İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Gənclər üçün üsuliddin haqqinda 50 dərs

    Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    2012-03-23, 6:42 AM
    VII dərs
    Quranın dünya görüşü
    Hər şeydən əvvəl Quranın nazil olduğu mühitin təfəkkür və mədəniyyət səviyyəsini nəzərdən keçirməliyik. Bütün tarixçilərin fikrincə, Hicaz dünyanın ən geri qalmış hissələrindən biri olmuşdur. Belə ki, bəzən «Cahiliyyət» dövrünün insanlarını vəhşi insanlar adlandırırlar. Etiqad cəhətdən bütpərəstliyə həddən artıq bağlanmış, daş və çubuqdan hazırlanmış müxtəlif şəkilli bütlər Hicazın hər tərəfinə yayılmışdı. Deyilənlərə görə, hətta xurmadan da bütlər düzəldib onlara sitayiş edirlərmiş. Qıtlıq olduqda isə onları yeyirdilər.
    Qız uşaqlarına mənfi rəğbət bəsləyirdilər. Hətta iş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Buna baxmayaraq, mələkləri Allahın (öz fikirlərində tutduqları Allahın) qızları, Allahı isə adi bir insan hesab edirdilər. Tövhid və təkallahlılıqdan son dərəcə təəccüblənirdilər. Həzrət Məhəmməd(s) onları tövhidə dəvət etdikdə gəlib deyirdilər: «Əcaba, o (Muhəmməd Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir». (Sad, 5). Kim onların cəfəngiyyat, mövhumat və əfsanələrinin əksinə söz desəydi, onu dəli, divanə adlandırardılar.
    Onlar qəbilə və tayfa şəklində yaşayırdılar. Qəbilələr arasında ixtilaflar o yerə gəlib çatırdı ki, iki qəbilə arasında gedən vuruşlar dayanmaq bilmirdi. Qarət və soyğunçuluq onlar üçün adi bir işə çevrilmiş və bununla fəxr edirdilər.
    Yazıb-oxumaq bacaran insanlar o vaxt mərkəz hesab olunan Məkkədə barmaqla göstərilirdi. Alim və ziyalı isə həddən artıq az tapılırdı.
    Bəli, bu cür mühitdən dərs oxumamış, məktəb və müəllim görməmiş bir şəxs çıxıb hər şeyi özündə əhatə edən bir kitab gətirmişdir. Üstündən 14 əsr keçməsinə baxmayaraq, yenə də alimlər bu kitabın təfsiri ilə məşğuldurlar. Hər an onda yenilik kəşf edirlər.
    Quran bu dünya və onun gedişatını çox gözəl və dəqiq surətdə bəyan etmişdir. Tövhidi kamil şəkildə bəyan etmiş və yerin, göyün, gündüzün, günəşin, ayın, bitkilərin və ən əsası insan vücudunun hər birini tək və şərik olmayan Allahın nişanələri kimi qələmə verişdir.
    Quran bəzi ayələrdə insan vücudunun batininə nəzər salaraq fitri tövhidə işarə edir. Quran bu barədə buyurur:«Müşriklər gəmiyə mindikləri zaman (dəryada olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.» (Ənkəbut, 65).
    Bəzi ayələr ağıl və təfəkkür yolu ilə tövhidin dəlillərini bəyan edir. Təbiət və ətraf mühitdəki nişanələrə arxalanaraq yerin-göyün, heyvanların, dağların, dəryaların yaranmasını, yağışın yağmasını, küləyin əsməsini və insan bədəninin və ruhunun incəliklərini bəyan edir. Allahın sifətlərini açıqlayan zaman Quran ən gözəl yolu seçir. Bir yerdə buyurur: «Ona bənzər heç bir şey yoxdur.» (Şura, 11). Başqa bir ayədə isə belə buyurur: «O özündən başqa bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir! O, özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, (bəndələrinə) əmin-amanlıq, salamatlıq bəxş edən, peyğəmbərlərini öz köməyinə arxayın edən, (hər şeyə) göz-qulaq olan, yenilməz qüdrət və qüvvət sahibi, (hər işdə) qalib olub hökmü keçən və (hər şeyin) fövqündə olan Allah-dır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq ona məxsusdur. Göylərdə və yerlədə olanların hamısı onu müqəddəs bilib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.» (Həşr, 22, 23, 23).
    Quran Allahın elmini vəsf edərək onun elminin sonsuz olduğunu gözəl ifadə ilə bəyan edir: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. (Loğman, 27).
    Quran Allahın hər şeyi əhatə etdiyini və onun vücudunun hər yerdə olduğunu özünə məxsus bir ifadə ilə açıqlayır: «Şərq də, Qərb də Allahındır, hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır.» (Bəqərə, 115). Başqa bir ayədə deyir: «Siz harada olsanız, o, sizinlədir. Allah sizin etdiyiniz bütün işləri görür.» (Hədid, 4). Məad və qiyamət məsələsinə çatdıqda isə, müşriklərin ölülərin dirilməsi barədə büruzə verdikləri təəccübü bəyan edib dərhal cavablarını verir: «Çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyır. O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi. Budur, siz indi od yandırısınız. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (hər şeyi) yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!»- deməkdir. O da dərhal olar. (Belə bir qüdrətə malik olan Allah üçün ölüləri diriltmək çox sadə bir işdir) (Yasin, 78-dən 82-ci ayəyə qədər). (Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcüməsi və təfsiri» kitabından əldə edə bilərsiniz.)
    Quran yerin, insanın bütün əməllərini yadda saxladığı və qiyamət günü onların hamısını açıb söyləyəcəyi barədə də xəbər verir: «Məhz o gün (qiyamət günü) Allahın ona etdiyi vəhy ilə öz hekayətini söyləyəcəkdir» (Zilzal, 4-5).
    Bəzi ayələrdə insanın əl, ayaq və dərisinin onun əleyhinə verəcəyi şəhadətdən söhbət olunur: «Bu gün onların ağzını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.» (Yasin, 65). «Müşriklər öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dərilərə onlara belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.» (Fussilət, 21)
    Quran maarifi, onun əhatə dairəsi və eləcə də bu maarifin hər cürə xürafat və mövhumatdan uzaq olduğu onu hal-hazırda təhrif olunmuş İncil və Tövratla yanaşı qoyarkən məlum olur. Hər birindən bir hissəni götürüb müqayisə edək. Məsələn, görək, Adəmin yaranışı barədə Quran nə deyir, İncil nə deyir? Peyğəmbərlərin başına gələnləri Tövrat necə açıqlayır, Quran necə açıqlayır? Tövrat və İncil Allahı necə qələmə verir, Quran necə? Bu zaman Quran, Tövrat və İncil arasındakı fərq göz qabağında olacaq.
    Fikirləşin və cavab verin
    1.Quranın meydana çıxdığı mühit hansı xüsusiyyətlərə malik idi?
    2.Bütpərəstlik müşriklərin əqidəsinə necə təsir etmişdi?
    3.Fitri və dəlillər əsasında olan tövhidin fərqi nədir?
    4.Allahı tanıtdırma və onun sifətlərinin bəyanında Quranın məntiqi necədir? Bir neçə misal gətirin.
    5.Quranın əhatə dairəsini necə anlamaq olar?
    VIII dərs
    Quran və çağdaş dövrün nailiyyətləri
    Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir.
    Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına malikdir.
    Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm» bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq.
    İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq.
    Quran və cazibə qanunu
    Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.»
    Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi.
    Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu yoldan çıxmır?
    Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.»
    Bu ayə barədə imam Rza(ə)-dan söylənilən hədisdə oxuyuruq: (İmam Rza(ə) üzünü rəvayət söyləyənə tutub xitab etdi:) «Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir? «Rəvayət söyləyən cavab verdi: «Bəli, deyir. İmam buyurdu: «Deməli sütunlar var, lakin siz onları görmürsünüz.»
    Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün «gözə görünməz sütun» sözündən daha yaxşı nə ifadə var? (Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.)
    Həzrət Əli(ə)-dan söylənilən hədisdə oxuyuruq: «Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə (bir ulduz digər ulduzla) nurdan olan bir sütunla birləşmişdir.»
    Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyildir.
    Yerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi
    Hamımız bilirik ki, yerin öz oxu ətrafında fırlanmasını dünyada ilk dəfə olaraq ilk dəfə təxminən 4 əsr bundan qabaq yaşamış italyan alimi Qalileo Qaliley kəşf etmişdir. Ondan qabaq isə bütün alimlər Misir aliminin ptolemey sisteminə, yəni, yerin bütün dünyanın mərkəzi olması və digər planetlərin onun ətrafına fırlanması nəzəriyyəsinə inanırdılar. Onu da xatırladaq ki, Qaliley bu nəzəriyyəni irəli sürdüyünə görə din xadimləri tərəfindən kafir adlandırıldı və ölüm cəzasına məhkum olundu. Lakin sonradan tövbə edib heliosentirik sistemdən formal narazılıq etməklə canını qurtardı. Sonralar alimlər onun nəzəriyyəsini qəbul edib onu ortaya çıxardılar. Heliosentrik sistemin (Kopernik sisteminin) Ptolemey sisteminə qalib gəlməsində Qalileyin elmi yaradıcılığının böyük rolu oldu. İndi bu nəzəriyyə artıq hamının qəbul etdiyi bir məsələyə çevrilmişdir. Hətta hissi təcrübələr nəticəsində də bu nəzəriyyə sabitləşmiş, sonralar havaya peyklər göndərildikdən sonra daha ona heç bir şübhə yeri qalmamışdır.
    Bir sözlə, yerin mərkəz olub sabit qalması inkar edildi. Məlum oldu ki, insanlar o vaxtadək (Qalileyin nəzəriyyəsi meydana çıxana qədər) səhv etmişlər, yerin hərəkətini digər planetlərin hərəkəti ilə qarışıq salmışlar. Biz özümüz hərəkətdə olduğumuzdan, onların bizim ətrafımıza hərəkət etdiklərini güman etmişik.
    Bunlara baxmayaraq «Ptolemey sistemi» (geosentrik nəzəriyyə) təxminən 1500 il alimlərin əqidəsinə kölgə salmışdı və Quranın nazil olduğu (və irəli sürən) dövrdə bir nəfər cürət edib «Ptolomey» nəzəriyyəsinin əksinə bir söz deyə bilmirdi.
    Ancaq Qurana nəzər saldıqda görürük ki, «Kopernik sistem və nəzəriyyəsi» «Nəml» surəsinin 88-ci ayəsində çox aydın şəkildə açıqlanmışdır: «Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, o, etdiyiniz bütün əməllərdən xəbərdardır.» Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir. Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini bildirməkdir. «Yerin hərəkəti» əvəzinə «dağların hərəkəti» ifadəsi də bu məsələnin əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan hərəkət edə bilməzlər. Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. İstər öz oxu ətrafında olsun, istər gunəşin ətrafına da, istərsə də hər ikisinin.
    İndi təsəvvür edin ki, dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər hamısı Ptolemey və geosentrik sistemini, yəni yerin sabit qalması və günəş, ulduzlar və digər kəhkəşanların onun ətrafına dövr etməsi nəzəriyyəsini qəbul etsəydilər, belə bir mövqedə Quranın açıq-aşkar «Kopernik sistem və nəzəriyyəsi»ni, yəni yerin öz oxu ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir məktəb görməmiş və dərs oxumamış bir şəxsin (peyğəmbərin) tərəfindən bu cür bir nəzəriyyə irəli sürülür. Bunun özü bu səmavi kitabın (Quranın) haqq olduğuna sübut və şahid deyilmi?
    Fikirləşin və cavab verin
    1.Quranın elmi möcüzələrində məqsəd nədir?
    2.Cazibə qanununu ilk dəfə olaraq kim kəşf etmiş və o şəxs hansı əsrdə yaşamışdır?
    3.Quran hansı ayəsində və hansı ifadə ilə cazibə qanununu bəyan etmişdir?
    4.Geosentrik nəzəriyyə kimlər tərəfindən irəli sürülmüş və insanların əqidəsinə neçə il hakim olmuşdur?
    5.Quran hansı ayəsində və hansı ifadə ilə yerin hərəkətindən söhbət edir?
    IX dərs.
    İslam peyğəmbərinin haqq olduğuna aid daha bir dəlil
    Peyğəmbərlik iddiası edən şəxsin doğru, yaxud yalan deyib-demədiyini bilmək üçün ondan möcüzə tələb etməkdən başqa, bir yol da vardır. Bu yolun özü onun doğru deyib-demədiyinə canlı bir sübutdur. O yol budur ki, onun aşağıda deyilən xüsusiyyətlərini diqqətlə araşdırıb nəzərdən keçirək:
    1.Onun əxlaqi xüsusiyyətləri və ictimai keçmişi.
    2.Peyğəmbərlik iddiası olan mühitin şəraiti.
    3.Zaman şəraiti.
    4.İddianın əhatə etdiyi dairə.
    5.İcra olunacaq proqramlar və hədəfə yetişmək üçün lazımi vasitələr.
    6.İddianın mühitə etdiyi təsirlər.
    7.İddiaçının hədəfə yetişməsində göstərdiyi çalışqanlıq, fədakarlıq və iman.
    8.Azğın təkliflərlə uyğun olmaması.
    9.Ümumi təfəkkürdə dəvətin təsirinin sürəti.
    10.İddianı qəbul edənləri araşdırıb hansı dəstə və siniflərdən olduqlarını öyrənmək.
    Əgər peyğəmbərlik iddiası edən hər hansı bir şəxs barədə bu on bəndi diqqətlə araşdırsaq, rahatlıqla onun yalan və ya doğru olub-olmadığını aydınlaşdıra bilərik.
    Yuxarıda deyilənləri nəzərə alaraq peyğəmbər cənabları haqqında bu on bəndi çox qısa şəkildə nəzərdən keçirəcəyik. Baxmayaraq ki, bu on bəndin hər birinə aid müxtəlif və geniş kitablar yazmaq olar.
    1.İslam peyğəmbərinin əxlaqi xüsusiyyətləri, eləcə də onun ictimai keçmişi barədə həm dostlar, həm də düşmənlərin dediyinə və tarixin göstərdiklərinə əsasən, elə bunu demək kifayətdir ki, o Həzrət o qədər pak və düzgün şəxs olmuşdur ki, hətta «Cahiliyyət dövrü»ndə də onu «Əmin» (düzgün və əmanətdar) adlandırmışlar. Tarix göstərir ki, o Məkkədən Mədinəyə hicrət etmək istədikdə Həzrət Əli(ə)-ı onun əmanətlərini camaata çatdırmaq üçün vəkil etdi.
    Onun şücaət, səbr, dözm, ürəyiaçıqlıq, xoşxasiyyətlik və güzəştə getmə xüsusiyyətlərini həyatda baş verən cihad və sülhlərdən axtarıb tapmaq olar. Məkkənin fəthindən sonra Məkkə əhalisini bağışlayıb İslam düşmənlərini əfv etməsi bu məsələyə canlı şahiddir.
    2.Hamımız bilirik ki, adi insanlar necə olur-olsun, yaşadıqları mühitlə ayaqlaşıb hərəkət və rəftarını mühitlə uyğunlaşdırırlar. Ola bilər ki, biri az, digəri çox uyğunlaşsın. Fikirləşin, görün necə ola bilər ki, 40 il cəhl, nadanlıq, bütpərəstlik mühitində böyümüş, mühitin başdan-ayağa mövhumatla dolu olduğu yerdə bir şəxs çıxıb xalis və həqiqi tövhiddən danışır və bütpərəstliklə mübarizə aparır? Necə ola bilər, nadanlıq və cəhl mühitindən ən yüksək elmi nailiyyətlər parlasın?
    Bunların təbiətin fövqündə olan İlahi bir qüvvəninin təsdiqindən başqa bir yolla zühura çıxdığınainanmaq olarmı?
    3.Görək, bu peyğəmbər hansı əsr və zamanda yaşamışdır?
    O, dünyanın orta əsrləri keçirdiyi dövrdə yaşamışdır. Elə bir dövr ki, onda yalnız zülm, haqsızlıq, irqçilik və təbəqələrə bölünmüş cəmiyyət həyatı hökm sürürdü. Yaxşı olar ki, Həzrət Məhəmməd(s)-in nübuvət iddiası etdiyi dövrü Həzrət Əli(ə)-ın dilindən eşidək. Həzrət Əli(ə) buyurur: «Allah Məhəmməd(s)-i elə bir dövrdə peyğəmbər təyin etdi ki, insanlar heyrət vadisində qalmışdılar. Onların ağılları nəfsani meyllərə uymuş, təkəbbür və qürur onları fəlakətə sürüklənirdi. Onlar cəhl və nadanlıq içərisində qalıb çıxış yolu tapa bilmirdilər».(Nəhcül-bəlağə. 91-ci xütbə).
    Fikirləşin, görün, şüarı «insanlar arasında müsavat», «ayrı-seçkiliyin, irqçiliyin olmaması» və yəni, «bütün möminlər qardaşdırlar» olan bir dinin (İslam dininin) o vaxtın şəraiti ilə uyğunluğu varmı?
    4.Onun iddia və dəvəti.
    Bütün cəhətlərdə tövhid, insaniyyət dünyasında vəhdəti, zalimanə xüsusiyyətlərin aradan qaldırılması, mübarizə, ümumdünya hökuməti təşkil etmək, məzlum və köməksizlərə arxa olmaq, təqva, iman və paklığı insani dəyərlərin ən başlıcası tanımaq kimi məsələləri əhatə edir.
    İcra olunacaq proqramlar da yalnız buna arxalanırdı ki, müqəddəs bir hədəfə yetişmək üçün mütləq müqəddəs mərhələlərdən keçmək lazımdır. O, açıq-aşkar deyirdi ki, Yəni, «Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.» (Maidə, 8). Onun müharibə meydanlarında əxlaqi qaydalara riayət olunması üçün verdiyi əmrlər, o cümlədən, döyüşənlərdən başqasına zərər yetirməmək, xurmalıq və ağacları kəsməmək, düşmənin suyunu bulandırmamaq və əsirlərlə son dərəcə mehribanlıqla rəftar etmək kimi nümunələr bu həqiqətə işarədir.
    6.Onun iddia və dəvəti mühitə o qədər təsir etmişdi ki, müşriklər insanların ona yaxın düşməsindən vəhşətə gəlirdilər. Çünki onlar peyğəmbərin cazibə və dəfetməsini görüb onun fövqəladə olduğunu bilirdilər. (Bilirdilər ki, bir nəfər ona yaxınlaşdıqda dərhal onu özünə cəlb edəcək). Bəzən, söhbət edən zaman onlar səs-küy salıb camaatın onun sözünü eşitməsinə mane olurdular. Bilirdilər ki, kim onun sözlərini dinləsə, onun vurğunu olacaq. Məhz buna görə, onu sehrbaz, sözlərini isə sehr adlandırırdılar. Bu məsələnin özü peyğəmbərin təsir qüvvəsini göstərir.
    7.Onun bu yolda göstərdiyi fədakarlıq və canfəşanlıqlardan məlum olur ki, bu dinə hamıdan çox onun özü iman bağlamışdır. Mübarizə meydanlarında yenicə müsəlman olmuş şəxslərin qaçıb aradan çıxmasına baxmayaraq o, öz hədəfi uğrunda əlindən gələni etdi. Düşmənin hücumları, təhdidləri və əks- təbliğləri qarşısında heç vaxt özünü zəif qələmə vermədi.
    8.Müşriklər dəfələrlə onu öz çirkin planları ilə sazişə dəvət etsələr də, buna nail ola bilmədilər. Ondan yalnız «əgər günəşi mənim bir əlimə, ayı da digər əlimə versəniz (bütün dünyanı mənim ixtiyarımda qoysanız), yenə də öz hədəfimdən əl çəkməyəcəyəm» cavabını aldılar.
    9.Peyğəmbərin dəvətinin insanların ümumi təfəkküründə təsirinin surəti də fövqəladə idi. Qərb alimlərinin İslam dini barədə yazdığı kitabları mütaliə edənlər bu yazıçıların İslamın meydana çıxıb tez bir zamanda yayılmasından təəccüblərini gizlədə bilmədiklərini söyləmişlər. Məsələn, qərbin tanınmış və «Qərb təməddününün tarixi və onun şərqdəki bünövrələri» əsərini yazmış müəllimlərdən üçü həqiqəti etiraf edərək demişlər: «Dünyada İslamın tez bir zamanda irəliləyib artmasının, bir əsrdən az bir müddətdə dünyanın çox hissəsinə kölgə salmasının səbəbi barədə aparılan tədqiqatlara baxmayaraq, hələ də bu məsələ bir müəmma olaraq qalmaqdadır.» Bəli, bu doğrudan da, bir müəmmadır. Necə də tez bir zamanda İslam milyonlarla qəlbdə nüfuz tapdı, bütün mədəniyyətləri yox edərək yeni bir mədəniyyət yaratdı.
    10.Nəhayət, bu nəticəyə gəlirik ki, onunla düşmənçilik edənlər kafir və müşriklərin başçıları, zalım rəhbərlər və özünüsevər dövlətlilər olmuşdur. Ona iman gətirənlər isə pak ürəkli cavanlar, öz haqlarını tələb edən məzlum insanlar, hətta qul və nökərlər və heç bir sərvəti olmayan insanlar idi. Onların yeganə sərvəti yalnız təmiz və pak qəlbləri idi. Onlar haqqı tələb edən insanlar idilər.
    Bu on bənddən belə nəticəyə gəlirik ki, bu dəvət ilahi bir dəvət olmuşdur. Elə bir dəvət ki, təbiətin fövqündən nəşələnmiş, insanları azğınlıqlardan düz yola hidayət etmək üçün uca Tanrı tərəfindən göndərilmiş bir dəvət olmuşdur.
    Fikirləşin və cavab verin
    1.İslam peyğəmbərin haqq olduğunu möcüzədən başqa yolla öyrənmək olarmı? Bu yol hansı yoldur?
    2.Peyğəmbərin xüsusiyyətlərini araşdırıb nəzərdən keçirmək dedikdə hansı xüsusiyyətlər nəzərdə tutulur? Ən çox hansı işlərə diqqət yetirməliyik?
    3.İslamdan qabaqkı ərəblərlə İslamdan sonrakı ərəbləri müqayisə etdikdə bir şey başa düşürsünüzmü?
    4.Cahiliyyət dövrünün ərəbləri, ümumiyyətlə, o dövrün insanları barədə bildiyinizi şərh edin.
    5.Nə üçün İslamın düşmənləri peyğəmbəri sehrbaz adlandırırdılar?
    X dərs.
    İslam peyğəmbərinin xatəmiyyəti
    Xatəmiyyətin dəqiq mənası
    İslam peyğəmbəri Həzrət Məhəmməd(s) Allah peyğəmbərlərinin sonuncusudur. Nübüvvət və peyğəmbərlik silsiləsi onunla başa çatır. Bu məsələyə (Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğuna) etiqad bağlamağın İslam dininin vacib əməllərindən biri hesab olunmasının mənası budur ki, müsəlmanların cərgəsinə qoşullan hər bir kəs bu məsələnin müsəlmanların əqidəsində əsas inamlardan biri olduğunu anlayacaqdır. Yəni, müsəlmanlar tövhid məsələsində təkid etdikləri kimi, İslam peyğəmbərinin xatəmiyyətində də təkid edirlər. Müsəlmanların hamısı (istər sünni, istər şiə) bu məsələdə bir-biri ilə razılaşırlar və heç kim bu barədə ixtilaf da deyil. Əslində, bəşəriyyət öz təkamül prosesini bir-birinin ardınca peyğəmbərlərin gəlməsi ilə müxtəlif mərhələlərə çatdırmış və sonuncu peyğəmbərin gəlişi ilə elə bir mərhələyə qədəm qoymuşdur ki, artıq özü-özünü idarə etməyə qüdrəti çatır. Yəni, İslamın geniş və doğru təlim-tərbiyəsi ilə öz çətinlik və müşküllərini aradan qaldıra bilir. Başqa sözlə, İslam bəşəriyyətin sonuncu və təkamül yolunda onu hədəfə çatdıra bilən qanunudur, etiqad nöqteyi-nəzərindən ən kamil dini baxışı əhatə edən və hər bir zaman insan ehtiyacları ilə uyğun gələn bir dindir.
    Məhəmməd(s)-in xatəmiyyətinin sübutu
    Bu iddianı sübuta yetirmək üçün çoxlu sübut və dəlillər var. Aşağıdakı üç dəlil isə onların ən aydınıdır.
    1.Bu məsələnin dinin vacib yönlərindən biri olması, yuxarıda dediyimiz kimi, bütün dünya müsəlmanlarının qəbul etdiyi bir şeydir. Əgər bir nəfər məntiq, dəlil və əql vasitəsi ilə islam dinini qəbul edərsə, gərək, bu dinin banisi olan Həzrət Məhəmməd(s)-in peyğəmbərlərin sonuncusu olduğunu da qəbul etsin. Çünki ötən dərslərdə İslam dininin haqq olduğunu kifayət qədər sübutlarla isbat etmişdik. Deməli, İslamın əsaslarından biri olan peyğəmbərin xatəmiyyət məsələsini də qəbul etməliyik.
    2.Quran ayələri də Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğunu bəyan edir: «Məhəmməd(s) aranızdakı kişilərdən heç birinin atası deyil (Oğul odur ki, kişinin öz belindən gələ!). Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur.» (Əzhab, 40).
    Bu ayə ərəblər arasında birini oğulluğa götürmək məsələsi adət olan zaman nazil olmuşdur. Ərəblər başqa ata-anadan olan bir nəfəri özləri üçün oğulluğa götürüb, onu öz ailə üzvləri kimi hesab edir, evdəkilərlə məhrəm olub biri-birinə (öldükdən sonra) varis olurdular.
    İslam gələrək Cahiliyət dövrünün bu adətini aradan qaldırdı. İslam (bu ayə) bildirdi ki, oğulluğa götürülmüş şəxslər həqiqi oğlun (insanın öz belindən gələn oğlun) şəri və hüquqi qanunlarına aid deyillər. Bu ayə Peyğəmbərin oğulluğa götürdüyü Zeyd adlı bir nəfərə də şamil olurdu. Ayə buyurur ki, siz ərəblər Peyğəmbəri filankəsin (Zeydin) atası adlandırmaqdansa, onu Allahın elçisi və peyğəmbərlərin sonuncusu adlandırın.
    Bu ayədən məlum olur ki, İslam peyğəmbərinin risaləti hamıya məlum olduğu kimi, onun xatəmiyyəti də hamı üçün məlumdur. Burada təkcə bir sual qalır ki: «xatəm» sözünün əsl mənası nədir?
    «Xatəm» kəlməsi «xətm» sözündən götürülmüş və qurtaran, başa çatdıran mənasındadır. Məsələn, məktubun axırına vurulmuş möhrü xatəm adlandırılar. Çünki o möhür məktubu başa çatdırır.
    Ərəb dilində üzüyə də xatəm deyirlər. Səbəbi də budur ki, o vaxt üzüyün qaşı üzərinə ad, söz və s. yazıb möhür əvəzinə istifadə edərdilər. Bir nəfər məktub yazıb qurtardıqda öz üzüyü ilə onu möhürləyərdi.
    İslam hədislərindən peyğəmbər(s) şah, hakim və imperatorlara məktub yazıb onları İslama dəvət etmək istədikdə səhabələrinin ona belə dedikləri məlumdur: «Əcəmlərdə belə adətdir ki, möhürsüz məktubu qəbul etmirlər». (Peyğəmbər o vaxtadək bütün məktublarını sadə və möhürsüz yazardı). O, əmr etdi ki, onun üçün bir üzük düzəldilib qaşı üzərinə «La ilahə illəllah, Muhəmmədun rəsulullah» həkk olunsun. Bundan sonra peyğəmbər bütün məktublarını həmin üzüklə möhürləyirdi.
    Deməli, xatəm sözünün əsl mənası sona yetirən və qurtaran deməkdir.
    3.Hədislərin bir çoxu da İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğunu vurğulayır. Buna aid aşağıdakı hədisləri nümunə göstərmək olar.
    A)Cabir ibn Ənsarinin peyğəmbərdən söylədiyi mötəbər hədisdə deyilir: «Peyğəmbər camaata deyir: Mənim peyğəmbərlər arasında misalım bir evin tikilib qurtarması və təkcə bir daşın yerinin boş qalmasına bənzəyir. Hər kim o evə girsə, baxıb deyəcək, nə gözəl evdir, heyf ki, bir daşı çatmır. Mən həmin boş qalan yeri dolduran daşa bənzəyirəm və bütün peyğəmbərlər mənimlə xətm olunurlar. (Məcməül-bəyan təfsiri).
    B)İmam Sadiq(ə) buyurur: Yəni, «Məhəmməd(s)-in halal etdiyi şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər də qiyamətə qədər haramdır.»
    V)Şiə və sünnilərin peyğəmbərdən söylədiyi məşhur hədisdə oxuyuruq: Peyğəmbər Əli(ə)-a buyurmuşdur: «Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq.»
    İslam peyğəmbərinin xatəmiyyəti barədə diqqəti cəlb edən bir neçə sual vardır. Onları sizin nəzərinizə çatdırırıq.
    1.Bəzi insanlar deyirlər ki, əgər peyğəmbər Allah tərəfindən göndərilən lütf, mərhəmət və feyzdirsə, bəs, nə üçün bizim zəmanənin insanları bu lütf və mərhəmətdən məhrum olmalıdır? Nə üçün indiki əsrin camaatına hidayət etmək üçün peyğəmbər gəlməməlidir? Bu sualı verən şəxslər bir məsələyə diqqət etməmişlər. O da budur ki, bizim əsrin peyğəmbərdən məhrum olmasının səbəbi insanların ona layiq olmamaları deyil. Bizim əsr üçün peyğəmbər göndərilməməsinin səbəbi budur ki, artıq bəşər təfəkkür və bilik cəhətdən o dərəcəyə yetişib ki, İslam peyğəmbərinin qayda –qanununa riayət etməklə öz yollarına davam edə bilərlər və yeni bir peyğəmbərin gəlməsinə ehtiyac yoxdur. Yaxşı olar ki, bu məsələni düzgün anlamaq üçün belə bir misala diqqət edək: Ülul-əzm, yəni, yeni din, yeni şəriət və səmavi kitab sahibi olan (eləcə də risalətləri ümumdünya risaləti olan) peyğəmbərlər beş nəfər olmuşlar. Nuh(ə), İbrahim(ə), Musa(ə), İsa(ə), və Muhəmməd(s). Bu peyğəmbərlərin hər biri müxtəlif dövrlərdə insanları hidayət etməyə çalışmışlar. Bəşər karvanını bir mərhələdən keçirib digər mərhələyə, o biri ülul-əzm peyğəmbərə çatdırmışlar. Nəhayət, bu karvan son mərhələyə yetişərək öz yolunu tapdı, artıq özü bu yolda hərəkət etmək qüdrətinə malik oldu. Bu karvanın işi eynilə ibtidai, sonra orta, daha sonra isə ali məktəbdə təhsil alan tələbənin işinə bənzəyir. Əvvəl elmlə ibtidai şəkildə tanış olduqdan sonra orta həddə təhsil alaraq elmini başa çatdırır. Əgər bir həkim məktəb və ya universitetə getmirsə, bu, onun ləyaqətinin olmadığı mənasına gəlməz. Əksinə, bunun səbəbi onun əldə etdiyi məlumatları ilə öz elmi çətinliklərini həll etməyə qadir olmasıdır.
    2.Dünya ictimaiyyətinin vəziyyətinin zaman keçdikcə dəyişdiyini nəzərə alsaq, İslamın sabit qanunları insan ehtiyacların necə ödəyə bilər?
    Bu sualın cavabında deyirik: İslamın iki cür qanunları var; 1. Bir sıra sabit və dəyişilməz qanunlar. Məsələn, tövhid, ədalət, zülm və haqsızlıqla mübarizə və s. 2.Ümumi və mövzuların dəyişilməsi ilə dəyişən qanunlar. Yəni, zaman dəyişdikcə qanun da zamana uyğun olur. Bu cür qanunlar həmişə insan ehtiyaclarını ödəməyə qadirdilər. Məsələn, İslamda yəni, «əhdlərinizə vəfa edib sadiq qalın» kimi ümumi bir qayda var. Şübhəsiz ki, zaman ötdükcə faydalı olan yeni ictimai, ticari, siyasi əhdlər bağlanır. İnsan yuxarıda deyilən ümumi qaydanı əlində əsas tutaraq bu əhdlərə, müqavilələrə vəfa edib sadiq qala bilər. Yaxud şəriətdə «zərərsiz qayda» adlı ümumi bir qanun var. Bu qanunla insan cəmiyyətin zərərinə olan bütün işlərin qarşısını ala bilər. Görün, İslamın bu ümumi qaydası nə qədər çətinliyi aradan qaldırır! Bu cür qaydalara İslamda çox rast gəlmək olar.
    Fikirləşin və cavab verin.
    1.Xatəmiyyət nə deməkdir?
    2.Quran ayələrindən xatəmiyyət məsələsini necə anlamaq olar?
    3.Nə üçün bizimlə eyni zamanda yaşayan insanlar peyğəmbərlərdən məhrum olmalıdırlar?
    4.İslam qanunları neçə hissəyə bölünür və insan ehtiyaclarını necə ödəyir?
    Category: Gənclər üçün üsuliddin haqqinda 50 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 955 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024