İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 10:12 PM
    ON SƏKKİZİNCİ DƏRS
    HİNDUİZM (1)
    MƏQSƏDLƏR VƏ YOLLAR
    Keçən dərslərdə qədim hinduizmin (brahmanizm) ictimai, konseptual, ideoloji əsasları ilə tanış olarkən bu ayinin əsas ideoloji prinsiplərinin caynizm və buddizm tərəfindən kəskin tənqid olunduğunu, onun əleyhinə çıxıldığını və brahmanizm ardıcıllarından çoxunun caynizm və buddizmə meyl etdiklərini öyrəndik. Brahmanizmin digər iki dindən fərqli olaraq, heç vaxt vahid tə’sisçinin qayda-qanunları çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları olmamışdır. Bu ayin heç vaxt yeni yaranmış digər firqələrlə münaqişə və ixtilaf yolunu tutmamış, əksinə - həmişə güzəşt və kompromisi seçmişdir. Eləcə də, caynizm və buddizm ardıcıllarını kafir hesab etməmiş, əksinə bə’zən bu iki ayinin ideoloji əsaslarını qəbul və təqdir etmişdir. Bu baxımdan caynizmin əsas ideoloji əsaslarından olan və hindusların bu gün də hörmətlə yanaşdığı canlılara əzab-əziyyət verilməməsi prinsipini qeyd etmək olar. Belə ki, ət yeməyi özlərinə haram etmiş və vegetarian həyatı seçmişlər. Bundan başqa, buddizm məktəbində nirvanaya çatmaq üçün nəzərdə tutulmuş nəfsani istəkləri tərk etmək kimi digər bir prinsipi də qəbul etmiş və onu öz üslublarına çevirmişlər.
    Brahmanizm öz inkişaf yolunda enişli-yoxuşlu yolları qət etdikdən, müxalif, əks ideoloji cərəyanlar və rə’ylərlə qarşılaşdıqdan sonra bu çətinliklərə və uyğunsuzluqlara cavab tapmaq üçün öz ideoloji əsaslarını genişləndirməyə məcbur oldu. Onlar bununla cəmiyyətin müxtəlif təbəqələrinin istəklərinə cavab vermək və ayrı-ayrı düşüncə, maraq və mənafe sahiblərində bu ayinə meyl yaratmaq istəyirdilər. Bu kimi güzəştlərin miqyası elə bir həddə olub ki, Hindistanın müstəqilliyinin banisi Qandi demişdir: " - Ola bilər ki, kiminsə Allaha imanı olmasın, amma o, yenə də hinduizmdə dindar sayılacaqdır. Bu şərtlə ki, daim həqiqət axtarışında olsun. Çünki, Allah məhz həmin həqiqətin özüdür.”
    Buna görə də, həm Allaha inanıb iman gətirənlər, həm də onu inkar edənlər - aydındır ki, bu iki dəstə bir-birinə zidd olan iki qrupdur - bu ayinə əsasən hindus ola bilərlər.
    Bu kompromis əsasında, həyat üçün yalnız bir ali məqsədi qəbul edən və o məqsədə çatmağın da yalnız bir yolunu göstərən brahmanizm ayini öz dəyişikliklər dövründə insan həyatı üçün dörd icazə verilən məqsəd irəli sürmüşdür. Bu məqsədlərin hamısi icazəli və qəbul edilən olmaqla hər birinin xüsusi qayda-qanunları vardır. Zövq və meylindən asılı olmayaraq hər bir e`tiqadlı şəxs bu dörd məqsəddən birini seçə, öz həyatını onun qanunları əsasında qura bilər. Təbiidir ki, belə bir şəxs bu ayinin ardıcılı hesab olunur. Məqsədlərdən hər birinə çatmaq üçün bir-birindən fərqlənən üç konkret yol da nəzərdə tutulmuşdur. Bu izahla aydın olur ki, brahmanizm ayininə inananlar üçün həyatda həqiqətə qovuşmaq naminə altı məqsəd müəyyənləşdirilmişdir. Eləcə də öncə sitayiş üçün təqdim olunan çoxsaylı mə`budlardan yeni dəyişikliklərdə yalnız üçü rəsmən tanınaraq pərəstişə layiq görüldü, qalanlarına isə az diqqət yetirildi.
    Bəhsdən çıxan nəticə bundan ibarətdir ki, bu gün geniş Hindistan torpaqlarında şahidi olduğumuz və çoxsaylı ardıcılları olan hinduizm, yuxarıda qeyd edildiyi kimi, brahmanizmdə baş vermiş proses və dəyişikliklərin məhsuludur. Çünki qədim hinduizmin əsas xüsusiyyəti brahmanların (hindus ruhanilərinin) qeyd-şərtsiz hakimiyyətindən ibarətdir. Adətən bu dövrü brahmanizm, yeni dövrü isə hinduizm adlandırırlar.
    Burada, hinduizmdə həyatın dörd icazə verilən məqsədini və üç nicat yolunu araşdıracağıq. Bu ayinin digər ictimai və ideoloji əsaslarında baş verən dəyişiklikləri isə gələn dörd dərsdə təhlil edəcəyik.
    HƏYATIN DÖRD MƏQSƏDİ
    Bu dörd məqsəd və hədəfi öz həyatının amalına çevirən hər bir hindus məzəmmət və qınağa tuş gəlməyəcəkdir. Bu dörd məqsəd aşağıdakı formada təqdim olunmuşdur:
    1. Kama: Maddi eşq və məhəbbət şəklində təzahür edən nəfsani ləzzətlər axtarmaq və onlardan bəhrələnmək mə’nasını daşıyır. Hinduslar bu məqsədi o dərəcədə mühüm və həyati hesab edirlər ki, hətta kamaya ilahi və fövqəlbəşər qüvvə kimi yanaşır, onu müəyyən surətdə təsvir edərək pərəstiş edirlər. Kamanın təsviri müxtəlif növ güllər və çiçəklər bəzədilmiş kaman şəklində təqdim olunur və gülün beş şaxəsi insan qəlbini hədəfə alan beş ox kimi onu əhatə edir.
    Hinduizmdə eşq (maddi-mə’nəvi) axtaranları, eləcə də cismani ləzzətləri sevənləri doğru yola yönəltmək üçün şe’r və ya səhnəcik şəklində müəyyən qayda və adətlər, eləcə də "Kama-sutra” yaxud "Natiye-şastra” adlanan əsərlər nəzərdə tutulmuşdur.
    Buna əsasən də, öz ömürlərini bu kimi maddi ləzzətlərin axtarışına sərf edənlər məzəmmət olunmayacaqlar. Əlbəttə bu şərtlə ki, ictimai norma və qayda-qanunları ayaqlar altına atmasınlar. Eyni zamanda, inanclarına görə, insan sonrakı həyatında nəfsani ləzzətlərin nicata çatmaqda ruhun elə bir rolu olmadığı həqiqətini anlayacaq, buna görə də ruhunun tam sakitliyə qovuşduğu ali məqsəd tapmağa çalışacaqdır.
    2. Arta: Bu maddi şan-şöhrət və qüdrət axtarmaq, mal-dövlət toplamaq, sərvət yığmaq, rifahda yaşamaq, yüksək ictimai məqam və mənsəblərə çatmaq deməkdir. Bu məqsəd də yolverilən sayılmışdır və insan ona çatmaq naminə çalışa bilər. Əlbəttə, bu məqsədə çatmaq başqaları ilə rəqabət aparıb onları arxaya atmaq və təbii ki, rəhimsizlik və qəddarlıqla müyəssər olur. Qədim hindus kitab və mənbələrində "ərta-şastra” adlanan yazılarda, eləcə də "pənce-təntrə” ("Kəlilə və Dimnə” hekayətləri) kitabında həyat və hakimiyyət uğrunda mübarizə meydanında düşmənlərə və rəqiblərə qələbəyə dair hekayələrdə zarafatla deyilmiş ciddi göstərişlər vardır. Buna əsasən də, hinduizm ayinində tə’yin olunmuş qayda-qanun və şərtlərə əməl ediləcəyi, onlardan boyun qaçırılmayacağı təqdirdə şan-şöhrət və məqam üçün çalışmağın həyat amalına çevrilməsinə icazə verilir. Hərçənd, onun da sonrakı həyatlarda, yaxud hazırkı həyatında öz səhvini anlayaraq nicat yolunun bundan ibarət olmadığını başa düşəcəyi gün gəlib çatacaqdır. Göründüyü kimi, hinduizm ayinində yuxarıdakı iki məqsədə icazə verilməsi sonrakı doğulma və həyatlara e’timaddan, təmənnadan irəli gəlir. Bildiyimiz kimi, hinduizm dinində yenidən doğulmalara, yeni həyat və tənasüxə e’tiqad bəsləndiyinə görə insanın dünyadakı həyatının hər bir raundu sonrakı həyatlar üçün təcrübə meydanı ola bilər. Bu baxımdan hinduslarda belə bir ümid var ki, özlərinin ilkin həyatlarında həyat yolunu səhv getmiş olsalar, öz səhvlərini anlaya və sonrakı həyatlarda həmin işlərin təkrarından çəkinə bilərlər. Kama və artanın hər ikisinə e’tiqad bəslənməsi səhv və azdırıcı bir məqsəd olmasına baxmayaraq, burada hər iki məqsədin ardıcıllarının öz yollarının səhv və xəta olmasını anlayaraq sonrakı yeni həyatlarında düzgün yolu - qurtuluşu seçə bilmələrinə imkan var. Bu baxımdan hinduizmdə belə səhvlərə düçar olmaq yolları açıq qoyulmuş, hətta bu yolu gedənlərin özlərini daha arxayınlıqla hindus hesab etmələri və xəcalət hissi keçirmələri üçün müəyyən qanun və tə`limatlar da işlənmişdir.
    3. Darma: Bu məqsəd dini-əxlaqi şəriət deməkdir. Hinduslar vicdanın bəyəndiyi incə qayda-qanunlar silsiləsini istəyən şəxs üçün müəyyənləşdirmişlər ki, şəriət tələb edən şəxs onun əsasında özünün - ailə, siniflər və cəmiyyət qarşısındakı vəzifələrini bilərək onlara əməl etsin. "Darmaşastra” adlanan digər şəriət qanunlarına dair kitablar, "Mano qanunları” kitabı da bu qrupa yol göstərmək üçün yazılmışdır. Bu məqsədi seçənlər özlərini nəfsani istəklər, şan-şöhrət və məqam istəklərinin buxovlarından azad edərək onları xeyir və saleh əmələ daha yaxınlaşdırmaqla onlar üçün ruhi şadlıq və fərəh hissini ərməğan gətirən məqsədi seçə bilərlər. Eyni halda bu məqsəd də son hədəf deyil əksinə, mütləq xilas və qurtuluşa nail olmaq üçün daha ali məqsədi seçməlidir.
    4. Məkşe və ya mukşa: Bu da son məqsəd və hədəf mə’nasınadır ki, hinduizm məktəbində lap əvvəldən kitablarında insana səadət və qurtuluş bəxş edən yeganə məqsəd kimi təqdim edilən son məqsəd və hədəf mə`nasını verir. Bu məqsədi seçən bir şəxs öz ruhunu bütün əzab-əziyyətlərdən xilas edərək nirvana məqamı olan mütləq rahatlığa nail olur. Bu mərhələdə artıq ardıcıl doğum və tənasüx dövrü çərxi aradan gedir. Bu məqsədə çatmaq bütün dünyəvi istəkləri tərk etmək və istənilən maddi istəkləri, nəfsani meylləri məhv etməklə mümkündür. Buna görə də, ümumiyyətlə götürdükdə hinduizm öz ardıcıllarının önündə açdığı yolverilən 4 hədəf və məqsəddən ikisi azdırıcı, digər ikisi isə düzgün və nicatvericidir.
    NİCAT YOLLARI
    Hinduizm ayini əbədi səadətə, son məqsədə nail olmaq üçün üç yolu nicat yolu kimi təqdim etmişdir ki, onların hər üçü bu ayinin ardıcılları arasında mö’təbər və məqbul sayılır. Bu üç yol aşağıdakılardır: əməllər, elm və ixlas yolu.
    1. Əməllər yolu: Bu ən ümumi yol olub xalq kütlələri üçün başa düşülən və praktikdir. Bu yolda hindus olan şəxs nicat mənzilinə çatmaq üçün dini əməlləri, adət və ibadətləri öz yolunun şüarına çevirir. Bu yolda fəlsəfi, əqli məsələlərə daha az diqqət yetirilir, "Mano qanunlarında” və hindus şəriət mətnlərində təklif olunan ibadət və dini rituallar qurtuluşa zəmin hazırlayır ki, ruh bu vasitə ilə müsbət və layiqli karmadan –səadətdən bəhrələnir. Qurbanlıq mərasimini yerinə yetirmək, mə’bədə, mə’budların hüzuruna, yaxud əcdadların ruhlarına hədiyyələr vermək, günəşə, oda sitayiş, hörmətlə yanaşmaq üçün aqni-hutra ritualını icra etmək, bir sözlə bu dinin öz ardıcılları üçün nəzərdə tutmuş olduğu bütün saleh əməl və ibadətlər ixlas, dönməz e`tiqad və inamla yerinə yetirilərsə hindusun nicat tapmasına, ruhunun ölümdən sonra göylərdən birinə yüksəlməsinə səbəb olacaqdır. Bu ruhun yenidən brahmanın (hindus ruhani) müqəddəs vücudunda zühur edərək, onun brahmaya (mütləq ilahiləşməyə) gedən yolunu daha da asanlaşdırması mümkündür.
    Hindus şəriətində dini əməllərin bir qismi kişilər üçün nəzərdə tutulmuşdur və yuxarıda onlardan bəhs olundu. Bu təkliflərin bir qismi də qadınlara aiddir ki, yalnız onları yerinə yetirdikləri təqdirdə onların üzlərinə qurtuluş qapısı açılacaqdır. Bu ayində qadın tam itaət və təvazökarlıqla ərinin quluğunda durmalıdır. Bu qulluq göstərməkdə o dərəcədə ifrata varmışdır ki, "Mano qanunları” kitabında deyilir: " - Vəfalı qadın öz ərinə allah kimi pərəstiş etməlidir. Onun ölümündən sonra isə artıq başqası ilə ailə qurmağa haqqı yoxdur.”
    2. Elm yolu: Bu yolun əsası bundan ibarətdir ki, insanın bütün şər, müsibət və əzab-əziyyətlərinin əsas amili onun cahilliyidir. İnsan cəhalət zülmətlərində qərq olduqca həqiqətdən uzaq düşür, həqiqətin şərh və izahında zəlalətə, azğınlığa düçar olur. Bu əqidəyə görə əxlaqi xətalar insan bədbəxtliklərinin yeganə mənşəyi hesab olunmur; əksinə, insanı əzab-əziyyətlərə, o cümlədən əxlaqi pozğunluqlara, xətalara düçar edən məhz onun ağlındakı və fikrindəki xətalarıdır. Bütün şərlərin, əzab-əziyyətlərin mənşəyi olan cəhalət əslində insanın öz nəfsinə müstəqil kimlik kimi yanaşmasından qaynaqlanır. Ancaq, həqiqət budur ki, yalnız mütləq vəhdət brahman atmənin tam ruhu və nəfsinin vücududur. Onun dərgahında ikilik və təfriqə yoxdur, insani nəfs də əslində onun özüdür. Buna əsasən hindus o zaman qurtuluşa nail ola bilər ki, bu həqiqətləri tapsın, elm yolunu qət etsin, cəhalətini bu həqiqətləri aşkarlamaqla aradan götürsün. Bu yolun özünün də dörd mərhələsi vardır:
    I. Tələb və təhsil; Bu mərhələdə hindus müəllimin yanında lazım olan tə’limləri alır.
    II. Ailə qurmaq mərhələsi; Bu mərhələdə hindus öz müəlliminin yanında təhsil aldıqdan sonra elminin varisi olan oğul sahibi olmaq üçün ailə qurur.
    III. Təcridolunma mərhələsi; Bu mərhələdə tə’lim görmüş şəxs rahiblik və guşənişinlik dövrünü keçir.
    IV. Müqəddəslik, yaxud arhat (kamil insan). Bu mərhələdə hindus son məqsədə nail olur.
    Göründüyü kimi, bu yolda da yalnız elmi və əqli metodlarla kifayətlənməmiş, rahiblik metodu da nəzərdə tutulmuşdır.
    3. İxlas yolu: Bəqti-marqə adlanan və əvvəlki iki yoldan sonra ixtira olunan bu yolda hindus xüsusi bir mə’buda sadiq iman və xalis məhəbbətlə özünü yaxşı padşahlığı qazanmaq üçün hazırlayır. Bu yol tədricən mə’buda qarşı yandırıb qovuran eşq formasını alır və hindus şəxs öz varlığını sevimli mə’buduna fəda edir. Bu halda o, hər bir yerdə və hər bir halda mə’buda sitayiş və onunla razi-niyaz etməklə məşğul olur.
    Bu yol tərəfdarlarının fikrinə görə, əvvəlki iki yolun yolçuları əsas e`tibarı ilə xəta edənlər hesab olunurlar, çünki onlar seyri-süluka şəxsi mənfəət gözü ilə baxırlar. Halbuki, nicat və qurtuluşa nail olmaq üçün insan öz vücudunu büsbütün saflaşdırılmalıdır. O, özünü mə’budlardan birinə həsr etməlidir ki, onun lütfü yolçuya da şamil olsun və onu səadətə, qurtuluşa yönəltsin.
    "Bəqti-marqə” metodu ən mühüm, ən böyük və ən məşhur kitab olan Bhaqavad-gita kitabında irəli sürülmüşdür. Krişna nəğmələri adı ilə məşhur olan bu kitab hal-hazırda hinduizmin ən mühüm və əsas kitablarından biri hesab olunur.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Brahmanizm və hinduizm ayinləri arasında hansı fərqlər vardır?
    Hinduizm ayinində icazə verilən dörd məqsədi izah edin.
    Nicat və qurtuluşun üç yolunu qısa şəkildə izah edin.
    İcazə verilən dörd məqsəddən hansı biri ardıcıl doğulmalardan qurtarmaq yoludur.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 846 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024