İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 7:28 AM
    QIRX DOQQUZUNCU DƏRS
    MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (1)
    Məsihiliyin əqidələri üç əsas mehvərdə araşdırılmalıdır. Birincisi məsihilərin Allah barəsində olan nəzərləri, ikincisi Məsihin bəşər şəklində yer üzünə nazil olub insanların günahlarının kəffarəsi kimi qurban olması, üçüncüsü isə İsanın bəndələrdən hesab çəkməsi üçün qiyamət məsələsi. Bu dərsdə yalnız birinci mehvəri araşdıracaq, qalanları isə gələn dərslərdə aydınlaşdıracağıq.
    BİRİNCİ MEHVƏR
    MƏSİHİLİK TƏFƏKKÜRÜNDƏ ALLAH ANLAMI
    Məsihilər arasında ilahi həqiqətlə əlaqədar olan ən çox geniş yayılmış məsələ "üç Allah”, yaxud "Təslis” məsələsidir. Məsihi alimləri çalışmışlar ki, üç üqnumun(Siryani dilində əsl yaxud şəxs mə’nasına olan üqnum deməkdir.) Cəlal, qüdrət, əzəlilik və ilahiliyini (ata, oğlu və Ruhul-qudus) sabit fərz etsinlər. Bununla yanaşı Allahın vahid olmasını da iqrar etməyə və tövhid dini sırasından çıxmamağa çalışırlar. Bu nəzər əsasında məsihilikdə Allahşünaslığın əsli son dərəcə mürəkkəbləşir, burada müəmmalı məsələlər qarşıya çıxır; çünki həm üçlüyü qəbul etmək və həm də tövhidin isbatına çalışmaq çox çətin, hətta qeyri-mümkün bir işdir. Məsihilər özlərini vahid Allahın ardıcılları hesab edərək inanırdılar ki, əql yolu ilə Allahı tanımaq olar. Halbuki iki qeyri-məhdud, yaxud daha çox qüdrətə malik olan varlığın eyni zamanda təsəvvür olunması əql və məntiqin ziddinədir. Allahın vahid olması dedikdə, məqsəd budur ki, yalnız bir Allah vardır və ilahi zat bölüşdürülə bilməz. Digər tərəfdən də inanırdılar ki, ilahilik bir-birindən tamamilə ayrı olan üç şəxsiyyətdən təşkil olunmuşdur. Bu üç varlıq əzəlilik, qüdrət və cəlalda bir-birilə bərabərdir və onlardan hər biri ilahi sifətlərin hamısına malikdir. Amma eyni halda hər birinin müəyyən xüsusiyyətləri vardır ki, onları təslis vəhdətinin daxili bir-birindən fərqləndirir. Bu üç üqlum aşağıdakılardan ibarətdir:
    Vücud üqlumu, elm üqlumu, həyat üqlumu.
    Üçlük təşkil edən üqlumlar dedikdə ata, oğul və Ruhul-qudus nəzərdə tutulur ki, ata vücud üqlumu, oğul elm üqlumu, Ruhul-qüdus isə həyat üqnumudur. Bütün bu vəsflərlə eyni zamanda Allah ədəd baxımından birdir. Allah ruhdur və onda heç bir növ bölünmə ola bilməz. Bununla yanaşı deyirlər ki, Allahın vahid olmasının təslislə heç bir təzadı yoxdur. Çünki vahid olmaq vahid ədəd kimi bəsit deyildir, Allahın vahid olmasında, Onun bir olmasına inanmaqla eyni zamanda üçlük təşkil edən üqnumun da vahid Allahda qəbul edirik. Bizim e’tiqadımız budur ki, vahid Allahda vəhdətlə eyni zamanda təslis də mövcuddur. Üçlük üqnum bir-birindən seçilir, amma İlahi zat bölünməzdir: Bu üç üqnum bir-birilə əbədiyyət və oxşarlıqda bərabərdirlər; belə ki, təslisdə vahidliyi və kamil təslisi vahidlikdə ibadət edirik. Bu halla yanaşı qeyd olunan həqiqətlər belə təfsir olunmamalıdır ki, üçlük üqnumları arasında ilkin olmaq haqqı mövcud deyildir, əksinə, bilmək lazımdır ki, ata birinci yer, oğul ikinci yer, Ruhul-qüdus isə üçüncü yerdə qərarlaşır. Bu ilkin olmaq haqqı tərtiblədir. Ruhul-qüdus və oğul bərabərdir, bununla eyni zamanda ataya müt’idirlər. Bu itaət icbari deyil, iradə və ixtiyar üzündədir.(Henri Tisen, İlahiyyati məsihi, Can Van vurd, Bizim «Allahımız İsa Məsih» kitabı.)
    MƏSİHİ MƏNBƏLƏRİNDƏ TÖVHİD VƏ TƏSLİS
    Bu dərsdə bəyan olunanlar məsihi alimlərinin nəzəridir. Amma bilməliyik ki, məsihilərin müqəddəs kitablarında və mö’təbər mənbələrində təslis və tövhid məsələləri necə işıqlandırılmışdır? Bilmək lazımdır ki, məsihi alimləri necə olub ki, təslisə etiqadlı olduqları halda tövhid əqidəsinə üz gətirmişlər? Əhdi-qədim və Əhdi-cədidə şamil olan müqəddəs kitab məsihilərin nəzərində müqəddəs və mö’təbər sayılır. Yəhudi dini barəsində olan bölmədə qeyd olunduğu kimi, Əhdi-qədimdə (Ətiqdə) təslisdən heç bir əsər-əlamət gözə dəymir. Buna görə də yəhudilər özlərini xalis tövhidçi hesab edirlər. Həmçinin Əhdi-cədiddə çoxlu ayələr vardır ki, Allahın yeganə olduğunu aşkar şəkildə bəyan edir. O cümlədən: «Yəhudi ruhanilərindən biri o bəhsi eşidib anladı ki, İsa ona ali bir cavab vermişdir. İrəli gəlib soruşdu: «Şəriət hökmünün ən mühümü hansıdır?» İsa (ə) cavab verdi: «Birincisi budur ki, ey İsrail eşit! Bizim Allahımız yeganə olan Allahdır; öz Allahını cani-dildən və var gücünlə sev».(Markos, 12-ci bab, 28-30-cu ayələr.) Həmçinin 32-ci ayədə deyilir: «O şəxs ona dedi: Ey ustad, düzdür. Həqiqəti bəyan etdin, Allah birdir, Ondan başqa heç bir mə’bud yoxdur». Həmçinin Qərintanın birinci risaləsinin dördüncü ayəsində belə deyir: «Bütlərə təqdim olunan yeməklərə gəldikdə isə, biz bilirik ki, büt heç bir həqiqətə malik deyildir və yeganə olan Allahdan başqa heç bir mə’bud yoxdur.» Tövhidi aşkar şəkildə bəyan edən bu kimi tə’birlər Əhdi-cədiddə çox gözə dəyir, amma onun yanında elə tə’birlər də vardır ki, təslis əqidəsinin formalaşmasında ondan istifadə olunur. Dördlük təşkil edən İncillərin heç birində təslisə aşkar şəkildə işarə olunmur. Əgər ilkin qanunun tövhid olduğunu qəbul etsək, belə tə’birlər müəyyən yozuma və tə’vilə mə’ruz qala bilər. O cümlədən, Mətta İncilinin 28-ci babının 19-cu ayəsində belə deyilir: «Gedin bütün millətləri mənim şagirdlərim edin və onlara ata və Ruhul-qüdusun adından tə’mid qüslu verin.» Yühənna İncilinin 1-ci ayəsindən 14-cü ayəsinə qədər belə deyilir: «Əzəldə kəlmə idi. («Kəlmə» həzrət İsanın adına ünvanlanır) Kəlmə Allahla idi və Kəlmə Allahın özü idi. Əzəldən Kəlmə Allahla idi. Hər bir şey onun vasitəsilə varlıq libası geydi və onsuz heç bir şey yaradılmadı. Həyat ondan vücuda gəldi və o həyat insanların nuru idi».
    Amma dördlük təşkil edən İncillərdən sonra sair Əhdi-cədid risalələrində qeyd olunanlar təslis məsələsini daha aşkar şəkildə bəyan edirlər. O cümlədən, Yühənnanın 1-ci risaləsinin 5-ci babının 4-8-ci ayələrində belə oxuyuruq: «Çünki Allahdan doğulan şeylər dünyaya qələbə çalır və dünyanı məğlub edən qələbə bizim imanımızdır. Kimdir ki, dünyaya qələbə çalsın?! Yalnız buna imanı vardır ki, İsa Allahın oğludur. Məhz odur ki, su və qana gəldi; yə’ni İsa Məsih təkcə su ilə deyil, üstəlik su və qan ilədir. Ruh o şəxsdir ki, şəhadət verir. Ruh haqdır, ona görə ki, şəhadət verən o üçüdür, yə’ni ruh, su və qan. Bu üçü birdir.»
    Əhdi-cədiddən əlavə, məsihilikdə təslis ünvanı ilə tanınan şeylərin Midiyə e’tiqadnaməsi olduğunu qeyd etmək olar. Bu e’tiqadnamə Midiyə şəhərinin yepiskoplar şurası vasitəsi ilə Orta Asiyada yazılmışdır. Bu şura Konistantin imperatorunun göstərişi ilə miladın 325-ci ilində məsihilər arasında tövhidlə təslisin ixtilafına son qoymaq üçün təşkil olunmuşdur ki, nəhayətdə "nəqiyyə” e’tiqadnaməsi ünvanı ilə bir qətnamə verməklə sona çatdı. Məsihilər bu əqdnaməni rəbbani gecə mərasimində oxuyurlar. Bu bəyanatda belə qeyd olunur: «Bizim vahid Allaha, mütləq qadir ataya, görünən və görünməyən bütün şeylərin xaliqinə, İsanın vahid Allahına imanımız vardır. O, Allahın oğludur ki, atadan dünyaya gəlmişdir; atanın zatından dünyaya gələn övladdır, onun vasitəsi ilə bütün şeylərə varlıq verilmişdir. Yerdə və göydə olanlar hamısı. Biz insanların xatirinə, bizə nicat vermək üçün yer üzünə enərək cism halına düşdü; insan şəklinə düşdü, əzab-əziyyət çəkdi və üçüncü gündə (dəfn olunandan sonra) qalxıb asimanlara getdi. O, qayıdacaqdır ki, ölüləri və diriləri mühakiməyə çəksin. Biz Ruhul-qüdusa iman gətirmişik». Həmçinin belə deyilir: «İsanın mövcud olmadığı bir zamana inananlara, yaxud vücuda gəlməmişdən qabaq olmadığını, yaxud yoxluqdan varlığa çevrildiyini deyənlərə lə’nət olsun! Bunlara lə’nət olsun; eləcə də lə’nət o kəslərə ki, Allahın oğlunun zatdan, yaxud digər bir cinsdən olduğunu və həmçinin Allahın oğlunun məxluq və dəyişilməyə qabil olan bir şey olduğunu iqrar edirlər!»
    Bu bəhslərdən aydın olur ki, məsihiliyin Allah barəsində olan nəzərləri üçlük əsasındadır və eyni zamanda tövhidlə təslis arasında olan ziddiyyət aradan qaldırıla bilməz. Həmin mövzu da məsihi firqələrindən bə’zilərini üçlük əslini tərk edib tövhidə yönəlmələrinə bais olmuşdur. Onlardan biri də ilk məsihilərin yəhudiləri ünvanı ilə tanınan firqədir ki, məsihilər arasında ən qədim firqə hesab olunur. Bu şəxslər nəqiyyə şurasından əvvəl, hətta bəlkə Pulsdan da qabaq yaşayırmışlar. Həmçinin "şahdan Yəhuvəh” firqəsi də hal-hazırda məsihiliyin bir firqəsi kimi mövcuddur və onlar tövhidə inanırlar. Amma bu firqələri nəzərə almasaq, məsihilərin ata, oğul və Ruhul-qüdus barədə olan ümumi nəzərləri, eləcə də bu üç varlığın "Salusu Əqdəs” adı ilə ilahiləşdirilib əzəli məqamda bilinməsi prinsipindən ibarətdir. Qur’ani-Kərimin məsihilik barədə olan nəzəri məhz həmin əsas üzərində qərar tutmuşdur. Yə’ni, Qur’ani-Kərim məsihiliyi üç Allaha inanan bir əqidə hesab edir və onları kafir adlandırır. O cümlədən aşağıdakı ayədə buyurulur:
    «Allah üçün (üç ilahinin) üçüncüsüdür!» - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)».(Maidə-73.)
    Həmçinin başqa bir ayədə buyurulur:
    «...(Allah barəsində) «üç deməyin». (Belə sözlərə) son qoyun. Həqiqətən Allah tək bir tanrıdır.» (Nisa-171.)
    SUALLAR
    1. Üç üqnum nədir?
    2. Məsihi alimlərinin təslis barəsindəki nəzərləri necədir?
    3. Məsihilərin təslis əqidəsinə dəlalət edən ən mühüm dəlil və mənbələri hansılardır?
    4. Qur’ani-Kərim məsihilərin Allah barəsində olan əqidələrini necə bəyan edir?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 891 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024