İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 7:53 PM
    OTUZUNCU DƏRS
    ZƏRDÜŞTİLİK (1)
    MÜQƏDDİMƏ
    Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə e’tiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik eynilə məcus dini kimidir ki, Qur’ani-kərimdə ilahi dinlərdən biri kimi onun da adı sair dinlərlə yanaşı qeyd olunmuşdur. Qur’ani-Kərimdə buyurulur:
    «Həqiqətən, Allah mö’minlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə şahiddir».(Həcc-17.)
    Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə "və” bağlayıcısı vasitəsilə onlardan ayrılmışdır.
    Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir sırada araşdırırıq. Diqqət yetirmək lazımdır ki, islam fəqihlərinin əksəriyyəti zərdüştləri kitab əhli hesab edərək, onları da rəsmi olaraq təkallahlı kimi tanımışlar.
    ZƏRDÜŞTİLİYİN TARİXÇƏSİ
    Zərdüştün zühurundan və zərdüştiliyin, yaxud Məzdai ayininin tə’sis olunmasından qabaq, iranlılar bir neçə allaha inanırdılar. Yə’ni, allahların allahı, yaxud Yəzdaların Yəzdasının əmri altında olan mə’budlara sitayiş edirdilər. Bu dininin Hindistanın ariyailər əqidəsi ilə çox oxşarlığı və yaxınlığı vardır. Çünki, ariyailərin ən məşhur mə’budları olan od allahı Agini, təbiət allahı İndira, nur və günəş allahı Mitra, keşikçi allahı Varvina, su allahı Anatita olmuşdur; Agini ilə razi-niyaz edib ona pərəstiş etmə mərasimi onların arasında çox geniş yayılmışdır və həmin dövrlərdən e’tibarən od, Agininin təcəlli və zühur əlaməti olaraq, xüsusi hörmət və müqəddəsliyə layiq görülmüşdür.
    Qeyd etmək lazımdır ki, qədim İranda iki din mövcud olmuşdur ki, onlar da öz növbəsində zərdüştilik ayininin formalaşmasında güclü tə’sirə malik olmuşlar. Başqa sözlə desək, zərdüştilik aşağıdakı iki din əsasında formalaşmışdır:
    1. Muğan dini;
    2. Mehrpərəstlik, yaxud Mitraizim.
    MUĞAN DİNİ
    Bu din həzrət Məsihin miladından qabaqkı minilliyin əvvəllərində və midiyalıların səltənət sülaləsinin təşkil olunmasından qabaq İranda mövcud olmuşdur. Müğ, yaxud Müg kəlməsi iki mə’nada işlənmişdir:
    1. Xidmətçi və nökər;
    2. Din.
    Tədqiqatçılardan bə’ziləri inanırdılar ki, köçəri ariyailər İran ərazilərində hakim olduqdan sonra yerli əhali onlar tərəfindən əsir götürüldü. Buna görə də onların dini Muğan adlandırıldı. (Əli Əsğər Hikmət, «Tarixi ədyan».)
    Bə’ziləri inanırdılar ki, Müğ, yaxud Müg kəlməsiAvestanın ən qədim hissəsi olan müqəddəs Gata kitabında din mə’nasında işlədilmişdir. "Mügun” isə din ardıcılları mə’nasındadır ki, arami dilində "mügüs” formasına düşmüş və nəticədə Hicaz ləhcəsində ərəbləşərək Məcus kəlməsi kimi səsləndirilmişdir; Qur’ani-Kərimdə də məhz belə tələffüz olunmuşdur. (Pur Davud, «Yaddaşthaye qasaha».)
    Bu ayinin əsas mənbələr məcmuəsindən belə başa düşülür ki, «Məcus» kəlməsi "məgus” sözünün təhrifolunmuş formasıdır və Muğan dini də məhz məcus dinindən ibarətdir.
    Herodetdən nəql olunan məlumatlara əsasən, Muğanın e’tiqadi əsaslarının ən mühümü dördlük təşkil edən ünsürləri (od, torpaq, su və hava) müqəddəs saymaq, onların qarşısında, xüsusilə odun qarşısında ibadət etməkdən ibarətdir. Atəşgah yerləşən abidələrin tikintisinə geniş şəkildə başlanması bu dövrlərə təsadüf edilir ki, həmin iş sonralar zərdüşt dinində də davam etdirilmişdir. Bu ayində qeyd olunan dörd ünsürün paklığına riayət edilməsi elə bir səviyyədə idi ki, muğanların nəzərində murdar və istilahda isə tabo adlanan böyüklərin cəsədləri torpaqda dəfn edilmir, odla da yandırılmırdı; onları yüksək bir yerdə - açıq havada və küləyin qarşısında qoyurdular ki, qurd-quşa yem olsunlar. Bu məqsədlə muğanlılar tərəfindən "Bürci Xamuşan” binasının tikilməsi çox adi hal idi və bu iş sonralar zərdüştlər tərəfindən də davam etdirilmişdir.
    Muğanın digər e’tiqadlarından biri də varlıq aləmində iki əzəli başlanğıca e’tiqad bəsləmək idi. Bu e’tiqadın mə’nası xeyir və nurun, zülmət və şərin müqabilində xeyir və nurun allahına iman gətirməkdir. Bu əqidə zərdüştilikdə dəyişdirilərək bir qədər fərqli hala düşdü; yeni əqidədə xeyir və nurun əzəli başlanğıcı olan Ahura Məzda həqiqətdə hər bir şeyin xaliqi hesab olunurdu ki, nəticə e’tibarilə o, şər və zülmətin əzəli başlanğıcı olan Əhrimənə qələbə çalacaqdır; halbuki Muğan təlimlərində onların hər ikisi xeyir və şərin xaliqi, bir-birinə bərabər olan qüdrət və bacarıq kimi göstərilirdi.
    Muğan ayinində qiyamət gününə, ölümdən sonrakı əbədiyyətə inanc var idi ki, bu əqidə də ilahi dinlərin əsas prinsiplərindən biri hesab olunur.
    Muğan təlimlərinin digər bir e’tiqadı da günəşə müqəddəs bir varlıq olaraq, yüksək məhəbbət göstərmək idi. Hətta bu iş, həmin məqsədlə xüsusi mərasimlərin təşkil olunmasına və onun qarşısında sitayiş edilməsinə gətirib çıxarırdı. Muğan ayininin ardıcılları günəşə pərəstiş etdikləri zaman «Bərsum» adlı bir ibadət növünü yerinə yetirirdilər ki, bu zaman yaşıl budaqları öz üzləri və burunları qarşısında tuturdular. "Həzqiyal Nəbi” kitabının səkkizinci fəslinin on yeddinci ayəsində bu mərasim haqda danışılır; həmin mərasim sonralar zərdüştilikdə də müşahidə olunmuşdur. Heredot yazır ki, Muğan təlimlərində sehr və cadugərliyə də e’tiqad var idi; onlar xüsusi əməllər və müxtəlif zikrlərə malik idilər; göy cisimlərinin insanların xoşbəxt və ya bədbəxt olmasında tə’sirli olmasına inanırdılar.
    MEHRPƏRƏSTLİK, YAXUD MİTRAİZİM
    Əvvəldə qeyd olunduğu kimi, qədim ariyailər çoxsaylı mə’budlara e’tiqad bəsləyirdilər; onlar varlıq və təbiət təzahürlərindən hər birinin ayrıca bir allahı olduğuna inanırdılar; bu təlimlərə əsasən, təbiətdə hər bir allahın özünü büruzə vermək üçün xüsusi təcəlli və məzhəri vardır. Məsələn, onlar günəş allahını Mitra adlandırırdılar. Ariyailərin fikrincə, bu allahlardan hər biri müxtəlif zamanlarda ayrı-ayrı ariya tayfaları arasında xüsusi şəkildə təcəlli etmiş və onların, digər allahlara diqqəti azaldaraq ibadət məqsədilə məhz ona tərəf üz tutmasına səbəb olmuşdur. Məsələn, əgər Agini əzəmətli və qorxunc bir hadisə xəlq etsəydi, ona sitayiş olunmaq üçün yetirilən diqqət, başqa mə’budlara pərəstiş edilməsini kölgədə qoyurdu. Mehrpərəstlik, Mitraizm, yaxud Mitra təlimləri qədim İran xalqları arasında bu şəkildə meydana gəlmişdir.
    Bu təlimlərdə deyilir ki, Mitra günəşin, yaxud mehr-məhəbbətin allahıdır. O, bir zamanlar insan şəklinə düşərək, bir dağın zirvəsində yerləşən mağarada zahir olmuş, həmin yerdə qoyun otaran çobanlar ona iman gətirmişlər. Bu zaman Mitradan müxtəlif mö’cüzələr və kəramətlər zahir olmuşdur. O, erkək bir dananı kəsib qanını torpağa səpmiş, qan damlalarının düşdüyü hər bir yer yaşıllaşıb bəhrə vermişdir. Mitra yer üzərində uzun illər qaldıqdan sonra, böyük işlər baş verdi; sonra asimanlara getdi və orada əbədi varlıqlar cərgəsində yerləşdi. Amma onun ruhu yer üzərindəki bəndələrinə kömək etmək üçün həmişə hazırdır.
    Mitranın ilk zühuru dağda olduğuna görə Mitraizm ardıcılları öz mə’bədlərini belə yerlərdə qururdular. Hal-hazırda bə’zi məntəqələrdə tapılan bu mə’bədlərdə Mitranın heykəli müxtəlif surətlərdə düzəldilib qoyulmuşdur ki, bir çox kitabələrdə onunla əlaqədar olan əfsanələr də yazılmışdır.
    Mehrpərəstlik əqidələri arasında Zərdüştilik e’tiqadı ilə uyğun gələn məsələ günəşə diqqət yetirməkdir. Zərdüştilik təlimlərində günəşə diqqət yetirməyin xüsusi bir mövqeyi vardır. Amma Mehrpərəstlik və Məsihilik ayinləri arasında daha artıq oxşarlıq gözə dəyir. O cümlədən çörək və su mərasimi; məsihilərin ruhani gecə adı ilə kütləvi şəkildə yerinə yetirdikləri çörək və şərab mərasimi demək olar ki, zərdüştilərin eynilə çörək və su mərasimi kimidir. Bu ayin Mehrpərəstlik dinini qəbul edən şəxslər üçün icra olunurdu. Onlar bundan əlavə, həmin şəxsə erkək dananın qanı ilə tə’mid edərdilər.(Qana bulaşdırardılar.) Məsihilikdə də tə’mid qüslü vardır, amma onlar bu mərasimdə qan əvəzinə sudan istifadə edirlər. Sentyabr ayının 25-i Mitranın təvəllüd günü kimi tə’yin olunmuşdur ki, bu gün sonralar həzrət Məsihin təvəllüd günü ilə uyğunlaşdırılmışdır. Onlar bazar gününü günəş günü adlandırırlar. (Bu söz həqiqətdə Sunday-dan ibarətdir.) Mehrpərəstlər ayinində bu gün istirahət və günəşə ibadət günü sayılır. Məsihilikdə də bazar günü ibadət günüdür.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Həcc surəsinin 17-ci ayəsindən Məcus dini haqda nə başa düşülür?
    2. Lüğət baxımından Məcus kəlməsinin kökü nədən ibarətdir?
    3. Zərdüştilikdən əvvəl iranlıların əqidəsi necə idi?
    4. Muğan təlimlərində nə üçün ölülərin torpaqda dəfn edilməsinə icazə verilmirdi?
    ”Bərsun” mərasimini şərh edin.
    Mitraizm ayinini qısa şəkildə izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 770 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024