İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 5:00 AM
    Həzrət Rüqəyyənin (ə) şəhadəti Şam əhlini qəflət yuxusundan ayıldır
    Şamın xarabasında həzrət Rüqəyyənin (ə) ürəkyandırıcı şəhadətindən sonra əhli beyt (ə) xanımları əzadarlığa və ağlamağa məşğul oldular. O gün, Şam şəhərinin bütün küçələrindən ağlamaq səsi eşidilirdi. Artıq Şam əhli qəflətdən ayılmış, Peyğəmbəri Əkrəmin (s) əhli beytinin məzlumiyyətindən agah olmuşdular. Onlar bazarları tətil etdilər və Ali-Əbaya (ə) əza saxladılar. Şam əhli deyirdilər: And olsun Allaha, biz o başın Hüseyn ibn Əlinin (ə) başı olduğunu bilmirdik. Bizə o başın, Yezid əleyhinə çıxmış, bir nəfər xaricinin başı olduğunu demişdilər. Camaatın xəbərdar olması xəbəri Yezidə çatdıqda, o, Qüran cüzvələrinin məsciddə camaata paylanmasını əmr etdi ki, camaat namazdan sonra Qüran oxusunlar, bəlkə bununla imam Hüseyni (ə) onların yadından çıxara bilə. Amma daha heç bir şeylə imam Hüseyni (ə) camaatın yadından çıxara bilməzdi.("200 dastan əz kəramat və məsayib həzrət Rüqəyyə". Həqiqətə çatmaq "Misbahul-hərəmeyn". Həqiqətə çatmaq "Səhabu-rəhmət", səh. 772. )
    Bibi bunlar bizi müsəlman bilmirlərmi ...?
    Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra, onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib, qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn etdilər.
    Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli beytin (ə) xanımları nə qədər təsəlli versələr də o, sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm o, bərk ağlayır və sakit olmur. Ondan soruşdum: Niyə ağlayırsan?
    Rüqəyyə (ə) mənə dedi: Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?(Müntəxəbut-təvarix".  )
    Bəs bizə demişdilər Yezid ğəssalə və kəfən göndərib...
    Ayətullah İsna Əşəri buyurdu: Hacı Həsən Ağa Şirazidən eşitdim ki, mərhum Ayətullah Seyid Möhsindən nəql edirdi:
    Ayətullah Seyid Möhsin Cəbəl Amilinin zamanında az qalmışdı ki, həzrət Rüqəyyənin (ə) pak qəbrini su tutsun. (o yaxınlıqda bir çay var idi).
    Dedilər ki, biz çayı döndərə bilmərik, bədəni buradan başqa bir yerə aparın.
    Ayətullah Seyid Möhsinə dedilər ki, bu işi sən et.
    Seyid Möhsin dedi: Əgər, çayı döndərmək mümkün olmasa, biz bu işi edərik. Qəbri açarıq və bədəni çıxararıq.
    Seyid Möhsin, qəbri açmağa hazırlaşdı. O qüsl edib, ağ libas geyindi və qəbri açmaq əmrini verdi.
    Qəbrin üstünün torpağını götürdülər. Ləhədin kərpicinə çatdıqda, Seyid Möhsin dedi: Səbr edin, ləhədi öz əlimlə açım.
    Seyid Möhsin qəbrin içinə girdi. Həzrət Rüqəyyənin (ə) başı üzərindəki kərpicləri götürən kimi o, huşdan getdi. Camaat seyidin yerə yıxılmağını görəndə, onu qucaqlarına aldılar. Seyid huşa gəldi və dayanmadan, ardıcıl deyirdi: Ey vay mənə! Ey vay mənə! Bizə demişdilər ki, Yezid, ğəssalə qadın və kəfən göndərib, amma indicə başa düşdüm ki, yalan imiş, çünki bu balaca qızı elə həmin öz köynəyi ilə dəfn ediblər. Onun bədəni ətir saçan bir gül kimidir. Mən onun bədəninin yerini dəyişdirə bilmərəm. Çünki, qorxuram bundan sonra bir daha "Rüqəyyə binti Hüseyn (ə)” ünvanı ilə tanınmasın.və mən onun cavabını verə bilmərəm. Çayı döndərmək üçün nə qədər xərc lazım olsa mən verirəm, çayı döndərin.("Həzrət Rüqəyyə (ə)", Şeyx Əli Fəlsəfi.  )
    Qəm karvanı Rüqəyyəsiz (ə) imam Hüseynin (ə) qəbri kənarında
    Əhli beyt (ə) Şamdan Mədinəyə qayıdır. Qafilənin saribanı Bəşir, Peyğəmbərin (s) əhli beytini izzət və ehtiramla aparır. Hər yerdə istəsələr, istirahət üçün dayanırlar. Burada həzrət Rüqəyyə (ə), atasının nazdanəsi, üç yaşında çoxlu müsibətlər çəkən, nəvaziş əvəzinə taziyanə görən, o başı bəlalı qız yada düşür. Elə bil, bütün çətinliklər onun zamanında imiş. Axı Rüqəyyə (ə) üryan naqələr üstə çox yorulmuşdu, hətta canı ağzına gəlmişdi. Qəmçi vuranların qorxusundan səsini çıxara bilmirdi. Axır dözməyib, bacısı Səkinəyə (ə) dedi: Bacı saribana de: qafiləni saxlasın, bir az istirahət edək. Dəvə üstündə daha ürəyim qurtardı.
    Amma Yezidin dinsiz-imansız məmurlarından qəmçidən başqa bir cavab görmədi.
    Bəşir qafiləni gətirib, Mədinə və Kərbəlayə gedən yol ayrıcına çatdırdı. Əhli beyt (ə) Bəşirə, əvvəl onları Kərbəlayə aparmalarını əmr etdilər. (Ya Hüseyn zəvvarın gəlir, amma nazlı qızın Rüqəyyə...) Bəşir onları Kərbəlayə gətirdi. Qafilənin Kərbəlaya çatması ilə nalə və şivən ucaldı. Hamı vay imamım, vay Hüseynim deyə fəryad edirdi. O qədər ağlayıb, şivən etdilər, başlarına torpaq tökdülər ki, o yaxınlıqda yaşayan camaat, onların ətrafına yığışdılar və ağlamağa məşğul oldular. Hər biri özünü əzizinin qəbri üstə atıb ağlayır, başına torpaq tökür, dərdini deyirdi. Həzrət Zeynəb (ə) növhə oxuyur, qalanları ağlayır, əgər o yorulsa, həzrət Ümmü Gülsüm növhəni davam etdirirdi("Lühuf", Seyyid ibni Tavus. )
    Həzrət Zeynəb (ə) yanıqlı nöhə oxuyurdu, birdən qardaşına bir söz dedi ki, hamıdan ah qopdu. O, qardaşının qəbrinə üz çevirib, ərz etdi: Hüseyncan! Daha Rüqəyyəni soruşma. Çünki ondan danışmağa taqətim yoxdur. Hüseyncan, balalarının hamısını gətirmişəm, amma təkcə, şirin dilli qızın, Rüqəyyəni soruşma. Hüseyncan, nazdanənin ölümünü sənə necə xəbər verim? Onu Şam şəhərinin xarabasında, Əli (ə) və Əli övladlarının düşmənlərinin arasında tənha qoydum.("Nasixut-təvarix", səh.507. )
    Mədinədə həzrət Rüqəyyəyə (ə) əza məclisi
    Əhli beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul oldular və gecə-gündüz matəmə qərq olub, göz yaşı tökür, nalə edirdilər. Onlar ləziz yeməklər yemədilər və sərin su içmədilər. Yeddi il onların mətbəxində xörək bişmədi. Zəiflikdən gözlərinin yaşı qurumuşdu. O qədər xörək yemədilər ki, həzrət imam Zeynul-Abidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyirdi. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına xörək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı.
    Seyid ibn Tavus, imam Sadiqdən (ə) nəql edir ki, buyurdu: İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: Ey mənim ağam, buyurun xörək meyl edin.
    İmam buyururdu:
    "قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا"
    "Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər."
    O həzrət ardıcıl bu sözü təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı xörək və suyuna qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu.("Sitareyi dirəxşani Şam", Şeyx Əli Rəbbani Xəlxali, səh. 222.  )
    Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli beytin (ə) nə gecələr və nə gündüzlər sakitliyi və aramlığı olmadı.
    Mədinə camaatı hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə), Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar.
    Həzrət Zeynəb (ə), Şamda çəkdikləri müsibətlərdən danışarkən xaraba və həzrət Rüqəyyə (ə) yadına düşdü və buyurdu: Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü və saçımı ağartdı.
    Qadınlar, həzrət Rüqəyyənin (ə) müsibətini eşidəndə nalə və şivən səsləri ucaldı, belə ki, daş ürəkləri yumşaldırdı.("Sitareyi dirəxşani Şam", Şeyx Əli Rəbbani Xəlxali, səh. 223. )
    Həzrət Rüqəyyəyə (ə) kəfən gətirmişəm
    Əhli beyt (ə) məddahı Hacı Əsədullah Süleymani nəql edir:
    Tehranlı məddah Həsən Zülfüqaridən və əhli beyt (ə) şairi Hacı Qulam Riza Sazigardan nəql olubdur ki, dedi: Bir nəfərdən eşitdim ki, deyirdi: Həzrət Rüqəyyəni (ə) ziyarət etmək üçün Şama getmişdim. Bir gün hərəmi-mütəhhərdə dayanıb, ziyarətnamə oxuyurdum. Bir qız uşağının hərəkəti məni özünə cəlb etdi. O, bir qədər ağ parçanı zərihin üstünə atmaq istəyirdi, amma bacarmırdı. Yaxınlaşıb dedim: Qız, nə etmək istəyirsən? Cavab verəndə gördüm, azəri dillidir və ata-anası ilə birlikdə gəlib. Dedim: Hamı həzrət Rüqəyyə (ə) üçün oyuncaq gətirir, sən nə üçün parça gətirmisən?
    Dedi: ata-anam (onları göstərdi) mənə dedilər ki, həzrət Rüqəyyənin (ə) kəfəni yoxdur. Mən də ona kəfən gətirmişəm.(Ruhum  )
    Gəldim görüm, ayaqlarının yaraları sağalıb ya yox
    Şamın "Zeynəbiyyə” elmi hövzəsinin tələbələrindən biri, höccətül-islam vəl-müslimin Seyid Əsgər Heydəri nəql etdi:
    1356-cı hicri şəmsi ilində namazdan sonra həzrət Rüqəyyənin (ə) səfalı zərihinin kənarında qəribə bir mənzərə gördüm.
    Təbriz əhlindən olan türk bir qoca kişi pak zərihə yapışıb, hey fəryad edir, ağlayırdı. Camaat da bu mənzərəni görürdülər, ağlayırdılar. Bir qovğa yaranmışdı.
    Qoca kişi imam Hüseynin (ə) qızı ilə türk dilində danışır və göz yaşı tökürdü. Mən türkcə bilmədiyim üçün, türk dilini bilənlərin birindən onun nə dediyini soruşdum.
    Dedi: O, deyir: Rüqəyyəcan, çoxdandır ki, adımı qeyd etdirmişəm və Şama gəlməyi arzulayırdım. Mənim istəyim bu deyil ki, uşağıma şəfa verəsən, ya dünyəvi və maddi halım yaxşılaşsın, ya Qiyamətdə əlimi tutasan. Yox, yox, bunların heç biri üçün gəlməmişəm. Təkcə gəlmişəm ki, görəm halın necədir? Bədənin sağalıb, ya yox? Ayaqlarının yaraları sağalıb, ya yox? Ürəyin sağalıb? Gedək İrana, Təbrizə gedək, orada qızıldan sənə həyət düzəldim. Öz canımı sənə qurban edim.
    Bunları deyib ağlayırdı və təvəssül etmişdi.
    Öz-özümə dedim: Kaş mən də bu əqidə və ixlasda olurdum.(Qanad  )
    Həzrət Rüqəyyə (ə) təvəllüddən şəhadətə qədər
    Morği-təbim(Həqiqətə çatmaq  ) pər(Dəryaya qovuşmaq istəyən bir qətrə kimidir ) açıbdır, feyzi-məna(Nurlanmış əl  ) axtarır
    Fil-misəl bir qətrədir ki, vəsli-dərya(İkinci Zəhra  ) axtarır
    Sineyi-Sinayi-dəftər, dəsti-bəyza(İsmət dəryasının gövhəri  ) axtarır
    İstərəm Zəhrayi-sani(Əli (ə) övladlarının fəxri  ), qəmli ulduzdan yazam
    Guşeyi-viranədə məzlum ölən qızdan yazam
    Gövhəri-dəryayi-ismət(Kərbəla padişahının ürəyinin bəndi  ), fəxri-Ali Turab(Pak  )
    Bəndi-qəlbi-padişahi-Kərbəla(Fəzilət bağının qönçəsi  ), iffət niqab(Rübabın pak qızı  )
    Qönçeyi-baği-fəzilət(Dünyaya gəldiyi gün iftixara qərq olmuş  ), doxtəri-paki-Rübab(Gözəl  )
    Valideyni ruzi-miladində ğərqi-iftixar(Yasin (Mühəmməd s.) qızlarına )
    Gül üzündən öpdülər, adın Rüqəyyə qoydular.
    Verdi Zeynəb, bağiban ağuşinə ziba(Ürəyimin təskinliyinə səbəb)gülü
    Al, dedi, qardaş qucaqə, öp bu xoş-sima gülü
    Oxşayır Zəhrayə eynən gülşəni-Zəhra gülü.
    Həmd ola lütf eyləyib, Allah, bənati-Yasinə(Gül adıdır  )
    Könlüvə Zəhra düşəndə bax gözəl simasinə.
    Xaliqi Rəhman sənə öz rəhmətindən pay verib
    Aftab mülki-Bəthayə gözəl bir ay verib
    Boş görüb Zəhra yerin, Zəhraya Allah tay verib.
    Öp doyunca ləblərin, qəlbində həsrət qalmasın
    Çox gözəl qızdır, Hüseyn, Allah əlindən almasın
    Ver icazə bir neçə gün, mehman olsun mənə
    Mənzilimdə baisi-təskini-can(Gözəl aşibətli bacı  )olsun mənə
    Qəmərilərtək sinəm üstə nəğməxan olsun mənə
    Razı olsan Yasəmən ülfət tapar Nilufərə(İstək  )
    Söz verirəm qoymaram, qardaş qucaqimdən yerə.
    Etdi fərmayiş Hüseyn, ey xahəri-niku-məab(Qəbul  )
    Razıyıq, Zeynəb bu istidayə(Təzə dünyaya gəlmiş, körpə  ) həm mən, həm Rübab
    Hər nə əmrin var gərək, olsun bu evdə müstəcab(Ocaq, yurd  ).
    Şahidəm gərçi bu nozadim(Hidayət et, tərbiyə et  ) əzizindir sənin
    Min Rüqəyyəm olsa Zeynəbcan, kənizindir sənin.
    Tərbiyət kaşanəsin(Kəsici, iti  ) tədbir ilə abad elə
    Zeynəbiyyəndə bu tiflin yaz adın, irşad(Dünya  ) elə
    Dərsi-eşqi-mərifət öyrət özün ustad elə.
    Xoşdu xəncərlər misalı məntiqi, bürra(Sırğa  ) ola
    Hər cəhətdən könlüm istir, ayrı bir Zəhra ola.
    Bağiban ol, baği-Zəhrada bu qəmli susənə
    Pərvəriş ver gül kimi, versin təravət gülşənə
    Məndən artıq sən məhəbbət eylə, öyrənsin sənə.
    Fani dünyadı, vəfası ruzigarın(Toz-torpaq  ) yox bacı
    Bilmək olmaz, bəlkə ömrün məndən oldu çox bacı.
    Sinən üstündə yatırt, gəhvarəyə öyrəşməyə
    Öyrədin bir ayrı rəngə, qarəyə öyrəşməyə
    Könlüm istir, Zeynəbim, guşvarəyə(Gözü yaşlı  )öyrəşməyə.
    Caməsin tez-tez dəyiş, gərd-o-ğübarə(Dərdindən) batmasın
    Gəlməyincə mən evə dindir, danışdır yatmasın.
    Həzrətin fərmayişindən Zeynəb, oldu əşgi-bar(Paralanmış bədənim  )
    Ərzi qıldı, bu suzindən(Qəbrə  ) yandı qəlbim ey nigar
    Taro-pud peykərim(Taziyanə ilə döyüldülər  )oldu Hüseyncan, şöləbar.
    Bacı istər qardaşın çiynində getsin mədfənə(Addım-addım  )
    Səndən artıq ömrüm olsa, onda qardaş vay mənə.
    Sən özün şahidsən ey bəzmi-sittin məhrəmi
    Bir tükünlə versələr, Zeynəb dəyişməz aləmi
    Mən səni görməkdən ötri keçmişəm mehriyyəmi.
    Var ümidim qəlbimə tufani-hicran əsməsin
    Sayövi Allah, Hüseyncan başim üstdən kəsməsin.
    Bacı istər gözlərin can versə qardaş bağlaya
    Layiq öz şəni şəhrində əzasın saxlaya
    Könlüm istir qəbrimin üstə Rüqəyyən ağlaya
    Mehribanlıq görsə məndən əmmə canım vay deyər
    Qara məcər başda, şirin dil balam, lay-lay deyər.
    Tərbiyət etdi qərəz Zeynəb, o əla gövhəri
    Oldu eynən zahir və batində Zəhra məzhəri
    Sürmədi eşqin olublar badə nuş sağəri(Məkan)
    Gəzdilər qolbağlı bahəm pa-be-pa(Eşq əzadarlarının məclisi) səhraları
    Guşeyi-viranə oldu aqibət məvaları(Aşiqlər məclisi  )
    Guşeyi viranə yox, bəzmi-əzadarani-eşq(Qara geyinmiş qadın  )
    Məclisi-dildadəgan(Yuxudan oyadıb  )həzrət-Sültani-eşq
    Bir tərəfdə ağlaşırlar dəsteyi-tiflani-eşq
    Bir tərəfdə bir xanım boş qundaqə lay-lay deyir
    Bir ucaboy, qarəpuş örət(Qızıl teştdə  ), Hüseynim vay deyir.
    Ravi nəql eylir: üsəranın Hüseynim vay səsi
    Bir gecə bədxab edib(Aşura şahənşahının başı), guya Yəzidi nakəsi
    Yatmağa imkan dedi: vermir əsirlər naləsi.
    Görməsə qoymaz məni asudə Zeynəb, qardaşın
    Yollayın viranəyə dilbəndi Zəhranın başın
    Səs düşübdü yol verin, dürdaneyi Zəhra gəlir
    Teşti-zərdə(Görüşünə  ) rəsi-şahənşahi-aşura(Şahənşahın yollarına səpilə  )gəlir
    Gəl Rüqəyyə hardasan? didaruvə(Qadınlar dəstəsi  ) baba gəlir.
    Gül yox idi, rahi şahənşahidə pərvər ola(Örtüyünü  )
    Başlarından yoldu qızlar, saçların tökdü yola
    Dəsteyi-nisvan(Ev sahibləri  )aşura qurubdur əncümən
    Etdilər viranəni Yəsrib kimi beytul-hüzn
    Açdılar sərpuşini(Qanad  ) gün çıxdı güya teştidən
    Etdilər mehmanə hörmət qəmli sahibxanələr(Qadınların hüznlü evinə  )
    Şəmi görcək başladı pər(Ziyarətçi ) vurmağa pərvanələr.
    Hakim idi çün ədəb, nisvani-beytul-əhzənə(Uca  )
    Əvvəlin növbətdə Zeynəb, başlayıbdı şivənə
    Qəmli zairdən(Ruhu çox pak ) dedi: əvvəl salam olsun sənə
    Ağ geyər hacı gedəndə Məkkəyə ey möhtəşəm
    Kəbədən başsan mənə əfv elə qarə geymişəm
    Sərfəraz(Ev sahibi ) olsun adun, olduq Hüseyncan sərfəraz
    Almışam ey ruhi-əqdəs(Nigəran  ), göz yaşimdən dəstəmaz
    Üz-bə-üz dur, Kəbəyə istir bacın qılsın namaz.
    Gözlərin məşər, ləbin zəmzəm, üzün beytul-hərəm
    Baxdıqca Kəbeyi-Zəhrayə vəllah doymaram
    Heyf ola indi bu qürbətdə qəribi bikəsəm
    Bir əli boş mizbanəm(Ətəyim  ), bəxtimə dilva pəsəm(Eşqimin vərəqləri  )
    Kaş olurdu əldə imkanım, sənə qurban kəsəm
    Vardı həqqim göz yaşımdan olsa dərya damənim(Sənə layiq olmayan  )
    Parça-parça ləblərin ovraqi-eşqimdir(Son  ) mənim
    Zeynəbin bəli! Vəfası oxşayır əfsanəyə
    Aşiqanə sözləri təsir edər biganəyə
    Əlqərəz növbət yetişdi bülbülü-viranəyə
    Tellərin rədd eylədi əvvəl üzündən, ax, dedi
    Fatimə oxşarına, Zəhrayə xatir bax! dedi
    Xoş gəlmisən bu məhqər(Əhdim  ) mənzilə, ey məhliqa
    Layiqi şənin deyil bu səqfsiz viransəra
    Bu nə küldür gözlərin üstündə, hardaydın baba?
    Səslədim Şamın yolunda vermədin sən hay mənə
    Bari ver bir busə qanlı ləblərindən pay mənə.
    Könlüm istir bu gecə hicranimə payan(Gözəl üzlüm) verəm
    Canımı xoşdur ki, öz cananıma qurban verəm
    Vardı peymanım(Dodaqlarına ), öpəm gül ləblərindən can verəm.
    Fikrin olsa getməyə ayrı diyarə ay baba
    Səbr elə qoysun məni əmməm məzarə, ay baba
    Olmasaydı ləblərində yarə ey ziba-nigar(O qədər ki  )
    Buseyi-məstanivə(Hüseyn Ğəffari Ərdəbili  ) indi çəkərdim intizar
    Neyləyim, çarəm nədir, gül ləblərində yarə var.
    Arzu eylər öpə çün, dəm-bə-dəm ulduz ayı
    Əzbəs("Dastanhayi tarix", 1-ci cild, səh.187. ) öpdüm surətindən, busəmin yoxdur sayı(Bu kəramət, Hacı Mirza Haşim Xoraninin, "Müntəxəbut-təvarix" və başqa mötəbər kitablarda gəlibdir.  )
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 1313 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024