İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-29, 9:13 PM
    ƏLLİ BEŞİNCİ DƏRS
    MƏSİHİ MƏZHƏBLƏRİ (1)
    Məsihilik də sair məktəblər və dinlər kimi əqidə prinsipləri, nəzəri məsələlər barəsində olan çıxarışlar, təhlillər və dəyişikliklər nəticəsində, yaxud əməli üslubların ixtilafı nəticəsində müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Demək olar ki, heç bir din və məktəb bu din qədər firqələrə bölünməmişdir. Çünki məsihiyyət aləmində dini qayda-qanunlar, əqidə və ixtilaflardan əlavə dil, qəbilə, tayfa amilləri, coğrafi və siyasi xüsusiyyətlər də bu prosesin dərinləşməsində mühüm rol oynamışdır. Bu cərəyanlar arasında üç məzhəb - ortodoks, katolik və protestan məzhəbləri digərləri ilə müqayisədə daha artıq əhəmiyyətə malikdir. Onlar əsas etibarilə tarixi və coğrafi cəhətdən, geniş yayılma, ardıcıllarının çoxluğu, məsihiyyət aləmində dini-ictimai və tarixi tə’sir baxımından əhəmiyyət kəsb edirlər. Bu və gələn dərsdə bu üç məzhəbi araşdıracaq, 28-29-cu dərslərdə isə bu üç məzhəbə nisbətən daha az əhəmiyyət kəsb edən sair məsihi firqələrindən danışacağıq. İndi isə bu üç məzhəbin meydana gəlmə səbəblərini araşdırırıq.
    MƏSİHİLİKDƏ MƏZHƏB VƏ FİRQƏLƏRİN YARANMA SƏBƏBLƏRİ
    Məsihiyyət aləmi üç dəfə və üç müxtəlif amilin nəticəsində bir neçə böyük məzhəbə bölünmüşdür:
    1. 5-ci əsrdə Çaldisun şurasının bəyaniyyəsi yayıldıqdan sonra şərqi Meditranin Yunan dilli kilsələri Şərqdə olan sair məsihi kilsələri ilə əlaqələrini kəsib onlardan ayrıldılar. Misirin İskəndəriyyə şəhərində mərkəzləşmiş kilsələrin bu qurupu belə bir əqidəni yaymağa başladılar ki, həzrət İsa (ə) ilk mərhələdən sonra yalnız bir kamil və ilahi fitrətə malik olmuşdur; bir-birindən ayrı olan iki təbiət və iki fitrət isə düzgün deyildir. (Bunu Çaldisun şurasının bəyaniyyəsi qeyd etmişdir.) Buna görə də onlar Çaldisun bəyaniyyəsini qəbul edən sair kilsələrdən ayrıldılar. Bu qurup Qibti məsihiləri (qədim Misir) adı ilə tanınırlar.
    Misirdə bir çox məsihi rahiblərinin sövmiyyələri yeniləşdiyinə görə Qibti məsihiləri üçün çox münasib bir şərait yarandı ki, bu yolla onlar öz nəzəri fikirlərini yaymağa başladılar. Amma tədricən öz ardıcıllarını itirdilər və hal-hazırda Misirdə azılıq təşkil edən bir qurup kimi yaşayırlar.
    2. 11-ci əsrdə bir sıra ixtilaflar, o cümlədən dil, düşüncə, əməl (adət-ənənə) və eləcə də Bizans imperiyası ilə Roma imperiyasının qarşıdurmasından yaranan siyasi ixtilaflar nəticəsində məsihi dünyası iki böyük dəstəyə bölündü. Fələstinin şərqində yerləşən kilsələr (Onlar məsihi aləminin mərkəzi sayılırdı), Bizans, yaxud Yunan kilsələri adı ilə tanınan şərqi ortodoks məzhəbinə, Qərb kilsələri isə latın kilsələri adlanaraq sonradan katolik məzhəbinə çevrildi.
    Bu iki məzhəbin əsas ixtilaf amilləri dil məsələsindən ibarət idi ki, bu da nəzər və görüşlərin fərqli olması ilə nəticələndi. Bizans kilsələri yunan dilini seçmişdilər. Yunan dili çox zəngin və geniş bir din idi; onda irfani və metafizik tə’birlər üçün geniş imkan var idi. Buna görə də şərqi məsihilər öz nəzəri üsullarının kamil bəyanı və təfsirində fəlsəfi nəzəriyyələrə meyl edirdilər. Amma Qərb kilsələri hüquqi və dəqiq bir dil olan latın dilinə meyl etməklə, məsihi imanının sadə və saf şərhinin və dəqiq hüququnun tə’rifinə üz gətirdilər.(«Buş və başqaları» «Din dünyası» 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi)
    Şərq və Qərb kilsələri arasında ixtilaf yaranmasına səbəb olan və əsas e’tibarilə fəlsəfi yönə malik olan digər əqidəvi ixtilaf bu iki məktəbin həzrət İsanın ilahiləşdirilməsi barəsində olan fəlsəfi idrakı idi. Şərqi məsihilər əsas nəzərlərini həzrət İsanın hülul və təcəssüdünə yönəldirdilər (yə’ni, Allahın İsanın cismində yerləşməsi və hülul etməsi) və onu (yə’ni hülul və təcəssüdü) bəşəriyyətin kamal mərtəbəsinə çatdırılması və Allahın zatı barəsində təfəkkür etməyin vasitəsi hesab edirdilər. Onların fikrincə, insan ilahi və müqəddəs bir mərtəbəyə çatmaq üçün sə’y göstərməlidir. Amma Qərb məsihiləri bu yönə tə’kid edirdilər ki, həzrət İsanın axan qanı insanların günahlarının kəffarəsidir. Yə’ni, günahkar insan yalnız o Həzrətin ölümü ilə islah olunub qurtuluşa çıxa bilər.(Buş və başqaları «Dinlər dünyası» 2-ci cild.)
    3. Məsihi dünyasında məzhəblərə parçalanmanın üçüncü əsas amili 16-cı əsrdə meydana gələn dini islahatlar hərəkatı idi. Bu hərəkat kilsənin qərb məsihi cəmiyyətlərinə hakim olmasına e’tiraz sayılırdı və qərb cəmiyyətlərinin geriyə qalması və süquta uğraması birbaşa dinin və dini hakimiyyətin üzərinə yıxılırdı. Bu da dinə qarşı çox kəskin e’tiraz və tənqidlər dalğasının yaranmasına səbəb olmuşdur. Bu zaman məsihi alimlərindən bir qurupu dini təfəkkürün dirçəldilməsi və dini əqidələrin qəbul olunası bir vəziyyətə salınması üçün məsihi tə’limlərinə yenidən baxış etmək fikrinə düşdülər; belə bir əqidəni yaymağa başladılar ki, məsihiyyətin tənəzzülə uğramasının əsas səbəbi məsihi keşişlərinin həzrət İsanın tə’limlərində etdiyi təhriflərdir və əgər bu təhriflər məsihi dinindən kənarlaşdırılsa, bu tə’limlər camaat üçün dərk olunası və qəbul olunası bir şəkilə düşəcəkdir. Başqa sözlə desək, bu quruplar inanırdılar ki, məsihi dininə edilən bütün tənqid və e’tirazlar həqiqətdə məsihi dinini öhdəsinə alan keşişlərin əməllərinin nəticəsidir; həzrət İsanın dini tə’limlərində heç bir çatışmazlıq yoxdur.
    Məsihi alimlərindən bu qurupu(onların ən görkəmli şəxsiyyəti Marten Lüter idi) protestanizm adı ilə məşhurlaşan belə bir hərəkat başladılar. Protestanizm qərb dünyasında məsihi hakimiyyəti (katolizm) qarşısında yaranan bir hərəkat kimi formalaşdığından, onun əqidələri də katolik əqidələri ilə qarşı-qarşıya durdu. Avropa kilsələrindən bir qurupunun protestanizm hərəkatına qoşulması ilə, bundan öncə hamılıqla katolik olan qərb kilsələri iki hissəyə ayrıldı.
    * * *
    ORTODOKS (ORTHODOX)
    Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mə’nasını daşıyır. Ortodoks kəlməsi düzgün və səhih mə’nasında olan «orthos» və əqidə mə’nasına olan «doxa» kəlmələrindən əmələ gəlmişdir.
    Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mə’nada ata Allahdan əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata ilə müqəddəs oğulun bərabərliyinə tə’kid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması (ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-birilə bərabər olmasına tə’kid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı vəhdətə də inanırlar.
    Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani məqamlarının ismətinə, günahsızlığına e’tiqad bəslədikləri və onları xətadan uzaq bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd etməklə yanaşı, həqiqətdə məsihi mö’minlərinin ümumi məcmuəsində külli halda kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər.
    Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər, halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir.
    Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır:
    Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs.
    Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında bölünmüşdür.
    SUALLAR
    1. Məsihi dünyasında müxtlif məzhəblərin yaranmasının amilləri nədir?
    2. Qibti məsihiləri kimlər idi?
    3. 11-ci əsrdə məsihi dünyasında hansı ixtilaflar büruzə gəldi?
    4. Dini islahat hərəkatı necə yarandı?
    5. Ortodoks nə deməkdir?
    6. Ortodoks məzhəbinin ən mühüm əqidələri hansılardır?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 814 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024