İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:10 PM
    İYİRMİ DÖRDÜNCÜ DƏRS
    SİQH AYİNİ (2)
    ƏQİDƏLƏRİ
    Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq:
    1. Tovhid:
    Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şe’rlərində dəfələrlə bunu vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: " - Yalnız vahid Allah vardır ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi də vardır və həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir: " - Allah birdir və ondan başqa heç bir mə’bud yoxdur, ey mənim qardaşlarım!”
    Nanak həmçinin öz şe’rlərində Allaha xitabən belə deyir: " - Sənin heç bir şərikin yoxdur ki, sənin yanında olsun”, " - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, " - Sənə heç kəs bənzəməz. Sən bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir mə’bud olmayıbdır.”
    Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə`siri açıq-aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq adlandırması da bu tə’sirlərin göstəricisidir.
    Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, öz nəğmələrinin birində belə deyir:
    " - Ey böyük Allah sən vahidsən, amma sənin təcəssümün çoxdur.” O, hindus mə’budlarından bə’zilərini Allahın təcəssümü və simvolu hesab edir.
    Nanakın Allah üçün işlətdiyi əsas ad haqqdır. Onun bütün yazı, nəğmə və məktublarının sərlövhəsində Satnam, yə’ni haqq adını görmək olar. Bununla belə, bə’zən onun əsərlərində İslami və hindus ifadələri birgə şəkildə müşahidə olunur. Məsələn, Allah-Təala və uca Brahma. Nanak bə’zən də Allah barədə " - Hamının hidayəti və müqəddəratı onun əlində olan mütləq qadir” ifadəsini də işlədir. O, nəğmələrdən birində deyir: " - Hər kəsin çətinliyi və azadlığı sənin əmrinlədir. Heç kəsin ona müdaxilə etməyə qüdrəti çatmaz”, " - O, hər şeyi istəsə yerinə yetirər. Bir kimsə ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və əmrinə tabedir”, " - Bəndələrini öz fərmanı ilə hidayət edir”, " - Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər həyata keçər. Sənin razılığın olan şeylər dərhal yerinə yetirilər.”
    2. ALLAHI ZİKR ETMƏK
    Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və tə’limlərinin başqa bir xüsusiyyəti hesab olunur. Əvvəlki dərsdə də gördüyümüz kimi, o ilk tapıntısından sonra da Allahın ona adını təkrarlamağı tövsiyə etdiyini, qurtuluş və`dəsini onun adını dildə təkrar-təkrar zikr edənlərə verdiyini bildirmişdir. Buna əsasən Nanakın təbliğinin əsas istiqaməti Allahı yad etmək və bu işdə ardıcıllıqdır. Nanak bu məsələdə o dərəcədə tə`kid edir ki, hətta ondan " - Nə üçün "sat nama” (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şe’rlərinin başında gəlir” - deyə soruşduqda belə cavab verir: " - Bu ad bütün mə’budların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, "haqq adı” sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır.”
    O, başqa bir yazısında bu barədə belə deyir:
    " - Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?”
    O başqa bir yerdə deyir:
    " - Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer tapır.”
    Tamamilə aydındır ki, siqh e’tiqadının bu hissəsi sufi e’tiqadlarından tə’sirlənmişdir. Allahı zikr etmək və bu işdə ardıcıllıq müsəlman sufilərin ən mühüm və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində müşahidə edilməmişdir.
    3. İNSAN VƏ DÜNYA
    Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə "tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şe’rlərinin birində belə deyir:
    " - Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?”
    Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da nicat və qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman sufilərin irfani əqidələrinə əsaslanmış, onların tə`siri altında olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləminə baxışı İslam e’tiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və davamsız olmasına toxunaraq deyir: " - Bu dünyanın işləri davamsız və ötəridir, yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm bir yuxu və xəyaldan ibarətdir.”
    O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı bu dünyanın ötəri və xəyali olmasını "maya” e`tiqadlarına uyğun sayır. Hinduizm e’tiqadında maya "dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yə’ni, Allah maddəni xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif rəngarəng surətlərdə - Brahma, Vişnu və Şiva mə’budları, yer, səma, insan, bitki - hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə yaratmışdır.”
    Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə keçməsinə əsaslanan e’tiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu yozum əslində hinduizmdə fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilən, haqda fani olmaq mərhələsi olan bə`zi sufi firqələrinin nəzəriyyəsini xatırladır.
    4. İBADƏT
    Siqh ayinində İslamda və hinduizmdə olan ibadət mərasimlərinin heç biri ilə rast gəlmirik. İslam dinində olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduizmdə geniş yayılmış qurban kəsmək, bütlərə pərəstiş, asketizm, çaylarda qüsl etmək və s. heç biri Nanak tərəfindən tövsiyə edilməmişdir. Siqh ayini ümumiyyətlə ibadət əməllərinin yerinə yetirilməsinin əleyhinədir və onların hamısını zahiri hesab edir. Amma, onların yerinə dərin daxili düşüncəyə qərq olmağa, irfani seyr-süluka diqqət yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri kimi yalnız Allahı zikr etməyi və bu işdə ardıcıllığı öz ardıcıllarına ən əsas ibadət və vəzifə olaraq tövsiyə etmişdir. Belə ki, o deyir:
    " - Ey mənim qardaşlarım! Allah-Təala barədə düşünmək yeganə dini ayin və ritualdır .”
    Başqa yerdə deyir:
    " - Hamının ən böyük vəzifəsi tək Allahın adını təkrarlamaqdır”, " - Çox pak olan Ram adını (hindus mə’budlarından biri) yadında saxla və qalan hər bir şeydən əl çək”, " - O müqəddəs adı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz diqqətini Allaha yönəlt və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla ki, sənin ruhun Allah nuruna cəzb olunsun.”
    Əlbəttə, siqh dininin göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi ehtiram, diqqət yetirmək də tövsiyə və tə’kid olunmuşdur. Bu ayində heç bir şəxs qurunun yol göstərməsi olmadan nicat və qurtuluşa çata bilməz. Nanak bu məsələni belə bəyan edir:
    " - Həqiqi bir quru olmadan siz nicat yolunu tapmayacaqsınız”, " - Quru olmadan heç kəs Allaha çatmayacaq.”
    Buna görə də quruya qarşı səmimilik və ehtiram siqh ayininin əxlaq normalarından biri kimi qəbul olunmuşdur. Siqh cəmiyyətini silahla müdafiə edən və onun genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan yaranmasına baxmayaraq, quruya ehtirama əsaslanan təfəkkür üzərində qurulmuşdur. Çünki bu quruluşun əsasını quruya qarşı ən yüksək ixlas mərtəbəsini sübuta yetirmiş şagirdlərin xalis fərd kimi tərbiyələndirilməsi təşkil edir.
    5. QRANT
    Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab siqh ayininin dini nəğmə və şe’rlərini əhatə edən böyük bir topludur. Bu 1400 səhifəlik kitabın birinci bölməsi quru Nanakın şe’rlərindən ibarətdir və ona Capci deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan bə’zi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 "quru”nun təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və e’tiqadları izah olunaraq təkmilləşdirilir.
    Qeyd olunmalıdır ki, quru Qovind Sinqh dövründən sonra (siqhlərin sonuncu qurusu) siqhlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi "quru”lara olan ehtiramın yerini tutmuşdur. Hətta Qrant siqhlərin mə’bədlərində xüsusi yerlərdə saxlanılır və siqhlər mə’bədə daxil olarkən onların qarşısında əyilib tə’zim edirlər. Nigah mərasimlərində bu kitabın ətrafına dolanmaq siqh dini adət-ən`ənələrinin bir hissəsi sayılır.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Siqh ayininə görə qurtuluşun yolu nədədir?
    2. Nanakın insan barəsindəki nəzəri nədir?
    3. Nanakın nəzərində varlıq aləmi necədir?
    4. Siqh ayininin ibadət əməlləri hansılardır?
    5. Siqhlərin müqəddəs kitabları barəsində nə bilirsiniz?
    Siqh ayinin təkallahlılıq baxışlarını şərh edin.
    Müəllimin göstərişi ilə siqh ayininin əqidə və rə’ylərini İslam və hinduizm əqidələri ilə müqayisə edib tənqid edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 815 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024