İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Bəşəriyyətin nicat yolu

    Bəşəriyyətin nicat yolu
    2012-01-06, 9:49 PM
    DÖRDÜNCÜ HİSSӘ
    NAMAZIN QILINMA QAYDASI
    Namazda olan vacib əməllər:
    Namazda olan vacib əməllər on birdir:
    1. Niyyət: (Qəlbdən keçirilməlidir);
    2. Qiyam: (yəni ayaq üstə durmaq);
    3. Təkbirətül-ehram: (yəni namazın əvvəlində niyyətdən sonra "Allahu əkbər” demək);
    4. Rüku:
    5. İki səcdə: (hər bir rəkətdə);
    6. Qiraət: (namazın düzgün oxunuşu);
    7. Zikr:
    8. Təşəhhüd:
    9. Salamlar:
    10. Tərtib: (məsələn surənin həmddən (fatihədən) qabaq oxunulmaması və s...);
    11. Muvalat: (yəni namazın hissələrini fasiləsiz şəkildə yerinə yetirmək).
    Әvvəldə qeyd olunmuş beş vacib əməl namazın rüknü sayılır. Belə ki, onlar bilərəkdən və ya səhvən artırılsa yaxud tərk olunsa, namaz batil olar. Amma qalan altı əməl isə rükn sayılmır. Belə ki, onları bilərəkdən tərk etmək və ya artırmaq namazı batil edər, lakin onların səhvən tərk edilməsi və ya artırılması namazı batil etməz.
    İnsan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır. Namazdan əvvəl "Azan” sonra isə, ”İqamə” demək təkid olunmuş müstəhəb əməllərdən sayılır.
    Azanın deyilmə qaydası
    Allahu əkbər - dörd dəfə;
    Әşhədu əlla ilahə illəllah - iki dəfə;
    Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə;
    Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə;
    Həyyə ələs-səlah - iki dəfə;
    Həyyə ələl-fəlah - iki dəfə;
    Həyya əla xəyril-əməl - iki dəfə;
    Allahu əkbər - iki dəfə;
    La ilahə illəllah - iki dəfə.
    İqamənin deyilmə qaydası
    Allahu əkbər - iki dəfə;
    Әşhədu əlla ilahə illəllah - iki dəfə;
    Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə;
    Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə;
    Həyyə ələs-səlah - iki dəfə;
    Həyyə ələl-fəlah - iki dəfə;
    Həyya əla xəyril-əməl - iki dəfə;
    Qəd qamətis-səlah - iki dəfə;
    Allahu əkbər - iki dəfə;
    La ilahə illəllah - bir dəfə.
    Niyyətdən sonra namaz "Allahu əkbər” deməklə başlayır və buna "təkbirətül-ehram” deyilir. Çünki bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (məsələn: yemək, içmək, gülmək, ağlamaq və sair) işlər namaz halında namaz qılana haram olur.
    Təkbirətül-ehram, habelə namaz əsnasında olan sair təkbirləri dedikdə, əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.
    Gündəlik namazların birinci və ikinci rəkətində əvvəlcə Fatihə sonra isə bir surə (məsələn: Tovhid surəsi) bütöv oxunmalıdır.
    "Fatihə” (həmd) surəsi:
    Bismillahir-Rəhmanir-Rəhim
    Әlhəmdu lillahi rəbbil-aləmin. Әr-rəhmanir-rəhim. Maliki yəvmiddin. İyyakə nəbudu və iyyakə nəstəin. İhdinəs- siratəl–mustəqim. Siratəlləzinə ənəmtə əleyhim ğəyril məğzubi əleyhim vələz-zallin.
    "İxlas” (Tohid) surəsi:
    Bismillahir-Rəhmanir-Rəhim
    Qul huvəllahu əhəd, Allahus–Səməd, Ləm yəlid və ləm yuləd. Və ləm yəkun ləhu kufuvən əhəd.
    Namazın üçüncü və dördüncü rəkətlərində ya təkcə "fatihə surəsi” ya da üç dəfə "təsbihati ərbəə” deyilməlidir.
    Təsbihati ərbəə
    Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.
    Kişilər sübh, məğrib (şam) və işa (məğrib) namazlarının birinci və ikinci rəkətlərində "Fatihə” və "Tovhid” (və ya "Tovhid” surəsinin əvəzinə tam bir surəni) surələrini ucadan oxumalı, qadınlar isə naməhrəm şəxslər onların səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat vacibə görə ahəstə qılmalıdırlar.
    Namazın üçüncü və dördüncü rəkətlərində "Fatihə” (Həmd) yaxud təsbihati-ərbəə yavaşdan oxunmalıdır. Zöhr və Әsr namazının birinci və ikinci rəkətlərində də "Fatihə” (Həmd) və kamil bir surə ("İxlas” surəsi kimi) yavaş oxunmalıdır. Әgər insan namazı ucadan qılmalı olduğu yerdə, qəsdən yavaş və ya yavaşdan qılmalı olduğu yerdə, qəstdən ucadan qılsa namazı batildir.
    —Namaz qılan şəxs, hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ "ruku” deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt bədən aram olmalıdır. Әgər ruku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq qəsdən rukunun zikrini desə, namaz batildir.
    —Әgər vacib zikr qurtarmazdan əvvəl, qəsdən başını rukudan qaldırsa, namazı batildir.
    Rukunun zikri:
    Üç dəfə "Subhanəllah” və ya bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bihəmdih” deməkdir.
    —"Səcdə” o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının ucu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.
    Səcdənin zikri:
    Üç dəfə "Subhanəllah” və yaxud bir dəfə "Subhanə Rəbbiyəl-əla və bihəmdih” deməkdir.
    Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.Namaz qılan şəxs səcdədə alınını yerə, yaxud yerdən göyərən amma insan geyən və yeyilən olmayan şeylərə (çubuq, ağac yarpağı və s.) qoymalıdır.
    —Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş –Şühəda İmam Hüseyn (əleyhis-salam) –ın türbətidir. Ondan sonra isə: adi torpaq, daş və sair şeylərə səcdə oluna bilər.
    Təşəhhüd
    —Vacibi namazların ikinci və axırıncı rəkətlərində ikinci səcdədən sonra, oturub bədənin aram olduğu halda təşəhhüd oxunmalıdır. Yəni belə deyilməlidir:
    "Әşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”
    Salamlar:
    Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır.
    Namazın salamları belədir:
    1. "Әssəlamu ələykə əyyuhən –Nəbiyyu və rəhmətullahi və bərəkatuh.”
    2. "Әssəlamu ələyna və əla ibadillahis-salihin.”
    3. "Әssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.”
    Tərtib
    Namaz aşağıda deyildiyi tərtiblə qılınmalıdır:
    Niyyət, təkbirətul–ehram, qiraət, ruku, səcdə və namazın axırıncı rəkətində təşəhüddən sonra deyilən salamlar.
    Muvalat:
    Yəni namazın hissələrini bir–birinin ardınca yerinə yetirməli və onların aralarında fasilə salınmamalıdır.
    Qunut:
    Mustəhəbdir ki, namazın ikinci rəkətində "Fatihə” və "İxlas” (Tovhid)” kimi tam bir surədən sonra və rukudan qabaq qunut tutulsun. Yəni əllərini qaldırıb üzünün müqabilində tutaraq, dua və zikr desin. Qunutda hər zikr, hətta bir dəfə "Subhanəllah” deyilsə kifayətdir.
    —Amma daha yaxşı olar ki, bu dua oxunulsun:
    "Allahumə səlli əla Muhəmməd və ali Muhəmməd. Rəbbəna atinə fid-dunya həsənətən və fil-axirəti həsənəh və qina əzabənnar. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.”
    Namazın təqibatı:
    Yəni namazın salamından sonra zikr etmək, dua və Quran oxumaq. Bu müstəhəb əməldə daha çox sifariş olunan əməl Həzrət Fatimeyi-Zəhra (salamullahi ələyha)–nın zikridir ki, bu tərtiblə deyilməlidir:
    34 dəfə: "Allahu əkbər.”
    33 dəfə: "Әlhəmdu lillah”.
    33 dəfə: "Subhanəllah”
    Namazı batil edən şeylər:
    Namaz qılan şəxsə təkbirətul-ehramı deyərəkən, əvvəldən sonadək bəzi işlər haram olur. Әgər namaz halında onların birini əncam versə namazı batildir. O cümlədən:
    1. Qəsdən danışmaq: (mənalı və ya mənasız bir hərfdə olmuş olsa);
    2. Qəsdən uca səslə gülmək: (amma əgər qəsdən səssiz olaraq gülsə və ya səhvən səslə gülsə, eybi yoxdur);
    3. Uca səslə dünya işləri üçün ağlamaq. Ehtiyac vacibə görə namaz qılan şəxs gərək dünya malına xatir səsiz də ağlamasın. Әksinə əgər axirət işi üçün istər səssiz, istərsə də səsli ağalasa eybi yoxdur və bu iş ən gözəl əməllərdən sayılır.
    4. Üzü qiblədən başqa tərəfə döndərmək:
    5. Yemək və içmək: (qəsdən və ya səhvən olsa belə fərqi yoxdur);
    6. Namazın surətini (formasını) pozmaq. Qəsdən və ya səhvən olmasının fərqi yoxdur. (məslən: əl çalmaq və sair). Lakin namazın surətini pozmayan (məsələn: əl ilə işarə etmək və sair) kimi işlərin eybi yoxdur.
    7. Namazın rüknlərini azaltmaq və ya çoxaltmaq:
    8. İki və üç rəkətli namazların rəkətlərində və yaxud dörd rəkətli namazların birinci və ikinci rəkətlərində şəkk etmək. Bu şərtlə ki, namaz qılan öz şəkkində baqi qala və ya namazın bir maqdarını şəkk ilə qılmış ola.
    9. Namazın şərtlərini aradan aparan şeylər: (məsələn: namaz əsnasında başa düşə ki, geydiyi libas qəsbidir);
    10. Dəstəmazın aradan getməsi:
    11. Әlini əlinin üstünə qoymaq:
    12. Fatihə (həmd) surəsindən sonra "Amin” demək. Әlbəttə bu əməl səhv və təqiyyə üzündən olsa, eybi yoxdur.
    Namazda məkruh olan bəzi şeylər:
    1. Gözləri yummaq və ya onları sağa və sola döndərmək;
    2. Әllər, barmaqlar və saqqal ilə oynamaq;
    3. Fatihə və İxlas surəsini oxuyanda və zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
    4. Allah dərgahında xuzu və xuşunu (təvazökarlıq və qorxunu) aradan aparan hər hansı bir işlə məşğul olmaq. (məsələn başını və sair üzvləri qaşımaq);
    5. Üzü azacıq sağa və sola döndərmək. (üzü çox döndərmək isə namazı batil edir);
    6. Ağız suyunu yerə atmaq;
    7. Quranın, əlində olan üzüyün və hər hansı bir kitabın yazısına baxmaq;
    8. Yuxulu halda və ya bovl etməyə ehtiyaclı olan halda namaz qılmaq;
    9. Ayağı sıxan dar corab geyinmək və sair məkruhlar ki, geniş surətdə yazılan kitablarda qeyd olunubdur.
    Vacib namazlar
    Vacib olan namazlar altıdır:
    1. Yovmiyyə namazı:
    Yəni gündəlik beş vaxtda qılınan on yeddi rəkət namaz. On yeddi rəkət namaz aşağıdakı tərtiblədir:
    1. Sübh namazı iki rəkət. (Dan yeri söküləndən gün çıxana qədər);
    2. Zöhr namazı dörd rəkət. (Günorta çağı);
    3. Әsr namazı dörd rəkət (Zöhr namazından bir az sonra);
    4. Məğrib (Şam) namazı üç rəkət. (gün batandan sonra, gün çıxan tərəfdə yaranan qırmızılığın insanın başı üstündən gün batana tərəf keçdiyi zaman);
    5. İşa (xiftən) namazı dörd rəkət. (Məğrib namazından bir az sonra);
    Qeyd: Dörd rəkətli olan (Zöhr, Әsr və İşa) namazları səfər zamanı qəsr niyyəti ilə iki rəkət qılınmalıdır.
    2. Ayət namazı:
    Ayət namazı insan üçün dörd yerdə vacibdir:
    1. Gün tutulan vaxt;
    2. Ay tutulan vaxt: (Bir miqdar tutulsa və heç kəs qorxmasa belə);
    3. Zəlzələ: (heç kəs qorxmasa belə);
    4. Şimşək, qırmızı və qara olan güləklər: (bu şərtlə ki, camaatın çoxu qorxa);
    Qeyd: Ayət namazının qılmaq qaydasını bilmək istiyənlər risalələrə müraciət edə bilərlər
    3. Meyyit namazı:
    4. Allah evinin vacib təvafı üçün qılınan namaz:
    5. Böyük oğula vacib olan atanın qəza namazı:
    Böyük oğula vacibdir ki, atası dünyadan gedəndən sonra atasının qəza namazını ya özü qılsın ya da bir nəfəri əcir tutaraq, atasının qəza namaznı qıldırsın.
    Әgər böyük oğul şəkk etsə ki, atasının qəza namazı var idi ya yox, qəza namazını qılmaq böyük oğula vacib olmaz.
    6. İcarə, nəzir, and və əhd yolu ilə vacib olan namazlar:
    Namaz qılanın libasının şərtləri
    Namaz qılanın libasının altı şərti vardır:
    1. Pak olsun, yəni nəcis olmasın;
    2. Mübah olsun, yəni qəsbi olmasın;
    3. Murdar və ölü heyvandan olmasın;
    4. Әti haram olan heyvanın (dərisi və sair) – dən olmasın, hətta haram olan heyvanın bircə tükü namaz qılanın üstündə və ya paltarında olsa namazı batildir;
    5 və 6. Әgər namaz qılan kişidirsə, libası xalis ipəkdən və qızıldan tikilmiş olmasın. Namazdan başqa halda da kişilər üçün qızıl taxmaq və xalis ipəkli libas geymək haramdır;
    Namaz qılanın məkanının şərtləri
    Namız qılanın məkanının yeddi şərti vardır:
    1. Mübah olsun: (qəsbi olmasın);
    2. Hərəkətsiz olsun: Әgər vaxtın darlığı və ya çarəsizlikdən hərəkətli yerdə (məsələn: maşın avtobus və sair kimi) yerlərdə namaz qılsa, mümkün qədər hərəkətli halda bir şey oxumasın. Həmçinin maşın və sair kimi miniklər qiblədən digər tərəfə hərəkət etsələr, namaz qılan da qibləyə tərəf dönsün;
    3. Namazı sonadək qıla biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılsın: məsələn: Yağış və külək və yaxud camaat cəm olan yerdə ehtimal versə ki, namazı sona yetirə bilməyəcək, o yerdə namaz qılmaq səhih deyil. Hətta namazını təsadüfən o yerdə sona yetirə bilsə belə namazı düzgün deyildir;
    4. Damı alçaq olan və qiyam halında diyana bilməyən və yaxud yerin kiçik olmağı səbəbindən ruku və səcdələrə gedə bilməsə, namazı batildir;
    5. Әgər namaz qılanın yeri nəcis olsa, gərək namaz qılanın libasına yə ya bədəninə sirayət edən həddə rütubətli olmasın. Әgər alnını qoyduğu yer (möhür) nəcis olsa, (quru da olsa belə) namazı batildir;
    6. Әgər kişi qadınla bir yerdə namaz qılarsa, qadın bir qədər kişidən arxada dayanmalıdır. Amma dediyimiz bu fasilə Məkkə şəhərində lazım deyil.
    Namaz qılan üçün müstəhəb olan yerlər.
    Müqəddəs İslam şəriətində məsciddə namaz qılmağa çoxlu sifariş olunmuşdur. Məscidlər arasında ən üstün yer Məscidul-həram, ondan sonra Mədinədə yerləşən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləmin) məscidi daha sonra Kufə məscidi, ondan sonra Beytul-Muqəddəs məscidi və sonra isə hər bir şəhərin came məscididir. Bundan sonra məhəllə məscidi və daha sonra isə bazar məscididir. Amma Məsum İmamların hərəmində namaz qılmaq müstəhəb və məscidlərdən daha üstündür. Həmçinin rəvayət olunub ki, Әli (əleyhis-salam)-ın hərəmində namaz qılmaq iki yüz min namaza bərabərdir.
    Qadınlar üçün isə evdə və hətta arxa otaqda namaz qılmaq daha yaxşıdır.
    Məscidə çox getmək və habelə namaz qılanı olmayan məscidə getmək müstəhəbdir.
    Category: Bəşəriyyətin nicat yolu | Added by: Islam_Kitabxanasi
    Views: 649 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024