İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-31, 7:30 AM
    SƏKKİZİNCİ DƏRS
    VEDA AYİNİ (2)
    MÜQƏDDƏS KİTABLAR - VEDA
    Veda dinində "Veda” adlanan dörd müqəddəs kitab vardır. Hind-ariya xalqlarının ən qədim sənədləri olan, ariyalıların Hindistana köçməsi, orada yaşamaları, tarixi keçmişləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və məşğuliyyətləri, əxlaq, ədəb, ictimai və fərdi həyat tərzlərinin şərh edildiyi bu kitablar onların dini və e`tiqad qayda-qanunları sayılır.
    Vedalıların tarixi ən azı miladdan 1200 il əvvələ gedib çıxır. Bu kitablar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi surətdə sonrakı nəsillərə ötürülürdü. Qədim hindlilərin inancına görə, veda nəğmələri onları hərf, söz və kitab çərçivəsinə salmaqdan daha müqəddəsdirlər. Belə ki, o kitab halına salınarsa öz zati bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət, miladdan əvvəl altıncı əsrdə yazı halına salındı.
    "Veda” sözü bilmək mə`nasını verir, bu söz xüsusi ali elm və mə`rifət mə`nasında işlədilir. Vedaya "Apaverşiya”, yə`ni "fövqəl-insan” da demişlər. Hindusların əqidəsinə görə bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları "nazil olma” mə`nasında işlənən, ilahi feyzdən qaynaqlanaraq qədim hind şəxsiyyətlərinin qəlbinə süzülən və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilən "Səruti” mətnlərinin bir hissəsi hesab edirlər. Buna görə də hinduslar veda məcmuəsinin heç bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar. Tarixi sənədlər də bu müqəddəs kitabların kimlər tərəfindən yazıldığına aydınlıq gətirmir. Dörd veda kitabı aşağıdakılardan ibarətdir:
    1. Riqveda:
    Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimilik baxımından da sonrakı üç kitabdan irəlidir. Riqvedada mə`budların tə`rif və mədhinə həsr olunmuş 1017 nəğmə vardır. Bu nəğmələr ehtiyacların istənilməsi üçün yalvarışla oxunur. Bu nəğmələr Veda allahları arasında hamısından daha çox İndra, sonra Aqni və daha sonra isə Varunaya ünvanlanıb.
    Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hinduslar indinin özündə də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin nəğmələrdən bə`zilərini heç şərh və izahsız nümunə seçmişik. İndraya xitab olunan ilk nəğmədə belə deyilir:
    "Ey İndra, bizim düşmənlərimizin hamısını qov!
    İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!
    Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır,
    Sənin sayəndə şad və xürrəm yaşaya bilməmizdən ötrü!
    O gün nə gün olacaqdır?
    Elə insanlar ki, onların əkinləri arpa ilə doludur.
    Yetişmiş taxılları biçirlər və xırmana aparırlar.
    Belə isə o insanların yeməklərini cücərt.
    Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar.
    İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!
    O hər bir şeyin sahibidir, nə qədər bağışlayan və mehribandır!
    Bəlkə düşmənlərimizi pərən-pərən salıb əmin-amanlığı bizə hədiyyə etsin!
    Bəlkə biz qaçan güclülərin ağası olaq.
    Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək.
    Onun bərəkətli şəfqətindən faydalanaq.
    Bizi qüdrətli və gözəl saxlayan İndra!
    Bizə qarşı ürəklərində kin bəsləyənləri bayıra at və bizi qoru!”
    İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tovhid və təkallahlığa meyllə yanaşı, veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa e`tiqad da mə`lum olur. Eyni zamanda, xilqət aləmi və yaradılışın forması barəsində şəkk və tərəddüd də nəzərə çarpır:
    "Nə varlıq var idi, nə də ki, yoxluq.
    Nə parlaq səma görünürdü, nə də səmanın geniş tavanı yuxarıda döşənmişdi.
    Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi?
    Ucsuz-bucaqsız su çalası idimi?
    Dərin və çatılmaz sular?
    O zaman ölüm, əbədilik də yox idi.
    Gecə-gündüzdən bir nişanə də yox idi.
    Yeganə vücud təklikdə nəfəs çəkirdi.
    Ondan başqa hələ bir şeyin vücudu yox idi.
    Zülmət idi, qaranlığı qaranlıq bürümüşdü.
    Bunların hamısı su idi və əlamətsiz.
    O yeganə vücud təbiəti yandırıcı istiliyin içindən yardı.
    Əvvəlcə eşq göründü, sonra əqlin mənşəyi əyan oldu.
    Sonra toxumlar səpildi və qüdrətli güclər qalxdılar.
    Təbiət altda, qüdrət və iradə isə yuxarıda.
    Bu sirlərdən agah olan kimdir?
    Burada kimdir ki, aşkar edib haradan olduğunu desin?
    Bu rəngarəng yaradılış haradan qaynaqlanır?
    Allahlar özləri bir qədər gec varlıq libasını əyinlərinə geydilər.
    Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır?
    Ən yüksək səmalarda olan ən ali görəndir.”
    Bu nəğməyə uyğun olaraq, allahların mövcudluğu və varlıq aləmi təbiətin yaradılışından sonra ilə əlaqələndirilir. Təbiət haqda onun xaliqinə sual verir və xaliqə fərd qismində müraciət edir. Eyni zamanda, Riqvedanın başqa bir nəğməsində oxuyuruq:
    "Bəxş edənin həyat və qüvvə sayəsi əbədidir...
    O kəs ki, ucqar dağlar, dənizlər və çayların varlığı ondandır.
    O kəs ki, səma onun qüdrət nahiyəsidir.
    Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Allah kimdir?
    O kəs ki, yeganə və bütün allahların fövqündə olan Allahdır...
    Əql sahibləri vahid Allaha müxtəlif adlar qoyurlar.
    Onu Aqni, Mitra və Varuna adlandırırlar.
    2. Yacurveda:
    Vedaların ikinci müqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Çünki, Riqveda nəğmələrinin bir çoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və adətən qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərdən ibarətdir.
    3. Samaveda:
    Bu, allahlara ibadət və onlarla razi-niyaz etmək üçün lazım olan dua və nəğmələrdən təşkil olunmuş vedaların üçüncü müqəddəs kitabıdır. Bu nəğmələrin əksəriyyəti Riqvedadan götürüldüyündən, ayrıca dəyər daşımır.
    4. Asarvaveda:
    Bu vedanın dördüncü və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha fərqli üsluba malikdir. Çünki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.
    Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə bölünür:
    1. Samhita;
    2. Brahmana.
    "Samhita” dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan brahma əvvəlcə Asarvavedadan bir parçanı oxuyur, sonra "huteri” adlı başqa kahin Riqvedadan müəyyən nəğmələri ifa edir. Bundan sonra üçüncü kahin, yə`ni "ədqateri” Samavedadan bə`zi nəğmələri əzbərdən deyir, daha sonra isə dördüncü kahin "adhuvariyu” camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan bir sıra zikrləri oxuyur və beləliklə də ibadət mərasimi sona çatır.
    Brahmana veda kahinlərinin dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar vedalara yazmış olduqları şərh və bəhslər toplusudur.
    Dini göstəriş və hökmlər, dini başçıların borc və vəzifələrinin bəyan olunması, hökmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mə`naları Brahmanın bəhslərinin mühüm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsanələr şəklində bəyan olunmuşdur.
    Brahmana iki ümumi hissədən ibarətdir:
    1. Aranyaka;
    2. Upanişad.
    Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi keçirməkdən ötrü pənah aparan tərki-dünya şəxslər üçün yazılmışdır.
    Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sürdükləri mühitlərdə dini vəzifələrini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha çox psixoloji vəziyyətlərinə nəzarət üzərində işləmişlər. Sonralar asketik həyat tərzi keçirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə düşüncələr vedaya inananların dua mərasimində elə böyük tə`sir göstərmişdir ki, bu məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Əvvəllər müqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən sonra öz yerini insan bədəninə vermiş və get-gedə insanın bədəni də mehrab və qurbangaha çevrilmişdir.
    Upanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta, yə`ni vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra upanişadlar maddi aləmdən uzaqlaşıb xüsusi mə`nəvi həyat üslubunu seçərək nəfsini saflaşdıranlar üçün yazılmışdır.
    Aranyaka və Upanişadın yazılması veda ayini üçün nəticə e`tibarı ilə brahman dininin formalaşmasına gətirib çıxaran başlanğıc idi. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən biri kimi ruhani başçıların və kahinlərin mə`nəviyyatın yüksəldilməsi, allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması, brahmanların nisbi olaraq mə`budların yerinə keçməsini qeyd etmək olar.
    Gələn iki dərsdə brahman dinini təhlil və şərh etməklə yanaşı, veda ayinindəki əsaslı dəyişiklikləri, bu ayinin xüsusiyyətlərini, ibadi və ideoloji səciyyələrini və upanişadların məzmununu aydınlaşdıracağıq.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Veda nə deməkdir?
    2. Nə üçün vedalara "səruti” deyilir?
    3. Riqvedanın nəğmələrinə əsasən veda ayininin monoteist din olmasını isbat etmək olarmı?
    4. Yacurvedanın məzmunu nədir?
    5. Samhita mövzusu nədən ibarətdir?
    6. Aranyaka hansı mövzulara həsr olunub?
    7. Nə üçün upanişada vedanta deyilir?
    Veda ayininin digər ibtidai dinlərlə ortaq və fərqli cəhətlərindən bir neçəsini izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 1061 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024