İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:11 AM
    OTUZ SƏKKİZİNCİ DƏRS
    YƏHÜVƏH
    Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və tə’limlərinin sərlövhəsində tövhid və yeganə Allaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala Qur’ani-Kərimdə buyurur:
    «(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».(Nisa-163)
    Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə də’vət etmişdir.
    Musanın də’vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur’ani-Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması ne’mətini də (o cümlədən Muasanın) şərh edir. Allah-taala buyurur:
    «Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm!
    Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?
    Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?
    İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
    Bu, Bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.
    Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq...
    Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməli-salehlərdən idi.
    Biz həmçinin İsmaili, Ələysə’i, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları (özləri ilə bir dövrdə yaşayan bütün) insanlardan üstün etdik.» (Ən’am-79-86.)
    Bu ayələr gözəl şəkildə bəyan edir ki, İbrahimin dini tövhid ayinidir və ondan sonra gələn peyğəmbərlərin hamısı onun ayinində olmuşlar; risalət dövranında insanları tövhidə və yeganə Allahın müqabilində təslim olmağa də’vət etmişlər.
    Qur’ani-kərim buyurur:
    «(Ya Məhəmməd!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən Biz onu dünyada (peyğəmbərlik və Kə’bəni tə’mir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməli-saleh olanlardandır.
    Rəbbi İbrahimə: «(Əmrimə) təslim ol!» - dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum!») – deyə cavab vermişdi.
    İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər bir dedi: «Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!
    (Ey yəhudilər!) Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O, «Məndən sonra nəyə ibadət edəcəksiniz?» - deyə oğlanlarından soruşduğu zaman, onlar «Sənin Allahına və ataların: İbrahim, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olub, ona ibadət edəcəyik!» - dedilər.» (Bəqərə-130-133.)
    Buna əsasən bütün ilahi peyğəmbərlər İbrahimin dinindədir və həmişə öz ailə-övladlarına bu dinə tabe olmağı tövsiyə etmişlər. Qur’an həzrət Musa (ə)-ın dilindən, Fir’onun ondan öz Allahı barədə soruşduğu zaman cavabında belə buyurur:
    «Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır.» (Taha-50.)
    Bəni-İsrail qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli və ciddi davranaraq öz qövmünə xitabən buyurdu:
    «Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir.» (Taha-98.)
    Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə tə’kid edir ki, Musanın Allahı elə ata-babaları Yə’qub, İshaq və İbrahimin Allahıdır. «Dedi: Mənəm sənin atanın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı»(Sifri xuruc, 3-cü bab, 6-cı ayə.)
    Tövratın başqa bir ayəsində belə oxuyuruq:
    «Musa Allaha dedi: İndi mən Bəni-İsrailin yanına gedib onlara desəm ki, sizin ata-babalarınızın Allahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə olduğunu soruşsalar, onların cavabında nə deyim? Allah Musaya dedi: «Mən varam və o kəsəm ki, varam.» Bəni-İsrailə belə de: «İhyət (varam) məni sizin yanınıza göndərdi.» Allah Musaya yenə dedi: «Bəni-İsrailə belə de: Yəhuvə, sizin ata-babalarınızın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı məni sizin yanınıza göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır.(Sifri xuruc, 3-cü bab, 13-16-cı ayələr.)
    Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur’anda Əhəd və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu mübahislər baş vermişdir. Bə’ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə’zim və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə’bir sonralar dəyişilərək «yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə «yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə’ziləri isə onun «həyat» kökündən alındığını və «o kəs ki, vardır» mə’nasına yozulduğunu deyirlər; bu ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam o kəsəm ki, varam) tə’biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:
    Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və Yə’qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə’quba mütləq Allah adı ilə zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»(Sifri xuruc, 6-cı bab, 3-cü ayə.)
    İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan bə’ziləri bəşər sifətləridir ki, Allaha aid edilir:
    «Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı, onlar Allahı gördülər, yedilər-içdilər.(Sifri xuruc, 4-cü bab, 9-11-ci ayələr.)
    Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: "Bəni-İsrailə əmr et ki, Onun (Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir məqam düzəltsinlər ki, onların arasında olum».(Sifri xuruc, 25-ci bab, 8-ci ayə.)
    Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən peşiman olur:
    «Allah "Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı».(Sifri xuruc, 32-ci bab, 14-cü ayə.) Başqa bir yerdə oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu (tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı yerinə yetirməmişdir».(Kitabi əvvəli Səmuil, 15-ci bab, 10-cu ayə.)Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə’ruz qalıbdır.
    Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq olmağa daha çox meyilli olmuşdur.
    SUALLAR
    1. Qur’ani-kərim İbrahimin və onun övladlarının dinini necə təqdim edir?
    2. Qur’ani-Kərim nöqteyi-nəzərindən hansı kəslər İbrahimin dinindən üz döndərər?
    3. Tövrat insanları yeganəpərəstliyə də’vət edirmi?
    4. Yəhuvəh nə deməkdir?
    5. Yəhuvəh yeganə Allahdırmı?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 853 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024