İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Bəşəriyyətin nicat yolu

    Bəşəriyyətin nicat yolu
    2012-01-06, 10:06 PM
    BİRİNCİ FӘSİL
    ÜSULİ-DİN
    İslam dininin maarifi, ümumiyyətlə iki mühüm hissədən ibarətdir:
    1- Üsuli-din (əqidələr);
    2.- Fürui-din (əməllər).
    İslam dininin birinci hissəsi "Üsuli-din”-dir. O, beş qismə bölünür:
    Birinci: "Tohid”
    Allahı zatında və sifətində yeganə bilmək və Ona şərik qoşmamaq.
    Allah-taala Qurani-Kərimdə belə buyurur:
    ِبسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ
    قُلْ هُوَ اللَّهُ أَحَدٌ* اللَّهُ الصَّمَدُ* لَمْ يَلِدْ وَلَمْ يُولَدْ* وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ*
    «(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de ki, (Mənim Rəbim olan) O Allah yeganədir. (Heç bir şəriki yoxdur.) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır, O, əzəli və əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı, bərabəri və bənzəri yoxdur!»(əl-İxlas surəsi, ayə 1-4)
    İkinci: "Әdl”
    Allah-taalanın ədalətli olub, heç kəsə zülm etməməsinə inanmaq.
    Әdl haqqında Quranda bir çox ayələr vardır. O cümlədən aşağıdakı ayəni misal gətirməklə kifayətlənirik:
    «إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا»
    «Həqiqətən, Allah (heç kəsə) zərrə qədər də zülm etməz. Әgər yaxşı bir əməl baş verərsə, onu (savabını) ikiqat artırar və Öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!» (ən-Nisa surəsi, ayə 40)
    Әdldən (ədalətdən) məqsəd hər şeyi öz yerində həyata keçirməkdir. Bu haqda Әli (əleyhis-salam) belə buyurub:
    «اَلْعَدْلُ يَضَعُ الْاُمُورَ مَوَاضِعَهَا»
    «Әdalət bütün işləri öz yerinə qoyur.» (Nəhcül-bəlağə, Hikmət-437)
    Әdl Allah-taalanın «sübuti»(Allah-taalada olan sifətlər), zülm isə «səlbi»(Allah-taalada olmayan sifətlər)sifətlərindən hesab olunur. Әdalətli olan Allah Quranda insanları ədalətə çağırır. Buna misal olaraq bu ayəyə nəzər salaq:
    «اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ »
    «Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allah qarşısında təqvalı olun. Allah nə etdiklərinizdən xəbərdardır.»(əl-Maidə surəsi, ayə 8)
    Üçüncü: "Nübüvvət”
    Həzrət Adəm (əleyhis-salam)-dan sonuncu Peyğəmbər həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qədər, insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin haqq olmasına inanmaq və onları təsdiq etmək.
    Allah-taalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin vasitəsi ilə olmuşdur. Bütün Peyğəmbərlərin hədəfi Allahın yeganəliyi, adillliyi, hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.
    Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra isə bir daha Peyğəmbər gəlməyib və heç vaxt gəlməyəcəkdir. Buna görə də ona «Хatəmül-ənbiya», yəni «Peyğəmbərlərin sonuncusu» deyirlər. Necə ki, Qurani-Kərimdə buyurulur:
    « وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ »
    «Lakin o, Allahın Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur.» (əl-Әhzab surəsi, ayə 40)
    Bu haqda hədislərimiz çoxdur. Nümunə olaraq İmam Sadiq (əleyhis-salam)-ın mübarək kəlamlarından birinə işarə edirik:
    «قَالَ الْاِمامُ الصَّادِقُ (عَلَيْهِ السَّلاَمُ):
    إِنَّ اللهَ خَتَمَ بِنَبِيِّكُمُ النَّبِيِّينَ فَلاَ نَبِىَّ بَعْدَهُ اَبَدًا»
    «Həqiqətən Allah-taala sizin Peyğəmbəriniz ilə Peyğəmbərləri sona çatdırdı, beləliklə də ondan sonra əsla heç bir Peyğəmbər gəlməyəcəkdir»(Üsuli kafi, cild 1, səh 269).
    İslam Peyğəmbəri bütün Peyğəmbərlərin sonuncusu olduğu kimi, eləcə də bütün Peyğəmbərlərin daha üstünüdür. Buna görə də Ona «Әşrəfül-Әnbiya» yəni, «Peyğəmbərlərin ən şərəflisi» deyirlər. Bu Peyğəmbərin Allah yanında çox böyük məqamı və uca mərtəbəsi vardır. Biz müsəlmanlar isə Onun ümməti sayılır beləki, Onun dinini qəbul edib əməl edənlər və Onun yolu ilə gedənlərik.
    Peyğəmbərlik haqqında əsas məsələlərdən biri də onların məsum, yəni, hər hansı bir günah, eyb və nöqsandan pak olmasından ibarətdir.
    Peyğəmbərin gətirdiyi hər bir hökmə əməl etmək, qadağan etdiklərindən çəkinmək hər bir müsəlmana vacibdir. Necə ki, Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur:
    « وَمَآ ءَاتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوْا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ»
    «Peyğəmbərin sizin üçün gətirdiyini alın [əməl edin] və qadağan etdiyindən çəkinin. Allah qarşısında təqvalı olun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.» (əl-Həşr surəsi, ayə 7)
    Peyğəmbərin bizə gətirdiyi hökmlər isə Qiyamət gününə qədər qalacaq və heç vaxt əvəz olunmayacaqdır.
    İmam Sadiq (əleyhis-salam) bu haqda belə buyurmuşdur:
    «قالَ الْاِمامُ الصّادِقُ (عَلَيْهِ السَّلامُ):
    حَلاَلُ مُحَمَّدٍ (صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمْ) حَلاَلٌ اِلَى يَوْمِ الْقِيَامَةِ وَ حَرَامُهُ حَرَامٌ اِلَى يَوْمِ الْقِيَامَةِ»
    «Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in halal etdiyi bütün şeylər Qiyamətə qədər halal və haram etdiyi şeylər isə Qiyamətə qədər haramdır».(Biharul-ənvar, cild-11, səh-56, hədis-57)
    Peyğəmbər göndərilməsinin digər bir səbəbi də budur ki, bəndələr üçün höccəti tamam edir və bütün bəhanə yollarını bağlayır ki, Qiyamət günü heç kəs «Ey Allah bizə bir peyğəmbər göndərsəydin, biz də ona tabe olub yolumuzu azmazdıq» deməsin.
    Nübüvvət haqqında məsələlər çoxdur. Bu kitab müxtəsər olduğuna görə sözümüzü uzatmayıb, bununla Üsuli-dinin nübüvvət hissəsini sona çatdırırıq.
    Dördüncü: "İmamət”
    İslam Peyğəmbərinin haqq canişinləri olan 12 İmama inanmaq və onları təsdiq etmək.
    Bunu təkcə şiə alimləri deyil, eləcə də bir çox sünnü alimləri də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət (nəql) etmişlər. O rəvayətlərdən birini qeyd edirik:
    «قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):
    اِنَّ خُلَفائِى وَاَوْصِيائِى وَحُجَجَ اللهِ عَلَى الْخَلْقِِ بَعْدِى اَلْأِثْنا عَشَرَ أَوَّلُهُمْ عَلِىٌّ وَآخِرُهُمْ وَلَدِىَ الْمَهْدِىُّ»
    «Həqiqətən məndən sonra ümmətim üçün olan canişimlərim, vəsilərim və Allahın bəndələrə olan höccətləri on iki nəfərdən ibarətdir. Onların əvvəli Әli, axırıncısı isə mənim övladım Məhdidir(Yənabiul-məvəddət”, 3-cü cild, 78-ci bab, 2-ci hədis səh: 295)» (Yənabiul-məvəddət” 3-cü cild, 78-ci bab, 2-ci hədis səh: 295)
    On iki İmamın mübarək adları aşağıdakı tərtiblədir:
    Birinci: İmam Әli (əleyhis-salam);
    Rəcəb ayının 13-də ən müqəddəs məkan olan Kəbə evinin içində dünyaya gəlmiş və Ramazan ayının 21-də Kufə məscidində şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı İraqın Nəcəf şəhərində yerləşir.
    İkinci: İmam Həsən (əleyhis-salam);
    Ramazan ayının 15-də anadan olmuş və Səfər ayının 28-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
    Üçüncü: İmam Hüseyn (əleyhis-salam);
    Şəban ayının 3-də dünyaya gəlmiş və Məhərrəm ayının 10-da şəhid edilmişdir. Məzarı İraqın Kərbəla şəhərində yerləşir.
    Dördüncü: İmam Zeynəl-Abidin (əleyhis-salam);
    Şəban ayının 5-də dünyaya göz açmış və Məhərrəm ayının 25-də şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
    Beşinci: İmam Məhəmməd Baqir (əleyhis-salam);
    Rəcəb ayının 1-də dünyaya gəlmiş və Zil-həccə ayının 7-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
    Altıncı: İmam Cəfər Sadiq (əleyhis-salam);
    Rəbiul-əvvəl ayının 17-də dünyaya göz açmış və Şəvval ayının 25-də şəhid edilmişdir. Məzarı Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir.
    Yeddinci: İmam Museyi Kazim (əleyhis-salam);
    Səfər ayının 7-də dünyaya göz açmış və Rəcəb ayının 25-də şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərində yerləşir.
    Səkkizinci: İmam Riza (əleyhis-salam);
    Zilqədə ayının 11-də anadan olmuş və Səfər ayının sonunda şəhid edilmişdir. Məzarı İranın Məşhəd şəhərindədir.
    Doqquzuncu: İmam Məhəmməd Təqi (əleyhis-salam);
    Rəcəb ayının 10-da anadan olmuş və Zilqədə ayının sonunda şəhid edilmişdir. Məzarı İraqın Kazimeyn şəhərindədir.
    Onuncu: İmam Әliyyən Nəqi (əleyhis-salam);
    Zil-həccə ayının 15-də dünyaya göz açmış və Rəcəb ayının 3-də şəhid edilmişdir. Məzarı İraqın Samirra şəhərində yerləşir.
    On birinci: İmam Həsən Әskəri (əleyhis-salam);
    Rəbius-sani ayının 8-də dünyaya göz açmış və Rəbiul-əvvəl ayının 8-də şəhid edilmişdir. O həzrətin müqəddəs məzarı İraqın Samirra şəhərində yerləşir.
    On ikinci: İmam Sahibəz-zəman Məhdi (əleyhis-salam).
    O həzrət hicri tarixi ilə 255-ci ilin Şəban ayının 15-də dünyaya göz açmış və hal-hazırda da diridir.
    On iki İmamdan, on biri öz dövrlərində İslam düşmənləri tərəfindən şəhid olunublar. Amma on ikinci İmam Allah-taalanın məsləhəti ilə qeybə çəkilmişdir və Allah-taalanın əmri ilə zühur edib, yer üzündə olan fitnə-fəsadları aradan aparacaq, ədalətli və vahid bir İslami hökumət quracaqdır. Bizim hamımıza Onun hökmən zühur edəcəyinə inanıb, gəlişini həqiqi mənada gözləyənlərdən olmaq və tez zühur etməsi üçün dua etmək lazımdır. Әhli-sünnət alimlərindən bir çoxu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edirlər:
    «قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسّلَّمَ):
    مَنْ أَنْكَرَ خُرُوجَ الْمَهْدِىِّ فَقَدْ كَفَرَ بِما أُنْزِلَ عَلَى مُحَمَّدٍ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ)»
    «Hər kəs (İmam) Məhdinin zühurunu inkar etsə, Məhəmməd (Peyğəmbər)-ə nazil olanları [inkar etmiş və] kafir olmuşdur.»(əl-Maidə surəsi, ayə 55)
    İmamət Quran baxımından
    Qurani-Kərimdə İmamət (on iki İmam) haqqında heç bir şəxsin adı xüsusi olaraq, qeyd olunmamışdır. Bunun sirrini soruşduqda alimlərimiz bir çox cavablar vermişlər. Onlardan biri də Quranın təhrif olunmamasına görədir. Әhli-beytin məsum İmamları barəsində bir çox sünnü alimləri də öz fikirlərini söyləmişlər. Burada onlardan birinin adını çəkməklə kifayətlənirik. Hafiz Übeydillah Hənəfi Həskani 10 əsr bundan öncə yazmış olduğu «Şəvahidut-tənzil» kitabında sünnü təriqi ilə 1163 hədisə arxalanaraq 210 ayənin Әhli-beyt İmamlarının haqqında olduğunu qeyd etmişdir. Bu haqda şiə alimləri sünnü alimlərinin əsərlərinə istinad edərək yüzlərlə kitab yazıb, oxuculara təqdim etmişlər. Burada o kitablardan bir neçəsinə işarə edirik:
    1. Әllamə Hilli (Allahın rəhməti ona olsun!) Həzrət Әli (əleyhis-salamın) İmamətinin sübut etmək üçün öz «Nəhcül-həqq və kəşfüs-sidq» kitabında səksən səkkiz ayəni qeyd etmişdir.
    2. Ayətullah Mərəşi Nəcəfi Təbrizi (Allahın rəhməti ona olsun!) özünün «İhqaqul-həqq» kitabında Әli (əleyhis-salam)-ın İmamətinin haqq olması barədə doxsan dörd ayəni sünnü alimlərinin otuz yeddi etibarlı kitabından sübut gətirərək qeyd etmişdir.
    3. Әllamə Әmini Təbrizi (Allahın rəhməti ona olsun!) «Әl-Qədir» adlı kitabında Həzrət Әli (əleyhis-salam)-ın İmamət və haqq olması barəsində Qurandan ayələr və sünnü alimlərinin kitablarından hədisləri gətirmişdir.
    4. Әllamə Şərəfüddin (Allahın rəhməti ona olsun!) özünün «Әl-Muraciat» adlı kitabında İmamət haqqında dəyərli və möhkəm dəlillər gətirmişdir. Bu kitab bir neçə dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub, oxucuların ixtiyarında qoyulmuşdur.
    Bu haqda olan kitablarımız saysız-hesabsızdır. İmamət haqqında məlumat almaq istəyən oxuculardan xahiş olunur ki, həqiqətin aşkar olması üçün imkan daxilində bu kitabları mütaliə etsinlər.
    Biz isə İmamət haqqında olan sözümüzü Quranın bu ayəsi ilə sona çatdırırıq.
    «إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلواَةَ وَيُؤْتُونَ الزَّكَواةَ وَهُمْ رَاكِعُونَ»
    «Həqiqətən sizin vəliniz [rəhbər və ixtiyar sahibiniz] Allah və Onun Rəsulu və o kəslərdir ki, iman gətirmiş və namaz qılırlar və rüku halında zəkat verirlər.» (əl-Bəqərə surəsi, ayə 62)
    Bütün şiə və bir çox sünnü alimlərinin nəzərinə görə bu ayə Әli (əleyhis-salam)-ın İmamətini göstərir və onun şənində nazil olmuşdur.
    Ayətullah Mərəşi Nəcəfi Təbrizi (Allahın rəhməti ona olsun!) özünün «Ehqaqul-həqq» kitabının ikinci cildinin, 399 və sonrakı səhifələrində bu ayənin Әli (əleyhis-salam) haqqında olmasını sünnü alimlərinin səksən beş hədis və təfsir kitablarından nəql etmişdir.
    Sünnü alimlərindən Zəməxşəri «Әl-Kəşşaf» adlı təfsirində, bu ayənin Әli (əleyhis-salam) barəsində nazil olmasını qeyd etmişdir.
    Beşinci: "Məad”
    Öləndən sonra bir daha dirilib, dünyada etdiyimiz əməllər üçün Allah qarşısında cavab vermək (Qiyamət, Behişt, Cəhənnəm, haqq-hesab və sairəyə inanmaq).
    Məadın lüğətdə mənası qayıdış deməkdir. Yəni insanlar öldükdən sonra bir daha dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Yəni hər bir şəxs inanmalıdır ki, insan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir. Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər. Buna baxmayaraq bu məsələ çox mühüm olduğundan Allah-taala Qurani-Kərimdə «iman» sözündən sonra məadı bəyan etmişdir. Buna misal olaraq bir neçə ayəni nəzərinizə çatdırırıq:
    مَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ الأَخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُون
    «Hər kəs Allaha, Axirət gününə (sədaqətlə) inansa və yaxşı iş görsə onun mükafatı Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.» (ən-Nisa surəsi, ayə 87)
    Başqa bir ayədə belə oxuyuruq:
    اللَّهُ لَآ إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا
    «Allahdan başqa heç bir məbud yoxdur. Olacağına şübhə etdilməyən Qiyamət günü, əlbəttə hamınızı (bir yerə) toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!»(ən-Nisa surəsi, ayə 141)
    Allah-taala Öz ədaləti ilə Qiyamətdə insanlara onların dünyada etdiyi əməllər müqabilində hökm edəcəkdir. Necə ki, Quranda belə buyurulur:
    فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ
    «Qiyamət günü Allah sizin aranızda hökm edəcəkdir».(Məryəm surəsi, ayə 66-67)
    Bəziləri belə fikirləşirlər ki, insan öldüyü zaman torpaq olub aradan gedəcək və heç bir zaman dirilməyəcək. Quran bu cür insanlara belə cavab verir:
    «وَيَقُولُ الْإِنسَانُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا * أَوَلا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا »
    «(Qiyaməti inkar edən) insan: «Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?»- deyə soruşur. Məgər insan öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?» (Taha surəsi, ayə 14)
    Әziz oxucular! Bu barədə olan əqidənizi bir az da möhkəm etməkdən ötrü, qeyd etdiyimiz ayələrdən əlavə bir neçə ayəni suallara cavab şəklində diqqətinizə çatdırırıq.
    1. Sual: Qiyamət günü mütləq olacaqmı?
    Cavab: O saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların bir çoxu (buna) inanmaz. (əl-Muminun surəsi, ayə 59)
    2. Sual: Qiyamət günü necə olacaqdır?
    Cavab: O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən və onları bir yerə toplayacağıq və onların heç birini [qələmdən salıb] kənarda qoymayacayıq. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:) «Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!» (əl-Kəhf surəsi, ayə 47-48)
    3. Sual: Qiyamət günündə müttəqilərin (təqva əhlinin, Allahdan qorxanların) və günahkarların halı necə olacaqdır?
    Cavab: O gün (Qiyamət günü) Biz müttəqiləri (pərhizkarları) Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik (Məryəm surəsi, ayə 85-86)
    4. Sual: Qiyamət günündə Qiyaməti qəbul etməyənlərin halı necə olacaqdır?
    Cavab: Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət günü) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: «Dünyadakı təqsirlərimizə görə vay halımıza!» Bir baxın daşıdıqları şey (günah yükü) necə də pisdir! (əl-Әnam surəsi, ayə 31)
    5. Sual: Qiyamət günündə insanların bədən üzvlərinin nə kimi rolu olacaqdır?
    Cavab: Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. (ən-Nur surəsi, ayə 24)
    6. Sual: Qiyamət günündə kafirlər nə arzu edəcəklər?
    Cavab: Həqiqətən, Biz sizi yaxın bir əzabla (Qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı və pis) əməlləri görəcək, kafir isə: «Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!»- deyəcəkdir. (ən-Nəbə surəsi, ayə 40)
    7. Sual: Allah-taala Qiyamət günündə insanları necə dirildəcəkdir?
    Cavab: (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (Qiyamət günü Allah üçün) diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidən və görəndir! (Loğman surəsi, ayə 28)
    8. Sual: Qiyamət günündə insanlar bir-birinin günahını daşıya biləcəklərmi?
    Cavab: Heç bir günahkar başqasının günahını daşımaz. (Fatir surəsi, ayə 18)
    9. Sual: Qiyamət günündə Allahın buyurduğu vaciblərə əməl edib, haram buyurduqlarından çəkinərək Peyğəmbər və onun Әhli-beytini qəbul edən xalis bəndələrin aqibəti necə olacaqdır?
    Cavab: Allahın xalis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir). Məhz onlar üçün məlum bir ruzi vardır. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar. Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən və behiştdə çay kimi axan) şərab (məin) dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir şərab). Onun içində (dünyadakı şərabdan fərqli olaraq) əqli başdan çıxaran (başağrısı, süstlükverən) heç bir şey yoxdur. Onlar məst də olmazlar. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətinə) başlayacaqlar. (əs-Saffat surəsi,40-50-ci ayələr.)
    Qeyd: Hər bir müsəlmana vacibdir ki, saydığımız bu beş əqidəyə, dəlil-sübut əsasında inansın. Bu məsələlərdə müctəhidə təqlid etmək olmaz.
    Category: Bəşəriyyətin nicat yolu | Added by: Islam_Kitabxanasi
    Views: 678 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024