İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Bizim dini əqidəmiz

    Bizim dini əqidəmiz
    2012-01-02, 7:24 AM
    74-Şiənin tarixi
    "Şiə”nin yaranma tarixi Peyğəmbərin (s) dövrünə qayıdır. Belə ki, biz Həzrət Məhəmmədin (s.ə) kəlamlarında da dəfələrlə "şiə” barəsində olan müxtəlif mövzularla rastlaşırıq. Və bu barədə (cürbəcür) mənbələrə əsaslanaraq) aydın dəlil-sübutlar mövcuddur.
    Quran müfəssirlərinin (şərhçiləri) əksəriyyəti Bəyyinə surəsinin 7-ci ayəsinin: "İman gətirənlər və yaxşı işlər görənlər yaranmışların ən yaxşısıdır”- kəlamının şərhində Peyğəmbərdən (s) olan bu hədisi qeyd edirlər; "Bu ayədən məqsəd Əli (ə) və onun şiələridir!”
    Həmçinin məşhur Quran müfəssiri "Siyuti” özünün "Əd-dürrül-mənsur” ("Əd-dürrül-mənsur”, c. 6, s 379) kitabında ibn Əkasirin vasitəsilə Cabir ibn Abdullahdan belə nəql edir; "Biz Peyğəmbərin (s) yanında idik. Elə bu vaxt Həzrət Əli (ə) bizə yaxınlaşdı. Peyğəmbər (s) onu gördükdə buyurdu: "And olsun Tanrıya ki, canım onun əlindədir, Əli və onun şiələri Qiyamət günü qurtuluşda olanlardandır!” Sonra isə yuxarıda qeyd olunan Bəyyinə surəsinin 7-ci ayəsi nazil oldu. Sonralar hər vaxt Həzrət Əli (ə) Peyğəmbərin (s) əshabının yanına gəldikdə, onlar belə söyləyirdilər: "Allahın yaratdıqlarının ən yaxşısı gəldi”. Bütün bunları ibn Abbas, Əbu-Bərzə, ibn Mərdiyə, Ətiyye Ufidə, azacıq fərqlə rəvayət etmişlər.( 
    Əlavə məlumat üçün "Pəyami-Quran”, c. 9, s. 259-a müraciət edin.  
    ) Elə buna əsasən də, "şiə” adının Həzrət Əli (ə)-ın davamçılarına Həzrət Peyğəmbərin (s) dövründə nisbət verilməsi aydın olur.
    İslam Peyğəmbəri (s) şəxsən özü onları şiə adlandırmışdır. Və bu adın xəlifələr dövründə yaxud səfəvilər dövründə yarandığını iddia etmək əsassız olaraq, heç bir sübut-dəlilə arxalanmır.
    Biz İslam dünyasında mövcud olan başqa firqələrə, məzhəblərə ehtiram edir və onlara nəhayət dərəcədə hörmətlə yanaşırıq. Onlarla birlikdə "camaat namazı” qılır, birlikdə həcc mərasimlərində iştirak edir, İslam dinində müştərək olduğumuz mövqelərdə və hədəflərdə birgə çıxış edirik. Lakin bununla belə biz, Əli (ə)-ın məktəbinin çoxlu üstün xüsusiyyətlərə malik olduğunu, ona Peyğəmbər (s) tərəfindən xüssusi diqqət və əhəmiyyət verildiyinə görə şiə məktəbini seçmişik.
    Qeyd: Bəzi müxalif qüvvələr idda edirlər ki, "şiə məktəbi” Abdullah ibn Səba ilə sıx bağlıdır. Və şiələrin Abdullah ibn Səbanın davamçıları olduğuna təkid edirlər.
    Əslində Abdullah ibn Səba bir yəhudi idi və sonradan İslamı qəbul edərək, zahirdə müsəlman olmuşdu. Bu şəxsin şiə məktəbinin rəhbəri kimi tanıtdırılması çox qəribə və təəccüblüdür. Çünki şiə dünyasının bütün tanınmış kitablarında bu adam barəsində heç bir rəğbət hissi oyadan söz yoxdur. Doğrusu, şiənin bütün "rical” kitabları onu azğın, yolunu azmış bir şəxs kimi tanıtdırır. Hətta bizim bəzi rəvayətlərimizə əsasən Həzrət Əli (ə) onun mürtəd olduğuna görə, ölümünə fərman vermişdi!("Tənqiuhul-məqal fi ilmur-rical”, "Abdullah ibn Səba” bölməsi və həmçinin, digər məşhur rical kitabları.)
    Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə "Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır. Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?!("Abdullah ibn Səba”, müəllif: Əllamə Əsgəri.)
    Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.
    75-Şiə məzhəbinin coğrafi əhatəsi
    Diqqət etmək lazımdır ki, şiə mərkəzləri (həmişə) fəqət İranda olmamışdır. Əsl həqiqətdə İslamın əvvəl əsrlərindən, qərnlərindən başlayaraq şiə, Kufə, Yəmən, hətta Mədinə şəhərinin özü və Əli (ə)-a qarşı bəni-Üməyyə tərəfindən daim zəhərli təbliğatlar aparılan Şam (Dəməşq) şəhərlərində də, müxtəlif mərkəzlərə malik olmuşdur. Hərçənd İraq ölkəsində mövcud olan geniş vüsət almış şiə mərkəzlərilə müqayisə oluna bilməsə də, bu şəhərlər şiələrə məxsus mərkəzlərə şahid olmuşdur.
    Geniş Misir torpağı da, həmişə şiə qruplarına malik olmuşdur. Hətta Fatimiyyə xəlifələri dövründə hakimiyyət şiələrə məxsus idi. İndi dünyanın müxtəlif ölkələrində şiə müsəlmanlarından ibarət çoxlu sayda qruplar, tayfalar yaşayır.
    Səudiyyə Ərəbistanının "Məntəqətüş-şərqiyyə” adlanan bölməsində şiələrdən ibarət böyük bir əhali yaşamaqdadır ki, başqa müsəlman qrupları ilə sıx rabitəyə və mehriban əlaqəyə malikdirlər. Bu bir haldadır ki, İslam və insaniyyət düşmənləri, daim dünya müsəlmanları arasında təfriqə salmaq, şiə və qeyri-şiə qrupları arasında düşmənçilik, ədavət, ixtilaf, münaqişə, müharibə alovunu şölələndirmək üçün gecə-gündüz çalışmaqdadırlar. Onların məqsədi yalnız müsəlmanları parçalayaraq, onları real qüvvədən heçliyə doğru sürükləməkdir.
    Müasir əsrdə maddəpərəst Şərq və Qərbin müqabilində əzəmətli və danılmaz qüdrətə malik olan İslam dünyası, Qərb mədəniyyətinin yalan vədlərindən usanmış insanları özünə doğru çəkir. İslamın və insaniyyətin düşmənlərinin İslam dünyasının inkişafı müqabilində yeganə silahı müsəlman qrupları arasında ixtilaf, çəkişmə, toqquşma, münaqişə alovunu yaradaraq onları zəiflətməkdir. Şübhəsiz, əgər bütün İslam məzhəblərinin ardıcılları ayıq-sayıq olarsa və özlərinin hər bir addımlarında düşünülmüş şəkildə hərəkət edərlərsə, çox asanlıqla düşmənin bu hiyləsini dəf edə bilərlər.
    Sözsüz ki, şiə məktəbinin özü də, əhli-sünnət məzhəbi kimi, müxtəlif firqələrə bölünmüşdür. Şiə məktəbinin ən məşhur və tanınmış firqəsi "12 imamçı şiə-Cəfəri məzhəbi”dir ki, şiələrin əksəriyyətini təşkil verir.
    Şiələrin dəqiq sayı və onların digər müsəlmanlara nisbət olan miqdarı məlum olmasa da, bəzi mənbələrə əsasən, dünyada 200 yaxud 300 milyon şiə vardır. Və bu rəqəm dünya müsəlmanlarının 1/4–ü deməkdir.
    76-Əhli-beyt (ə)-ın mirası
    Şiə məktəbinin davamçıları İslam Peyğəmbər (s)-dən Əhli-beyt (ə)-ın vasitəsilə çoxlu hədislər rəvayət etmişlər. Həmçinin çoxlu sayda hədislər Əli (ə) və digər imamlardan rəvayət olunmuşdur ki, bunlar şiə fiqhinin və maarifinin əsil mənbələrindən sayılır. O cümlədən, bu dörd tanınmış kitabı (ki, "kutubi-ərbəə” adı ilə məşhurdur) nümunə olaraq qeyd edə bilərik: "Kafi”, "Mən la yəhzuruhul-fəqih”, "Təhzib” və "İstibsar”.
    Bir daha təkrar etmək məqsədə uyğundur ki, söylədiyimiz məşhur kitablarda və yaxud digər mötəbər mənbələrdə mövcud olan hər bir hədis mütləq şəkildə dəyərli və etibarlı sayılmamalıdır.
    Həqiqət budur ki, hər hədisin özünəməxsus "sənəd silsiləsi” vardır. Və bu hədisi rəvayət edən hər bir şəxsin barəsində "Rical kitabları”nda ayrıca olaraq bəhs edilmişdir. Əgər hədisin sənədinin silsiləsi, yəni onu rəvayət edən bütün şəxslər etibarlı sayılarsa, o hədis "səhih” dəyərli və mötəbər hesab olunacaqdır. Belə olmayan hədislər isə, zəif və şəkli olduqlarına görə kənara qoyulacaqdır. Bütün bunlar yalnız "Rical elmi”ndən agah olan böyük alim və mütəfəkkirlər (mütəxəssislər) tərəfindən əncam verilməlidir.
    Deməli, buradan aydın olur ki, şiə hədis kitabları, əhli-sünnət hədis mənbələrilə əsaslı şəkildə fərqlənir. Çünki əhli-sünnətin arasında ən məşhur olan "sihah” kitablarının, xüsusilə "Səhihi-Buxari” və "səhihi-Müslim”in müəllifləri öz etiqadlarına əsasən, yəni əhli-sünnət əqidəsini məbna və əsas tutaraq doğru-düzgün saydıqları hədisləri bu kitablarda cəmləmişlər. Elə bu səbəbdən də, "Səhih” kitablarında yazılmış hər bir hədis əhli-sünnətin etiqadlarından xəbər verir.("Səhihi Müslim” kitabının müqəddiməsi və "Fəthul-bari fi şərhi Səhihi-Buxari” kitabına müraciətlə.) Amma şiə hədisçilərinin məbna və əsası Əhli-beyt (ə)-in hədislərini cəmləmək, eyni halda bu hədislərin hansının doğru və hansının yalan olduğunu "Rical elmi”nin öhdəsinə buraxmaqdır.
    77-İki əzəmətli kitab
    Etimadlı və mühüm mənbələrdən hesab olunan "Nəhcül-bəlağə” kitabı şiənin ən əhəmiyyətli elmi irsindən biridir. Bu kitabı Seyyid Rəzi təqribən min il əvvəl yazmışdır. O, bu kitabda fəqəd Həzrət Əli (ə)-ın kəlamlarını üç fəslə ayıraraq: "Xütbələr-məktublar-qısa kəlamlar” şəkilində bir yerə cəmləmişdir. Bu kitab o qədər ali məzmuna və gözəl ləfzlərə malikdir ki, dindən və məzhəbdər asılı olmayaraq onu diqqətlə oxuyan hər bir kəs, həmin kitabın ali məzmununun təsiri altına düşür. Biz arzu edirik ki, təkcə müsəlmanlar deyil, müsəlman olmayanlar da, "Nəhcul-bəlağə” oxuyaraq, onunla yaxından tanış olsunlar. Çünki bu kitabın vasitəsilə onlar, İslamın "Tohid”, "yaranış və məad”, "əxlaqi və ictimai məsələlər”də malik olduğu dəyərli maarifilə ətraflı olaraq məlumat əldə edərlər.
    Şiənin digər böyük elmi irslərindən biri də, "Səhifeyi Səccadiyyə” kitabıdır. "Səhifeyi Səccadiyyə” olduqca ali, əzəmətli və dərin məzmunlu bir kitabdır. Bu cəhətdən o, "Nəhcul-bəlağə” kitabı ilə müştərək mövqeylərə və dəyərlərə malikdir. "Səhifeyi Səccadiyyə” olduqca gözəl ifadələr və dərin mənalar daşıyan duaları özündə cəmləyir. Bu kitab insana öz Yaradanı ilə necə münacat etməyin və ibadətin tərzini öyrədərək, onun ruhunu və mənəviyyatını saflaşdıran ən ali bir vasitədir.
    Adından məlum olduğu kimi "Səhifeyi Səccadiyyə” "Səccad” ləqəbi ilə məşhur olan (Səccad-"çoxlu səcdə edən” deməkdir) dördüncü İmamımız Əli ibn Hüseyn (ə)-ın dualarının məcmuəsidir. Biz Tanrı dərgahında onun əsl bəndəsi tək dua etmək istədikdə, Onun pak Zatının eşqini qəlbimizdə yaratmaq və bu yolda daha diqqətli olmaq üçün "Səhifeyi Səccadiyyə”yə müraciət edirik. Həqiqətdə, biz imamın müdrik dualarından, yenicə baş qaldıran yaşıl çəmənin və gülzarın, bahar səmasının yağmurlu buludları ilə daha da təravətləndiyi kimi, feyz alırıq.
    Şiənin malik olduğu hədislərin əksəriyyəti ki, on minlərlə hədisi əhatə edir, beşinci və altıncı imamlarımız (İmam Məhəmməd Baqir (ə); İmam Cəfər Sadiq (ə)) tərəfindən və böyük bir qismi də, səkkizinci imamımız (İmam Rza (ə)-ın vasitəsilə nəql edilmişdir. Çünki onlar o biri məsum imamlarımıza nisbətən azad şəraitə sahib olaraq, İslam maarifinin təbliğində daha əlverişli mühitə malik idilər. Belə ki, düşmənlərin, bəni-Üməyyə və bəni-Abbas hakimlərinin onları mütləq şəkildə təsir dairəsinə almaq, onlara əziyyət vermək imkanı az olduğundan, bu üç imamımız öz atalarının vasitəsilə İslam Peyğəmbərindən (s) çoxlu hədislər nəql edə bilmişlər. Onlar İslam maarifi, mədəniyyəti və fiqhi hökmlərdə misilsiz xidmət göstərərək müxtəlif hədislər söyləmişlər. Söylənilən hədislərin əksəriyyəti İmam Cəfər Sadiq (ə)-a məxsus olduğundan şiə məzhəbini "Cəfəri məzhəbi” də adlandırırlar. İmam Cəfər Sadiq (ə)-ın yaşadığı dövr zalım bəni-Üməyyə hakimlərinin zəiflədiyi və bəni-Abbas tayfasının xalqı kifayət qədər əsarətdə saxlamaq imkanından məhrum olduğu bir dövr idi. Dövrünün əvəzsiz dahisi sayılan İmam Cəfər Sadiq (ə) bu əlverişli şəraitdən ən gözəl formada istifadə etdi. Belə ki, o Həzrət (ə) İslam fiqhi, hədis elmi, İslam maarifi və s... şöbələrdə 4000-ə yaxın şagird tərbiyə edə bildi.
    Əhli-sünnətin "Hənəfiyyə məzhəbinin” tanınmış imamı və rəhbəri "Əbu-Hənifə” qısa bir cümlədə İmam Cəfər Sadiq (ə)-ı belə vəsf edir: "Mən İmam Cəfər Sadiqdən güclü olan bir fəqih görmədim!” ("Təzkirətul-Huffaz zəhəbi”, c. 1, s. 166) Əhli-sünnətin "Malikiyyə məzhəbi”nin rəhbəri Malik ibn Ənəs özünün xütbələrinin birində belə söyləyir: "Mən uzun bir müddət İmam Cəfər Sadiq (ə)-ın yanına get-gəl edirdim. Və həmişə onu bu üç halətdən birində görürdüm: Ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxumaqla məşğul idi. Mənim etiqadıma görə İmam Cəfər Sadiq (ə)-dan istər elm, istərsə də, ibadət nəzərindən daha üstün-fəzilətli bir şəxsin olduğunu heç kim görməmiş və eşitməmişdir!” ("Təhzibut-təhzib”, c. 2, səh 104; Əsəd Heydərinin "İmam Sadiq (ə) adlı kitabına (c 1-səh 53) istinad edilmişdir.)
    Təəssüflər olsun ki, bəhslərimiz çox müxtəsər və qısa şəkildə qurulduğuna görə, digər İslam alimlərinin bizim məsum imamlarımız barəsində söylədikləri kəlamlardan bəhs etmək ixtiyarında deyilik.
    78-Şiənin İslam elmlərində rolu
    Şiə İslam elmlərinin yaranmasında mühüm və təsiredici rol oynamışdır. Bəzi alimlərin nəzərinə əsasən İslam elmləri "şiə”dən nəşət və sərçeşmə tutmuşdur. Hətta bu barədə müxtəlif kitablar yazılmış, çoxlu sənəd və dəlil-sübutlar aşkarlanmış, ortaya qoyulmuşdur. Amma biz belə deyirik: "Ən azı, şiə, İslam elmlərinin yaranmasında olduqca əhəmiyyətli və təsiredici səhmə malikdir!” Və bizim bu əqidəmizə ən gözəl şahid və tutarlı dəlil şiə alimlərinin müxtəlif İslam elmlərində yazdıqları kitablar, və yaratdıqları misilsiz elmi əsərlərdir. Fiqh və üsul elmində olan minlərlə kitablar, həmçinin təfsir və Quran elmində, əqaid, kəlam və s... elmlər barəsində yazılmış xüsusi dəyərə malik olan minlərlə kitablar bir daha şiənin İslam elmində olan əzəmətli mövqeyini təsdiq edir. Bu kitabların bir çoxu bizim elmi kitabxanalarımızda və dünyanın tanınmış kitabxanalarında qorunub saxlanılır. Bizim iddiamızın doğru olub-olmadığında tərəddüd edən hər bir şəxs bu kitabxanalara müraciət edə bilər. Şiənin elmi kitabları daim göz önündədir. Şiə dünyasının tanınmış alimlərindən biri qeyd olunan sahələrdə yazılmış kitabların mündəricatını 26 cildlik bir kitabda bir yerə toplamışdır.(Bu kitab "Əz-zəriətu ila təsanifiş-şiə” adlanır. Onun müəllifi məşhur müfəssir, mühəddis "Şeyx Ağa Bozorg Tehrani”dir. O adı çəkilən kitabda 68 min cild kitabın ünvanını qeyd etmişdir. )Onu da qeyd etmək lazımdır ki, söylənilən kitab on illər bundan qabaq yazılmış əsərlər haqqındadır. Müasir dövrdə yaradılan rəngarəng elmi əsərlər, həmçinin keçmiş alimlərin dəyərli və qiymətli əsərlərinin öyrənilməsi, başqa bir cəhətdən öz dövründə tayı-bərabəri olmayan əl yazmaların kəşf edilməsindən yaranan İslam elminin yeni-yeni incəlikləri bu mündəricata daxil edilməmişdir!
    79-Haqqa doğru
    Biz inanırıq ki, doğruluq, düzgünlük, əmanətdarlıq, vəfa, haqq, ədalət, səmimiyyət, humanistlik və insanpərəstlik İslam dininin ən başlıca və əhəmiyyətli əsaslarından biridir. Qurani-kərim buyurur; "Bu (Qiyamət günü) doğru danışanlara sözlərinin doğruluğunun fayda verdiyi gündür!” (Maidə, 119)
    Quranın bir çox ayələrindən məlum olduğu kimi, Qiyamət günü insan üçün ən yüksək mükafat, onun doğru və düzgün imana malik olduğuna görə, Allahın əhd-peymanlarına vəfalısına xətir veriləcəkdir; "Allahın hədəfi Sadiqlərə (doğruçulara) düzgünlüklərinə görə mükafat verməkdir!” (Əhzab, 24)
    Əvvəlki bəhslərimizdə qeyd olunduğu kimi Quranın əmrinə əsasən müsəlmanlar özlərinin bütün yaşayışında məsum şəxslər və sadiq insanlarla birlikdə olmalıdırlar: "Ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birgə olun!” (Tövbə, 119)
    İslam dinində düzgünlüyə verilən əhəmiyyət Peyğəmbərə (s) olunan bu əmrdə öz əksini tapır: "De, ey mənim Rəbbim, məni doğruçular-sadiqlərlə içəri daxil et və sadiqlərlə-doğruçularla birgə dışarı çıxart (tanıtdır!)” (İsra, 80) Elə bu səbəbdən də, İslami rəvayətlərdə insanlara doğru göndərilmiş bütün peyğəmbərlərin hər əməlinin doğruluq, düzgünlük, əmanətdarlıq, ədalət və vəfa ilə doğrulduğu, sadiqlik və həqiqətlə dolu proqramlarla çıxış etdikləri daim vurğulanır. İmam Sadiq (ə) buyurur: "Allah-təalanın göndərdiyi hər peyğəmbər doğru danışmağa, pis və yaxşıya qarşı əmanətdar olmağa əmr olunubdur.” ("Biharül-ənvar”, c. 2, s. 104 və c. 68, s 2)
    Biz də, Qurani-kərimin və İslam rəvayətlərinin göstərişlərinə tabe olaraq, bu kitabın bəhs etdiyi mövzuları doğru-düzün şəkildə həqiqəti araşdıraraq, sizlərə bəyan etmək üçün nəhayət dərəcədə çalışırıq. Ümidvarıq ki, Uca Yaradanın sonsuz rəhməti bizi bu yolda müvəffəq edəcəkdir. O, müvəffəqiyyət bağışlayanların ən yaxşısıdır!
    80-Son söz
    Oxuduğunuz bu kitab Əhli-beyt (ə) davamçılarının və şiələrin dini etiqadlarından ibarət qısa və müxtəsər məlumatları özündə cəmləyir. Bəhslərin olduqca müxtəsər və yığcam şəkildə qurulmasına baxmayaraq, şiələrin İslam dininin əsas və fərlərində olan əqidələri azacıq da olsa belə, təhrifə yol verilmədən bəyan edilmişdir. Oxuculara təqdim olunan hər bir əqidənin mənbə və sənədləri Qurani-kərimin ayələrinə, cürbəcür rəvayətlərə və İslam dünyasının tanınmış alimlərinin müxtəlif kitablarına əsaslanır. Lakin bəhslərin qısa və ixtisarlı olması bizi, bütün sənəd və mənbələrin sizə təqdim etmək imkanından məhrum etmişdir.
    Əziz oxucu, bu kitabda bəhs olunan mətləblərdən aşağıdakı nəticələrə yetişmək olar:
    1-Gördüyünüz kitab şiənin etiqadlarını müxtəsər şəkildə sizə təqdim etmiş ən gözəl mənbədir. Oxuduğunuz bəhslər o qədər aydın, xüssusi diqqət və sadəliklə bəyan edilmişdir ki, məzhəbindən asılı olmayaraq hər bir kəs, hətta qeyri-müsəlmanlar belə, bu kitabçanın vasitəsilə şiə məzhəbinin əqidə prinsipləri ilə müxtəsər şəkildə tanış ola bilər. Onu da qeyd edək ki, bu kitab çoxlu zəhmətlər və ardıcıl səylərin nəticəsində tərtib olunmuşdur.
    2-Unutmayın ki, bu kitab hər bir şəxsə höccəti tamamlayır. Deməli, bizim əqidəmizdən kifayət qədər məlumatı olmayan, qərəzli və bədxah mənbələrin fitnəsinə uyaraq özləri də, bilmədən şiə məzhəbinə töhmət vuranlar üçün heç bir bəhanə qalmamışdır.
    3-Kitabda qeyd olunan "şiənin əqidə əsasları” bu firqənin digər İslami firqələr ilə olan fərdinin, onlarla birgə həmkarlığa mane olmadığını, aydınlaşdırır! Çünki bu firqələr arasında olan müştərək nöqtələr olduqca çoxdur. Bəzi məsələlərdə olan fikir ayrılıqları və şəxsi zövqlər isə insan təbiətinin adi xüsusiyyətlərindəndir.
    4-Biz bilirik ki, mənfur niyyətli düşmən daim müsəlman məzhəbləri arasında mövcud olan fikir ayrılıqlarını, ixtilafları qızışdıraraq və şişirdərək, Allahı, peyğəmbəri, Quranı, qibləsi və s. bir olan müsəlmanları müharibə alovuna doğru aparmaq istəyirlər. hazırkı dövrdə İslam ən müasir və kamil bir din olaraq dünyanın böyük bir hissəsini öz təsir dairəsinə almışdır. Kommunizmin süquta uğramasından sonra əlacı mümkün olmayan müxtəlif problemlər İslam dininin vasitəsilə öz həllini tapmaqdadır. Bu da, təbii ki, fənfur və bəd niyyətli şəxslər üçün heç də ürək açan bir məsələ deyildir. Müsəlmanlar daim ayıq olmalı və pis niyyətli düşmənə öz çirkin məqsədinə yetişmək imkanını verməməli, daim vəhdət yolunda irəliləməlidirlər. Yalnız bu yolla biz həqiqi İslamı dünya xalqlarına tanıtdıra bilər və İslam dininin düzgün yayılması, tədrisi üçün yaranmış fürsətlərdən istifadə edə bilərik.
    5-Biz inanırıq ki, İslam dünyasında mövcud olan məzhəblərin tanınmış alimləri təfriqə və ayrılığa səbəb olan bir sıra etiqadi-fiqhi məsələləri səfa-səmimiyyətlə dolu, aram bir mühitdə birgə əyləşərək, elmi müzakirələr və qarşılıqla anlaşma yolu ilə həll edə bilərlər. Bütün təfriqə doğuran məsələlərin bu yolla həll olunmasının mümkünlüyünü iddia etməsək də, bir çox ixtilaflı məsələlərdə mövcud olan anlaşılmazlıqların aradan qaldırılacağını söyləyə bilərik. Belə ki, bir sıra müsəlman ölkələrində əhli-sünnət və şiə alimlərinin birgə keçirdiyi konfranslar, elmi yığıncaqlar bir sıra ixtilaflı məsələlərə son qoya bilmişdir.
    Və sonda əllərimizi Uca Yaradanın dərgahına uzadaraq belə dua edirik: "Ey Tanrı, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla. Və iman gətirənlərə qarşı könlümüzdə düşmənçiliyə öyüc üçün yer vermə!” (Həşr, 10).
    Category: Bizim dini əqidəmiz | Added by: Islam_Kitabxanasi
    Views: 783 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024