İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 5:02 AM
    Həzrət Rüqəyyə (ə) Şamda
    Yezidin qoşunu əsirləri və müqəddəs başları Şamın yaxınlığına gətirdilər və Şama dörd fərsəx qalmış dayandılar. Onlar məqsədlərinə çatdıqları üçün şadlıq edirdilər. Yezidə namə yazıb, əsirləri və müqəddəs başları gətirdiklərini və şəhərə daxil olmaq üçün onun əmrini gözlədiklərin xəbər verdilər.
    Əhli beytin (ə) halı çox ağır idi. Onlar Yezid ilə necə üzləşəcək və onun şəmatətlərinə, dil yaralarına necə dözəcəkdilər?
    Qasid, Yezidin yanına çatanda, o xəbis məlun alnına dəsmal bağlamışdı və ayağını teştdə isti suya qoymuşdu, həkim də onu müalicə etməyə məşğul idi. Bir dəstə Bəni Üməyyə məclisdə oturub söhbət edirdilər. Qasid dedi: Gözün aydın, düşməninin başı şəhərə daxil oldu. Yezid məclis əhlini aldatmaq üçün zahirdə dedi: Sənin gözün aydın olmasın. Sonra göstəriş verdi ki, onu zindana salsınlar. Sonra Yezid əmr etdi ki, əhli beyti (ə) üç gün həmin yerdə saxlasınlar, ta şəhəri bəzəmək işi sona çatsın. Sonra əmr etdi ki, cəvahir və qiymətli daş-qaşlardan onun üçün tac və taxt düzəltsinlər, sərkərdələr, başçılar, və şəhərin ağsaqqalları saraya yığılsınlar, şəhər camaatı qoca və cavan, kişi və qadın, fəqir və varlı, gözəl və qiymətli libaslar geyinsinlər, qadınlar özlərinə zinət versinlər və bəzənsinlər. Heç kəs evdə qalmasın. Hamı çalğı aləti götürsün, təbillər çalsınlar, rəqqaslar oynasınlar. Əsirləri cəmiyyət çox olan məhəllə; "Saət" darvazasından gətirsinlər və şəhidlərin başını əsirlərin önündə gətirsinlər, əməvilər və yəhudilər yaşayan mərkəzlərdən keçirsinlər ki, darul-imarəyə çatan yol bir az uzaq olsun və bu məntəqələrin camaatı daha çox tənə vura bilsinlər("Riyazul-qüds".  )
    Əhli beyti (ə) şəhidlərin kəsilmiş başları ilə birlikdə, içəri daxil olmağa icazə alana qədər Yezidin qəsrinin yanında saxladılar. Əvvəl, imam Hüseynin (ə) başını aparmağa məmur olan Zəcr ibn Qeys məlun, icazə istədi və Yezidin yanına getdi. Sonra İmam Hüseynin (ə) əhli beytini boyun və ayaqlarında zəncir olan halda Yezidin məclisinə gətirdilər. (İlahi, taqətim kəsildi, bu nə müsibətdir. Ya imam Səccad! Ya Zeynəb! Ya Rüqəyyə!)
    Əhli beyt (ə) məclisə daxil olarkən, Yezid məlun bu şeri oxudu: "Biz, Bədr döyüşündə öldürülənlərimizin sayı qədər, onların böyüklərini öldürdük."
    Şəhidlərin müqəddəs başlarını Yezidin məclisinə gətirərkən, şəhidlər sərvəri həzrət imam Hüseynin (ə) mübarək başını qızıl teştdə Yezidin qarşısına qoydular. Bütün ömrünü şərab içməkdə keçirən Yezid, bu halda da yenə şərabın məsti idi və öz düşməninin başını görəndə sevindi.
    Əlbəttə, həzrət Zeynəb (ə) öz məntiqli xütbəsi ilə Yezid və bütün yezidpərəstləri rüsvay etdi və əhli beyti (ə) onlara tanıtdırdı, hətta belə ki, bütün məclis əhli imam Hüseynin (ə) məzlumiyyətindən xəbərdar olub, ağladılar və bəziləri, hətta Yezidin öz arvadı, Yezidin əleyhinə qalxdılar, axırda Yezid rüsvay olduğunu görüb, bu işi öz boynundan atıb, ibn Ziyadı bu işdə təqsirləndirdi. (Sonrakı səhifələrdə Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki xütbəsini gətirəcəyik)
    Ən ağır müsibətlər
    Rəvayət olub ki, imam Səccaddan (ə) soruşdular: Kərbəla səfərində sizə ən ağır müsibətlər harada oldu? Həzrət buyurdu: "الشام الشام الشام" "Şam, Şam, Şam."
    Başqa bir rəvayətdə gəlib, imam Səccad (ə), Nöman ibn Münzər Mədainiyə buyurdu: Biz Şama daxil olduğumuz zaman zaman çəkdiyimiz müsibətdən ağır müsibət görmədim. Çünki, biz yeddi müsibətlə üzləşdik ki, əsirliyin əvvəlindən axırına qədər belə müsibət olmamışdı:
    1- Məmurlar Şamda bizim ətrafımızı yalın şəmşirlər və nizələrlə dövrələmişdilər və nizənin kəəbi ilə bizi vururdular. Onlar bizi cəmiyyətin arasında saxlamışdılar, saz və təbil çalır, şadlıq edirdilər.
    2- Şəhidlərin başlarını nizələrdə bizim qadınların arasında saxladılar və əmim Əbbasın (ə) başını, bibilərim Zeynəb (ə) və Ümmü Gülsümün (ə) gözü önündə saxladılar və qardaşım Əli Əkbərin, əmim oğlu Qasimin başını, Səkinə və Fatimənin gözü önünə gətirdilər. Başlarla oynayırdılar və bəzən o başlar yerə düşür və atların ayaqları altında qalırdı.
    3- Şamın qadınarı evlərin üstündən bizim başımıza od və su tökürdülər. Od əmmaməmə düşdü, amma mənim əllərimi boynuma bağladıqları üçün onu söndürə bilmədim, əmmaməm yandı, od başıma çatdı və başımı da yandırdı.
    4- Gün çıxandan, gün batmağa az qalana qədər bizi saz və avazla, camaatın gözü qarşısında küçə və bazarlarda gəzdirdilər və deyirdilər: Bunları öldürün, çünki İslamda heç bir hörmətləri yoxdur.
    5- Bizi dəvələrdən yerə endirdilər və hamımızı bir kəndirə bağladılar. Sonra yəhudi və nəsranilərin evlərinin önündən keçirir, onlara deyirdilər: Bunlar, ataları sizin atalarınızı (Xeybərdə və b...) öldürən və evlərini viran edənlərdilər. Bu gün siz onların intiqamını bunlardan alın.
    "يا نعمان فما بقي احد منهم الا و قد القي علينا من التراب و الحجار و الخشاب ما اراد"
    Ya Nöman, onların hamısı istədikləri qədər torpaq, daş və ağacla bizə tərəf gəldilər.
    6- Bizi qul bazarına apardılar, qul və kəniz yerinə satmaq istədilər. Amma, Allah bu işdə onlara imkan vermədi.
    7- Bizə təvanı olmayan bir yerdə mənzil verdilər. Gündüzlər istidən, gecələri isə soyuqdan, aclıqdan və öldürülməyin qorxusundan həmişə vəhşət və iztirabda idik.(Bax: "Təzkirətuş-şühəda", Molla Həbibullah Kaşani, səh.412.)
    Ahu balası
    Ali Mühəmməd (s) əsirlərinə səqfi olmayan və divarları uçmaq üzrə olan bir xarabada yer verdilər ki, bu vasitə ilə onların işgəncələri çox olsun, heç bir asayiş və əmniyyətləri olmasın.
    Bir gün Əba Əbdillah Hüseynin (ə) balaca qızı xaraba kənarında əyləşmişdi. Bu vaxt əlində ahu balası aparan bir ovçunu gördü. Ahunu istəyirəm, bəhanəsi ilə ağlamağa başladı. Şamlılar ovçunun ətrafını dövrələdilər və onu almaq üçün hərəsi bir qiymət deyirdi. Beləliklə, ahunun qiyməti həddindən çox yuxarı qalxdı. Şamlılar bu işləri ilə əhli beyt (ə) əsirlərini aciz göstərmək istəyirdilər. Bu vaxt, imam Səccad Zeynul-Abidin (ə), ovçuya baxıb, onun qarşısındakı torpaqdan bir ovuc götürdü və ovçuya verdi. Ovçu, onu imam Səccadın (ə) əlindən aldı və baxanda torpğınq qiymətli cəvahirata çevrildiyini gördü. Ovçu imamdan bu kəraməti müşahidə edərkən, ahu balasını Əba Əbdillah Hüseynin (ə) nazdanəsinə verdi. O, bazarda camaata deyirdi ki, imam Səccad (ə) gözümün qabağında bir ovuc torpağı qiymətli cəvahirata çevirdi. Ey camaat, bu imam Səccadın (ə) möcüzəsidir. Bu xəbər dildən-dilə düşərək, Yezidin sarayına çatdı. Yezid, ovçunun boynunun vurulmasını əmr etdi. Ovçunun öldürülmək xəbəri imama çatdıqda, həzrət onun qəbrinin kənarına gəldi və Allahın istəyi ilə onu diriltdi.
    Əssəlamu ələykə ya əbəta!
    Haris Şami deyir: Bir gecə neçə nəfərlə imam Hüseynin (ə) əhli beytinə keşikçi idik. O gecə, Peyğəmbər (s) övladlarına xarabada yer verdilər və imam Hüseynin (ə) pak başını xaraba yaxınlığında olan bir ağacın budağından asmışdılar.
    Səhərə yaxın vaxtlar idi. Gördüm, balaca bir qız, qadınların arasından çölə çıxdı. Heç kim görməsin deyə, yavaş-yavaş ağaca tərəf gedirdi. Məndən başqa, keşikçilərin hamısı yuxuya getmişdilər. Özümü yatmışlığa vurdum və bir söz demədim. O qızın hara getmək istədiyini bilmək istəyirdim. O balaca qız, neçə dəfə qorxa-qorxa başa tərəf gəlib, geri qayıtdı. Amma axırda özünü ağacın altına çatdırdı və yerə oturub, səslədi:
    يا ابتاه! و افرقتاه بعد فراقک
    Atacan! Aman uzaqlıq və ayrılıq əlindən.
    O qız atasının başına baxır, onunla danışır və ağlayırdı.
    Bu vaxt imam Hüseynin (ə) başı aşağı endi və o qızla üz-üzə dayandı. Həzrət Rüqəyyə (ə) atasının başına xitab edib, dedi:
    السلا م عليك يا ابتاه! وا مصيبتاه بعد فراقک وا غربتاه بعد شهادتك
    Salam olsun sənə atacan! Sənin ayrılığından sonra, vay qəm və qüssədən. Sənin şəhadətindən sonra, vay qəriblikdən.
    Sonra yenə xitab etdi:
    يا ابتاه! اسرونا و هتکوا حرمتنا و احرقوا خيامنا و نهبوا اموالنا واشهرنا و رطبوا و قيدنا و الان حبسونا فيما تراه
    Atacan bizi əsir etdilər, bizə hörmətsizlik etdilər və xeymələrimizə od vurdular. Bizi zəncirə bağladılar. İndi də bizə xarabada yer veriblər.
    İmam Hüseynin (ə) balaca qızı bu sözləri dedikdən sonra bir fəryad çəkib, huşdan getdi.
    Haris deyir: Əzim Allaha and içirəm ki, mən gördüm, o ağacın budağı əyildi, imam Hüseynin (ə) mübarək başı, balaca qızının üzünə çatdı. Onu öpürdü və təsəlli verir, buyururdu: Ey gözlərimin nuru! Səbr et, çünki, bizə yetişən bəlalara görə, günahkarların şəfaəti bizimlədir.
    Sonra imam Hüseynin (ə) mübarək başı buyurdu: Qızım! Əsirliyin çətinlikləri, yolun işgəncələri və sənin müsibətlərin sona çatdı. Sən, neçə gecədən sonra mənim yanıma gələcəksən. Şəfaət məqamı sənə nəsib olmaq üçün əziyyətlərə səbr et("Səmərətul-həyat", 2-ci cild. )
    Haris Şami deyir: Mənim evim Şamın xarabasının yaxınlığında idi. Gözləyirdim ki, görüm, o qız uşağı atasının dediyi kimi bu yaxınlarda dünyadan gedəcəkmi? Gecələrin birində Şamın xarabasından nalə və fəryad səsi eşitdim. Soruşdum: Nə xəbərdir?
    Dedilər: Həzrət Rüqəyyə (ə) dünyadan gedibdir("Riyazul-quds", 2-ci cild.  )
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 826 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024