İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 1

    Həqiqət olduğu kimi... 1
    2012-03-13, 2:24 PM
    DƏLİL VƏ SÜBUTLAR
    Sünnülərin məşhur və mötəbər kitabı olan "Təbəqati Hənabələ”də deyilir: İbni Əbi Yəli öz sənədi ilə Vərizə Həmsidən rəvayət edir: Həzrət Əlini dördüncü raşidin xəlifə elan etdikdən sonra Əhməd ibni Hənbəlin yanına getdim. Dedi: Ey Əba Əbdillah! Sənin bu hərəkətin Təlhə və Zübeyri təqsirkar bilməkdir. Dedim: Bu nə sözdür? Bizim onların müharibəsi ilə nə işimiz var? Niyə ondan danışmalıyıq? Dedim: Allah səni hidayət etsin, sən xilafəti dörd nəfərlik etdikdən sonra Əlinin itaətini vacib etmisən. Qabaqda olan imamların bütün hüquqlarını ona vermisən. Bu dastandan söz demişik!
    O, mənə dedi: Niyə görə bu işi görməyim?!
    Dedim: İbni Ömərin hədisinə görə.
    Dedi: Ömər oğlundan daha yaxşı idi. O, Əlinin müsəlmanların xəlifəsi olmasına razı olub onu şuraya daxil etdi. Əli özünü Əmirəl-möminin adlandırırdı. İndi mən necə deyə bilərəm ki, o, Əmirəl-möminin deyildir!?
    Deyir: Mən daha onunla danışmadım və ondan ayrıldım.(Təbəqati Hənabilə”, 1-ci cild, səh. 393, hədis: 515. )
    Bu hədisdən ələ gəlir ki, əhli-sünnət Həzrət Əli (ə)-ın xilafətini qəbul etməmiş, onu düzgün saymırdılar. Bu iş yalnız Əhməd ibni Hənbəldən sonra həyata keçmişdir.
    Məlumdur ki, bu hədisçi "əhli-sünnət və camaat”ın başçısı və natiqidir. Onlar Abdullah ibni Ömərin hədisini nəzərdə tutub Əli (ə)-ın xilafətini qəbul etmirdilər. Buxari bu hədisi öz "Səhih”ində gətirmişdir. Beləliklə, onlar Buxarini Qurandan sonra ən səhih və mötəbər saydıqlarına görə, gərək Əli (ə)-ın xilafətini nə saysınlar, nə də qəbul etsinlər!!!
    Mən bu hədisi "Elm əhlindən soruşun” kitabında gətirmişəm. Yenidən burada gətirməyi məsləhət bilirəm. Çünki bəzən təkrar çox faydalı olur. Buxari öz "Səhih”ində Əbdullah ibni Ömərdən rəvayət edir ki: Biz Peyğəmbər (s)-in vaxtında kimlərin üstün olması barədə bəhs edirdik. Birinci Əbu Bəkri, sonra Ömər ibni Xəttabı, ondan sonra isə Osman ibni Əfvanı qərar verdik.("Səhihi Buxari”, 4-cü cild, səh. 191. )
    Buxari öz "Səhih”ində başqa bir hədis gətirir ki, bundan daha aşkar və aydındır. Abdullah ibni Ömər deyir: Peyğəmbərin zamanında heç kəsi Əbu Bəkrlə bir bilmirdik, ondan sonra Öməri və ondan sonra Osmanı üstün sayırdıq. Bunlardan sonra isə Peyğəmbərin bütün yoldaşları bərabər idi.("Səhihi Buxari”, 4-cü cild, səh. 203. )
    Peyğəmbər (s)-in nə təsdiq etdiyi və nə də nəzər verdiyi bu hədis Abdullah ibni Ömərin öz səhv düşüncəsinə və Həzrət Əli (ə)a qarşı olan düşmənçiliyinə qayıdır. Əhli-sünnət və camaatın məzhəbinin binası Həzrət Əli (ə)-ın xilafətini tanımamaq üstündə qoyulmuşdur.
    Bəni Üməyyə bu və bunun kimi başqa hədislərə arxalanaraq Həzrət Əli (ə)-a pis sözlər deyib lənətləməyi rəva gördülər. Bəni Üməyyə rəhbərləri Müaviyədən başlayıb (hicrətin 132-ci ilinə qədər) Mərvan ibni Məhəmməd ibni Mərvana qədər Əli (ə)-a minbərlərdə lənət göndərirdilər. Bu siyasətə qarşı çıxanları və şiələri isə öldürürdülər.(Lənətin götürülməsi cəmi iki il Ömər ibni Əbdül-Əzizin vaxtında dayandırıldı və o dünyadan getdikdən sonra daha da şiddətləndi.)
    Abbasilər xilafətə gəldikdən sonra Əbul-Abbas Səfvanın zamanından (hicrətin 132-ci ili) Mütəvəkkilin zamanına qədər (247-ci ilə qədər) Həzrət Əli (ə) və onun şiələrindən bezarlıq müxtəlif yollarla davam etdi. Çünki Abbasilər dövləti Peyğəmbər ailəsinin cəsədləri üzərində ayaq tutmuşdu. Baxmayaraq ki, onlar öz dövlətlərini qorumaq üçün aşkar şəkildə Həzrət Əli (ə)-a lənət göndərə bilmirdilər, lakin öz xüsusi yığıncaqlarında Bəni Üməyyədən artıq bu işi görürdülər. Onlar tarixdən təcrübə alaraq, xalqın məhəbbətini Əhli-beytə tərəf yönəldir və bundan öz xeyirlərinə istifadə edirdilər. Özlərini imamlara yaxın edib onlarla bir olmalarını xalqa göstərirdilər. Onlar bu yolla xalq arasında qalxa biləcək inqilabların qarşısını almaq istəyirdilər. Necə ki, Harunun oğlu Məmun Abbasi bu işi İmam Rza ilə gördü. O, bu işi ilə daxili inqilabları yatıra bildi. Vəziyyəti ələ aldıqdan sonra imamlara qarşı hörmətsizliyini yenidən başladı. Hətta Həzrət Əli (ə)-a düşmənçilikdə məşhur olan Mütəvəkkil o həzrətin və övladı İmam Hüseyn (ə)-ın qəbrini dağıtdı.
    Elə buna görə, Əhməd ibni Hənbəlin vaxtına qədər "əhli-sünnə”nin Həzrət Əli (ə)-ın xilafətini qəbul etməməsini qeyd etdik.
    Əlbəttə, Əhməd ibni Hənbəl ilk dəfə bu işə başladısa da, amma əhli-hədis bunu qəbul etməmişdi. Çünki onlar Abdullah ibni Ömərə itaət edirdilər.
    Əhməd ibni Hənbəlin bu əqidəsini qəbul etmək üçün hələ çox vaxt lazım idi. Hənbəlilər bu işlə özlərini insaflı və şiələrə dost kimi göstərə bildilər. Maliki, Hənəfi və Şafei – ki, onlarla rəqabət aparırdılar – qabağa düşüb özlərinə çoxlu arxa tapdılar.
    Zaman keçdikcə, qalanlar da Əhməd ibni Hənbəlin sözünü qəbul edib raşidin xəlifələrini dörd bildilər. Qalan üç xəlifə üçün istədikləri riza və bağışlanmanı onun üçün də Allahdan istədilər.
    Bütün bu dediklərimiz əhli-sünnət və camaatın o zaman Həzrət Əli (ə)-ın düşmənlərindən olmasını çatdırır. Onlar daim Əli (ə)-ı kiçildib gözdən salmağa çalışırdılar.
    Mümkündür ki, belə bir sual qarşıya çıxsın: Bu gün əhli-sünnət və camaatın Həzrət Əli (ə)-a olan məhəbbətini və onun üçün Allahdan behişt istədiyini müşahidə etdiyimiz halda, sizin sözləriniz nə qədər həqiqətlə uyğundur?
    Cavab: Bəli, zaman keçdikcə Əhli-beyt imamları dünyadan getdilər. Hökmlərin qüdrətini təhlükəyə salacaq qüvvə artıq yox olmuşdu. Digər tərəfdən İslam xilafətinin qüdrəti zəifləmiş, qul-qaravaşlar, monqollar və tatarlar ona sahib olmuşdular. Müsəlmanlar eyş-işrətə qurşanmış, namaz onların arasında qiymətsiz olmuş, yaxşı pisə, pis yaxşıya çevrilmişdi. Bu vaxt təzə müsəlmanlar qədim müsəlmanları yada salıb ağlayırdılar. Onların böyük insan olmaları yadlarına düşər, o vaxtları parlaq günlər kimi xatırlardılar.
    Ən yaxşı zamanın sahəbələr zəmanəsi olduğunu bilirdilər. Belə ki, bu zamanlar dövlətlər fəth olmuş, İslam imperatorluğu şərq və qərbi tutmuşdu. Xosrovlar və çarlar İslam qarşısında diz çökmüşdülər. Belə bir vaxta görə bütün səhabələrə, o cümlədən Əli ibni Əbi Talibə rəhmət oxumağa başladılar. Əhli-sünnət bütün səhabələri adil bildikləri üçün Əli (ə)-ı onlardan ayıra bilməzdilər.
    Əgər Əli (ə)-ı onlardan ayırsaydılar, rüsvay olardılar. Elə buna görə də Əli (ə)-ı raşidin xəlifələrindən saydılar və yadlarına düşdü ki, o həzrət Peyğəmbər elminin qapısıdır. Beləliklə: "Allah ondan razı olsun” – deməyə başladılar.
    Onlara üz tutub deyirik: Əgər Əli (ə)-ı elm şəhərinin qapısı olduğunu qəbul edirsinizsə, bəs nə üçün din və dünya məsələlərində ona itaət etmirsiniz?
    Öz ixtiyarınızla elm şəhərinin qapısını tərk edib Əbu Hənifə, Malik, Şafei, Əhməd ibni Hənbəl və İbni Teymiyyəyə itaət edirsiniz. Bunu bilirsiniz ki, onların heç biri elm, əməl və fəzilətdə Əli (ə)-ın ayağının tozuna da çata bilməz. Sözsüz, bu belədir. Çünki yerlə göy, oraqla qılınc qiyas olunmazlar. Müaviyə ilə Əli (ə)-ın nə oxşarlığı ola bilər? Bundan başqa Peyğəmbər (ə) Əli (ə)-a itaəti bütün müsəlmanlara vacib etmişdir. Ola bisin ki, əhli-sünnədən biri belə desin: Əli (ə)-ın üstünlüyü, birinci olması, cihadı, çoxlu biliyi, təqvası hamıya məlumdur, bəlkə demək olar ki, bu gün əhli-sünnət Əli (ə)-ı şiədən də artıq tanıyır və sevirlər. (Bu söz bu gün onların daha çox təkid etdiyi sözdür.)
    Biz onlara cavab verib deyirik: Əli (ə) yüz illərlə siz və sizin babalarınız tərəfindən minbər üstə lənətlənəndə haradaydınız?(Biz bilərəkdən deyirik ki, "haradaydınız” və məqsədimiz öz zamanımızdakı əhli-sünnədir. Çünki onlar "Səhihi Müslüm”də oxuyurlar ki, Müaviyə Əli (ə)-ı söyürdü və səhabəyə də belə etmələrinə göstəriş verirdi və onlar da etiraz etmirdilər, əksinə yenə də öz rəhbərləri olan Müaviyə üçün Allahdan razılıq istəyir, onu vəhy yazıçısı bilirdilər. Bu məsələ göstərir ki, onların Əli (ə)-la olan dostluğu yalan və etibarsızdır. )
    Biz onlardan bir kəsin bu işin nə qarşısını almasını, nə də bu işə etiraz etməsini, nə tarixdə oxumuşuq, nə də görmüşük. Əli (ə)-ı sevməsinə görə heç kəs onlardan öldürülməmişdir. Bəli, biz heç vaxt bunu eşitməyəcəyik. Onlar həmişə öz padşahlarının sözünü eşidəcək və onlara itaət edəcəklər. Onların istədiyi kimi əməl edib Əli (ə) şiələrini qətlə yetirəcəklər.
    Məsihilər uzun əsrlər yəhudilərlə düşmənçilik edib onlarla mübarizə aparmışlar. Həzrət İsanın ölümündə onları təqsirkar bilirdilər. Amma getdikcə zəiflədilər, din onların arasında qiymətsiz sayıldı. Çoxu maddiyyata üz tutub dini kənara atdı. (Çünki kilsə elm və alimlərlə mübarizəyə qalxmışdı). Bu vaxt fürsətdən istifadə edən yəhudilər özlərində qüdrət tapıb ayağa qalxdılar. Ərəb və islam torpaqlarını işğal edib şərq və qərb tərəfdən nüfuz etdilər. İsrail dövləti yarandı. Bu vaxt papa – Yuhənna, Pulos – yəhudi xaxamlarının yığıncağında yəhudi millətinin Həzrət İsanı öldürmək günahını bağışladı. Xalq bu xalqdır və zaman bu zaman.
    ƏHLİ-SÜNNƏ VƏ SÜNNƏNİ AYAQ ALTINA QOYMAQ
    Bu bəhsdə mühəqqiqlərin daha artıq bilməsinin lazım olduğu bir məsələnin üstünü açmaq istəyirəm. Onlar bilməlidirlər ki, özlərinə əhli-sünnə adı qoyanlar, həqiqətdə sünnədən heç nə bilmirlər. İtaət etdikləri raşidin xəlifələri Peyğəmbərin sünnəsi qarşısında mənfi mövqe tutub onu yandırmış, onu açıqlamağı xalqa qadağan etmişdilər.(Bunun barəsində "Elm əhlindən soruşun” kitabında bəhs etmişik.)
    Bundan əlavə, Peyğəmbər (s)-in pak sünnətinin açıqlanmasının qarşısını alan səbəbin üstündən pərdə götürməliyik. Onlar ilk növbədə çalışırdılar ki:
    1. İşlərinin üstünü örtmək üçün yalançı hədislər düzəltsinlər. Müslüm öz "Səhih”ində deyir: Hədda ibni Xalid Əzdi Həmmamdan, o da Zeyd ibni Əsləmdən, o da Əta ibni Yəsardan, o da Əbi Səid Xudridən rəvayət edir ki, Allah Peyğəmbəri buyurmuşdur: Mənim dilimdən heç nə yazmayın. Hər kəs Qurandan başqa bir şey yazmışdırsa, gərək onu pozsun və bunun heç bir qorxusu yoxdur.
    Bu hədisi düzəltməklə Əbu Bəkr və Ömərin Peyğəmbər (s)-in hədislərinin başına gətirdikləri oyunu ört-bastır etmək istəyirlər. Bu hədis raşidin xəliflərinin zamanından çox-çox sonra düzəldilmişdir. Amma onlar bunu düzəltməklə bir neçə şeyi yaddan çıxarmışlar:
    Əgər Peyğəmbər (s) belə sözü demiş olsaydı, gərək bütün səhabə ona itaət edəydi. Əbu Bəkr və Ömər qadağan etməmişdən qabaq özləri bu işin qarşısını alaydılar ki, iş bir neçə il Peyğəmbər (s)-dən sonraya çəkməyəydi.
    2. Əgər bu hədis düz olsaydı, əvvəl gərək Əbu Bəkr və Ömər onu xalqa deyib dəlil gətirəydilər ki, xalq bu işi görməkdən çəkinsin, öz tutduğu işlərdən üzr istəyəyib, bilmədiklərinə etiraf etsin.
    3. Bu hədis düz olsaydı, onlar gərək hədisləri yumaqla pozaydılar, belə ki, işi yandırmağa çəkməyəydilər.
    4. Əgər bu hədis düz olsaydı, bütün müsəlmanlar, Ömər ibni Əbdül-Əzizin vaxtından bu günə qədər hamısı günahkardır. Onlar Peyğəmbər (s)-in dediyinin əleyhinə əməl etmişdilər. Belə isə, Ömər ibni Əbdül-Əzizin günahı hamısından çoxdur. O, hədislərin yığılmasına əmr vermişdi. Buxari və Müslüm Peyğəmbərin bu hədisini səhih saydıqları halda, özləri Peyğəmbərdən minlərlə hədis nəql etmişlər.
    5. Əgər bu söz düz olsaydı, elm şəhərinin qapısı Əli (ə) ondan xəbərdar olardı. O, Peyğəmbər (s)-in hədislərini uzunluğu yetmiş dirsək olan səhifəyə yazmış və "Came” adlandırmışdı. (Bu barədə, inşaallah, danışacağıq.)
    6. Bəni Üməyyə xəlifələri Peyğəmbər (s)-i adi insan kimi göstərmək istəyirdilər. İstəyirdilər deyələr ki, o, məsum olmamış, başqa insanlar kimi səhvə yol vermişdir. Bu barədə bir neçə hədis də gətirmişlər. Onlar bununla demək istəyirdilər ki, Peyğəmbər (s) öz ictihadına əməl etmiş və çox vaxt səhvə yol vermişdir. Hətta bəzən səhabələr çarəsiz qalıb onun səhvini düzəldirmişlər. Məsələn, xurma ağacını məhsuldar etmək, hicab ayəsinin nazil olması, münafiqlər üçün tövbə etmək, müharibə əsirlərindən fidyə almaq və. s. kimi hədisləri əhli-sünnət öz "Səhih” kitablarında gətirmişlər. Bəli, onlar Allah Peyğəmbəri haqqında belə düşünürlər.
    Biz əhli-sünnət və camaata üz tutub deyirik: Əgər sizin getdiyiniz yol və fikriniz belədirsə, Allah Peyğəmbərinin sünnətinə əməl etməyinizi necə iddia edirsiniz? Axı sizin nəzərinizcə, onun sünnəti pak və məsum deyildir?! Başqa bir tərəfdən onun sünnəti nə bilinməmiş, nə də yazılmamışdır. (Qabaqda işarə etdiyimiz kimi, Peyğəmbər (s) (onların fikrincə) hədis yazmağa icazə verməmiş, Ömər isə olanları yandırmışdı. Belə olduğu halda sizin "Səhih” kitablarınızda olan hədislər nə vaxt yaranıb və kimdəndir?
    Amma biz sizin yalanları qəbul etmirik və sizin öz hədislərinizlə onları batil bilirik.
    Buxari özünün "Səhih” kitabının "elm” bölümündə Əbu Hüreyrənin belə dediyini rəvayət etmişdir: Peyğəmbər səhabələrindən heç biri mənim qədər – Abdullah ibni Əmrdən başqa – ondan hədis rəvayət etməmişdir, çünki o yazırdı, mən isə yazmırdım.("Səhihi Buxari”, 1-ci cild, səh. 36, "elm” kitabı” fəsli. )
    Bu rəvayətdən göründüyü kimi, Peyğəmbər (s)-in bəzi səhabələri onun hədislərini yazırmış. Əbu Hüreyrə yazıb oxumaq bilmədiyi halda Peyğəmbərdən altı mindən artıq hədis nəql edirsə, Abdullah ibni Əmr ibni As yaza bilmədiyi halda ondan çox hədis nəql etməlidir. Əbu Hüreyrənin etiraf etdiyi kimi, o, yaza bilmir, Abdullah ibni Əmr isə yazırdı.
    Sözsüz, səhabələrdən bir çoxu Peyğəmbər (s)-in hədislərini yazırmış, amma çox hədis yazmadıqlarına görə Əbu Hüreyrə onların adlarını çəkmir.
    Onlardan əlavə, imam Əli ibni Əbi Talib də hədis yazmışdır. Bir gün öz "Came” kitabını minbərin üstündə açıb xalqın ehtiyacı olan bütün hədisləri Peyğəmbər (s)-dən yazdığını göstərdi. Ondan sonra Əhli-beyt imamları bu kitabı saxlamış və çox vaxt ondan hədis nəql etmişlər.
    İmam Cəfər Sadiq (ə) buyurmuşdur: Bizdə uzunluğu yetmiş dirsək olan kitab vardır. Onu Peyğəmbər (s) demiş və Əli (ə) da yazmışdır. Xalqın ehtiyacı olan bütün halal və haram şeylər orada yazılmışdır. Hər bir şeyin, hətta kiçik bir cızığın hökmü də orada vardır.("Üsuli-kafi”, 1-ci cild, səh. 239: "Bəsairul-dərəcat”, 37-ci cild, səh. 142-145. )
    Buxari öz "Səhih”ində qeyd edir ki, bu kitab Həzrət Əli (ə)-da olmuşdur. O, bu sözü bir neçə kitabda təkrar etmişdir. Buna baxmayaraq, adət üzrə kitabın bəhs, fəsil və bablarından söz açmır.
    Buxari "kitabətul-elm” babında yazır: Şəbidən, o da Əbu Cüheyfədən nəql edir:
    Əliyə dedim: Sizdə kitab vardırmı?
    Dedi: Allahın :itabı, müsəlman insanın başa düşəcəyi və bu səhifədən başqa heç nə yoxdur.
    Dedim: Bu səhifə nədir?
    Dedi: Əql (ailənin kişisi tərəfindən verilən diyə), əsirin azad olması və müsəlmanın kafirə görə öldürülməsi.(Səhihi Buxari”, 1-ci cild, səh. 36)
    "Səhihi Buxari” başqa bir yerdə deyir: İbrahim Teymi öz atasından nəql etmişdir ki: Əli (ə) bizim üçün moizə edib buyurdu: Bizim Allahın Kitabı və bu səhifədən başqa oxumağa bir şeyimiz yoxdur.("Səhihi Buxari”, 2-ci cild. səh. 221. )
    Yenə öz "Səhih”inin başqa bir yerində deyir: Əlidən rəvayət olmuşdur ki, buyururdu: Biz Peyğəmbərdən Quran və bu səhifədən başqa heç nə yazmamışıq.("Səhihi Buxari”, 4-cü cild, səh. 69. )
    Həmçinin Buxari "Səhih”inin başqa bir yerində belə buyurur: İbrahim Teymi öz atasından eşitmişdir ki, dedi: Əli (ə) kərpicdən olan minbər üstündə bizə moizə edirdi. Kəmərinə qılınc bağlamış, əlində səhifə də vardı, buyurdu: Allaha and olsun! Bizim Allahın Kitabı və bu səhifədə olandan başqa oxumağa heç nəyimiz yoxdur.("Səhihi Buxari”, 8-ci cild, səh. 144. )
    Buxari imam Sadiq (ə)-ın sözünü gətirməmişdir. İmam buyurdu: Bu səhifəni "Came” adlandırmışlar. Bütün halal və haram olan məsələlər onda vadır. İslamın bütün hökmləri, hətta insanın bədəninin qaşınması hökmü də Allah Peyğəmbərinin imlası və Həzrət Əlinin xətti ilə onda gəlmişdir. Onda "əql” hökmü (yəni öldürənin qohumları tərəfindən diyə verilməsi), əsir azadlığı, müsəlmanın kafirə görə öldürülməməsi də qeyd olmuşdur.
    Bu iş haqqı gizlətmək və aldatmaqdır. Mümkündürmü ki, bir nəfər bu dörd cümləni kitabında yazaraq qılıncının yanına bağlasın və özü ilə gəzdirsin? Minbər üstünə qalxıb onu oxusun və desin: Qurandan sonra bu kitab bizim mərcəyimizdir. Biz Qurandan başqa, yalnız Peyğəmbərdən bu səhifəni yazmışıq.
    Məgər Əbu Hüreyrənin ağıl və huşu Həzrət Əli (ə)-dan artıqdı ki, yazmadan, yalnız əzbərləməklə Peyğəmbər (s)-dən yüz min hədis bilir?
    Allaha and olsun, bunların işi təəccüblüdür. Ömrünün təkcə üç ilini Peyğəmbər (s)-lə keçirmiş, savadı olmayan Əbu Hüreyrədən yüz min hədis qəbul etdikləri halda, elm şəhərinin qapısı olan Həzrət Əli (ə)-ın yalnız dörd hədisdən ibarət olan bir kağızı olduğunu düşünürlər. Bu səhabələr müəllifi o kağızı Peyğəmbər (s)-in zamanından öz xilafətinə qədər saxlamış, minbər üstündə öz qılıncına bağlayırmış? Bu, xoşagəlməz və yalan sözdən başqa bir şey deyildir.
    Biz bu səhifədə nələr yazılmasını isbat etmək fikrində deyilik. Səhabələr onu daha yaxşı bilirlər. Onlar haram və halaldan tutmuş, hətta kiçik cızıntının da hökmünün orada olmasını deyirlər.
    Biz onu sabit etmək istəyirik ki, səhabələr Peyğəmbər (s)-in hədislərini yazırmış.
    Əbu Hüreyrənin hədis yazması və eyni zamanda Abdullah ibni Ömərin də hədis yazmasını təsdiq etməsi, başqa bir tərəfdən Həzrət Əli (ə)-ın Qurandan başqa, yalnız Peyğəmbər (s)-dən "səhifə”ni yazmasını buyurması, Peyğəmbər (s)-in hədis yazmasını qadağan etməsinə aydın dəlildir. Müslümün öz "Səhih”ində rəvayət etdiyi hədisə gəldikdə isə bu, yalandan başqa bir şey deyildir. Onlar bu cür hədisləri yazmaqla xəlifələrin tutduqları işlərin – hədis yandırmalarının – üstünü örtmək istəyirlər. Amma Həzrət Əli (ə)-ın buyurması ki, "biz Peyğəmbərdən Quran və bu kitabdan başqa heç nə yazmamışıq”, – özü Peyğəmbərdən hədis yazılmasına dəlil olmaqla yanaşı, onun bu işi qadağan etməməsini də çatdırır. Çünki o, elm şəhərinin qapısı, Peyğəmbər (s)-in ən yaxın adamıdır.
    Buna əgər imam Sadiq (ə)-ın rəvayətinə də əlavə etsək ki, buyurur: "Came kitabı Həzrət Peybəmbər (s)-in buyurması və Əli (ə)-ın xətti ilə olmuşdur”, məlum olar ki, Peyğəmbər (s) bu işi qadağan etməmiş, əksinə hədis yazmağı buyurmuşdur. Əziz oxucuya heç nə qaranlıq qalmasın deyə, aşağıdakı açıqlamanı gətiririk:
    Hakim "Müstədrək”də, Əbu Davud "Sünən”də, imam Əhməd "Müsnəd”də, Darəmi "Sünən”də və Abdullah ibni Ömər çox mühüm bir hədis nəql edirlər. (Abdullah ibni Ömər həmin kəsdir ki, Peyğəmbərin hədislərini yazırdı.)
    Abdullah ibni Ömər deyir: Mən Peyğəmbərdən hər nə eşidirdimsə, onu yazırdım. Qüreyş mənim qarşımı alıb dedilər: Nə üçün Peyğəmbərdən bütün eşitdiklərini yazırsan? O insandır, həm əsəbi halda söz deyir, həm də xoş halda.
    Abdullah deyir: Bundan sonra mən yazmaqdan əl saxladım. Bu əhvalatı Peyğəmbər (s)-ə danışdım. Buyurdu: Yaz, and olsun O kəsə ki, mənim canım Onun əlindədir, bu ağızdan haqq sözdən savayı bir söz çıxmır.("Müstədrəki Hakim”, 1-ci cild, səh. 105; "Sünəni Əbi Davud”, 3-cü cild, səh. 318, hədis: 3646; "Sünəni Darəmi”, 1-ci cild, səh. 125; "Müsnədi Əhməd ibni Hənbəl”, 2-ci cild, səh. 126; ":ənzül-ümmal”, 10-cu cild, səh. 222. )
    Bu hədisdən məlum olur ki, Abdullah ibni Ömər Peyğəmbər (s)-dən eşitdiyi hər bir şeyi yazırmış. Onu yazmağı qadağan edən Peyğəmbər (s) deyil, Qüreyş imiş. Abdullah ibni Ömər bilərəkdən onların adını demir, yalnız "Qüreyş” deməklə onların adını gizlədir, Qüreyşdən məqsədi onların mühacirlər arasında olan başçılarıdır. O cümlədən, Əbu Bəkr, Ömər, Osman, Əbdürrəhman ibni Ovf, Əbu Cübeyrə, Təlhə, Zübeyr və onların həmfikirləridir.
    Gördüyümüz kimi, onlar hətta Peyğəmbər (s)-in vəfatında bu işin qarşısını almağa çalışırmışlar. Əgər belə deyilsə, bəs nə üçün Abdullah ibni Ömərin qarşısını alıb Peyğəmbərin sünnətini yazmasına qoymurlar?
    Digər bir tərəfdən "Allah Peyğəmbər (s)-i insandır, qəzəbli və şad halda söz deyir” deməklə onlar özlərinin Peyğəmbərə qarşı olan süst əqidələri göstərmiş olurlar. Onların sözündən belə çıxır ki, o, düz danışmır, yersiz hökm edir və məxsusən qəzəbli halda bu işləri görür.
    Peyğəmbər (s)-in Abdullah ibni Ömərin cavabında yaz: "And olsun Allaha, bu ağızdan haqq sözdən savayı söz çıxmır” – dediyi cümlə onların Peyğəmbərin ədalətində şəkk etməsini və onun xəta və səhv edə biləcəyinə inandıqlarını göstərir. Amma Peyğəmbər and içir və bildirirdi ki, dediyi hər bir söz haqdır. Bu söz həqiqətdə Quran ayəsini təfsir edir ki, Allah-taala buyurur:
    وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
    "O, özündən (həvayi-nəfsdən) söz demir, onun dediyi vəhy olunmuş vəhydir.” (Ən-nəcm” surəsi, 3-4-cü ayələr. )
    O məsumdur, səhv etmir və boş söz danışmır. Beləliklə, bizim yəqinimiz vardır ki, əməvilər vaxtında düzəldilmiş və Peyğəmbər (s)-i qeyri-məsum göstərən hədislər düz deyildir. Bundan əlavə, bu hədis onların Abdullah ibni Ömərə nüfuz etməsini göstərir. O da onların sözündən sonra hədis yazmaqdan əl götürür. Yalnız Peyğəmbər (s)-ə dedikdən və onun məsum olmasını yəqin etdikdən sonra yazmağa başlayır.
    Peyğəmbər (s)-in məsum olması haqqında şəkk, hətta onun hüzurunda da baş vermişdir. Onlar Peyğəmbər (s)-dən soruşurdular: "Sən doğrudan da peyğəmbərsən?”(Səhihi Buxari”, 3-cü cild, səh. 182. ) Ya "sən o kəssən ki, Peyğəmbər olmasını güman edir?("İhyau ülumiddin”, Qəzzali, 2-ci cild, səh. 29. Aişənin Peyğəmbərlə söhbəti. )Ya da "Allaha and olsun, bu bölgüdə Allahı nəzərə almamısan.”("Buxari”, 4-cü cild, səh. 61.)
    Aişə Peyğəmbərə (adi adamlara deyilən kimi) deyirdi: "Allah sənin ürəyinin istədiyini tez verir.” Ya da ona deyirdi: "Tündlük etmə” və bir çox başqa sözlər ki, onların Peyğəmbərin məsumluğu barəsində şəkk etmələrini göstərir.
    Peyğəmbər (s) böyük əxlaqa malik, mehriban və ürəyi açıq idi. Çox vaxt onları başa salır, şübhələrini aradan aparırdı. Bəzən "mən öz vəzifəmi yerinə yetirənəm” və bəzən də "Allaha and olsun! Mənim məqamım çox ucadır, mən belə iş görmərəm” sözlərini işlədirdi. Çox vaxt belə buyururdu: Allah qardaşım Musaya rəhmət etsin, ona bundan da artıq əziyyət etdilər və o isə səbir etdi.
    Bəli, bu sözlər Peyğəmbər (s)-in ismətini kiçik saymaq, onun peyğəmbərliyində şəkk etmək deməkdir. Bunu deyənlər qovulmuşlar, ya münafiqlər deyildir, təəssüflər olsun ki, böyük səhabələr və möminlər anası Aişədir!! Bəli, bunlar əhli-sünnət və camaatın qabaqcıl örnəyi və rəhbərləridir. Allah bizim dadımıza çatsın!! Hər vaxt başa düşsək ki, bu hədis: "mənim dilimdən heç nə yazmayın” – sənədsizdir və əsası yoxdur, onda bizim yəqinimiz daha da artacaqdır. Əbu Bəkr o həzrətin hədislərini yazmış və bəzisini yığmışdı. Xilafətə çatdıqdan sonra isə, məlum olmayan səbəblərə görə onları yandırdı.
    Qızı Aişə deyir: Atam Allah rəsulundan beş yüzə qədər hədis yığdı. Bir gecə gördüm ki, yerində qovrulub yata bilmir. Dedim: Ola bilər ki, ya xəstədir, ya da pis bir xəbər eşidib. Səhər olduqda dedi: Səndə olan hədisləri gətir, mən gətirdikdə o, hədislərin hamısını yandırdı.("Ənzül-ümmal”, 10-cu cild, 285.)
    Ömər ibni Xəttab da öz xilafəti zamanı bir gün xalq üçün moizə edib dedi: Heç kəs öz yanında yazılmış bir şey saxlamasın, hər nə var gətirsin. Hamı belə fikirləşdi ki, o yalnız hədislərə baxmaq üçün və qarşıda ixtilaf çıxmasın deyə onları toplamaq istəyir. Onlar yazdıqlarını gətirəndə, o hamısını yandırdı.("Təbəqatul-:übra ibni Səd”, 5-ci cild, səh. 188. )
    O, şəhərlərə adam göndərib əmr verdi: Hər kəsdə hər nə varsa, təmizləyin.("Cameu bəyanil-elm”, İbni Əbdül-bir, 1-ci cild, səh. 65. )
    Bu onu göstərir ki, səhabələr, istər Mədinədə olsun və istərsə də ətraf şəhər və kəndlərdə, hamının kitabı olmuşdur. Onlar bu kitablarda Peyğəmbər (s)-in hədislərini yığmışdılar. Amma Əbu Bəkr və Ömərin əmri ilə hamısı yandırıldı. (Siz Allah, görün bu Əbu Bəkr və Ömər Peyğəmbərin sünnəsi ilə nələr etdilər?!) Peyğəmbər ümmətinin o rəvayətlərə çox böyük ehtiyacı olduğu halda, onların əlindən alındı. Onlar bu rəvayətlərlə Quranı başa düşüb şəri hökmləri ələ gətirə bilərdilər. Allaha and olsun, bu rəvayətlər hamısı səhih və düz idi. Çünki onlar şəxsən Peyğəmbərin özündən eşidilib yazılmış, arada heç bir fasilə yox idi. Təəssüflər olsun ki, sonrakı dövrlərdə yazılan hədislər isə yalan və uydurmadan ibarətdir. Çünki müsəlmanlar arasında ixtilaf düşdüyü üçün zalım rəhbərlərin əmri ilə yazılmışdı.
    Beləliklə, biz heç cür qəbul edə bilmərik ki, Peyğəmbər (s) səhabələrin hədis yazmasının qarşısını almışdır. Qeyd etdiyimiz kimi, o zaman səhabələrin bir çoxu hədis yazmışlar. Məxsusən Həzrət Əli (ə)-ın uzunluğu yetmiş dirsək olan yazdığı və həmişə özü ilə gəzdirdiyi səhifə idi, hər şeydən onun içində olduğu üçün "Came” adlanırdı.
    O vaxtın hakim dairələri öz möhkəmliyini Peyğəmbərin sünnətinin məhv olmasında görürdü. Bu işdə onlara arxa olan bəzi səhabələr də kömək edirdi. Beləliklə, onların öz ictihadlarına əməl etməkdən başqa yolları yox idi. Onlar öz ictihadlarına Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Mərvan Həkəm, Əbdül-Məlik Mərvan, Vəlid ibni Abdullah və Süleyman Əbdül-məliki də artırmışlar. Bu, Ömər ibni Əbdül-Əzizə qədər davam etmişdir. Ömər ibni Əbdül-Əziz hakimiyyətə çatdıqdan sonra Əbu Bəkr Həzəmidən Peyğəmbərin hədis və sünnətini və Ömər ibni Xəttabın dediklərini yazmağı istədi.("Müvəttəi Malik”, 1-ci cild, səh. 5. )
    Bəli, yüz ildən sonra sünnətin yazılması azad oldu. Əməvilərin bu təəssübsüz xəlifəsi (əhli-sünnə onu raşidin xəlifələrə artırırlar) Peyğəmbər və Ömərin sünnətinin yazılması əmrini verir. Sanki Ömər ibni Xəttab Peyğəmbərlə nübüvvətdə şərik olmuşdur!!!
    Nə üçün Ömər ibni Əbdül-Əziz öz zamanında olan Əhli-beyt imamlarından "Cameə”ni istəmədi? Öz ata-babalarının hədislərini hamıdan artıq bildikləri halda onlardan hədis yığmalarını istəmədi? Haqq ardıyca olub təhqiq edənlər bunun sirrini bilirlər.
    Onların Peyğəmbər (s) və onun sünnəti barəsində olan fikir və əqidələrini bildik. Və həmçinin bildik ki, onlar Qüreyşin xilafətdə olan nümayəndələridirlər. Bütün bunlardan sonra əhli-sünnət və camaatın Bəni Üməyyə və onların dostlarından yazdıqları hədislərə inanmaq olarmı?
    Həzrət Əli (ə) öz əli ilə yazdığı "Came” kitabını xilafətə qədər saxladı. Xilafətə çatdıqdan sonra qılıncına bağlayıb minbərin üstündə xalqa oxuyur, onun nə qədər əhəmiyyətli olduğunu açıqlayırdı. Əhli-beyt imamlarından mütəvatir olan rəvayətlərdə o "Cameə”nin nəsildən-nəsilə onlara yetişməsi nəql olunur. İmamlar həmişə onun vasitəsilə xalq üçün fətva verirdilər.
    Elə bu dəlillərə görə imam Cəfər Sadiq (ə), imam Rza (ə) və başqa imamlar daim bu sözü təkrar edib deyirdilər ki, biz yalnız öz nəzərimiz əsasında fətva vermirik. Əgər öz nəzərimizlə fətva versəydik, həm özümüzü və həm də xalqı çarəsiz edərdik. Biz Peyğəmbər (s)-dən qalan əsərlər əsasında fətva veririk. Öz əcdadımızdan irs apardığımız elmə malikik. Onu qızıl kimi evimizdə qoruyub saxlayırıq.("Məalimul-mədrəsəteyn”, Əllamə Əsgəri, 2-ci cild, səh. 302. )
    İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Mənim hədisim atamdan, onun hədisi cəddimdən, onunku Hüseyndən və Hüseyninki Həsəndən, Həsəninki Əmirəl-möminindən, Əmirəl-mömininki Allah Peyğəmbərindən, Allah Peyğəmbərinki də Allahdan alınmışdır.”("Üsuli-kafi”, 1-ci cild, səh. 53, hədis: 14)
    Beləliklə, mütəvatir "Səqəleyn” hədisi, Peyğəmbərin buyurduğu: "Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın Kitabı və Əhli-beytim Əgər hər ikisindən tutsanız, heç vaxt yoldan azmazsınız” – düzdür("Səhihi Müslüm”, 7-ci cild, səh. 122-123. ) və onda heç bir səhv yoxdur. Peyğəmbər sünnəti həm düzdür, həm də Peyğəmbərin pak ailəsindən başqa heç kəs onu qorumur.
    Category: Həqiqət olduğu kimi... 1 | Added by: Islam_Kitabxanasi
    Views: 757 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024