İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:14 AM
    OTUZ YEDDİNCİ DƏRS
    HƏZRƏT MUSA (Ə)
    TƏVƏLLÜDÜ VƏ UŞAQLIQ İLLƏRİ
    Həzrət Musa (ə) eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə hökmranlıq edən Fir’on Ramsəsin zamanında dünyaya gəlmişdir. O, elə bir dövrdə doğulmuşdur ki, Fir’onun göstərişi ilə Bəni-İsrailin oğlan uşaqlarının qətlə yetirilməsi adi hal almışdı. Deyilənlərə görə, bu qətillərin əsas səbəbi ibrani cəmiyyətinin sür’ətlə çoxalması və qibtilərin, ibrilərin onlardan üstün olacağından ehtiyatlanması olmuşdur. Bu barədə verilən digər bir ehtimal da bundan ibarətdir ki, Fir’ona kahinlər, münəccimlər və sehrkarlar vasitəsi ilə xəbər verilmişdi ki, o ildə (Musanın təvəllüdü ilində) Bəni-İsrail qövmü arasında bir oğlan uşağı dünyaya gələcəkdir ki, fir’onçuların hakimiyyətinə və qibtilərin səltənətinə son qoyacaqdır.
    Qeyd olunan ehtimalların hər biri düzgün ola bilər. Ümumiyyətlə, o ildə Fir’on göstəriş vermişdi ki, Bəni-İsrail qadınları hamilə olmamalıdır; hamilə olduqları təqdirdə, uşaqları ana bətnində ikən öldürülməlidir. Əgər övladları dünyaya gələrsə və oğlan uşağı olarsa, yerindəcə məhv edilməlidir. Bu göstərişi icra etmək üçün çoxlu məxfi mə’mur və casuslar tə’yin edilmişdi. Belə bir şəraitdə lavi tayfasından, İmranın Yokabid adlı arvadından bir oğlan uşağı dünyaya gəldi ki, onu sonralar Musa adlandırdılar. Musa - sudan tutulan mənasını daşıyır.
    Musanın anası üç ay ərzində övladını gizli şəkildə böyütmüş və ona süd vermişdi. Amma həmişə onun öldürüləcəyindən qorxurdu. Qur’ani-Kərimdə Allah-taala bu barədə belə buyurur:
    «Biz Musanın anasına (ilahi yolu ilə, yaxud rö’yada): «Musanı əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!» - deyə bildirdik. (Qəsəs-7.)
    Başqa bir ayədə buyurulur:
    «Anana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman.
    (O zaman ki, mən anana buyurmuşdum): «Musanı bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi (Fir’on) onu (sudan tapıb) götürsün. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. Elə etdim ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi.)»(Taha-38-39.)
    Musanın anası Fir’on mə’murlarının və cəlladlarının qorxusundan, bu ilahi vəhyə və ilhama əməl edərək, Musanı içərisini qırla örtdüyü bir sandığa qoyub Nil çayına buraxdı.
    Qur’ani-Kərimin «Qəsəs» surəsinin 8-9-cu ayələrində həmin hadisə belə bəyan edilir:
    «Fir’onun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən Fir’on, Haman və onların əsgərləri günahkar idilər.
    Fir’onun həyat yoldaşı (Asiyə) dedi: «Bu uşaq mənim də sənin də göz bəbəyimiz olsun, bəlkə də, o böyüyəndə bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!» Onlar işin nə yerdə olduğunu bilmirdilər.»
    Sabahısı gün qəm-qüssəyə qərq olmuş ana həddindən artıq narahat idi; Musanın bacısını göndərdi ki, ondan bir xəbər gətirsin. O, uzaqdan-uzağa Musanı tanıdı. Lakin Fir’onun ətrafındakılar onu tanımadılar.
    Sonra Allah-taala bütün qadınların südünü Musaya haram etdi; belə ki, Musa onların heç birinin döşünü ağzına almadı. Hadisənin şahidi olan Musanın bacısı dedi:
    «...Musanın bacısı Fir’on əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin olub yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq ev adamlarını sizə nişan verimmi?» (Qəsəs-12.)
    Fir’onun həyat yoldaşı bunu qəbul etdi. Musanın bacısı xəbəri anasına çatdırdı. O, Fir’onun qəsrinə gəlib övladını qucağına aldıqda, Musa anasının döşünü alıb süd yeməyə başladı. Fir’onun həyat yoldaşı çox sevindi və Musanı öz anasına qaytardı ki, onu böyütsün və vaxtaşırı onu görmək üçün qəsrə gətirsin. Allah-taala Musaya xitabən belə buyurur:
    «...Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq.» (Taha-40.)
    Musanın südəmərlik dövrü belə bir şəraitdə keçdi. Sonra onu Fir’onun qəsrinə qaytardılar; uzun illər orada yaşayıb boya-başa çatdı.
    CAVANLIĞI VƏ AİLƏ QURMASI
    Musa (ə) cavanlıq dövründə bir gün Misir əhalisindən xəbərsiz şəhərə daxil oldu. Şəhərin bir yerində iki nəfərin bir-birilə dava etdiyini gördü. Onlardan biri Bəni-İsraildən, digəri isə Musanın düşmənlərindən idi. Bəni-İsraildən olan şəxs Musadan kömək istədi; Musa onun köməyinə tələsdi və ona elə bir güclü zərbə vurdu ki, həmin şəxs yıxılıb öldü. Musa (ə) qorxuya düşdü və düşməndən ehtiyatlanmağa başladı ki, qətl işinə görə tutub onu öldürməsinlər. Bəni-İsraildən olan həmin kişi yenidən Musanı köməyə çağırdı. Musa onu vurmaq istəyəndə Fir’onun qəbiləsindən olan qibti kişi dedi: "Məni də dünənki kişi kimi vurub öldürmək istəyirsənmi?” Musa başa düşdü ki, hamı onun qatil olduğunu anlamışdır. Bu zaman bir kişi gəlib dedi: "Fir’onun ətrafındakılar şura təşkil edərək, səni qətlə yetirmək qərarına gəliblər. Tez bir zamanda şəhərdən çıx. Musa bunu qəbul etdi və canını qorumaq üçün Misiri tərk etdi; Mədyən şəhərinə doğru yola düşdü. Mədyən şəhərinin kənarında bir quyu vardı; camaat oradan həm qoyunlarını suvarmaq üçün və həm də özləri istifadə edirdilər. Musa həmin quyunun yanında istirahət etdiyi zaman görür ki, camaat su çıxarmaq üçün izdiham yaratmışlar; suyun kənarında iki qız uşağı da dayanmışdı. Musa onlardan soruşdu: "Burada nə edirsiniz?” Dedilər: "Buraya qoyunlarımızı suvarmaq üçün gəlmişik; gözləyirik ki, camaat qayıtsın, ara sakitləşsin və biz də irəli gedək. Atamız qoca kişidir, ona görə də bu işi biz özümüz görürük.”
    Musa irəli gəlib qızların qoyunlarını suvardı və istirahət üçün kölgəyə çəkildi; bu zaman Allahdan kömək və yardım istədi.
    Musa istirahətə məşğul olduğu zaman gördü ki, o qızlardan biri tam həya və vüqarla qayıdıb dedi: "Atamız istəyir ki, qoyunlarımızı suvardığına görə sənə mükafat versin.” Musa onların atasının yanına gəldikdə - yə’ni, həzrət Şüeybin yanına – başına gələn əhvalatı nəql etdi.” Şüeyb (ə) da ona toxtaqlıq verib dedi: "Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm və sən də əvəzində (mehriyyə olaraq) səkkiz il (əgər istəsən on il) işlərimdə mənə yardımçı olarsan.”
    Musa bu işi böyük məmuniyyətlə qəbul etdi və on il Şüeyb (ə)-ın yanında xidmətçi oldu.(Qur’ani-kərim, Qəsəs surəsi 15-28-ci ayələr.)
    PEYĞƏMBƏRLİYƏ ÇATMASI
    Musa (ə)-ın Şüeybə on illik xidmət vaxtı sona çatdıqdan sonra öz ailəsini götürüb ana vətəninə qayıtmaq fikrinə düşdü; bu məqsədlə Tur dağına tərəf yollandı. Tur dağına yaxınlaşan zaman dağdan şö’lənən bir od gördü. Həyat yoldaşına dedi: "Sən burada qal, mən baxım görüm orada şölənən od nədir?! Bəlkə ondan bir az gətirim, yaxud onun nə olduğunu öyrənim?
    Lakin Eymən vadisinə çatanda, o mübarək vadiyə yetişdikdə müqəddəs ağacdan belə bir səda eşitdi:
    "Ey Musa! Mənəm yeganə olan Allah, aləmlərin Pərvərdigarı!”
    Qeybdən gələn həmin səs Musaya əsanı yerə atmağı əmr etdi! Musa əsasını yerə atdıqda dəhşətli bir əjdahaya çevrildi ki, hər tərəfə hərəkət edirdi. Sonra Allah-taala ona xitabən buyurdu: "Qorxma, onu tut! Əvvəlki halına qayıdacaqdır.”
    Sonra Allah-taala ona əlini qoltuğuna salıb çıxarmağı əmr etdi. Bu zaman o, əlinin çıraq kimi parladığını gördü.
    Allah-taala iki mö’cüzəni Musanın ixtiyarına verdikdən sonra, onun peyğəmbərliyə seçildiyini buyurdu. Daha sonra ona tüğyançılıq yolunu tutan Fir’ona doğru getməsini əmr etdi. Musa Allahdan səbr, hövsələ, işlərdə asanlıq və dilindəki düyünlərin götürülməsini istədi. Həmçinin qardaşı Harunu ona vəzir və köməkçi tə’yin etməsini istədi. Allah-taala Musanın istəklərini qəbul etdi. Bu dəfə Musa və Harun birlikdə Fir’onun yanına getmək istədilər. Çünki o, tüğyançılıq edirdi.
    Qur’ani-kərimdə oxuyuruq:
    «Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!» (Taha-44.)
    SUALLAR
    1. Fir’onun ətrafındakılar Musanın qoyulduğu sandığı tapdıqda nə etdilər?
    2. Həzrət Musa hansı şəraitdə anasına qaytarıldı?
    3. Həzrət Musa necə oldu ki, Şüeybin kürəkəni oldu?
    4. Həzrət Musa nə vaxt və necə peyğəmbərliyə seçildi?
    5. Həzrət Musanın mö’cüzələri hansılardır?
    6. Həzrət Musanın ilk peyğəmbərlik vəzifəsi nə idi?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024