İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Bizim dini əqidəmiz

    Bizim dini əqidəmiz
    2012-01-02, 7:44 AM
    Birinci fəsil
    Allahşünaslıq və tövhid
    1-Uca Allahın Varlığı
    Biz, Allah-təalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun Əzəmətli, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.
    Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qurani-kərim buyurur:
    "Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?” (Zariayat, 20-21)
    Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: "Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”
    2-Allahın Cəlal və Cəmal sifətləri (xüsusiyyətləri)
    Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər bir gözəlliyin və kamal bulağı Ondan çeşmələnmişdir. Qurani-kərim buyurur: "Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır, hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, müsilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə hər nə varsa Ona təsbih deyərlər. O, əziz və həkimdir.” (Həşr, 22-23)
    3-Allahın Pak Zatı nəhayətsiz, hüdudsuzdur
    Biz inanırıq ki, Allah-təala sonsuz və nəhayətsiz bir varlıqdır. İstər elm, istər qüdrət, istərsə də, əbədi həyat, əzəliyyət cəhətindən sonsuz və nəhayətsizdir. Elə bu səbəbdən də, zaman və məkan məhdudəsinə sığmazdır. Çünki zaman və məkan Onunla müqayisə olunmaz dərəcədə məhdud, naqis və təsəvvür olunma qabiliyyətinə malik deyildir. Allah-təala zaman və məkanı yaradan, ona hökm edəndir. Bununla belə O, eyni halda (zamana və məkana ehtiyacı olmadan) hər bir yerdə və zamanda mövcuddur. Çünki zaman və məkanı əhatə edərək, bunlardan daha uca və yüksəkdir. Qurani-kərim buyurur:
    "O, həm yerdə Allahdır, həm də göydə Allahdır (məbuddur). Hikmətli və bilicidir.” (Zuxruf, 84)
    Yaxud; "Hər bir yerdə olsanız, O, daim sizinlədir. Allah əncam verdiyiniz hər bir işi görür.” (Hədid, 4)
    Bəli, uca Tanrı bizə bizim özümüzdən də, yaxındır. O, daim bizimlədir. Bizim fitrətimizdədir. O, məkana, zamana ehtiyacı olmadığı halda, hər bir yerdədir. (Ağıllar bu həqiqəti olduğu kimi dərk etməkdən acizdir.) Necə ki, Qurani-kərim buyurur: "Biz (Allah), insana onun şah damarından da, yaxınıq.” (Qaf, 16) Və ya; Əvvəl və axır Odur, zahir (aşkar) və batin (gizli) Odur! O hər şeyi bilir.”
    Beləliklə, əgər biz Qurani-kərimdə: "Odur şərəfli ərşin sabihi.” Və ya; "Mehriban Allah ərşin üzərində qərar tutubdur” (Buruc, 15, Taha, 5) kimi ayələrə rast gəliriksə də, bu o demək deyildir ki, Allahın ərş adında xüsusi bir məkanı (taxtı) vardır və orada qalır. Əksinə "ərş”-dən məqsəd Allahın sonsuz və naməhdud hakimiyyətidir. Yəni Allahın nəhayətsiz qüdrət və hakimiyyəti bütün maddi cahanı və mənəvi aləmləri əhatə etmişdir. Əgər biz, Allah-təalanın xüsusi bir məkanda yerləşdiyini söyləsək, həqiqətdə, Onu məhdud bir varlıq saymış olarıq. Allaha məxluqatın xüsusiyyətlərini nisbət verməklə, uca Tanrını kiçiltmiş və məhdud etmiş olarıq. Bir halda ki, Qurani-kərim buyurur: "Heç nə Ona tay ola bilməz” (Şura, 11) yaxud, İsra surəsində 4-cü ayə; "Heç bir kəs Ona tay ola bilməz.”
    4-Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz
    Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
    Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-kərim buyurur; "Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
    Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; "Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:
    "Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: "Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).
    Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
    Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə "Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən "görüb” dərk etməkdir.(Çünki Quranın bəzi ayələri digərlərini şərh edərək aydınlaşdırır.)
    "Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: "Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: "Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: "Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” ("Nəhcul-bəlağə”, 179-cu xütbə).
    Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.
    5.Tövhid(Tövhid: Allahı hər bir cəhətdən yeganə, misilsiz bilmək.) bütün İslam təlimlərinin ruhu və əsasdır
    Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası, Tövhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, Tövhid, yalnız dinin əsaslarının biri kimi deyil, əksinə bütöv İslam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və fərləri(Əməli əsasları.) Tövhidə bağlı olaraq, onunla formalaşır.
    Dinimizin hər bir bölməsi bir növ tövhidlə, Allahın yeganəliyiylə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması Tövhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, ilahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə olan etiqadın birliyi də, Tövhiddən xəbər verir.
    Elə buna görə də, Qurani-kərim ilahi tövhiddən uzaq düşmək və şirkə doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur:
    "Allah-təala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir.” (Nisa, 48)
    Başqa bir ayədə buyurulur: "Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız.” (Zümər, 65)
    6-Tövhid və onun mərtəbələri
    Tövhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.
    1.Tövhide-zati:
    Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.
    2. Tövhide-sifati (sifətlərdə Tövhid):
    Tövhide-sifati budur ki, Allah-təala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, "Allahın sifətləri isə Onun zatının eyni olması bəhsini” daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.
    3. Tövhide-əfali (fellərdə Tövhid):
    Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-təalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qurani-kərim buyurur: "Allah-təala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!” (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: "Göylərin və yerin açarları Ona məxsusdur. (bütün işlər Onun qüdrətinə bağlıdır.)” (Şura, 12)
    Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-kərim buyurur: "Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!” (İnsan, 3) Yaxud; "Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.” (Nəcm, 39)
    Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.
    Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-təala, insanları imtahana çəkərək onları "mənəvi təkamül” yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.
    Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; "İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; "Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.”
    4. Tövhide-ibadi:
    İbadətdə Tövhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tövhide-ibadi adlanır. Tövhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tövhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-kərim buyurur: "Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqəd Allaha ibadət etməklə xilas etmək (şirkdən tövhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din.” (Bəyyinə, 5)
    İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, "Tövhid məsələsi” daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; "Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür.” Dərəcəsinə yetişir.
    Əziz oxucu, tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də, qeyd etmək olar; "Malikiyyətdə Tövhid,” (tövhide-malikiyyət-hər bir şeyin həqiqi maliki Allahdır), Qurani-kərim: "Göylərdə və yerdə hər nə vardırsa Allahındır” (Bəqərə, 284). Hakimiyyətdə Tövhid: (Tövhide-hakimiyyət: Həqiqi hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur.) (Maidə, 44)
    7-Tövhid və möcüzələr
    İlahi peyğəmbərlərin əncam verdikləri bütün xariqüladə işlər və möcüzələr (ölü diriltmək, anadangəlmə koru sağaltmaq və s.) yalnız Allahın icazəsi, iznilə baş tutur. Və bu möcüzələrin tövhidi-əfali ilə heç bir ziddiyyəti yoxdur. Necə ki, Qurani-kərim İsa (ə)-a buyurur: "Anadan gəlmə kora və (əlacı mümkün olmayan) alaca xəstəliyinə tutulmuşa mənim iznimlə şəfa verirdin. Və ölüləri mənim əmrimlə dirildirdin.” (Maidə, 110)
    Süleyman (ə)-ın vəzirlərindən biri barəsində Qurani-kərimdə belə buyurulur: İlahi kitabından bir az elmi bəhrəsi olan şəxs dedi: "Sən gözünü qırpmamışdan öncə mən onu sənin yanına gətirərəm.” Süleyman (ə) taxtı öz yanında görcək dedi: "Bu, Tanrımın mərhəmətindəndir.” (Nəml, 40)
    Beləliklə, Quran aşkar şəkildə əlacı mümkün olmayan xəstələrə şəfa vermək, ölüləri diriltmək və s. bu kimi möcüzələri, yalnız Allahın izninə bağlayır. Və bu iş tövhidlə ziddiyyət daşımayaraq, əslində onun eynidir.
    8- Allahın mələkləri
    Biz ilahi mələklərinin varlığına inanırıq. Və bu mələklər neçə qrupa, dəstəyə bölünürlər. Mələklərin hər bir dəstəsi özünə məxsus məmuriyyətə malikdir.
    1-Bəzi mələklər peyğəmbərlərə Allahın vəhyini yetirməyə məmur olublar. (Bəqərə, 98)
    2-Bəziləri insanların əməllərinə nəzarət edirlər. (İnfitar, 10)
    3-Mələklərin bir dəstəsi insanların ruhunu almağa məmurdurlar. (Əraf, 37)
    4-Başqa bir qrup mələklər müharibə zamanı mömin şəxslərə yardım edirlər. (Əhzab, 9)
    5-Onların bir dəstəsi isə düz yolda olan möminlərə yardım edirlər. (Fussilət, 30)
    6-Bəzi mələklər tuğyankar və dikbaş tayfaları cəzalandırmağa məmurdurlar. (Hud, 77)
    7-Digər mələklər isə yaranış aləmində olan müxtəlif məmuriyyətlərə malikdirlər.
    Şübhəsiz, mələklərin söylənilən məmuriyyətlərə malik olması Allahın icazəsi, razılıq və fərmanı ilə baş tutur. Və Tövhidlə (istər ibadi, istərsə də əfali) heç bir ziddiyyəti yoxdur. Həqiqətdə, bütün bunlar tövhidin aşkar nümunəsi və onu təyid edən bir sübutdur. Və elə buradaca aydın olur ki, peyğəmbərlərin, məsumların və mələklərin (layiqli) insanlara şəfaət (vasitəçilik) etməsi, birbaşa Allahın iradəsi və icazəsinə bağlı olduğundan, tövhidlə heç bir təzad daşımayaraq, tövhidin özü ilə eynidir. Qurani-kərim buyurur: "Allahın icazəsi olmadan heç bir kəs şəfaət edə bilməz.” (Yunus, 3) (Şəfaət və təvəssül məsələsinin geniş bəhsi "nübüvvət” bölümündə şərh ediləcəkdir.)
    9-İbadət yalnız Allaha məxsusdur
    İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyrisinə) ibadət edən şəxs "müşrik” adlanır. Qurani-kərim buyurur: "Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur.”
    Bu elə bir kəlamdır ki, Qurani-kərimdə dəfələrlə peyğəmbər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur.
    Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda "Həmd” surəsini oxuyarkən "İbadətdə Tövhidi” (tövhide-ibadi) təsdiqləyərək, onu təkrar edirik: "Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik.” (Həmd, 5)
    Aydındır ki, Allahın iznilə "peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə” olan inam (ki, Quranda da, mövcuddur), onlara ibadət etmək mənasında deyildir.
    Və həmçinin, Peyğəmbərlərə olunan "təvəssül” (yəni Peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün, onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tövhidlə heç bir ziddiyyət-təzad daşımır. Təvəssül məsələsinin geniş şərhi "Nübuvvət” bölməsində sizə təqdim olunacaqdır.
    10-Allahın pak zatının həqiqəti hər bir kəsə məxfidir
    Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir cəhətdən naməhdud sonsuz olan uca yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.)
    Qurani-kərim buyurur:
    "Agah olun! Onun hər bir şeyə əhatəsi vardır.” (Fussilət, 54) Yaxud: "Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir.” (Buruc, 20)
    Məhəmməd Peyğəmbərin (s) tanınmış bir hədisində oxuyuruq: "İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik.” ("Biharül-ənvar”, c. 68, səh-23)
    Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir formada tanıya bilmərik. (həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq imkanına məlikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımağa gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.)
    Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir neçə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qurani-kərim və digər səmavi kitablar məhz ilahi mərifətini bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur.
    Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz "ruhun” həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə) özünün bir hədisində buyurur:
    "Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır. (Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-təalanın həqiqəti bu xəyallardan daha uca və üstündür. ("Biharül-ənvar”, c. 66, səh, 393)
    Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: "Allah-təala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da, etməmişdir. (Qürərul-hikəm)
    11-Nə ağlın qüvvədən salınması və nə də "təşbih” (Allahı, Onun bəndəsinə oxşatmaq) düzgün deyildir
    İlahi mərifətində ağlın qüvədən salınması olmadığı kimi, "təşbih” də, düzgün deyildir. Allahı, bəndələrinə oxşatmaq, bəndənin-məxluqatın sifətlərini Ona nisbət vermək doğru deyildir. Və eləcə də, Allahı tanıma yolunda insan ağlının tamamilə aciz və tətil olması da, qeyri-səhihdir. Bunların biri təfrit, digəri isə ifrata varmaq deməkdir.
    Category: Bizim dini əqidəmiz | Added by: Islam_Kitabxanasi
    Views: 779 | Downloads: 0 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024