İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 2

    Həqiqət olduğu kimi... 2
    2012-03-12, 10:05 PM
    5-ZÜBEYR İBN ƏVVAM
    O da böyük səhabələrdən sayılır. İlk mühacirlərdəndir. Allah Peyğəmbəri ilə yaxın qohumdur. O, Əbdül-Müttəlibin qızı (Peyğəmbərin bibisi) Səfiyyənin oğludur. Əbu Bəkrin qızı Aişənin bacısı Əsma ilə ailə qurmuşdu. Ömər ibn Xəttabın xilafət üçün təyin etdiyi altı nəfərdən biridir.(Bu qaydanın ixtiraçısı Ömər İbn Xəttabdır. Bu yolla Əli (ə) üçün rəqib və müxalifət duzəltmək istəmişdi. Çünki bütün səhabələr xilafətin Əli (ə)-ın haqqı olduğunu bilirdilər. Qüreyş nahaqdan xilafəti onun əlindən almışdı. Xanım Fatimeyi-Zəhra (əleyha-salam) bu barədə onlarla söhbət etdikdə dedilər: Əgər ərin bundan qabaq gəlmiş olsaydı, onu başqasına verməzdik. Ömər hətta ölümündən sonra xilafətin ona çatmasını istəmirdi. Elə buna görə də bu yolla onun üçün hər birinin xilafətdə gözü olan rəqiblər düzəltdi. Dinlərini dünyalarına satdılar və heç bir xeyir də görmədilər. ) Əhli-sünnətin dediyinə görə, behişt müjdəsi verilmiş on nəfərdən biridir.
    Onu hər yerdə Təlhə ilə bir yerdə görməyimiz təəccüblü deyildir. Hər vaxt Təlhəni xatırlayanda Zübeyr onunla, Zübeyri xatırlayanda isə Təlhə onunladır. O da dünya üstündə rəqabət aparanlardan biridir. Qarınlarını onunla doldurdular. Təbərinin dediyinə görə ölümündən sonra qalan malı əlli min dinar, min at, min nökər, Bəsrə, Kufə, Misir və bir çox başqa şəhərlərdə çoxlu torpaqları qalmışdı.
    Taha Hüseyn bu barədə yazır: Zübeyrin vərəsələri arasında bölüşdürülən malda ixtilaf edirlər. Daha az hesab edənlərin dediyinə görə, vərəsələr öz aralarında otuz beş milyon bölüşdürmüşlər. Orta hesab edənlər isə bu rəqəmin qırx milyon olmasını xəbər vermişlər.
    Təəccüblü deyildir. Zübeyr Fəstat, İskəndəriyyə, Bəsrə və Kufədə torpaqlara, Mədinədə isə on bir evə malik idi. Bunlardan əlavə, mal-qara və əkinlərə də sahib idi.("Əl-fitnətul-kubra”, Taha Hüseyn, 1-ci cild, səh. 147. )Amma Buxarinin rəvayətinə görə ondan yalnız beş milyon iki yüz min dinar miras qalmışdır.("Səhihi Buxari”, 4-cü cild, səh. 53.)
    Biz heç də səhabələrdən hesab çəkmək fikrində deyilik. Mal-dövlətin haradan ələ gətirilməsini də açıqlayıb, nə qədər mal yığmalarını bəyan etmək istəmirik. Ola bilər ki, hamısı halal yolla ələ gətirilmiş olsun. Amma onların (Təlhə və Zübeyrin) dünyaya hərisliyini gördükdə, başa düşürük ki, onlar Əmirəl-möminin Əli (ə)-la beyətlərini pozmuşlar. Çünki Osmanın onlara – müsəlmanların beytül-malından – verdiyi pulları Həzrət geri qaytarmaq istəyirdi. Elə bu zaman onların həqiqəti bizim üçün aydın olur.
    Həzrət imam Əli (ə) xilafətə çatdıqda, xalqı Peyğəmbər (s)-in sünnətinə qaytarmağa başladı. Bu işdə ilk qədəm beytül-malın bölünmə məsələsini islah etmək idi. O Həzrət ərəb və ya əcəm olmasından aslı olmayaraq hər bir müsəlman üçün üç dinar nəzərdə aldı. Bu, Peyğəmbər (s)-in bütün ömrü boyu gördüyü iş idi. Həzrət bu işi ilə Ömərin qoyduğu bidəti batil etdi. Ömər öz vaxtında iki bərabər əcəmə verdiyi qədər ərəbə verirdi.
    Xalqın Əli (ə)-ın əleyhinə qalxmağı üçün elə bu kifayət idi. Onların Peyğəmbər (s)-in sünnətindən deyil, Ömərin sünnətindən xoşları gəlirdi. Biz Qüreyşin Ömərə olan məhəbbətlərinin səbəbində bunu qeyd etməyi yaddan çıxarmışdıq. O, Qüreyşi başqa müsəlmanlardan da üstün sayırdı. Ərəb milliyyətçiliyi, Qüreyş qəbiləçiliyi və burjaziya təbəqəsinin fəryadı hər tərəfə ucaldı.
    Peyğəmbərin dünyadan getməsindən iyirmi beş il sonra Əli (ə) Qüreyşi o Həzrətin zəmanəsi halına necə qaytarsın? O Həzrət (öz zəmanəsində) Bilal Həbəşi ilə əmisi Abbasın arasında heç bir fərq qoymadan onların gəlirini eyni miqdarda qərar vermişdi. Qüreyş bu bərabərliyi Allah Rəsulundan qəbul etmirdi. O Həzrətin əməlini tarixin araşdırdıqda, Qüreyşin bu işə görə o Həzrətlə müxalifət etməsinin şahidi oluruq.
    Təlhə və Zübeyrin qiyam etməsinin səbəbi də elə bu idi. Onların beytül-maldan olan gəlirini başqaları ilə bərabər etmiş, istədikləri məqamları onlara verməmişdi. Bundan əlavə, yığdıqları mala görə onlardan hesab-kitab etmək istəyirdi. Müstəzəf millətin əldən getmiş və tarac olmuş malını qaytarmaq fikrində idi.
    Zübeyr Əli (ə)-ın xilafətində Bəsrə fərmandarlığından və başqalarından üstün olma məqamından naümid olduqdan sonra təzə xəlifənin onun saysız-hesabsız malından hesab çəkməsindən qorxub dostu Təlhə ilə onun yanına gəldi. Ümrə səfərinə görə şəhərdən çıxmaları üçün icazə istədilər. Əli (ə) onların hədəfini başa düşüb buyurdu: Allaha and olsun! Onlar ümrəyə getmək istəmirlər. Onlar hiylə və kələk ardıncadırlar.
    Zübeyr də Əbu Bəkrin qızı, arvadının bacısı Aişəyə qoşuldu. Onu Təlhə ilə Bəsrəyə tərəf apardı. Aişə "Hovəb” itlərinin səsini eşitdiyi zaman qayıtmaq istədi. Onlar əlli nəfər gətirib pul vasitəsilə yalandan şəhadət verdirdilər ki, bura Hovəb deyildir! Beləliklə, Ümmül-möminin Allaha və ərinə itaətsizliyə davam etdi və onlarla Bəsrəyə getdi. Çünki Zübeyr öz zirəkliyi ilə başa düşürdü ki, o Aişə təklikdə o iki nəfərdən daha çox xalqa təsir qoya bilər.
    Onlar iyirmi beş il təbliğ etmiş, xalqa belə göstərmişdilər ki, o, Peyğəmbərin sevimlisi, Əbu Bəkrin qızı Hümeyradır və dinin yarısı ondadır. Təəccüblü burasıdır ki, Zübeyr də Osmanın qanını tələb etmək üçün ayağa qalxmışdı. Bu elə bir halda baş verdi ki, təqvalı səhabələr onun Osmanın ölümündə əlinin olduğunu deyirdilər.
    İmam Əli (ə) döyüş meydanında ona buyurdu: Sən özün Osmanı öldürüb məndən onun qanının intiqamını almaq istəyirsən?("Tarixi Təbəri”, 4-cü cild, səh. 509; "Əl-kamil”, İbn Əsir, 3-cü cild, səh. 102.)
    Məsudinin ibarətində deyilir ki, Həzrət ona buyurdu: Təəccüblüdür! Nə baş verib ki, qiyam etmisən?
    Dedi: Osmanın qanını tələb etmək üçün.
    Əli (ə) ona buyurdu: Allah bizim ikimizdən hər kəsi ki, Osmanın qanına baisdir, öldürsün.
    Hakim özünün "Müstədrək” kitabında belə yazır: Təlhə və Zübeyr Bəsrəyə gəldilər. Camaat onlara dedi: Nə üçün gəlmisiniz? Dedilər: Osmanın qanını almaq istəyirik. Hüseyn dedi: Sübhanəllah! Bu camaatın ağlı yoxdur ki, sizə deyələr Osmanı sizdən başqa heç kəs öldürməyibdir?
    Zübeyr də dostu Təlhə kimi Osmana kələk gəlmişdi. Xalqı onu öldürməyə dəvət etmişdi. Sonra öz istəyi ilə imam Əli (ə)-la beyət etmiş və beyətini pozmuşdu. Daha sonra Osmanın qanını almaq üçün Bəsrəyə gəlmişdi.
    Bəsrəyə gəldikdən sonra orada baş verən cinayətlərdə iştirak etmişdi. Yetmiş nəfər şəhərin gözətçilərindən qətlə yetirmiş və beytül-malı qarət etmişdilər. Tarixin qeyd etdiyi kimi, Bəsrənin hakimi Osman ibn Hüneyflə sülh imzalamış və Əli (ə) ora gələnə qədər onun hörmətini saxlamağa söz vermişdilər.
    Amma sözlərinin üstündə durmayıb – Osman ibn Hüneyf camaatla namaz qıldığı zaman – onlara həmlə etmiş, əl-ayaqlarını bağlayıb öldürmüşdülər. Osman ibn Hüneyfi öldürmək istəmişdilər, amma Mədinənin hakimi olan Səhl ibn Hüneyfdən qorxub bu işdən əl götürmüşdülər. Onların qorxusu bundan idi ki, əgər onlar Osman ibn Hüneyfi öldürsəydilər, onun qardaşı da Mədinədə onların ailəsi ilə həmin işi görə bilərdi. Sonda Osmanı bacardıqları qədər döyüb bığ və saqqalını yolmuş, zindana salmış, beytül-malı dağıdaraq qırx nəfər gözətçini isə öldürmüşdülər.
    Taha Hüseyn bu xəyanət haqqında deyir: Bunlar Əli (ə)-la əhdlərini sındırmaqla kifayətlənmədilər. Osmanla bağladıqları sülhü də ayaq altına qoydular. Bəsrə camaatından onların əməllərinə etiraz edənləri də öldürdülər.("Əl-fitnətul-kubra”, Taha Hüseyn, 2-ci cild, səh. 465; "Tarixi Məsudi”, 2-ci cild, səh. 368. )
    Əli (ə) Bəsrəyə gəldiyi zaman onlarla müharibə etmək əvəzinə Qurana dəvət etdi. Onlar müxalifət etdilər. Onlar üçün Quran gətirəni də öldürdülər. İmam bunu gördükdə, Təlhə ilə olduğu kimi Zübeyrlə də danışıb buyurdu:
    Ey Zübeyr! Yadındamı Allah Rəsulu ilə Bəni Qənəm yanından keçdikdə, o mənim üzümə baxıb gülümsədi və mən də gülümsədim. Sən dedin: Əbu Talibin oğlu öz naz və təkəbbüründən əl çəkmir. Peyğəmbər sənə buyurdu: Sakit ol! O, təkəbbür etmir, bir gün gələr, sən onunla müharibə edərsən. Bu elə bir haldadır ki, sən ona zülm etmiş olarsan.("Tarixi Təbəri”, 4-cü cild, səh. 502; "Tarixi İbn Əsəm”, 2-ci cild, səh. 310. )
    İbni Əbil-hədid Əli (ə)-dan bir xütbədə gətirmişdir ki, Həzrət buyurur: Xudaya! Zübeyr, mənimlə olan qohumluğunu kəsdi, beyətini sındırıb düşmənimə kömək etdi. Hər nə cür istəyirsənsə, onun şərrini məndən uzaq et!("Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-hədid, 1-ci cild, səh. zo6. )
    İmam Əli (ə)-ın "Nəhcül-bəlağə”sində Təlhə və Zübeyr haqqında gəlmişdir: Pərvərdigara! O iki nəfər məndən ayrıldılar və mənə zülm etdilər. Beyətimi pozub xalqı mənim üstümə qaldırdılar. Belə isə onların bağladığını sən aç, istədiklərini qoyma olsun. İstədikləri hər nə pisliyi etdilərsə, onlara göstər. Mən döyüşdən qabaq tövbə etmələrini istədim. Onlarla döyüşü gecikdirdim. Yaxşılıq və salamatlığı istəmədilər.(Nəhcül-bəlağənin şərhi”, Mühəmməd Əbdüh, 2-ci cild, səh. 21; "Şərhi İbn Əbil-hədid”, 1-ci cild, səh. 310. . )
    Döyüşdən qabaq onlar üçün göndərdiyi məktubda gəlmişdir: Ey ağalar! Öz fikrinizdən qayıdın, bura qədər bədnam olmusunuz, bundan sonra həm bədnamlıq, həm də cəhənnəm odu sizi gözləyir. Sağ olun!(Həmin ünvan.  )
    Bu, acı bir həqiqətdir ki, Zübeyrin işinin sonunu göstərir. Tarixçilər hər nə qədər çalışıb onun müharibədən çəkinərək Vadius-səbaya getməsini və orada Curmuzun onu öldürməsini desələr də xeyri yoxdur. Çünki Peyğəmbər (s) qabaqcadan ona buyurmuşdu ki, sən onunla (Əli ilə) müharibə edəcəksən, bu elə bir haldadır ki, sən ona zülm etmisən.
    Bəzi tarixçilər qeyd etmişlər ki, imam Əli (ə) hədisi onun yadına saldıqda, müharibədən çəkinmək istəmişdi. Amma oğlu Abdullah onu "qorxaq” adlandırıb danlamışdı. Onu qeyrət tutduğundan geri qayıdıb döyüşmüş və öldürülmüşdü.
    Bu, həqiqətə daha yaxındır. Şərif hədis də qeybdən xəbər verir. Onu buyuran şəxs həvayi-nəfsdən danışmır.
    Əgər doğrudan da tövbə etmiş, öz zülm və azğınlığından qayıtmışdısa, niyə görə Peyğəmbər (s)-in buyurduğu: "Hər kəsin ki, mən rəhbəriyəmsə, Əli onun rəhbəridir. Pərvərdigara! Dostları ilə dost, düşmənləri ilə düşmən ol. Hər kəs ona kömək etsə, kömək et, hər kəs onu tək qoysa, onu tək qoy!” – sözünə əməl etmədi. Bəs niyə görə Əliyə kömək edib onu sevindirmədi? Tutaq ki, bu işi görə bilmirdi, bəs nə üçün müharibəyə gətirdiyi adamlar üçün çıxış edib həqiqətə çatdığını, yaddan çıxardığını xatırladığını onlara demədi? Niyə görə onlardan istəmədi ki, müharibədən əl götürsünlər, beləliklə, günahsız müsəlmanların qanının tökülməsinin qarşısını almış olsun?!
    Bunların heç birini etmədi. Beləliklə, onun tövbə etməsi, kənara çəkilməsi hədis düzəldənlərin əfsanəsidir ki, onlar Əli (ə)-ın haqq və Zübeyrin nahaq olmasından təəccübə gəlmişlər. Mərvan ibn Həkəm Təlhəni öldürdüyü kimi, İbni Cormuzu da özlərindən düzəltmiş, belə göstərmək istəmişlər ki, guya Zübeyr də xəyanətlə qətlə yetirilmişdir. Beləliklə, Təlhə və Zübeyrin həyatını bir qədər müsbətləşdirməyə cəhd olunmuş və onların behiştdən məhrum olmamalarını istəmişlər. Nəticədə behişt də onların var-dövlətlərinə çevrilsin – istədiklərini ora aparsınlar və istəmədiklərini aparmasınlar.
    Bu rəvayətin yalan olması nişanələrindən biri imam Əli (ə) onları müharibədən çəkinmək üçün yazdığı məktubda qeyd olmuşdur. Həzrət buyurdu: İndi sizin ən böyük müşkülünüz üzüqaralıqdır. Amma bundan sonra isə üzüqaralıq cəhənnəm odu ilə bir olacaqdır.
    Heç kəs o iki nəfərin imamın dəvətini qəbul etməsini, ya ona itaət etməsini və ya da onun məktubuna cavab yazmasını qeyd etməmişdir. Bundan keçdikdə, imam müharibə başlamamışdan qabaq onları Qurana qayıtmağa dəvət etdi. Onlar qəbul etmədi və Quranla gələn cavanı öldürdülər. Bu zaman Əli (ə) onlarla müharibəni halal etdi.
    Bəzi tarixçilərin gülüşdoğurucu dastanlarını oxuyun. Onların yazdıqlarından məlum olur ki, bəziləri həqiqəti bilmir və heç nə başa düşmürlər.
    Bəziləri deyirlər: Zübeyr Əmmar Yasirin Əli (ə)-ın gəldiyini bildikdə dedi: "Vay mənim burnum kəsildi, belim sındı.” Bədəni titrəməyə başladı. Silahı əlindən düşdü. Yoldaşlarından biri dedi: Vay olsun mənə! Bu həmin Zübeyrdir ki, onunla ölüb və onunla yaşamaq istəyirəm? Allaha and olsun, bu təkcə Peyğəmbərdən olan hədisə görədir!("Tarixi Təbəri”, 4-cü cild, səh. 511)
    Belə rəvayətləri düzəltməklə istəyirlər deyələr ki: "Zübeyr Peyğəmbər (s)-in buyurduğu: "Əmmarı zalım insanlar öldürəcək” – hədisini yada saldıqda bədəni titrəməyə başladı və zalımlardan olmaqdan qorxdu!” Bunlar bizi yüngül ağıllı adamlar hesab edib bizə gülmək istəyirlər. Amma bizim ağlımız düz və kamildir. Allaha buna görə təşəkkür edirik. Bu sözləri də onlardan qəbul etmirik. Necə ola bilər ki, Zübeyr "Əmmarı zalım insanlar öldürəcək” – hədisini eşitdikdə bədəni əsməyə başlayır, amma Peyğəmbər (s)-in Əli (ə) haqqında buyurduğu saysız-hesabsız hədislərdən qorxmur? Görəsən Zübeyrin fikrincə, Əmmarın fəziləti Əli (ə)-dan daha artıq idi? Yoxsa Zübeyr eşitməmişdi ki, Peyğəmbər buyurmuşdu: Ey Əli! Səni təkcə möminlər sevər və təkcə münafiqlər düşmən tutar.
    Eşitməmişdimi ki, Peyğəmbər (s) buyurub: Əli haqla, haqq da Əli ilədir, hər yerdə onunla birdir.
    Daha sonra buyurur: Mən hər kəsin rəhbəriyəmsə, Əli onun rəhbəridir. Pərvərdigara, dostu ilə dost, düşməni ilə düşmən ol! Köməkçilərinə kömək et, onu tək qoyanı tək qoy!
    Buyurur: Ey Əli! Hər kəs səninlə müharibə etsə, mən onunla müharibədəyəm, hər kəs səninlə sülh etsə, mən də onunla sülhdəyəm.
    Buyurur: Bayrağı o kəsə verəcəyəm ki, Allah və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də onu sevirlər.
    Buyurur: Mən Quranın əsli və nazil olması həqqaniyyətinə görə onlarla müharibə etdim, sən isə mənanın təvili və düzlüyünə görə onlarla müharibə edəcəksən.
    Buyurur: Ey Əli! Səninlə əhd bağlayıram ki, əhd sındıranlar, zalımlar və düşmənlərlə müharibə edəcəksən.
    Bu haqda daha başqa sözlər buyurmuşdur. Onların sonuncusu bu hədisdir ki, Peyğəmbər (s) Zübyrin özünə buyurmuşdur: "Sən onunla müharibə edəcəksən və bu elə bir haldadır ki, sən ona zülm etmisən.” Zübeyr hamının, hətta Peyğəmbər (ə)-dən uzaqlarda yaşayanların bildiyi və eşitdiyi hədisə necə göz yumdu? Halbuki o, Peyğəmbər (ə) və Əli (ə)-ın bibisi oğlu idi!
    Bu bağlı və ölü ağıllardır ki, tarixin hadisələrini və həqiqətlərini başa düşə bilmir və boş yerə xalq üçün puç bəhanələr düzəldirlər. Onları inandırmaq istəyirlər ki, Təlhə və Zübeyr behişt müjdəsi olanlardandır.
    تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ
    "Bu onların arzularıdır. De: Dəlillərinizi gətirin, əgər düz deyirsinizsə!”("Bəqərə” surəsi, 111-ci ayə. )
    إِنَّ الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا وَاسْتَكْبَرُواْ عَنْهَا لاَ تُفَتَّحُ لَهُمْ أَبْوَابُ السَّمَاء وَلاَ يَدْخُلُونَ الْجَنَّةَ حَتَّى يَلِجَ الْجَمَلُ فِي سَمِّ الْخِيَاطِ وَكَذَلِكَ نَجْزِي الْمُجْرِمِينَ
    "Əgər Bizim ayə və nişanələrimizi qəbul etmədilər, onları qəbul etməkdə təkəbbür etdilər və çəkindilərsə, asimanın qapıları onların üzünə açılmayacaqdır və behiştə yol tapmayacaqlar – dəvə iynənin deşiyindən keçənə kimi, – Biz günahkarları bu cür cəzalandırarıq.”("Əraf” surəsi, 40-cı ayə. )
    Category: Həqiqət olduğu kimi... 2 | Added by: Islam_Kitabxanasi
    Views: 679 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024