İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 2

    Həqiqət olduğu kimi... 2
    2012-03-12, 10:03 PM
    8-ƏBU BƏKRİN QIZI AİŞƏ
    O, Peyğəmbərin zövcəsi və Ümmül-möminindir. Peyğəmbər (s) hicrətin 2-ci, ya 3-cü ilində onunla ailə qurmuşdur. Peyğəmbər (s) dünyadan getdiyi zaman – məşhur nəzərə görə – o, on səkkiz yaşında olmuşdur. Qeyd etmək lazımdır ki, bu ləqəb Peyğəmbərin bütün qadınlarına aiddir. Məsələn: Xədicə Ümmül-möminin, Həfsə Ümmül-möminin, Mariyə və...
    Bunu qeyd etməkdə məqsədimiz budur ki, təəssüflər olsun ki, camaatın br çoxu həqiqətdən xəbərsizdirlər. Yəni onlar bilmirlər ki, Ümmül-möminin (möminlərin anası) Peyğəmbər (s)-in bütün zövcələrinə deyilir. Əhli-sünnətin rəvayətlərinin hamısı Aişədəndir. Peyğəmbər (ə)-in başqa zövcələri haqqında bir söz demək istəyəndə Aişədən rəvayət edirlər. Dinlərinin yarısını Aişədən – Hümeyrədən (qırmızı üzdən) götürürlər. Guya onlar belə başa düşüblər ki, Ümmül-möminin ləqəbi Peyğəmbərin zövcələrinin arasında təkcə Aişəyə verilmişdir. Halbuki Peyğəmbər (s)-i dünyadan gedəndən sonra onun bütün qadınları ilə evlənməyi Allah möminlərə haram etmiş və buyurmuşdur:
    وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيمًا
    "Siz Allah Peyğəmbərinə əziyyət edə və onun qadınları ilə – ondan sonra – evlənə bilməzsiniz. Bu iş Allah yanında çox böyükdür.”("Əhzab” surəsi, 53-cü ayə. )
    Həmçinin buyurur:
    النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ
    "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (möminlərin) analarıdır.”("Əhzab” surəsi, 6-cı ayə. )
    Keçən bəhslərdə Təlhənin sözündən Peyğəmbər (s)-in narahat olmasını qeyd etmişdik. O demişdi: "Mühəmməd (s) öləndən sonra Aişə (bibim qızı) ilə evlənəcəyəm!” Allah möminlərə bildirmək istəmişdi ki, Peyğəmbər (s)-in zövcələri ilə evlənmək sizə haramdır. Necə ki, analarınız sizə haramdır.
    Aişə sonsuz olmuş və uşaq dünyaya gətirməmişdir. Bununla belə, tarixin görkəmli böyük şəxsiyyətlərdəndir. O, bəzilərinin xilafətə yetişməsində və bəzilərinin xilafətdən uzaqlaşdırılmasında böyük rola malik olmuş, bəzilərinə şəxsiyyət vermiş, bəzilərini isə gözlərdən salmışdır!
    Bəzi müharibələrdə iştirak etmiş, bəzi müharibələrdə isə başçılığı öz öhdəsinə götürərək kişilərə qoşun başçısı olmuşdur. Qəbilə başçılarına məktub göndərməklə əmr və nəhy etmişdir. Bəzi başçıları qoşun başçılığından uzaqlaşdırmış, bəzilərini isə qoşuna başçı qoymuşdur. Cəməl müharibəsində başçılıq etmiş, Təlhə və Zübeyr onun itaətində olmuşlar.
    Biz onun bütün həyatını burada işıqlandırmaq istəmirik. Bu barədə "Agahlardan soruşun” kitabında geniş surətdə bəhs etmişik. Təhqiq əhli ora müraciət edə bilər.
    Burada onun ictihad və Peyğəmbəri (s)-in sünnəsində etdiyi dəyişikliklərdən söz açmaq istəyirik. Bir neçə nümunə sadalamaqla əhli-sünnənin fəxr etdiyi və pak imamlardan üstün saydığı "böyük insanları” tanımaq istəyirik.
    Həqiqətdə bu, qəbilə təəssübündən başqa bir şey deyildir. Peyğəmbər (s)-in sünnəsini məhv etmiş, nişanələrini aradan aparmış, işığını söndürmüşdür. Əgər Əli (ə) və Əhli-beytdən olan pak imamlar onun qarşısında dürmasaydılar, bu gün Peyğəmbərin sünnəsindən heç nə məlum olmazdı.
    Həmçinin, Aişə Peyğəmbər (s)-in sünnəsində olmayıb ona qiymət verməmişdir. Öz həyat yoldaşından Əli (ə) haqqında çoxlu rəvayət eşitdiyinə baxmayaraq, onlara göz yummuş və əksinə əməl etmişdir.
    Allahın və Peyğəmbərin əmrindən boyun qaçırıb evdən çıxmış və faciə ilə bitən "Cəməl” müharibəsinə başçılıq etmişdi. Bu müharibədə günahsız insanların qanı axıdılmışdı. Osman ibn Hüneyf ilə bağladığı sülhü ayaq altına atmışdı. Onun adamları əlibağlı hüzuruna gətirildikdə, hamısının öldürülməsi hökmünü vermişdi. Elə bil ki, Peyğəmbərin buyruğunu eşitməmişdi: "Müsəlamana söymək təqvasızlıq, onu öldürmək isə küfrdür.”("Səhihi Buxari”, 8-ci cild, səh. 91; "Səhihi Müslüm”, "iman” kitabı. )
    Biz Ümmül-mömininin başlatdığı müharibələrə, vurduğu zərərlərə göz yumur, onun Allah dinində özbaşına etdiyi fikir və nəzərləri araşdıracağıq. Buxari öz "Səhih” kitabında "namazı qəsr qılma” babında Zəhirədən, o da Ürvədən, o da Aişədən gətirmişdir ki, dedi: "Namaz ilk dəfə vacib olanda iki rükət idi. Səfərdə də iki rükət qaldı, amma insan öz vətənində ikən dörd rükətə qalxdı.” Zəhri deyir: Ürvəyə dedim: "Bəs niyə görə Aişə səfərdə öz namazını dörd rükət (tamam) qılırdı?” Dedi: "O da Osman kimi dəyişdirmişdi.”("Səhihi Buxari”, 2-ci cild, səh. 36. )
    Sizin üçün təəccüblü deyilmi ki, Peyğəmbərin zövcəsi Ümmül-möminin o həzrətin sünnəsini (ki, özü onu rəvayət etmişdi və səhih sayırdı) boşlayıb, Osman ibn Əffanın qoyduğu bidətə itaət edir və sonra da onun qətlinə fərman verir? Bu adla ki, hələ Peyğəmbərin köynəyi köhnəlməmiş, o, Peyğəmbərin sünnəsindən çıxmışdır!
    Bəli, o bu işi Osmanın zəmanəsində etmiş, Müaviyənin zəmanəsində isə nəzərini dəyişmişdi. Nəzərini dəyişəndən sonra tez bir zamanda Osmanın ölümünə hökm verdi. Elə ki, camaatın Osmanı öldürüb Əli (ə)-a beyət etdiyini eşitdi, yenidən öz nəzərini dəyişib Osman üçün göz yaşı tökdü və bu dəfə Osmanın qanını almaq üçün ayağa qalxıb qiyam etdi.
    Bu rəvayətdən belə anlaşılır ki, o, Müaviyənin zəmanəsində namazı səfərdə dörd rükət qıldı. Müaviyə də həmişə əmisi oğlunun bidətlərini diri saxladığı üçün onu iki rükət qılırdı.
    Camaat da öz rəhbərlərinin dinindədir. Aişə o insanlardandır ki, Müaviyə ilə düşmənçilikdən sonra sülh etdi. Müaviyə həmin o kəsdir ki, Aişənin qardaşı Məhəmməd ibn Əbi Bəkri öldürmüş və acınacaqlı surətdə burun – qulağını kəsərək tikə-tikə etmişdi.
    Dünya mənfəəti onları – düşmən olmalarına baxmayaraq – bir yerə yığmışdı. Bu səbəbdən Müaviyə ona yaxınlaşdı, o da Müaviyəyə. Müaviyə ardı kəsilmədən ona hədiyyələr göndərirdi.
    Tarixçilər deyirlər: Müaviyə Mədinəyə gəldiyi zaman Aişənin görüşünə gəldi. Oturduqdan sonra Aişə ona dedi: Ey Müaviyə! Haradan arxayın oldun ki, mən evdə adam gizlədib səni öldürmək istəməyəm və qardaşımın qanını səndən almayam?
    Müaviyə dedi: Mən elə bir evə gəlmişəm ki, camaat ora pənah gətirir və oranı əmin yer bilir.
    Aişə dedi: Hicr ibn Ədini və yoldaşlarını öldürəndə heç Allahdan qorxmadın?
    Müaviyə dedi: Onların ziddinə şəhadət verən kəs onları öldürmüşdür.("İbn Kəsirin tarixi”, 8-ci cild, səh. 55; "İstiyab”, İbn Əbdül-bir, 1-ci cild, səh. 331, Hicr İbn Ədinin halətinin şərhində. )
    Həmçinin deyirlər ki, Müaviyə paltar və daha başqa şeylər ona göndərir ki, onları öz sandığına qoyurdu. Təkcə bir dəfə onun üçün yüz min göndərmişdi.("İbn Kəsirin tarixi”, 8-ci cild, səh. 136-137; "Müstədrəki Hakim”, 14-cü cild, səh. 13. )
    Bir dəfə də Məkkədə olanda yüz min qiyməti olan boyunbağını ona bağışladı.
    Bunlardan əlavə Müaviyə onun on səkkiz min dinar olan bütün borclarını ödədi. Onun camaata etdiyi hədiyyələri verməyi də öz öhdəsinə götürdü.("İbn Nəsirin tarixi”, 8-ci cild, səh. 136. )
    "Biz "Agahlardan soruşun” kitabında öz andına görə qırx qulamı azad etməsini də qeyd etmişdik.("Səhihi Buxari”, 7-ci cild, səh. 90, "ədəb” kitabı, "hicrət” babı. )
    Müaviyənin qoşun başçıları və valiləri də onun üçün pul göndərirdilər.("İmam Əhməd İbn Hənbəlin müsnədi”, 6-cı cild, səh. 77)
    Söz Müaviyənin və Aişənin bir-birilə yaxın olmasından düşdüyü üçün demək lazımdır ki, onların arasında heç ayrılıq olmamışdı ki, sonradan yaranaydı. Elə Müaviyənin özünü – qardaşı öldükdən sonra – Əbu Bəkr Şama vali göndərmiş və öz hökumətinə şərik etmişdi. Müaviyə də öz növbəsində Əbu Bəkrin ona etdiyi yaxşılıqları xatırlayırdı. Əgər o olmasaydı, Müaviyə heç yuxusunda da bir gün xilafətə yetişəcəyini görməzdi.
    Daha sonra Müaviyə bu qrupla – böyük məkrlərini həyata keçirməkdə, sünnəni məhv edib Əhli-beyti aradan götürməkdə – şərik olmuşdur. Onlar bu işi öz aralarında bölmüşdülər. Sünnəyə od vurdular, Əhli-beyti aradan aparmaq istədilər və Müaviyə bu işi sona çatdırdı. Müaviyə öz işini yerinə yetirmək üçün camaatı Əhli-beytə lənət göndərməyə məcbur etdi. Onun xəyanəti əsasında xəvaric Əli (ə)-a qarşı qiyam etdi və onu şəhadətə çatdırdı. İmam Həsən ibn Əlini şəhid etdi. Özündən sonra oğlu Yezid də Əhli-beytin övladlarını aradan götürdü.
    Müaviyə və Aişə bir-birilə düşmən olmamışlar. Elə onun dediyi söz: "Necə arxayın oldun ki, mən qardaşımın intiqamını səndən almaq üçün evdə adam gizlətməmişəm”, zarafatdan başqa bir şey deyildir. O, qardaşı Məhəmməd ibn Əbi Bəkri sevmirdi. Çünki Məhəmməd ibn Əbi Bəkr Əli (ə)-ın dəstəsindən olub ona qarşı vuruşmuşdu.
    Onların arasında Əli (ə)-la düşmənçilikdə çox böyük yaxınlıq və birlik vardır. Onlardan heç biri digərinin əleyhinə iş görməmişdi. Hətta Əli (ə) şəhadətə çatdığı zaman Aişə şükür səcdəsi etmişdi.
    Əli (ə)-dan sonra da onun övladları ilə düşmənçilik edirdi. İş o yerə çatmışdı ki, imam Həsən (ə)-ı öz cəddinin yanında dəfn etməyə qoymadı. Çığıra-çığıra evindən bayıra çıxıb qatıra mindi və Bəni Üməyyədən Haşimin qarşısında ona kömək etmələrini istəyib dedi: "İstəmədiyim bir adamı evimə gətirməsinlər.” Yeni bir müharibə başlamaq istədi. Yaxınları ona dedilər: Qırmızı dəvə günü bizə bəs deyildi, indi də istəyirsən torpaq rəngli dəvə gününü ona artırasan?!
    Şübhəsiz, o, Bəni Üməyyənin dövləti zamanında yaşamış, Əli (ə)-ın və Əhli-beytin minbərlər üstündən lənətlənməsini eşitmişdi. Bu işdən acığı gəlməmiş, qarşısını da almamışdı. Hətta gizlində həvəsləndirməsinin olması da mümkündür.
    Əhməd ibn Hənbəl öz "Müsnəd”ində yazır: Bir nəfər Aişənin yanına gəlib Əli (ə)-la Əmmarın dalınca pis sözlər deməyə başladı. Aişə dedi: Mən Əlinin barəsində bir söz demirəm. Amma Əmmarın haqqında Peyğəmbərdən eşitmişəm ki, buyurdu: Əgər onu iki işi görməyə məcbur etsələr, onların ən çətinini seçəcəkdir.("Əhməd İbn Hənbəlin Müsnədi”, 6-cı cild, səh. 113. )
    Beləliklə, Aişə kimi bir adamdan təəccüblü deyildir ki, Peyğəmbərin sünnətini aradan aparsın, Osmanın səfərdə namazın tamam qılınması bidətini yaşatsın və Müaviyə və Bəni Üməyyədən olan rəhbərləri sevindirsin. Onlar onu böyük sayır, dinlərini ondan öyrənib səfərdə və vətəndə ona itaət edirdilər.
    Həmçinin Aişə onlara "böyük kişilərə də süd vermək olar”(Biz bu komediya barəsində "Düz danışanlarla birlikdə” kitabının "Aişənin Peyğəmbərin sair zövcələri ilə olan fərqləri” fəslində danışmışıq. ) fətvasını verirdi. Yəni kişilər arvadların döşündən süd əmməklə onlara məhrəm olurlar.
    Malikin "Müvəttəə” kitabında yazdığı məsələyə diqqət etdikdə, adamın tükləri biz-biz olur. O deyir: Aişə kişiləri bacısı Ümmü Gülsümün və qardaşı qızlarının yanına süd əmməyə göndərirdi. Bu süd əmmədən sonra Aişə onların qarşısına hicabsız çıxmağı, halal bilir("Müvəttəi Malik”, 2-ci cild. səh. 606, "rizaətul-kəbir” babı. ) və onlara məhrəm olmasını güman edirdi.
    Təsəvvür edin, müsəlmanlardan biri qəflətən görür ki, arvadı başqa bir kişi ilədir. O kişi onun arvadının döşləri ilə oynayıb ondan süd əmir. Bu vaxt arvadı ərinə deyir: "Ona süd verirəm ki, mənim uşağım olsun.” O yazıq da təslim olmalı, Aişənin bidətini qəbul etməlidir. Bu iş nə qədər onun üçün çətin olsa da itaət edib dözməlidir.
    Mən bütün təhqiq alimlərinin fikrini bu böyük müsibətə cəlb edirəm. Elə bir müsibət ki, haqqı batildən ayırmaq üçün təkcə özü kifayətdir.
    Bu bəhsdən məlum olur ki, Əhli-sünnət Allaha Onun göndərmədiyi əsl üzərində itaət və ibadət edirlər. Heç cür axtarış da aparmırlar. Əgər bu bidətləri başa düşsələr, nifrət edər və öz xoşları ilə onları boşlayarlar.
    Mən şəxsən özüm görmüşəm ki, bəzi əhli-sünnət alimləri "böyük kişilirin süd əmməsi” hədisini eşitdikdə təəccübə gəlmiş, onu indiyə qədər bilməmələrini qeyd etmişlər.
    Bəli, bu, əhli-sünnə və camaatın arasında vardır. Şiələrin dəlil gətirdikləri rəvayətlərin çoxusu onların "Sihah” adlandırdığı kitablarda vardır. Amma onlar eşitməmiş və onları oxuyanları da kafir saymışlar.
    ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُوا اِمْرَأَةَ نُوحٍ وَاِمْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ
    "Allah kafirlər üçün iki nümunə qeyd etmişdir: Nuhun övrətini və Lutun övrətini ki, iki layiqli bəndənin nəzəri altında idilər və onlara xəyanət etdilər. Və o ikisinin onlara onlara heç bir faydası olmadı və onlara deyildi ki, başqaları ilə birlikdə cəhənnəmə gedin.”("Təhrim” surəsi, 10-cu ayə. )
    Category: Həqiqət olduğu kimi... 2 | Added by: Islam_Kitabxanasi
    Views: 734 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024