İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1871
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 2

    Həqiqət olduğu kimi... 2
    2012-03-12, 10:01 PM
    11-ABDULLAH İBN ÖMƏR
    O, məşhur səhabələrdəndir. Üç xəlifənin xilafəti zamanında baş verən hadisələrdə böyük rola malik olmuşdur. Əhli-sünnət və camaatın yanında hörmətli sayılmasına təkcə Ömər ibn Xəttabın oğlu olması kifayətdir. Onu böyük fəqihlərdən və Peyğəmbər hədislərini əzbər edib qoruyanlardan hesab edirlər. İmam Malik özünün çoxlu şərhi hökmlərini onun hədislərinə bağlamış və "Müvəttəə” kitabını ondan olan hədislərlə doldurmuşdur.
    Əhli-sünnətin hər hansı kitabını vərəqləsək, hər yerdə onun adının hörmətlə çəkilməsini görərik. Amma bu kitablara bəsirət gözü ilə baxıb təhqiq etsək, məlum olar ki, o, ədalətdən, düz danışmaqdan, fiqh və dini elmlərdən uzaq olmuşdur.
    Diqqətimizi cəlb edən ilk şey onun Peyğəmbər (s) ailəsinin başçısı Əli ibn Əbi Taliblə olan düşmənçiliyidir. O Həzrəti o qədər aşağı gətirdi ki, etibarsız, sadə və avam camaatla bir saydır!!!
    Keçən bəhslərdə qeyd etdik ki, o, yalançı hədislər yayıb deyirdi: Peyğəmbərin zəmanəsində o Həzərtin hüzurunda səhabələrin bir-birindən üstün olması barəsində bəhs edirdilər. Hamıdan üstün insanın Əbu Bəkr, sonra Ömər, sonra da Osman olduğunu deyirdilər. Ondan sonra bütün adamlar birdir. Peyğəmbər bunu eşidir və heç nə demirdi.(Buxari bu hədisi 4-cü cild, səh. 191; Müslüm 7-ci cild, səh. 144, Malik və başqaları qeyd etmişdir. )
    Bu hədis yalandan savayı bir şey deyildir. Ona cavab vermək belə rüsvayçılıqdır. Abdullah ibn Ömərin Peyğəmbər (s)-in zəmanəsində olan yaşayışından söz açdıq. Qeyd etdik ki, o, az yaşlı uşaq olmuş, hətta həddi-büluğa çatmamışdı. Müşavirə işlərində yeri yox idi və heç kim onun fikrini qəbul etməzdi. Peyğəmbər (s) dünyadan getdiyi zaman onun on doqquz yaşı var idi. Bu onun üçün hesablanan ən böyük yaş həddidir.
    Belə olduğu halda nə cür deyir ki: Biz Peyğəmbərin zəmanəsində xalqın üstünlüyünü hesablayırdıq! Bəlkə də bu söhbət uşaqların arasında olmuşdur. O uşaqların arasında da Əbu Bəkr, Osmanın uşaqları ilə yanaşı öz qardaşları olmuşdur. Yenə də düz gəlmir ki, desinlər: "Peyğəmbər onu eşidir və rədd etmirdi!” Bu mətləb hədisin yalan olduğunu və onun kinini göstərir.
    Bunlardan əlavə, Peyğəmbər (s) Abdullah ibn Ömərə Xəndək və ondan sonrakı müharibələrdə özü ilə getməyə icazə verməmişdi. O zaman o yenicə on beş yaşına çatmışdı.("Səhihi Buxari”, 2-ci cild, səh. 158, "şəhadət” kitabı, "uşaqların həddi büluğa çatması” babı; "Səhihi Müslüm”, 6-cild, səh. 30, "əmarə” kitabı, "büluğ yaşı” babı. )
    Şəksiz, o, hicrətin 7-ci ilində Xeybər müharibəsində olmuş, öz gözləri ilə Əbu Bəkrin və atası Ömərin qaçmasını görmüşdü. Sözsüz, Peyğəmbər (s)-in buyuruğunu da eşitmişdi: Sabah ələmi elə bir kəsə verəcəyəm ki, Allah və Peyğəmbər onu sevir, o da Allah və Peyğəmbəri. Çox hücum edəndir, qaçan deyil. Allah onun qəlbini imanla imtahan etmişdir.
    Sabahı günü ələmi elə bir şəxsin əlinə verdi ki, kafirlərin sevincini alt-üst etdi, onların çoxluğunu dağıtdı. Böyük kəramət sahibi, Allahın qalib şiri Əli ibn Əbi Talibə verdi.
    "Rayət” (ələm, bayraq) hədisi başqaları ilə müqayisədə Əli (ə)-ın kamalını və üstünlüyünü çatdırır. Onun Allah və Peyğəmbər yanında necə də böyük bir məqama malik olduğunu göstərir. Allah və Peyğəmbərin onu sevdiyi iftixarına naildir. Amma Abdullah ibn Ömər kin və nifrət üzündən onu sadə camaatla bir sayır!
    Qeyd etdik ki, əhli-sünnət və camaat rəhbərləri Abdullah ibn Ömərin onlara öyrətdiyi bu hədisə əməl etmişlər. Onlar Əli ibn Əbi Talibi raşidin xəlifələrdən saymamışlar. Heç vaxt onun xilafətini qəbul etmək istəməmişlər. Təkcə Əhməd ibn Hənbəlin zəmanəsində – qeyd etdiyimiz – kimi onu qəbul etmişlər. Bu vaxt Əli (ə)-ın fəziləti haqqında yazılan hədislər və yazan mühəddislər çoxalmağa başladı. Əvvəldə olmuş dəstəni ittiham barmağı ilə hamıya göstərdilər. Bu vaxt Əhli-beytə düşmən olmalarını onlara yapışdırdılar. Bütün müsəlmanlar bildilər ki, Əli (ə)-la düşmənçilik nifaqın böyük əlamətlərindəndir.
    Bu vaxt çarəsiz qalıb Əli (ə)-ın xilafətini qəbul etdilər. Onu raşidin xəlifələr karvanına qoşdular. Yalandan və yersiz Əhli-beytə məhəbbət iddiası etdilər.
    Bir nəfər varmı ki, İbni Ömərdən sual edib soruşsun: Nə üçün müsəlmanlar, ya onlardan bir çoxu Peyğəmbər (s) dünyadan gedəndən sonra xilafət üçün daha layiqli adam üstündə ixtilaf edib, yalnız iki nəfərin üstündə, yəni Əbu Bəkr və Əlinin arasında şəkdə qaldılar? Bəs nə üçün atası Ömər və Osmanın haqqında söz belə açmadılar?
    Bir kəs varmı İbni Ömərdən soruşsun: Əgər Peyğəmbər sənin sözünü təsdiq edib birinci Əbu Bəkri, sonra Öməri və daha sonra Osmanı qərar verirsə, nə üçün dünyadan getməzdən iki gün qabaq, hələ üzünə tük çıxmamış, səndən də kiçik olan bir cavanı İslam qoşununa başçı təyin edir və onları onun bayrağı altında döyüşə yollamaq istəyir? Yoxsa atan demişkən, "Peyğəmbər danışığını bilmirdi?!”
    Bir kəs varmı İbni Ömərdən soruşsun: Nə üçün mühacir və ənsar Əbu Bəkrlə beyətdən sonra xanım Fatimeyi-Zəhraya: "Əgər sənin ərin və əmin oğlu Əbu Bəkrdən qabaq bizim yanımıza gəlsəydi, ondan başqa heç kəsi qəbul etməzdik” dedilər? O özü böyük səhabələrin Əli ilə heç kəsi bərabər bilməməklərinə bir etirafdır. Yalnız tələsik və hesab olunmamış bir beyət, bu nəzərin həyata keçməsinə mane oldu. Belə olduqda, Abdullah ibn Ömər kimi məğrur bir yeniyetmənin – ki, hətta arvadına necə təlaq verməyi bilmir – nəzərinin böyük səhabələrin nəzəri qarşısında qiyməti varmı?
    Sonda, bir kəs vardırmı Abdullah ibn Ömərdən sual edib soruşsun: Nə üçün Ömər öldürüləndən sonra səhabələrin bir çoxu Əli ibn Əbi Talibi xilafət üçün seçib onu Osmandan üstün saydılar? Təkcə Əbdürrəhman ibn Ovfun "şeyxlərin yolu ilə getmə” şərtini qəbul etmədikdən sonra onu kənara qoydular.("Tarixi Təbəri”, 4-cü cild, səh. 238; "Tarixi xüləfa”, Süyuti, səh. 154; "Tarixi İbn Qüteybə”, 1-ci cild, səh. 30; "Müsnədi Əhməd”, 1-ci cild, səh. 75. )
    Amma Abdullah ibn Ömər atasının təsiri altına düşmüşdür. Əbu Bəkr, Ömər, Osmanın xilafəti vaxtı yaşamış, Əli ibn Əbi Talibin kənara qoyulmasını müşahidə etmişdi. Onların arasındakı şurada olmamış, dövlətdə ona yer və məqam verməmişdilər. Ərəbin böyük şəxsiyyətləri Əli (ə)-ın əmisi oğlu (s) və zövcəsi – qadınların sərvərinin dünyadan getməsindən sonra ondan üz çevirmişdilər. Bundan əlavə, onun əlində xalqın tamahı düşəcəyi bir şeyi yox idi.
    Sözsüz, Abdullah ibn Ömər atasına hamıdan yaxın olmuşdur. Onun nəzərlərini eşidir, dost və düşpmənlərini tanıyırdı. Həmin kin və düşmənçiliklə boya-başa çatmış, Əli (ə) və Əhli-beytə olan nifrəti ilə böyümüşdü. Birdən ayılıb gördü ki, Osman öldürüləndən sonra xalq Əli (ə)-la beyət etmişlər. Bu ona çox ağır gəlmiş və dözə bilməmişdi. Qəlbində gizlənmiş kin və düşmənçiliyini aşkar edərək təqvalılar başçısı, möminlər rəhbəri ilə beyət etməkdən boyun qaçırmışdı. Mədinədə dözə bilməyib ümrə adı ilə Məkkəyə getmişdi.
    Abdullah ibn Ömər xalqın hərəkətini süstləşdirmək və onların iradəsini sındırmaq üçün əlindən gələni etdi. O istəyirdi ki, xalq haqqa kömək etməkdən çəkinib ona qarşı qiyam etsinlər. Onları Allahın əmrinə qayıtmağa vadar etməsinlər. Abdullah ibn Ömər o kəslərdəndir ki, ilk dəfə öz zəmanə imamını – ona itaət etmək vacib olduğu halda – tək qoydular.
    Həzrət Əli (ə) şəhid olandan sonra Müaviyə imam Həsənə qalib gəlib qüdrəti əlinə aldı. Camaat üçün nitq söyləyib dedi:
    "Mən sizinlə namaz qılıb oruz tutmanız üçün müharibə etmədim. Sizinlə müharibə etməkdə hədəfim sizə hakim olmaq idi. Allah bu istəyimi mənə verdi.”
    Abdullah ibn Ömər bu zaman Müaviyə ilə beyət etməyə tələsir və iddia edir ki, camaat onun haqqında ixtilaf etdikdən sonra icma etmiş, eyni nəzərdədirlər.
    Mənim etiqadım budur ki, o həmin kəsdir ki, bu ili "camaat ili” adlandırmışdır. O və Bəni Üməyyədən olan onun ardıcılları bu tərtiblə əhli-sünnət və camaat adlandılar. O gündən qiyamətə qədər bu adı özlərinə götürdülər.
    Bir kəs vardırmı İbni Ömər və onunla həmfikir olan əhli-sünnət və camaatdan sual edib soruşsun: Tarix boyu Əmirəl-möminin Əli ibn Əbi Taliblə olduğu kimi, kiminlə icma halında beyət olmuşdur?
    Əbu Bəkrin xilafəti tələsik və bir anda baş vermişdi. Allah onun şərrindən saxlasın. Çünki səhabələrin bir çoxu ondan uzaqlıq etmişdi. Ömərin də xilafəti məsləhətləşmədən baş vermişdi. Daha doğrusu, Əbu Bəkrin vəsiyyəti ilə baş vermişdi. Səhabələrin bu işdə nə nəzəri, nə də işi olmamışdı.
    Osmanın xilafəti üç nəfərin rəyi əsasında baş verdi. Onların hər üçünü Ömər təyin etmişdi. Əbdürrəhmanın da öz başınalığı ilə sona yetdi.
    Ancaq Əli (ə)-ın xilafəti mühacir və ənsarın beyəti ilə olmuşdur. Heç kəs bu işə məcbur edilməmişdir. O onların onunla etdikləri beyəti bütün İslam dünyasına yazmış, onlar da qəbul etmişdilər. Təkcə Müaviyə Şamda qəbul etməkdən çəkinmişdi.
    İbni Ömər və əhli-sünnətə vacib idi ki, Müaviyə ibn Əbu Süfyanı aradan aparsınlar ki, o, ümmətin birliyini xətərə salmış və xilafət üçün ayağa qalxmışdı. Bu hökm Peyğəmbər (s)-dən nəql olunan və səhih kitablarda gələn rəvayətlərə görə vacib idi. O kitablarda belə gəlmişdir: Peyğəmbər (s) buyurmuşdu: İki xəlifə üçün beyət alındıqda, ikincini öldürün.("Səhihi Müslüm”, 6-cı cild, səh. 23; "Müstədrəki Hakim”, 2-ci cild, səh. 156; "Sünəni Beyhəqi”, 8-ci cild, səh. 144. )
    Həmçinin "Səhihi Müslüm” və başqalırında da gəlmişdir ki, o Həzrət buyurmuşdur: Hər kəs imamla beyət edə, öz əlini və qəlbinin meyvəsini ona verə, gərək ona versin (yəni onan itaət etsin). Əgər başqası gəlib onunla müharibəyə başlasa, ikincinin boynunu vurun.("Səhihi Müslüm”; "Sünəni Beyhəqi”, 8-ci cild, səh. 169; "Sünəni İbn Macə”, 3-cü cild, səh. 958 )
    Amma Abdullah ibn Ömər, Quranın xilafına əməl etmişdir. (Çünki Quran Peyğəmbərə itaətin vacibliyini bildirir.) Peyğəmbərin hədisinə, Əmirəl-mömininə itaət edib, Müaviyə ilə müharibə edərək onu öldürməkdənsə, müsəlmanların xəlifəsi ilə mübarizəyə başlayıb fitnə atəşini alışdırdı.
    Biz onun bütün müsəlmanların etdiyi və razı olduğu beyətdən boyun qaçırmasını görürük. Əvəzində gedib öz imamının buyruğundan boyun qaçıran, onunla müharibə edərək günahsızları öldürən, fitnə qalxmasına bais olan – belə ki, əsəri bu günə qədər də qalmaqdadır – Müaviyə ilə beyət edir.
    Elə buna görə mən belə fikirdəyəm ki, Abdullah ibn Ömər Müaviyənin törətdiyi bütün cinayətlərdə, günahlarda və xəyanətlərdə şərikdir. Çünki o, Müaviyənin padşahlığını möhkəmlətiş, kömək edərək onu xilafətə – ki, Allah və Peyğəmbər onu azad olmuşlara (tüləqaya) haram etmişdi – yetişdirmişdi. Şərif hədislərdə xilafətin onlara haram olması qeyd olmuşdur.
    Abdullah ibn Ömər bununla kifayətlənmədi. Bacardığı qədər tələsərək gedib şərab içən, imansız, alçaq, azad olmuş, oğlu azad olmuş, məlun oğlu məlun Yezid ibn Müaviyə ilə beyət etdi.
    İbni Səd "Təbəqat” kitabında deyir: Ömər ibn Xəttabın fikrincə, xilafət heç bir azad olmuşa layiq deyildir. Məkkənin fəthindən sonra müsəlman olanların uşaqlarına da çatmır.("Əl-təbəqatul-kubra”, İbn Səd, 3-cü cild, səh. 248. ) Əgər belədirsə, bəs nə üçün Abdullah ibn Ömər bu əsldə atası ilə müxalifətçilik edir? Əlbəttə, Abdullah ibn Ömər əgər xilafət məsələsində Quran və sünnətlə müxalifət edirsə, onda atasının nəzərinin əksinə əməl etməsi də təəccüblü olmayacaqdır.
    Biz Abdullah ibn Ömərdən soruşa bilərik ki, Yezid ibn Müaviyənin beyətinə hansı icma olmuşdur? Halbuki, ümmətin pak insanları onu qəbul etməmiş, bütün mühacir və ənsar, o cümlədən behişt cavanlarının ağası Hüseyn ibn Əli, Abdullah ibn Zübeyr, Abdullah ibn Abbas və onlarla bir fikirdə olanlar bu beyətdən çəkinmişdilər.
    Onun da əvvəldə Yezidlə beyətdən çəkinənlərdən olması məşhurdur. Amma Müaviyə onun qəlbini ələ almağın yolunu bilirdi. Yüz min dirhəm onun üçün göndərdi və o da qəbul etdi. Oğlu Yezidlə beyətdən söhbət açıldıqda, İbni Ömər dedi: Bu o şeydir ki, məndən istəyir? Beləliklə, mənim dinim çox ucuz olmalıdır.("Ənsabul-əşraf” Bilazəri, 4-cü cild, səh. 38. ) Bəli, Abdullah ibn Ömər öz dinini çox ucuz qiymətə satdı. Təqvalı insanların rəhbəri ilə beyət etməkdən çəkindi.
    Amma qudurğanlar imamı Müaiyə və imansızlar rəhbəri Yezidlə beyət etməyə tələsdi. Müaviyənin törətdiyi bütün cinayətləri boynuna götürdü. Sözsüz, Yezidin də törətdiyi günahların hamısına boynuna götürmüşdür. Məxsusən, Allah Peyğəmbərinin hörmətini ayaq altına qoymuş, Peyğəmbər bağının gülü, behişt cavanlarının ağasının Kərbəla hadisəsini də boynuna götürmüşdür.
    Abdullah ibn Ömər Yezidlə beyət etməklə kifayətlənmədi – camaatı da onunla beyət etməyə çağırıb ona tərəf göndərdi. Onun əleyhinə çıxan hər kəsi hədələdi.
    Buxari öz "Səhih”ində başqa mühəddislərdən gətirmişdir ki, Abdullah ibn Ömər öz övladlarını, ətrafındakıları, qulamlarını – bu o vaxt idi ki, Mədinə camaatı Yezidi kənara qoymuşdular – bir yerə yığıb dedi: Biz bu kişi ilə Allah və Peyğəmbərin beyəti əsasında beyət etmişik.(Görəsən, Allah və Peyğəmbər (s) fasiqlər və cinayətkarlarla beyət etməyə əmr vermişdir, yoxsa Allahın dostları və paklarla? Buyurur:  ) Mən Peyğəmbərdən eşitdim ki, buyurub: Qiyamət günü cinayətkarlar üçün bayraq qaldırıb deyərlər: Bu, filankəsin xəyanətidir. Allaha şərik qail olmaqdan sonra ən böyük xəyanət budur ki, hər kəs Allah və Peyğəmbərə beyət əsasında bir kəslə beyət edə, sonra öz beyətini sındıra.( 
    إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ Ey ka؛, İbn ضmər bunu Təlhə və Zübeyrə deyəydi ki, hər ikisi beyətini sındırmı؛ və onunla müharibə etmi؛dir. Allaha ؛ərik qo؛maqdan sonra ən bِyük günah sayılırsa, Təlhə və Zübeyrin axırı nə olacaqdır ki, həm beyəti sındırmı؛, həm də günahsızları ِldürmü؛, malları qarət etmi؛ və sonda ِz etdikləri əhdə xəyanət etmi؛lər. )Olmaya sizlərdən bir nəfər Yezidi kənara qoysun və heç kəs sizlərdən bu işə nəzarət etməsin və orada olmasın – əks təqdirdə mənimlə onun arası pozular.
    Yezid Abdullah ibn Ömərin köməyi və xalqı onunla beyətə çağırmasından sonra qüvvət alıb Müslüm ibn Əqəbənin başçılığı altında – ki, fasiqlərin böyüklərindəndir – qoşun düzəldərək ona Peyğəmbərin Mədinəsinə tərəf hərəkət etmək əmri verdi. Orada hər iş istəsə, körmək icazəsini ona verdi. Müslüm ibn Əqəbə orada on min səhabəni öldürüb arvadlarını kənizliyə götürdü. Mallarını qarət etdi. Yeddi yüz nəfər Quran hafizini – Bilazərinin dediyinə görə – öldürdü. Qadınların namusuna təcavüz etdilər. Zinadan minlərlə uşaq dünyaya gəldi. Onlardan Yezidin qulamı olmaları haqqında beyət aldı!!(Səhihi Buxari”, 1-ci cild, səh. 116; "Müsnədi Əhməd”, 2-ci cild, səh. 48; "Sünəni Beyhəqi”, 8-ci cild, səh. 159; "Ət-təbəqatul-kubra”, İbn Səd, 4-cü cild, səh. 183. )
    Abdullah ibn Ömər bütün bu işlərdə onunla şərik deyildimi? Bütün bu işlərdə onun arxasında durmamışdımı? Mən nəticə almağı təhqiqçilərin ixtiyarına qoyuram!
    Abdullah ibn Ömər bununla da kifayətlənməmişdir. Lənətlənmiş, azad olmuş, xain Mərvan ibn Həkəm – o "vəzəğ”lə (kərtənkələ) – beyət etmişdi. Mərvan o kəsdir ki, Əli (ə)-la müharibə etmiş və elə cinayətlər törətmişdir ki, eşitdikdə xəcalət təri insanı basır.
    İbni Ömər bundan da irəli getmişdir. Öz zəmanəsinin ən böyük kafiri olan Quranı ələ salıb onun haqqında "ərəblərin rəcəz oxuması” deyən, öz ağası Əbdül-məlik ibn Mərvanı Peyğəmbərdən üstün sayan Həccac ibn Yusiflə beyət etdi. Həccac həmin o kəsdir ki, onun cinayətlərini hamı bilir. Tarixçilər onun haqqında yazırlar: O İslamın bütün sütunlarını viran etmişdir.
    Hafiz ibn Əsakir öz tarixində yazır: İki nəfər Həccac barəsində ixtilaf etdilər. Biri dedi: O kafirdir, digəri dedi: O, azmış mömindir. Bu məsələnin üstündə davaya qalxaraq məsələnin həlli üçün Şöbənin yanına getdilər. O dedi: O, bütpərəst idi. Böyük Allaha küfr edirdi.("Tarixi İbn Əsakir”. )
    Bu həmin cinayətkar, abırsız Həccacdır ki, Allahın bütün haramlarını ayaq altına qoymuşdur. Tarixçilər deyirlər ki, o, öldürməkdə, işkəncə verməkdə, pakları, müxlis möminləri, məxsusən Ali-Mühəmməd şiələrinin burun-qulaqlarını kəsməklə həddini aşmışdı. Ondan çəkdiklərini heç kəsdən çəkməmişdilər.
    İbni Qüteybə öz tarixində deyir: Həccac bir gündə yetmiş neçə min nəfəri öldürmüşdü. İş o yerə çatmışdı ki, qan məsciddən küçəyə axırdı.("Tarixi xüləfa”, İbn Qüteybə, 2-ci cild, səh. 26. )
    Termizi öz "Səhih”ində yazır: Həccacın öldürdüyü – əl-qolunu bağlayıb – adamları saydıqda gördülər ki, yüz iyirmi min nəfərdən çoxdur.("Səhihi Termizi”, 4-cü cild, səh. 433. )
    İbni Əsakir öz tarixində Həccacın öldürdüklərini sayandan sonra yazır: O öləndən sonra zindanında səksən min nəfər adam tapdılar ki, onların otuz mini qadın idi.("Tarixi İbn Əsakir”, 4-cü cild, səh. 249. )
    Həccac özünü böyük Allaha oxşatmışdı. Zindanların yanından keçdiyi zaman zindandakıların fəryadlarını eşitdikdə, onlara deyirdi: "İtilib gedin, mənimlə danışmayın.”
    Bu həmin Həccacdır ki, Allah Peyğəmbəri dünyadan getməmişdən qabaq onun barəsində xəbər vermişdi: "Səqifə qəbiləsində bir yalançı və virançı vardır.” Təəccüb burasındadır ki, bu hədisin ravisi Abdullah ibn Ömərin özüdür.
    Bəli, Abdullah ibn Ömər Peyğəmbərdən sonra yer üzünün ən yaxşı adamının beyətini tərk edib ona kömək etmədi. Onunla namaz qılmadı. Allah da onu rüsvay etdi. O, Həccacın yanına gedib dedi: Allah Rəsulundan eşitmişəm ki, buyurub: Hər kəs beyət etməmiş dünyadan gedərsə, cahiliyyətdə ölənlər kimidir. Həccac da onu rüsvay edərək ayağını onun əlinə veridi və dedi: "Əllərim məşğuldur, ayağımla beyət et.” Bəli, o, kafir Həccaca, onun qoşun başçısı, xəvariclərdən Nəcdət ibn Amirə iqtida edib namaz qıldı.("Ət-təbəqatul-kubra”, İbn Səd, 4-cü cild, səh. 149; "Əl-mühəlla”, İbn Həzm, 4-cü cild, səh. 213. )
    Şəksiz, Abdullah ibn Ömər bunların arxasında namaz qılmağı seçdi. Çünki onların hər namazdaın sonra Əli (ə)-a lənətlərini eşidəndə ürəyinə rahatlıq gəlir, xatiri xoş olurdu.
    Elə buna görə də əhli-sünnət və camaatın fiqhində yaxşı insana və cinayətkara, möminə və fasiqə iqtida edib namaz qılmağa icazə verilmişdir. Bu icazələrində də öz rəhbərləri, məzhəblərinin fəqihi Abdullah ibn Ömərin kafir Həccacın, xəvaricdən olan Nəcdət ibn Amirin dalında qıldığı namazı dəlil gətirirlər!
    Amma Peyğəmbərin buyurduğu: "Camaatın namazını boynuna götürən imam Allahın kitabının oxunmasını hamıdan yaxşı bilməlidir. Əgər Quranı bilmədə bərabərdirlərsə, sünnəti daha yaxşı bilən, əgər sünnətdə birdirlərsə, hicrətdə qabaq olan, əgər hicrətdə bərabərdirlərsə, İslamda hər kəs qabaqdırsa o, imam olmalıdır”("Səhihi Müslüm”, 2-ci cild, səh. 133; "Səhihi Termizi”, 1-ci cild, səh. 495; "Sünəni İbn Davud”, 1-ci cild, səh. 159. )– hədisinə etina etmirlər.
    Hədisdə sadalanan bu dörd "Quranı əzbər bilmək, sünnəti bilmək, hicrətdə qabağa düşən, İslamı qəbul etmədə birinci olma” sifətin heç biri İbni Ömərin beyət etdiyi, iqtida edib namaz qıldığı adamlarda olmamışdır. Bu sifətlərin heç biri Müaviyə, Yezid, Mərvan, Həccac və xarici Nəcdə də yox idi.
    Bu, Peyğəmbərin sünnətlərindən biridir ki, Abdullah ibn Ömər onunla müxalifətçilik etmiş və onu kənara qoymuş, əksinə əməl etmişdi. Peyğəmbər (s)-in pak itrətinin rəhbəri, yəni Əli (ə)-ı – ki, deyilən bütün sifətlərin onda olmasından əlavə daha bir çox fəzilətli sifətlərə malik idi – boşlamış, ona arxa çevirərək fasiq, xəvaric, dinsiz, Allah və Peyğəmbər düşmənlərinə üz tutub onlara namazında iqtida etmişdi!
    Əhli sünnət və camaatın fəqihi Abdullah ibn Ömərin Allah kitabı və Peyğəmbərin sünnəsi ilə çoxlu müxalifətçiliyi olmuşdur. Əgər onları bir yerə yığsaq, böyük bir kitab alınar. Amma biz burada onların səhih kitablarından bir neçə nümunə qeyd etməklə kifayətlənib, bu yolla onların ixtiyarında bir qədər dəlil qoymuş oluruq.
    Category: Həqiqət olduğu kimi... 2 | Added by: Islam_Kitabxanasi
    Views: 508 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020