İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Bəşəriyyətin nicat yolu

    Bəşəriyyətin nicat yolu
    2012-01-06, 10:00 PM
    BEŞİNCİ FӘSİL
    QURANLA TANIŞLIQ
    Bu gün dünyada istehsal olunan hər hansı bir cihazın, maşının, dəzgahın və sairənin üzərində, onu düzəldən və ya ixtira edən mühəndis tərəfindən müəyyən bir kitabçada qoyulur ki, ondan necə istifadə olunması qaydası, hansı şeylərin ona zərəri olması və sair kimi göstərişlər qeyd olunub alıcının ixtiyarına verilir. Alıcılar bu maldan istifadə etməmişdən qabaq mütləq o kitabçanı diqqətlə oxumalıdırlar ki, onlara əməl etməklə bəhrələnsinlər və həmin avadanlıq tez xarab olub sıradan çıxmasın.
    Biz insanlar bəşərin Rəbbi tərəfindən yaradılmış və təşkil olunmuş elə bir «cihazıq» ki, cisim və ruhumuzda olan mürəkkəbliyə görə hətta öz həqiqətmizi və xoşbəxtlik yolumuzu tanımağa belə acizik.
    İndi gəlin düşünək, məgər biz hər hansı bir soyuducu və ya telivizordan aşağıyıq ki, mühəndis ona kitabça yazsın, amma bizim xaliqimiz bizim üçün belə bir kitab yazmasın?
    Görəsən, biz insanların daxilində cismi və ruhi xüsusiyyətlərimizin şərh verildiyi, vücudumuzda olan istedad və imkanların, habelə, onlardan düzgün surətdə bəhrələnmək yolunun bəyan olunduğu, ən mühümü isə cisim və ruhumuzda olan, onu həlakət və bədbəxliyə sürükləyən amillər qeyd olunan bir kitaba ehtiyac yoxdurmu?
    Heç təsəvvür etmək mümkündürmü ki, biz insanları rəhmət və məhəbbət əsasında yaradan Pərvərdigar sonradan bizi öz başımıza buraxaraq, səadətə və xoşbəxtliyə çatmaq yolunu bizə göstərməsin?
    Allah-taala haqq din olan İslamı insanlara yalnız müəyyən bir zaman üçün deyil, əksinə qiyamət gününə qədər gələcək bütün zamanlar üçün göndərmişdir. Quran Allah tərəfindən göndərilmiş elə bir hidayət kitabıdır ki, orada insanın səadət və xoşbəxtlik yolu, eləcə də onun həlakət və bədbəxliyinə səbəb olan amillər bəyan olunmuşdur.
    Düzgün ictimai və ailə münasibətləri, əxlaqi və hüquqi məsələlər, cismi və ruhi ehtiyaclar, fərdi və ictimai vəzifələr, cəmiyyətdə olan düzgün və yanlış adət-ənənələr, cəmiyyətin və ya şəxsin taleyində mühüm rol oynayan iqtisadi və sair kimi qanunlar bütünlüklə bu müqəddəs kitabda gəlmişdir.
    Quranda keçmiş xalqların başına gələn hadisələr, müxtəlif müharibələr, ayrı-ayrı şəxslərin həyat tarixi və sairənin gəlməsinə baxmayaraq, o, dastan və nağıl kitabı deyil, əksinə bu günkü insan həyatında düzgün yaşamağı öyrədən bir kitabdır. Elə bu səbəbdən də bu kitabın adı "Quran”- dır yəni "oxumalı”. Bu kitab daim oxunmalıdır, amma təkcə dillə deyil, eyni zamanda təfəkkürlə, düşünməklə yanaşı oxunmalıdır. Elə Quranın özü də bunu bizdən istəmişdir. Sözmüzə Quranın bu ayəsini sizin üçün misal gətiririk.
    «كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا ءاَيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الْأَلْبَابِ»
    «(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!»(Sad surəsi, ayə 29)
    Әgər biz dünyanın bütün nöqtələrində olan kitablara müraciət etsək, Quran mislində bir kitab tapa bilmərik ki, Quran kimi fəsih və bəlağətli olan kəlamları əhatə etsin. Allah-taala Quranda belə buyurur:
    «قُل لَّئِنِ اجْتَمَعَتِ الْإِنسُ وَالْجِنُّ عَلَى أَن يَأْتُواْ بِمِثْلِ هَـذَا الْقُرْءانِ لاَ يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا»
    «(Ya Peyğəmbər! ) De ki, əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. »(əl-İsra surəsi, ayə 88)
    Qurani-Kərimi oxumaq, onu öyrənib və öyrətmək İslam dinində mühüm işlərdən hesab olunur. Bu barədə iki hədisi diqqətinizə çatdırırıq:
    «قالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ: خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْءانَ وَعَلَّمَهُ»
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
    «Sizlərin daha yaxşısı o kəsdir ki, Quranı öyrənə və (onu başqasına) öyrədə.» (Mustədrəkul-vəsail, cild 4, səh 235)
    Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ən yaxın səhabələrindən olan Salmana (Allahın rəhməti ona olsun) tövsiyə edərək belə buyurur:
    «يَا سَلْمَانُ عَلَيْكَ بِقِرَاءَةِ الْقُرْءانِ فَأِنَّ قِراءَتَهُ كَفَّارَةٌ للِذُّنُوبِ»
    «Ya Salman! Quran oxumağı sənə tövsiyə edirəm; çünkü Quran oxumaq günahların kəffarəsidir.» (Mizanul-hikmət, cild 8, səh 81)
    Elə buna görə də Qurani-Kərimi yalnız yas məclislərinə, qəbristan əhlinə aid etmək və yaxud büküb evlərdə qoymaq gərək deyil, əksinə onu oxuyub, göstərişlərinə əməl etmək zəruridir.
    Quran Quran baxımından
    Bu hissədə Quranın mübarək ayələrinə müraciət edərək, Allah-taalanın Quranı biz bəşərə necə tanıtdırmasını bilmək istəyirik:
    «إِنَّ هَـذَا الْقُرْءانَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا»
    «Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! (əl-İsra surəsi, ayə 9)
    «لَوْ أَنزَلْنَا هَذَا الْقُرْءانَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ»
    «(Ya Peyğəmbər!) Әgər biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan kiçildiyini, parça-parça olduğunu mütləq görərdin. Biz bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr.» (əl-Həşr surəsi, ayə 21)
    «وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْءانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا»
    «Biz bu Quranda insanlar üçün cür-bəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox cədəl edəndir».(əl-Kəhf surəsi, ayə 54)
    «يَا أَيُّهَا النَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَآءٌ لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ»
    «(Ey insanlar!) Şübhəsiz Rəbbiniz tərəfindən sizin üçün moizə (öyüd-nəsihət), qəlblərnizdə olanlar üçün şəfa, (həmçinin) möminlər üçün hidayət və rəhmət (Quran) gəlmişdir.» (Yunus surəsi, ayə 57)
    « الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ»
    «...(Bu) sənə nazil etdiyimiz kitabdır ki, xalqı qaranlıqlardan işıqlığa (nura) tərəf, (həmçinin) onların Pərvərdigarının fərmanına (və) bəyənilmiş və bacarıqlı Allahın yoluna gətirəsən.» (İbrahim surəsi, ayə 1)
    Quranda təhrifə yol verilibmi?
    Qurani-Kərimin təhrif (yəni Qurana hansısa bir sözün əlavə olunması və ya azadılması) haqda müsəlmanların əqidəsi belədir ki, Quranda heç bir təhrifə yol verilməmişdir. Әlimizdə olan Quran Peyğəmbərmizə nazil olan bütöv Qurandır. Bunu bir çox tanınmış alimlərmiz açıq-aşkar söyləmişdir. O cümlədən:
    1. Şeyx Səduq ibni Babaveyh (rə);
    2. Şeyx Әbu Cəfər Tusi (rə);
    3. Әləməlhuda Seyyid Murtəza (rə);
    4. Məşhur təfsirçi Təbərsi (rə);
    5. Kaşiful-ğita kitabının müəllifi Şeyx Cəfər (rə);
    6. Әllamə Behbəhani (rə);
    7. Qadətuna kitabının müəllifi Ayətullah Milani (rə);
    8. Nəcəf hövsəsinin tanınmış ustadı Mərhum Ayətullahul-üzma Seyyid Әbul Qasim Хoyi və sair...
    Bu barədə Quranın iki ayəsini dəlil olaraq sizin üçün gətiririk.
    «إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ»
    «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür təhrifdən və təbdildən) qoruyub saxlayacayıq!» (əl-Hicr surəsi, ayə 9)
    «إِنَّ الَّذِينَ كَفَرُوا بِالذِّكْرِ لَمَّا جَاءهُمْ وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ * لَّا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنْـزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ»
    «Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cazalarına çatacaqlar). O (Quran), şübhəsiz ki, çox dəyərli və qiymətli bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi və şükrə tərifə layiq olan (bütün işləri bəyənilən) Allah tərəfindən nazil edilmişdir».(Fussilət surəsi, ayə 41-42)
    Quran haqqında olan ümumi məlumatlar
    Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz:
    1) Sual: Quran neçə surədən ibarətdir?
    Cavab: Quran 114 surədən təşkil tapmışdır.
    2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir?
    Cavab: Quran 30 cüzdən ibarətdir.
    3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
    Cavab: Quran 120 hizbdən ibarətdir.
    4) Sual: Quranın neçə ayəsi vardır?
    Cavab: Quranın 6236 ayəsi vardır.
    5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir?
    Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.
    6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?
    Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.
    7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?
    Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.
    8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
    Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)
    9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
    Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.
    10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
    Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir.
    11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
    Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə "Qədr” gecəsidir.
    12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
    Cavab: Quranda buyurulmuş ən gözəl ay "Ramazan” ayıdır.
    13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
    Cavab: Quranda olan ən gözəl surə "Yasin” surəsidir. (36-cı surə).
    14) Sual: Quranın ən böyük surəsi hansıdır?
    Cavab: Quranın ən böyük surəsi "əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).
    15) Sual: Quranın ən kiçik surəsi hansıdır?
    Cavab: Quranın ən kiçik surəsi "əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).
    16) Sual: Quranda ən böyük ayə hansıdır?
    Cavab: Quranda ən böyük ayə "əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).
    17) Sual: Quranda ən kiçik ayə hansıdır?
    Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ "Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).
    18) Sual: Quranda ilk surə hansıdır?
    Cavab: Quranda ilk surə "əl-Fatihə” surəsidir. (1-ci surə)
    19) Sual: Quranın sonuncu surəsi hansıdır?
    Cavab: Quranın sonuncu surəsi "ən-Nas” surəsidir. (114-ci surə)
    20) Sual: Quranda ən böyük kəlmə hansıdır?
    Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və "əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).
    21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır?
    Cavab: Quranın ortasında yerləşən kəlmə "əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ "vəlyətələttəf” kəlməsidir. (18-ci surə).
    22) Sual: Quranda neçə surə "Qul” (yəni:de) kəlməsi ilə başlayır?
    Cavab: Quranda 5 surə "Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:
    1. "əl-Cinn” surəsi. (72-ci surə)
    2. "əl-Kafirun” surəsi (109-cu surə)
    3. "əl-İxlas” surəsi (112-ci surə)
    4. "əl-Fələq” surəsi (113-ci surə)
    5. "ən-Nas” surəsi (114-ci surə)
    23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
    Cavab: 1) "Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə).
    2) "əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).
    24) Sual: Bütün ayələrində الله "Allah” kəlməsi olan surə hansıdır?
    Cavab: "əl-Mucadələ” surəsi, (58-ci surə)
    25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə)
    26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır?
    Cavab: "Yasin” surəsi (36-cı surə)
    27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır?
    Cavab: "ər-Rəhman” surəsi (55-ci surə)
    28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
    Cavab: "əl-Fəcr” surəsi (89-cu surə)
    29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir?
    Cavab: "əs-Səff” surəsi. (61-ci surə)
    30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir?
    Cavab: "əl-Әsr” surəsi (103-ci surə)
    31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir?
    Cavab: "ət-Tariq” surəsi, (86-cı surə)
    32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir?
    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə)
    33) Sual: On ada məxsus olan surə hansıdır?
    Cavab: "əl-Fatihə” surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir:
    1. Fatihətul-kitab.
    2. Ümmül-kitab.
    3. Ümmül-Quran.
    4. Səbül-məsani.
    5. əl-vafiyə.
    6. əl-kafiyə.
    7. əş-şafiyə.
    8. əl-əsas.
    9. əs-səlat.
    10. əl-həmd.
    Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.(Təfsiri Әbul-Fütuh Razi, 1-ci cild)
    34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?
    Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.
    35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?
    Cavab: Vacib səcdəsi olan surələr bunlardır:
    1) "əs-Səcdə” (32-ci surə), ayə-15.
    2) "Fussilət” (41-ci surə), ayə-37.
    3) "ən-Nəcm” (53-ci surə), ayə-62.
    4) "əl-Әləq” (96-cı surə),ayə-19.
    36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir?
    Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir.
    37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?
    Cavab: "əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).
    38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?
    Cavab:
    1. "əl-Qədr” surəsi (97-ci surə).
    2. "əl-Fil” surəsi (105-ci surə).
    3. "Әbu Ləhəb” surəsi (111-ci surə).
    4. "əl-Fələq” surəsi (113-ci surə).
    39) Sual: Qiyamət mənasını verən surələr hansılardır?
    Cavab:
    1. "ər-Rəd” surə (13-cü surə).
    2. "əl-Casiyə” surəsi (45-ci surə).
    3. "əl-Vaqiə” surəsi (56-cı surə).
    4. "əl-Həşr” surəsi (59-cu surə).
    5. "ət-Təğabun” surəsi (64-cü surə).
    6. "əl-Qiyamə” surəsi (75-ci surə).
    7. "ən-Nəbə” surəsi (78-ci surə).
    8. "əz-Zəlzələ” surəsi (99-cu surə).
    9. "əl-Qariə” surəsi (101-ci surə).
    40) Sual: Quranda neçə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?
    Cavab: Quranda 114 "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır.
    41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır?
    Cavab: "Tohid” (əl-İxlas) surəsi. (112-ci surə).
    42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
    Cavab: "əl-Həcc” surəsi (22-ci surə).
    43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir?
    Cavab:
    1) "ət-Təlaq” surəsi (65-ci surə).
    2) "ət-Təhrim” surəsi (66-cı surə).
    44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
    Cavab: "əl-Cumuə” surəsi (62-ci surə).
    45) Sual: Fe hərfi olmayan surə hansıdır?
    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə).
    46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
    Cavab: "Qələm” (Nun) surəsi (68-ci surə).
    47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
    Cavab: "ət-Tovbə” surəsi (9-cu surə).
    48) Sual: Quranın hansı surəsində iki dəfə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
    Cavab: "ən-Nəml” surəsi (27-ci surə).
    49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
    Cavab: "ər-Rəhman” surəsi (55-ci surə).
    50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
    Cavab:
    1) "ən-Nur” surəsi (24-cü surə).
    2) "Fatir” surəsi (35-ci surə).
    3) "ər-Rəhman” surəsi (55-ci surə).
    4) "əl-Әla” surəsi (87-ci surə).
    Category: Bəşəriyyətin nicat yolu | Added by: Islam_Kitabxanasi
    Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024