İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Bəşəriyyətin nicat yolu

    Bəşəriyyətin nicat yolu
    2012-01-06, 10:04 PM
    İKİNCİ FӘSİL
    FÜRUİ-DİN
    İslam dininin ikinci hissəsi "Fürui-din”(yəni əməllər)-dir. Onun mühümləri isə on vacib əməldən ibarətdir.
    Birinci "Namaz”
    Gün ərzində müəyyən şərtlər əsasında və müəyyən vaxtlarda, 17 rəkət namaz qılmaq.
    1. Sübh namazı- iki rəkət;
    2. Zöhr namazı- dörd rəkət;
    3. Әsr namazı- dörd rəkət;
    4. Məğrib (Şam) namazı- üç rəkət;
    5. İşa (Хiftən) namazı- dörd rəkətdir;
    Allah taala Quranda belə buyurur:
    «إِنَّنِي أَنَا اللَّهُ لَآ إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَواةَ لِذِكْرِي»
    «Həqiqətən Mən Allaham, Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni yada salmaq üçün namaz qıl.» (Biharul-ənvar, cild 84, səh 245)
    Namazın qəbul olunma şərtlərini İmam Zeynul-Abidin (əleyhis-salam)-dan xəbər aldıqda həzrət belə buyurdu:
    «وِلَايَتُنا وَالْبَرائَةُ مِنْ اَعْدائِنا»
    «Biz Әhli-beytin İmamət və vilayətinə əqidə bağlayıb, düşmənlərimizə nifrət [bezarlıq] etməkdir.»(əl-Bəqərə surəsi, ayə 183)
    Gündəlik vacib namazlardan əlavə, bir çox başqa namazlar da vardır. Bütün namazların şərait və necəliyini bilmək istəyən oxucular risalələrə müraciət edə bilərlər. Biz isə namaz haqqında kitabın 6-cı fəslində xülasə şəkildə məlumat verəcəyik (inşallah).
    İkinci "Oruc”
    Hər il mübarək Ramazan ayının əvvəlindən sonuna qədər, sübh azanından məğrib azanınadək, yemək, içmək və bu kimi bir sıra işlərdən çəkinmək. Bu haqda Allah taala Quranda belə buyurur:
    «يَا أَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ»
    «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsi ilə) siz [Allahın əmr və nəhyləri qarşısında] təqvalı olasınız.» (Biharul-ənvar, cild 62, səh 262)
    Әziz oxucular! Müqəddəs İslam dininin bütün hökmləri biz insanların xeyrinədir. O cümlədən oruc haqqında İslamın əzəmətli Peyğəmbəri iki qısa cümlədə buyurur:
    «صُومُوا تَصِحُّوا»
    «Sağlam qalasınız deyə oruc tutun.» (Ləvame, cild 6, səh 154)
    Bu kəlamı həzrət 1400 il bundan əvvəl bəyan edib. Uzun illər keçəndən sonra, böyük həkimlər bir sıra xəstələri oruc tutmaqla müalicə edirlər. Amma biz müsəlmanlar İslamın bütün hökmlərini Allaha xatir yerinə yetirməklə, dünyada sağlam və xoş güzəran içində, axirətdə isə Allah-taalanın Quranda bizə verdiyi vədəyə əsasən Cənnətdə olacağıq.
    Oruc haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
    «اَلصَّوْمُ جُنَّةٌ مِن النَّارِ»
    «Oruc Cəhənnəm oduna qarşı bir qalxandır.»(Ləvame, cild 6 ,səh 149)
    Bir müsəlman şəxs oruc tutmağın vacib olmasının səbəbini həzrəti İmam Həsən Әskəri əleyhis-salamdan soruşduqda həzrət belə cavab verdi:
    «...لِيَجِدَ الْغَنِىُّ مَسَّ الْجُوعِ فَيَمُنَّ عَلَى الْفَقِيْرِ»
    «...Ona görə ki, varlılar aclığın çətinliyini görüb, fəqirlərə və yoxsullara ehsan etsinlər.»(əl-Bəqərə surəsi, ayə 43)
    Üçüncü "Хüms”
    Dünya malının illik xərcindən artıq qalan hissəsini beşdə birini İmama, əgər qeybdədirsə müctəhidə və yaxud onun nümayəndəsinə çatdırmaq (təqlid etdiyimiz müctəhidin risaləsində yazılmış hökmlərə əməl etməklə).
    Allah-taala xüms haqqında olan hökmü Qurani Kərimin, Әnfal surəsinin 41-ci ayəsində bəyan etmişdir.
    Dördüncü "Zəkat”
    Şəriətdə 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş)-dən risalələrdə yazılmış bir sıra şəraitlə zəkat vermək.
    Möhtərəm oxucular! Әgər bu müqəddəs hökm (zəkat hökmü) icra olunarsa, İslam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz. Allah-taala Quranda namazdan sonra zəkat verməyi biz müsəlmanlara əmr edir:
    «وَأَقِيمُواْ الصَّلَواةَ وَءَاتُواْ الزَّكَواةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ»
    «Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin!»(Ali İmran surəsi, ayə 97)
    Beşinci: "Həcc”
    İmkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə müqəddəs "Kəbə” evinin ziyarətinə getmək.
    Allah-taala Quranda belə buyurur:
    «فِيهِ ءَايَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ ءَامِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ»
    «Orada [Kəbədə] aydın nişanələr- İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadı. Onun yoluna imkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Әlbəttə, Allah aləmlərdən ehtiyacsızdır!»(ət-Tovbə surəsi, ayə 41)
    Altıncı: "Cihad”
    Yəni Peyğəmbər və məsum İmamın əmri ilə İslam düşmənlərinin əleyhinə mübarizəyə qalxmaqdır.
    Cihad özü iki qismdir:
    1. İbtidai-cihad.
    2. Müdafiə-cihadı
    İbtidai-cihad yalnız Peyğəmbər və məsum İmamın göstərişi ilə kafir ölkələrini İslama dəvət etmək və onların şərrini İslamdan və müsəlmanlardan uzaqlaşdırmaq üçün aparılan cihaddır. Bunun şərti Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və məsum İmam (əleyhis-salam)-ın şəxsən hüzuru və göstərişi ilə aparılmasından ibarətdir. Hazırkı dövrdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həyatda olmadığı, məsum İmam (əleyhis-salam) isə ğeybdə olduğu üçün, ibtidai-cihad vacib deyildir.
    Müdafiə-cihadı: Hər hansı bir ölkə tərəfindən müsəlmanlara hücum olunduğu təqdirdə, müsəlmanın canı, malı, namusu, dini və vətəni təhlükəyə düşərsə, onları müdafiə etmək vacibdir.
    Allah-taala cihad haqqında Quranda belə buyurur:
    «انْفِرُواْ خِفَافًا وَثِقَالاً وَجَاهِدُواْ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ»
    «(Ey möminlər!) Ağırlı və yüngüllü halda hamınız cihada qalxıb malınız və canınızla Allah yolunda vuruşun! Әgər bilsəniz bu sizin üçün daha çox xeyirlidir!» ("Fürui-kafi”, Vücuhul-cihad babı, 5-ci cild, 3-cü hədis,)
    Müasir fəqih və müfəssir Ayətullah Məkarim Şirazi "Nümunə” adlı təfsirinin 7-ci cildinin 424-ci səhifəsində bu ayəni təfsir edərək belə buyurur: "Ağırlı və yüngüllü” kəlmələri insanın bütün halətlərinə şamildir. Məs: Cavan və qoca, subay və evli, az ailəli və çox ailəli, varlı və kasıb, müşküllü və müşkülsüz, işli və işsiz və sair...
    Yeri gəlmişkən qeyd etmək lazımdır ki, İslam dinində xarici düşmənlərlə mübarizə aparıldığı kimi, daxili düşmənlədə mübarizə aparmaq sifariş olunmuşdur.
    Beləki insanı pis işlərə sövqləndirən nəfsi ilə mübarizə aparmaq cihadi-əkbər adlandırılmışdır.
    Cihadi-əkbər odur ki, insan öz nəfsi-əmmarəsi (yəni, insanı günaha çağıran nəfs) və Şeytan vəsvəsəsi ilə mübarizə aparsın və öz nəfsini günahlardan qorusun.
    Böyük şiə alimi mərhum Kuleyni (rə) İmam Sadiq (ələhis-salam)-dan, o da Peyğəmbər (səlləllahu ələyh və alihi və səlləm)-dən bu haqda belə bir rəvayəti nəql edir:
    «عَنْ اَبِى عَبْدِ اللهِ (عَلَيْهِ السَّلَامُ) اَنَّ النَّبِىَّ (صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ وَسَلَّمَ) بَعَثَ سَرِيَّةً فَلَمَّا رَجَعُوا قالَ مَرْحَبًا بَقَوْمٍ قَضَوْا الْجِهادَ الْاَصْغَرَ وَبَقِىَ عَلَيْهِمْ الْجِهَادُ الْاَكْبَرُ فَقِيلَ يارَسُولَ اللهِ مَاالْجِهَادُ الْاَكْبَرُ؟ قَالَ جِهَادُ النَّفْسِ.»
    «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bir dəstəni döyüşə (cihada) göndərdi. Onlar döyüşdən qayıdarkən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onlara belə buyurdu: Mərhəba o camaata ki, kiçik cihadı yerinə yetirdilər. Amma böyük cihad hələ də onların öhdəsində qalmışdır.” Bəziləri böyük cihadın nə olduğunu sual etdikdə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onlara belə buyurdu: "Böyük cihaddan məqsəd nəfs ilə olan cihaddır.»(Ali İmran surəsi, ayə 114-115)
    Yeddinci: "Әmr be məruf”
    Hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını vacib əməllərə və xeyr işlərə dəvət etməsi.
    Səkkizinci: "Nəhy əz münkər”
    Hər bir müsəlmanın öz ailəsini və dini bacı-qardaşlarını qadağan və haram olan əməllərdən çəkindirməsi.
    Allah-taala Quranda əmr be məruf və nəhy əz münkər edən insanları əməli saleh adı ilə vəsf edərək onlara mükafat verəcəyini vədə verir. Bu haqda Quranın bu iki ayəsini misal vururuq:
    «يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الأَخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ * وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ »
    «Onlar Allaha və axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işləri görməyə tələsirlər. Onlar əməli salehlərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi (pərhizkar) olanlara agahdır.»("Әş –Şura” surəsi, ayə: 23)
    Doqquzuncu: "Təvəlla”
    Bunun mənası sevmək, dost tutmaq deməkdir. Yəni hər bir müsəlmanın Allah-taala, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), məsum İmamlar və onların dostlarını sevməsi;
    Onuncu: "Təbbərra”
    Bunun mənası isə bizar və nifrət etmək deməkdir. Yəni hər bir müsəlmanın Allah-taala, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), məsum İmamlar və onların dostlarının düşmənləri ilə düşmən və habelə onlardan bizar olması;
    Təvəlla və təbbərra haqqında Allah-taala Qurani-Kərimdə belə buyurur:
    «قُلْ لَّاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْرًا اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى».
    «De: Ey Peyğəmbər, mən sizdən öz risalətim (Peyğəmbərliyim) əvəzində, Әhli-beytimə məhəbbət bəsləməkdən başqa heç bir əcr (mükafat) istəmirəm.» (Lüğətdə insanın ən yaxın qohumlarına deyirlər.)
    Burada iki məsələni nəzərinizə çatdırırıq:
    1- Qurba(Zəməxşəri, "Təfsiri-Kəşşaf” cild: 4, səh220) kəlməsi;
    Sünnü və şiə alimləri ayədəki "Qurba” kəlməsindən məqsədin Həzrət Fatimeyi-Zəhra (salamullahi ələyha) və on iki İmam olması barədə yekdil fikri irəli sürmüşlər.
    2-Məvəddət kəlməsi;
    Məvəddət, yəni: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Әhli-beyt (əleyhimus-salam)-nı sevib dost tutmaq.
    Məşhur sünnü alimlərindən Zəməxşəri və Fəxri Razi yuxarıdakı ayənin təfsirində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir rəvayət nəql etmişlər:
    «قَالَ رَسُولُ اللَّهِ (صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):
    مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِيدًا الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مَغْفُورًا لَهُ الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ تَائِبًا الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مُؤْمِنًا مُسْتَكْمِلَ الْاِيمَانِ الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِالْجَنَّةِ ثُمَّ مُنْكَرٌ وَنَكِيرٌ الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ يُزَفُّ اِلَى الْجَنَّةِ كَما تُزَفُّ الْعَرُوسُ اِلَى بَيْتِ زَوْجِها الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ فُتِحَ لَهُ فِى قَبْرِهِ بَابَانِ اِلَى الْجَنَّةِ الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللهُ قَبْرَهُ مَزارَ مَلائِكَةِ الرَّحْمَةِ الَا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ عَلى السُّنَّةِ وَالْجَماعَةِ الَا مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَيْهِ آيِسٌ مِنْ رَحْمَةِ اللهِ الَا مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ مَاتَ كافِرًا الَا مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشُمَّ رَائِحَةَ الْجَنَّةِ»
    «Hər kəs Ali-Məhəmmədi sevərək ölsə, şəhid halında ölər. Bilin, hər kəs Ali-Məhəmmədi sevərək ölsə, bağışlanmış halda ölər. Хatırlayın hər kəs Ali-Məhəmmədin məhəbbəti ilə ölsə, tövbə edən halda ölmüşdür. Yadda saxlayın hər kəs Ali-Məhəmmədi sevərək ölsə, imanını tamamlayaraq ölmüşdür. Unutmayın hər kəs Ali-Məhəmmədi sevərək ölsə əvvəlcə ölüm mələyi, daha sonra Nəkir və Münkər ona cənnəti müjdə verəcəkdir. Bilin ki, hər kəs Ali-Məhəmməd sevgisiylə ölsə, onun üçün qəbrindən Cənnətə iki qapı açılar. Unutmayın Allah, Ali-Məhəmmədi sevərək ölən şəxsin qəbrini mələklərin ziyarətgahı edəcəkdir. Yadda saxlayın ki, hər kəs Ali-Məhəmmədlə düşmən olaraq ölsə, Qiyamətdə gözlərinin arasına " Allahın rəhmətindən uzaq və ümidi kəsilmişdir”(sözü) yazılmış halda gələr. Agah olun ki, hər kəs Ali-Məhəmmədə düşmən olaraq ölsə kafir olaraq ölmüşdür. Unutmayın hər kəs Ali-Məhəmmədə düşmən olaraq ölsə, Cənnətin ətrindən əbədi məhrum olar.»
    Həmçinin bu barədə şiənin böyük müctəhidlərindən sayılan Mərhum Ayətullah Seyyid Mürtəza Firuz Abadi özünün "Fəzailul-xəmsə” adlı kitabının 2-ci cild, 104-cü bab, 200-ci səhifəsində, sünnü alimi Hakim Nişapurinin yazdığı "Müstədrəki-Səhiheyn” kitabının 3-cü cildinin 127-ci səhifəsində İbni Abbasın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən aşağıdakı hədisini nəql etmişdir:
    «نَظَرَ النَّبِىُّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَسَلَّمَ)اِلى عَلِىٍّ (عَلَيْهِ السِّلامُ) فَقَالَ يَا عَلِىُّ اَنْتَ سَيِّدٌ فِى الدّنْيا وَسيِّدٌ فِى الْاَخِرَةِ حَبِيبُكَ حَبِيبِى وَ حَبِيبِى حَبِيبُ اللهِ وَعَدُوُّكَ عَدُوِّى وَ عَدُوِّى عَدُوُّ اللهِ وَالْوَيْلُ لِمَنْ اَبْغَضَكَ بَعْدِى»
    «Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Әliyə nəzər salaraq buyurdu:
    Ya Әli! Sən dünya və axirətdə ağasan. Sənin dostun mənim dostum, mənim dostum isə, Allahın dostudur. Sənin düşmənin mənim düşmənim, mənim düşmənim isə, Allahın düşmənidir. Vay olsun o kəsə ki, məndən sonra qəlbində sənə qarşı kin-küdurət saxlasın.» (Fəxri Razi, "Təfsiri-Kəbir”, cild: 27, səh: 165.)
    Həddi-büluğa çatmış müsəlmanın Fürui-dinin əməllərində, özü müctehid və ehtiyata əməl edən olmadığı təqdirdə ələm (yəni; elmi hamıdan çox olan və hamıdan daha artıq, diqqətli olan) bir müctəhidə təqlid etməsi vacibdir.
    Həddi-büluğa çatmağın isə üç əlaməti vardır. Onlar aşağıdakılardan ibarətdir.
    1)- Hicri-qəməri tarixi ilə oğlanın 15, qızın isə 9 yaşını tamamlaması;
    2)- Cinsiyyət üzvlərinin ətrafında qalın tüklərin bitməsi;
    3)- Hər hansı bir halda insandan spermanın xaric olması.
    Әgər bu üç əlamətdən hər biri insanda görünərsə, onun həddi-büluğa çatması məlum olar.
    Category: Bəşəriyyətin nicat yolu | Added by: Islam_Kitabxanasi
    Views: 643 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024