İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həzrət Rüqəyyə

    Həzrət Rüqəyyə
    2012-04-13, 4:59 AM
    İntiqam
    Əmir Qütbəddin Teymur Qurqani böyük məmləkət sahibi idi və müxtəlif ölkələri öz hökumətliyi altına gətirmişdi, kafirlərə cizyə təyin etmişdi. O, 803-cü qəməri ilində Şama gedir, Hələb ətrafında Şam əmirləri ilə döyüşür və onları məğlub edir. Əmir Teymur Dəməşqə gəlir və Şamın vilayətlərini qarət edir, o qədər qənimət ələ gəlir ki, yazmağa aciz qalırlar. Şam şəhəri alındıqdan sonra şamlıların əhli beytə (ə) zülm və sitəmlərindən əmir Teymura xəbər verirlər. Qeyrət atəşi onun sinəsində zəbanə çəkir. Şamın böyükləri hamısı ona müti olmuşdular. Teymura xəbər verdilər ki, Şam sultanının bir qızı var. Teymur o qıza elçilik etdi və Şam şəhərin bəzətdirib, çil-çıraq asdırdı. Bütün toy və şadlıq vasitələri hazır olduqdan sonra, sultanın qızını hamama apardılar. Əmir Teymur öz xidmətçisini çağırıb, hamamın qapısına üryan dəvə göndərməsini və sultanın qızını o dəvəyə mindirib, çıpaq halda şəhərdə gəzdirmələrini ona əmr etdi.
    Şam camaatı bu əmrdən xəbərdar olduqda əlləri yaxalarında əmir Teymurun hüzuruna gəlib, ərz etdilər ki, bu nə zülmdür ki, bizə rəva görürsən?
    Əmir Teymur, həsrətlə onlara bir nəzər salıb buyurdu: Bu nə qovğa, fəğan və şivəndir. Mənim bir kəsə zülm etmək qəsdim yoxdur. Mən, elə güman etdim sizin qanun və adətiniz belədir ki, böyüklərin və ali şəxslərin qızını başı açıq bazarda gəzdirirsiniz?! Şamlılar dedilər: Hansı dinsiz, belə bir əməli, bir müsəlmanın namusuna rəva görər?
    Əmir Teymur, göz yaşı yağdırdı və dedi: Ey bihəya dinsizlər və zülmkar yezidpərəstlər! Hansı padşahın övladı Peyğəmbərin (s) övladından nəcibdir? Hansı böyük, həzrət Fatimeyi Zəhranın qızından əzizdir ki, siz onları üryan dəvələrə mindirib, bazarlarda gəzdirdiniz, Cəbrailin (ə) su verdiyi ağaclara (əhli beytə) zülm etdiniz, xeymələrini yandırdınız?
    Sonra dedi: Ey qeyrətsiz tayfa! Siz bununla belə ki, gördünüz Əhmədi Muxtarın (s) övladlarını haqsız olaraq şəhid etdilər və Peyğəmbərin (s) qızlarını bu diyara gətirdilər, şəhəri, bazarları bəzədiniz və Peyğəmbərin (s) itrətinə tamaşa etməyə gəldiniz. Əfsus! Əfsus! Mən o gün dünyada olmamışam, ta o binamusların nəslini yer üzündən kəsəm.
    Ey şamlılar, and olsun Allaha, yaddan çıxartmaram, o zamanı ki, Peyğəmbərin (s) əhli beytinin hamısını bir kəndirə bağlayıb, rum və firəng əsirləri kimi haramzadə Yezidin yanına apardınız. Ey şamlılar, o gün Yezidin məclisində bir firəngli (fransalı) Peyğəmbər (s) övladlarının təəssübünü çəkdi. Allahın lənəti sizin ata-babalarınıza olsun ki, qeyrətiniz olmadı. Şamlılar onun sözlərindən başlarını aşağa saldılar və heç bir cavab vermədilər.
    Sonra dedi: Ey şəxsiyyətsiz, mürtəd tayfa və ey Allahın və Peyğəmbərin (s) düşmənləri! Bir şamlı qızın əsirliyi sizə ağır gəlir, bəs Fatimənin (ə) qızlarını Şamda dolandırdınız, Peyğəmbərə (s) ağır gəlmədi?!
    Əmir Teymur qoşununa əmr etdi ki, oradakı camaatı qılıncdan keçirsinlər və Şamı viran etsinlər.
    İndiki Şam şəhəri son zamanlar abad oldu.("Əşgi bər se salə", Mühəmməd Hairi Təbar, səh.36.  )
    Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəmi
    Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəminin yaxınlığında, təqvalı və zahid alim, mərhum Ələmul-Hüda Seyid Mürtəzanın nəvələrindən olan Seyid İbrahim Dəməşqi sakin idi. Onun ömrü doxsanı ötmüşdü. Dəməşq camaatı arasında xüsusi hörməti var idi. Seyidin üç qızı var idi və oğlu yox idi.
    Bir gecə onun böyük qızı, Əba Əbdillah Hüseynin (ə) qızı, həzrət Rüqəyyəni (ə) yuxuda görür ki, ona buyurur: Atana de, hakimə desin, mənim qəbrimlə ləhədin arasına su nüfuz edib və bədənim əziyyətdədir, gəlsin mənim qəbrimi və ləhədi təmir etsin.
    Böyük qız yuxudan ayılab öz yuxusunu atasına danışır. Seyid İbrahim, sünnü və nasibilərin qorxusundan hakimin yanına getmir. İkinci gecə seyidin ortancıl qızı həmin yuxunu görür və atasına danışır. Seyid yenə yuxunun ardınca düşmür. Üçüncü gecə kiçik qız, həmin yuxunu görür və atasına danışır. Seyid bu dəfə də hakimin yanına gedib, macaranı demir. Dördüncü gecə seyid özü, həzrət Rüqəyyəni (ə) yuxuda görür ki, ona buyurur: Nə üçün hakimə xəbər vermədin?
    Seyid İbrahim sübh, Şam hakiminin yanına gedib, yuxusunu ona danışır və həzrət Rüqəyyənin (ə) mütəhhər hərəmini yenidən düzəltdirməsini xahiş edir. Hakim, şiə və sünnü böyüklərini çağırır və onlardan qüsl edib, təzə libas geyinib, sonra hərəmi mütəhhərə tərəf getmələrini istəyir və deyir ki, hərəmi mütəhhərin qapısı hər kimin əlində açılsa, qəbri açmaq, pak cəsədi çıxarmaq və qəbri yenidən təmir etmək şərəfi ona nəsib olacaq. Onlar hakimin göstərişinə uyğun olaraq növbə ilə qapıya tərəf gedirlər və qıfılı açmaq istəyirlər, amma qıfıl açılmır. Növbə Seyid İbrahimə çatır. O vüqarla qapıya tərəf gedir. Əlini qıfıla vuran kimi, qıfıl onu gözləyirmiş kimi açılır. Onlar hərəmə daxil oldular. Qəbri açmaq üçün hər biri növbə ilə gülüng vurular, amma Seyid İbrahimdən başqa heç kimin əlində işləmir. Mütəal Allah öz qüdrətini göstərir və Hüseynin (ə) nazdanəsinin vasitəsi ilə əhli beytin (ə) məzlumiyyətini və izzətini göstərir.
    Naməhrəmləri, bəli, naməhrəmləri mütəhhər hərəmdən çıxarırlar. Seyid özü tək, pak qəbri açır və ləhədi sındırır. Hüseynin (ə) nazdanəsinin kəfən və nazənin bədənini salamat halda müşahidə edir. Göz yaşları ona aman vermir.
    Seyid, göz yaşı tökən halda o nazdanənin düşmən taziyanəsi ilə döyülməkdən göyərmiş bədənini qucağına alır və ləhəd yenidən təmir olunana qədər, yəni üç gün dizləri üstə saxlayır. Namaz vaxtı olarkən seyid o nazənin bədəni pak bir şeyin üstə qoyub, namazını qılar.
    Seyid deyir: Həzrət Rüqəyyənin (ə) kəramətindən bu üç günün ərzində yeməyə, suya və dəstəmazımı təzələməyə ehtiyacım olmadı. Qəbir tamamilə düzəldikdən sonra, o pak bədəni ləhədə qoydum və qəbrin üstünü torpaqla örtdüm. Pak bədəni ləhədə qoyarkən, oğlum olmadığı üçün həzrət Rüqəyyəni (ə) vasitə qərar verdim. Allah mənə bir oğul əta etdi və adını Mustafa qoydum.
    Axırda hakim macaranı sultan Əbdul Həmid Osmaniyə yazdı və o da həzrət Zeynəbin (ə), həzrət Rüqəyyənin (ə), həzrət Səkinənin (ə) və həzrət Ümmü Gülsümün (ə) müqəddəs hərəmlərinin idarəçiliyini mənə tapşırdı(Bax: kitabi qədimi, "Tənqihul məqal fi məqtəli xamisi al".  )
    Həzrət Rüqəyyənin (ə) kəramətləri
    Fələc qızın şəfası
    Bir nəfər deyir: Xəstə bir qızım var idi. Xəstəliyi o qədər ağırlaşdı ki, onu zəiflətdi və axırda fələc oldu. Həkimlərə nə qədər müraciət etsək də, bir nəticə almadıq və onun müalicəsindən aciz qaldıq. Hər yerdən ümidim kəsildi. Özümün və xəstə qızımın halını fikirləşirdim ki, nə edim? Hara gedim? Birdən zehnimdə bir ümid işıqlandı. Özümdə ümidvar oldum ki, çarə var. Tibb evlərinin qapısına getsək (bizim üzümüzə) bağlıdır. Amma bir tibb evinin qapısı həmişə xəstələrin üzünə açıqdır və heç bir xəstə o tibb evindən naümid geri qayıtmır. Ürəyim Əba Əbdillahın (ə) nazdanəsinin hərəminə pərvaz etdi. Dedim, düzdür ki, yaşdan kiçikdir, amma o balaca əlləri ilə böyük düyünlər açır. Düzdür ki, balacadır, amma Mütəal Allahın yanında çox əzəmətli məqamı var, əlləri cəddi Yədullah Əlinin (ə) əlində olduğu üçün müşgülləri həll edir. Dedim, qızımın şəfasını ondan istəyim. Bu qəsd ilə hərəmə tərəf hərəkət etdim. Hərəmə daxil oldum. Gözüm onun hərəminə düşən kimi, göz yaşı mənə aman vermədi, ürəyim sındı, dərdi-dil etməyə başladım, dedim: Xanım, doktorlar məni geri qaytarıblar, amma sən məni naümid geri qaytarma, uzaq yoldan gəlmişəm.
    Qızımı zərihin kənarına gətirdim. Gecə dəxil ünvanı ilə kəndirin bir tərəfini qızıma və o biri tərəfirni zərihə bağladım. Qızıma tapşırdım ki, bu qız, imam Hüseynin (ə) qızıdır və atası onu çox sevirdi. Ondan istə ki, sənə şəfa versin. Ağla, yalvar, dərdini de. Mən də bir tərəfə gedib, dua, ziyarət, namaz və təvəssülə məşğul oldum, öz halıma qərq oldum. Dünyadan ayrılıb, Həqq Təalanın Zatına müttəsil oldum. O halda qızımın şəfasını istədim. Bir müddətdən sonra özümə gəlib gördüm, gecədən xeyli keçib, hərəm sakitlikdir və heç kim yoxdur. Səhər, ya səhərə yaxın idi. Qızımı yaddan çıxarmışdım. Bir səs məni özümə gətirdi. Yaxşı qulaq asdıqda qızımın səsi olduğunu bildim. Ona tərəf getdim, gördüm ağlayır. Məni görən kimi dedi: Ata mən sağalmışam, ata mən sağalmışam. Onu qucağıma aldım, soruşdum, qızım nə oldu? Niyə ağlayırsan? Dedi: Ata çox ağladım, axırda məni yuxu apardı. Yuxuda gördüm ki, zərihdən üç yaşlı bir qız çıxıb, mənə tərəf gəldi. Mənə yaxınlaşıb, dedi: Nə istəyirsən? Qalx! Dedim xanım, mən xəstəyəm, yerimdən tərpənə bilmirəm. Yanımda oturdu və o kiçik əlləri ilə bədənimə əl çəkdi. O vaxt mənə dedi: Sağaldın! Dur, atanın yanına get. Yuxudan ayılıb, heç bir narahatlıq hiss etmədim, amma ata, nə üçün o üç yaşlı qızın çöhrəsi qaralmışdı? Dedim, qızım o düşmənlərin ona vurduqları sili zərbələrinin yeridir.("Sitareyi dirəxşani Şam", Şeyx Əli Rəbbani Xəlxali, səh. 281.  )
    Anam və bibimlə gəlmişəm
    Əhli beyt (ə) dostlarından olan bir qadın həmişə, harada Əba Əbdillah Hüseynin (ə) adına məclis olsaydı, o məclisdə iştirak edirdi və o həzrətin müsibətində göz yaşı tökürdü. O qadının əri sünnü məzhəbli idi. Bir gün arvadına dedi ki, səhər qonağımız olacaq, yemək hazırla və evi qonaqlar üçün hazırla.
    O günün səhəri qonşu qadınlarından biri gəlib, o qadına filan məhəllədə əza məclisi olduğunu dedi. O qadın bu xəbəri eşidən kimi, evi təmizləyib, əza məclisinə getdi və özlüyündə dedi ki, qalan işləri qayıtdıqdan sonra edərəm.
    Məclis uzun çəkdi və o qadın, o qədər ağlamışdı ki, huşdan getdi və özünə gəldikdə artıq xeyli gec idi. Öz-özünə dedi: çox gecikmişəm, ərim məni incidəcək, indi mən nə edim?
    O qadın deyir: Tələsik özümü evə çatdırdım ki, bəlkə yemək hazırlaya biləm. Evə çatdım, qapını açıb gördüm, bir balaca qız, evi süpürməyə məşğuldur. Gəlib onun yanında dayanıb, dedim: Haradan gəlmisən? Burada nə edirsən? Olduqca şirin və dilrüba ləhcə ilə cavab verdi: Mən bibimlə birlikdə gəlmişəm və o, indi mətbəxdə yemək hazırlayır.
    Qadın deyir: Mətbəxə gəldim, çox nurani və əzəmətli bir xanımın yemək bişirməyə məşğul olduğunu gördüm. İrəli gedib soruşdum: Xanım, olar ki, buyurasınız siz kimsiniz? Burada nə edirsiniz? Cavab verdi: Mən anamla gəlmişəm ki, yemək hazırlayaq. İndi anam otaqdadır.
    Tez otağa keçdim. Onun nurunu görəndə, ixtiyarsız özümü onun qədəmlərinə atdım və yalvarıb, ondan xahiş etdim ki, xanım siz kimsiniz? Səndən başqa o iki xanım kimdir? Canım sizə qurban olsun, özünüzü mənə tanıtdırın. Xanım cavab verdi: Mən Hüseynin (ə) anasıyam və mətbəxdəki banu, Hüseynin (ə) bacısı, həyətdə gördüyün qız isə Hüseynin (ə) qızıdır. Mən o kəsin anasıyam ki, getdin ona ağlayasan. Mən də onun əvəzində gəldim ki, sənə əziyyət olmasın və sənin işlərinə kömək edək.("Sitareyi dirəxşani Şam", Şeyx Əli Rəbbani Xəlxali, səh. 77)
    De, adını Hüseyn qoysun
    Həzrət Rüqəyyənin (ə) mütəhhər hərəminə daxil olduqda, bir dəstə adamın, müqəddəs zərihin qarşısında ziyarətnamə oxumağa və əzadarlığa məşğul olduqlarını gördüm. İxlaslı məddah, Hacı Nikuyi rövzə oxuyurdu. O, deyirdi:
    Həzrət Rüqəyyənin (ə) hərəmini genişləndirmək üçün ətrafdakı, evləri alırdılar. Yer sahiblərindən biri yəhudi, ya xristian idi. Evini hərəmin genişlənməsi üçün satmaq istəmirdi. Alıcılar hətta 2,5 dəfə yuxarı qiymətə almağa razı idilər, amma o satmaq fikrində deyildi. Bir müddətdən sonra, onun arvadı hamilə olur və doğuş vaxtı yaxınlaşarkən həkimə aparırlar. Müayinədən sonra həkim deyir: Ana və uşaq, hər ikisi təhlükədədirlər və həkim nəzarəti altında olmaları lazımdır. Onlar qəbul edirlər.
    Ev sahibi deyir: Elə ki doğuş ağrıları başladı, həyat yoldaşımı xəstəxanaya apardım və özüm qayıdıb, həzrət Rüqəyyənin (ə) hərəminin qapısına gəldim. Ona təvəssül edib, dedim: Arvadıma və övladıma nicat versən, onların şəfasını Allahdan istəsən, evimi sənə təqdim edərəm.
    Bir müddət təvəssülə məşğul oldum. Sonra xəstəxanaya getdim, həyat yoldaşımın çarpayıda oturduğunu və uşağın da onun qucağında sağ-salamat olduğunu gördüm. Həyat yoldaşım dedi: Hara getmişdin? Dedim: bir yerə getmişdim, işim var idi. Dedi: Yox, getdin imam Hüseynin (ə) qızına təvəssül etdin! Dedim, haradan bilirsən? O dedi: Mən doğuş halında ağrının şiddətindən bəzən, huşdan gedirdim. Bu vaxt, bir qız uşağı xəstəxananın otağına daxil oldu və mənə dedi: Narahat olma, biz sənin və uşağının salamatlığını, Allahdan istəmişik. Övladınız da oğlandır. Mənim salamımı ərinə çatdır və de, adını Hüseyn qoysun. Dedim siz kimsiniz? Dedi: Mən, imam Hüseynin (ə) qızı, Rüqəyyəyəm.
    Rövzə qurtardıqdan sonra məddahdan (Hacı Nikuyi) soruşdum ki, bu əhvalatı kimdən nəql edirsən? Cavab verdi: Həzrət Rüqəyyənin (ə) hərəminin xadimindən nəql edirəm. O özü sünnüdür və imam Hüseynin (ə) nazdanəsinin hərəmində xidmət etməyi ilə iftixar edir. Onun atası da həzrət Rüqəyyənin (ə) hərəminin xadimlərindən olubdur.("Təvəssülat və rahi ümidvaran", səh.173.  )
    Bu üç yaşlı qızım Rüqəyyədir (ə)
    Təqvalı və ixlaslı vaiz, Hacı Seyid Əbdullah Təqəvi deyir: Mən neçə ildir ki, Tehranda məclislərə, yığıncaqlara və mənzillərdə minbərə gedirəm, məzlum cəddim, imam Hüseynin (ə) nökəri olmağımla fəxr edirəm. Gecələrin birində minbər qurtardıqdan sonra evə qayıtdım. Telefonun zəngi səsləndi, götürdüm gördüm, dostlarımdan biridir. Mənə dedi: Filan tacir dunyasını dəyişib və sabah filan məsciddə onun fatihə məclisidir. Mən, minbərə getmək üçün, onun varislərinə səni nişan vermişəm, saat üçdə (ya dörddə) orada ol və minbərə getməyə hazırlaş.
    O vaxt yadıma düşdü ki, keçən gün, hər ay gedib rövzə oxuduğum mənzildə, bir xanım, səhər günortadan sonra, bu evin qarşısındakı evə gəlib rövzə oxumağımı məndən xahiş etdi. Dedi ki, mənim hacətim var və nəzr etmişəm ki, həzrət Rüqəyyə xatunun (ə) adına süfrə açam və siz gərək o balaca xanıma, imam Hüseynin (ə) əzizinə təvəssül rövzəsi oxuyasınız. Mən də ona təyin olunmuş saatda orada olacağıma söz verdim. Xülasə, telefonda dostuma dedim ki, mən sabaha qabaqcadan söz vermişəm ki, bir mənzildə həzrət Rüqəyyə xatun (ə) rövzəsi oxuyam. Dostum dedi: Ey ağa, mən istəyirdim sizə bir xidmət edəm, siz nə fikirləşirsiniz?!
    Öz-özümə fikirləşdim ki, mən gərək neçə belə məclis, həzrət Rüqəyyə (ə) və həzrət Əli Əsğər (ə) rövzəsi oxuyam ki, mənə otuz min pul verələr, amma bu dünyasını dəyişən, varlı bir tacirdir, heç olmasa yaxşı pul verərlər. Hər halda, o xanımın evinə gedib rövzə oxumaq fikrindən döndüm. Gedib yatağıma girib yatdım.
    Yuxu aləmində gördüm, xiyabanda, dünən orada rövzə oxuduğum həmin küçənin başında, nurani bir seyid durub və üç yaşlı bir qızın da əlindən tutub. Bir-birimizlə salamlaşdıq, mən ondan soruşdum: Adınız nədir və Tehranın harasında yaşayırsınız? Cavab verdi: Mən özümün əza məclislərimin hamısında hazır oluram və bu da üç yaşlı qızım, Rüqəyyədir. Siz, biz ailəni maddiyyat və dünyaya satmayın. Nə üçün o qadına, evində rövzə oxumağa söz vermisən və gözü yolda qoymusan? Nə üçün vəfat etmiş tacirin vərəsələri sənə bir az çox pul verəcəklərinə xatir vədənə xilaf edirsən? Bərk ağlamağa başladı və o qızla, mən vədə verdiyim qadının evinə tərəf getdi.
    Mən yuxudan ayıldım və dostuma zəng etdim. Saat iki radiələri, gecənin yarsını keçmişdi. Ağlayaraq ona dedim: O tacir üçün keçiriləcək sabahkı məclisdə məni gözləməyin. Heç cür gələ bilməyəcəyəm.
    Səhər söz verdiyim saatda, o xanımın evinə getdim, həzrət Rüqəyyə xatunun (ə) müsibətindən rövzə oxudum və gördüyüm yuxunu da minbərdə danışdım. Həm özüm, həm də eşidənlər bərk ağladıq, hətta rövzə qurtardıqdan sonra da biz ağlayırdıq. Xoş bir ətir iyi evin fəzasını bürümüşdü. Mən indiyə qədər özümdə belə bir hal görməmişdim.("Təvəssülat və ya rahi ümidvaran", səh.161.  )
    Category: Həzrət Rüqəyyə | Added by: Islam_Kitabxanasi
    Views: 892 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024