İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 5:05 AM
    Həzrət imam Hüseynin (ə) Rüqəyyəyə (ə) məhəbbəti
    Həzrət imam Hüseyn (ə), atası həzrət Əlini (ə) və anası Fatimeyi Zəhranı (ə) çox sevirdi. Ona görə də hər vaxt, Mütəal-Allah ona övlad əta etsəydi, əgər oğlan olsaydı, atası Əlinin (ə) və qız olsaydı, anası Fatimeyi Zəhranın (ə) adını o körpəyə qoyurdu. Sonra onları bir-birindən seçmək üçün, hər birinə bir ləqəb verirdi. Həzrət Rüqəyyənin (ə) də adı Fatimə olub və imam Hüseynin (ə) kiçik qızı olduğu üçün ona Fatimeyi Süğra ləqəbini verib.("Təvəlla və təbərra", "Məalimül-zülfiidən" nəqli ilə, səh.331 )
    İmam Hüseyn (ə) həzrət Rüqəyyəni (ə) çox sevirdi və gecələr onu öz qucağında yatızdırırdı.
    Həzrət Rüqəyyənin (ə) ləyaqəti
    Kərbəla hadisəsi İslam dinini canlandıran, ona yenidən ruh verən, Qiyamətə kimi əbədi qalmalı və İslam dinini sapınmalardan qoruya bilməli olan, bir hadisə olmalı idi. Ona görə də bu hadisənin iştirakçıları ilahi insanlar olmalı, bütün müsibətlərə səbr edə bilən, Allahdan başqa heç bir qüdrət qarşısında baş əyməyən, təkcə Allaha təslim olub, həmişə Onun razılığına razı olan, hər harada olarlarsa, öz məntiqli söz və əməlləri ilə əsil İslam dinini, Peyğəmbəri (s) və əhli beyti (ə) insanlara tanıda və xalqı hidayət edə bilən şəxslər olmalı idilər. Ona görə də biz tarixdə çoxlu şəxsləri görürük ki, Kərbəla həmasəsində iştirak edə bilmədi və ya başqa sözlə desək, buna ləyaqətləri çatmadı. Amma həzrət Rüqəyyə (ə) üç yaşında olmasına baxmayaraq, bu işə layiq idi, necə ki, biz tarixdən buna şahidik. O həzrətin bərəkətindən, əhli beytin tanınmadığı və həqiqi İslamdan uzaq düşmüş, hətta möminlər ağası Əli (ə) məsciddə səcdə halında şəhadətə çatdıqda, camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyilən belə bir yerlərdə, əhli beyti (ə) tanıdılar və həqiqi İslamdan xəbərdar oldular, əhli beytin (ə) məzlumiyyətinə göz yaşı tökdülər. İndinin özünə qədər minlərlə insan (hətta xristian və yəhudi), o həzrətin bərəkətindən İslama iman gətirmiş və əhli beytin (ə) aşiqi olmuşdur. Camaatı "məgər Əli (ə) namaz qılırdı ki, məscidə gedib" deyən bir şəhərin, məscidlərinin minarələrindən indi "Əşhədu ənnə mövlana Əmir-əl-mömininə Əliyyən vəliyulah" kəlamı zəmzəmə olunur.
    Həzrət Rüqəyyə (ə) Kərbəlada
    İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi
    Həzrət imam Səccad (ə) buyurur: Aşura gecəsi mən xəstə idim və bibim Zeynəb, mənə xidmət edirdi. Birdən atam bizdən uzaqlaşıb öz xeyməsinə getdi. Covn (Əbuzərin azad etdiyi qülam), imamla birlikdə idi və o həzrətin qılıncını təmir edirdi. Atam bu şeri oxudu:
    يا دهر افّ لك من خليل کم لك يا لاشرلق و الاصيل
    من صاحب و طالب قتيل و الدهر لا يقنع با لبديل
    و انّما الامر الي الجليل و کلّ حي سالک سبيل
    "Ey dünya! Uff sənin dostluğuna, nə qədər dostları və sənin üçün çalışanları sübhlər və gecələr öldürdün!
    Bəli, dünya onların yerinə başqasını istəmir. Doğrudan da işlərin sonu Cəlil olan Allahın əlindədir və hər bir canlı gərək bu yoldan keçsin.”
    Ürək yandıran bu şeri atamdan eşidərkən onun məqsədini başa düşdüm, böyük bir bəlanın nazil olduğunu və imamın şəhadəti qəbul etdiyini bildim. Ona görə də ağlamaq boğazımı tutdu, amma səbr edib səsimi ucaltmadım. Hərəm əhli və uşaqlar bu şeri eşidərkən ağlamaq və nalə səsləri ucaldı. Bibim həzrət Zeynəb (ə), qadın idi (və qadınlar ürəyi yumşaq olduqları üçün) özünü saxlaya bilmədi, ayağa qalxıb tez imamın yanına gedib dedi: "Vay oğul ölən anam! Ey kaş mənim ölümüm çataydı və diri olmayaydım! Bu gün, anam Zəhra, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gündür! Ey qardaşım! Sən gedənlərin yadigarı və qalanların pənah yerisən!"
    İmam Hüseyn (ə) ona baxıb buyurdu: "Bacı, ayıq ol ki, şeytan sənin səbrini əlindən almasın!"
    Sonra yaş imamın mübarək gözlərində həlqə vurduğu halda bu atalar sözünü buyurdu: "Əgər Qəta quşunu azad buraxsaydılar, gecəni öz yuvasında yatardı".
    Həzrət Zeynəb (ə) dedi: "Vay olsun mənə! Sənin heç bir çarən olmayıb və çarəsizlikdən ölümü qəbul etmisən, bu daha çox mənim ürəyimi yandırır və mənə çox çətindir. Məni qərib və tənha, zalım münafiqlərin arasında qoyursan?!"
    Həzrət Zeynəb, bu sözləri deyib öz üzünə sili vurdu və huşdan gedib yerə yıxıldı. İmam Hüseyn (ə) qalxıb bacısının üzünə su töküb onu huşa gətirdi. Sonra onu sakitləşdirib buyurdu: "Bacı! Allahdan qorx və səbirli ol. Bil ki, yer əhli hamısı öləcək və göylərin sakinləri də əbədi deyillər. Həqiqətən Allahdan başqa hər bir şey həlak olacaq ki, O, bütün məxluqatı Öz qüdrəti ilə yaradıbdır və camaatı öldürüb, yenidən dirildəcək. Odur yeganə və misli, bərabəri olmayan. Cəddim, atam, anam və qardaşım, hamısı məndən yaxşı idilər. Onların hamısı dünyadan gedib və onunla vidalaşıblar. Yaxşıdır ki, mən və hər bir müsəlman, Allah Rəsuluna (s) iqtida edək və onu özümüzə örnək qərar verək."
    İmam Hüseyn (ə) belə sözlərlə bacısına dildarlıq edib, buyurdu: "Bacı! Səni and verirəm və sən gərək bu anda əməl edəsən. Mən şəhid olarkən, sinəni və üzünü cırma, mənim şəhadətimdə vaveyla ilə fəryad etmə."
    İmam Səccad (ə) buyurur: Sonra atam bibim həzrət Zeynəbi mənim yanıma gətirib, orada oturtdu.("Muntəhiyul-amal", 1-ci cild, Şeyx Əbbas Qumi  )
    İmam Hüseyn (ə) əziz bacısını sakitləşdirdikdən sonra, öz ailə-uşağının yanına getdi və onlara səbr etmələrini buyurdu. Sonra buyurdu:
    يا اختا ه يا گلثم و انت يا زينب و انت يا رقية و انت يا فاطمة و انت يا رباب ! انظرن اذا انا قتلت فلا تشققن علي جيبا و لا تخمشن علي وجها و لا تقلن علي هجرا
    Bacı! Ümmü Gülsum! Və sən ey Zeynəb, sən ey Rüqəyyə, ey Fatimə, ey Rübab! Mənim sözlərimə qulaq asın. Mən şəhid olarkən yaxanızı və üzünüzü cırmayın, dilinizə pis sözlər gətirməyin!("Müntəhiyul-amal" 1-ci cild. )
    Aşura gecəsi həzrət Rüqəyyənin (ə) və başqa uşaqların susuzluğu
    Həzrət Səkinədən (ə) rəvayət olub:
    Məhərrəm ayının doqquzuncu günü bizim suyumuz qurtardı. Susuzluq uşaqlara çox təsir etmişdi. Bütün qabların və məşglərin suyu tamamilə qurumuşdu. Mən və başqa uşaqlar möhkəm susamışdıq. Uşaqların susuzluğunu xəbər vermək üçün bibim Zeynəbin (ə) xidmətinə getdim. Onun yanına çatdıqda südəmər qardaşımı qucağında saxladığını gördüm. Qardaşım Əli Əsğər gah oturur, gah qalxırdı, sudan uzaq düşmüş balıq kimi narahat idi və ağlayırdı.
    Bibim Zeynəb ona deyirdi: Səbr elə qardaşımın balası! Bu qədər susuz olduğun halda necə səbr edəsən?! Bibin üçün nə qədər çətindir ki, sənin səsini eşidə, amma bunun sənin halına heç bir faydası olmaya.
    Həzrət Səkinə buyurur: Mən bibimdən bu sözləri eşidəndə ağladım. Həzrət Zeynəb buyurdu: Səkinə?!
    Ərz etdim: Bəli.
    Buyurdu: Nə üçün ağlayırsan?
    Dedim: Qardaşım Əli Əsğərin susuzluğuna ağlayıram.
    Daha ona özümün nə qədər susuz olduğumu demədim.
    Sonra bibimə dedim: Bibican, kaş dostların və ənsarın yanına gedəydin, bəlkə onların xeyməsində su tapıla.
    O, Əli Əsğəri qucağına alıb, əmilərimin xeymələrinə getdi amma, onların da suyu qurtarmışdı.
    Həzrət Rüqəyyə (ə) və başqa azyaşlı uşaqlar susuzluğun şiddətindən çox zəifləmişdilər, artıq taqətləri yox idi. Onlar da bizim ardımızca yola düşdülər. Bibim, əmim oğlanlarının (imam Həsənin (ə) övladlarının) xeyməsində oturdu və su tapmaq ümidi ilə bir nəfəri səhabələrin xeyməsinə göndərdi.
    Amma onları da xeyməsində su tapılmadı. Su tapmaq ümidindən məyus olduqdan sonra öz xeyməsinə qayıtdı. İyirmiyə yaxın azyaşlı uşaq onunla birlikdə idilər.
    Uşaqlar susuzluğun şiddətindən ağlayır, fəryad edirdilər. Biz də fəryad edirdik. Bu vaxt atamın dostlarından olan Büreyr, bizim ağlamaq səsimizi eşidib, özünü yerə vurdu və başına torpaq tökdü. Sonra öz dostlarına xitab edib, dedi: Bu qılınclar bizim əlimizdə olduğu halda, siz Fatimeyi Zəhranın (ə) qızlarının ölməyini istəyirsinizmi?! Yox! And olsun Allaha ki, bunlardan sonra yaşamağın heç bir xeyri yoxdur. Biz gərək Fatimeyi Zəhranın (ə) uşaqlarından və qızlarından qabaq ölək.
    Ey mənim dostlarım! Bu uşaqlar susuzluqdan ölməmiş, bizim hər birimiz bu uşaqların əlindən tutaq və suya tərəf hücum edək. Ömər Sədin qoşunu bizimlə döyüşsələr, biz də onlarla döyüşək.
    Büreyrin dostlarından biri, Yəhya ibn Mazəni, dedi: Biz Fəratın keşikçiləri ilə döyüşsək, bu uşaqlara ox dəyə bilər və bunun səbəbi biz olarıq. Yaxşıdır ki, özümüzlə məşg götürək və onu su ilə dolduraq. Fəratın keşikçiləri bizimlə döyüşsələr, biz də onlarla döyüşək və bizlərdən biri öldürülsə, həzrət Fatimeyi Zəhra (ə) qızlarına fəda olsun.
    Büreyr dedi: Bu yaxşı fikirdir.
    Onlar dörd nəfər olub, hər biri əlinə bir su məşgi götürüb, suya tərəf getdilər. Fəratın keşikçiləri onlara dedilər: Siz kimsiniz? Özünüzü tanıdın ki, biz başçımıza xəbər verək.
    Büreyr və onların başçılarının arasında qohumluq var idi. Bu xəbəri ona verəndə dedi: Onlara yol verin, su içsinlər.
    Büreyr və dostları Fərat çayına daxil oldular. Suyun sərinliyin və soyuqluğunu hiss edərkən ağladılar və dedilər: Allah lənət etsin Ömər Sədə. Bu axar sudan bir qətrə belə, Mühəmməd (ə) övladları içə bilmirlər.
    Büreyr dedi: Öz arxanıza baxın və tez su götürün. Çünki, Hüseynin (ə) uşaqlarının ürəkləri susuzluqdan yanır. Həzrət Fatimeyi Zəhranın (ə) övladları su içməyincə siz su içməyin.
    Büreyrin dostları dedilər: Ey Büreyr: And olsun Allaha, Hüseynin (ə) uşaqları bu sudan içməyincə, biz sudan bir qətrə olsun belə içmərik.
    Fərat keşikçilərindən bir nəfər bu sözləri eşidib, dedi: Sizin özünüzün Fərata daxil olmağınız bəs deyil, bu xaricilər üçün də su aparmaq istəyirsiniz?
    Büreyr ona dedi: Bizim işimizi gizli saxla.
    Sonra Büreyr yaxın gedib, onu tutdu ki, başqalarına xəbər verməsin. Amma o kişi qaçıb onların işini öz başçılarına xəbər verdi. Başçı dedi: Onları tutub mənim yanıma gətirin! Əgər gəlmək istəməsələr, onlarla vuruşun!
    Fəratın keşikçiləri Büreyr və onun dostlarının yolunu bağladılar. Onların arasında döyüş başladı. Büreyr onlara nəsihət etdi. İmam Hüseyn (ə) onun səsini eşidib, bir neçə nəfəri köməyə göndərdi. Fəratın keşikçiləri qaçdılar.
    Büreyr və onun dostları su gətirdilər. Hüseynin (ə) susuzluqdan dodaqları qurumuş balaları suyun başına yığışdılar, qarın və sinələrini su məşginin üstünə qoydular. Birdən məşgin bağı açıldı və su yerə axdı. İmam Hüseynin (ə) övladlarının nalə və fəryadı ucaldı. Büreyr öz üzünə vurub dedi: Əfsus, həzrət Fatimeyi Zəhranın (ə) qızlarının susuzluqdan yanan ciyərlərinə bu su yetişmədi!("Lühuf", Seyyid ibni Tavus  )
    Həzrət Rüqəyyə Aşura günü
    Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər.
    İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya dedi: "يا ابة اين تمضي عنّا"Atacan, hara gedirsən? Nə üçün bizdən ayrılırsan? İmam (ə), bir də o balanı qucağına aldı və sakitləşdirdi. Sonra qana dönmüş ürəklə ondan ayrıldı.("200 dastan əz kəramat və məsayib həzrət Rüqəyyə (ə)" Əbbas Əzizi.  )
    Ata, bizi Mədinəyə qaytar.
    Kərbəla hadisəsindən və əhli beytin (ə) əsirliyindən sonra, bir gün Yezid, Şimrdən soruşdu: Sən Kərbəlada idin, Hüseynin (ə) halına ürəyin yanan bir vaxt oldu?
    Şimr dedi: (Neçə yerdə mənim ürəyim Hüseynin halına yanıb) Ürəyimi yandıran hallardan biri də bu zaman idi ki, imam Hüseyn (ə) son vidasında xeymənin qapısının kənarına gəldi. Balaca qızı, qolunu onun boynuna saldı. O, "vay atacan ” deyə qışqırdı və elə fəryad etdi ki, bütün aləmin ürəyini yandırdı.
    Hüseyn (ə), bu vaxt başını aşağı saldı və gözlərindən yaş axdı. O uşaq Hüseynə (ə) deyirdi: «Atacan, bizi Mədinəyə qaytar!»("Həzrət Rüqəyyə (ə)", Şeyx Əli Fəlsəfi, səh.550.)
    Ata dayan, qoy səni doyunca görüm
    İmam Hüseyn (ə) hərəmləri ilə vidalaşıb, onlardan arxayın olduqdan və yaralarını bağladıqdan sonra döyüş meydanına yola düşdü. Bir qədər yol getmişdi ki, bu vaxt bir balaca qız, o həzrətin arxasınca qaçdı. İmam, qızın nə dediyini eşitmək üçün qulaq asdı. O qız belə deyirdi: Sənə mane olmaq istəmirəm, bir xahişim var.
    يا ابة ! مهلا توقف حتّي اتزود من نظري اليك
    Ata! َYavaş get, dayan, qoy səni doyunca görüm.
    İmam Hüseyn (ə) dayandı, o balaca qızı qucağına aldı və ona təsəlli verib, sakitləşdirdi.("Nehzəti Hüseyni" 1-ci cild, səh.124.)
    İmam Hüseynin (ə) Həzrət Rüqəyyə (ə) ilə son vidası
    Düşmən əsgərlərindən biri olan, Hilal ibni Nafe deyir: Mən ön sıralarda dayanmaşdım. Gördüm, imam Hüseyn (ə), öz əhli beyti ilə vidalaşdıqdan sonra meydana tərəf gəlir. Bu vaxt bir balaca qız, xeymədən çıxdı, titrək addımlarla qaça-qaça imam Hüseynin (ə) ardınca gəldi və özünü o həzrətə çatdırdı, onun ətəyini tutub, səslədi: Atacan mənə bax! Mən susuzam! Ürək yandıran bu sözləri susuz bir uşağın dilindən eşitmək, imam Hüseynin (ə) yaralı ürəyinə duz səpmək kimi idi. Onun sözləri imam Hüseynə (ə) elə təsir etdi ki, ixtiyarsız gözlərindən yaş axdı. Yaşla dolu gözlərlə o qıza dedi: الله يسقيك فانه وکيلي Qızım sənin susuz olduğunu bilirəm. Allah səni sirab etsin. Çünki o mənim vəkilim və pənah yerimdir.
    Hilal deyir: Mən bu qızcığazın imam Hüseynin (ə) nəyi olduğunu soruşdum. Mənə cavab verdilər ki, o imam Hüseynin (ə) üç yaşlı qızı, Rüqəyyədir.
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 892 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024