İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Həqiqət olduğu kimi... 1

    Həqiqət olduğu kimi... 1
    2012-03-13, 2:17 PM
    BƏHSİ TAMAM ETMƏK ÜÇÜN LAZIM OLAN MƏTLƏBLƏR
    Demək lazımdır ki, şiələr fiqhi mənbələrinə, o cümlədən Kitaba və sünnəyə vəfadar olmuş, heç vaxt ona bir şey artırmamışlar. Çünki onların imamlarında kifayət edəcək qədər – bütün məsələlər barəsində – nəss olmuşdur.
    Bəzi insanlar təəccüb edib deyirlər: Zəmanə günü-gündən dəyişildiyi halda, bütün məsələlərə aid olan kifayətedici nəss (Əhli-beyt imamlarından) haradandır?
    Həqiqəti oxucunun zehninə yaxın etmək üçün bir neçə məsələyə işarə edirik:
    Müsəlmanlar Allahın Həzrət Mühəmməd (s)-i bütün dinləri kamil edən bir şəriətlə göndərməsinə inanırlar. İnsanlar o həzrətə itaət etdikdə kamil insaniyyət yoluna qədəm qoyurlar. Belə ki, ondan sonra heç bir nübüvvət yoxdur və bu həyat o həzrətin nübüvvətilə sona yetir.
    هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ
    "Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (

    "Tövbə” surəsi, 33-cü ayə. 
    )
    Sübhan Allah insanlardan bütün danışıqlarında, rəftarlarında Onun əhkamına itaət etmələrini istəmiş, işlərində Ona təvəkkül etmələrini bildirmişdir.
    إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ
    "Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.” ("Ali-İmran”, surəsi, 19-cu ayə)
    وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
    "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz.” (Ali-İmran”, surəsi, 85-ci ayə)
    Əgər belədirsə, onda Allahın əhkamı hərtərəfli olmalı, bu çətin yolda insanın ehtiyaclarını ödəməlidir. Bütün çətinliklərə qalib gəlmək, hədələr qarşısında müqavimət göstərmək, müəyyən olunmuş hədəflərə çatmaqda ona yar olmalıdır. Elə buna görə də Allah buyurur:
    مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ
    "Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq.”("Ənam” surəsi, 38-ci ayə. )
    Beləliklə, Allahın Kitabında deyilməmiş bir şey qalmamışdır.
    Amma insan öz dar baxışı ilə Allahın buyurduğu bütün şeyləri dərk edə bilmir. Əlbəttə, bu, dəlilsiz deyildir. Sübhan Allah buyurur:
    وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ
    "Elə bir şey yoxdur ki, Allaha tərif deyib, Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.” ("İsra" 44)
    "İnnə min şəyin” (heç bir şey) kəlməsi insan, heyvan və canı olmayanların şükr etməsini göstərir. İnsan canlı heyvanların təsbihini qəbul edə bilər, lakin, daşların (cansızların) təsbihini qəbul etmək onun üçün çətindir, buna görə də mütəal Allah buyurur:
    إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ
    "Biz dağları ona ram etmişdik, onlar axşam və səhər onunla birlikdə (Allahı) təqdis edib, Onun şəninə təriflər deyərdilər.” ("Sad” surəsi, 18-ci ayə. )
    Əgər bunu qəbul edib, iman gətirsək, Quranda qiyamət gününə qədər insanların ehtiyacı olduğu hökmlərin olmasını da, sözsüz, qəbul etməliyik. Amma biz onları başa düşmürük. Sözsüz, onu başa düşən və ona nazil olan adama müraciət etməliyik ki, bütün mənalarını başa düşmüş olsun. O, Allahın Peyğəmbəridir.
    وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ
    "Biz Quranı sənə hər şeyi (din hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik.” ("Nəhl” surəsi, 89-cu ayə.)
    Onu qəbul edib iman gətirsək, çarəsiz qalıb bu həqiqəti də qəbul etməliyik ki, sübhan Allah hər şeyi Öz Peyğəmbəri üçün açıqlamışdır ki, o həzrət də xalqa bəyan etsin. Allah rəsulu da hər şeyi demiş və xalqın qiyamət gününə qədər ehtiyacı olan hər bir şeyi açıqlamışdır.
    İndi əgər o həzrətin bütün açıqlaması bizə çatmamışdırsa, onda nöqsanı özümüzdə görməliyik. Bu nöqsan ya bizim zəifliyimizdən, ya nadanlığımızdan, ya da Peyğəmbərlə bizim aramızda olan vasitələrin xəyanətindən baş vermişdir. Səhabələrin bilməməsi və agahlıq tapmaması da bundan istisna deyildir.
    Amma mütəal Allah baş verə biləcək bütün ehtimalları bilirdi. Şəriətinin aradan getməməsi üçün Öz bəndələrinin arasından imamlar seçmiş, Öz kitabının elmini onlara irs olaraq vermişdir. Xalqın yanında bəhanə olmaması üçün onun açıqlamasını onlara öyrətmişdir. Mütəal Allah buyurur:
    ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا
    "Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras olaraq verdik.” ("Fatir” surəsi, 32-ci ayə.)
    Allah rəsulu xalqın ehtiyacı olduğu hər bir şeyi onlara bəyan etmişdi. Xalqın qiyamət gününə qədər ehtiyacı olan elmi vəsisi Əli (ə)-a öyrətmişdi. Bu, Həzrət Əli (ə)-ın səhabələr arasında məqamının böyüklüyünə dəlildir. O, hər şeyi yaxşı düşünür, güclü hafizə və böyük anlayışa malik idi. Beləliklə, Peyğəmbər bildiklərinin hamısını ona öyrətmiş, ümməti ona tərəf hidayət edərək onu öz elminin "qapısı” tanıtdırmışdır.
    Soruşa bilərsiniz ki: Peyğəmbər (s) bütün bəşəriyyət üçün nazil olmuşdur. Ola bilməz ki, birinə məxsus elm versin və digərini ondan məhrum etsin. Deməliyik ki, Peyğəmbər (s) bu barədə təkbaşına bir iş edə bilməz. O, əmri yerinə yetirən bir bəndədir. Allah ona hər nə buyurursa, o da yerinə yetirir. İslam təkallahlıq dinidir. Bu, Quran, əql və vicdanın şahid olduğu bir həqiqətdir. Mütəal Allah buyurur:
    لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا
    "Əgər Allahdan savayı o ikisin də yerdə və göydə digər bir ilah (məbud) olsaydı, (göy və yer) məhv olardılar.” ("Ənbiya” surəsi, 22-ci ayə.)
    Həmçinin buyurur:
    وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ
    "Onunla başqa bir Allah olmamışdır, (əgər belə olsaydı) hər Allah öz yaratdığını özü ilə aparardı, bəzisi digərinə üstünlük edərdi.”("Möminun” surəsi, 91-ci ayə.)
    Eləcə də əgər Allah eyni zamanda iki mürsəl Peyğəmbər göndərsəydi, xalq iki yerə bölünərdi.
    Mütəal Allah buyurur:
    وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِيهَا نَذِيرٌ
    "Elə bir ümmət yoxdur ki, onun içindən, qorxduğu bir peyğəmbər gəlib getməsin.” ("Fatir” surəsi, 24-cü ayə. )
    Eləcə də hər peyğəmbərin öz ümməti arasında canişin və vəsisi olmuşdur ki, xalqın içində olmaqla onları pərakəndəliyə düşərək bir-birindən uzaqlaşmadan saxlasın.
    And olsun ki, bu, təbii bir şeydir. Bütün insanlar – alim, cahil, mömin, kafir – bunu bilirlər. Məgər siz görmürsünüz ki, hər qəbilə, hər partiya və hər dövlətin bir prezidenti vardır? Eyni vaxtda xalq iki başçıya itaət edə bilməz.
    Bütün bu dəlillərlə belə, Allah-taala insanlardan və mələklərdən olan elçilər seçmiş və insanlara rəhbərlik iftixarını vermişdir ki, onlar da Allahın fərmanı ilə rəhbərlik etmişlər.
    إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
    "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi.” (Ali-İmran” surəsi, 33-cü ayə)
    Peyğəmbərlərin sonuncusu olan Həzrət Mühəmməd üçün Allahın seçdiyi imamların hamısı Peyğəmbərin Əhli-beytindəndir, hamısı İbrahimin ailəsindən, bir-birinin övladlarıdırlar. Peyğəmbər onlara işarə edib buyurur: "Mənim canişinlərim (məndən sonra) on iki nəfərdir və hamısı Qüreyşdəndir.”(Buxari bu hədisi öz "Səhih”ində, 1-ci cild, səh. 127 və Müslüm öz "Səhih”inin 6-cı cild, səh. 3-də sənədlə gətirmişdir. )
    Hər zamanın öz tanınmış imamı vardır. Hər kəs öz zamanının imamını tanımadan dünyadan getsə, dinsiz dünyadan getmişdir.
    Sübhan Allah imamı seçmiş, pak etmiş və məsum qərar vermişdir. Ona elm vermişdir, hikmət və elm yalnız layiqlərə verilir.
    Bəhsimizin əsl mövzusuna qayıdaq. İmam xalqın ehtiyacı olan hər bir şeyi bilir. Onun bildiklərinin hamısı Kitab və sünnədəndir. Bunların hər ikisi qiyamət gününə qədər xalqın ehtiyacları kənarında olacaqdır. Bu iftixar yalnız Əhli-beyt imamlarına qismət olmuşdur. Onlar dəfələrlə "Came” kitablarının olduğunu demişlər. Bu kitabı Peyğəmbər (s) demiş, Əli (ə) isə yazmışdır. Xalqın qiyamət gününə qədər olaraq bütün ehtiyacaları orada qeyd olunmuşdur.
    İşarə etdiyimiz kimi, həmin səhifə həmişə Əli (ə) yanında olmuş, onu hər yerə özü ilə aparmış, Buxari və Müslüm öz səhihlərində ona işarə etmişlər. Heç bir müsəlman onu inkar edə bilməz.
    Beləliklə, Əhli-beyt imamlarına bağlı olan şiələr şəri məsələlərdə Quran və sünnə əsasında hökm edirlər, buna görə də heç vaxt başqa bir şeydən istifadə etməyə ehtiyacları olmamışdır.
    Amma əhli-sünnə və camaat çarəsiz qalıb ictihad, qiyas və bir çox başqa şeylərdən istifadə etmişlər. Səbəbi də əllərində lazımınca nəss və rəvayətin olmaması olmuşdur. Çünki onların imamları – ilk xəlifənin vaxtından başlayaraq – nəss və rəvayətlərlə çox da tanış olmamışlar. Əksinə olaraq, onların xəlifələri Peyğəmbərdən qalmış rəvayətləri yandırmış, camaatı onları nəql etməkdən çəkindirmişlər. Onların böyüklərindən biri deyir: "Allahın Kitabı bizə bəsdir.” Beləliklə, Peyğəmbərin sünnəsini bir kənara atmışdır. Sözsüz, onlar çatışmazlıqla üzləşib, hətta Quranın əhkam barəsində olan ayələrinin açıqlanmasında məəttəl qalacaqlar.
    Quranın zahiri əhkamının az olmasından hamımızın xəbəri vardır. Buna baxmayaraq, onların açıqlanmasında Peyğəmbərin bəyanına ehtiyac vardır. Mütəal Allah buyurur:
    وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ
    "Sənə Quranı nazil etdik ki, insanlara göndəriləni onlara izah edəsən.” (Nəhl” surəsi, 44-cü ayə. )
    Əhkamının açıqlanması üçün Quranın da Peyğəmbər sünnəsinə ehtiyacı vardır. Amma əhli-sünnə və camaat Quranı bəyan edən sünnəyə od vurdular və beləliklə, onlar üçün Quranı bəyan edən sünnət qalmadı.
    Belə olduqda, çarəsiz qalıb ictihad və qiyasa əl atdılar. Məşvərət edib "istehsan” və tez sovuşan mənfəətlərə üz tutdular.
    Bəli, onların işi həqiqətən də belə olmalıdır.
    ŞİƏDƏ TƏQLİD VƏ MƏRCƏİYYƏT
    Şəriət hökmlərinə əməl etməsi vacib olan hər bir müsəlman əgər özü müctehid olmazsa, (yəni özü şəriət hökmlərini Quran və sünnədən ələ gətirə bilməzsə) camiuş-şərait olan müctehiddən təqlid (yəni müctehidə dini əhkamlar barəsində buyuruğuna əməl) etməlidir. Camiuş-şərait olan müctehid alim, adil, təqvalı və s. olmalıdır. Allah-taala buyurur:
    فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
    "Əgər bilmirsinizsə, bilənlərdən soruşun.” ("Nəhl” surəsi, 43-cü ayə. )
    Bu barədə axtarış aparsaq, imamiyyə şiələrinin zəmanə və hədislərlə irəli getməsinin şahidi olarıq. Onlarda mərcəiyyət ardıcıllığı heç zaman qırılmamışdır. Bu ardıcıllıq onlardan Peyğəmbər (s)-in zamanından başlanmış, bu günə kimi davam edir.
    Şiələr Əhli-beyt imamlarına bu gündə təqlid edirlər. Onların vücudu üç əsr davam etmiş və heç zaman onlardan biri digərinin sözü ilə müxalifətçilik etməmişdir. Bunun səbəbi Kitab və sünnənin buyurduqlarının onlar tərəfindən qəbul olunmasından və heç zaman qiyas və şəxsi ictihadlarına əməl etməmələrindəndir. Əgər onlar da əhli-sünnə və camaat kimi öz şəxsi ictihadlarına və qiyasa əməl etsəydilər, bu gün onların da arasında böyük ixtilaf görərdik. (Necə ki, o ixtilafı bu gün əhli-sünnə və camaatda görürük.)
    Bundan başa düşülür ki, əhli-sünnə və camaat məzhəbi – istər Hənəfi, istər Maliki, istər Şafei və istərsə də Hənbəli olsun – bir nəfərin nəzəriyyəsi üstündə qurulmuşdur. O şəxslər Peyğəmbər (s) zamanından çox uzaq olmuş və onunla heç bir yaxınlıqları da yoxdur. Amma şiə məzhəbinə gəldikdə isə, bu məzhəb təvatür yolu ilə on iki imamdan bizə çatmışdır ki, onların hamısı Peyğəmbər (s)-in nəslindəndirlər, hər biri deyir: Mən hədisi atamdan, atam babamdan, babam Əmirəl-möminin Əli ibni Əbi Talib (ə)-dan, o da Peyğəmbər (s)-dən, Peyğəmbər (s) də Cəbraildən və onun da sözü Allahın sözüdür:
    وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا
    "Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.”(Nisa”, surəsi, 82-ci ayə.)
    Bir müddət keçdikdən sonra məsum imamın qeybə çəkilməsinin vaxtı çatdı. Onlar xalqı bütün şərtləri özündə toplayan fiqh aliminən təqlidə hidayət etdilər.
    Daha sonra, o zamandan bu günə kimi müctehid, fəqihlər meydana gəldilər. Onların meydana gəlməsi ilə hər zəmanədə ümmət arasında bir və ya bir neçə şiə mərcəi olmuş və xalq onlara təqlid etmişdir. Kitabı və sünnədən ələ gəlmiş hökmlər xüsusi əməli risalələrdə yazılmışdır. İctihad yalnız elm və texnologiyanın inkişafı nəticəsində meydana çıxan yeni məsələlərdədir. O cümlədən, ürək köçürülməsi, bir insanın bədən üzvlərinin başqa bir insana qoyulması, süni yolla hamiləlik, bank ticarəti və bunlar kimi bir çox məsələlərin adını çəkmək olar.
    Müctehidlər arasında hamıdan artıq elmə malik olan şəxs şiənin mərcəi adlanır. Bu müctehid şiələrin dini rəhbəri və elmi hövzələrin rəisi olur.
    Şiə hər zamanda diri bir müctehidə təqlid edir. Müctehid xalqın müşküllərini bilir, onların məsələlərini yaxından görür. Onlar müctehiddən sual edir və müctehid də cavab verir.
    Beləliklə, şiə hər bir zamanda İslam şəriətinin iki əslinə, yəni Kitab və sünnəyə vəfalı qalmışdır. Onların alimləri şəxsi nəzərlərindən və qiyasdan ehtiyacsız olmuş, Əli ibni Əbi Talib (ə)-ın zamanından etibarən Peyğəmbər (s)-in sünnəsini yığıb səhifədə qorumuşlar. O səhifədə insanların qiyamət gününə qədər olacaq ehtiyacları qeyd olunmuşdur. Onun övladları olan imamlar bir-birinin ardınca onu irs aparmış, qızıl kimi qorumuşlar.
    Biz bu barədə Ayətullah şəhid Sədrin sözünü qabaq bəhslərdə qeyd etmişdik.
    Əlbəttə, şəhid Sədrin sözü nümunə üçün qeyd olunmuşdu, əslinə qalsa şiənin bütün mərcələri bunu deyirlər.
    Bu qısa bəhsdə şəri təqlid məsələsi və dini mərcəiyyət bizim üçün aydın oldu. Məlum oldu ki, şiələr Quran əhli və Peyğəmbərin sünnəsinə əməl edənlərdir. Onlar sünnəti birbaşa (Peyğəmbərin elm şəhərinin qapısı olan) rəbbani alim, ümmətin Peyğəmbərdən sonra ikinci rəhbəri Əli ibni Əbi Talibdən almışlar. O Əli ki, Quranda Peyğəmbərin canı adlandırılmışdır.(Bu ayəyə (mübahilə ayəsinə) işarədir ki, buyurur: "Qul təaləv nədu əbnaəna və əbnaəkum və nisaəna və nisaəkum və ənfusəna və ənfusəkum.” )
    Bu şəhərə gəlmək istəyən hər kəs onun qapısından keçərək, zülal kimi bulağa yetişir, qədəhi dolub-daşır, dərdlərinə dərman olunur. Heç vaxt ayrılması mümkün olmayan möhkəm halqadan yapışır. Çünki mütəal Allah buyurur:
    وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا
    "Evlərə qapılarından daxil olun.” (Bəqərə” surəsi, 189-cu ayə.)
    Hər kəs qapıdan deyil, başqa yolla daxil olmaq istəsə, oğru adlanır və evə çata bilmir. Sünnədən xəbərsiz qalır. İtaətsiz olduğuna görə Allah ona cəza verir.
    ƏHLİ-SÜNNƏT VƏ CAMAATDA MƏRCƏİYYƏT VƏ TƏQLİD
    Əhli-sünnə və camaat məzhəbində mərcəiyyət haqqında axtarış aparanda, doğrusu insan lap heyran qalır, bilmir ki, onları hansı yolla Peyğəmbərə bağlasın. Onlar dörd məzhəb sahibinə, yəni Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni Hənbələ müraciət edirlər ki, bunların heç biri Peyğəmbəri görməmiş, onun elmindən istifadə etməmişlər.
    Qeyd etdiyimiz kimi, şiələr Əli ibni Əbi Talib (ə)-a itaət edirlər. O, bütün ömrü boyu Peyğəmbərdən ayrılmamışdır. Ondan sonra behişt cavanlarının ağası imam Həsən (ə) və imam Hüseyn (ə)-a, bu iki rəhmət imamından sonra Əli ibni Hüseyn Zeynəl-abidinə, oğlu imam Baqir və nəvəsi imam Sadiq (ə)-a itaət edirlər. Əhli-sünnəyə gəldikdə isə, onlar o zaman olmamış (tarix onların harada olmasını da demir), imamlarının kim olması da məlum deyildir. Məlum deyildir ki, şəri hökmlərdə, halal və haramda – Peyğəmbər (s) dünyadan gedəndən məzhəb tapılana qədər – haradaydılar və nə edirdilər?
    Bundan sonra bir-birinin ardınca bu dörd məzhəb ortaya gəlmiş və öz zəmanələrinin hakimləri olan abbasilər tərəfindən dəstəklənmişlər.
    Daha sonra birlik yaranır, bu dörd məzhəbi özünün aldadıcı şüarının altına yığır. Onları "əhli-sünnə və camaat” adlandırır. Bütün Əli (ə) düşmənləri bu şüarın altına yığılırlar. Üç xəlifədən başlayaraq, Bəni-Üməyyə, Bəni-Abbas tərəfdarları onlara qoşulurlar. Xalqa da öz növbəsində hakimlərinin nüfuzu altına düşüb, onlara itaət edirlər.
    Dörd məzhəb başçıları dünyadan getdikdən sonra ictihad qapıları öz alimlərinin üzünə bağlamış və hamı bu dörd dünyadan getmiş imama təqlid edirlər.
    Bəzi hakimlərin ictihad qapısının bağlanmasında əllərinin olması mümkündür. Azad fikir və daxili qarışıqlıqdan qorxan hakimlər öz mənfəətlərini qorumaqdan ötrü bu işə əl atmağa məcbur olmuşlar.
    Əhli-sünnə çarəsiz qalaraq dünyadan getmiş, görmədikləri və düz tanımadıqları adamlara təqlid etməyə başladılar. O adamlar ki, hətta ədalətlərinə, təqvalarına və elmlərinə inanmırlar. Yalnız öz dədə-babalarından xoş xatirələri var idi ki, hər biri öz imamı üçün düzəldilmiş xoş rəvayətlər nəql edirdilər. Hər halda kimin nəyi varsa, onunla da xoşdur.
    Bu gün əhli-sünnənin alimləri, ali təhsilliləri və tələbələri öz dədə-babalarının rəvayət etdiyi rüsvayçılıqlara diqqət etsələr, onların sözlərində bir çox bir-birinə zidd olan məsələlər ələ gətirərlər. Hətta onların arasında ixtilaf o qədər güclü olmuşdur ki, bir-birini təkfir belə etməkdən çəkinməmişlər.
    Bunlardan əlavə, indiki zəmanəni tanımayan bir insana necə təqlid etmək olar? Qarşıya çıxan hər hansı təzə məsələlərə cavab verə bilərmi? Sözsüz, bu məzhəb başçıları qiyamət günü əhli-sünnətdən bizar olduqlarını bildirəcək və deyəcəklər: "Pərvərdigara, bizim görmədiyimiz və bizi görməyən bu adamların işinə görə bizdən hesab çəkmə. Biz heç vaxt onlara bizə təqlid etmənin vacib olmasını deməmişik.”
    Mən bilmirəm Allah əhli-sünnədən "səqəleyn” hədisi barədə soruşsa, onlar nə cavab verəcəklər? Peyğəmbər (s) gəlib bu hədisə şəhadət verdikdə, onun şəhadətini rədd edə bilməyib, "biz öz böyüklərimizə və rəhbərlərimizə itaət edirdik” – deyəcəklər.
    Əgər Peyğəmbər sual edib soruşsa: Dörd məzhəbə itaət etmək üçün Qurandan, ya Peyğəmbərin sünnəsindən bir əmr və ya əhdiniz vardırmı?
    Bu sualın cavabı aydındır, nə Quranda, nə də sünnədə bu barədə heç nə deyilməmişdir. Əksinə olaraq, həm Quran, həm də sünnə Əhli-beyt (ə)-a itaət etməyi vacib etmişdir.
    Deyə bilərlər ki,
    رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ
    "Pərvərdigara! Gördük və eşitdik, bizi qaytar ki, yaxşı iş görək.” ("Səcdə” surəsi, 12-ci ayə)
    Cavab belə olacaqdır: "Heç vaxt! Bu sizin dediyiniz sözdür.”
    Peyğəmbər (s) deyir: Pərvərdigara! Mənim ümmətim Quranı tərk etdilər, mən itrətə itaəti onlara sifariş edib, sənin onları sevməyi buyurduğunu çatdırdım. Amma onlar beyətimi sındırıb, mənim qohumluğuma göz yumdular. Övladlarımı öldürüb, ailəmə hörmət etmədilər. Pərvərdigara, onları mənim şəfaətimdən uzaq et!
    Yenə də Peyğəmbərlə yaxın olmamaları aşkar oldu. Çünki hər kəs itrətdən uzaq olsa, Qurandan ayrılmışdır, hər kəs Qurandan ayrılsa, dost və köməkçisi olmayacaqdır:
    وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا
    "O gün zalımlar əllərini çeynəyib deyəcəklər: Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydimæ Quran mənə gəldikdən sonra, məni ondan uzaqlaşdırdı. Şeytan insanı yalqız buraxar.” ("Furqan” surəsi, 27-28-ci ayələr. )
    Category: Həqiqət olduğu kimi... 1 | Added by: Islam_Kitabxanasi
    Views: 805 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024