cavab versin.
    Allahın bu əmri ən ağır əmrlərdəndir və onun icrası kifayət qədər çətindir. Bu vəzifədən heç vəchlə boyun qaçırmaq mümkün deyil. İmam Sadiq (ə) buyurur: "Bir şəxs peyğəmbərin xidmətinə gəlib dedi: "Ey Allahın Rəsulu (s) mənə nəsihət ver.” Həzrət buyurdu: "Hətta odda yandırsalar, işgəncə versələr belə, Allaha şərik qoşma, döz. Ata-anana tabe ol, onlara ehsan et. Dünyadan köçsələr də ehsanı dayandırma...”(Kamiluz-ziyarat”, bab 101, hədis 7, s.509 )
    İlkin İslam dövründə Allahın xüsusi diqqət yetirib salam verdiyi dörd nəfərdən biri Miqdad idi. Bir gün Miqdad savaşın qızğın yerində Peyğəmbərə (s) dedi: "Atam düşmən cəbhəsində bizə qarşı vuruşur. Ona hücum etməyə icazə verirsinizmi?” Həzrət buyurdu: "Qoy bu işi başqaları görsün. Əgər Allah yolunda atanı öldürsən ömrün qısalacaq!” Bəli, Allah ata-anaya belə bir haqq vermişdir. İstər müsəlman, istər kafir valideynə ehtiram vacibdir!
    Əhli-beyt (ə) nemətinə görə şükür
    Əgər kafir valideynin də insan qarşısında haqqı varsa, imamət və vilayət məqamına malik, insanların təlim-tərbiyəsini öhdəsinə götürmüş, dünya və axirətdə qurtuluş gəmisi olan Əhli-beytin (ə) haqqı şübhə doğurmamalıdır. İnsanların xoşbəxtliyi onların Əhli-beytə (ə) nə dərəcədə bağlı olmasındadır. Bütün bunlar onların böyük məqamından danışır. Görən Əhli-beytin varlıq nemətinə görə necə şükür etməliyik?
    Heç şübhəsiz, ilahi haqlardan sonra Əhli-beytin (ə) haqları gəlir. Hər nədən öncə bu haqları yerinə yetirmək lazımdır. İlkin haqq budur ki, insan Əhli-beyti tanımaq istiqamətində addım atsın. Məhəbbət tanışlıqdan sonra yaranır. Hər birimiz nicat gəmisi olaraq onların əmrlərinə tabe olmalıyıq. Yetərli itaət əsil şükürdür.
    Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin atalarıyıq.”(Loğman”, 14, 15 )
    Mühüm şiə təfsirlərində və digər rəvayət kitablarında "Bəqərə” surəsinin 21-ci ayəsi ilə bağlı deyilir: Allaha sizə tapşırdığı kimi cavab verin. İnanın ki, ondan savayı məbud yoxdur, Allah şəriksiz və oxşarsızdır, sitəm qılmayan ədalət sahibidir, bağışlayanların bağışlayanıdır, tələskənlikdən uzaq səbr sahibidir, yalnız hikmət əsasında iş görür. İnanın ki, Məhəmməd onun bəndəsi və elçisidir, onun Əhli-beyti (ə) bütün peyğəmbər Əhli-beytlərindən üstündür. İnanın ki, Peyğəmbərdən (s) sonra Əhli-beytin (ə) ən üstün nümayəndəsi Əlidir (ə), Məhəmməd səhabələri ən üstün səhabələr, Məhəmməd ümməti ən üstün ümmətdir.("Əl-kafi”, 2-158 )
    Əhli-beyt (ə) əhli-beytlərin üstünü, Əli (ə) fərdlərin öncülüdür. Demək, xalq onların haqlarını yerinə yetirməyə borcludur. Bu haqlar bütün haqlardan önəmlidir. "Rəbbinizə ibadət edin” ayəsi ilə bağlı deyilir: "Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaqla Allaha ibadət edilir.("Üyuni-əxbarur-Riza”, 2-85, bab 22, hədis 29 )
    Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaq dedikdə, heç şübhəsiz, onlara itaət və iqtida nəzərdə tutulur. Allah-təala Quranda buyurur: "Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...”("Təvilul-ayatuz-zahirə”, 44 ) Digər bir ayədə oxuyuruq: "Daha layiqli odur ki, Allah və onun rəsulunu razı salaq...”("Təfsirul-imamul-Əskəri”, 139, hədis 70; "Biharul-ənvar”, 38-69, bab 59, hədis 6 )
    Məgər şiə və sünni rəvayətlərində təsdiqlənmirmi ki, Peyğəmbər (s) həyatda olduğu vaxtlar insanları öz Əhli-beytinə (ə) məhəbbətə çağırırdı. Əgər Peyğəmbər (s) Əhli-beytin (ə) haqlarını öz haqqı, öz haqlarını ilahi haqq saymışsa, ayə və rəvayətlərin də təsdiqlədiyi kimi, Əhli-beytin (ə) haqları ilahi haqlarla bir səviyyədə dayanır. Bu səbəbdən də Əhli-beytin (ə) haqlarını pozmaq böyük əzabla sonuclanır.
    İmam Məhəmməd Baqir (ə) Əhli-beytin (ə) varlığını ilahi nemətlərdən sayır: "Biz Allahın öz bəndələrinə nemətlərindənik...”(Nisa”, 80 )
    Allah-təala bir tərəfdən öz rəhməti ilə Əhli-beytə peyğəmbərlik və imamət məqamı vermiş, digər tərəfdən onlara itaəti bütün insanlara vacib buyurmuşdur.("Tövbə”, 62 )
    Qurani-kərimdə "şükür” sözü "nemət” sözü ilə yanaşı zikr olunur. İnsan nemət müqabilində şükür etməyə vəzifəlidir. Şübhəsiz, Əhli-beytin (ə) varlığına görə şükür etmək onların rəhbərliyini qəbul edib, göstərişlərinə tabe olmaqdır. Hətta bir tikə çörək müqabilində insanın şükür etməməsi nankorluqdur. Şeyx Hürr Amili "Vəsailuş-şiə” kitabında Şeyx Səduqun "Üyuni-əxbarur-Riza” kitabından belə bir rəvayət nəql edir: İmam Riza (ə) yaxınlarından birindən belə eşitdi: "Allah Əli (ə) ilə vuruşana lənət etsin.” Həzrət bu şəxsə buyurdu: "Lənət oxuyanda tövbə qılıb islah olanı nəzərə al.” Sonra imam əlavə etdi: "Əliyə itaətsizlik edib, onun göstərişlərindən boyun qaçıran şəxs tövbə etməsə, onun günahı Əli (ə) ilə vuruşanın günahından da ağırdır.”("Bəsairud-dəracat”, 62, bab 3, hədis 10 )
    Əhli-beytdən (ə) uzaqlaşmağın nəticəsi
    Qurani-kərimdə oxuyuruq: "Ey iman Əhli! İtaət edin Allaha, onun peyğəmbərinə, özünüzdən olan əmr sahiblərinə.”("Təfsiri-Safi”, 2-461 )
    Əgər bir şəxs elmdə sabitqədəmlərə, əmr sahiblərinə tabe olmasa, Allah və Onun rəsuluna arxa çevirmişdir. Rəvayətlərə əsasən elmdə sabitqədəmlər və əmr sahibləri dedikdə Əhli-beyt nəzərdə tutulur.
    İndi Əhli-beytə (ə) arxa çevirənlərin aqibətini nəzərdən keçirək. "İtaət edin Allaha, itaət edin Peyğəmbərə (s) və özünüzdən olan əmr sahiblərinə” ayəsinə əsasən Əhli-beytə (ə) hərtərəfli bağlılıq vacibdir. Əhli-beytə (ə) arxa çevirənlər isə bu məktəbin bəhrəsindən məhrum olasıdır. Quran ayələrinə əsasən belələri böyük ziyana düşənlərdir. Ayədə oxuyuruq: "Allahla bağladıqları əhdi pozanlar, Allahın əmr etdiyi rabitələri qıranlar və yer üzündə fəsad törədənlər üçün lənət və pis aqibət var.”("Üyuni-əxbarur-Riza”, 2-88, bab 22, hədis 35 )
    Allah Quranda əmr sahiblərinə itaəti əmr edir. Belə bir itaətdən boyun qaçırmaq ağır günahdır və cəhənnəm odu ilə sonuclanır. Bəziləri deyə bilərlər ki, bu ayəyə əsasən ədalətli hakimə də itaət edilməlidir. Əslində isə yalnız elmdə sabitqədəmlər, zikr əhli olanlar, "məvəddət”, "mubahilə”, "təthir” ayələrinin şamil oluna biləcəyi kimi kəslər «ülul-əmr» məqamına layiqdir. Bu isə yalnız Peyğəmbər əhli-beyti, məsum imamlardır.
    Bəziləri ayənin mənasını təhrif etməklə vilayət halqasını qırmaq, peyğəmbərdən sonra ləyaqətsiz insanları hakimiyyətə gətirməyə çalışmışlar. Onlar üçün fərqi yoxdur ki, Peyğəmbərdən (s) sonra onun yolunu davam etdirəcək şəxs cahiliyyət dövründə müşrik olub, yoxsa müvəhhid. Əbu Bəkr hakimiyyətə çatdıqdan sonra Ömər özü deyir: "Əbu Bəkrin hakimiyyətə gəlməsi səhv oldu, Allah özü xalqı bu işin zərərindən qorusun.”("Nisa”, 59 )
    Əgər İslam peyğəmbərinin (s) Əhli-beytlə (ə) bağlı tövsiyələrini nəzərə alsaq əmin olarıq ki, Quran, elm, fiqh mənbəyi sayılan məsumlara arxa çevirmək peyğəmbərdən uzaqlaşmaq və ağır bir günahdır.
    Əhli-beyt (ə) haqqında dəyərli bir hədis
    Bir gün Əmirəl-möminin (ə) Ənsar və mühacirlərdən ibarət toplumun arasında Peyğəmbərin (s) belə bir buyuruğunu bəyan etdi: "Allah buyurur: "Mən Rəhmanam və bunun kökü rəhmdir. Rəhmə yaxın olana yaxınam, rəhmdən uzaq olana uzağam.” Bu buyuruğa əsasən Allah-təala yalnız rəhmi ötürənlə rabitədə olacaq. Yaxınlarla əlaqəni kəsənlə Allah da əlaqəni kəsəcək. Bilirsinizmi rəhm nədir?” Oradakılar dedilər: "Rəhm dedikdə qohumlarımız nəzərdə tutulur.” Həzrət buyurdu: "Əgər qohumlarınız kafir olsa necə? Dedilər: "Əlbəttə ki, uyğun hökm bu qəbil qohumlara aid deyil. Sileyi-rəhm dedikdə Allah mömin qohumları nəzərdə tutur.” Həzrət buyurdu: "Mömin qohumlarla yaxınlığı vacib edən nədir? Bəlkə bunun səbəbi bir bətndən doğulmağınızdır?” Dedilər: "Bəli.” Həzrət buyurdu: "Ata-analarınız sizin üçün nə iş görüblər ki, onlarla yaxınlıq vacib olub?” Dedilər: "Özünüz buyurun.” Həzrət buyurdu: "Onlar sizə münasibətdə iki iş görüblər: Sizi qidalandırıblar və təhlükədən qoruyublar. Bu iki iş də bir o qədər davamlı deyil. Çünki onların qidalandırması da, qoruması da müvəqqətidir.” Sonra həzrət soruşdu ki, peyğəmbər sizin üçün nə edib? O sizi öz hidayəti ilə behişt nemətlərinə çatdırmayıbmı?! Məgər sizi əbədi əzabdan qurtaran o deyilmi?!” Hamı bir ağızdan dedi: "Bəli.” Həzrət buyurdu: "İndi mənim sualıma cavab verin: "Peyğəmbərin (s) haqqı böyükdür, yoxsa ata-ananın?” Dedilər: "Ya Əli! Peyğəmbərin vücud neməti bizim üçün daha böyükdür. Peyğəmbər heç vaxt ata-analarımızla müqayisə olunmaz.” Həzrət buyurdu: "Doğrudurmu ki, İslam Peyğəmbəri (s) sizi ata-anaya yaxşılığa çağırır, amma haqqı daha böyük olan şəxs haqqında bir söz demir? Nəticə budur ki, peyğəmbərin haqqı ata-ananın haqqından böyükdür. Onun rəhm haqqı da ata-ananın rəhm haqqından üstündür.” Həzrət sözünə belə davam edir: "Vay olsun o kəsin halına ki, Əhli-beytlə (ə) rabitəni kəsib. Vay olsun o kəsə ki, Əhli-beytin (ə) hörmətini gözləməyib!” Sonra həzrət xalqa üz tutub buyurdu: "Bilirsinizmi Peyğəmbər (s) ailəsinə ehtiram Peyğəmbərə (s) ehtiramdır, Peyğəmbərə (s) ehtiram isə Allaha ehtiramdır?!”("Rəd”, 25 )
    Son
    Peyğəmbər Əhli-beytini (ə) lazımınca tanımaq bəşər düşüncəsinin fövqündədir. Əsrlər ötdükcə Quranın yeni təfsirləri ortaya çıxır. Əhli-beyt (ə) də belədir. Zaman ötdükcə Əhli-beytin (ə) eşidilməmiş buyruqları üzə çıxır.
    Əhli-beytdən (ə) nəql olunmuş rəvayətlərə əsasən onlarla tanışlığın dərcələri var. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Allahı səndən və məndən başqa kimsə tanımadı, məni Allah və səndən başqası, səni Allahdan və səndən başqası tanımamış!”("Şərhi-Nəhcül-bəlağə”, 2-29 )
    Həzrət Peyğəmbər (s) digər bir tərəfdən buyurur: "İmamını tanımayan vəziyyətdə ölmüş kəs cahiliyyətdə ölmüş kimidir.”("Təfsirul-imamul-Əskəri”, 34, hədis 12 )
    Həzrət Peyğəmbər (s) insanın öz imamını tanımadan dünyadan köçməsini cahiliyyət dövrünün ölümü kimi tanıtdırır. Digər bir tərəfdən Əhli-beytlə (ə) tanışlığın məhdudluğu qeyd olunur. Bu rəvayətlərdən nəticə çıxara bilərik ki, insanların müqəddəs zatları tanıma istedadları fərqlidir. Bu istedad baxımından Salman Farsi Əbuzərdən, Əbuzər Miqdaddan üstün olub. İmam Cəfər Sadiq (ə) cəddi Əli ibn Hüseyndən (ə) belə nəql edir: "And olsun Allaha, Əbuzər Salmanın qəlbində olanı bilsəydi onu öldürərdi. Hansı ki, Allahın rəsulu onlar arasında qardaşlıq əqdi oxuyub. Əgər Salmanla Əbuzər arasında belə ola bilərsə, başqaları haqqında nə danışmaq olar? Həqiqətən də imamların elmi ağırdır. Mürsəl peyğəmbər və müqərrəb mələkdən başqası, eləcə də qəlbi Allah tərəfindən genişləndirilməmiş kəs bu elmə tab gətirə bilməz. İmam buyurur: "Yalnız Salman alimlərdən oldu. Çünki o biz Əhli-beytdən (ə) idi.”
    Əmirəl-möminin Əli (ə) Əbuzərə buyurmuşdur: "Ey Əbuzər! Salman bildiyini sənə desə, deyərsən ki, Allah Salmanın qatilinə rəhmət etsin!”("Təvilul-ayatuz-zahirə”, 1-139, hədis 18 )
    İmam Sadiq (ə) buyurur: "İmanın on dərəcəsi var. Miqdad səkizinci, Əbuzər doqquzuncu, Salman onuncu dərəcədədir.”("Əl-kafi”, 2-19, dua babı, hədis 6; "Vəsailuş-şiə”, 28-353, bab 10, hədis 34950; "Biharul-ənvar”, 23-89, bab 4, hədis 35 )

    İfratçılıq iman üçün təhlükədir
    Tarix boyu ifratçılıq şiələr üçün təhlükə törətmişdir. Şiə tarixində ifratçıların səhnədə olmadığı dövr mövcud deyil. Əhli-beytdən olan məsum imamlar daim ifratçılığa qarşı çıxmış, bu cərəyanı məhkum etmişlər.
    Çox təəsüf ki, bu günki informasiya əsrində də az çox ifratçılarla rastlaşırıq.
    İfratçılığı törədən iki amildir: Əhli-beyt (ə) maarifini öyrənmək üçün yetərli tutumun olmaması və içdən gələn tüğyanın ağıl üzərində qələbəsi. Peyğəmbər Əhli-beytindən (ə) danışan əsərimizin sonunda bu məsələyə yer verməyimiz təsadüfi deyil. Məqsəd ifratçılığı aydınlaşdırmaq, imamların ifratçılıq müqabilində tutduğu mövqeyi nəzərinizə çatdırmaqdır.
    Həzrət Peyğəmbər (s) həzrət Əli (ə) haqqında buyurur: "Əgər qorxmasaydım ki, ümmətimin ifratçıları sənin haqqında fərsaların İsa haqqında dediyini deyər, sənin haqqında bir söz deyərdim ki, keçdiyin yolun torpağını şəfa üçün götürərdilər.”("Biharul-ənvar”, 22-373, bab 11, hədis 12 )
    Səd adlı bir şəxs imam Baqirdən (ə) soruşdu: "İfratçı kimdir?” İmam buyurdu: "İfratçı o kəslərdir ki, bizim haqqımızda özümüzün demədiyimiz sözləri deyir. Onlar bizdən deyil, biz də onlardan deyilik...”("Əl-xisal”, 2-447 )
    İmam Sadiq (ə) buyurur: "Bizim həqiqi şiəmiz o şəxsdir ki, haqqımızda danışanda ifrata varmır...”("Yənabiul-məvəddət”, 1-200 ) İmam Başqa bir məqamda buyurur: "Peyğəmbərin əhli-beytinə (ə) dostluqda orta həddi gözlə, ifrata varma...”("Biharul-ənvar”, 67-101, bab 47, hədis 6)
    Heç şübhəsiz, hər bir məktəbin və cəmiyyətin gücü onun gənclərindədir. Bir məktəb və ya cəmiyyətə zərbə vurmaq üçün ilk öncə onun gəncləri hədəfə alınır. Gəncliyin ifratçılığa sürüklənməsi çox böyük təhlükədir. Əhli-beytdən (ə) olan imamlar ilahi bəsirətlə ifratçılıq təhlükəsini qeydə almış və onun acı nəticələri barədə gənc nəsilə xəbərdarlıq etmişlər. İmam Sadiq (ə) buyurur: "Gənclərinizi ifratçılardan qoruyun. İfratçılar Allahın ən pis məxluqlarıdır, yol verməyin ki, gənclərinizi puça çıxaralar.”(Biharul-ənvar”, 65-164, bab 19, hədis 14 )
    Əmirəl-möminin (ə) də öz növbəsində ifratçılığın təhlükəsindən danışmış və belə dua etmişdir: "Pərvərdigara! İsa Məsih fərsalardan necə zara gəlmişdisə, mən də ifratçılardan o sayağı zara gəlmişəm. Pərvərdigara! Onları həmişə çətinlikdə saxla, heç birinə yardım buyurma.”("Biharul-ənvar”, 25-269, bab 10, hədis 12 )
    İmam Kazim (ə) Allahın sifətlərindən danışdıqdan sonra buyurur: "Biz Məhəmməd əhli-beyti orta rəyi gözləyən yeganə zümrəyik. İfratçılar bizə yetişməz, müqəssirlər bizdən qabağa keçməz...”("Əl-əmali”, 650, hədis 1349 )
    Əhli-beyt imamları hamı üçün doğru yolu əyri yoldan fərqləndirdikdən sonra kimsədən bəhanə qəbul olumaz.
    Kitabın sonunda ehtiyacsız Allahın dərgahına əl açıb Ondan Məhəmməd (s) və ali Məhəmmədin (ə) dünyada ziyarətini, axirətdə şəfaətini diləyək. Pərvərdigara! Bizimlə Məhəmməd (s) və ali Məhəmməd (ə) arasında ayrılıq salma, bizi həqiqi şiələrdən qərar ver!
    Category: Əhli-beyt (ə) | Added by: Islam_Kitabxanasi
    Views: 1080 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024