İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 7:50 PM
    OTUZ BİRİNCİ DƏRS
    ZƏRDÜŞTİLİK (2)
    Din tarixini araşdıran tədqiqatçılar arsında qədim iranlıların peyğəmbəri olan Zərdüşt barəsində fikir ayrılığı vardır. İlk ixtilaf tarixdə belə bir şəxsin olub-olmaması ilə əlaqədardır. Yəni, bu barədə qarşıya çıxan ilk sual budur ki, görəsən, ümumiyyətlə nə vaxtsa belə bir peyğəmbər mövcud olmuşdurmu? Şübhə yoxdur ki, Zərdüştilik mənbələri onun varlığını tərəddüd etmədən qəbul edirlər. İslami mənbələrdə də Zərdüştiliyin eynilə Məcus dinindən ibarət olması təsdiq edilir; Qur’ani-Kərimdə də ona toxunulmuşdur. Məhz buna əsaslanaraq qəbul etməliyik ki, Zərdüşt bu dinin peyğəmbəri kimi həqiqi vücuda malik olmuşdur.
    Başqa bir ixtilaf isə onun adı və nəsəbi ilə əlaqədardır. Zərdüşt kəlməsi bir çox şəkillərdə, o cümlədən «zərtüşt», «zəradüşt», «zəratüşt» və «zərdhəşt» kimi yazılmışdır. Avropalılar onun yunanca tələfüzzünü «zurratis», yaxud «zurastra» kimi yazmışlar. Amma «zərdüşt» və «zərtüşt» daha çox yayılmış adlardandır. Ümumiyyətlə, bu kəlmə "Qasaha”da qeyd olunduğu kimi, əslində «zərasuştar» kəlməsindən götürülmüşdür ki, bu da sarı rəngli və ya qoca dəvələrin sahibi kimi tərcümə olunur. Onun atası «Purvəşəb» yə’ni, "qoca at sahibi” adlı bir şəxs, anası isə «doğdu» yə’ni, "dişi inəyi sağan” adlı bir qadın idi. O, «sepitəmə», yə’ni ağ irqə mənsub olan sülalədən idi. Onun atası barədə qeyd olunur ki, o, sadə bir kəndli idi. Bə’ziləri də demişlər ki, «moğ» (mubəd) olmuşdur. Amma, onu kəndli hesab edənlərin nəzəri zərdüştilərin mənbələri ilə uyğun olaraq, daha məşhur bir məlumat sayılır.
    Digər bir ixtilaf Zərdüştün doğum yeri və zamanı ilə əlaqədardır. Əksər tədqiqatçıların qəbul etdiyi kimi, İran tarixi mənbələri onun Miladdan 660 il qabaq doğulduğunu qeyd etmişlər. Halbuki, bə’zi tədqiqatçılar onun Miladdan ən azı min il qabaq doğulduğunu söyləyirlər. Əlbəttə, onu Miladdan altı min il qabağa aid edənlər də vardır.
    Bu müxtəlifliyin əsas səbəbi bə’zi tədqiqatçıların zərdüştlərin müqəddəs kitablarının yazılma tarixinə istinad etmələridir. Çünki bu kitabın bə’zi hissələri, xüsusilə "Qasaha” daha uzaq keçmişə malikdir. Bu kimi şəxslər müqəddəs kitabın bə’zi izah və işarələrindən istifadə edərək bu ehtimalı gücləndirmişlər ki, Zərdüştilikdə çoxlu sayda Zərdüştlər mövcud olmuşdur. Miladdan 660 il qabaq doğulan Zərdüşt onların axrıncısı olmuşdur. Ümumiyyətlə, ən mö’təbər sənəd və mənbələrdə Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il qabaq olduğu qeyd edilmişdir.
    Zərdüştün harada doğulması barədə də müxtəlif fikirlər söylənmişdir. Məşhur müsəlman tarixçisi olan Təbəri qeyd edir ki, o, Fələstində doğulmuş, sonralar İrana köçmüş və orada peyğəmbərliyə çatmışdır. Bə’zi tarixçilər də onun Əfqanıstanın Bəlx əyalətindən olduğunu söyləyirlər; digər bir qrupun fikrincə isə, o, İran Azərbaycanında dünyaya göz açmışdır ki, bu dəstənin nəzəri daha mö’təbər hesab olunur. Əlbəttə, belə bir ehtimal da verilir ki, o, Azərbaycanda doğulmuş və İranın şərq hissəsində yerləşən Bəlx əyalətində peyğəmbərliyə seçilmişdir. Amma Zərdüşt mənbələri onun peyğəmbərliyə seçilmə yerini Urmiyyə gölünün yaxınlığındakı dağın zirvəsini qeyd edirlər. Buna görə də həmin gölün suyu zərdüştlərin kitabında müqəddəs hesab edilib. Mö’təbər mənbələrdən əldə olunan məlumatlara əsasən, Zərdüştilik Bəlx əyalətində yayılmağa başlamış və yerli hakim onun peyğəmbərliyinə iman gətirmişdir.
    Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il əvvələ təsadüf etdiyini qeyd edən məşhur nəzəriyyə əsasən o, Miladdan 583 il qabaq, 77 yaşında ikən Bəlxdə yerləşən atəşgahda yerli hücumçular tərəfindən öldürülmüşdür.
    PEYĞƏMBƏRLİYƏ SEÇİLMƏ
    Zərdüştilik mənbələrində qeyd olunur ki, o, cavanlığının ilk çağlarından çox istedadlı, dərin ağıllı və dərrakəli bir şəxs olmuş, öz həmyaşıdlarından çox fərqlənmişdir. Belə ki, o, ilk baxışda hamının diqqətini özünə cəlb edirmiş; mehriban və incə xüsusiyyətlərə malik olmuş, 15 yaşında din tə’limlərini öyrənməyə başlamış və öz müəlliminin əlindən kəştini[10] almışdır; o zamandan e’tibarən "mubəd” ünvanı ilə öz dini-mə’nəvi həyatını davam etdirmişdir. Zərdüşt ilk əvvəllərdən öz zamanında geniş yayılmış bə’zi əqidələrə qarşı müxalifətçilik edərmiş. O cümlədən qeyd olunur ki, o, bir gün bir dəstə alimin yanına gəlib soruşdu: "İnsanın ruhi sakitliyinə və aramlığına səbəb olan ən yaxşı əməl nədir?” Cavabında dedilər: "Acları doyurmaq, heyvanlara yem vermək, od yandırmaq, su və huma şirəsi səpmək, divlərə pərəstiş etmək. Zərdüşt bu cavab barəsində bir qədər düşündükdən sonra deyir: "Əvvəldəki dörd iş layiqli əməllərdir; ədalətli insanlara yaraşan və bəyənilən məsələlərdir, qəbul oluna bilər. Amma divlərə pərəstiş etmək çox çətindir. Behişt insanları ondan bizardır.
    Zərdüşt cavanlıq illərində öz ata-ana yurdunu tərk edərək dağlara sığındı. Yeddi il müddətində mağarada sakit mühitdə tənha yaşadı. Otuz yaşında müşahidə etdiyi qeyri-adi işlərdən başa düşdü ki, pak olmaq və peyğəmbərlik məqamına yüksəlmək üçün Ahura Məzdanın hüzuruna çağırılmışdır. Bundan sonra səkkiz il müddətində kəşf və şühud aləmində müqərrəb mələklərlə (Əmşasepəndan) söhbətlər etdi, hər birindən bir həqiqəti öyrəndi və öz qəlbini saflaşdırıb nurani etdi. Bu müddətdən sonra daha on il Ahura Məzdaya pərəstiş etməyə məşğul oldu və sonra öz dini təbliğatına və də’vətə başladı. Uzun illər keçdi, lakin heç kəs ona iman gətirmədi. Deyirlər ki, o, bu müddət ərzində vəzifənin çətinliyinə və camaatın etdiyi əzab-əziyyətlərə görə bir neçə dəfə şeytani vəsvəsələrə düçar oldu və hətta Məzdaya ibadətdən əl çəkmək fikrinə düşdü. Amma yenə də öz əqidəsində möhkəm qaldı və cavabında dedi: "Xeyir! Mən yaxşı və düzgün dindən əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm.”
    On il sə’y və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət sahibi idi və Zərdüşt onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini Viştasibə təbliğ etməyə başladı. Firdosinin «Şahnamə» əsərində Qoştasib adı ilə qeyd olunan Viştasib pak qəlbli mö’min və gözəl fitrətli bir insan idi; nəhayət Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman gətirməsinin ardınca sair saray ə’yan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din kütləvi şəkildə genişlənib yayılmağa başladı.
    Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox tə’sirli olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində Zərdüşt, padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında bu haqda danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri Zərdüştü bir atəşgahda - atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların əli ilə öldürüldü.
    * * *
    Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər vermək olmur. Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (islamdan başqa) dinlər kimi şirk və təhriflərə mə’ruz qalmışdır.
    Gələn dərsdə Zərdüştiliyin qədim ayinlərdən nə dərəcədə tə’sirlənməsi, tövhid əsasında qurulmasını izah etmək və sair əqidə üsullarını aydınlaşdırmaq üçün onun əqidə və tə’limlərini araşdıracağıq.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Zərdüşt, peyğəmbərliyə harada və necə seçilib?
    2. Zərdüşt dininin genişlənməsində Viştasibin nə kimi rolu olmuşdur?
    Zərdüşt sözünün lüğətdəki mə’nasını bəyan edin.
    Zərdüştün ölümü haqda nə bilirsiniz?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 870 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024