İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)

    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq)
    2012-04-12, 5:03 AM
    MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ
    *Mehdini tanıyıb, imamlığına inanmaq
    İmam Mehdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:
    ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان
    "Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar"(Biharul-ənvar, c. 52, səh: 122, hədis: 4. ).
    *Təqva və gözəl əxlaq
    İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:
    ان اكرمكم عند الله اتقكم
    Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır"(Hucurat/13. ).
    Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:
    افضلكم ايمانا احسنكم اخلاقا
    "Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır".
    Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.
    İmam Sadiq (ə) buyurmuşdur:
    من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر
    "Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir"(Biharul-ənvar, c. 52 səh: 140, hədis: 50. ).
    *İtaət və tabelik
    Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.
    İmam Sadiq (ə) buyurmuşdur:
    طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره
    "Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər"(Yenə orada, səh: 150, hədis: 76. )
    *Həzrət Mehdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq
    Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Mehdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.
    Peyğəmbər (s) buyurmuşdur:
    طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه
    "Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar"(Yenə orada, c. 51, sәh: 72. ).
    ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR
    Allah-taala həzrət Mehdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər.
    Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli.(Müntəxəbül-əsər, səh: 439. )
    Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması (Yenə orada, səh: 440. ).
    Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması.
    Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.
    ZÜHUR
    Səmadan gələn nida bütün insanlara həzrət Mehdinin (əc.) zühur xəbərini verəcəkdir.
    İmam Mehdi (əc.) öz ümumdünya qiyamına Məscidül-həramda Kəbənin yanından başlayacaqdır.
    İmamın ən yaxşı köməkçiləri və müntəzirləri olan 313 nəfər, onunla beyət etmək üçün Kəbədə ətrafına toplaşacaqlar.
    Həzrət İsa Məsih (ə) səmadan enib öz namazını İmam Mehdiyə (əc.) iqtida edəcəkdir.
    İmam Mehdinin (əc.) dünyanın müxtəlif bölgələrindən olan köməkçiləri Məkkəyə axışıb, o həzrətin rəhbərliyi ilə İraqa doğru hərəkət edəcəklər.
    Süfyaninin qoşunu "Beyda" məntəqəsində həlak ediləcək və qalib İslam ordusu bütün dünyanı fəth edəcəkdir.
    Həzrət Mehdi (əc.) Kufə şəhərini öz dövlətinin paytaxtı edəcəkdir.
    ZÜHURDAN SONRAKI DÖVR
    Həzrət Mehdinin (əc.) zühurundan sonrakı dövr, məsumların hədislərində müxtəlif baxışlardan izah olunmuşdur:
    1-Ümumdünya İslam hakimiyyəti
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Bizim qiyam edənimiz (Qaimimiz) qiyam etdikdə bütün yer üzündə Allahın birliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət veriləcəkdir"(Biharul-ənvar, c.52, səh: 340.  ).
    2-İlahi hökmlərin tam icrası
    İmam Kazim (ə) "əl-Hədid" surəsinin 17-ci ayəsinin təfsirində buyurmuşdur:
    "Allahın, yeri öldürdükdən sonra yenidən diriltməsində məqsəd, onu yağışla diriltməsi deyildir. Allah bəzi insanları göndərərək, yeri ədalət və ilahi hökmlərin icrasıyla dirildəcək-dir."(Mikyalul-məkarim, c. 1, səh: 81. )
    3-Quran təlimlərinin dirçəldilməsi
    Həzrət Əli (ə) İmam Mehdinin (əc.) qiyamının nəticələri barədə buyurmuşdur:
    "İnsanlar Quranı öz istədiklərinə uyğun şəkildə izah etdikdə, o, onların fikir və nəzərlərini Qurana tərəf yönəldəcək və Quran həqiqətlərinə xidmət göstərməyə sövq edəcəkdir. O, unudulmuş Quran və sünnəni və onun həmişəyaşar təlimlərini necə dirçəldəcəyini sizə göstərəcəkdir"(Nəhcül-bəlağə, 134-cü xütbə, məlahim. ).
    4-Zülmün məhv və ədalətin bərqərar edilməsi
    Peyğəmbər (s) buyurmuşdur:
    "Mehdi (əc.) mənim övladlarımdandır. O, qeybə çəkiləcək, zühur etdikdə isə, zülmlə dоlmuş yer üzünü ədalətə qərq edəcəkdir"(Yənabiul-məvəddə, səh: 448. ).
    5-İslamın yenidən başlanması
    İmam Baqir (ə) buyurmuşdur:
    "Peyğəmbərin (s) etdiyi işləri o da edəcəkdir. Peyğəmbər (s) cahiliyyət adətlərini sındırdığı kimi, o da qabaqkı qanunları ləğv edəcəkdir. O, İslamı əvvəldən başlayacaqdır"(Mikyalul-məkarim, c. 1, səh: 57.).
    6-İnsanlar arasında elmin kamilləşməsi
    İmam Sadiq (ə) buyurmuşdur:
    "Elm 27 hərfdən ibarətdir. Peyğəmbərlərin gətirdiyi bütün təlimlər onun yalnız 2 hərfidir. Bizim Qaimimiz qiyam etdikdə, onun digər 25 hərfini də aşkara çıxaracaq və insanlar arasında yayacaqdır"(Biharul-ənvar, c. 52, səh: 336. ).
    7-Əqli inkişaf
    İmam Baqir (ə) buyurmuşdur:
    "Bizim Qaimimiz qiyam etdikdə, Allah, bəndələrin ağıllarını toplayacaq, sahmana salacaq, fikir və düşüncələrini kamilləşdirəcəkdir"(Müntəxəbül-əsər, səh: 483 ("Kafi"dən nəql olunub). ).
    8-Təhlükəsizlik
    İdris peyğəmbərin (ə) səhifələrindən belə nəql olunmuşdur:
    "Məhəmməd ailəsinin Qaimi (əc.) zühur etdiyi zaman yer üzünə təhlükəsizlik bəxş edəcək, insanların bir-birinə zərər yetirmələri və bir-birindən qorxmaları aradan qalxacaqdır"(Biharul-ənvar, c. 52, səh: 384. ).
    Həmçinin, İmam Əli (ə) buyurmuşdur:
    "O zaman bir qadın İraqdan Şama qədər piyada gedər; halbuki, heç kim və heç bir şey onu qorxutmaz"(Mikyalul-məkarim, səh: 101.).
    9-İnsanlar arasında birlik və məhəbbət
    Əmirəl-möminin Əli (ə) buyurmuşdur:
    لو قد قام قائمنا...لذهبت الشخاء من قلوب العباد
    "Bizim Qaimimiz (əc.) qiyam etdikdə kin və düşmənliklər bəndələrin qəlbindən çıxacaqdır"(Yenə orada. ).
    10-Yer üzünün günahdan paklanması
    İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) zühurundan sonrakı insanlar haqqında buyurmuşdur:
    ولا يعصون الله عز وجل فى أرضه
    "İnsanlar yerdə Allaha itaətsizlik göstərməzlər"(Müntəxəbül-əsər, səh: 497.).
    SON SÖZ
    İmam Mehdiylə (əc.) tanışlıq öhdəlikli və məsuliyyətli bir tanışlıqdır.
    Vilayət ipindən tutmaq, təqvalı olub, İmam Mehdiyə (əc.) qarşı durmaqdan çəkinmək, zühura zəmin yaratmaq üçün səy və mübarizə, o həzrətə məhəbbət və kömək göstərmək yolunda mətanət, zühurun yaxınlaşması və o həzrətin müqəddəs məqsədlərinin həyata keçməsi üçün davamlı dua etmək, heç bir müntəzir şiənin unutmayacağı vəzifə və məsuliyyətlərdəndir.
    İmam Mehdini (əc.), onun məqsəd və amallarını tanıdıqdan sonra sakit oturmaq, nəinki təkcə o həzrətin, hətta Allah-taalanın da istədiyi işlərə qarşı laqeydlik göstərmək, əsla mümkün deyil.
    XƏTMİ-KƏLAM
    İmam Mehdidən (əc.), kiçik qeyb dövründə yazdığı və şiələrin suallarına cavabdan ibarət olan məktublardan savayı, bəzi xüsusi dua və ziyarətlər nəql olunmuşdur. Bunlarla məşğul olmağın möminlərin mənəvi yüksəlişi və hacətlərin qəbul olunmasında xüsusi təsiri vardır.
    Bu qısa kitabçanın sonunda həmin duaların "Həzrət Mehdiyə (əc.) istiğasə" adlı birisini qeyd edirik.
    Mərhum Seyid Əli Xan özünün "əl-Kəlimüt-təyyib" kitabında buyurmuşdur: Bu, həzrət Sahibəz-zamana (əc.) istiğasə və ondan kömək diləməkdir. Harada olsan, bir həmd və istədiyin daha bir surə ilə iki rəkət namaz qıl və sonra açıq səma altında üzü qibləyə dayan və de:
    Səlamullahil-kamilut-tamm, əş-şamilul-amm, və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tammətu əla hüccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi əla xəlqihi və ibadih, və sulalətin-nubuvvəti və bəqiyyətil-itrəti vəs-səfvəti Sahibizzəman, və muzhiril-iman, və muləqqini əhkamil-Quran, və mutəhhiril-ərzi və naşiril-ədl, fit-tuli vəl-ərz, vəl-huccətil-Qaimil-Mehdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-əimmətit-tahirin, əl-vəsiyyibnil-əusiyail-mərziyyin, əl-hadil-məsumibnil-əimmətil-hudatil-məsumin.
    Əssəlamu ələykə ya Muizzəl-momininəl-mustəzəfin! Əssəlamu ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin! Əssəlamu ələykə ya məulayə ya Sahibəzzəman! Əssəlamu ələykə yəbnə Rəsulillah! Əssəlamu ələykə yəbnə Əmiril-mominin! Əssəlamu ələykə yəbnə Fatimətəz-Zəhra, səyyidəti nisail-aləmin! Əssəlamu ələykə yəbnəl-əimmətil-hucəcil-məsumin, vəl-imami ələlxəlqi əcməin! Əssəlamu ələykə ya məulayə, səlamə muxlisil-ləkə fil-vilayəh. Əşhədu ənnəkəl-imamul-Mehdiyyu qəulən və filən, və əntəlləzi təmləul-ərzə qistən və ədlən bədə ma muliət zulmən və cəura. Fəəccələllahu fərəcək, və səhhələ məxrəcək, və qərrəbə zəmanək və kəssərə ənsarəkə və əvanək, və əncəzə ləkə ma vəədək, fəhuvə əsdəqul-qailin: "Və nuridu ən-nəmunnə ələlləzinəstuzifu fil-ərzi və nəcələhum əimmətən və nəcələhumul-varisin".
    Ya məulayə, ya Sahibəz-zəman, yəbnə Rəsulillah, hacəti... (burada öz hacətini dilə gətir). Fəşfə li fi nəcahiha fəqət-təvəccəhtu iləykə bihacəti liilmi ənnə ləkə indəllahi şəfaətən məqbuləh, və məqamən məhmuda. Fəbihəqqi mənixtəssəkum biəmrihi vərtəzakum lisirrih, və biş-şənilləzi ləkum indəllahi bəynəkum və bəynəh, səlillahə təala fi nuchi təlibəti və icabəti dəvəti və kəşfi kurbəti.
    Bundan sonra hacətini istə, inşallah qəbul olar.
    Mərhum müqəddəs Qumi "Məfatihul-cinan" kitabında yazır:
    "Yaxşı olar ki, bu namazın birinci rəkətində "Həmd" surəsindən sonra "Fəth", ikinci rəkətində isə "Nəsr" surəsi oxunsun".
    MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİ İLƏ TANIŞLIQ
    Müqəddəs Cəmkəran məscidi həzrət İmam Mehdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:
    Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: "Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: "Həzrət Mehdi (əc.) səni istəyir". Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu:
    "Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir".
    Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsindən sonra 7 dəfə "Qul huvəllah" surəsi deyilir. Rükunun ("Subhanə rəbiyyəl-əzimi və bihəmdih") və səcdələrin ("Subhanə rəbiyyəl-əla və bihəmdih") zikrləri də 7 dəfə təkrar olunmalıdır.
    Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə "Həmd" surəsini oxuyarkən, "İyyakə nəbudu və iyyakə nəstəin" ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da "Qul huvəllah" surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə "La ilahə illəllah" deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.
    GÖRKƏMLİ MÜASİR MÜCTƏHİDLƏRİN CƏMKƏRAN MƏSCİDİ BARƏSİNDƏ FİKİRLƏRİ
    Ayətullah Bürucerdi: "Əgər imkanım olsaydı, gündəlik vacib namazlarımı müqəddəs Cəmkəran məscidində qılardım".
    Ayətullah Mərəşi Nəcəfi: "Müqəddəs Cəmkəran məscidində çoxlu kəramətlər müşahidə etmiş və qırx çərşənbə axşamı gecəsini sübhə qədər orada qalmağa müvəffəq olmuşam".
    Ayətullah Xameneyi: "Müqəddəs Cəmkəran məscidi, bəhrələnməli olduğumuz tükənməz xəzinədir".
    Ayətullah Bəhcət: "Müqəddəs Cəmkəran məscidi kimi məscidlər xüsusi tanıtdırmaya ehtiyaclı deyillər. Onların ən yaxşı tanıtdıranı özləridirlər".
    Ayətullah Safi Gülpayiqani: "Ümidvarıq, nə qədər ki, ömrümüz var, Allah-taala bizi bu məscidə getmək şərəfindən məhrum etməz".
    Ayətullah Məkarim Şirazi: "Bu məscidin ilahi fəzasında olanlar qəribə ruhani hiss və qeyri-adi mənəvi cazibə duyurlar".
    Ayətullah Fazil Lənkərani: "Tələbə olarkən Cəmkəran məscidinə çox getmiş, orada çoxlu kəramətlər görmüş və eşitmişəm".
    Category: Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) | Added by: Islam_Kitabxanasi
    Views: 548 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019