İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 2

    Həqiqət olduğu kimi... 2
    2012-03-12, 9:58 PM
    ƏHLİ-BEYT ŞİƏLƏRİNİN NƏZƏRİNDƏ SƏHABƏ
    Əgər bitərəf mövqe tutub "səhabə” mövzusu haqqında təhqiq etsək, görərik ki, səhabənin məqam və mənziləti haqqında şiənin nəzəri Quranın, Peyğəmbər sünnəsinin və əqlin nəzəri ilə eynidir. Lakin "qulat”lar və digər ifratçı firqələr onları kafir hesab etdikləri halda, əhli-sünnət onların ədalətli olduğunu bildirmişlər.
    Seyyid Şərəfuddin Musəvi bu barədə belə yazır: "Hər kəs bizim səhabə haqqında olan nəzərimizi oxusa, onun digər nəzərlərə nisbət mötədil olduğunu başa düşər. Bizim nəzərimiz digər firqələrin nəzərləri ilə fərqlənir; çünki "qulat”lar, "kamiliyyə” və digər firqələr onları kafir bilmiş, bir çox firqələr isə onların etimadlı şəxslərdən olmasına inanmışlar. Əhli-sünnə bu barədə deyir: Hər kəs Peyğəmbərdən bir söz eşitsə və ya hər bir müsəlman o Həzrəti görsə, o, adil sayılır. Onların dəlili aşağıdakı hədisdən ibarətdir:
    "Kullu mən dəbbə əv dərəcə minhum əcməinə əktəinə.”
    Biz Peyğəmbəri-Əkrəmlə bir yerdə oturub söhbət etməyi böyük fəzilət hesab etməyimizə baxmayaraq, o, insanın məsum və günahsız olmasına səbəb olmur. Səhabələr arasında ədalətli şəxslər olduğu kimi, yaği, zülmkar və münafiq şəxslər də olmuşdur. Biz səhabələr arasında olan ədalətli şəxslərə istinad edir, dünya və axirətdə onlardan tərəfdarlıq edirik. Lakin Hindin oğlu Müaviyənin, Nabiğənin oğlu Əmr Asın, Ərtatın oğlu Bəsrin nəql etdiyi, həmçinin Peyğəmbərin qardaşı və vəsisinə qarşı çıxıb ona hücum edən digər şəxslərin nəql etdiyi hədislər heç bir dəyər və ehtirama malik deyildir. Bu, bizim hədis nəql edən səhabələr haqqında olan əqidəmizdir. Bu əqidəyə olan dəlilimiz Allahın Kitabı və Peyğəmbərin sünnəsidir. Bu barədə "üsuli fiqh” elmində geniş söhbətlər edilmişdir. Amma bir çox firqələr səhabə adını daşıyan hər bir şəxsin müqəddəsliyi haqqında ifrata varır, hədlərini aşaraq onların hər bir yaxşı və pis sözlərinə istinad edirlər. Peyğəmbər (s)-dən bir hədis eşidən hər hansı bir müsəlmana tabe olur, kor-koranə ona itaət edir və bu barədə onunla müvafiq olmayan hər bir şəxslə müxalifət və onu məhkum edirlər.
    Onlar bizim bir çox səhəbənin rəvayətlərini rədd etdiyimizi, onların ravilərini etibarsız saydığımızı, dinin həqiqətini və Peyğəmbərin düzgün sünnəsini axtarıb tapmaq üçün öz şəri vəzifəmizə əməl etməyimizi gördükdə, şiddətlə bizə hücum çəkib məhkum edirlər. Bizim haqqımızda pis fikirlərə düşür və bizi nadanlıqda ittihamlandırırlar. Əgər onlar bir az düşünüb elmi metodlara müraciə etsəydilər, "səhabənin ədaləti” prinsipinə heç bir dəlil olmadığını başa düşərdilər. Qurana müraciət etsəydilər, orada münafiqlər barəsində çoxlu söhbətlər getdiyini görərdilər. Bizim bu müddəamıza yalnız "Tövbə” və "Əhzab” surələrinin şahid olması kifayət edər.”
    Ərəb ədəbiyyatının ustadı və Qahirənin "Eynüş-şəms” univerisitetin "ərəb dili” şöbəsinin rəisi Doktor Hamid Həfəni Davud belə yazır: "Şiələrin əqidəsinə əsasən səhabələr də digər insanlar kimi olub, onlarla və onlardan sonra qiyamət gününə qədər gələn insanlar arasında heç bir fərq yoxdur. Çünki onların bu məsələ barəsində olan yeganə əsasları "ədalət” prinsipini qəbul etməkdir ki, səhabələrin və onlardan sonrakı nəslin bütün rəftar və hərəkətlərini onunla uyğunlaşdırırlar. Yüksək fəzilətə malik olan və Həzrət Peyğəmbərin risalətinə əməl edən şəxsləri müstəsna etməklə, o Həzrətlə sadəcə olaraq bir yerdə oturub söhbət etmək insana heç bir fəzilət bağışlamır. Onların bir dəstəsi – Peyğəmbərlə müasir olan imamlar, yəni Əli və onun övladları məsum olmuşlar. Peyğəmbərlə və ondan sonra Əli ilə gözəl rəftar edən bəzi səhabələr də ədalətlidirlər. Beləliklə, səhabələrin bəziləri həqiqətə çatmış, bəziləri əyri düşüncəli, bəziləri fasiq və bəziləri də dinsiz olmuşlar.
    Allaha zahirdə və dildə ibadət edən şəxslər də münafiqlər cərgəsindədirlər. Onlardan da bəziləri öz nifaqlarından əl çəkib İslamdan üz çevirmiş və kafir olmuşlar.
    Bunun mənası budur ki, qiblə əhlinin böyük bir hissəsini təşkil edən şiələr bütün müsəlmanlara eyni gözlə baxır, səhabələri, tabeinləri və onlardan sonrakı nəsilləri bərabər səviyyədə tuturlar. Peyğəmbərlə də yalnız həmsöhbət olmaq insanın məsum və günahsız olmasına gətirib çıxarmır və bu, hər hansı bir şəxs barəsində xüsusi bir əqidə bəsləməsinə səbəb olmur.
    Beləliklə, onlar özlərinə icazə verdilər ki, ictihad üzündən səhabələrə irad tutub onların ədaləti və Peyğəmbərlə həmsöhbət olmağın bütün şəraitlərinə malik olmaqları, eləcə də o Həzrətin xanədanını sevib-sevməmək barəsində bəhs etsinlər.
    Belə də olmalıdır! Çünki İslam Peyğəmbəri (s) belə buyurmuşdur: "Mən sizin aranızda iki və qiymətli ağır əmanət qoyub gedirəm. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri Allahın Kitabı, digəri isə mənim Əhli-beytimdir. Və bu iki əmanət qiyamət günündə Kövsər hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar. Belə isə baxın görün, məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz!”
    Bu və digər hədislərə əsasən, şiələr bir çox səhabənin Peyğəmbər xanədanına zülm etmələrinə, lənət göndərmələrinə, eləcə də bu hədisin əksinə çıxmalarına inanırlar. Belə olduqda, necə demək olar ki, səhabələrin hamısı Peyğəmbərlə həmsöhbət olmağın bütün şəraitlərinə və ədalət nişanələrinə malikdirlər?!
    Dediklərimiz şiələrin səhabə haqqında olan nəzər və əqidələridir ki, onların bəzilərinin ədalətli olmamasını qəbul edirlər. Bu, şiələrin həqiqətlə uyğun gələn elmi dəlil və sübutlarıdır.”
    Doktor Hamid Həfəni Davud başqa bir yerdə etiraf edir ki, səhabələrə irad tutmaq şiələrin bidətlərindən deyildir. Sonra belə əlavə edir: "Keçmiş zamanlarda da "mötəzilə” firqəsi ideoloji məsələlərdə səhabələrə irad tutduqları kimi, xəlifələri də tənqid edərək onlar barəsində bəhs etməklə məşğul olmuşlar. Məhz buna görə də bəziləri onlarla dost, bəziləri isə müxalif olmuşlar.”
    Birinci əsrdə səhabələrdən, yalnız çox dəqiq olan alimlər, xüsusilə mötəzilə alimləri irad tuta bilirdilər və onlardan öncə də bu barədə şiə rəhbərləri və Əhli-beyt tərəfdarları qədəm qoymuşdular.
    Mən həmişə demişəm ki, teoloqlar və mötəzilə firqəsinin alimləri hicri tarixi ilə 1-ci əsrdə şiə rəhbərlərinə borclu olmuş və həmişə onlardan istifadə etmişlər. Buna əsasən, səhabələrə irad tutmaq məsələsi imamiyyə şiələri tərəfindən başlamışdır. İmamiyyə şiələri İslam mədəniyyəti və maarafində əsl mənbə sayılan Əhli-beyt imamlarından bəhrələndikləri üçün teoloji elmlərdə həmişə məharət göstərmiş və məşhur olmuşlar.”("Səhihi Müslümün ؛ərhi”, Nəvəvi, 8-ci cild, səh. 22. ) (Doktor Hamidin söhbətinin sonu.)
    Mənim əqidəmə əsasən, həqiqət axtaran hər bir şəxs həmişə tənqid və irad yolunu öz üzünə açmalıdır, əks halda həqiqətə çata bilməz. Necə ki, əhli-sünnət səhabənin ədaləti haqqında heç bir təhqiq etmədikləri üçün, elə bu günlərdə də haqq və həqiqət yolundan uzaq düşmüşlər.
    ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ SƏHABƏ
    Əhli-sünnə səhabənin mədhində və onların ədalətlərində o qədər irəlilədilər ki, heç bir istisna olmadan hamını adil saydılar! Onlara irad tutan, onların ədalətini qəbul etməyən və ya bəzilərinin fasiq olmasını bildirən hər bir şəxsi görsələr, heç bir məntiqi qəbul etmədən ona hücum çəkirlər. Burada onların söhbətlərinin bir qismini araşdıraraq onların Qurandan, Peyğəmbərin düzgün və sabit sünnəsindən, əql və vicdandan uzaq olduqlarını sübut etmək istəyirik.
    İmam Nəvəvi "Səhihi Müslüm” kitabının şərhində belə yazır: "Bütün səhabələr insanların ən yaxşısı və bu ümmətin sərvərləridirlər. Özlərindən sonrakı insanlardan üstün, nümunə, ədalətli olmuş və heç bir eybə malik olmamışlar. Lakin onlardan sonra gələn insanların eyb və nöqsanları vardır.”(Təhzibut-təhzib”, 1-ci cild, səh. 509. )
    Yəhya ibn Muin deyir: "Hər kəs Osmanı, ya Təlhəni və ya Peyğəmbərin hər hansı bir səhabəsini söysə, yalançı sayılır və onun nəql etdiyi hədisi qəbul etmək olmaz. Allahın, mələklərin və bütün insanların lənəti həmin şəxsə olsun.”("Kəbair”, Zəhəbi, səh. 236 və 238. )
    Zəhəbi deyir: "Ən böyük günahlardan biri də səhabələri söyüb, onlara nalayiq sözlər deməkdir. Hər kəs onlara nöqsan tutsa və ya onlara nalayiq sözlər desə, dindən və müsəlmançılıqdan çıxmışdır.”("Əs-sarimul-məslul”, səh. 570. (Biz bu haqda təhqiq etdikdə, gِrdük ki, bu sualları Faryabidən etmi؛lər.) )
    Qazi Əbu Yəladan soruşdular: "Əbu Bəkri söyən şəxsin hökmü nədir?”
    Cavab verib dedi: Kafirdir!
    Soruşdular: Əgər həmin şəxs ölsə, ona meyyit namazı qılmaq vacibdirmi?
    Dedi: Xeyr!
    Soruşdular: Axı o, Allahın yeganəliyinə inanan şəxslərdəndir?
    Dedi: Ona əl vurmayın və ağac üzərində qəbrə tərəf aparıb dəfn edin!”("Müəyyənul-əhakm fima yətərəddədu beynəl-xəsməyni minəl-əhkam”, səh. 187. )
    İmam Əhməd ibn Hənbəl deyir: "Peyğəmbər (s)-dən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman və sonra Əlidir. Onlar hidayət olunmuşlardan və raşidin xəlifələrindəndirlər. Bu dörd nəfərdən sonra insanların ən yaxşısı Peyğəmbər (s)-in səhabələridir və onların eybləri, nöqsanları və pislikləri haqqında danışmağa heç kəsin ixtiyarı yoxdur. Belə bir iş görən şəxsi bağışlamaq olmaz və onu cəzalandırmaq lazımdır. Onun haqqında axtarış aparıb tövbə etdiyi bəlli olsa, bu, ondan qəbul olunar, lakin bu işi yenə də davam etsə, yenidən cəzalandırılar və ölənə qədər əbədi həbsə məhkum olunar, əgər yenə də tövbə etsə, bağışlanar!!”
    Şeyx Əlaəddin Trablosi Hənəfi belə deyir: "Əgər bir şəxs Peyğəmbər (s)-in hər hansı bir səhabəsini – Əbu Bəkri, ya Öməri, ya Osmanıa, ya Əlini, ya Müaviyəni və ya Əmr Ası söyüb (məsələn) desə ki, onlar haqdan sapmış və kafir olmuşlar, həmin şəxs öldürülməlidir. Əgər bunlardan başqasını söymüş olsa, şiddətlə cəzalandırılmalıdır.”("Əs-səhabə fi nəzəri؛-؛iətil-imamiyyə” səh. 8-9. )
    Doktor Hamid Həfəni Davud sünnülərin söhbətlərinin bir hissəsinə işarə edərək deyir: "Əhli-sünnətin əqidəsinə əsasən, səhabələrin hamısı ədalətli və ədalətdə bərabər səviyyədədirlər. Baxmayaraq ki, ədalətin müxtəlif dərəcələri vardır. Səhabələrdən birini kafir bilən şəxsin özü kafirdir və hər kəs səhabələrdən birini fasiq bilsə, onun özü fasiqdir. Əgər bir şəxs hər hansı bir səhabədən irad tutsa, sanki Allahın Peyğəmbərinə irad tutmuşdur.
    Həmçinin sünnülərin böyük alimlərinin əqidəsinə əsasən, Əli ilə Müaviyə arasında baş verən ixtilaflar, eləcə də bu barədə olan tarixi hadisələr haqqında bəhs etmək caiz deyildir. Səhabələrdən bəziləri ictihad edərək haqqa nail oldular. Əli və onun ardıcıllarını buna misal göstərmək olar. Müaviyə, Aişə və onlara tabe olan bəzi səhabələr də ictihad etdikləri halda, xətaya uğradılar. Sünnülərin nəzərlərinə görə, onların arasında baş verən ixtilaflardan və pisliklərdən söhbət etmək olmaz və onlar haqqında qəzavət etməkdən yayınmaq yaxşıdır. Müaviyə səhabələrdən olduğundan, onu söyməkdən çəkinirlər! Aişəyə nalayiq söz deyən hər hansı bir şəxsi şiddətlə məhkum edirlər. Bir sözlə, onlar haqqında bəhs etməkdən çəkinib, onu Allaha tapşırmaq lazımdır.
    Həsən Bəsri və Səid ibn Müsəyyib bu barədə deyirlər: "Bunlar elə məsələlərdəndir ki, Allah-taala bizim əlimizi onlara bulaşdırmamışdır. Belə olduqda, bəs nə üçün öz dilimizi onlar haqqında danışmaqla məşğul edək?!!!”
    Deyilənlər əhli-sünnətin səhabənin ədaləti haqqında olan əqidəsidir və bizim nəzərimiz də məhz budur.”("Əl-kifayə”, səh. 51; "Təlqihu fuhumi əhlil-asar”, səh. 101.)(Doktor Hamidin söhbətinin sonu!)
    Təhqiq işləri ilə məşğul olan hər bir şəxsin səhabələr və sünnülərin arasında bu ifadənin hansı mənada işlənməsi haqqında çoxlu məlumatı olsa, onların bu iftixar nişanını Peyğəmbəri görən hər bir şəxsə verməsini aydın şəkildə başa düşər!!
    Buxari özünün "Səhih” kitabında yazır: Müsəlman olan hər bir kəs Peyğəmbərlə bir yerdə otursa, ya onu görsə, səhabələrdən sayılır.”
    Əhməd ibn Hənbəl deyir: "Bədr müharibəsində iştirak edən səhabələrdən sonra insanların ən yaxşısı Peyğəmbərlə bir il, ya bir ay, ya bir gün birgə olan, ya da təkcə onu görən şəxslərdir.”("Əl-isabə fi təmyizis-səhabə”, İbn Həcər, 1-ci cild, səh. 10-11. )
    İbni Həcər belə yazır: "Hər kim Peyğəmbərdən bir hədis, yaxud bir söz rəvayət etsə və yaxud iman gətirdiyi halda onu görsə, səhabələrdən sayılır. Hər kəs mömin halında Peyğəmbəri görsə və müsəlman olduğu halda dünyadan getsə, istər Peyğəmbəri çox görsün, istərsə də az, istər o Həzrətdən hədis nəql etsin, istərsə də nəql etməsin, istər müharibələrdə iştirak etsin, istərsə də iştirak etməsin, istər bir kəs onun Peyğəmbərlə bir yerdə olduğunu görsün, istərsə də görməsin, hamılıqla səhabə sayılırlar!”("Əhzab” surəsi, 30-cu ayə. )
    Sünnülərin əksəriyyəti bu əqidədədirlər və hər kəs Peyğəmbəri görsə, yaxud o Həzrətin dövründə dünyaya gəlsə, uşaq olsa da belə səhabə sayılır.
    İbni Səd səhabələri beş qrupa bölmüş və onu özünün "Ət-təbəqatul-kubra” kitabında gətirmişdir.
    "Əl-müstədrək” kitabının müəllifi Hakim Nişapuri səhabələri aşağıda qeyd edəcəyimiz tərtiblə on iki qrupa bölmüşdür:
    1-Hicrətdən öncə Məkkədə müsəlman olanlar. Misal üçün, raşidin xəlifələri.
    2-”Darun-nüdvə”də hazır olanlar;
    3-Həbəşəyə hicrət edənlər;
    4-Birinci "əqəbə”də iştirak edənlər;
    5-İkinci "əqəbə”də iştirak edənlər.
    6-Peyğəmbərdən sonra Mədinəyə hicrət edənlər;
    7-Bədr müharibəsində iştirak edənlər;
    8-”Hüdeybiyyə” sülhündən öncə və Bədr müharibəsindən sonra hicrət edənlər;
    9-”Rizvan” beyətində iştirak edənlər;
    10-Məkkənin fəth olunmasından qabaq və "Hüdeybiyyə” sülhündən sonra hicrət edənlər. Məsələn, Xalid ibn Vəlid, Əmr ibn As və başqaları;
    11-Peyğəmbər (s)-in "tüləqa” (azad olunmuş) adlandırdığı şəxslər;
    12-Peyğəmbər (s)-in dövründə dünyaya gələn uşaqlar və səhabə övladları.
    Sünnülər hamılıqla səhabələrin ədalətli olmasını, dörd fiqh məzhəbləri də qeydsiz-şərtsiz onların rəvayətlərini qəbul edir və onlardan irad tutmağı da caiz bilmirlər. Səhabənin hansı təbəqədə, hansı yaşda olub-olmamasına baxmayaraq, ondan nəql olunan hər bir hədisin düzgünlüyü haqqında heç bir tərəddüd etmir, onu araşdırmadan qəbul edir və başqa hədislərlə ziddiyyət təşkil edib-etməməsinə diqqət etmirlər. Onların əqidəsinə əsasən, səhabələrdən irad tutmaq olmaz; çünki onların hamısı adildir!
    Doğrudan da, bu, zorakılıqdan başqa bir şey deyildir. Əql, düşüncə və insanın təbiəti ilə uyğun gəlmir və elm onu qəbul etmir. Mən əminəm ki, müasir dövrdə yaşayan yüksək mədəniyyətli cavanlar bu gülməli qanunu qəbul etməzlər.
    Elm və aydın dəlil üzərində qurulan İslamın həqiqəti ilə uyğun gəlməyən bu ideyanı sünnülərin haradan gətirdiklərini mən bilmirəm və inanmıram ki, kimsənin bu haqda məlumatı olsun. Kaş ki, bunun haradan gəldiyini biləydim! Kaş ki, onlardan heç olmasa bir nəfər şəxs səhabələrin ədalətli olması barəsində Qurandan, ya Peyğəmbərin sünnəsindən və ya məntiqlə uyğun gələn bir dəlil gətirməklə məni qane edəydir!
    Lakin Allaha həmd və şükürlər edirik ki, biz bu saxta nəzərlərin sirrini öyrəndik və onu gələcək fəsildə bəyan edəcəyik. Digər təhqiqatçılar da onun digər sirlərini açmaqda əllərindən gələni əsirgəməməlidirlər.
    Category: Həqiqət olduğu kimi... 2 | Added by: Islam_Kitabxanasi
    Views: 879 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024