İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 5:07 AM
    Müaviyyənin ardıcılları naqə və nər arasında fərq qoymurlar
    Kufə əhlindən olan bir kişi, Süffeyindən qayıdarkən dəvəyə minib, Dəməşqə gəldi. Şam camaatından olan birisi dəvənin onunku olduğunu iddia edib dedi: Sənin mindiyin dəvə mənimdir və onu Süffeyn döyüşündə qarət etmişdilər, sənin əlinə düşüb. Onların mübahisəsi heç bir nəticə vermədi və nəhayət, Müaviyyənin yanına getdilər. Dəməşqli kişi, naqənin (dişi dəvə) onun malı olmasına əlli nəfər şahid gətirdi. Yəni, əlli nəfər, dişi dəvənin bu kişinin olmasına şəhadət verdilər. Müaviyyə də bu əlli nəfərin şahidliyi əsasında, naqənin Dəməşqli kişinin olmasına hökm etdi və İraqlı kişini dəvəni ona təhvil verməyə məcbur etdi. İraqlı kişi dedi: Bu dəvə naqə deyil, cəməldir (erkək dəvədir). Müaviyyə dedi: Hökmü vermişəm, qayıda bilmərəm! Camaat getdikdən sonra İraqlı kişini çağırıb dəvənin qiymətini ondan soruşdu. Sonra dəvənin qiymətindən də artıq ona pul verib dedi: Əliyə (ə) xəbər apar ki, onunla döyüşə yüz min elə adam gətirirəm ki, naqə ilə nər arasında fərq qoymurlar! Yəni, əgər naqəyə nər, nərə naqə desəm, sorğu-sualsız qəbul edirlər.
    Məsudi bu dastanı nəql etdikdən sonra yazır: "Camaatın Müaviyyədən itaəti və onun hökmünün nüfuzu bir yerə çatdı ki, Süffeyn döyüşünə gedərkən, cümə namazını çərşənbə gününə elan etdi və camaatla cümə namazı qıldı, heç kim: "bu gün çərşənbədir, nə üçün cümə namazı?" demədi.("Ənnəsayihul-Kafiyə", səh.58,64, 77, 78.  )
    İki zidd göstəriş
    Əlinin (ə) öz qoşunlarına göstərişi bu idi: "Azacıq də olsa belə nahaq qan tökməyin." Müaviyyənin öz qoşunlarına göstərişi belə idi: "Uşaqları və qadınları belə öldürməkdən əl saxlamayın."
    Müaviyyə göstəriş verdi ki, İslam şəhərlərini axtarsınlar və Əlinin (ə) tərəfdarlarından olan hər bir kəsi öldürsünlər. Amma, Əli (ə) valilərinə buyururdu: "Səninlə döyüşməyənlərlə döyüşmə və müsəlmanlarla əhd bağlayan xristian və yəhudilərə zülm etmə."
    Müaviyyə düşmənçilikdən Peyğəmbəri Əkrəmin (s) adını eşitmək istəmirdi
    Müğeyrənin oğlu deyir: Atam Müğeyrə, Müaviyyənin yanına get-gəl edirdi. Hər vaxt Müaviyyənin yanından qayıtdıqda, onun ağlını tərif edirdi. Bir dəfə isə onun yanından çox kədərli qayıtdı, hətta xörək də yemədi. Bizim üçün bir hadisə üz verdiyini və atamın valilikdən uzaqlaşdırıldığını fikirləşdim. Bir azdan dedim: Nə üçün bu gün tutqun və narahatsan? Dedi: İnsanların ən xəbisinin yanından gəlirəm. Bu gecə xəlvətdə Müaviyyəyə dedim: Sən öz arzuna çatmısan və daha qocalmısan, Bəni Haşim ilə ədalətlə rəftar etməyin yaxşı olardı. Onlar sənin qohumlarındır və daha onlardan qorxun yoxdur.
    Müaviyyə dedi: Əbu Bəkr şahlığa çatdı, öldükdən sonra onun adı da aradan getdi. Onu yada saldıqda, Əbu Bəkr deyirlər. Ömər, on il zəhmət çəkdi, dünyadan getdikdən sonra onu yada saldıqda, Ömər deyirlər. Ondan sonra biz Bəni Üməyyənin qardaşı, Osman rəyasətə çatdı və heç kim nəsəbdə onun kimi deyildi, öldükdən sonra adı da öldü.
    Amma, hər gün beş dəfə Mühəmmədin adını fəryad edirlər və deyirlər: "Əşhədu ənnə Mühəmmədən rəsululah". Bununla nə etmək olar? And olsun Allaha, bu adı aradan aparmasam sakit olmaram.(Bax: "Müvərricüz-zihab", Məsudi.  )
    Bəli, Müaviyyə Peyğəmbərlə (s) düşmən olub və o həzrətin Allah verdiyi əzəmətini görmək istəmirdi. Bir halda ki, Qüran buyurur: "و رفعنا لك ذكرك" "Biz sənin adını sənin üçün ucaltdıq."("Mürəvvicuz-zihab", Məsudi,.3-cü cild, səh 454-455. )
    Müaviyyə lənətə layiqdir
    Eynul-Əimmə rəvayət edir ki, on dəlil ilə Müaviyyəyə lənət oxumaq olar:
    1. Əmir-əl- möminin Əlinin (ə) itaətindən çıxmaq.
    2. Əmir-əl-möminin Əliyə(ə) qarşı qarşı qılınc çəkmək.
    3. Əmir-əl-möminin Əlinin (ə) haqqını qəsb etmək.
    4. Əhli beyti (ə) inkar etmək.
    5. Özünü imamlığa layiq bilmək.
    6. Əmir-əl-möminin Əlinin (ə) fəzilətlərini gizlətmək.
    7. Əmir-əl-möminin Əliyə (ə) minbərlərdə hörmətsizlik etmək.
    8. Osmanın qanını o həzrətə böhtan atmaq.
    9. Ümmətə hökumət etməyi kafir Yezidə tapşırmaq.
    10. İmam Həsəni (ə) qətlə yetirmək və imam Hüseynin (ə) qətlini vəsiyyət etmək.
    Bəs, Müaviyyə, şərtsiz olaraq lənətə layiqdir.("Şərh" surəsi: ayə 4-cü )
    Cinayətkar Yezidi tanıyaq
    Yezidin atası Müaviyyə, anası səhrada yaşayan Məysun, müəllimi Sərcun, rumlu bir xristian idi. Bəni Haşim və Peyğəbərin (s) əhli beyti ilə düşmənliyi ata və babalarından, cahiliyyət xürafatlarını, laqeyidliyi səhra qadını olan anasından, İslam və müsəlmanlarla düşmənliyi, xristian müəllimi Sərcundan öyrənmişdi.
    Tarixə əsasən, Yezidin heç bir şəxsiyyəti və dinə əlaqəsi yox idi. Eyş-işrətdən və şəhvətdən başqa iş tanımırdı. O, üç illik hökuməti dövründə misli görünməyən cinayətlər etdi. Birinci il həzrət Hüseyn ibn Əlini (ə), övladlarını, qohumlarını və dostlarını faciəli şəkildə öldürdü, qadınları, uşaqları və Peyğəmbərin (s) əhli beytini şəhidlərin kəsilmiş başları ilə birlikdə şəhərləri dolandırdı. Hökumətinin ikinci ilində, Mədinə camaatını qılıncdan keçirdi, mal və namuslarını üç gün qoşununun ixtiyarında qoydu. Üçüncü ildə Müqəddəs Kəbə evini dağıdıb, ona od vurdu.("Kamilul-Bəhai", 2-ci cild, səh 210.  )
    Rəvayət olunub ki, Mədinə hadisəsindən min nəfər ərsiz qadından zinadan yaranmış övlad dünyaya gəldi və onları "Hərrə övladları" adlandırırdılar. Başqa bir xəbərdə gəlib ki, əməvi hücumçuları Mədinədə min nəfər bakirə qızla zina etdilər. Peyğəmbərin (s) mənbərində oturub, özünü onun canişini adlandıran, hər bir hökmü, İslam hökmü kimi qəbul edilən Yezidin cinayətləri bir həddə çatdı ki, hətta Peyğəmbər (s) məscidində də zina edildi.
    Yezid düşmənçiliyin son həddində
    İmam Hüseyni (ə) qətlə yetirdikdən sonra, bir gün Yezid, şərab məclisində oturmuşdu. İbn Ziyad da onun sağ tərəfində oturmuşdu. O, saqiyə dedi: Mənə sümüklərimin iliyinə nəşə verən bir cam şərab ver! Sonra ibn Ziyad üçün də belə bir şərab verilməsini əmr etdi. Yezid şərabı içir, onun artığını imam Hüseynin (ə) mübarək başına tökürdü. Yezid xeyzəran ilə həzrətin mübarək dodaqlarına və dişlərinə vurur, deyirdi: Hüseyn əcəb dodaqların və dişlərin var! Orada olanlardan birisi dedi: Yezid, sən bu işə necə cürət edirsən! Mən özüm, Allah Peyğəmbərinin (s) Hüseynin (ə) dodaqlarından öpdüyünü gördüm.
    O, aşkarcasına Bəni Haşimdən qisasını aldığını deyirdi. Necə ki, əsirləri məclisdə görərkən dedi: Ey kaş, Bədrdə öldürülən adamlarım mənim bu işimi görəydilər və deyəydilər: Sağ ol Yezid, yaxşı bizim intiqamımızı Bəni Haşimdən aldın... Bəli, Yezid bu işi ilə fəxr edir və Bədrdə İslam dininə qarşı vuruşlarda öldürülən kafir və müşrik ata-babalarını bu işə "sağ ol" demələrinə çağırırdı. Risalət ailəsinin əsirlər karvanı, Ceyrun məntəqəsində görsənərkən, Yezid qarğaların səsini eşitdi və bu şeri oxudu: "Karvan göründüyü və o günəşlər Ceyrun təpəsinin üstündə saçdıqları vaxt, qarğalar səsləndilər. Onlara dedim: İstəyirsiz səs salın, ya sakit qalın, mən öz borcumu Peyğəmbərdən (s) aldım!"
    Yezid lənətə layiqdir
    İbn Əqil deyir: Yezidin bizim əlimizə gəlib çatan bəzi şerlərindən aydın olur ki, onu lənətləmək lazımdır. O, kafir və zındıq olub. O, şerlərində aşkar olaraq, Allahı inkar etməyindən və özünün puç əqidəsindən dəm vurub. O cümlədən bu beytlərdir:
    "Ey Aliyə, yaxın gəl, çal və oxu ki, doğrudan da mənim münacatdan, raz və niyazdan xoşum gəlmir. Gəl və məni ətirli şərabla sirab et. O şərabdan ki, onu (bakirə) qızlar hazırlayıblar. Ey arvad, mən ölsəm, gecikmə, iddə saxlamadan tez ərə get. Mən istəyirəm məhşər günü əlimdə, sümüklərimi sirab edən sarı rəngli şərab tutduğum halda Mühəmmədlə görüşüm!”
    Yezidin kafir olmasını təsdiqləyən sünnü alimlərindən, Qazi Əbuy Əli, Əhməd ibn Hənbəl, ibn Covzi("Yəqubi", 2-ci cild, səh.216, 224, 243, "Əbul Fəda", 1-ci cild, səh.190, 192, "Müvərricuz-zəhəb", 3-cü cild, səh.64, 81. )Keyahrəsi,("Təzkirətul-xəvas", səh.162.  ) Şeyx Mühəmməd Bəkri, Səid Təftazani("Vəfəyatul- əəyan", ibn Xəlkan.  ) və Sibt ibn Covzinin(Əlsirətul-Hələbiyyə", 1-ci cild, səh.172. ) adlarını çəkmək olar.
    Cahiz deyir: "Yezidin mürtəkib olduğu günahlar: Hüseyni (ə) öldürməyi, Mədinə əhlini qorxuya salmağı, Kəbə evini dağıtmağı, Allah Peyğəmbərinin (s) qızlarını əsir etməyi, çubuqla Hüseynin (ə) dişlərinə vurmağı; bunlar onun qəsavətinə, pis fikrinə, kininə, inad və nifaqına dəlildir, ya onun ixlasını, Peyğəmbərə (s) məhəbbətini və o həzrətin şəriət və sünnəsini qorumasını göstərir?!" Sonra davam edib, deyir: "Hər halda bu işləri onun fisq və azğınlığını göstərir, o, fasiq və məlundur, hər kəs də məlunu lənətləməyin qarşısını alsa, o da məlundur."("Təzkirətul-xəvas".)
    Alusi də yenə təkid edərək deyir: "Yezidi lənətləməkdə özündə şəkkə yol vermə. Çünki, onun çoxlu nalayiq xüsusiyyətləri vardır və heç vaxt böyük günahlara mürtəkib olmaqdan çəkinməyib. Onun günahkar olması barədə, Məkkə və Mədinədə o qədər cinayətlər etməsi və imam Hüseyni (Allahın sələvat və salamı ona və onun cəddinə olsun) öldürməyə icazə verməsi, bu işdən aşkar razılığını bildirməsi və o həzrətin ailəsinə hörmətsizlik etməsi bəsdir. Bu xəbisin, Peyğəmbərin (s) risalətinə iman gətirməməsini güman edirəm. Hər halda Yezidin, Allahın aman yerinin (Məkkə) sakinləri və Peyğəmbərin (s) əhli beyti və pak itrəti barəsində etdiyi cinayətlər (istər Hüseyn ibn Əlinin (ə) həyatı dövründə və istər onun şəhadətindən sonra) və başqa etdiyi cinayətləri, Qüran vərəqlərini zibil arasına atmağından az deyildi. Mən, onun işlərinin müsəlmanlara gizli qalmış olmasını təsəvvür etmirəm. Amma onun zülmü dövründə yaşayan müsəlmanların səbr etməkdən başqa əllərindən bir iş gəlmirdi, belə ki, Allah Özü onun işini sona çatdırdı."("Rəsailu Cahiz", səh.298.)
    İbn Cövzi deyir: Əhməd ibn Hənbəlin oğlu Saleh deyir: Atama dedim ki, camaat Yezidlə dostluğu, bizə nisbət verirlər. Atam dedi: Oğlum, bir kəsin Allaha imanı olması və bununla belə Yezidi də sevməsi necə mümkündür? Dedim, bəs niyə ona lənət oxumursan? Atam dedi: Oğlum, sən indiyə kimi mənim birinə lənət oxuduğumu görmüsən? Sonra artırıb, dedi: Allah öz kitabında lənət etdiyi bir kəsi, biz necə lənət etməyə bilərik?!
    Dedim, Qüranın harasında Yezidə lənət edib? Dedi: o yerdə ki, buyurur:
    "فهل عسيتم ان توليتم ان تفسدوا في الارض وتقطعوا ارحامکم اولائك الذين لعنهم الله"
    "(Ey münafiqlər) Odur ki, sizdən İslamdan üz döndərəcəyiniz təqdirdə, yer üzündə fəsad törətmək və qohumluq əlaqələrinizi tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar, Allahın lənət etdiyi kəslərdirlər...."("Ruhul-məani" 8-ci cild, səh.125. Bu mətləbdə və qabaqkı səhifələrdə, Şeyx Əli Rəbbaninin "Sitareyi dirəxşani Şam ” kitabından istifadə olunub.  )
    Sonra atam dedi: Adam öldürməkdən böyük hansı fəsad ola bilər?("Mühəmməd" surəsi : ayə22-23  )
    Ömrü boyu heç kimə lənət oxumayan Əhməd ibn Hənbəl də Qürana əsaslanaraq, Yezidə lənəti vacib bilir.
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 503 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019